DÄ°SSERTASÄ°YA Ä°ÅÄ° - Bakı DövlÉt Universiteti
DÄ°SSERTASÄ°YA Ä°ÅÄ° - Bakı DövlÉt Universiteti
DÄ°SSERTASÄ°YA Ä°ÅÄ° - Bakı DövlÉt Universiteti
You also want an ePaper? Increase the reach of your titles
YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.
9

maksimumlarına malik dörd zolaqdan ibarətdir. Poli ( p – fenil ) polimerinin udulma

spektrinin uzun dalğalı qolunda 457,9 – 514,5 nm diapazonunda arqon lazerinin bəzi

xətləri ilə lyuminessensiya həyəcanlanmasında lüminessensiya spektri həyəcanlanma

tezliyi ilə xətti olaraq yerini dəyişir. Müşahidə olunan lüminessensiya

həyəcanlanmasının özəlliyi ondan ibarətdir ki, o ν ex tezliyinə nisbətən yavaş – yavaş

yerini dəyişir. Nəticədə lazer xətti tezliyinin azalması ilə o qısa dalğalı lüminessensiya

zolağına tərəf tədricən yaxınlaşır və onunla birgə ν ex =20140 sm -1 rezonans verir.

Polimer plyonkasının tədqiqi kvars altlıqda orientasiya olunan uzun polimer

molekullarından yaranmış qeyri-bircins sistem təşkil edir. Xromofor kimi uzunluqları

polimer zəncirin uzunluğundan daha çox qısa olan polimer zəncir seqmentlərindən

istifadə olunur. Udulma və lüminessensiya spektrlərinin qeyri – bircins genişlənməsi

müxtəlif kimyəvi defekt və altlıqda polimer zəncirin nizamlanma dərəcəsi ilə bağlı olan

seqment uzunluqlarının səpələnməsi ilə bağlıdır.

Konstruksiya təyinatlı əksər polimer materialların (polietilen, teflon) tədqiqində

fotolüminessensiyadan istifadə olunmur [9].

Baxılan işdə yaxın ultrabənövşəyi spektr oblastında polietilen və

politetraftoretilenin ( teflon ) ensiz fotolüminessensiya zolaqlarının müşahidə

olunmasından bəhs edilir [22]. Müşahidə olunan spektri yarımkeçirici materialların

eksiton lüminessensiya spektri arasındakı ətraflı analogiyanı göstərir. Müşahidə olunan

zolaqlar üçün aşağı temperaturlarda daralma, intensivliyin artması və daha kiçik dalğa

uzunluqlarına yerdəyişmə xarakterikdir. Çox güman ki, müşahidə olunan lüminessensiya

plimer zəncirin bərpa olunmasında rekombinasiya olunmuş şüalanmanı təsvir edir.

Bununla da, müşahidə olunan lyuminessensiya zolağının darlığına əsasən, güman etmək

olar ki, rekombinasiya olunan daşıyıcılar yaranan radikallarla bağlı deyil, amma ətraf

qırılmalara qarşı mütəhərrikliyi saxlayır.

Növbəti işdə çox komponentli plastmas sintilyatorlarda yaranan lüminessensiya

spektrləri tədqiq olunub[23]. Belə kompozisiyslarda ionlaşdırıcı şüalanmanın enerji

udulması, bilavasitə, yük mərkəzlərinin neytrallaşması və ya həyəcanlanmasından

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com