29.01.2015 Views

DİSSERTASİYA İŞİ - Bakı Dövlət Universiteti

DİSSERTASİYA İŞİ - Bakı Dövlət Universiteti

DİSSERTASİYA İŞİ - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

8

nm oblastındakı flüoressensiyanın intensivliyi temperaturun artması nəticəsində azalır və

bu zaman 420 nm oblastındakı şüalanma praktik olaraq dəyişməz qalır.

Poli-1-vinil-naftalin plyonkasının 77–260 K temperatur intervalında

lüminessensiya xassələrinin tədqiqi nəticəsində müəyyən olunmuşdur ki [37],

lüminesensiya spektri iki zolaqdan ibarətdir: ləngiyən flüoressensiya zolağına malik və

temperaturdan asılı olmayan 410 nm maksimumuna malik qısa dalğalı zolaq və

temperaturun artması ilə batoxrom sürüşməyə məruz qalan 590 nm maksimuma malik

uzun dalğalı zolaq.

Xromofor tərkibli polimer sistemlərin spektral – lüminessent xassələrinin

tədqiqindən belə çıxır ki, onlarda enerjinin daşınması və miqrasiya prosesləri eksimer

əmələgətirən xromofor fraqmentlərinin müstəviləri yaxın və paralel yerləşən yerlərdə

daha effektiv olur. Bu proseslərin nəticəsi olaraq polimerlərin flüoressensiya

spektrlərində monomer şüalanma zolağı ilə yanaşı eksimer şüalanmanın bir və ya bir

neçə zolaqlarının əmələ gəlməsi müşahidə olunur. Polimerlərdə kiçik eksimer

əmələgəlmə qabiliyyəti makro zəncirlərinin yüksək elastikliyi ilə bağlıdır. Bu isə

xromoforların yerləşməsində zəruri olan komplanarlığın pozulmasına səbəb olur.

Eksimer əmələgətirmə doymuş əsas zəncirli xromofor qrupu saxlayan

polimerlərin flüoresent xarakteristikalarını interpretasiya (analiz) etməyə imkan verir.

Blokların ölçüsü və makromolekulların konformasiya quruluşu tamamı ilə onlarda

spektral lüminessent xassələrin formalaşmasının xüsusiyyətlərini təyin edir.

Baxılan işdə otaq temperaturunda π –rabitəli polimerin ( p – fenilen ) nazik

plyonkasının lazer həyəcanlanma lüminessensiyası həyata keçirilmişdir [29]. Müəyyən

olunmuşdur ki, helium temperaturunda polimer plyonkalarının lüminessensiya spektri

həyəcanlanma temperaturundan asılı olmur [42]. Bu spektr eksitonlarının bəzi

lokallaşmış effektiv tezliyi artanda və daha kiçik tezlikli həyəcanlanmada həyəcanlanma

tezliyi ilə qarışanda mümkündür. Qeyd olunub ki, lüminessensiya spektrlərinin vəziyyəti

300-430 nm oblastında alınmış monoxromayik həyəcanlanma dalğa uzunluğundan asılı

deyil. Otaq temperaturunda lüminessensiya spektri 435, 460, 485 və 516 nm

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!