29.01.2015 Views

DİSSERTASİYA İŞİ - Bakı Dövlət Universiteti

DİSSERTASİYA İŞİ - Bakı Dövlət Universiteti

DİSSERTASİYA İŞİ - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

I FƏSİL.POLİMERLƏRDƏ, YARIMKEÇİRİCİLƏRDƏ VƏ ONLAR

ƏSASINDA ALINMIŞ NANOKOMPOZİT MATERİALLARDA

5

FOTOLÜMİNESSENSİYA

1.1. Polimerlərdə fotolüminessensiyanın formalaşması xüsusiyyətləri

Müasir dövrdə flüoresent polimerlər və polimer kompozisiyalar elm və

texnikanın müxtəlif sahələrində geniş tətbiq olunurlar. Flüoresent polimerlər

radioelektronikada lazer texnikası üçün aktiv elementlər kimi , boyalar üçün flüoresent

piqment kimi , dekorativ plastmas və tekstil materialların hazırlanmasında və tibbibioloji

tədqiqatlarda fotolüminessent material və lüminessent zond kimi böyük məna

kəsb edir.

Polimerləşmə metodu ilə alınmış bir çox flüoresent polimerlər vinil qrupları

daxil olmuş alçaq molekullu lyuminofor sopolimerlərdən təşkil olunmuşdur. İlkin

somonomerlər kimi adətən naftalin törəmələrindən , antrosen , piren və digər kondensə

olunmuş aromatik karbohidratlardan , həmçinin korbozol, pirozol kimi hetroaromatik

birləşmələrdən istifadə olunur. İkinci somonomerlər kimi isə stirol , akril və metaakril

turşularının törəməlindən istifadə olunur.

Polistirol əsaslı flüoresent polimerlərin sintezi ilə bağlı bir çox elmi işlər var.

Baxılan işdə müxtəlif törəməli texniki polistirol plyonkasının udulma ,

lüminessensiya və həyəcanlanma spektrləri tədqiq olunub [27]. Göstərilib ki , polimerin

lüminessensiya xassələri əsasən polimer zəncirin kimyəvi defektləri və qarışıq optik

mərkəzlərlə bağlıdır. Tədqiq olunan polimerin 300-355 nm oblastındakı

flüoressensiyası PS eksimerlərinin buraxılışından və konsentrasiyası müxtəlif

nümunələrdə 0,3-0,03% arasında variasiya edən stirol strukturundakı qarışıq mərkəzlərlə

bağlıdır. Flüoressensiyanın maksimumları 338, 350 və 370 nm olan daha uzun dalğalı

zolağı polimerin işlənməsindən alınmış fenil heksatrien strukturunun sonuncu qrupları

ilə təyin olunur.Bu qrupların konsentrasiyası 10 mol/l və daha az təşkil edir.

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!