27.12.2019 Views

SPORTSMAN-121small

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

S P O R T S M A N

“Algeria International

2019”da gümüş medal

Bundan əvvəl isə Azərbaycan

badmintonçusu Edi

Reski Dviçayo Əlcəzairdə keçirilən

“Algeria International

2019” turnirində gümüş medal

qazanıb.

Yarışın reytinq favoritlərindən

sayılan badmintonçumuz

1/16 finalda hindistanlı

Anant Şivam Jindalı 2:0 hesabı

ilə məğlub edib. Dviçayo

növbəti mərhələdə yerli

idmançı Yosef Sabri Medel

üzərində 2:0 hesablı qələbə

qazanmaqla 1/4 finala yüksəlib.

Bu mərhələdə Türkiyə

təmsilçisi Emre Laleni 2:1

hesabı ilə üstələyən təmsilçimiz

yarımfinalda Mavriki

badmintonçusu Corcs Julyen

Paulu mübarizədən kənarlaşdırıb -

2:0. Badmintonçumuz finalda turnirin

əsas reytinq favoriti, Bakıda keçirilən

ilk Avropa oyunlarının qalibi ispan

Pablo Abiana 0:2 hesabı ilə uduzub.

“International Series” kateqoriyalı

yarışı ikinci sırada başa vuran Edi

hesabına 2130 reytinq xalı yazdırıb.

Digər badmintonçumuz Ezmi

Qovimuramadhoninin onaltıdabir finalda

rəqibi yarışa qatılmadığından

təmsilçimiz mübarizəyə səkkizdəbir

finaldan qoşulub. Təmsilçimiz bu

badmиnton

mərhələdə Fransa təmsilçisi, bir çox

“International” seriyalı yarışların qalibi

Leo Rossiyə 0:2 hesabı ilə məğlub

olub.

“Egypt International

2019”da qızıl medal

Edi Reski Dviçayo Misirin paytaxtı

Qahirə şəhərində keçirilən “International

Series” kateqoriyalı “Egypt

International 2019” turnirində isə

2500 reytinq xalı qazanıb.

Edi kişi badmintonçuların şəxsi

yarışında 1/16 finalda portuqaliyalı

Duarte Nuno Anje üzərində

2:0 hesablı qələbə qazanıb.

Təmsilçimiz növbəti görüşündə

hindistanlı Druv Ravatı 2:0 hesabı

ilə məğlub edərək 1/4 finala

yüksəlib. Qələbə seriyasını

bu mərhələdə də davam etdirən

Dviçayo belçikalı rəqibi Maksim

Morelsi 2:0 hesabı ilə üstələyib.

Badmintonçumuz yarımfinalda

Şri-Lanka təmsilçisi Niluka Karunaratne

ilə qarşılaşıb. İlk setin

gedişində ayağı burxulan Niluka,

görüşü yarıda dayandırmaq

məcburiyyətində qalıb.

Ötən il turnirin qalibi olan idmançımız

əbəs yerə turnirin əsas

reytinq favoriti olmadığını final

görüşündə də nümayiş etdirib.

Həlledici görüşdə Çex Respublikasının

badmintonçusu Milan

Ludiki 2:0 hesabı ilə məğlub

edən Edi “Egypt International 2019”

turnirinin qızıl medalını qazanıb. O,

yarışın qalibi olmaqla yanaşı, reytinq

ehtiyatını da zənginləşdirib. Badmintonçumuz

hesabına 2500 reytinq xalı

yazdırıb.

Badmintonçularımızın yarışlarda

Gənclər və İdman Nazirliyinin dəstəyi

ilə iştirak etdiklərini də bildirək.

Komandamız Fransada Avropa

çempionatında çıxış edəcək

Badmintondan söz düşmüşkən,

kişilərdən ibarət Azərbaycan yığması

2020-ci il fevralın 11-16-da Fransanın

Lyeven şəhərində keçiriləcək

komandalararası Avropa çempionatında

iştirak edəcək.

Yarışda ölkəmizi təmsil edəcək

idmançıların adları fevralın 3-dək

açıqlanacaq. Komandamızın qrup

mərhələsində rəqibləri dekabrın 3-də

keçiriləcək püşkatmada məlum olacaq.

Qrup mərhələsinin görüşləri fevralın

11-13-də, dörddəbir, yarımfinal

və final qarşılaşmaları isə 14-16-da

oynanılacaq.

Qruplarda müvafiq olaraq 3, 4

və ya 5 komanda yer ala bilər. Komandaların

qrupdakı sayından asılı

olmayaraq, pley-offa ilk iki yerin sahibi

yüksələcək. Oyunların formatı 3

şəxsi və 2 qoşa görüşlərdən ibarət

спортсман № 121 / 2019

13

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!