10.10.2019 Views

Əlibala Hacızadə. Təyyarə kölgəsi (roman)

Əlibala Hacızadə “Təyyarə kölgəsi” romanını 1974-cü ildə yazıb. Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, bu romanla elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırır. Əsərdə həm də o dövrün ailə-məişət məsələləri, insanlar arasındakı münasibətlərdə dərin psixoloji məqamlar çox ustalıqla işlənib. “Təyyarə kölgəsi” romanının qaldırdığı bir çox mənəvi və psixoloji problemlər bu gün də aktualdır.

Əlibala Hacızadə “Təyyarə kölgəsi” romanını 1974-cü ildə yazıb.
Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin
təsviridir. O, bu romanla elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırır. Əsərdə həm də o dövrün ailə-məişət məsələləri, insanlar arasındakı münasibətlərdə dərin psixoloji məqamlar çox ustalıqla işlənib.
“Təyyarə kölgəsi” romanının qaldırdığı bir çox mənəvi və psixoloji problemlər bu gün də aktualdır.

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Qapı ağzında dayanan adamın dodaqları təbəssümdən

aralandı, ürək çırpıntısı ilə cavab verdi:

– Mənəm, Gülü, aç!

– Əqdəm? Sənsən?!

Qapının zəncirli cəftəsi şaqqıldadı. Cəmi bircə saniyə

keçməmiş əyninə qısaqol xələt geymiş Gülmirə bu gözlənilməz

gəlişdən nə edəcəyini bilməyərək boynunu azca

yana əyib, özünü itirmiş halda astanada görünəndə Əqdəmin

iki ay çətinliklə dözdüyü əzablı ayrılığın ağrı-acısı

ürküdülmüş sığırçın kimi harasa uçub getdi... Ayrılıq təkcə

əzab vermirmiş, ayrılıq həm də ürəkdəki məhəbbətdən

şölələri ərşə dirənən bir məşəl yandırırmış. Bu həqiqəti

ayrılıq günlərində hiss edən, burda qapının ağzında dərindən-dərinə

dərk eləyən Əqdəm ömür-gün yoldaşının

qumral saçlarına, uşaq gözləri kimi saf və məsum gözlərinə,

nazik dodaqları arasından görünən yaraşıqlı dişlərinə,

xələtindən seçilməyən qar kimi qollarına, dolu mütənasib

bədəninə baxa-baxa yerindəcə donaraq, elə bil evə

girməyi unutmuşdu.

– Gəl içəri, yoxsa yenə qapıdan qayıdıb gedəcəksən?

Keçən dəfəki kimi...

Gülmirə kənara çəkilib yol verdi. Nəfəsləri bir-birinə

toxunanda ürkək-ürkək baxışdılar. Sonra doluxsunmuş

Gülmirə başını ərinin enli sinəsinə qoyub ona sığındı. Əqdəm

Gülmirənin saçlarından öpdü...

... Gülmirəgil o vaxt üzbəüzdəki binada yaşayırdı.

Əqdəmin otağından onların evinin içi aydın görünürdü.

Onda Əqdəm bu evi təzə kirayələmişdi. Tək olurdu. Özü

də az-az gəlib gedirdi. Bir də görürdün üç-dörd ay yoxdu.

Gəlirdi, iyirmi gün, bir ay qalırdı. O vaxt universitetin

dördüncü kursunda oxuyan Gülmirə tül pərdəli pəncərə

qabağında dərslərinə hazırlaşarkən cavan təyyarəçi oğlana

gözucu fikir verirdi. Əvvəlcə bu adicə maraqdı, xüsusi

geyiminə, sünbül haşiyəli papağına, ulduzlu poqonları-

6

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!