13.07.2015 Views

Aqata Kristi.“Baş nazirin oğurlanması” - Kitabxana

Aqata Kristi.“Baş nazirin oğurlanması” - Kitabxana

Aqata Kristi.“Baş nazirin oğurlanması” - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

O, əlini açdı və göy rəngdə parlaq bir daşı bizə göstərdi.- Yaxşıdır. - Şerlok Holms dedi.- Bu qiymətli daşdır. Bilirsiniz,nə tapıbsınız? Bu Qrafinya Morkarın yaqutudur.BuKosmopolitan mehmanxanasında itirilmişdi. Onlar bu qiymətlidaşı tapana 1000 funt sterlinq verəcəklərinə söz veriblər.- Min funt sterlinq? - Peterson heyrət içərisində dilləndi. - Buçox böyük məbləğdir. Bunu nə vaxt itiriblər?- Beş gün bundan əvvəl, dekabrın 22-də. Bir xidmətçi, ConHorner xanımın geyinmə otağında işləyirdi. Bir neçə müddətRider adlı başqa bir xidmətçi də onunla birgə işləyirdi. Sonra onuharasa çağırıblar. Geri qayıdanda Ceyms görür ki, Horner yoxaçıxıb, Qrafinyanın qiymətli göy rəngli daşı saxlanılan qutu isəboş halda stolun üstündə qalıb. Bu vaxt Rider həyəcan siqnalıverir və həmin axşam Horner həbs olunur. Həmin qiymətli daşisə tapılmır. Horner əvvəllər də bir dəfə oğurluq üstündə həbsedilmişdi. Buna görə də bu qiymətli daşın da onun tərəfindənoğurlanmasına heç kəs şübhə etmədi. İndi Horner həbsdədir.- Belə... Görürsən, Uotson, - Şerlok Holms davam etdi. - biz indibu daşın mehmanxanadan oğurlanıb, sonra isə qazın çinədanınanecə düşməsi məsələsini aydınlaşdırmalıyıq. Əvvəlcə, biz küçədəşlyapasını və qazını itirən Cənab Henri Beykeri tapmalıyıq. Busirrin bir hissəsi olacaq. Biz bütün axşam qəzetlərinə elanverəcəyik. Zəhmət olmasa, mənə qələm və bir vərəq kağız verin.Oraya aşağıdakı sözləri yazacağam: “Oksford küçəsinintinində bir qaz və bir keçə şlyapa tapılmışdır. Cənab HenriBeyker bu axşam saat 6:30-da Beyker küçəsi,22 b ünvanına gələrsə, onları geri ala bilər”.- Peterson, indi aşağı idarəyə düş və de ki, bunu bütün axşamqəzetlərində dərc etsinlər. Bir də ki, geri qayıdanda bir qazalarsan. Əgər Cənab Henri Beyker elana cavab olaraq bura gəlsə,o, qazı ona verməliyik.- Yaxşı, ser. Bəs bu daş?- Onu seyfə qoyacağam. Qrafiniyaya yazarsınız ki, o, bizdədir.Peterson gedəndən sonra Şerlok Holmsdan soruşdum:77

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!