27.12.2019 Views

SPORTSMAN-121small

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ТЯГДИМАТ

S P O R T S M A N

İdmanda şüurlu tədris

Bu yaxınlarda oxucularımızın,

idmançılarımızın və idman

ictimaiyyətinin yaxşı tanıdığı

Kazım Əliyevin “İdmanda

şüurlu tədris” adlı yeni kitabı

nəşrdən çıxıb.Kitabla yaxından

tanış olmaq üçün Kazım müəllimi

redaksiyamıza dəvət etdik.

- Kazım müəllim, Sizi yeni nəşrdən

çıxmış kitabınızın işıq üzü

görməsi münasibəti ilə təbrik edir,

idman ictimaiyyətinə töhfə etdiyiniz

bu dərsliyə görə isə təşəkkür

edirəm. Bu Sizin sayca neçənci

kitabınızdır?

Təbrikə və təşəkkürə görə sağ

olun. Azərbaycan artıq dünyada idman

ölkəsi kimi də tanınıb. Hörmətli

Prezidentimiz cənab İlham Əliyevin

“Elmsiz idmanın gələcəyi yoxdur!”-

çağırışı isə mənə xüsusi stimul verir.

İdman dünyada sürətlə inkişaf edir.

Bu sürətlə ayaqlaşmaq üçün fiziki

hazırlıqla yanaşı tədrisi də dünyəvi

tələblər səviyyəsinə yüksəltməliyik.

O ki qaldı mənim kitablarıma, bu

günə qədər mənim üç kitabım işıq

üzü görüb. 2008-ci ildə “İdmançının

qələbə psixologiyası”, 2014-cü ildə

“Məşqçinin stolüstü kitabı”, 2019-

cu ildə isə “İdmanda şüurlu tədris”

kitabını idman dünyamıza təqdim

etmişəm. Eləcə də DVD formatda

“İdmanda ümumi psixoloji hazırlıq”,

“İdmanda qeyri ənənəvi tədris”,

“Məşqçinin həftəlik dərs planı”, “İdmanda

qeyri-ənənəvi xüsusi hazırlıq”,

“İdmanda şüurlu tədris” seminar

dərs planını hazırlayaraq, idman ictimaiyyətinə

təqdim etmişəm.

- Yeni kitabın cildi çox maraqlı

alınıb...

- Bəli-bəli. Kitabın üz səhifəsində

olan sual, nida və iki nöqtə işarəsi

insanda şüurluluğu yaradan simvolik

işarələrdir. Kitabda tədris zamanı

müəllim sualı, cavabı isə idmançı

verir ki, bununla da idmançıda həm

də şüur inkişaf etdirilir. Məşqlərdə

idmançının məşqçinin suallarına aktiv

olaraq cavab verməsi isə onun

xüsusi və ümumi nəzəri hazırlığını

yüksəltmiş olur. İdmanda idmançının

gücü onun nəzəri biliyinin gücü qədər

olduğu bildirilir.

- Kazım müəllim, bir qədər yeni

kitabınız haqda danışaq...

- Kitabda idman tədrisinin şüurlu

olaraq idmançıya çatdırılmasının

insanlıq üçün nə qədər vacib bir

məsələ olduğu göstərilmişdir. Eləcə

də idmanın tək birincilikdən və sağlamlıqdan

ibarət olmadığı oxucuya

təqdim edilir. Kitabda idmanın milli

hissləri özündə yaşadan, insanın

mənəvi əxlaqı və iradi dəyərlərini

yüksəldərək nəsldən nəsllərə ötürən,

onu şəxsiyyət zirvəsinə yüksəldən

yeganə və əvəzsiz bir vasitə oıduğu

sübutlarla göstərilmişdir. Dərslik idmançılara,

idman mütəxəssislərinə,

eləcə də geniş oxucu auditoriyası

üçün nəzərdə tutulub.

Bu gün idman tədrisimiz müasir

dövrün tədrisindən çox dala qalıb.

Xarici ölkələrin birində idman tədrisində

belə bir eksperiment aparılmışdır.

İki eyni qüvvəyə malik olan

komanda yaradılmışdır. Komandanın

birinə məşqçinin tapşırığı şüurlu

tədris keçmək olub. Məşqçi - mənim

biliyim sizin olmalıdır çağırışıyla öz

işinə başlayıb. O, məşqini planla,

proqramla, nəzəri və praktik tədrislə,

idmançılara pedaqoji yanaşmayla,

sual cavabla, hər məşqin məqsədi

olmaqla, şəxsiyyətyönümlülük

prinsipləriylə məşqlərini keçib.

İkinçı məşqçi isə öz məşqini

mənim beynim hamımızın beynidir

çağırışıyla məşqinə başlayıb. O,

öz tədrisini göz yaddaşıyla tədris

edərək, əmrlərlə, səsiniz çıxmasın

nə göstərdim səssiz icra edin

deyərək, idmançılara qorxu və hədəylə

məşqini tədris edib. Müəyyən

vaxtdan sonra bu komandalar

arasında yarış keçirilib. Nəticədə

70% qələbəni şüurlu tədris keçən

komanda qazanıb.

36

спортсман № 121 / 2019

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!