10.10.2019 Views

Əlibala Hacızadə. Təyyarə kölgəsi (roman)

Əlibala Hacızadə “Təyyarə kölgəsi” romanını 1974-cü ildə yazıb. Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, bu romanla elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırır. Əsərdə həm də o dövrün ailə-məişət məsələləri, insanlar arasındakı münasibətlərdə dərin psixoloji məqamlar çox ustalıqla işlənib. “Təyyarə kölgəsi” romanının qaldırdığı bir çox mənəvi və psixoloji problemlər bu gün də aktualdır.

Əlibala Hacızadə “Təyyarə kölgəsi” romanını 1974-cü ildə yazıb.
Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin
təsviridir. O, bu romanla elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırır. Əsərdə həm də o dövrün ailə-məişət məsələləri, insanlar arasındakı münasibətlərdə dərin psixoloji məqamlar çox ustalıqla işlənib.
“Təyyarə kölgəsi” romanının qaldırdığı bir çox mənəvi və psixoloji problemlər bu gün də aktualdır.

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

na maraqdı. Günlər, həftələr, aylar keçdikcə qız bu boylu-buxunlu

oğlanı öz qanadlı təyyarəsində buludların

arasında uçan təsəvvür etməyə başladı. Təsəvvür elədikcə

özü də göylərə qalxır, ilk vaxtlar bir sərnişin kimi, sonralar

təyyarə sürən oğlanın ən yaxın adamı təki onun öz

kabinəsində, yanında otururdu. Gündüzlər günəşə doğru,

axşamlar isə ay və ulduzlar səltənətinə uçur, yerə enmək

istəmirdi. Bu zaman oxuduğu kitab ehmalca qatlanır, dizinin

üstünə düşür, öyrəndiyi şeylər beynində bir-birinə

qarışıb əriyirdi...

Əqdəmi pəncərə qabağında, ya küçədəki skamyada

oturan görəndə Gülmirə səbəbini anlamadan sevinir,

qeyri-iradi pianonun arxasına geçərək ürəyini, varlığını

çulğalayan bu naməlum sevinci barmaqlarından pianonun

şirmayı dilləri üzərinə axıdırdı. Oğlan, deyəsən, nə

o səsi eşidir, nə də piano çalan qızın üzünü görməyə can

atırdı. Küçədə rastlaşanda, üzbəsurət gələndə Əqdəmin

arxayın, ağayana hərəkətində heç bir dəyişiklik hiss olunmazdı.

Gülmirə isə çaşırdı, yerişini itirirdi, bu zəifliyindən

qızarırdı. Sonra özünü möhkəmcə danlayırdı. Bir də onu

görəndə şax keçəcəyinə, onun varlığını belə hiss eləməyəcəyinə

söz verirdi. Ancaq... Bacarmırdı, bacarmırdı.

Yox, bu, uzun müddət belə qalmadı. Gülmirənin yanağındakı

qızartıları, dolaşan qıçlarını, yanan barmaqlarını,

pianonun od tutan dillərini görməmək, eşitməmək

mümkün deyildi. Musiqinin sehrli cazibəsi Əqdəmi yavaş-yavaş

pəncərə qabağına gətirdi. Qız çaldıqca, sanki o,

xəyala dalıb dincəlir, ürəyində baş qaldıran həzin, həlim

duyğuların şirinliyindən məst olurdu.

Gülmirənin anası Xatun arvad qızında yaranan

dəyişikliyi, qonşu oğlanın pəncərəsinə çox baxdığını,

dəftər-kitabdan soyuduğunu çoxdan duymuşdu. Ananın

ürəyini nigarançılıq üzməyə başlamışdı. Bir dəfə piano

arxasında oturub konsert zalında çalanlar kimi, “qabıq-

7

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!