13.07.2015 Views

Aqata Kristi.“Baş nazirin oğurlanması” - Kitabxana

Aqata Kristi.“Baş nazirin oğurlanması” - Kitabxana

Aqata Kristi.“Baş nazirin oğurlanması” - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

- Hər halda siz indi onu eşitdiniz.Qız onu anlamadı, təəccübdən gözlərini yenə bərəltdi. Cek hissetdi ki, o yaxınlaşanda qız kənara çəkildi və hətta onun əlindənqaçıb evdə gizlənmək istəyirmiş kimi geriyə də boylandı.Qız başını buladı və gözlərini təəccüblə Cekə zillədi:- Mən heç nə eşitməmişəm, - dedi.Bu sözlərlə qız elə bil onun başına ağır bir zərbə endirdi. Qızıntəəəccübü elə təbii idi ki, Cek ona inanmaya bilmədi. O, hələ dəbaş verənləri ağlına sığışdıra bilmirdi. Qız nəzakətlə, sanki Cekinhalına acıyırmış kimi:- Sizin kontuziyanız var, elə deyilmi? – soruşdu.Bir anda o, qızın ürkək baxışının, evə tərəf boylanmasınınsəbəbini anladı. Qız elə bilirdi ki, Cek ruhi xəstədir.Sonra isə, elə bil onun başına bir vedrə soyuq su tökdülər.Ağlına dəhşətli bir fikir gəldi. Bəlkə, qız haqlıdır? Bəlkə, onudoğurdan da qara basır? Cekin canına qorxu düşdü.O, dinməz- söyləməz geriyə döndü və ağır addımlarla qızdanuzaqlaşdı. Qız onun arxasınca baxdı, köksünü ötürdü, başınıbuladı və sonra aşağı əyilib yenidən alaq eləməyə başladı.Cek hadisələri özlüyündə götür-qoy eləməyə çalışdı, öz-özünədedi:- Əgər mən bu lənətə gəlmiş səsi yenidən iyirmi beş dəqiqəişləmiş eşitsəm, demək, məni doğrudan da, qara basır. Yox, mənbu səsi bir daha eşitməyəcəyəm!Bütün günü əsəbi olduğundan yatağına çox tez uzandı vəqərara aldı ki, ertəsi gün səhər hər şeyi bir də yoxlasın.Ağır düşüncələr Ceki gecə yarıyadək yuxuya getməyəqoymadı. Yuxudan oyananda səkkizə iyirmi dəqiqə işləmişdi.Tələsik mehmanxanadan çıxıb qolf meydançasına yüyürdü.Lakin o anladı ki, lənətə gəlmiş meydançaya səkkizə iyirmi beşdəqiqə işləmiş çata bilməyəcək. Əgər onu doğrudan da, qarabasırsa, səsi başqa yerdə də eşidə bilər. Cek gözünü çəkmədənsaatına baxa-baxa qaçırdı.44

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!