29.11.2014 Views

e - Bakı Dövlət Universiteti

e - Bakı Dövlət Universiteti

e - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

БДУ, Физика Проблемляри Институту: «Физиканын Мцасир Проблемляри» ЫЫЫ Республика Конфрансы

məhlullarının termodinamik halına və bu məhlulda mövcud olan bəzi strukturlara (klatratlara,

klasterlərə və s.) stabilləşdirici təsirləri tədqiq edilmişdir [3]. Tədqiqatlar 293-323 K

temperatur intervalında polimerlərin və qələvilərin müxtəlif konsentrasiyaları üçün

alçaqtezlikli dielektrik spektroskopiya metodu ilə aparılmışdır. Məhlulların hər biri üçün

Koul-Koul diaqramları [4] qurulmuş və diaqramlardan relaksasiya tezlikləri təyin edilmişdir.

Debay modeli əsasında məhlullarda mövcud olan uyğun relaksatorların ölçüləri

qiymətləndirilmişdir və bu relaksatorların nanoölçülərə malik olduğu aşkarlanmışdır (Şəkil

1,2). Qeyd edək ki, son zamanlar intensiv tədqiqat obyektləri olan və çeşidli sahələrdə geniş

tətbiq olunan nanohissəçikləri almaqla yanaşı onların stabilliyini, o cümlədən,

termostabilliyini təmin etmək çox vacib problemlərdəndir.

Müəyyən olunmuşdur ki, polietilenqlikolun konsentrasiyasının artması (Şəkil 1a, 1

əyrisi PEQ 1500-ə, 2 əyrisi PEQ 3000-ə aiddir) suyu strukturlaşdırır, yəni polimerin

konsentrasiyası artdıqca aqreqatların ölçüləri böyüyür. Zənnimizcə bu ona görə baş verir ki,

polietilenqlikol makromolekulları uclardakı OH qrupları vasitəsi ilə sərbəst su molekullarını

özünə hidrogen rabitəsilə bağlayır, su daha çox strukturlaşır. Məhlulda PEQ-in

konsentrasiyası, yəni vahid həcmdəki makromolekulların sayı artdıqca OH qruplarının sayı

artdığına görə strukturlaşma güclənir.

Temperatur artdıqca polimer məhlullarındakı aqreqatların ölçüləri dəyişmir (Şəkil 2a),

yəni polimer məhluldakı aqreaqtların temperaturun dəyişməsi ilə dağılmasına mane olur,

stabilləşdirici təsir göstərir. Polimerin stabilləşdirici təsiri yüksək temperaturlarda özünü daha

qabarıq şəkildə biruzə verir. Müqayisə üçün onu da qeyd edək ki, polimer olmadıqda KOH və

NaOH – ın sulu məhlullarındakı aqreqatlar temperaturun artması ilə dağılırlar (Şəkil 2b). Bu

tip məhlullarda qələvinin konsentrasiyasının artması da məhlulun strukturuna dağıdıcı təsir

göstərir (Şəkil 1b). Maraqlıdır ki, PEQ-in molekulyar kütləsinin çox böyüməsi (20000) onun

stabilləşdirici təsirini zəiflədir. Fikrimizcə mokromolekulun orta kvadratik uzunluğu suda

movcud olan relaksatorların (klasterlərin) çevrəsinin uzunluğu ilə eyni olduqda

polietilenqlikol makromolekulu öz zənciri ilə relaksatoru əhatə edərək daxilinə alır. Beləliklə,

makromolekul relaksatoru istiliyin təsirindən qoruyur. Makromolekul zənciri böyüdükcə onun

daxilinə birdən çox relaksator girdiyindən temperaturun artması ilə onlar rahatca dağılırlar.

Relaxatorun radius,u nm

35

30

25

20

a

1

2

0 1 2 3 4 5 6

PEQ-in konsentrasiyası, %

Relaxatorun radiusu, nm

60

40

20

0

b

0 0,2 0,4 0,6

KOH-ın konsentrasiyası, M/l

Şəkil 1. 0.1M KOH + PEG + su sistemində relaksatorların ölçülərinin polietilenqlikolun

(a) və KOH-ın konsentrasiyasından (b) asılılığı

142

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!