13.07.2015 Views

Aqata Kristi.“Baş nazirin oğurlanması” - Kitabxana

Aqata Kristi.“Baş nazirin oğurlanması” - Kitabxana

Aqata Kristi.“Baş nazirin oğurlanması” - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

möcüzə olardı. O heyrətlənmiş və pörtmüş halda, gözünüçəkmədən bizə baxırdı. Hər halda Norman və mən onun üçünbarıt çəlləyini odlayan kibritdən də artıq olardıq.Bizim hələ şimala doğru getməyimiz məni təəccübləndirirdi.Bəs, biz Londona qayıtmırıq? Mən çox tutulmuşdum. Birdənmaşın yavaşıdı, mən Hendon aerodromunu dərhal tanıdım.Dərhal da Puaronun fikrini anladım. O, Fransaya təyyarə iləuçmağa qərara almışdı.Bu bir idmançı fikrini xatırladırdı, ancaq onun üzündən hissolunurdu ki, bu işin hələ tam hissəsi deyildir. Teleqram daha tezola bilərdi. Vaxt isə gözləmirdi. O, Baş Naziri xilas etmək üçünşəxsən özü getməlidir.Biz dayanan kimi Mayor Norman maşından yerə hoppandı,onun yerini sadə geyimli bir adam tutdu. O, Puaro ilə bir neçədəqiqə məşvərət etdi, sonra cəld çıxıb getdi. Mən maşından yerədüşdüm və Puaronun qolundan tutdum.- Səni təbrik edirəm, qoca! Onlar sənə gizlənmə yerinisöylədilər? Ancaq, bura bax , sən dərhal Fransaya teleqramvurmalısan. Əgər sən özün getsən, gecikə bilərsən.Puaro qəribə bir tərzdə, bir-iki dəqiqə mənə baxdı.- Tərslikdən, dostum, bir neçə şey vardır ki, onu teleqramlagöndərə bilmərik.Bu zaman Mayor Norman mülki geyimli bir təyyarəçi zabitiilə geri qayıtdı.- Bu sizi Fransaya aparan kapitan Lyaldır. O, dərhal yoladüşməlidir.- Yun şal isti olar, ser, - deyə gənc təyyarəçi Puaroya müraciətetdi. – Əgər istəyirsinizsə, sizə bir palto da verə bilərəm.Puaro saatını çıxarıb ona baxırdı. O, öz-özünə mızıldadı:- Bəli, vaxtdır. Düz vaxtdır!Sonra o, başını qaldırıb nəzakətlə gənc zabitə baxdı.- Mən sizə təşəkkür edirəm, müsye. Ancaq sizin sərnişin mənolmayacağam. Sizinlə bu centlmen uçacaq.25

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!