27.12.2019 Views

SPORTSMAN-121small

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

AMИФ

Məktəblər arasında

respublika çempionatı

S P O R T S M A N

Azərbaycan Respublikası

Gənclər və İdman Nazirliyi,

Təhsil Nazirliyi, Milli Olimpiya

Komitəsi və Azərbaycan

Məktəb İdmanları Federasiyası

ilə birgə keçirilən

məktəblər arasında şahmat,

voleybol (qızlar), basketbol

(oğlanlar), stolüstü tennis

və atletika idman növləri

üzrə respublika çempionatının

rayondaxili mərhələsi

yekunlaşıb.

Ölkə üzrə 2515 ümumi təhsil

müəssisəsinin qatıldığı rayondaxili

mərhələdə 50 mindən artıq məktəbli

iştirak edir. Yarışlara basketbol idman

növü üzrə 1436, voleybol üzrə

1415, atletika üzrə 2338, şahmat

üzrə 996 və stolüstü tennis üzrə 778

məktəb qoşulub.

Rayondaxili mərhələnin nəticələrinə

uyğun olaraq hər idman növü

üzrə zona mərhələsinə vəsiqə qazanan

məktəblər müəyyən edilib.

Çempionatın zona mərhələsinə

2020-ci ilin aprel ayında start veriləcək.

Zona mərhələsində hər idman

növü üzrə 76 məktəb komandası

olmaqla 3000-nə yaxın məktəbli mükafatlar

uğrunda mübarizəyə qoşulacaq.

Nəticələrə uyğun olaraq hər

idman növü üzrə I-II yeri tutan məktəb

komandaları final mərhələsinə

vəsiqə qazanmış olacaq.

Zona mərhələsi başlayana qədər

idman növləri üzrə baş hakimlər

tərəfindən zona mərhələsinə vəsiqə

qazanan məktəb komandaları arasında

yoldaşlıq görüşləri və ustad

dərsləri təşkil ediləcək.

Qeyd edək ki, 2019-2020-ci tədris

ili ərzində keçiriləcək yarışlarda

Təhsil Nazirliyinin tabeliyindəki bütün

ümumi təhsil müəssisələrinin şagirdləri

şahmat (II-IV siniflər), atletika

(V-VII siniflər), voleybol (qızlar, VII-

IX siniflər), basketbol (oğlanlar, IX-X

siniflər) və stolüstü tennis (oğlanlar,

IX-X siniflər) idman növləri üzrə iştirak

edəcəklər.

40

спортсман № 121 / 2019

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!