02.05.2018 Views

Mübariz Örən. Balıq gülüşü

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Qazanılmış günün siestası, yaxud

hekayələr və povest

Balıq gülüşü / 1

“Çağdaş nəsrin ustaları”

seriyasının məşvərət heyəti:

Vüqar Qaradağlı

Şəmil Sadiq

Səlim Babullaoğlu

İlqar Fəhmi

Azər Turan

Seyfəddin Hüseynli

Müşfiq XAN

Əliş Mirzalı

Səbuhi Şahmursoy

Naşir:

Müşfiq XAN

Redaktor:

Səlim Babullaoğlu

Ön sözün müəllifi:

Cavanşir Yusifli

Korrektor:

Lətafət Səmədova

Texniki redaktor:

BəxtiYar

Dizayn və qrafika:

Tamerlan İsmayılzadə

© Mübariz Örən

Qazanılmış günün siestası, yaxud balıq gülüşü

(hekayələr və povest)

© Hədəf Nəşrləri

Bakı–2017, 212 səh.

ATV Kitab-Hədəf Nəşrləri

“Çağdaş nəsrin ustaları”seriyasından 1-ci kitab

ISBN:

9016903973489

© Mübariz Örən / 2017

© Hədəf Nəşrləri / © ATV Kitab / 2017

Bütün hüquqular müvafiq qanunlarla qorunur. Naşirlərin razılığı

olmadan istifadəsi qadağandır.

İnformasiya dəstəyi:

www.manera.az, www.edebiyyatqazeti.az,

www.ayb.az, www.hedefnesrleri.az, www.senet.az

“Ədəbiyyat” qəzeti, “Ustad” dərgisi

2 / Mübariz Örən

Düz yoldan döngə yaxşıdır...

Prof. Cavanşir Yusifli

Mübariz Örən müasir Azərbaycan nəsrinin istedadlı

nümayəndələrindəndir. Onun özünəməxsus təhkiyəsi,

yazı tərzi və baxış bucağı var – daha doğrusu, müşahidə

strategiyası. Həyatdan qavradığından çıxardığı nəticələr,

hadisənin dərinliklərinə nüfuz etmə marağı və gücü onu

yaşıdı olan digər nasirlərdən fərqləndirir. Bəzən hətta

çox maraqlı, birnəfəsə oxuduğun nəsr mətnlərində də

boşluqlar olur və fikrimizcə, istənilən yazıçı bundan sığortalanmayıb.

Mətndə boşluq hadisələrlə əlaqəsi olsa

da, onun məntiqini ifadə etməyən artıq təsvirlərdən yaranır

və bu təsvirlər bəzən həmin bədii məntiqi üstələyir

və belədə ani effekt yaradan “maraqlı” hekayələr, povest,

hətta romanlar yaranır. Bizim nəsrdə belə nümunələr

çoxdur və təəssüf ki, bəzən biz onları əsl sənət hadisəsi

kimi təqdim edirik. Məsələnin məğzi nədədir?

Balıq gülüşü / 3

Belə deyək, iki tip yazıçı olur – məlum modellər

əsasında və həmin modellərin çərçivəsində yazanlar, bir

də gerçəkliyi çəpinə kəsən, onun içində dövr edən ən xarakterik

məqamların birini tutub yazanlar. Bu ikinci tipə

aid olan yazıçıların mətnində hadisə çox “kritik” məqamla

başlayır; hər şey son həddədir, içində yaşadığı

çərçivənin “uçurumunda”, qırağında, yaxud elə bir yerindədir

ki, dönüb geri – bütün həyatına baxmalısan.

Vaxtilə Mübariz Örənin “Siesta” hekayəsinin təhlilində

də bunu xatırlamışdıq. Kritik məqam, hər şeyin gəlib

çıxmaza dirənməsi hadisələri, onların insan hislərinə təsirini,

hər gün müşahidə elədiyin, yaxud rastına çıxan

nəsnələrin qavrayışını dəyişdirir.

Bu mənada biz onun müxtəlif mətnlərindəki seçmə

detallardan bəhs edə bilərik. Bunlar elə detallardır ki,

çox kritik bir məqamda yazıçıya, məsələn, “əzab”, “həsrət”,

“dəhşət...” kimi sözləri yazmağı qadağan edir, məcbur

edir ki, əsas məqamı – “mənanın çevrilməsini” göstərsin.

Məsələn, “Siesta”da uşağın balıq gülüşünə çevrilməsi

anı. “Qar tanrısı” hekayəsində təhkiyə strategiyasını

bəlləyən, “almadan” dünyanı gizlədib görünməz edən

qar tanrısına qədər yol gedən detallar...

“Siesta”da ən mühüm detal birdən-birə yada düşən,

özü də hekayənin bütün məğzini bir nöqtədə düyünləyən

“balıq gülüşü”dür. Bu məqamda ilğımla, mirajla həqiqi,

gerçək olan şey bir strukturun içində qərar tutur.

Olsun ki, adı keçən şəxs bunu “öz bildiyi, öz yozduğu

kimi” görüb, yəni əslində, hadisə heç də belə olmayıb.

Bu detalın ətrafında müxtəlif semantik oyunlar baş alıb

gedir: bir əlin barmaqları sayı qədər yaşı olan qəhrəman

da balıq gülüşüdür, yaxud balıq gülüşündən səhnəyə,

təhkiyə meydanına çıxan bir şəxsdir. Onun çirkin dünya

4 / Mübariz Örən

ilə ilk təması, sövq-təbii tamahının oynaması hər şeyi

darmadağın eləyir və onun yadına hələ bundan sonra

edəcəyi günahları salır. Təmizlik, məsumluq içindən silkələnib

çıxan insan, yəni uşaqlıq xəttini arxada buraxan

insan bundan sonra ömrü boyu balıq gülüşünü xatırlayacaq

və istəyəcək ki, bu hadisə onu xilas etsin. Günah

işlədən insanla balıq gülüşünün münasibətləri – balans

duyğusu, tərslik, uyğunsuzluq, kəskin qarşıdurma... –

bunların hamısı məhək daşına – balıq gülüşünə nəzərən

öz yerini tutacaqdır. Hekayədə təhkiyə havası, başqa

sözlə, iqlim anidən dəyişir, belə kiçik mətndə iqlimin,

ritmin, ritm əyrisinin qəfildən yox, sıçrayışlarla dəyişməsi

onun strukturunun orijinallığından xəbər verir. Bunları

da deyək: bu hekayədə həlledici cümlə hansıdır, o

cümlə ki, hekayəni iki yerə bölür, mənaları bölür, çoxaldır,

işarələr bir-bir yox, topayla gəlir. Budur o cümlə,

zənnimcə: “Çəpəri aşıb başqa bir dünyaya, vaxta düşmüşdü

sanki; nəsə əlahiddə bir şey baş vermişdi. Nə?

Özü də bilmirdi. Ətraf, hər şey dəyişmişdi, bağ-bağat,

çal-çəpər başqa rəng almışdı; boz pərdə çəkmişdin sanki

hər tərəfə. Özü də dəyişmişdi. Böyümüşdü! Sinəsində,

ayaqlarında, dizlərində hiss edirdi böyüdüyünü...” Belə

olduğu üçündür ki, gördüyü hər şeydən qorxmağa başlayır,

qorxmaq – dünyanı tanımağın, ona reaksiyanın bəlirtisidir.

Gülüşdən qorxurdu, uşaq kimi gülən balıq gülüşündən,

bir də anasının havalı gülüşündən. Bir gündə

iki gün yaşamaq məsələsi həm uşağın, həm də hekayənin

tapıntısıdır. Yaxud “Kim aparacaq məni ora” hekayəsində:

“...“Gördün, nənə, demişdim axı, mayda qayıdacam,

qayıtdım”. – Qurbanı aparmışdılar o may. Gözəl,

günəşli bir gündə basdırdılar onu. Ərikli bağın üstündə,

yovşanlı, göytikanlı yalın döşündə... Qıraqdan, ağ

Balıq gülüşü / 5

daşın üstündəki dördkünc mərmər parçasından Gülən

arvad baxırdı Eldara – minnətdar! Qurbanın “qayıtdığına”

sevinirdi sanki, az qalırdı, sevincdən dodağı qaça...

Gülən arvadın alqışı idi, nəydi – yəqin, ölünün də alqışı

olur – onun bu şəhərdə hər xırda işi asanlıqla düzəldi,

hər niyyəti tezcə hasil oldu...” “Ağ yel” hekayəsində də

gülüş var, ancaq burada onun digər mətnləri ilə daxili

mübahisədə olan məqamlar da yer alır: “...Vaqif daha

gülmür – içindəki nigarançılığı gizlətməyə ha çalışsa da,

sifətində səhərki romantikadan əsər-əlamət yox. Neçə

yal aşıblar, neçəsi hələ qabaqdadı... Dırmandıqları hər

növbəti yalın təpəsindən yeni “səhifələr” acılır. Onları

əhatə edən hər şey indi onlara yaddı. Ayaqlarının altından

qəfil sıçrayıb uzaqlaşan əyriqıç çəyirtkə də gözlərini

onlara zilləyib, sonra qaçıb girməyə dəmək axtaran buqələmun

kərtənkələ də, üzünü mürdəşir yumuş göytikanı,

adamayovuşmaz boz yelqovan, laqeyd, soyuq

yovşan da... Hər şey, hər şey! İndi onların yeganə təsəllisi

günəşdi, tərslikdən o da sürətlə qüruba gedir.

Üfüqdə onu getdikcə böyüyən nəhəng qızılı gəmi gözləyir...”

Onun “Bığ”, “İlıq”, “Ot”, “Skayp” və digər hekayələrini

də nəzərdən keçirə və bu mətnlərdəki sərrast detallardan

bəhs edə bilərik. Ancaq yazıçılar bir-birindən

təkcə bu kimi texniki, yaxud poetik elementlərə görə

fərqlənmirlər, əsas məsələ, bəlkə, bizim bilmədiyimiz,

yaxud bilib də ifadə eləyə bilmədiyimiz məsələlərdədir.

Zənnimizcə, bu məqamın aydınlaşmağa ehtiyacı var.

Belə deyək, “Ağ buludlar”ı təhlil eləyənlər nədənsə insestlə

bağlı məlum modellərdən çıxış edirlər, ancaq oxucunu

axıra qədər izləyən, ona rahatlıq verməyən mübhəmlikdən

bəhs edilmir. Mətnin dərinliyinə qədər hopan

6 / Mübariz Örən

mübhəmlik duyğusu, fikrimizcə, povestdə açar rolunu

oynayır, ancaq elə bir açar ki, yolu həm açır, həm də

bağlayır – Kortasarın mətnlərində olduğu kimi. Kortasarın

təhkiyəsində heç nə aydınlaşmır, aydınlığa doğru

getmir, bir az da mübhəmləşir; nəsrdə hər bir poetik sistemin

kosmosla sirli əlaqəsi var. Kortasar bizi bu qədər

mübhəmlik içində “boğsa da”, yenə, bir daha həmin

mətnləri maraqla oxuyuruq. Deməli, əslində, oxunan şey

bir deyil, bilmədiyimiz qədərdir. Mübarizin povesti bu

mənada onun digər mətnlərindən kəskin şəkildə fərqlənir.

Yəni janr dəyişikliyi poetik sistemdə kəskin hissi

qavrayışlar oyadır və təhkiyədə yeni atmosfer yaradır.

Mübhəmlik təhkiyə məkanında məcburi döngələr yaradır,

birindən az, o birindən çox görünən dünya hər addımbaşı

dəyişir və bizim hislərimizə də təsir edir, onları

da dəyişdirir.

Düz yol bəlli yerə aparır. Görünən yerə. Düz yoldan

döngə yaxşıdır.

Balıq gülüşü / 7

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!