10.10.2019 Views

Əlibala Hacızadə. Təyyarə kölgəsi (roman)

Əlibala Hacızadə “Təyyarə kölgəsi” romanını 1974-cü ildə yazıb. Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, bu romanla elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırır. Əsərdə həm də o dövrün ailə-məişət məsələləri, insanlar arasındakı münasibətlərdə dərin psixoloji məqamlar çox ustalıqla işlənib. “Təyyarə kölgəsi” romanının qaldırdığı bir çox mənəvi və psixoloji problemlər bu gün də aktualdır.

Əlibala Hacızadə “Təyyarə kölgəsi” romanını 1974-cü ildə yazıb.
Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin
təsviridir. O, bu romanla elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırır. Əsərdə həm də o dövrün ailə-məişət məsələləri, insanlar arasındakı münasibətlərdə dərin psixoloji məqamlar çox ustalıqla işlənib.
“Təyyarə kölgəsi” romanının qaldırdığı bir çox mənəvi və psixoloji problemlər bu gün də aktualdır.

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Rastlaşanda salamlaşırdılar, qız qızarırdı, oğlan uçunurdu.

Oğlanın oturuşuna, duruşuna göz qoyan Xatun arvad

qonşusu Maşa xalaya demişdi:

– Yaxşı oğlandı, ancaq hayıf ki, sənəti bir sənət deyil.

Maşa qarı öz kirayənişini haqqında arvada bildiklərini

danışmışdı: “Ucqar bir dağ kəndində anadan olub. Əvvəllər

şair olmaq istəyirmiş, sonra təyyarəçilik məktəbinə

girib...”

Bir dəfə Əqdəm eşitdi ki, Gülmirəgilə haradansa elçi

gəlib, qız, ata-anasının bütün təkidinə baxmayaraq, rədd

cavabı verib. Bu xəbər Əqdəmi tələsdirdi. Atasını, anasını

ismarlayıb rayondan gətirdi. Qızı onlara göstərdi, evlənmək

istədiyini bildirdi.

Elçilər qız qapısına iki dəfə getdilər. Çox söz-söhbətdən,

çək-çevirdən sonra, nəhayət, qızın valideynləri razılıq

verdilər.

Gülmirə sonuncu kursda oxuyanda, Səadət sarayında

toyları oldu. Ancaq toydan on gün sonra, Xatın arvadın

dili ilə desək, müsibət üz verdi: hardansa teleqram gəldi,

Əqdəmi təcili çağırdılar. Getməyə bilməzdi. Qulluq əmri

idi. Gülmirəni – on günün gəlinini göz yaşları boğdu.

– Öz cəzasıdır, canı çıxsın! – deyə Xatın arvad

əsib-coşdu, – Çox da deyirdi gərək verməyəydik. Görmürdük?!

Beynimizi yedilər, dedilər, daha heç yerə getməyəcək.

Buyur, bu da sənə “heç yerə getməyəcək”. Bu arxası

yerə gəlməmiş, quş kimi şeydi, ilin on ayını elə göydə

olacaq, yazıq balam da elə. Gözünü zilləyəcək göylərə ki,

görəsən, ərim haçan gələcək? Əşi, Salman qardaşa demək

gərəkdi ki, böyükləriylə danışsın, azad eləsinlər onu, gəlib

otursun xarabasında. Dava yox, şava yox, təyyarə sürməsə,

dünya dağılar?

Toydan sonra Əqdəmin gedib-gəlməyi qırx gün çəkdi.

Gələndə cavan gəlin sevindiyindən ağlamışdı:

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!