10.10.2019 Views

Əlibala Hacızadə. Təyyarə kölgəsi (roman)

Əlibala Hacızadə “Təyyarə kölgəsi” romanını 1974-cü ildə yazıb. Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, bu romanla elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırır. Əsərdə həm də o dövrün ailə-məişət məsələləri, insanlar arasındakı münasibətlərdə dərin psixoloji məqamlar çox ustalıqla işlənib. “Təyyarə kölgəsi” romanının qaldırdığı bir çox mənəvi və psixoloji problemlər bu gün də aktualdır.

Əlibala Hacızadə “Təyyarə kölgəsi” romanını 1974-cü ildə yazıb.
Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin
təsviridir. O, bu romanla elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırır. Əsərdə həm də o dövrün ailə-məişət məsələləri, insanlar arasındakı münasibətlərdə dərin psixoloji məqamlar çox ustalıqla işlənib.
“Təyyarə kölgəsi” romanının qaldırdığı bir çox mənəvi və psixoloji problemlər bu gün də aktualdır.

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

BİRİNCİ HİSSƏ

BİRİNCİ FƏSİL

Günorta idi; kölgələr qısalıb düz ayaq altına düşmüşdü.

Üçbucaq bağın yanındakı birmərtəbəli evin küçəyə

açılan qapısı ağzında boylu-buxunlu, enlikürəkli, hərbi

geyimli bir adam ayaq saxladı. Sarıya çalan seyrək qaşları

altında parlayan xırda, qonur gözləri qıyılan bu adamın

sifəti də uzunsov idi. Üzündəki dəngil-düngül qara çillər

alnından axan tər damcıları arasında düyüyə qarışmış sılıf

dənələri təki görünürdü. Balaca çamadanını sağ ayağının

yanında yerə qoyub əlini zəngə sarı uzatdı. Zəng səsi dalğa-dalğa

titrəyib eşidiləndə, elə bil, onun ürəyi də içərisində

əsim-əsim əsdi.

“Görəsən, evdədir?” Yarım saat bundan qabaq təyyarə

meydanında avtobusa minəndən ta şəhərə gələnə

qədər, yol uzunu dəfələrlə öz-özünə soruşduğu sualı indi,

sanki qırmızı rəngli qapıdan, ağ düyməli zəngdən xəbər

alırdı. Əlini düymədən çəkdi, səs əriyib havada yox oldu;

o, bütün varlığı ilə qulaq kəsilərək dinlədi.

– Kimdir?

5

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!