13.07.2015 Views

Deyirdim ki, bu quruluş dağılacaq - turan-sam

Deyirdim ki, bu quruluş dağılacaq - turan-sam

Deyirdim ki, bu quruluş dağılacaq - turan-sam

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Əliyev mövzusuna sonra bir də qayıdarıq. Universitetdə işləmə dövründən söhbət getdi. Mənibir şey maraqlandırır - bax, sən tələbələrlə işləyirdin, onda 70-inci illərin başlanğcı idi.Özünün arxanda elə bir mənəvi dayaq (istər müəllimlərin, istərsə də tələbələrin içərisində)görürdünmü? Özünü Don Kixot vəziyyətində hiss etmirdin ki?Çox gözəl sual verirsən. Bax, bu sualı həmin vaxtda, tutulmamışdan qabaq kafedramüdirlərindən birisi (Aslan Atakişiyev) vermişdi. Çağırıb mənə dedi ki, bu işlərdən əl çək. Birikidənə yazı yaz. Hərəkətlərinə görə üzr istə, məsələ qurtarıb getsin. Mən rədd cavabıverdim. O dedi ki, mən sənə kömək etmək istəyirəm, istəyirəm ki, tutulmayasan, ancaqtutacaqlar (ola bilsin ki, xeyirxahlıq edirdi, ola bilsin hökumət tapşırmışdı - onu bilmədim).Soruşdum ki, mən nədən yazmalıyam? Bildirdi ki, sən Türkiyəni çox tərifləyirsən. Təklif olunurki, Türkiyənin əleyhinə bir məqalə yazasan. «Yox» cavabı verdim - yaza da bilmərəm, Türkiyəüzrə mütəxəssis də deyiləm. Qayıtdı ki, axı Türkiyə tarixindən dərs deyirsən? Bildirdim ki,bunun işə dəxli yoxdur. Dedi ki, məqaləni yazıblar, sən təkcə qol çək. Mən qəti boyunqaçırdım. Dedi ki, yaxşı, ikinci mövzu - sosializm quruluşunun müsbət cəhətləri, nə bilim, elm,nə bilim nə… Bundan da yazıblar məqaləni, sən, sadəcə olaraq, qolunu çək, biz onu«Bakraboçi»də, «Pravda»da çap etdirəcəyik, bununla da məsələ qurtaracaq. Yenə qəti imtinaetdim. Onda dedi ki, bilirsənmi ki, özün Don Kixot vəziyyətinə düşə bilərsən? (Özü də,mənimlə bir az ərklə danışırdı; dedi ki, məni bağışla, mən bu sözü işlətsəm acığın gəlməsin).Qabağında çox böyük stol vardı (kafedra müdiridir də). Dedi ki, bu stol böyüklükdə dəyirmandaşı olsa qaldırarsan? Cavab verdim ki, yox. Dedi ki, bəs niyə onun altına girirsən? Qayıtdımki, çatsa da, çatmasa da, məni əzsə də, əzməsə də onun altına girməliyəm. Baxdı-baxdı,«daha sənə kömək etməyə gücüm yoxdur, sonra peşman olacaqsan» dedi. Dedim: «Eybiyoxdur, Aslan müəllim. Qoy peşman olum, bu, mənim yolumdur».O «Don Kixot» sözünü mənə bir neçə nəfər deyib. Hətta həbsxanadan çıxandan sonra da.Bir dəfə Özbəkistandaydıq, akademik Fərəməz Maqsudov’la ikimiz ayrıca mübahisə edirdik(yanımızda bir-iki özbək də vardı). Birdən o qayıtdı ki, ay Əbülfəz müəllim, əl çək buişlərindən, bu, Don Kixotluqdur. (Özbəklərin arasında da təbliğat aparırdım ki, bu imperiyadağılmalıdır).Mən özümü heç zaman Don Kixot vəziyyətində hiss etməmişəm - heç zaman!Nəyə arxayın idin?Həmin vaxt uşaqlara deyirdim ki, bu imperiya, mənim hesablamalarıma görə, 1985-86-cıillərdə dağılacaq (əsasən 86-cı ili götürmüşdüm). Dağılanda isə biz hazır olmalıyıq. Məndemirəm ki, indi bir şey eləyək, indidən biz gizli təşkilatlar yaradaq, həmin vaxta hazır olaq ki,xalqa lazım olanda üzə çıxaq, xalqı ehtiyacını müdafiə edək. O tələbələr qalır, o tələbələr indidə mitinqlərə gəlir. Hamısı da indi deyir ki, müəllim, sənin o vaxt dediklərini biz eləyəbilmədik. Məni müdafiə edən tələbələr vardı, başa düşənlər vardı; artıq cəmiyyətimiz vardı:üçlük bir, beşlik bir, yeddilik bir, doqquzluq bir. Ayrı-ayrı qruplar, yaratmışdım ki, bir-biri iləəlaqəsi olmasın, çünki bilirdim ki, tez ilişdirərlər. Bunlardan elə oldu - birisi ilişdi, üç nəfərin işiaçıldı, sonra bir yerdə beşininki açıldı (bir nəfər satqın çıxdı, ya da döyülüb ələ alındı), daha

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!