29.01.2015 Views

DİSSERTASİYA İŞİ - Bakı Dövlət Universiteti

DİSSERTASİYA İŞİ - Bakı Dövlət Universiteti

DİSSERTASİYA İŞİ - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

12

fazalararası qarşılıqlı təsirin aşqarın foto -, elektro -, termolüminessensiya xassələrinə

təsirini öyrənmək olar.

Nanokompozit materiallar matrisin tipinə görə ( üzvi,qeyri-üzvi ), emalına görə (

termoplast, termoset ), gücləndirici elementlərinin tipinə görə, onların orientasiyasına və

kəsilməzliyinə görə fərqlənirlər. Nanokompozitin mexaniki xassələri quruluş və

fazalararası sərhəddən asılıdır. Matris və lif – aşqar arasındakı fazalararası güclü

qarşılıqlı təsir materialın möhkəmliyini təmin edir. Məlumdur ki, fotoyarımkeçiricinin

atomları və polimerin ayrı – ayrı funksional qrupları arasında kimyəvi rabitənin

yaranması möhkəmliyin yüksək adqeziyasına səbəb olduğu halda, van-der-vaals və

elektostatik qüvvələrdən yaranmış qarşılıqlı təsir isə zəif adqeziyaya səbəb olur.

Fotoaktiv yarımkeçirici və polimer cütlüyünün adqeziya möhkəmliyi fazalararası

sərhəddə qarşılıqlı təsirin xarakteri ilə müşahidə olunur. Kiçik bir nanohissəciyin daxil

edilməsi ilə polimerin strukturu dəyişikliyə uğrayır. Bu həmçinin aşqarın

konsentrasiyasından asılıdır [36], [52] .

1 nm ölçülü ultradispers və ya klaster şəklində olan aşqarlı polimer

kompozisiyadan keçirici, fotohəssas, maqnit, katalitik və s. xassələri özündə cəmləyən

polimer mühit kimi istifadə etmək çox əlverişlidir. Bu üsulun üstünlüyü ondan ibarətdir

ki, polimer matrisada qarşılıqlı təsirdə olmayan alçaq konsentrasiyalı və qarşılıqlı təsirdə

olan yüksək konsentrasiyalı sistemlər almaq olar. Nanokompozisiya materiallarında

polimer matrisanın rolu xassələri atom, molekul və massiv materialların xassələrindən

fərqli olan nanohissəcikləri stabilləşdirməkdən ibarət deyil. Matrisa onda yaranmış

nanohissəcik ansamblının strukturunu ( nanohissəciklərin ölçülərinə görə paylanmasını,

onlar arasındakı məsafəni, onların formasını, səpələnmə sırasını və s. ) və öz nüvbəsində

nanokompozitin bütün xassələrini təyin edir [53], [50], [41] . Nanokomkozitin xassələri

polimer matrisanın kimyəvi təbiəti, fazalararası sərhəd quruluşu, həmçinin polimer

matrisa və nanohissəciklərarası qarşılıqlı təsir ilə təyin olunur.

Yarımkeçirici nanoklaster strukturlarının optoelektronikada mümkün istifadəsinin

əsas maneələrindən biri nanoklasterlərin alçaq effektli lüminessensiyaya malik

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!