27.12.2019 Views

SPORTSMAN-121small

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

S P O R T S M A N

ТЯГДИМАТ

Bu eksperiment onu sübut edib

ki, şüurlu tədris düzgün tədris

yoludur və məğlub olan komandanın

uduzmağı idmançıların

zəifliyi yox, tədrisin zəifliyindəndir.

Bu gün bizim idman tədrisimizdə

əqlin və ruhun gücündən istifadə

olunmur. İdmanımızda texniki

yaradıcılıq, taktiki və inteqral hazırlıq

idmançıya kamil tədris edilmir. Hər

olimpiadadan sonra bəyan edilir ki,

bizim psixoloji hazırlığımız zəifdir.

Məncə psixoloji hazırlıq bizdə ümumiyyətlə

tədris edilmir.

Yuxarıda deyilən eksperimetnin

bir göstəricisi də o oldu ki, şüurlu

tədris şəxsiyyət yaradan tədrisdi,

ancaq göz yaddaşıyla keçilən tədris

cəmiyyətə zombi verən tədrisdi.

- Kitab neçə nüsxə çap edilib

və bu kitabları nə etmək istərdiz?

- Mən kitabları öz vəsaitim hesabına

çap edirəm. Gücüm 500 kitaba

çatıb. Əgər maariflənməni yüksəltmək

məqsədiylə kimsə kitabın tirajını

artırmaq istəsə mən etiraz etmərəm.

Kitabı yazdığım zaman arzu etmişdim

ki, kitabım hazır olduqda

ölkənin bütün yığma komandalarıyla

mütəxəsisləriylə məşqçi və idmançı

kollektivləriylə görüş keçirim və

onlarla “İdmanda təhsil” elmi müzakirəsini

keçirərək, hər iştirakçıya bir

kitab hədiyyə edim. Bilirəm idmançılarımız

500-dən çoxdu, ancaq bu

gün gücüm buna çatır. Mən bu xeyriyyə

işini, idmanda maariflənməni

bir ənənəyə çevirmək istəyirəm. Mən

bu arzumu bir neçə dövlət strukturlarına

və federasiyalara yazılı surətdə

müraciət edərək bildirmişəm. Ancaq

təəssüf olsun ki, hələ heç bir cavab

almamışam.

Qeyd edim ki, kitabımın ilk nüsxəsini

hörmətli Prezidentimiz cənab İlham

Əliyevə göndərmişəm. Eləcə də

Gənclər və İdman Nazirliyinə, Milli

Olimpiya Komitəsinə, İdman Akademiyasına

və Azərbaycan Güləş

Federasiyasına şəxsən təqdim etmişəm.

- İdman tədrisini dünyəvi tələblər

səviyyəsinə yüksəltmək konkret

olaraq bizə nə verər?

Ən başlıcası cəmiyyətimizin, idmanımızın

yüksəlişi daha yüksək

templə həyata keçər.

Biz əgər idmanın tərifinə baxsaq

görərik ki, orada da bu fikir bildirilir:

İdman, insanı həyata hazırlayan və

şəxsiyyət zirvəsinə yüksəldən, eləcə

də insanın daxili potensialını açaraq

ondan istifadə etmək bacarığına qadir

edən bir vasitədir!

- Gələcək planlarınız...

- Sözsüz ki, yeni fikirlər və işlər

var. Bu il həm də “İdmanda Zəka” adlı

Məhdud Məsuliyyətli Cəmiyyəti yaratmışam.

Məqsəd, idmanımızın elmi

yüksəlişini yaratmaqla idmanımıza

öz diqqət və qayğısını əsirgəməyən

hörmətli Prezidentimizə dəstək olmaqdı.

Daha sonra qarşıdan gələn

2020-ci ildə Tokioda keçiriləcək yay

Olimpiya Oyunlarının təlim məşq

plan və proqramlarını tərtib etmək,

olimpiadanın hazırlığında aktiv iştirak

etməkdir. Bundan başqa İnşaAllah

dördüncü kitabım olacaq “İdmanda

özünü dərk” ümumi nəzəri hazırlıq

kitabının üzərində də işləyirəm.

- İdmançılarımıza arzularınız...

- İdmançılarımıza 2020-ci ildə

yeni zirvələr fəth etmələrini arzu

edirəm. Xalqımıza isə yeni ildə, can

sağlığı, uğurlar və həyat xoşbəxtliyi

arzu edirəm.

Sonda fikrimi hörmətli Prezidentimizin

bir fikri ilə bitirmək istəyirəm:

“İdman tək qələbələrdən və uğurlardan

ibarət deyildir. İdman xalqın

xoşbəxt gələcəyidir!”

- Kazım müəllim, müsahibəyə

görə, maraqlı söhbətə görə çox

sağ olun. Sizə möhkəm can sağlığı,

işlərinizdə yeni-yeni uğurlar

arzulayırıq.

Kamal Rza

P.S. “Sportsman”, idman tədris

kitablarının müəllifi və

“İdmanda Zəka” MMC-nin

direktoru Kazım Əliyevin əlaqə

nömrələrini diqqətinizə çatdırır:

(+99450) 544-90-00,

(+99412) 452-70-77

спортсман № 121 / 2019

37

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!