27.12.2019 Views

SPORTSMAN-121small

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ХƏBƏR VAR

S P O R T S M A N

Kikboksçularımız Kiyevdə 7 medal qazanıblar

Voleybol millimizin yeni baş məşqçisi

Kikboksçularımız

Kiyevdə təşkil olunan

WAKO versiyası üzrə

“Wizard - Open Rıng

2019” beynəlxalq

turnirdə uğurla çıxış

ediblər.

Yeniyetmələr və böyüklər

arasında keçirilən yarışda

Azərbaycan Kikboksinq

Federasiyasının (AKF)

“Sərhədçi” komandası 7

medal qazanıb.

Voleybol üzrə qadınlardan

ibarət milli komandamıza yeni

baş məşqçi təyin olunub.

Yanvarın 7-12-də Niderlandda

keçiriləcək Avropa Olimpiya təsnifat

turnirində millimiz Vasif Talıbovun

rəhbərliyi ilə çıxış edəcək. Famil

Ağayev və Eldar Yusubov isə komandada

köməkçi məşqçi funksiyasını

yerinə yetirəcəklər.

Qeyd edək ki, hər üç çalışdırıcı

qadın voleybolçular arasında keçirilən

Azərbaycan çempionatında mübarizə

aparan klublarda baş məşqçi

kimi fəaliyyət göstərirlər. Vasif Talıbov

“Murov”, Famil Ağayev “Azərreyl”, Eldar Yusubov isə

“Abşeron” voleybol klubunda işləyir.

Milli komandamıza yeni təyin olunmuş baş məşqçi

1991-ci ildə SSRİ-nin gənclərdən ibarət yığma komandasının

tərkibində yeniyetmələr arasında

Olimpiya çempionu olub. O, yığma komandamızın

üzvü olmaqla yanaşı, Azərbaycan,

Türkiyə, İran və Ukrayna klublarında çıxış

edib. 2004-cü ildən məşqçilik fəaliyyətinə

Ukraynanın Vinnitsa şəhərinin klublarında

köməkçi məşqçi, baş məşqçi vəzifələrində

çalışmaqla başlayıb.

Talıbov 2013-cü ildə Bakıya dəvət alıb

və “Telekom” klubunun baş məşqçisi təyin

edilib. 2014-cü ildə isə Avropada dünyada

öz sözünü demiş, dəfələrlə Azərbaycan

çempionu olmuş və klublararası dünya

çempionatının qızıl medalçısı olan “Rabitə”

komandasında məşhur məşqçi Zoran

Qayiçin yanında ikinci məşqçi olaraq

çalışıb.

2017-2018-ci illərdə azərbaycanlı mütəxəssis Ukraynanın

“Vinnitsa” voleybol komandasının baş məşqçisi

olub.

Ağır atletika: İsraildən 9 medalla

Əməkdar məşqçi, dünya

çempionu Fuad Zeynalovun

rəhbərliyi altında Elməddin

Baxşəliyev (67 kq),

Elşad Şahbazov (71 kq),

Elcan Alıkişiyev (81kq) qızıl,

Vüsal Kazımov (54 kq),

Zöhrab Əsədov (28 kq) gümüş,

Məqsəd Hacıyev (60

kq) və Nihad Hüseynov (45

kq) isə bürünc medala sahib

olublar.

İsrailin Eylat şəhərində keçirilən 15 və 17

yaşadək yeniyetmələr arasında ağır atletika üzrə

Avropa birinciliyi başa çatıb.

37 ölkədən 498 idmançının (228 qız və 270 oğlan)

iştirak etdiyi çempionatda Azərbaycan millisinin üzvləri

9 medal – 2 qızıl, 3 gümüş və 4 bürünc qazanıblar.

Birincilikdə 15 yaşadək qızların yarışında Rahilə Hüseynova

(76 kq) təkanla qaldırmada gümüş, toplamda

bürünc medal qazanıb. Eyni yaş kateqoriyasında oğlanların

mübarizəsində Elşən Məmmədov (61 kq) birdən

qaldırma hərəkətində gümüş, təkanla qaldırmada bürünc

medal qazanıb. Nurlan Məmmədzadə (73 kq) təkanla

qaldırmada qızıl, toplamda gümüş medala sahib

olub. Eləcə də 17 yaşadək oğlanların yarışında Rüstəm

Qasımov (67 kq) və Tarmenxan Babayev (96 kq) təkanla

qaldırmada bürünc medallara layiq görülüblər.

Elşən Məmmədov iki hərəkətin cəmində, Nurlan

Məmmədzadə isə təkanla qaldırmada yeni Avropa rekordu

müəyyən ediblər.

Atletlərin fərdi mübarizəsində də Elşən Məmmədov

fərqlənib. O, 15 yaşadək oğlanların mütləq birinciliyində

Sinkleyr cədvəli üzrə 341,1 xalla Avropanın ən yaxşı atleti

sıralamasında yeddinci yerdə qərarlaşıb. Komanda

hesabında isə 17 yaşadək atletlərimiz 558 xalla dördüncü

yeri tutublar.

56 спортсман № 121 / 2019

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!