13.07.2015 Views

Aqata Kristi.“Baş nazirin oğurlanması” - Kitabxana

Aqata Kristi.“Baş nazirin oğurlanması” - Kitabxana

Aqata Kristi.“Baş nazirin oğurlanması” - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Cek nahar etmək üçün aşağı enəndə gördü ki, təzə dostusalonda onun yolunu gözləyir. Həkim təklif etdi ki, onlar birstolda nahar edəcəklər.Cek narahat halda soruşdu:- Təzə bir xəbər varmı, ser?Mən kottec barəsində hər şeyi əldə etmişəm. Əvvəllər bukottecdə qoca bağbanla arvadı qalırmış. Sonradan qoca ölmüş,arvadı isə qızının yanına köçmüşdür. Daha sonra kottec birinşaatçının əlinə keçmiş və o, evi şəhərdə yaşayan bir centlmenəsatmışdır. Həmin centlmen kottecdə yalnız istirahət günlərinikeçirirmiş. Bir il bundan əvvəl isə ev Terner familiyalı şəxsəsatılmışdı. Onlar ər-arvad idilər. Deyirlər ki, onlar çox qəribəadamlarmış. Kişi ingilis imiş, arvadının isə bir tərəfi deyilənəgörə, rus imiş, həm də hədsiz gözəl imiş. Onun gözəl, eqzotikbaxışları varmış. Onlar çox sakit həyat keçirir, heç kəsləgörüşmür, kottecin bağından qırağa belə çıxmırmışlar. Yerlicamaatın yaydığı şaiyəyə görə, onlar nədənsə qorxurlarmış.Amma mənim buna inanmağım gəlmir.Və günlərin birində onlar gözlənilmədən yığışıb gedirlər və birdaha qayıtmırlar. Az sonra mister Terner Londondan göndərdiyiməktubda yerli vəkillərdən xahiş edir ki, kotteci mümkün qədərtez satsınlar. Ev əşyaları satıldıqdan sonra, kotteci misterMaumverer alır. Ancaq o da bu evdə ikicə həftə yaşadıqdansonra, onun satılması haqda elan verir. Kottecdə indi yaşayanlar,vərəmli fransız professoru və onun qızıdır. Onlar cəmi on gündürki, buraya köçüblər.Cek deyilənləri sakitcə dinlədi və axırda dedi:- Bütün bunlar bizi sirrin açılmasına zərrə qədər də, köməketmir, elə deyilmi?Lavinqton sakit bir tərzdə dedi:- Məni ən çox Ternerlər maraqlandırır. Əgər xatirinizdədirsə,mən dedim ki, onlar sübh tezdən çıxıb gediblərmiş. Mən beləgüman edirəm ki, onların getməyini heç əməlli-başlı görən də52

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!