27.12.2019 Views

SPORTSMAN-121small

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

S P O R T S M A N

2019 AFC Annual Awards

lənin ABŞ bayraqları ilə dinc nümayiş keçirdiyini gördüm.

Polislər də gözə dəymirdi, onlara yalnız şəhər bulvarında

rast gəldim.

Honkonq - binalarının göydələn, əhalisinin isə

balacaboy olması kimi təzadlar diyarıdır. Bazar günü

küçələrdə insanların çoxluğu diqqətimi çəkdi. Honkonqa

getməmişdən əvvəl məşhur səyahət verilişi “Орел и

Решка”nın bu bölgəyə həsr edilmiş üç buraxılışını izləmişdim.

Orada göstərilənlərin şahidi oldum: həqiqətən

Honkonqda çalışan gəlmələr, əsasən, filippinlilər həftənin

bazar günü, az qala, küçələrin ortasında qrup şəklində

oturub piknik edirlər. Yeyib içir, karaoke oxuyur, əylənirlər.

Piknik edən qruplar arasında arada başıbağlı indoneziyalılara

da rast gəlmək mümkündür.

Bölgənin əvvəlki sahibi Böyük Britaniyanın təsiri

ilk növbədə nəqliyyat vasitələrində sükanın sağda,

ictimai nəqliyyatın - avtobus və tramvayların iki

mərtəbəli olmasında özünü biruzə verir. Taksi kimi

isə ancaq Yaponiya istehsalı “Toyota Comfort” avtomobillərindən

istifadə olunur. İşıqforlarının, sanki, saniyələri

sayırmışlar kimi, səs çıxarmaları da diqqətdən yayınmır.

Honkonq nəinki Asiyanın, ümumiyyətlə, dünyanın

aparıcı maliyyə mərkəzlərindən biri hesab olunur.

Bunun təsiridir, ya necə - deyə bilmərəm, amma valyuta

mübadiləsi məntəqələrində yerli dolların ABŞ dollarına

olan məzənnəsi bir-birindən kifayət qədər fərqlənir. Honkonqun

10 dollarlıq pul vahidi isə polimer materialdan

hazırlanması ilə diqqəti çəkir. Ümumiyyətlə, kağız pullardan

fərqlənən bu pullar bir çox ölkələrdə mövcuddur:

Avropada isə yalnız Rumıniyada bütün “kağız” əsginaslar

plastikdən hazırlanır.

Dekabr ayı olsa da, təxminən +20 dərəcə isti, axşam

əsən xəfif külək - sahil boyu gəzmək üçün gözəl

havadır. “Honkonq” sözünün hərfən tərcüməsinin də

“ətirli liman” olduğu deyilir. Bura üç tərəfdən Cənubi Çin

dənizinin suları ilə əhatə olunub, yarımada hissəsi ilə ada

hissəsini ayıran və “Şərqin mirvarisi” adlanan füsunkar

Viktoriya buxtası isə dünyanın ən dərin təbii dəniz liman-

спортсман № 121 / 2019

23

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!