01.05.2018 Views

Şəmil Sadiq. Mən bir müəlliməm

Şəmil Sadiq. Mən bir Müəlliməm

Şəmil Sadiq. Mən bir Müəlliməm

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ŞƏMİL SADİQ

MƏN BİR

MÜƏLLİMƏM

Ön söz:

f.ü.f.d. Arif Əsədov

Redaktor:

Tural Quluzadə

Naşir:

Müşfiq XAN

Tərtibatçı:

Vüsalə Məmmədova

Korrektor:

Asifə Əfəndi

Texniki redaktor:

Bəxtiyar

Dizayn və qrafika:

Tamerlan İsmayılzadə

© Şəmil Sadiq. Mən bir müəlliməm

© “XAN” nəşriyyatı. Bakı– 2018. 156 səh.

Amma müəllim adı özü bir çərçivədir. Bu çərçivədə yalan

danışmaq olmaz, dəlicəsinə aşiq olmaq olmaz, söyüş söymək olmaz,

azad geyinmək olmaz, əxlaqsızlıq olmaz, alver etmək olmaz, iki arvad

almaq olmaz, oğurluq olmaz, öz xeyrini güdmək olmaz, üsyankar olmaq

olmaz… Bir sözlə, insana məxsus olan hislərin heç birini bu çərçivədə

görmürük və qəbul da etmirik.

ISBN: 9001020801197

İÇINDƏKILƏR

I FƏSİL

MƏN BİR MÜƏLLİMƏM

1. Həyat hekayəm 10

2. Kərəm kişidir, yoxsa arvad? 22

3. Alim yetişdirmək adam yetişdirməkdən

çox asandır 27

4. Müəllimlərə cavab 34

5. Müəllimlər zamanla ayaqlaşa bilmirlər 38

6. Təhsilimizi kişiləşdirməli, yoxsa erkəkləşdirməli? 42

7. Cail müəllim 45

8. Müəllimimdən şagirdimə 50

9. Müəllim gəlir, kənara çəkilin! 55

10. “Cəhalət” doğru cavab imiş 59

11. Müəllim təkbaşına bir dövlət olmalıdır 61

12. Faciələrimizi düzgün təbliğ etmirik 64

13. Kefli İskəndər biqeyrətdirmi? 67

14. Səssiz” müəllim 69

15. Bir müəllimin tarixçəsi 72

II FƏSİL

ADLIQ HAL

Şəmil

Sadiq

5

1. Dilin varlığı 78

2. Çərşənbəxatun adamın üzünə tüpürər 83

3. Ananı baladan ayıran bayram 89

4. Haldan-hala düşən adlıq hal 92

5. İsmin yersizlik halındakı statuslar 96

6. Firəng qulbeçəsi 99

7. Yalançı xalq etimologiyası 102

8. Bizim kənddə aşura 104

9. Bakirəliyini itirməmiş ləyaqət 106

10. Müşfiq XANa açıq məktub 110

11. I Bakı Avropa oyunları 118

III FƏSİL

PEDAQOJİ HƏYAT

1. Füzulinin həyat və yaradıcılığının

tədrisi haqqında 121

2. Azərbaycan dilçiliyi dilimizlə

ayaqlaşa bilmir 134

3. Azərbaycan dili ilə ədəbiyyat dərslikləri

birləşdirilməlidir 139

4. Ədəbiyyat dərslərinin tədrisində yenilik vacibdir 145

5. Operativ dil mərkəzinə ehtiyac var 150

Şəmil

Sadiq

6

Diş ilə dırnağın dastanı

Şəmil

Sadiq

7

1999-cu ilin 1 sentyabrı idi. Mənim üçün dünyanın

17-ci yayının son ayında, gəncliyimizin çiçək açdığı vaxtlarda

Bilik Gününü qeyd edirdik. Qeyd edirdik deyəndə

ki, böyük bir təmtəraq-filan yox idi. Sadəcə ilk dəfə gördüyümüz

Universitet auditoriyasının 304-cü otağının qapısı

açıldı və içəri üç şəxs daxil oldu. Nizami Cəfərov, Tofiq

Müzəffəroğlu (Hacıyev) və bir nəfər cavan oğlan. Nizami

Cəfərov əvvəl dekan olaraq özünü, sonra dekan müavini

Tofiq müəllimi təqdim elədi. Sonra dedi ki, “Baxın, bu cavan

oğlan da fakültə Tələbə Həmkarlar Təşkilatının sədri

Şəmil Sadıqovdur”.

Üstündən 18 ildən artıq vaxt keçib, yəni “bir igidin

ömrü”. O görüş həmin Şəmil Sadiqin kəmərindən asılmış

iri bir “qozsındıran” mobil telefonla assosiasiya olunub

yaddaşımda...

İllər keçdi. Müəyyən mərhələlərdə Şəmil müəllimlə

kədərimizi, sevincimizi, uğurumuzu hətta dərdimizi belə

tən böldük. Eyni cığırla addımladıq. Eyni üfüqlərə boylandıq.

Və əlbəttə ki, həyatın gərdişi olaraq eyni yerdən zərbələr

aldıq, təhlükələrlə qarşılaşdıq, xəbisliklərlə, paxıllıqlarla

üzləşdik.

“İnsanlar eyni olmur, atam balası”. İçini üzünün

təmənnalı təbəssümündə gizlədənlər var, ... dostu var, düşməni

var bu gərdişi-dövranın. Yazıqlar olsun ki, zəhrimar

maddiyyat əldə etmək “çabasının” bataqlığında mənəvi

dəyərlərin korroziyaya uğrama reallığı bitmək bilmir ki,

bilmir. İndi yaşamaq, mübarizə aparmaq, dostluğu, mənəvi

dəyərləri qorumaq çətindi, atam-qardaşım.

Sözün kor bucağında insan adlı anatomik ət maşınının

daxili enerjisinin faydalı iş əmsalı fizika elmi tərəfindən

hələ kəşf olunmayıb. Şəmil müəllimi tanıdığım vaxtdan

əmək və uğur üçbucağında zəhmətin episentrində olub.

O, arxadan atılan daşlara sadəcə gülümsəyib, uğur yoluna

davam edib. Sanki tarixin o tayından şaman babaların mübhəm

duası ilə öz missiyasını yerinə yetirir.

Dialektikanın qanunları var. İstəsən də, istəməsən də

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!