04.01.2019 Views

Ustad dərgisi

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

BU SAYIMIZDA...

Təsisçi: Hədəf Nəşrləri MMC

Baş redaktor: fil.ü.f.d., dos. Şəmil Sadiq

Şef redaktor: Müşfiq XAN

Redaktor: Səbuhi Şahmursoy

Dizayn və qrafika: Tamerlan İsmayılzadə

Korrektor: Gülər Əliyeva

Müxbir: Aynur Rəhimzadə

Çapa imzalanıb: 02.05.2018

Tiraj: 500

sənət və ədəbiyyat dərgisi

04 (19) May / 2018

www.senet.az / www.sanat.az

Azərbaycan Respublikası Ədliyyə Nazirliyində

qeydiyyatdan keçmişdir.

Qeyd. № 5932

Dərgi üçün əsərlərinizi

ustaddargisi@gmail.com ünvanına

göndərə bilərsiniz.

Dərc edilən materialların icazəsiz

istifadəsi qadağandır.

Şəmil Sadiq

Dövlətli olasınız, Sultanım!...............................02

Əkbər Nəcəf

Camaatdan cümhuriyyətə Sərqdə

“respublika” fikri.............................................06

Dilqəm Əhməd

Azərbaycan Parlamenti necə açıldı? .................14

Ömer Özcan

Hasan Ali Yücel’in “Resulzade”si .....................20

Hasan Ali Yücel

Resulzade......................................................23

Elçin Həsənli

Yüz ilin Cümhuriyyəti və ya Cümhuriyyətin

yüz ili.............................................................28

Elçin İbrahimov

“Son türk əlifbası” Cümhuriyyətin təşəbbüsü kimi

(Azərbaycan Xalq Cümhuriyyəti və əlifba

məsələləri)......................................................34

Alxan Bayramoğlu

M.Hadinin həyatı və Cümhuriyyət dövrü

yaradıcılığına dair (1879 - 1920)......................38

Xəyalə Murad

Himnimizin müəllifi kimdir?.............................56

Nuranə Abbasova

Cümhuriyyətlə yaşıd sevgi hekayəsi

“Əli və Nino”.................................................64

Nemət Hacıəlı

Cümhuriyyət və ədəbiyyat................................70

İlahə Eldarqızı

“Studentlər” necə əsərdir? (Sorğu)....................74

Xanəmir Telmanoğlu

“Hər şeyi yenidən canlandırmaq lazımdır”

Nəsib Bəy Yusifbəylinin nəvəsi İzmirdə ...............76

“USTAD - Cümhuriyyət - 100”

HEKAYƏ MÜSABİQƏSİ.............................82

Rəşad Babalı

Dar ağacı (1-ci Yer) .........................................84

Lalə Məmməd

Görünən əraf (2-ci Yer)......................................92

Tural Türksoy

Al-yaşıl pişnamaz (3-cü Yer)...............................97

Nizami Hüseynov

Qəzetçi Seyid..................................................102

Cavid Qədir

İtki.................................................................106

Aytən Rəfixanova

Pirəmsaq baharı.............................................110

Tural Cəfərli

Rus çəkmələrinin qoxusu..................................115

Ceylan Mumoğlu

Quyu.............................................................118

Pərviz Cəbrayılzadə

Yüz illik həsrət................................................121

Ülviyyə Tahir

Sakvoyaj........................................................126

Şəfa Vəli

O evin tarixçəsi...............................................128

Əliağa Əzimzadə

145-ci iclas....................................................134

Aida Quliyeva

Yüz yaşlı şəkil..................................................137

Dövlətli olasınız,

Sultanım!

USTAD senet.az / may

2

Dövlətli olmaq hər bir xalqın ən ümdə

arzusudur. Dövləti olmaq isə hər bir

xalqın böyük uğuru, gücüdür. Keçmişində

dövlətinin olması bu gününün dayağıdır.

Bizim isə bir millət olaraq həm

keçmişdə, həm də bu gün dövlətimiz

var. Dövlətimizin varlığı bizim qürur

mənbəyimizidir.

Bu il Cümhuriyyətimizin 100

illiyidir. Bu haqda, yəqin ki, çox

yazılıb, hələ yazılacaq da. Azərbaycan

prezidentinin bu ili “Cümhuriyyət ili”

elan etməsi Azərbaycan Respublikasının

dünəninə olan sayğısı, ehtiramıdır.

Bugünkü Azərbaycanın tarixi AXCnin

varisi olduğunu rəsmi şəkildə

elan etmək dövlətimizinin gücündən,

müstəqilliyindən xəbər verir. Cühuriyyət

ilinə dövlət münasibəti onu göstərir ki, biz heç bir zaman qonşu dövlətlərin

vassalı olmaq arzusunda deyilik, Cümhuriyyətin yürütdüyü siyasətə sadiqik.

Düzdür, Azərbaycan 25 ildə yetərincə müstəqil və sabit siyasət yürütmüş, öz

istiqamətini dəfələrlə yüksək kürsülərdən bəyan etmişdir. Lakin bu da bir

həqiqətdir ki, keçmişi olmaq ən böyük arqumenti olmaqdır.

İnsanlar, xüsusən də, bizim millət dünəninə çox böyük önəm verir. Dünəni

bəlli olanlar əsli nəcabəti olanlardır, atası-anası olmaq deməkdir, bunun qədrini

bilmək isə sabaha olan inamdan, sabaha qurulmuş böyük xəyallardan irəli

gəlir.

Mirzə Fətəli Axundzadə ilə başlayan aydınlanmanın nəticəsi 70 il sonra

qurulmuş Cümhuriyyət oldu. Çar Rusiyası kimi nəhəng bir imperiyaya

qarşı gələn milli düşüncə sahibləri bu millətə bir daha müstəqil dövlət nəsib

etdilər. 23 aylıq cümhuriyyət ömrü sürətli şəkildə milli dönüş edərək dövlətin

milliliyini sübut etdi.

Dünənimiz bəlli, bu günümüzü yaşayırıq. İndi daha önəmli olan

sabahımızdır. Həmin sabah ki, bizə bir də 28 aprel yaşatmasın, həmin sabah

ki, bizə bir də 37-ci illəri yaşatmasın, həmin sabah ki, bizə bir də himn yazmağı

nəsib etməsin. Yox, məncə, himn yazmağı nəsib etsin, həmin himn ki, bütöv

Azərbaycanı görən himn olsun. Cümhuriyyətin bizə bəxş etdiyi, indi də

qutsalımız olan Himnimizdir. Bu himni heç nəyə qurban verməyəcəyimizi

bilirəm. Amma şəxsim adına deyim ki, Vahid Azərbaycan sevdasına himni

yenidən yazmaq olar.

Bəs biz dediyim o vahiməli sabahları yaşamamaq üçün nə etməliyik, necə

etməliyik? Məncə, sadəcə dəyişən dünya ilə milli çərçivədə ayaqlaşmalıyıq.

Nəinki ayaqlaşmaq, hətta önə də keçməliyik. Bu millətin övladları öz

potensialını bilməli və yararlanmalıdır.

Açıqfikirli gənclik yetişir, onların bacarığı və sabaha inamı bizi aydın sabaha

səsləyir, səsləməlidir. İnsan kapitalına qoyulacaq sərmayələr elmi tərəqqi gətirə

bilər ki, bu da bizim istəklərimizə cavab verəcək.

Məmməd Əmin Rəsulzadənin son nəfəsinə qədər mücadilə apardığı

Cümhuriyyət davası bizim üçün bu gün son nəfəsimizə qədər mübarizə

aparacağımız elm, elm, elm mücadiləsi olmalıdır.

Milli ruhumuzun təntənəli qələbəsi üçün isə bu gün Azərbaycan üçrəngli

bayrağın mavi rənginə bürünüb qırmızıya da, yaşıla da sayğı duymalı, amma

heç bir rəngin mavi göy rənginə xələl gətirməməsinə imkan yaratmamalıdır.

USTAD senet.az / may

3

USTAD senet.az / may

4

Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı

kəndində anadan olub. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan

Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyur,

buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı Texniki Məktəbində,

rus dilində davam etdirir. Azərbaycan milli istiqlal hərəkatının və təkcə

türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan

Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd

Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf

edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman Gənclik

Təşkilatı”nı yaradır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsulidarəsinə

qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan

və Türküstandan millət vəkili seçilir. 1918-ci il mayın 26-da Zaqafqaziya

seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunur. Həmin

ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların

üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranır. Səs çoxluğu ilə

M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilir. 1918-ci il mayın 28-də bütün

ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan

olunmasını dünyaya yayırlar. Bu o deməkdi ki, Azərbaycan xalqı öz varlığını,

bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin

qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan İsgəndər oğlu Xoyskinin

başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunur.

Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün

islam şərqi aləmində ilk dəfə olaraq respublika yaradır.

Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə

bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan Parlamentində çıxış

edib, universitetin açılmasını qəti tələb etmişdir.

1922-ci ildə Petroqraddan Finlandiyaya qaçan Rəsulzadə, qərbi Avropaya,

oradan da Türkiyəyə gəlir.

1923-cü ildə İstanbulda M.Ə.Rəsulzadənin “Azərbaycan Respublikasının

keçmişi, təşəkkülü və indiki vəziyyəti” kitabı çap edilir. “Əsrimizin Səyavuşu”,

“İstiqlal məfkurəsi və gənclik” kitabları nəşr olunur. 1923-27-ci illərdə onun

redaktorluğu ilə İstanbulda “Yeni Qafqasya” jurnalı nəşrə başlayır, ancaq

Moskvanın tələbilə kamalist hökumət jurnalı bağlayır və Rəsulzadə Avropaya

getməyə məcbur olur, Varşavada, Berlində yaşayır.

M.Ə.Rəsulzadə ailəsinin sürgünə göndərildiyini və həyat yoldaşının da

vəfat etdiyini öyrəndikdən sonra polyak əsilli Vanda xanımla ailə qurub,

birgə yaşayıb. Hər ikisi Ankaradakı milli kitabxanada çalışıb. Onların bu

evlilikdən övladları olmayıb.

Ankara Universitetinin Tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən

yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat 22-50-də üç dəfə

“Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyərək əbədiyyətə qovuşur.

Ankara radiosu martın 7-də, saat 22:45-də sabiq Azərbaycan Milli Şurasının

sədri M.Ə.Rəsulzadənin vəfat etdiyi xəbərini təəssüflə bütün dünyaya yayır.

USTAD senet.az / may

5

USTAD senet.az / may

6

Camaatdan cümhuriyyətə

Şərqdə “respublika” fikri

1918-ci ilin 28 may tarixində Tiflisdə

açıqlanan istiqlaliyyət bəyannaməsi

ilə Azərbaycan Cümhuriyyəti elan

olundu. Bəyannamənin ilk maddəsində

Azərbaycan Cümhuriyyətinin

“müstəqil”, ikinci maddəsində

“demokratik” bir rejim olduğu

vurğulanır. Cümhuriyyətin elanının

birinci ilində M.Ə.Rəsulzadə bu tarixi

hadisəni belə şərh edir: “Türk mənşəli

bütün başqa dövlətlər meydana

gələrkən, xüsusilə də dini əsaslara

söykənmişlərsə də, Azərbaycan

Cümhuriyyəti Türk milli-demokratik

dövlətçilik əsasında milli-mədəni

təyini-müqəddəratın müasirliyinə

əsaslanmışdır. Bu nöqtəyi-nəzərdən

cümhuriyyətimiz birinci Türk

dövlətidir”. 1

Ancaq Azərbaycan Cümhuriyyətinin konustitusiyası olmayıb. Buna

görə də, cümhuriyətin sahib olduğu bütün təməl haqq və hüquqlar

parlament və hökumətin çıxartdığı qanunlarla təyin edilmişdir. Həmin

qanunlar arasında cəmiyyətin demokratikləşdirilməsi, söz, vicdan, ictimai

və kollektiv hürriyyətlər, vətəndaş haqlarının qorunması istiqamətində

bir çox qanun qəbul olunub. Müsavat partiyasının parlament fraksiyasının

deklarasiyasında da “Azərbaycan hürriyyətlər ölkəsi olmalıdır” sözlərinə

yer verilib. 2

Bizi maraqlandıran məsələ, Azərbaycan düşüncə sistemidə

“cümhuriyyət” anlayışının necə yarandığıdır. Bu dövrün tədqiqatçıları

Azərbaycanın siyasi düşüncəsində həmin terminin necə, hansı şəraitdə

və nə şəkildə ortaya çıxdığını, bu anlayışın siyasi və ideoloji mənşəyini

araşdırmayıblar. 3

Termin ilk dəfə Məmməd Əmin Rəsulzadə və Cəlil Məmmədquluzadə

tərəfindən səsləndirilib. 1917-ci ildə “Cümhuriyyət” adlı qələmə aldığı bir

1 Azərbaycan qəzeti, 28.05.1919, No:110.

2 Mehmetzade M., Milli Azerbaycan Hareketi, Ankara 1938, s. 163; Baykara H., Azerbaycan

İstikal Mücadelesi Tarihi, Ankara 1990, s. 40

3 Kifayət qədər əhatəli hazırlanmış iki cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda

(Bakı 2004) “cümhuriyyət” termini və onun Azərbaycanda ortaya çıxmasının

tarixi səbəbləri haqqında məlumat verilimir.

məqalədə C.Məmmədquluzadə bu terminin geniş izhatını verib.

Azərbaycan fikir tarixində ilk dəfə həmin məqalədə “cümhuriyyətin”

mənası, tarixi, idarə əsasları, hüquqi təməlləri şərh edilib. Məqalədə

cümhuriyyətin latınca “Respublika” sözünün qarşılığı olduğu, “orada

məmləkətin idarəsi camaatın öz öhdəsinə və ixtiyarına” buraxıldığı qeyd

edilir. Tarixi baxımdan “Cümhuriyyət üsuli-idarəsi təzə deyil: qədim

yəhudilər, germanlar, yunanlar və rumlar tarixin çox əvail vaxtlarında

cümhuriyyət idarəsi ilə yaşayırdılar… Məmləkət müəyyən qanunlar gücü

ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni

vəkilləridir. Məmləkətin rəisinə rəisi-cümhur deyilir. Onu ya millət özü, ya

parlaman, yəni millət vəkilləri seçir”.

Mirzə Cəlilə görə, cümhuriyyət sistemində seçkilər 4 təmələ əsaslanır:

“1) Ümumilik – yəni məmləkətdə yaşayan nüfusun cəmisi seçkidə iştirak

etməlidir, …yəni açığı budur ki, seçkiyə kişilər ilə övrətlər də, erməni də,

müsəlman da, xan da və rəiyyət də durmalıdır.

2) Müsavilik – yəni səslərin bərabərliyi. Məsələn, mən əgər xan və bəyəm,

mənim də səsim birdir, sən çoban və rəiyyətsən, sənin də səsin birdir.

3) Düzgünlük – bunun mənası budur ki, bir para seçkilərdə, məsələn,

kəndlilər qabaqca vəkilləri seçib göndərirlər şəhərə. Şəhərdə bu vəkillər

qarışırlar qeyri şəhərlərin vəkillərinə. Dübarə vəkillər seçib göndərirlər

qubernski şəhərə. Belə olanda aşkardır ki, əvvəlinci seçkidə səs verənlər

bilməyəcəklər ki, aya axırıncı seçkinin vəkilləri kimin və hansı məbusun

seçkilərinə səs verəcəklər. Bəs, bundan yaxşısı budur ki, hər bir kəs əvvəlinci

seçkiyə duranda düzbədüz istədiyi məbusa rəy versin.

4) Gizlilik – yəni səs sahibi səsini elə gizlin verə ki, bir kəs xəbərdar

olmaya ki, aya, bu kimə rəy verdi”.

Mirzə Cəlil məqaləsində cümhuriyyət sistemində azadlığın əhəmiyyətini

vurğulayaraq, təməl azadlıqların “etiqad, yığıncaq, birləşmək, çap eləmək,

danışmaq, siyasi partiyalar düzəltmək, dilbir olub, həmtədbir” olduğunu

qeyd edir. Nəticədə Mirzə Cəlilə görə, “Vətəndaşlar! Bir tamaşa edin

bu nemətlərə, bu gözəl nemətlərə! Bir tərəfdən də yada salınız zalım

padşahların və onların polislərinin cövr və zülmünü! Əgər bizdə insanlıq

hissi ölməyibsə – güman edirəm ki, ölməyib, – o vədə gərək uca səs ilə

cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək: Yaşasın cümhuriyyət!” –

deyə yazır. 4

Siyasi mənada termini Azərbaycan siyasi-fikir tarixində 1917-ci il

inqilabından sonra Rusiyanın seçəcəyi yol haqqında fikir bəyan edərkən

M.Ə.Rəsulzadə səsləndirib. O, yeni Rusiyanın “federativ-demokratik

cümhuriyyət” olmasını dilə gətirib. 5 Bu fikir, Gəncədə Nəsib bəy

Yusifbəyli rəhbərliyində yaradılan “Türk Adəmi Mərkəziyyə firqəsi”nin

bəyannaməsində “muxtar cümhuriyyət” şəklində öz əksini tapıb. 6 1917-

4 Əhməd D., “Mirzə Cəlil Cümhuriyyəti niyə sevmirdi”, 04 avqust 2014

5 Mehmetoğlu D., Azerbaycan Demokratik Cumhuriyeti`nin Kuruluşunda (1918-1920),

Mehmet Emin Resulzade`nin Rolu, Kocaeli Üniversitesi Sosyal Bilimler Enstitüsü Yüksek

Lisans Tezi, Kocaeli 2004, s. 63, 67, 68, 79

6 İmanov V., Ali Merdan Topçubaşı (1865-1934) Lider Bir Aydın ve Bağımsız Azerbaycan

Cumhuriyeti`nin Temsili, İstanbul 2003, s. 63.

USTAD senet.az / may

7

ci ilin may ayında Moskvada keçirilən Bütün Rusiya Müsəlmanları

qurultayında da M.Ə.Rəsulzadənin Rusiya üçün “federal əsaslara söykənən

demokratik cümhuriyyət” fikri səs çoxluğu ilə qəbul edilmişdir. 7

Azərbaycan siyasi-fikir tarixində “cümhuriyyət” fikri məhz bu

şəkildə ortaya çıxıb. 1917-ci ildən əvvəl Azərbaycanla bağlı belə bir

fikrin səsləndirildiyinə dair indilik əlimizdə başqa bir məlumat yoxdur.

Maraqlıdır ki, tədqiqatçılar dövrün Azərbaycan ziyalılarının və siyasi

xadimlərinin bu termini haradan, necə və hansı məqsədlə alındığını

araşdırmayıblar.

Birmənalı olaraq qeyd edə bilərik ki, “cümhuriyyət” termini Osmanlı

mənşəlidir. Avropa dillərində “cümhuriyyət” mənasında respublika

anlayışı latınca “res publica” sözündən törədilib. Günümüzdə bütün

müsəlman xalqlarının dilində yer alan “cümhur” və ya “cümhuriyyət”

terminləri də latıncadan fransızcaya keçən republique sözünün qarşılığında

istifadə edilir. Termin ilk dəfə Osmanlı türkcəsində işlədilmiş və osmanlıca

vasitəsilə ərəb, fars, hətta Hind dillərinə keçmişdir. 8

Cümhuriyyət sözünün kökü olan “cumhur” ərəbcə olub mənası

“xalq”dır. Kəlmə, “Kamusi-Türki”də “xalq”, “cəmiyyət” və siyasi idarəetmə

şəkli olaraq üç mənada açıqlanıb. Cümhuriyyət termininin yaranmasında

ərəbcə “cumhur-xalq” əsas alınsa da, kəlmə fransızca republique

qarşılığında türkcə “lıq/lik/lük” şəkilçisinin ərəbcə forması olan “iyyət”

birləşməsindən yaranmışdır. Belə olan halda, kəlmənin dilimizdəki tam

açıqlaması “xalqa aid, xalqla bağlı və xalqa məxsus” olub, 9 XIX əsrdən əvvəl

nadir hallarda Osmanlı rəsmi sənədlərində keçir. 10

Termin osmanlıca əsərlərdə Böyük Fransız inqilabından sonra daha

geniş işlədilməyə başlandı. XIX əsrin ortalarından etibarən kəlmə türk dilinə

xas bəzi ifadə formaları qazanaraq bəzi yeni terminlərin yaranmasına səbəb

oldu. Belə terminlərdən biri də “cümhuriyyətçilik” idi. 11 Osmanlı siyasifikir

tarixində “cümhuriyyət” terminin və anlayışının memarları isə Namiq

Kəmal və Əli Suavi qəbul edilir.

Yeni osmanlıcılıq cərəyanının qabaqcılları olan bu iki maarifçi

Şərq düşüncə sistemində “cümhuriyyət” üçün uzun və geniş hüquqitarixi

təməllər axtarıblar. Osmanlıca və onun təsiri ilə Azərbaycan dilində

görünən bu terminin latınca “res publica” sözündən yarandığı gizlədilmir.

Bunu diqqətə alan müasir tədqiqatçılar cümhuriyyət üçün kökləri Platona

qədər uzanan geniş bir fikir şəcərəsi yaradırlar. Halbuki, Qərb düşüncə

sistemində, günümüzdə işlədildiyi şəkli ilə terminin banisi Palazzodur.

1606-ci ildə Palazzo tərəfindən qələmə alınan, 1611-ci ildə fransızcaya

USTAD senet.az / may

8

7 Mehmetoğlu, eyni əsər, s. 80.

8 Lewis B., Djumhuriyya, The Encyclopedia of Islam, vol. II, Leiden 1965, s. 594.

9 Ateş T., Cumhuriyet, İstanbul 1986, s. 12.

10 İtalyadakı şəhər dövlətləri üçün osmanlıca “Venedik Cümhuru” terminin keçdiyi qeyd

edilir. Lewis, Djumhuriyya, s. 594.

11 Osmanlı rəsmi dairələrində siyasi-idari mənada bu termini ilk dəfə 1848-ci ildə Mustafa

Rəşid Paşa haqqında səraskər Səid Paşa padişaha etdiyi xəbərdarlıqda dilə gətirilmişdi:

“... bu adam elan-i cümhuriyyət edəcək, səltənət əldə gedir”. Bax. Ateş, Cümhuriyet, s. 77.

tərcümə olunan 12 “İdarə və həqiqi dövlət ağlı haqqında nitq” əsərində

“cümhuriyyət” anlayışı “dövlət ağlı”nın (ratio status) ən mükəmməl

idarəetmə forması olaraq şərh edilib. Palazzo əsərində əvvəlcə “dövlət

nədir?” sualını mərkəzə qoymuş və onu dörd təməldə əsaslandırmışdır:

1. Dövlət (etat) ilk növbədə ərazidir (dominum);

2. Dövlət bir mühakimə sahəsidir (juridiction). Yəni qanunlar, haqlar,

təhəmmüllərin cəmi, bir növ “qurum”dur;

3. Dövlət bir həyat tərzidir, yəni sözün başqa bir mənası ilə fərdi bir sahə,

məsləkdir.

4. Dövlət bir şeyin necəlik formasıdır, yəni hərəkətə qarşı ətalət halıdır.

Bu açıqlamanın Platondan və Romadakı “cümhuriyyət” (respublika)

anlayışından tamamilə fərqli bir fikrə əsaslandığı ortadadır. Belə ki, Palazzo

üçün “cümhuriyyət” bir “dövlət ağlı” sistemidir. Həmin ağlın təməlində

təbiət dayanır və bu ağıl “ruhun qavrama gücünü, yəni şeylərin həqiqətini

hiss edib bilən və özü haqqındakı təyinatında doğru və yaxşını idarə edən

şeyi ifadə edir”. 13 Beləcə, ağlı ilkin mənada “şeylərin özünün bütünü”

(təbiət), ikinci mənada isə “şeylərin doğru bir qanunu və faəliyyətlərimizin

bir ölçüsü” hesab edən Palazzo üçün “dövlət” yuxarıda sadaladığımız

bütün mənalarda “cümhuriyyət”dir.

O halda, mərkəzində “dövlət ağlı”nın yer aldığı cümhuriyyət XVII

əsrə qədər bütün dövlət anlayışlarından və idarəetmə formalarından

tamamilə fərqli yeni bir anlayış olaraq qarşımıza çıxır. Burada dövlət ağlı

anlayışının həm subyektiv, həm də obyektiv olaraq iki mənada qəbul

edildiyini vurğulamaq lazımdır. Obyektiv olaraq “etat” (dövlət) yuxarıda

sadaladığımız dörd mənada cümhuriyyətin vahidliyini qoruması üçün

vacib və yetərli olan “dövlət ağlı”nı ifadə edərkən; subyektiv mənada

cümhrutiyyəti bir mülkiyyət (torpaq) sahəsi olaraq əsas alır. Palazzoya

görə, “dövlət ağlı” – “cümhuriyyətin bütünlüyünü, sağlamlığını və əminamanlığını

(sülh-pax) təmin etmək üçün bizə vacib olan vasitələri saxlayan

bir qanun və ya sənətdir”. 14

Palazzo tərəfindən tərif edilən cümhuriyyət anlayışı, daha sonra

Chemnitz və Bacon tərəfindən yeni siyasi məntiqin təməl qanunu olaraq

təsdiq edilir. Bu anlayış Platonun bəhs etdiyi və Roma Respublikasının

iddia etdiyi mənada “insanları Tanrı nəşəsi və mütləq səadətinə aparan

kralın və ya imperatorun” hakimiyyətini yox sayaraq, bir ötəki-dünya

anlayışını rədd edirdi. Onun yerinə dövlətin özü olan dövlət ağlını və

əgər içində bir mükəmməllik, səadət, xoşbəxtlik varsa ancaq dövləti

(cümhuriyyəti) əsas alırdı. Bu anlayış, “qiyamət günündən qorxan və

insanları bu dəhşətli sona hazırlayan kralın, papanın” iqtidarına son qoyub,

insanlarını mühafizə edən, onlara etiraz və itaət haqqı tanıyan, ağlı dövlətin

özü olan və bunu yeganə bilik sistemi olaraq qavrayan yeni bir anlayış

12 Əsər əslində 1604-cü ildə Napolidə nəşr olunub. Ancaq 1604, 1606-cı illərinə aid

nəşrləri əksik görünür. Buna görə də, əsərin tam şəklini 1611-ci ildə fransızca nəşri hesab

olunur. Bax. Giovanni Antonio Palazzo, Diccorso del governo e della ragion vera di Stato,

G.B.Sottile, Napoli 1604.

13 Palazzo, Stato, I:I,13.

14 Eyni əsər, I:3, 14.

USTAD senet.az / may

9

USTAD senet.az / may

10

gətirirdi. Artıq bu anlayış klassik yunanca və Roma dövrünün latınca

fəlsəfi-siyasi mətnlərində yer alan res publica anlayışından fərqli olaraq

Avropa respublika sistemi idi. Yeni osmanlıların qəbul edib, “cümhuriyyət”

adını verdikləri sistem də məhz bu respublika idi.

Yeni osmanlılar fransızca respublika anlayışı üçün Şərq düşüncə

sistemində hüquqi bir mənşə axtarışı apardıqlarında qarşı-qarşıya qaldıqları

yeganə varlıq “camaat” idi. Buna görə də, osmanlıcılar Tanrı qarşısında

“müti” (geniş mənada müsəlman) və hökmdar qarşısında “rəiyyət” olan

camaatı “cümhuriyyət”ə çevirdilər. Belə bir cümhuriyyət anlayışı üçün də

tarixi adres olaraq “Peyğəmbər və Xülafəyi-raşidi” dövrünü (Peyğəmbər

və dörd xəlifə dövrü: 630-661) hüquqi təməl seçdilər. Namiq Kamal və

Ziya Paşa bütün cəhdləri ilə İslamın ilk yaranış mərhələsini “cümhuriyyət”

elan etdilər. Onlara görə, Peyğəmbər və dörd xəlifə dövrü, sözün həqiqi

mənasında “Əsri-səadət cümhuriyyəti” idi. 15

Belə olan halda ortaya bir sual çıxır: Tanrı adına Kralın və Papanın mütləq

hakimiyyətini rədd edən və mənası gərəyi “dövlət ağlı” olan respublikanı,

Yeni osmanlılar mərkəzində “vəhy” və “Peyğəmbər” olan camaat anlayışı

ilə necə uyğunlaşdırırdılar?

Yeni osmanlıların respublika fikrinə qarşı önə sürdükləri “Əsrisəadət

cümhuriyyəti” anlayışındakı Peyğəmbər və “dövlət ağlı” olaraq

“vəhy” anlayışı bizi yanıltmamalıdır. Çünki burada Peyğəmbər obrazı

nisbi xarakter daşıyır. Məhz buna görə də, “Əsri-səadət”lə, yəni İslamın

ilk dövrünü əhatə edən idarə sisteminin mərkəzinə “icma” məfhumu

oturtmağa çalışıblar. “Əsri-səadət cümhuriyyət” anlayışında qabardılmağa

layiq olan məsələ də məhz “toplamaq, qoşulmaq, birləşdirmək” mənasında

camaatın (cəmea) “fikir və səs çoxluğu” ilə (icma) aldığı qərarlardır. 16

Yəni Şərq tərzinə və ya İslami formaya salınan cümhuriyyət anlayışı üçün

peyğəmbərə edilən vurğu onun söykəndiyi vəhy əsaslı “ilahi ağlı” deyil,

“müsəlmanlara özlərini camaatdan ayırmamağı” tövsiyyə edən və idari

məsələlərdə camaat kimliyini önə çıxardan peyğəmbər obrazı idi. Belə

məlum olur ki, XIX əsrin maarifçiləri “respublika” anlayışının qarşısına

“cümhuriyyət” yerləşdirərkən, “dövlət ağlı” anlayışının da qarşısında

“icma” məfhumunu inşa ediblər.

Son olaraq burada bir məsələni də vurğulamaq gərəkdir. Cümhuriyyətin

təməl aldığı camaat və icma (respublika və dövlət ağlı) məfhumları “xalq”ı

əhatə etmir. Nə Palazzo, Chemnitz və Baconun “respublika”, nə də Namıq

Kəmal və Ziya Paşa “cümhuriyyət” anlayışında “xalq” yer almır. Halbuki,

28 may 1918-ci il “İstiqlal Bəyannaməsi”ndə Azərbaycan açıq-aşkar “Xalq

Cümhuriyyəti” elan olunmuşdur. Maraqlıdır ki, cümhuriyyət tarixində

“xalq” məfhumu sadəcə həmin bəyannamə ilə məhdudlaşır. 17 Sonrakı bütün

rəsmi sənədlərdə “xalq” məfhumuna yer verilmir.

15 Kutlu A., Cumhuriyet Kavramı ve Türkiye`deki Evrimi, Ankara Üniversitesi Sosyal

Bilimler Enstitüsü Yüksek Lisans Tezi, Ankara 2011, s. 94.

16 Camaat və icma məfhumları üçün bax. Lewis B., İslam`ın Siyasal Dili, Kayseri 1992,

s. 26-27.

17 “Ədalət Tahirzadə: Azərbaycan Xalq Cümhuriyyəti yox... Azərbaycan Respublikası”

– 30 yanvar 2014-cü il.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin möhürü

Çünki “xalq” (xəlq) klassik İslam düşüncəsində “yaradılmış bir

varlığı” ifadə etdiyindən “respublika” anlayışını rədd edirdi. Halbuki,

XIX əsr maarifçilərinin başlıca məqsədi mərkəzində icma ağlının olduğu

camaat kimliyini ortaya çıxartmaq olduğundan, ilahi bir güc tərəfindən

yaradılmış “xalq” kimliyinə diqqət çəkmək “vəhy”ə söykənən bir ağıl

anlayışını yenidən gündəmə gətirmək mənasına gələcəkdi ki, bu da əsrisəadət

cümhuriyyəti anlayışını yıxan “Tanrı adına hökm sürən xəlifələr”in

(zinullah) sisteminin müdafiəsinə yol aça bilərdi. Böyük ehtimalla, “istiqlal

bəyannaməsi”ndə yer alan “Xalq Cümhuriyyəti” ifadəsi 1917-ci il Bolşevik

inqilabının təsirindən qaynaqlanırdı. Amma bunun mümkün olmadığı qısa

zamanda qavradıqlarından “Azərbaycan Cümhuriyyəti” adındakı “xalq”

məfhumu heç bir zaman işlədilmədi.

Bütün bunlar diqqətə alındığında “cümhuriyyət” anlayışının Osmanlı

mənşəli bir termin və məfhum olduğu, Azərbaycan siyasi düşüncəsinə 1917-

ci ildən tez daxil olmadığı ortaya çıxır. Bu məfhum haqqında ilk məqaləni

yazan Mirzə Cəlilin terminin mahiyyətindən xəbərdar olmadığı aşkardır.

O, termini sadəcə, tərcüməsini çatdırmış, heç bir şəkildə onu Azərbaycan

üçün hüquqi mahiyyətini anlatmağa cəhd etməmişdir. M.Ə.Rəsulzadənin

isə bu məfhuma yüklədiyi məna termin müstəvisində qalmış və mahiyyəti

açıqlanmamışdır.

Belə olan halda, Azərbaycan Cümhuriyyəti, aparıcı gücü “millət

kimliyi”ni önə çıxardan siyasi bir gücün varlığına baxmayaraq, Cənubi

Qafqazın “Müsəlman-Türk” camaatının varlığını ifadə edən və bütün

hallarda Şərqdə ilk “icma” (dövlət ağlı) anlayışını siyasi müstəviyə daşıyan

ilk “dövlət” (etat) idi.

USTAD senet.az / may

11

USTAD senet.az / may

12

Fətəli xan Xoyski

Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində anadan olub.

Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak Leyb-Qvardiya

alayının general leytenantı idi, anası isə Şərəbanu-xanım Hacı Molla Zeynal

qızı idi. Xoy və Şəki sahibkar xanların nəslindəndir. Xoy xanı olan ulu babası

Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik

qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. Təhsilini Yelizavetpol

(Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva Dövlət

Universitetinin hüquq fakültəsinə daxil olur. O, 1897-ci ildə 1-ci dərəcəli

diplom ilə universiteti bitirib, həmin ilin avqustunda Tiflis məhkəmə

palatasının böyük sədrinin əmrilə Yelizavetpol dairə məhkəməsi yanında

məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olunur.

Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan

sonra Fətəli xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət

dumasının müstəqil millət vəkili seçilir. Müxtəlif məqsədli komissiyalara

seçilir: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, Ədliyyə nazirliyinin yoxlanışı

üçün təqdim olunan Dövlət dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb

edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini

Dövlət Dumasının müzakirəsinə qəbul edilənliyi məsələsinə baxılması üçün

yaradılan komissiyalarda.

Müsəlman fraksiyasının üzvü olur, köçürülmə siyasətinin əleyhinə çıxış

edir, kadetlər partiyasına daha çox üstünlük verirdi. 1917-ci ilin Fevral

inqilabından sonra I Qafqaz müsəlmanları qurultayının (aprel, Bakı)

iştirakçısı olur; may ayında Moskvada keçirilən I Ümumrusiya müsəlman

qurultayında Ümumrusiya müsəlman Şurasının İcraiyyə Komitəsinin üzvü

olur. Bitərəflə “Müsavat” partiyasının 1-ci qurultayında (26-31 oktyabr) iştirak

edir, Azərbaycana Rusiyanın tərkibində muxtariyyət verilməsi haqqında

müsavatçıların tələbini dəstəkləyirdi. Bakı şəhər Dumasına (oktyabr, 1917 —

aprel, 1918) rəhbərlik etmişdir. Zaqafqaziya komissarlığı (15 noyabr, 1917 —

10 fevral, 1918) nəzdində xalq maarif komissarı olur. Zaqafqaziya Seyminin

(10 fevral — 26 may, 1918) üzvü; “Müsavat” və demokratik bitərəf qrupun

fraksiyasına daxil olmuşdur. Aprel ayından Zaqafqaziya hökumətinin

Ədliyyə naziri təyin olunur. Müvəqqəti Azərbaycan Milli Şurasının (27 may

— 7 dekabr) üzvü, mayın 27-dən Milli Şuranın İcraiyyə Komitəsinin sədri

olmuşdur.

Sovet hakimiyyəti qurulduqdan sonra Fətəli xan Xoyski Tiflisə köçür,

orada 19 iyun 1920-ci ildə qətlə yetirilir. Qatillər “Daşnaksütun” partiyasının

üzvləri Aram Erkanyan və Misak Qriqoryan idilər, onlar Tiflisdəki İrəvan

meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açırlar. İndiki Tbilisi botanika

bağının ərazisində yerləşən köhnə müsəlman qəbiristanlığında dəfn edilib.

Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirib.

USTAD senet.az / may

13

USTAD senet.az / aprel

14

Azərbaycan Parlamenti

necə açıldı?

Bu il Azərbaycan Cümhuriyyəti

Parlamentinin açılmasının yüzüncü

ildönümü tamam olacaq. Bu tarixi hadisənin

hansı şəraitdə baş tutmasını diqqət etdikdə

Cümhuriyyət liderlərinin necə cəsarətli

addım atdıqlarının şahidi oluruq.

Dünya müharibəsi başa çatınca

dünyanın yeni xəritəsini cızacaq Paris Sülh

konfransı yaxınlaşırdı. Öz müstəqilliyini

hər vasitə ilə qorumağa çalışan Azərbaycan

Cümhuriyyəti də orada bütün xalqın

adından danışa biləcək bir siyasi qurumla

təmsil olunmaq istəyirdi. Belə tam

səlahiyyətli qurum isə Müəssislər Məclisi

idi. Doğrudur, Azərbaycan hökuməti

14 sentyabr 1918-ci ildə Müəssislər

Məclisinə seçkilər üzrə, 21 oktyabrda isə

həmin quruma seçkilər haqqında qanunu

hazırlayacaq iki komissiya yaratmışdısa

da, onlar mövcud durumda bir iş görə

bilməmişdi. Paris isə, təbii ki, Azərbaycanın nə zaman seçkilər keçirməsini

gözləməyəcəkdi. Belə bir durumda Azərbaycan üçün ciddi təhlükələr yarana

bilərdi, çünki məsələn, Versal Bakı valiliyinin Azərbaycanın tərkibindən çıxarılıb

Rusiyaya verilməsi və b. faciəli qərarlar qəbul edə bilərdi.

Baş nazir Fətəli xan Xoyski Milli Şuraya müraciət etdi ki, Müəssislər Məclisini

çağırmaq üçün hazırlıq işinə hökumətin vaxtı çatmadığından bu vəzifəni Milli

Şura öz üzərinə götürsün.

Milli Şura təkliflə razılaşdı. Şuranın Məhəmmədəmin Rəsulzadənin sədrliyi

altında 19 noyabrda keçirilən iclasında məsələ geniş müzakirə edildi. Elə həmin

gün Milli Şura Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) yaradılması

haqqında qanun qəbul etdi.

Orada göstərildi ki, Zaqafqaziya Seymindəki Müsəlman fraksiyası Rusiya

Müəssislər Məclisinə 1917-ci ildə ümumi səsvermə ilə seçilmiş 14 müsəlman

deputatın üzərinə partiya nümayəndələrinin artırılması hesabına genişləndirilərək

44 nəfərdən ibarət olmuşdu. Həmin 44 nümayəndə may ayında özünü

Azərbaycan Milli Şurası elan edərək yeni yaradılan Azərbaycan dövlətinin

idarəsini öz öhdəsinə götürüb. Ancaq Azərbaycan yalnız türklərlə, müsəlmanlarla

məskunlaşmayıb, buna görə də Milli Şura torpağımızda yaşayan bütün millətləri

təmsil etməlidir, halbuki 44 nəfər bütün əhalinin təmsilçisi deyil.

120 nəfərdən ibarət olacaq Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanına

(Parlamentinə) hər 24 min nəfərdən bir məbus (deputat) hesabı ilə müsəlmanlar

80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 məbus seçəcək.

Milli Şuranın 44 müsəlman üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün

Məclisi-Məbusana birbaşa üzv sayılacaq, qalan 36 yerə isə əlavə şəxslər seçiləcək.

Azərbaycan parlamenti

Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək

nümayəndələrin sayı da müəyyən edilmişdi.

29 noyabr 1918-ci ildə Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin

Rəsulzadənin yayımladığı “Bütün Azərbaycan əhalisinə” müraciətnaməsində

oxuyuruq:

“Bu ayın 19-da qəbul elədiyi qanunnaməyə görə, Şurayi-Milli dekabrın 3-nə

qədər 120 əzalıq bir Məclisi-Məbusan (Parlaman) halına gələcəkdir. Bu Məclisə

azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kibi, məmləkətin

vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq Məclisi-Məbusan

iləridə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi-Müəssisanı yığışıncaya

qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil

və mənafeyini mühafizə edəcəkdir. […] Bizi təxribkar qüvvətlərdən, məhvedici

anarşidən, hərc-mərcdən qurtarmaq içün öz dəvətimizlə gələn türklər vəzifeyixilaskaranələrini

ifa edərək bu gün mövqelərini Müttəfiq əsgərlərə təslim

etmişlərdir. Qafqasya ərazisi üzərində asayişi təmin eləmək içün gələn bu yeni

qüvvət millətlərin müqəddəratını təyin edib də istədikləri kibi yaşamaq əzminə

mane bir qüvvət deyildir. “Cəmiyyəti-Əqvam” fikrinin ələmdarı bulunan rəisicümhur

Vilson bu zümrəyə mənsubdur. Paytaxtımızda müsafir bulunan Müttəfiq

əsgərlərinin komandanı müsyö Tomson Qafqasyaya aid məsələlərin Sülhi-ümumi

Konfransında həll olunacağını rəsmən bəyan etmişlərdir. […] Əvət, vətəndaşlar,

Azərbaycanın müqəddəs həqqi-istiqlalı heç bir millət tərəfindən inkar edilməyir,

biləks, hüsni-təvəccöh və qəbul görməkdədir. İnanalım millətimizin istiqbalına,

inanalım Azərbaycanın səadətinə! [...] Bütün Azərbaycan vətəndaşları bilafərqimillət

və məzhəb bir vətənin övladıdırlar. Ümumi vətəndə müştərək həyatlarını

qurmaq və bərabərlikdə kəndi səadətlərini hazırlamaq üçün onlar yekdigərinə

əl uzatmalı və yardım etməlidirlər. Bu xüsusda ən böyük məsuliyyət və ən ağır

vəzifə, bittəb, Azərbaycanın türklərinə, müsəlman camaatına düşəcəkdir. Onlar

bu topraq üzərində yaşayanların ən böyük əksəriyyətini təşkil etdiklərindən daha

ziyadə fədakar və daha ziyadə mütəhəmmil bulunmalıdırlar. [...]

USTAD senet.az / may

15

Yaşasın Azərbaycan Məclisi-Məbusanı!

Yaşasın Azərbaycan Cümhuriyyəti!

Yaşasın Cəmiyyəti-Əqvam!”.

Gördüyümüz kimi, Məclisi-Məbusanın (Parlamentin) açılışı 3 dekabra təyin

edilmişdi, ancaq Bakıdakı rus və erməni Milli Şuraları bu işə mane olmaq üçün

Bakıya yenicə gəlmiş Müttəfiq qoşunlarının baş komandanı general Tomsondan

istifadə etməyə çalışdılar. Azərbaycan rəhbərliyinin general Tomsonla apardığı

danışıqlar onların səylərinin qarşısını xeyli aldı – qəzalardan bütün deputatların

Bakıya gələ bilməsi üçün Parlamentin açılışı 7 dekabra keçirildi.

Beləliklə, 7 dekabr 1918-ci ildə gündüz saat 1-də H.Z.Tağıyevin Nikolay

küçəsində yerləşən keçmiş qız məktəbinin (indiki AMEA Əlyazmalar

İnstitutunun) binasında müsəlman Şərqində ilk parlamentin açılışı oldu. Ancaq

şəhərdəki durum hələ də gərgindi – deputatların həbs edilməsi təhlükəsi vardı.

Azərbaycan istiqlalını hər şeydən üstün tutan Məclis üzvləri isə qorxuya üstün

gələrək cəsarətlə bir yerə toplandılar.

Məclisi-Məbusanın açılışını edən Azərbaycan Milli Şurasının sədri Məhəmməd

Əmin Rəsulzadə geniş təbrik nitqi ilə çıxış etdi. O, millət vəkillərinə bunları da

dedi:

“Zaman ağır, gedəcəyimiz yol çok tikanlı və arizəlidir. İləridə bir çox müşkülat

və maneələri dəxi gözə almalıyız. Dumanlı yolları keçmək və səri-mənziliməqsədə

irmək üçün siz, məbus əfəndilər, bir çok fədakarlıqlar etməli, təmsil

etdiyiniz millətə səbat, mətanət göstərmək üzrə bir nümuneyi-əmsal təşkil

etməlisiniz. Bu nümunəni göstərəcək iqtidar və istedada malik oldunuzsa yolun

yarısı gedilmiş deməkdir. Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi qərəzləri

və bütün bu kibi vətən və millət qayəsi qarşısında səqət qalan qərəzlər atılmalı,

Vətən qayğısı, millət duyğusu hər şeydən yüksək tutulmalıdır”.

Parlamenti qoruyan mühafizə alayı

USTAD senet.az / may

16

Məclisi-Məbusanın

bu ilk iclasında

Əlimərdan bəy

Topçubaşov onun sədri,

Həsən bəy Ağayev

isə sədrin birinci

müavini seçildilər.

(Əlimərdan bəy öncə

İstanbulda, sonra isə

Parisdə Azərbaycan

təmsilçisi olduğu üçün

Parlamentə gerçək

sədrlik Həsən bəyin

üzərinə düşdü).

Az sonra Məclisi-

Məbusanın 3 nəfərlik katibliyi də seçildi.

İlk iclasda Azərbaycan Cümhuriyyəti müvəqqəti hökumətinin sədri F.X.Xoyski

hökumətin fəaliyyəti haqqında hesabat verdi və onun istefasını qəbul etməyi

Məclisi-Məbusandan xahiş etdi. Parlament hökumətin istefasını qəbul etdi.

Qeyd etmək gərəkdir ki, Məclisi-Məbusan haqqında qanunda ermənilərə 21,

ruslara 10 deputat yeri ayrıldığına baxmayaraq onlar Məclisin ilk iclaslarına

qatılmadılar. Bakı Rus Milli Şurası burada iştirakı “Vahid və bölünməz Rusiya”

ideyasına xəyanət, Azərbaycanın Rusiyadan ayrılması faktının tanınması

kimi dəyərləndirirdi. Ancaq Bakıdakı “Rus-slavyan Cəmiyyəti” özlərinin

nümayəndələrini Məclisə götürmək xahişi ilə Milli Şura sədri Rəsulzadəyə

müraciət etdikdən və onlara 5 yer ayrıldıqdan sonra Rus Milli Şurası da 1919-cu

ilin yanvarında Məclisə qatılmaq istədiyini bildirdi.

Azərbaycan Parlamentində iştirak etməməklə onun fəaliyyətini pozacaqlarını

güman edən Erməni Milli Komitəsi də Məclisə iki ay nümayəndə göndərmədi.

Parlamentin onlarsız da normal işlədiyini görüncə ermənilər Məclisə qatılmağa

qərar verdilər və burada iki fraksiya yaratdılar.

Beləliklə, artıq 1919-cu ilin sonlarına yaxın Məclisi-Məbusanda 11 müxtəlif

partiya fraksiyası və qrupun təmsilçisi olan 96 deputat vardı. Fəaliyyətinin

sonunadək müxtəlif əvəzlənmələrlə Məclisi-Məbusanın 100 müsəlman və 28

qeyri-müsəlman olmaqla 128 deputatı olub.

Məclisi-Məbusan işə balayınca yeni hökumətin təşkili də vacib məsələ kimi

ortaya çıxdı. Parlamentin feilən sədri Həsən bəy Ağayev 13 dekabr 1918-ci ildə

F.x.Xoyskiyə müraciətlə yeni kabinənin təşkilini ondan xahiş etdi. İkinci xahişdən

sonra Fətəli xan Məclisi-Məbusandakı “İttihad” fraksiyasından başqa bütün yerdə

qalan qrupların nümayəndələrindən ibarət koalisyon hökuməti 28 dekabrda təşkil

edərək Parlamentin təsdiqinə verdi.

Bu hökumət təsdiqlənən kimi general Tomson onu Azərbaycanda yeganə

qanuni hakimiyyət kimi tanıdığını bəyan etdi.

Cəmi 17 ay yaşamasına baxmayaraq Azərbaycan Cümhuriyyətinin Məclisi-

Məbusanı 1918-ci il dekabrın 7-sindən 1920-ci ilin 27 aprelinədək 145 iclas keçirdi

və ölkənin ən önəmli həyati məsələlərini həll etdi. O, özünün yüksək işgüzarlıq

qabiliyyəti ilə sübut etdi ki, Azərbaycan xalqı, həqiqətən, parlament idarəçiliyi

səviyyəsinə yüksəlib

USTAD senet.az / may

17

USTAD senet.az / may

18

Əlimərdan bəy Topçubaşov

Əlimərdan bəy Topçubaşov 1863-cü ildə Tiflis şəhərində qulluqçu ailəsində

dünyaya gəlib. İlk təhsilini I Tiflis gimnaziyasında alır və 1884-cü ildə oranı

uğurla bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil

olur. Lakin birinci semestrdən sonra o, hüquq fakültəsinə keçir və 1888-ci

ildə oranı müvəffəqiyyətlə bitirərək hüquq elmləri namizədi adını almışdır.

Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası Ə.Topçubaşovun

mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün

hazırlaşması haqqında qərar qəbul edir. Lakin bu qərar yalnız Əlimərdan

bəy Topçubaşov provaslavlığı qəbul etdikdə qüvvədə ola bilərdi. O da

provaslavlığı qəbul etməkdən imtina edir, beləliklə, universitet haqqında çar

qanunu xristian olmayan Ə.Topçubaşova müvafiq vəzifəni tutmağa icazə

vermir.

Ə.Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək məhkəmədə, vəkil

vəzifələrində çalışır, Tiflis geodeziya məktəbində hüquqdan dərs deyir.

O, 1918-ci il 30 mart-1 apreldə Bakıda bolşevik və daşnakların sovet

hakimiyyətini müdafiə bayrağı altında azərbaycanlılara qarşı törətdiyi

kütləvi qırğın zamanı onun tezliklə yatırılmasına çalışanlardan, aprelin

1-də A.Caparidzenin başçılıq etdiyi “Sülh konfransı”nın iştirakçılarından və

İnqilabi Müdafiə Komitəsinin tələblərini qəbul edənlərdən biri olub.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük sevinclə qarşılayan

Ə.Topçubaşov Fətəli xan Xoyskinin 1918-ci ilin iyununda təşkil etdiyi II

kabinədə Portfelsiz nazir, oktyabrında isə Xarici İşlər naziri vəzifəsinə təyin

edilib. AXC yarandığı gündən etibarən bir hüquqşünas alim kimi onun

dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması

sahəsində var qüvvəsilə çalışıb. Azərbaycan hökuməti Osmanlı imperiyası və

onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə

Ə.Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərib.

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimi Ə.Topçubaşov

1920-1934-cü illərdə Parisdə yaşamış, ictimai-siyasi fəaliyyətini davam

etdirmiş, Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, AXC-nin yaranması,

ədəbi xadimlər haqqında kitab, qəzet və jurnallarda məqalələr yazmışdır.

Siyasi mühacirətin görkəmli xadimlərindən biri kimi Ə.Topçubaşov Fransa

rəsmi dairələrinin nümayəndələri ilə görüşərək Azərbaycanın işğalına son

qoyulması uğrunda mübarizədə milli qüvvələrə yardım edilməsi məsələsini

qaldırmış, ikitərəfli əlaqələrə dair problemləri müzakirə etmişdir. O, 1920-

ci il iyulun 5-16-da Spa (Belçika), 1921-ci il fevralın 21-dən martın 14-ə kimi

keçirilən London (Böyük Britaniya), 1922-ci ilin aprel-may aylarında keçirilən

Genuya (İtaliya) konfranslarında və b. iştirak etmişdir.

Ə. Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda vəfat

etmiş və Müqəddəs Kloud qəbiristanlığında dəfn olunmuşdur.

USTAD senet.az / may

19

USTAD senet.az / may

20

HASAN ALİ YÜCEL’İN

“RESULZADE”Sİ

Rahmetli dostum, genç yaşında

Kırım Türklerinin siyasi önderi Cafer

Seydahmet Kırımer’in yakın mesai

arkadaşlarını arasına katılarak vatanının

bağımsızlığı için çalışan İsmail Otar,

İstanbul Erenköy’de bir dairede

kütüphanesini ve Kırım’ın milli arşivini

muhafaza ediyordu. Burada başta

Kırımer olmak üzere Kırım’ın istiklaline

kavuşması için mücadele eden siyasi

önderlerin arşivleri; Sovyet mahkumu

Türk uruglarının yürüttükleri mücadele

ile ilgili nadir vesikalar yanında siyasi

muhaceretin Türkiye, Almanya, Polonya,

Çekoslovakya, Finlandiya , Fransa,

Japonya, Mançurya’da çıkardıkları

gazete ve mecmua koleksiyonları bulunuyordu. Türkiye’de resmi

kütüphanelerde bile böyle bir koleksiyon yoktu. Bu sebeple bu daireye

dünyanın her tarafından çok sayıda araştırmacı geliyordu. Kırımer’in evrakı

arasında bazı gazete kesikleri de vardı.

Henüz o tarihlerde Cumhuriyet gazetesini taramadığım için Hasan Ali

Yücel’e ait iki makale kesiği dikkatimi çekmişti. Hasan Ali Yücel (İstanbul,

1897-26.2.1961), 1935-1950 yılları arasında milletvekili olarak Parlamentoda

bulunmuş, 1938-1946 arasında Milli Eğitim Bakanlığı yapmıştı. Eğitimci

olduğundan bakanlığı döneminde neşriyat faaliyetine ağırlık vermiş, günü

müzde bile tartışma konusu olan, bilhassa sağ partiler tarafından eleştirilen

Köy Enstitüleri uygulamasını yaygınlaştıran bir siyasetçi idi. Bugün

tarafsız olarak bakıldığında Köy Enstitüsü uygulamasının eğitimde büyük

bir hamle gerçekleştirecek faydalı bir model olduğu söylenebilir. Türkçü

düşünür Atsız 1944’te Orkun dergisinde, başbakan Şükrü Saraçoğlu’na

hitaben yayınladığı iki açık mektupta Yücel’i bu okullara ve maarife

Marksist düşünceli bazı öğretmenler yerleştirmek ve DTCF’deki öğretim

üyelerini himaye etmekle suçlamıştı. Bu mektupların arkasından yakın

dönem Türk siyasi tarihinde 3 Mayıs 1944 Milliyetçilik Olayı olarak geçen

hadise cereyan etmiş, başta büyük tarihçi Zeki Velidi Togan olmak üzere

Alparslan Türkeş, Atsız, Nejdet Sançar, Dr. Fethi Tevetoğlu gibi tanınmış

Türkçülerin bulunduğu 23 kişi bir yıla yakın hapiste kaldılar, yargılanıp

ceza aldılar. Askeri Yargıtay verilen cezaları iptal etti, yeni yargılamada

sanıklar beraat ettiler. Bazı sanıkların sorgulamada işkence gördükleri,

tabutluklara konuldukları biliniyor. Türkiye’yi yönetenlerin 1944’de

II. Dünya Savaşı’nın galiplerinin belli olması üzerine Sovyetlere şirin

görünmek için milliyetçileri hapse attıkları söylenmiştir. 1946’da Türkiye’de

çokpartili siyasi hayatın başlaması Demokrat Parti’nin şaibeli seçimde bir

miktar milletvekili çıkararak Meclis’e girmesi üzerine oldukça yıpranan

Hasan Ali Yücel yeniden bakan yapılmadı, Bakanlık taki kadrosu tasfiye

edildi. Demokrat Parti İstanbul İl Başkanı Kenan Öner ile arasındaki davada

hapis yatan milliyetçilerden bazıları aleyhinde ifade verdiler. Milliyetçi

camiada şahsına çok tepki duyuldu. 1950’de seçimleri kaybedip Parlamento

dışında kalınca partisinden istifa etti. CHP lideri, önceki cumhurbaşkanı

İsmet İnönü ile yıldızı bir daha barışmadı. Düşkünlük günlerinde İş

Bankası kültür danış manlığı yaptı, Cumhuriyet, Akşam, Ulus ve Dünya

gazetelerinde makaleler neşretti. Kırımer, Cumhuriyet gazetesinden iki

yazısını kesip saklamış. 1912’de kurulan ve kendisinin de faaliyetlerine

iştirak ettiği Türk Ocağı hakkındaki yazısı Türk Yurdu’nda yeniden

neşredildi.

Kırımer’in Yücel’in gazeteden kestiği ikinci yazısı 27.5.1955’ tarihli

“Resulzade” başlıklıdır. Miliyetçilere, Turancılara mesafeli durmasına

rağmen vefatının akabinde bu yazıyı yazması dikkati çekicidir. Resul

zade ile sadece üç defa görüşme yaptığını belirtiyor. İlk görüşmelerinin

Resulzade’nin 1947’de yeniden Türkiye’ye gelmesinden sonra akrabası

Mehmet Ali Resuloğlu vasıtasıyla gerçekleşmiş olması muhtemeldir.

Mehmet Ali Resuloğlu, Türkiye’den ayrıldıktan sonra bir süre Resulzade

ile birlikte olmuş, araya girenlerin yardımı ile yeniden Türkiye’ye gelerek

Ankara’da dönemin tek partisi CHP’ye bağlı Halkevleri’nde işe girmişti. Bu

yakınlık sebebiyle Resulzade 1947’de döndükten sonra günlük politikadan

uzakta durmak için M.E.Yalvaçoğlu takma adıyla CHP’nin yayın organı

Ulus gazetesinde bazı makaleler neşretmişti. Ayrıca Ulus’ta Azerbaycan

Kültür Derneği’nin faaliyetleri haber olarak verilmiştir. 1950’de iktidarın

değişmesinden sonra Resulzade Ulus’ta makale neşretmedi, Mehmet Ali Re

suloğlu ahde vefa göstererek uzun yıllar CHP ile ilişkisini kesmedi.

Yücel, makalesinde Resulzade’nin, büyük şairin 800. (1141-1941)

yıldönümü münasebetiyle hazırladığı ve 1951’de Milli Eğitim Bakanlığı

yayınları arasında basılan ‘Büyük Türk Şairi Nizamî ‘hakkında kısaca

malumat vermiştir. Yücel, mahkemelerde uğraşırken 1947’den itibaren

eski tarzda yazdığı şiirlerden bir divan meydana getirmiştir. Divan, başta

USTAD senet.az / may

21

dibacesi olmak üzere Fuzulî’nin Türkçe Divanı’na nazire olarak yazılmıştır.

Eski tarzı bilen, Nizamî’yi anlayabilecek malumata sahiptir. Divanında

siyaseten muarız olduğu Hamdullah Suphi Tanrıöver, Nihal Atsız, Kenan

Öner, Celal Bayar, Adnan Menderes ,Tevfik Koraltan, Fuat Köprülü gibi

şahısların ismi geçmiştir. Eski harflerle düzenlenen divanı muhafaza

eden ve 2013’te vefat eden kızı Canan Eronat babasının Cumhuriyetin

değerlerine karşı gösterile bileceği endişesiyle divanının yayınlanmasına

izin vermemiştir.

Resulzade, Nizamî hakkındaki eserini II. Dünya Savaşı döneminde

yaşadığı Romanya’da 1941’de tamamlamıştır. Eserdeki önsözde 1941’de

tamamladığı eserini savaş şartlarında neşretme imkanı bulamadığını,

gecikmenin bazı eksiklerinin tamamlanmasına imkan vermesi bakımından

faydalı olduğunu belirtmiştir. Önsözün 8 Nisan 1948 tarihini taşıdığına

bakılarak 1947 sonbaharında Türkiye’ye geldiğine göre eksikleri

tamamlayarak basılmak üzere Milli Eğitim Bakanlığı’na vermiş olmalıdır.

Eser, bakanlı ğın neşredeceği kitaplarda uyguladığı mevzuat çerçevesinde

ilgili uzmana incelenmek üzere gönderilmiştir. Eserin basıma hazır hale

gelmesi için üç yıl geçmiştir. Gecikmenin mevzuata uygun hale getirilmesi

yanında CHP’li bakanlığın milli neşriyata kendi yayınları arasında yer

vermekte pek iştahlı davranmamasıyla izah edilebilir. Demokrat Parti 14

Mayıs 1950’de iktidara geldikten sonra Dr. Fethi Tevetoğlu, “Müftüoğlu

Ahmet Hikmet” kitabını basılmak üzere bakanlığa verdiğinde eski iktidarın

kadrolarının direnciyle karşılaşmıştır. Çeşitli bahanelerle basımı geciktirilen

eser ancak bakan Tevfik İleri’nin gayretiyle gün ışığına çıkabilmiştir.

Nizami’nin Türk Tarih Kurumu kütüphanesinde bulunan nüshası,

Resulzade tarafından, Ankara 7.5.1951’de geçmiş Milli Eğitim

Bakanlarından, tarihçi Yusuf Hikmet Bayur’a ‘Sayın Bay Hikmet Bayur’a

Saygılarımla’ i ithafıyla imzalıdır.

Yavuz Akpınar da 1982-1999 yılları arasında 45 sayı olarak neşrettiği

Kardaş Edebiyatlar dergisinin Nisan-Eylül 1999 tarihli 45. sayısında

bu yazıyı iktibas etmiştir. Azerbaycan Cumhuriyetinin kuruluşunun

100. Yılında Resulzade’nin hatırlanmasına vesile olacağını düşünerek

yayınlanması uygun olacaktır.

USTAD senet.az / may

22

RESULZADE

Hasan Ali Yücel

Üç hafta kadar önce Ankara’da bir garib,

hayata gözlerini yumdu. Her Türk, alyıldızlı

bayrağının dalgalandığı her yerde

vatanındadır. Buna şüphe yok. Fakat gene

her Türk evini, köyünü ve kentini ayrıca

sevdiği, onlara ayrıca gönlünü bağladığı

evinden, köyünden ve kentinden uzakta

olunca kendini ‘garib’ hissetmekten

alıkoyamaz. Rahmetli Mehmet Emin

Resulzade işte böyle bir garibdi; bu manada,

evinden ve köyünden ve yurdundan uzakta

kaldığı için…

Esasen uzun boyu, geniş gövdesinin

üstünde taşıdığı başın bir öksüz bükülüşile

çok kere yana iğik duruşu; gözlerinin

güleç zamanlarında bile mahrum bakışı;

daima çekingen, mütevazı, asil tavırları,

muhatabına bu ‘gariblik’ intıbaını verirdi. Vakarını bir an zedelemeden,

fevkalâde nazik, son derece kibar olmasını bilirdi. Konuşurken, bir şeye

inanmış adamlara hâs, belirli fikirlerini bu yumuşak zarfın içinde kesinlikle

ifade ederdi. Hakîm, kâmil bir insandı.

Üzerimdeki bu tesirleri, onunla topu topu üç defa görüşmüş olarak,

doğrulukla, samimiyetle dile getirdim. Görüşmelerimizin her üçü de fikir

ve edebiyat üstüne idi. Ne o, ne ben, hemen bir kelime bile günlük siyaset

hakkında konuşmadık. Onunla bu alanda ayrı kalmamıza imkân olmıyan

en mühim nokta, birbirimize açılmadan birbirimizi anlamaya yetmişti. O

da Türktü, ben de Türktüm. Bağlandığımız bu müşterek ve kutsal varlık,

üstünde söz açıp fikir karşılaştırmaya ihtiyaç duymadan anlaşmamıza

yetmişti. Nizami’ye dair 1951’de Milli Eğitim Bakanlık klasik serisi içinde

yayınlanan kitabını bana lütfedip getirdiği zaman söyleştiğimiz fikirler, hep

o mühim noktanın etrafında dönüp durmuştu.

Bu kitab, büyük şairin 800. (1141-1941) yıldönümü münasebetile

yazılmıştı. Yazar, şairin adının üstüne şu kaydı koymuştu: Azerbaycan Şairi.

Bu 400 sahifelik eserin ruhu Azerbaycandır. Fars ve Dünya edebiyatının

en önemli simalarından biri olan Nizamî’nin şekilde İranlı, özde Türk

olduğunu ispat etmek için Resulzade, bütün dikkatini harcamıştır.

Nizamî’nin ilk kadının Kıpçaklı bir Türk kızı olduğunu ve tek oğlu

Mehmed’in bundan doğduğunu, Hüsrev ve Şirin mesnevisinin yazılması

sırasında sevgilisinin öldüğünü ve Mesnevinin sonunda Hüsrev’in cenazesi

USTAD senet.az / may

23

USTAD senet.az / may

24

üstünde can veren Şirin için ‘O, benim Afâkıma benzerdi, belki de onun tâ

kendisi idi’ deyişini öyle içli anlatırdı ki bütün bu hazin maceralar, sanki

Resulzade’nin başından geçmiştir.

Resulzade, Nizamî’de Türk ruhunu haklı olarak bulmuştu. Nizamî’de ne

Sâdî’nin her şeye ‘eyvallah‘ demeyi tavsiye eden dervişâne hikmeti, ne bir

takım sufî şairlerin dünyadan el etek çekmede selâmet olduğunu söyliyen

öğüdleri yer almıştır. O da mutasavvıf olmakla beraber, hayata bağlı,

hayatın güzelliklerine hayrandı. ’Leyla-Mecnun’un başındaki Sâkinâme’de

de şöyle der:

‘Ne vakte kadar böyle buz gibi donup kalmak?’

‘Ne vakte kadar sıçan gibi su üstünde durmak?’

‘Geç gül gibi yumuşak huyluluktan!’

‘Menekşe gibi iki yüzlülükten sıyrıl!’

‘Yer olur dikenleşmeli‘

‘Gün olur, delilik etmeli’

‘Diken gibi mızrağını umzuna vur,’

‘Gülden çelengler sana olsun!’

Bu şiir, kendi dilinden söylenmiş gibi onun ruhuna uyuyor. Resulzade,

Dante’nin üstadı Virgilius gibi Nizamî’yi öne alıp onu daha da söyletir:

‘Bu öyle bir yer ki, akılsızların kalesi,’

‘Hep zalimlerin vergi diye yerler verirler..’

‘Arslan yürekli olmıyan başa gelmez’

‘Öküz yüreklilerde iş olmaz.’

‘Her kazâya buyun eğmek niçin?’

‘Her cefaya rızâ göstermek neden?’

‘Yüksek dağlar gibi arkanı pek tut.’

‘Katı yüreklilere karşı sert ol!’

Bu yaşa geldim, tamam bizden olan Nizamî’nin bu taraflarını bilmezdim.

Bugünkü dile basit bir farsça heveslisi olarak elimden geldiği kadar tercüme

ettiğim bu şiirlerde ne yaman bir ruh varmış! Şu öğüdlere bakın! Millî bir

davanın adamı, milletinden bir şairin böyle ateşten sözlerini bulur da dile

getiremez olur mu? Ah, biz bizi ne kadar bilmeyiz, ne kadar tanımayız; bu

onun misallerinden sadece, bir tanesidir. Sanki bugün aramızda yaşayıp

Genceli büyük Nizamî’nin şu öğüdlerini tutanları, hiç değilse tutmağa

çalışanları tanımış mıyız ? Tanımağa çalışıyor muyuz ?

Resulzade işte, 70 yıllık uzun ömründe, evsiz, barksız sırasında yoksul

kimsesiz bir millî dava için mızrağı sırtında bir ideal savaşçısı olarak yaşadı

ve hiçbir şeysiz, fakat tek şeyi olan imanı gönlünde Allahının huzuruna

gitti. Ona rahmet, Tanrının inayeti olsun.

Resulzade, düşünen, okuyan, yazan bir aksiyon adamı idi. Bütün

hayatında bir yek siyaset tuttu: Millî politika. Yani Türk varlığı ve Türk

istiklâli. Kime karşı olursa olsun, o bu siyasete bağlı kaldı. Çarlık Rus yasına

olduğu gibi Bolşevik rejimine de bu sebeple daima karşıt oldu. İkinci Dünya

Harbi içinde nazi Almanyasının bu husustaki anlayışsızlığını görünce

ondan yüz çevirmek için de bir an tereddüt etmedi. Çünkü parolası her

zaman buydu: İnsanlara hürriyet, milletlere istiklâl.

Resulzade, kısa, fakat özlü bir yazısında idealistler, oportünistler

ve bozguncuları anlatır. İdealistler, siyasî olsun, içtimaî olsun, bütün

hareketlerini bir fikre, bir ideye bağlıyabilen ve ona sadık kalarak yaşıyan,

hatta ölen insanlardır. Bunlar real olayları ihmal etmemekle beraber,

bu realitelerin gelişmesine o ideal yolunda sağlamağa çalışırlar. Bir

kısım insanlar da vardır ki, onlar tarihin akışile, varılacak hedefle fazla

meşgul olmadan günü gününe bir rol oynamak için kendilerini akıntıya

bırakırlar. Akıntının kafileyi istenilen sahilden başka bir yere götürmesile

ilgilenmezler. Bunlar oportünistlerdir.

İdealistin gerçekliği ile oportünistin gerçekliği başka başka mahiyettedir.

Birinciler, sosyal hedefin realitesi üstünde dururlar, ikinciler günlük oluşun

gerçeğinde kalıp ilerisini düşünmezler. Böyle olmakla beraber zaman,

mekan ve diğer şartlar, bu iki tip insanın, bazan birleşmesini mümkün

kılar. Fakat idealistin her zaman uzak kaldığı tip, bozgunculardır. Onlar,

sadece, mevcudu yıkmaktan zevk alırlar. Bunların ne tarafsız görüşleri, ne

müspet programları olur. Niyetleri hep kötüyedir. Çalışmaları ‘inkâr ve

ihlâle’ doğrudur. Böylelerile yalnız idealistler değil, hatta oportünistler bile

mücadele etmelidir. Çünkü bozguncular, oportünistler için de tehlikelidir.

Resulzade, bu anlattığı üç sınıfın birincilerindendi. Azerbaycan’ın

kalkınmasını, istiklâl ve hürriyetini bütün hayatının hedefi bildi. Bu yolda

her şeyi feda etti. Tehlikeli, mahrum bir yaşayışa razı oldu. Kimseden bir

şey istemedi. Hapislere, siyasî baskılara tahammül etti. Çünkü tek istediği,

ideali idi. Bütün milletdaşlarını kendisinden alacaklı saydı. Varlığının

sebebini idealinde gördü. Nesi varsa bu uğurda hepsini vermekten

çekinmedi. Onu yakından ve uzun seneler tanıyan dostları, onda ümitsiz bir

an görmediler. Meyus olmadı. Her zaman yüzü güldü. Milletinin kudretine

imanı hiçbir zaman sarsılmadı. Toprağı nur olsun.

Bu satırları ne bir mersiye, ne bir medhiye olarak yazmıyorum.

Aramızda ne türlü kıymetler yaşıyor ve yaşamakta: onu bizden sonraki

nesillere duyurmak istiyorum. Sadece o kadar! Topluluğumuz yetiştirdiği

türlü tipte insanlarını kıymetlendirerek kıymet bulacaktır. Buna şiddetle

inanmaktayım. Bütün ömürlerince şuurlarımızda ve yüreklerimizde yer

aramış adamlarımızı kayıtsızlık çukuruna atmıyalım. Onların mezarları,

yaşıyan kardeşlerinin, evladlarının gönülleri olmamalı mı? Bu fedakâr

insanlara karşı bu kadar fedakârlığı kendimiz için bir zahmet saymamalıyız.

USTAD senet.az / may

25

USTAD senet.az / may

26

Həsən bəy Ağayev

Həsən bəy Ağayev 1875-ci ildə Gəncədə anadan olub. Gəncə klassik

gimnaziyasında təhsilini başa vurduqdan sonra 1901-ci ildə Hacı Zeynalabdin

Tağıyevin puluyla Moskva Universitetinin Tibb fakültəsində oxuyaraq

oranı bitirir. Vətənə qayıdaraq həkimlik edir. 1906-1907-ci illərdə Güney

Azərbaycanda yaşamağa məcbur olur. 1907-ci ildə Bakıda keçirilən Qafqaz

Müsəlman Müəllimləri Qurultayı Mərkəzi Komitəsinin sədri seçilir, “Difai”

təşkilatının üzvü olur.

Monarxiyanın süqutundan cəmi bir neçə gün sonra Gəncədə, əvvəllər

“Difai”ni yaratmış Gəncə Milli Komitəsinin aparıcı şəxsləri – Şəfi bəy

Rüstəmbəyli, Xəlil bəy Xasməmmədov, Şeyxzamanlı qardaşları və başqaları

ilə birgə Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında Azərbaycan tarixində

keyfiyyətcə yeni, ilk dəfə olaraq Avropa mədəni dəyərlərinə istinad məramlı

bir partiyanın — “Türk Ədəmi-Mərkəziyyət firqəsi”nin əsasını qoyur (1917).

Bu partiya Müsavatla birləşəndən sonra onun Mərkəzi Komitəsinin üzvü

seçilir.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının iclasında

Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilərkən Həsən bəy Ağayev Milli

Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olur və bu tarixi

hadisədə birbaşa iştirak edir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal

bəyannaməsini ilk olaraq Həsən bəy Ağayev imzalayır. 1918-сi il, iyunun

16-da Azərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçür. İyunun 17-də

burada keçirilən ilk iclasında Milli Şura yaranmış əziyyətlə əlaqədar olaraq,

fəaliyyətini müvəqqəti dayandırır, bütün hakimiyyəti yeni yaradılmış

Hökumətə verir. Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 7-də Bakıda

təntənəli açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş

həkimi vəzifəsində çalışır.

Dekabrda Parlament sədrinin müavini seçilir, sədr Əlimərdan bəy

Topçubaşov Bakıda olmadığına görə 2 fevral 1920-ci ilədək sədr vəzifəsini

icra edir. Cümhuriyyətin süqutundan sonra Tiflisə gedir.

19 iyul 1920-ci ildə Tiflisdə Fətəli xan Xoyskini qətlə yetirən erməni

muzdlu qatilin gülləsiylə şəhid olur. Tbilisidə yerləşən köhnə müsəlman

qəbiristanlığında (hazırda Botanika bağının ərazisi) dəfn olunur.

USTAD senet.az / may

27

Yüz ilin Cümhuriyyəti

və ya Cümhuriyyətin yüz ili

Azadlıq yolunda qalxan bir vuruş

Doğrudur, çox zaman tez susdurulmuş.

Lakin, ən nəhayət, çalmışdır zəfər,

Onundur gələcək, onundur səhər!

Corc Bayron

USTAD senet.az / may

28

28 may 1918-ci il Azərbaycan tarixində

ən parlaq səhifə hesab olunur. Çünki

məhz bu tarix Azərbaycan Demokratik

Cümhuriyyətinin yarandığı gündür.

Çar Rusiyasında baş vermiş fevral

inqilabından sonra Azərbaycan bu

imperiyanın tərkibindən çıxaraq özünü

ildə demokratik dövlət elan etdi. Bununla da müsəlman şərqində ilk demokratik

dövlət Azərbaycanda quruldu. İlk parlament 1918-ci il mayın 28-də Azərbaycan

müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və

tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdir. Azərbaycan Milli Şurasının İstiqlal

Bəyannaməsində deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu

kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tam hüquqlu bir

dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu

millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən,

silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün

vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün

millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli

Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra əsas vəzifələrindən biri

parlamentin yaradılması idi. Parlamentin açılışı dekabrın 3-nə elan olunsa da,

erməni və rusların maneəsi nəticəsində 1918-ci il dekabrın 7-də Hacı Zeynalabidin

Tağıyevin tikdirdiyi Qızlar Məktəbinin binasında baş tutdu. Bu Qızlar Məktəbi

müsəlman şərqində tikilən ilk qızlar məktəbi idi. Bu məktəbi bitirən bir çox

ziyalı xanımlar AXC və sonrakı dönəmlərdə Azərbaycan tarixində mühüm rol

oynamışlar. Həsən bəy Zərdabinin xanımı da həmin məktəbi bitirmişdi. Təbii

ki, bəziləri represiya qurbanına çevrilmişdi. Parlamentin ilk sədri Əlimərdan

Bəy Topçubaşov, sədrin birinci müavini isə Həsən Bəy Ağayev seçildi. AXC eyni

zamanda müsəlman şərqində yaranmış yeganə parlamentli respublika idi. Açılışı

Məhəmməd Əmin Rəsulzadə etdi. O çıxışında deyirdi:

– Mən sizi vətənin mənafeyini, birliyini, xalqımızın həyat tərzini

yaxşılaşdırmağa çağırıram.

Hətta üç rəngli bayrağımızdan danışan Məhəmməd Əmin Rəsulzadə ”Bir kərə

yüksələn bayraq, bir daha enməz” söyləyərək tarixə öz damğasını vurmuşdu.

Cümhuriyyətin yaradılmasında misilsiz xidmətlər göstərən və daim öz

nəsihətlərini əsirgəməyən şəxsiyyətlərdən biri də Əli bəy Hüseynzadə olub. Əli

bəy Hüseynzadə yazıçı, tənqidçi, müəlllim, jurnalist, ictimai xadim, tərcüməçi,

şair, publisist, maarifçi, rəssam, filosof, professor, həkim, alim, türkoloq, turançı

idi. Bayrağımızdakı rəmzlər onun ideyası əsasında yaradılmış, üçrəngli olmasının

mənasını ilk dəfə o açıqlamışdı.

AXC parlamenti ölkəni xarici təzyiqlərdən qorumaq, beynəlxalq aləmdə

tanıtmaq üçün səylə çalışırdılar. Bununla bağlı parlament sədri Əlimərdan Bəy

Topçubaçov 1918-ci il dekabrın 28-də Paris sülh konfransına nümayəndə heyəti

göndərmək haqqında qərar qəbul etmiş və məqsədinə çatmış, Azərbaycanın

bir sıra dövlətlər tərəfindən de-fakto tanınmasına nail olmuşdur. Azərbaycanın

xarici ölkələr tərəfindən tanınması üçün Əlimərdan Bəy Topçubaşov İstanbula

göndərildi. O, İstanbulda xarici ölkələrin səfirlərilə görüşərək öz ölkələrinə

Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi barədə məlumat verməsini

xahiş etdi. Nəhayət, 1919-cu il mayın 2-də ABŞ prezidenti Vudru Vilsonun

təşəbbüsü ilə Azərbaycan Cümhuriyyətinin müstəqilliyi ilk dəfə Paris sülh

konfransında müzakirə edildi. Paris sülh konfransında Azərbaycanı Əlimərdan

Bəy Topçubaşovun başçılığı ilə nümayəndə heyəti təmsil edirdi. Cümhuriyyətinin

beynəlxalq sülh konfransında tanınması bir çox Avropa dövlətlərinin

Azərbaycanda diplomatik nümayəndəliklər açmasına səbəb oldu. Böyük

Britaniya, Fransa, İran, Hollandiya, Çexiya, Polşa öz nümayəndəliklərini açdılar.

AXC parlamenti istiqlal bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq

ölkənin ərazi bütövlüyünü təmin etmək, müstəqilliyini qoruyub saxlamaq, insan

haqları və azadlıqlarının dolğun təmin edildiyi ən müasir hüquqi-demokratik

dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qərarlar qəbul etmişdir.

Azərbaycan özünü yadelli düşmənlərdən qorumaq üçün mütləq milli ordunun

yaradılması lazım idi. Çünki Çar Rusiyası dövründə azərbaycanlılardan heç kim

milli orduya alınmırdı. Beləcə məqsədli şəkildə aparılan bu siyasət nəticəsində,

millətin əlini silahdan soyudaraq, xalqımızın döyüş ruhunu öldürməyə

çalışırdılar. İlk dəfə milli ordu Azərbaycan Xalq Cümhuriyyəti dövründə yarandı.

USTAD senet.az / may

29

USTAD senet.az / may

30

Azərbaycanda ilk milli ordunun əsasını general Səməd bəy Mehmandarov və

general Əliağa Şıxlınski qoydu. Ordumuzda milli hərbi geyimə keçildi. Elə bu

səbəbidən qısa zamanda Azərbaycanda 40 minlik ordu yarandı. Səməd bəy

Mehmandarov Azərbaycanın ilk hərbi naziri oldu. Azərbaycan parlamenti öz

fəaliyyətinin əsas hissəsini millətin maariflənməsinə və güclü ordu quruculuğuna

yönəltdi.

Məhəmməd Əmin Rəsulzadə, Ceyhun Hacıbəyov və digər ədiblərin elmi

məqalələri xalqımızın milli oyanışına öz təsirini göstərirdi. Azərbaycan Xalq

Cümhuriyyəti dövründə ölkədə “İstiqlal”, “Övraqi-nəfisə”, “Açıq Söz”,

“Azərbaycan”, “Müsəlman” və başqa qəzetlər çap olunurdu. Azərbaycanın

iqtisadi, siyasi, mədəni sahədəki fəaliyyətləri əsasən “Azərbaycan” qəzetində

dərc edilirdi. “Azərbaycan” qəzetinin baş redaktoru Ceyhun Hacıbəyov idi. Bu

insan dünya şöhrətli bəstakar Üzeyir Hacıbəyovun qardaşı idi. O, həm də Paris

Sülh Konfransına göndərilən nümayəndələrdən biri olub. Onun qəzetlərdə çap

etdirdiyi məqalələri vətəni, milləti sevməkdən, vətənpərvərlikdən ibarət idi.

AXC ən böyük önəmi təhsilə verirdi. Məhz elə buna görə də təhsil sahəsində

bir çox qanunlar qəbul edilmişdi. Təhsilin inkişafında ən böyük addımlardan

birini Nəsib bəy Yusifbəyli atmışdı. O, Azərbaycanın ilk Maarif naziri olub. Nəsib

bəy Yusifbəyli nazir işlədiyi dövrlərdə şəhər, kənd, qəsəbələrdə məktəblər açılır,

Azərbaycan dili məcburi fənn kimi tədris olunurdu. Onun göstərişilə Azərbaycan

dili dövlət dili elan olundu. Nəsib bəy Yusifbəyli təhsildə milliləşdirmə siyasəti

aparırdı, bu da Azərbaycan dilinin inkişafına böyük təkan verdi.

İlk dəfə qadına seçki hüququ Avropa ölkələrindən xeyli qabaq məhz

Azərbaycanda verilib. Lakin bütün bunlar həm daxili, həm xarici siyasətdəki

qazanılmış uğurlar, təhsil sahəsində əldə edilmiş nailliyyətlər, ilk milli ordunun

yaradılması cümhuriyyətin süqutuna qədər davam etdi. Cümhuriyyətin süqutuna

səbəb Rusiya tərəfindən XI qırmızı ordunun Azərbaycanı zorla işgalı etməsi oldu.

AXC 28 aprel 1920-ci ildə süqut etdi və cəmi 23 ay fəaliyyət göstərdi.

Cəmi 23 ay yaşamasına baxmayaraq AXC sübut etdi ki, Azərbaycan xalqı

müstəqil yaşamağa, öz dövlətçilik ənənəsini bərpa etməyə qadir dövlətdir.

Lakin bu o demək deyildi ki, Azərbaycan bir də heç vaxt müstəqil olmayacaq.

Azərbaycan 70 il Sovet İmperiyasının tərkibində qalsa da, nəhayət, 1990-cı ildə

SSRİ-nin dağılması nəticəsində yenidən müstəqilliyə qovuşdu. Şanlı üçrəngli

bayrağımız dövlətimiz üzərində yenidən dalğalanmağa başladı. Namus və

şərəfimiz sayılan şanlı üç rəngli bayrağımız yenidən ikinci dəfə 1992-ci ildə

Heydər Əliyevin göstərişilə Naxçıvan Ali Sovetinin binası üzərindən asıldı.

Beləlikə, 70 il ərzində millətimizə unutdurulmağa çalışılan bayrağı Azərbaycan

xalqı heç bir zaman unutmayaraq tarixən qoruyub saxladı.

AXC-nin tarixinə münasibət heç də birmənalı olmayıb. Sovet hakimiyyəti

illərində cümhuriyyətin tarixi təhrif edilmiş, tarix saxtalaşadırılmış, vacib

məqamlar gizlədilmişdi. SSRİ dövründə AXC yaradıcılarının fəaliyyətləri qadağan

olunmuş, hətta adlarının çəkilməsinə belə icazə verilməmişdir. Lakin Azərbaycan

müstəqillik əldə etdikdən sonra AXC ilə bağlı gizli qalmış bütün faktlar aşkara

çıxarılmış, bütün qadağalar aradan qalxmışdır. Cümhuriyyət tarixinin öyrənilməsi

istiqamətində ilkin addımlar əsasən 1990-ci illərdən atılmağa başladı. Amma

cümhuriyyət tarixinin əsaslı şəkildə araşdırılması 1998-ci ildə cümhuriyyətin 80-ci

il dönümündə Heydər Əliyevin imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80

illik yubileyinin keçirilməsi haqqında”, “AXC-nin 80 illik yubileyinə həsr edilmiş

əsərlərin nəşr edilməsi haqqında” sərəncamı buna əsas təkan oldu. Cümhuriyyət

dövrünə həsr edilmiş əsərlər çap edildi, tarixi faktlar araşdırıldı, qiymətli əsərlər

yazıldı.

“Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər

prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi,

qırmızı istibdad zülmü altında inləyən əziz vətənimizdə, 1918-in 28 Mayısı kimi

yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, vətəndaşlar"

Məhəmməd Əmin Rəsulzadə

USTAD senet.az / may

31

USTAD senet.az / may

32

Xəlil bəy Xasməmmədli

Xəlil bəy Xasməmmədli 1870-ci ildə Gəncədə anadan olub. O, Moskva

Universitetinin Hüquq fakültəsini bitirərək, müstəntiq işləyib.

Şərqdə ilk demokratik respublika olan ADR-də ədliyyə sisteminin

fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi Cümhuriyyətin

yaradılması ilə bir gündə – 1918-ci il may ayının 28-də təsis edilmiş, Xəlil bəy

Xasməmmədov ilk Ədliyyə naziri təyin olunmuşdu.

Xəlil bəy bütün həyatı boyu “Azərbaycana muxtariyyət” amalı uğrunda

mübarizə aparmış, onun ictimai-siyasi fəaliyyətinin ən coşqun dövrü

Azərbaycan Cümhuriyyətinin təşəkkülü və dirçəlişi ilə bağlı idi. O, müstəqil

hökumətin beş kabinetindən dördündə iştirak etmiş, iki dəfə Ədliyyə naziri,

iki dəfə Daxili İşlər naziri vəzifələrində işləmişdi.

O dövrdə daxili işlər orqanları Hərbi Nazirlik, Təhlükəsizlik və Xüsusi

Xidmət Orqanları ilə sıx əlaqəli şəkildə fəaliyyət göstərirdi. Bunun da əsas

səbəblərindən biri o idi ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə

qarşı işləyən əks qüvvələrin xeyli hissəsi milli ordunun və digər qurumların

tərkibində əsgər, çavuş, zabit, polis və s. vəzifələr daşıyırdılar. Ona görə də

hökumətin əleyhinə planlaşdırılan hər hansı bir təxribatın qarşısını almaq

üçün belə birgə fəaliyyət zəruri idi.

Xəlil bəy Cümhuriyyətin süqutu zaman Bakıda olub. Evi də indiki Ə.Cavad

küçəsində yerləşib (Vrangelskaya, 22). Cümhuriyyət hökuməti onu 1920-

ci ilin aprel ayının ortaları Konstantinopola (İstanbul) səfir təyin etmişdi,

amma ara qarışdığına görə ora gedə bilməmişdi. 1920-ci ilin iyunun sonunda

İstanbula çatır. Ömrünün qalan illərini İstanbulda yaşamış və 1945-ci ildə

vəfat etmişdir. Xəlil bəy İstanbulun Fəri Köy məzarlığında dəfn olunmuşdur.

USTAD senet.az / may

33

USTAD senet.az / may

34

“Son türk əlifbası”

Cümhuriyyətin təşəbbüsü kimi

(Azərbaycan Xalq Cümhuriyyəti və əlifba məsələləri)

Şərqdə ilk demokratik dövlət quruluşunu

yaratmış Azərbaycan Xalq Cümhuriyyəti

(28 may 1918) istiqlaliyyətimizi elan edərək

xalqımızın müstəqillik əzmini nümayiş

etdirmişdi.

Cümhuriyyətinin qısa müddət ərzində

həyata keçirdiyi tədbirlər xalqımızın tarixində

böyük və əhəmiyyətli izlər buraxmışdı.

Demokratik dövlət quruculuğu, iqtisadiyyat,

mədəniyyət, təhsil, hərbi quruculuq

sahələrində atılmış addımlar Azərbaycan Xalq

Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks

etdirən əsas istiqamətlər kimi qiymətləndirmək

olar. Siyasi və dini mənsubiyyətindən, cinsindən

asılı olmayaraq bütün vətəndaşlara bərabər

hüquqlar verilməsi, dövlət sərhədlərinin

müəyyən olunması, Azərbaycan dövlətçiliyi

atributlarının qəbul edilməsi, ana dilinin

dövlət dili elan olunması Azərbaycanın gələcək

müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır.

Dövlətin mühüm atributlarından biri olan

dövlət dili və əlifba məsələsi yenicə yaranmış

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində idi. Yenicə yaranmış

Cümhuriyyət cəmi bir ay sonra 27 iyun 1918-ci il tarixli qərarı ilə o zaman türk dilini ‒

Dövlət Lisani türki adlanan Azərbaycan dilini dövlət dili elan etdi.

Azərbaycan (türk) dilini dövlət dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi

rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin

mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu. Qeyd etmək lazımdır ki,

Azərbaycan Hökumətinin qərarı sadəcə deklorativ bir sənəd deyildi; qərarın qəbulundan

irəli gələn məsələlər vaxtaşırı olaraq parlamentin iclaslarında müzakirə olunurdu.

Qeyd etdiyimiz kimi, Cümhuriyyət höküməti qısa zaman kəsiyində dil, tədris

və təhsillə bağlı bir çox qərarlar qəbul etmişdi. Azərbaycanda XIX əsrin sonlarında

M.F.Axundovla başlayan ərəb əlifbasının islah edilməsi, yeni əlifbanın (latın) qəbulu kimi

məsələlər XX əsrin əvvəllərində də aktuallığını saxlamaqda idi. Ərəb əlifbasının islah

edilməsi və latın əlifbasına keçid məsələləri Cümhuriyyət dövründə də çox qızğın şəkildə

müzakirə olunurdu. Bu dövrdə Azərbaycanda ərəb əlifbasında latın əlifbasına keçirilməsi

prosesi çox geniş vüsət almaqda idi və bu məsələdə ən fəal yenə də Fərhad Ağazadə

olmuşdur.

F.Ağazadə həmin dövr mətbuat səhifələrində tez-tez əlifba ilə bağlı məqalələrlə çıxış

edir, müxtəlif müəlliflər tərəfindən təklif olunan əlifba layihələri haqqında məlumatlar

verir, əlifba məsələsini mətbuatın diqqət mərkəzində saxlayırdı. Artıq əlifba məsələsini

kifayət qədər müzakirə obyektinə çevrildiyini görən hökümət məsələyə müdaxilə edir

və 21 mart 1919-cu ildə hökümətin nümayəndəsi Xudat bəy Məlik Aslanovun məruzəsi

dinlənilir və nəticə olaraq 427 saylı “Ərəb əlifbası islahatı üzrə komissiyanın yaradılması

haqqında” Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı qəbul edilir.

Qərarda Xudat bəy Məlik Aslanovla birlikdə əlifba islahatı ilə bağlı xüsusi komissiyanın

yaradılması Xalq Maarifi nazirinə həvalə edilir və bu qərara uyğun olaraq Xalq Maarifi

naziri yanında xüsusi komissiya yaradılır.

Fərhad Ağazadə bu komissiyanın üzvü olsa da, o vaxt müəyyən səbəblərdən (böyük

ehtimal xəstəliyinə görə) komissiyanın iclaslarında iştirak edə bilmir. Buna baxmayaraq

F.Ağazadə öz fikirlərini “Azərbaycan” qəzetinin 1919-cu il 276, 278, 281, 294, 296 və

302-ci nömrələrində çap etdirdiyi “Əlifba tarixində türklərin vəziyyəti” və “Dilimizin

türkləşməyinə çarələr” adlı silsilə məqalələrində bildirir. O, bu yazılarında ərəb

əlifbasının faydasızlığını sübut edir və inkişafa nail olmaq üçün latın əlifbasına keçidin

yeganə düzgün yol olduğunu ciddi dəlillərlə əsaslandırır.

Hökümət tərəfindən yaradılan komissiyada 3 layihəyə baxılır. Bunlar – Abdulla

bəy Əfəndizadənin, biri Məhəmməd ağa Şaxtaxtlının, biri də Abdulla Tağızadə ilə Mir

Əbdüləziz Seyidovun birlikdə təqdim etdikləri layihələr idi.

Uzun müddət davam edən müzakirələrdən sonra Abdulla bəy Əfəndizadənin

layihəsi qəbul edilir və onun “Son türk əlifbası” adı ilə çapına icazə verilir. Layihənin

ölkə miqyasında tətbiq edilməsi üçün parlamentə müraciət edilir. Lakin bu məsələnin

parlamentdə müzakirəsinə imkan olmur və 1920-ci il aprelin 28-də Azərbaycanda

hakimiyyət çevrilişi baş verir və layihə tətbiq olunmur.

Beləliklə, “Son türk əlifbası” tətbiq olunmamış qalır. Bunun haqqında Fərhad Ağazadə

yazır: “Abdulla bəyin əsəri olan “Son Türk əlifbası” həm ərəb, həm də latın hərfləri ilə çap

edilib ortalığa çıxmışdı isə də, aprel döndərişi səbəbilə məktəbə, məişətə tətbiq edilməyib,

boş-boşuna əllərdə qalmışdı”. Təbii ki, bundan sonra müəyyən müddət əlifba məsələsi

arxa plana keçir və məsələnin müzakirəsi müvəqqəti olaraq unudulur.

Cümhuriyyət dövründə dil, əlifba, tədrislə bağlı qəbul olunan qərarlar həmin

dövr üçün çox böyük əhəmiyyət kəsb edirdi. Baxmayaraq ki, Cümhuriyyət 23 ay öz

mövcudluğunu qoruya bildi bunun müqabilində həmin dövrdə qəbul olunan qərarlar

sonrakı dövrdə dil və təhsillə bağlı bir çox məsələlərdə öz aktuallığını qoruyub saxladı.

Əsası Cümhuriyyət dövründə qoyulmuş əlifba məsələsində daha sonra praktik

addımlar atılmağa başlanılır.

1921-ci ilin dekabr ayından başlayaraq N.Nərimanovun təşəbbüsü ilə, dil və əlifba

məsələlərinə həsr edilmiş müzakirələr keçirilirdi. Bu müzakirələr zamanı əlifba

məsələsində iki cərəyan yarandı. “Latınçılar” (ərəb əlifbasının latın əlifbası ilə əvəz

edilməsini israr edənlər) və “ərəbistlər” (ərəb əlifbasının islahı tərəfdarları). Yanvar

ayının 13-də hər iki tərəfdən ayrıca komissiya yaradıldı. “Latınçılar” komissiyasının

ümumi tərkibi 8 nəfərdən ibarət idi. Fərhad Ağazadə (sədr), Xudat Məlik Aslanov,

Abdulla Tağızadə, Məhəmməd Əmin Əfəndizadə, Həmid Şaxtaxtlı, Azad Əmirov,

Əhməd Pepinov, və Hüseyn İsrafilbəyov. “Latınçılar” komissiyasına Fərhad Ağazadənin

sədr seçilməsi onun əlifba məsələsində latınçılar arasında böyük hörmət və söz sahibi

olduğunu göstərirdi. O dövrdə Azərbaycanda istifadə olunan ərəb əlifbasına müəyyən

dəyişikliklər etməklə bu əlifbanın saxlanılmasının xeyli tərəfdarları olsa da, əlifbanın yeni

latın əlifbası ilə əvəz olunmasını yeganə düzgün yol hesab edənlər daha sistemli və əsaslı

dəlillər gətirməklə bu mübarizədən qalib çıxdılar.

O zaman “ərəbistlər” aşağıdakı 7 müddəanı ortaya qoyaraq latın əlifbasına keçidə heç

bir ehtiyac olmadığını israr edirdilər.

√ Hurufatın çətinliyi mədəniyyətə mane ola bilməz, olsaydı, sabiqədə ərəblərin və indi

də yaponların mədəniyyəti olmazdı. Firənglərin və ingilislərin də imlaları çətindir, fəqət

onların da mədəniyyəti bundan müşkülə düşməmişdir.

√ Ərəb hurufatının çətinliyindən farslar və ərəblər özləri heç bir şikayət etmirlər.

√ Hərgah ərəb hurufatının təbdilinə ehtiyac vardırsa, latın hurufatına nə için tərcih

verilsin? Başqası yaramazmı?

√ Latın hurufatı qəbul edilərsə, köhnə ədəbiyyatımızın başına nə gələcəkdir?

√ Latın hurufatını camaat qəbul edərmi?

USTAD senet.az / may

35

USTAD senet.az / may

36

√ Latın hurufatını qəbul edib-etməmək məsələsi üçün Azərbaycan Cumhuriyyəti dar

bir yerdir. Yalnız burada qəbul edilərsə, islam millətlərindən ayrılmış qalar.

√ Hərgah latın hurufatına ehtiyac vardırsa, bunun qəbulu inqilab yolilə deyil, təkamül

yolilə icra etməlidir.

Məhz Fərhad Ağazadə bütün bu suallar üzrə kəsərli dəlillərlə bu fikirlərin səhv

olduğunu, latın əlifbasına keçidin ən düzgün və qaçılmaz yol olduğunu sübuta yetirdi,

faktik olaraq bundan sonra ərəbistlərin mövqeləri ciddi surətdə zəiflədi.

Bir neçə həftə ərzində keçirilən bu çox vacib müzakirələrin nəticəsi olaraq həm

“ərəbistlər”ə, həm də “latınçılar”a öz vahid layihələrini hazırlayıb hökumətə təqdim

etmək təklif edildi. “Ərəbistlər” vahid layihə hazırlaya bilmədilər, lakin “latınçılar” bir

neçə müzakirələr keçirərək aprel ayında vahid layihə hazırlayıb hökumətə təqdim etdilər

və bu layihə hökumət tərəfindən təsdiq edildi.

1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Əlifba Komitəsi

(AYTƏK) təşkil edildi. Komitənin yaradılmasında məqsəd dilimizi, yazı və oxu

sistemimizi sadələşdirmək məqsədilə ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi

prosesini tənzimləmək və həyata keçirmək idi. Komitənin ilk tərkibi 5 nəfərdən ibarət idi.

Səməd Ağamalıoğlu, Fərhad Ağazadə, Xudat Məlik Aslanov, Abdulla Tağızadə və Əhməd

Pepinov.

Komitənin dəqiq yaranma tarixi, ilk tərkibi, sədrin seçilməsi və bir sıra başqa

məsələlərlə bağlı konkret arxiv materiallarına rast gəlmədik, olan materiallar arasında isə

xeyli uyğunsuzluqlar var. Müxtəlif mənbələrdə komitənin yaranma tarixi olaraq müxtəlif

tarixlər göstərilir. Komitənin keçirdiyi iclasların protokolları da bu tarixlərin hansının

doğru, hansının yanlış olduğu haqqında dəqiq mənzərə yaratmır.

Komitənin ilk sədrinin kimliyi haqqında da qarışıq məlumatlar var. Məsələ ilə bağlı

dərc olunmuş bütün mənbələrdə komitə sədrinin Səməd Ağamalıoğlu olduğu göstərilsə

də, arxiv materialları bu məsələyə tam aydınlıq gətirir. Komitənin 1922-ci ildə müxtəlif

təşkilatlarla çoxsaylı yazışma sənədlərindən, o cümlədən Azərbaycan Mərkəzi İcraiyyə

Komitəsinin sədri Səməd Ağamalıoğlunun özünün imzası ilə aparılmış yazışmalardan

tam aydın olur ki, 1922-ci ilin noyabr ayının 20-nə qədər komitənin sədri Fərhad Ağazadə

olmuş, Səməd Ağamalıoğlu isə komitənin fəxri və siyasi sədri olmuşdur. 1922-ci ilin

noyabrın 20-dən etibarən (Fərhad Ağazadənin ayağının təşrih olunması ilə bağlı), sədr

vəzifəsini müəyyən müddət Abdulla Tağızadə icra etmiş və təxminən 1923-cü ilin mart

ayında Səməd Ağamalıoğlu Komitəyə sədr seçilmişdir. Bundan sonra Fərhad Ağazadə

komitənin sədr müavini, nəşriyyat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Komitənin yaranmasıyla, yeni əlifba hərəkatı daha sistemli, daha planlı şəkildə həyata

keçirilməyə başladı.

AYTƏK-nin 14 iyul 1922-ci ildə Fərhad Ağazədənin sədrliyi ilə keçirilən iclasında

Azərbaycanın rayonlarında və Azərbaycandan kənarda Komitənin bir sıra yerli

təşkilatlarının yaradılması məsələsi müzakirə edilir və çox keçmir ki, Komitənin aşağıdakı

yerli təşkilatları yaradılır.

1922-ci ildə Şuşada, Qazaxda, Tovuzda, Gəncədə, Şəkidə, Ağdamda, Şəmkirdə,

Zakatalada, Göyçayda, Ağdaşda, Sabirabadda, Salyanda, Şamaxıda, eləcə də

Azərbaycandan kənarda Türküstanda, İrəvanda, Tiflisdə, 1923-cü ildə Qubada,

Cəbrayılda. Ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsində bu Komitə həlledici rol

oynadı və Yeni Türk əlifbasının düzülüşü müəyyənləşdirildi. Bu əlifba qəbul edilərkən

təqdim edilən 4 layihədən Abdulla Tağızadə və Mirəziz Seyidovun layihəsi daha çox

istifadə edilmişdi (Qalan 2 layihə Abdulla Əfəndizadə və Məhəmməd Şaxtaxtlının

layihələri idi). Burada bir məqama diqqət yetirək. 1919-cu ildə Maarif Naziri yanında

yaradılan komissiyada müzakirə edilən 3 layihədən biri məhz Abdulla Tağızadə və

Mirəziz Seyidovun birlikdə təqdim etdikləri layihə idi. Lakin o zaman bu layihə deyil,

Abdulla Əfəndizadənin layihəsi əsas olaraq götürülmüşdü. Göründüyü kimi keçən 2 il

ərzində Abdulla Tağızadə və Mirəziz Seyidov hər biri öz layihəsini hazırlamış, “latınçılar”

komissiyasında öz layihələrinin əsasən qəbuluna nail ola bilmişdilər. Ümumiyyətlə,

latınlaşma uğrunda mübarizə bir hərəkat şəklini aldığı vaxtdan, bu prosesin sonuna

qədər bir sıra şəxslər, o cümlədən Fərhad Ağazadə, Məhəmməd Ağa Şaxtaxtlı, Həmid

bəy Şaxtaxtlı, Abdulla Əfəndizadə, Abdulla Tağızadə, Mirəziz Seyidov müxtəlif layihələr

təklif etməkdə daha fəal olmuşlar. Adı çəkilənlərdən hər birinin öz əlifba layihəsi

olmuşdur.

Aparılan işlər nəticəsində “Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 20

oktyabr tarixli qərarı ilə yeni əlifba, ərəb əlifbası ilə bərabərhüquqlu və 1924-cü il 27 iyun

tarixli qərarla məcburi və dövlət əlifbası hesab olundu”.

Bundan başqa, Azərbaycan SSR 1925-ci ildə qəbul etdiyi “Yeni türk əlifbası haqqında

IV Ümumazərbaycan Sovetlər qurultayının” qərarını qeyd edə bilərik. Yeni türk əlifbası

haqqında olan qərarda, 1925-1926-cı tədris ilindən bütün 1-ci pilləli məktəblərdə yeni türk

əlifbası tətbiq edilsin ki, hər il növbəti qruplara keçdikcə səkkizillik müddətin sonunda,

yəni 1932-1933-cü tədris ilində, bütün 1-ci, 2-ci pilləli məktəblərdə tədris yeni türk

əlifbası üzrə aparılması qeyd olunmuşdu. Yeni əlifbaya keçidin baş tutmadığı qruplarda

səkkizillik müddət ərzində tədrisin köhnə əlifba üzrə aparılması da həmin qərarda qeyd

olunmuşdu.

Həmin qərarın sonrakı bəndlərində göstərilirdi ki, yeni əlifba üzrə aparılan

nəşriyyat işinin gücləndirilməsi üçün bu işlə məşğul olan bütün müəssisələrə öz

nəşrlərinin müəyyən faizini (hissəsini) yeni əlifba ilə buraxmaq və bütün mətbəələrə

müəyyən miqdarda yeni türk şrifti almaq təklif edilsin. Bundan başqa qərarın digər

bölmələrində Azərbaycan mərkəzi dövlət müəssislərində və qəzalarda dəftərxana

işlərinin (kargüzarlığın) yeni əlifba üzrə aparılması məqsədilə dövlət müəssisləri üçün bu

əlifbanın öyrənilməsi üzrə kurslar təşkil etmək və digər hazırlıq işlərinin aparılması kimi

məsələlərdə də öz əksini tapmışdı.

Həmçinin qeyd olunan qərarda bütün Azərbaycan türk mətbuatının (nəşriyyat işinin)

yeni əlifbaya gələcək keçidi məsələsi və yeni əlifba qarşısında duran mühüm vəzifələri

nəzərə alaraq, Azərbaycanın mərkəzində Bakı şəhərində hərftökmə müəssisəsinin təşkil

edilməsi kimi məsələlər qeyd olunmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq hakimiyyəti dövründə Azərbaycan (türk)

dili ilə bağlı gördüyü işlər və qəbul olunmuş qərarlar həm Cümhuriyyət dövrü üçün,

həm də ondan sonrakı dövr üçün çox əhəmiyyətli qərarlar idi. Cümhuriyyət XIX əsrin

sonlarından əlifba və dillə bağlı başlayan hərəkatı, bütün prosesləri ümumiləşdirərək

dil sahəsində konkret addımlar atmışdı. Əlbəttə qəbul olunan bu qərarlarda və onları

tətbiq edilməsində çatışmazlıqlar görə bilərik, hansı ki, bu da çox təbii idi. Çünki yeni

qurulmuş Cümhuriyyətin qarşısında elə ciddi məsələlər var idi ki, qeyd olunan müddət

ərzində dillə bağlı nəzərdə tutulan sonrakı qərarlar da yarımçıq qaldı. Bütün bu qeyd

etdiklərimizə baxmayaraq, əminliklə deyə bilərik ki, Cümhuriyyətin 23 aylıq mövcudluğu

ərzində dil sahəsində gördüyü işlər nəinki həmin dövrdə yalnız Azərbaycanda, hətta

bütün türk dünyasında gələcəkdə dillə bağlı yerinə yetirilməli işlə üçün çığır açdı və

sonrakı proseslərə öz müsbət təsirini göstərdi. Hətta Cümhuriyyət dövründə qəbul

olunan qərarların əhəmiyyətini biz 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay

zamanı orda müzakirə olunan məsələrdə də görə bilərik. Məhz 1926-cı ildə Bakıda

keçirilən Türkoloji Qurultay zamanı qəbul olunan və bütün türk dünyasında istifadə

olunan “Birləşdirilmiş türk əlifbası” adı verilən əlifba məhz A.Əfəndizadənin hazırladığı

“Son türk əlifbası” əsasında hazırlanmışdı. Hətta bu gün həm Azərbaycanda, həm də

bütün türk dünyasında (latın əlifbasının istifadə edildiyi, E.İ.) istifadə olunan latın əsaslı

əlifba bir neçə işarə fərqi ilə Cümhuriyyət dövründə A.Əfəndizadənin hazırladığı əlifba

əsasında tərtib edilmişdi.

USTAD senet.az / may

37

USTAD senet.az / may

38

M. Hadinin həyatı və

Cümhuriyyət dövrü

yaradıcılığına dair (1879-1920)

Azərbaycan ədəbi-ictimai fikri

tarixində xüsusi xidmətləri və yeri olub.

“Məhəmməd Hadi”, “Məhəmməd Hadi

Şirvani” və “Əbdülsəlimzadə Məhəmməd

Hadi” təxəllüsləri (imzaları) ilə tanınan,

milli romantizmin banisi, şair, publisist

və tərcüməçi Ağa Məhəmməd Hacı

Əbdülsəlim oğlu 1879-cu ildə Şamaxıda

dünyaya göz açıb. O, anadan olduğu və

məktəb yaşına çatdığı dövrdə əvvəllər

tarixi inzibati və mədəni mərkəz olan

Şamaxı öz növrağını itirməkdə idi. Çünki

dalbadal baş verən təbii fəlakətlərin ən

dəhşətlilərindən olan 1859-cu il zəlzələsi

ilə bağlı mütəxəssis rəyləri hökuməti qəti

olaraq quberniya mərkəzini Şamaxıdan

köçürmək qərarına gətirmişdi.(3) Bütün

bu sosial-tarixi, ictimai-mədəni hadisələrin

nəticəsi olaraq Xəqani və Fələkinin

yurdundan şeir bülbüllərinin səsi kəsilmiş, “Beytüs Səfa” adlı ədəbi məclis

dağılmış, məşhur maarifpərvər və satirik şair Seyid Əzim Şirvani, habelə,

onun müasirləri Bahar və Bixud vəfat etmişdilər. Vaxtilə Şərqdə məşhur olan

Şirvanşahlar paytaxtı Şamaxı XIX əsrin 70-80-ci illərində ikinci dərəcəli şəhərlər

sırasına keçməyə başlamışdı. Şəhərin əhalisinin xeyli hissəsi iş və dolanışıq

dalınca Azərbaycanın digər şəhərlərinə və qəza mərkəzlərinə, habelə, Orta

Asiyanın müxtəlif yerlərinə köçüb getməli olurdular. Bununla yanaşı, ölkədə

getdikcə üsuli-cəhd məktəblərinin açılması və yeni düşüncə tərzinə malik

ziyalılar nəslinin formalaşmağa başlaması Şamaxıya da təsirsiz qalmırdı.

Söz yox, bütün bunlar gələcək şairin təhsil və tərbiyəsində, onun fikri-bədii

inkişafında müəyyən rol oynamaya bilməzdi.

Məhəmməd Hadinin atası Hacı Əbdülsəlim köklü bir nəsildən idi. Ulu

babalarından Tahir Əfəndi Şirvanın məşhur üləmalarından olmuşdur. Hadinin

atası isə şəhərdə kiçik ticarətlə məşğul olub, ailəsinə miyanə bir güzəran

qura bilmişdi. O, oğlu Məhəmmədi kiçik yaşlarından oxumağa qoymuşdu.

İlk təhsilini Molla Səməddən alan M.Hadi az sonra A.Səhhətin atası Molla

Əlabbasın məktəbinə keçir. Onun ömrünün -qayğısız və xoşbəxt çağları da

ancaq bu illərdə olur.

Atasının vəfatı ilə on yaşlı Məhəmmədin həyatının faciələr dövrü başlayır.

Onun anası M.Hadi ilə bacıları Sahibə və Əsmanı ataraq Şamaxı yaxınlığındakı

Sulut kəndində yaşayan varlı bir kişiyə ərə gedir. Uşaqların üçü də ata

nənələri Təyyibə xanımın himayəsi altında qalır. Təyyibə xanım nəvəsi

Məhəmmədi ruhani görmək istəyirdi. Ona görə nəvəsinin təhsil almasına

xüsusi diqqət yetirirdi. M.Hadinin əmisi, Şamaxının nüfuzlu tacirlərindən olan

Hacı Abbasqulu da qardaşının yadigarından öz qayğısını əsirgəmirdi.

Əmisinin ailəsi ilə yaxınlıq nəticəsində Məhəmmədlə qəşəng, ağıllı əmiqızı

Əminə arasında get-gedə atəşin bir məhəbbətə çevrilən səmimiyyət yaranır.

Onlar ömürlərini bir yerdə keçirəcəklərinə əhd-peyman bağlayırlar. Lakin

atasının vəfatından iki il sonra əmisi də dünyasını dəyişir. Özünün dediyi kimi,

Hadi “Əmisinin ölümündən sonra əsl yetim olur”.(15, 234)

Bir neçə il sonra Təyyibə xanım ağır güzərana dözməyib vəfat edir. Uşaqlar

büsbütün başsız, himayəsiz qalırlar. Onlara uzaq və yaxın qohumları pərəstar

çıxırlar; bacılarının hərəsi bir qohumun evində daldalanır. Məhəmmədi isə bir

müddət bibi-sinin qaynı, dövrünün tanınmış ziyalılarından olan Mustafa Lütfi

İsmayılzadə saxlayır. M.Hadi sonralar Mustafa Lütfi əfəndini özünün “maddi

və mənəvi səbəbi həyatı və nicatı” adlandırmışdı. (13,9-10; 16-18)

Zahirən sakit təbiətli və mütaliəyə meylli olan Məhəmməd haqsızlıqla

heç cürə barışa bilməyən və üsyankar ruhlu bir gənc kimi tez-tez mədrəsə

müəllimlərinin qınağına səbəb olurdu.(12) Əmisi Hacı Abbasqulunun

vəfatından sonra Məhəmmədə münasibət əmisi evində də tamam dəyişmişdi.

Çox keçmir ki, əmisi arvadı qızı Əminəni Məhəmməddən ayırıb Əhməd adlı

varlı bir tacirə ərə verir. Şair təbiətli, həssas və vurğun gənc bu hadisədən

büsbütün sarsılır.(15, 234) Bu dərd – ilk məhəbbətinin uğursuzluğu

Məhəmməd Hadiyə hətta bütün əvvəlki fəlakətlərini də unutdurur. O, lalə

kimi sinədağlı qalır və ömrü boyu evlənmir.

1900-cu ildə Mustafa Lütfi İsmayılzadə Həştərxana köçdükdən sonra

M.Hadi bibisi Zeynəb xanımın himayə və nəzarəti altında ata mülkündə

tək yaşayıb, təhsilini çətinliklə davam etdirir. Bu dövrdə o, vaxtının çoxunu

Carullah adlı bir nəfərin Şamaxıda açdığı qiraətxanada, şəhər kənarında

yerləşən “Qələ bayırı” adlı səfalı bir məkanda mütaliə və seyrə dalmaqla

keçirir, ilk qələm təcrübələrini yazır.

1902-ci ilin 31 yanvarında Şamaxıda baş verən növbəti dağıdıcı zələzələ bir

çox həmyerliləri kimi, Məhəmməd Hadini də vətənindən didərgin salır. O,

Kürdəmirdə məskunlaşaraq məktəbdarlıqla məşğul olur. 1905-ci ildə Bakıda

çıxan “Həyat” qəzetində ilk mətbu əsərləri – məqalə və şeirləri işıq üzü görür.

Mustafa Lütfi Hacı Sədrəddin oğlu İsmayılzadə Həştərxana köçdükdən

sonra orada “Şurayi-ümmət” adlı xeyriyyə cəmiyyəti təşkil etmiş, “Darülədəbi”

adlı məktəb açmış, 1905-ci ildən isə “Bürhani-tərəqqi” adlı qəzet nəşr

etməyə başlamışdı. 1906-cı ilin aprelində Mustafa Lütfi Əfəndi M.Hadiyə

məktub yazaraq onu Həştərxana işləməyə dəvət edir. Hadi bu dəvəti qəbul

edib həmin ilin may ayında Həştərxana köçür. Burada “Darül-ədəb”də dərs

deməklə yanaşı “Bürhani-tərəqqi”də maarif və tərəqqi mövzusunda yazılar

çap etdirir. Eyni zamanda “Həyat” qəzeti ilə müntəzəm əlaqə saxlayıb,

əməkdaşlıq edir.

Mustafa Lütfi bir münasibətilə Şamaxıya getməli olanda öz yerinə Hadini

“Bürhani-tərəqqi” qəzetinin müvəqqəti redaktoru təyin etdirir. Şairin bu

vəzifədə işləməsi onu mətbuat və ədəbiyyat aləmində müstəqil işə öyrətdiyi

kimi, jurnalistika sahəsində gələcək qızğın fəaliyyəti üçün də yaxşı bir

məktəb olur. Təəssüf ki, “Bürhani-tərəqqi”nin komplektləri hələlik əlimizdə

tam olmadığı üçün M.Hadinin bu qəzetdəki işi və yazıları haqda müfəssəl

USTAD senet.az / may

39

USTAD senet.az / may

40

məlumat verə bilmirik.

Həştərxandan Bakıda “Həyat”

qəzetində çap etdirdiyi yazılardan

aydın olur ki, Həştərxan mühiti,

orada köhnəpərəstlərin Mustafa

Lütfi Əfəndiyə bəslədiyi qərəzli

münasibət Hadinin xoşuna

gəlməmişdir. O, din xadimlərinə

daima mənfi münasibət

bəsləmişdir. Həmin yazılardan

həmçinin o da məlum olur ki,

1905-1906-cı illərdə M.Hadi

N.Gəncəvini, məşhur alim və

yazıçı Mirzə Məlkum xanı,

Sənanini, Cəlaləddin Rumini,

Sədini, Bəyzavini, Hafizi, Namiq

Kamalı, Əbdülhəq Hamidi,

İbrahim Şinasini, Seyid Əzim

Şirvani, Bixud və digər görkəmli

ədəbi şəxsiyyətlərin irslərini kiyafət

qədər oxuyub öyrənmişdir.

1907-ci ildə Əli bəy

Hüseynzadənin dəvəti ilə Bakıya,

“Füyuzat”da işləməyə gəlir.

Kazımoğlunun yazdığına görə,

M.Hadiyə göndərdiyi məktubda Ə.Hüseynzadə ona əməkhaqqı olaraq “...

yetmiş beş rüblə məaş təyin edildiyi”ni də bildirmişdi. Seyid Hüseyn sözünə

belə davam edirdi: – “Əli bəy Hüseynzadə kibi bir zatın təht idarəsində

çalışmayı Hacıtərxana tərcih verdiyindən Məhəmməd Hadi 1907-ci ildə Bakıya

gəlmişdir. “Füyuzat”da, eyni zamanda “Tazə həyat” qəzetində çalışmaya

başlamışdır.

“Füyuzat” və “Tazə həyat” qəzeti bağlandıqdan sonra “İttifaq” və “Səda”

qəzetlərində çalışmışdır” (11, 29). O, Bakı mətbuat orqanlarından “Yoldaş”,

“Təkamül” və s. qəzetlərdə də məqalə, şeir və bədii tərcümələrlə fəal iştirak

edir.

M.Hadi daim azadlıq, hürriyyət aşiqi olmuşdur. Türk müsəlman dünyasının

hansı bir guşəsində işartı görürdüsə, onu alqışlayır, həmin işığın azadlıq

günəşinə çevrilməsini ürəkdən arzulayır və bu işə kömək etməyə can atırdı.

Osmanlıda baş verən gənc türklər hərəkatı da bu cür alqışlanır. Nəhayət, 1910-

cu ildə həmin hərəkatın birbaşa iştirakçısı olmaq üçün M.Hadi İstanbula yola

düşmüşdü.

Şairin bu səfərini Mehdi İsmayılov (Gəncəli) 1910-cu ilin ilk baharı (8,41)

kimi göstərir. Əslində isə M.Hadi İstanbula 1910-cu il fevralın ortalarında

getmişdir. Belə ki, 1910-cu ilin yanvarında Bakıya işləməyə gələn M.Ə.Sabirin

“Səda” qəzetində işə girməsinə şərait yaradan, “...əlverişli məqamlardan

biri redaksiyada işləyən M.Hadinin Türkiyəyə səfərə hazırlaşması idi. Çünki

Hadinin getməsi Sabirin “Səda” redaksiyasında işə götürülməsi üçün şərait

yaratmaqla yanaşı, öz növbəsində redaksi-ya Hadinin getməsi ilə qarşılaşdığı

müəllif itkisinin yerini doldururdu”. Bu fikri söyləmək üçün əldə olan

əsaslardan “...biri odur ki, M.Hadinin “Səda”da 1910-cu ildə axırıncı çap

olunan şeiri qəzetin 3 fevral tarixli 30-cu, Sabirin həmin qəzetdə çıxan ilk şeiri

isə 7 fevral tarixli 31-ci nömrəsində işıq üzü görüb. Hər iki müəllifin əsərlərinin

dalbadal nömrələrdə çap olunması onların redaksiyada bir-birlərinin əvəz

etmələrini göstərir”.(4, 23)

M.Hadinin Türkiyəyə 1910-cu il fevralın ilk günlərində yola düşməsi fikrini

söyləməyə əsas verən faktlardan biri də odur ki, “Səda” redaksiyasında Hadi

Türkiyəyə yola düşməzdən qabaq üç dost və həmyerli – M.Ə.Sabir, M.Hadi

və Ə.T.Əfəndizadə xatirə üçün şəkil çəkdirdilər. Həmin şəkil üç vətənpərvər

həmyerlinin həm də məslək birliyinin ifadəsi kimi tarixi bir sənədə çevrildi. (4,

25)

Bu məsələdən danışarkən Seyid Hüseyn yazır:

“Məhəmməd Hadi 2-3 ilə Bakıda işlədikdən sonra 1909-cu ilinin

nəhayətində (sonunda-A.B.) və ya 1910-cu ilinin ibtidalarında (əvvəllərində-

A.B.) çoxdan bəri arzusunda olduğu İstanbula getmiş, “Tənin” qəzetində

əlsineyi-şərqiyyə mütərcimi sifətiylə çalışmışdır”. (11, 29)

M.Hadi İstanbulda “Tənin” qəzetində Şərq dilləri üzrə tərcüməçi işləmiş,

eyni zamanda “Sabah”, “Təhab”, “Şəhbal”, “Mehtab” qəzetləri ilə əməkdaşlıq

etmişdir.

Əslən Gəncədən olub, İstanbulda yaşayıb işləyən Hadişünas alim Mehdi

İsmayılovun araşdırmalarına görə, Türkiyə mətbuatında M.Hadinin 41 əsəri

çap edilmişdir. Onlardan 15-i şeir, 26-sı məqalədir. Məqalələrdən səkkizində

Hadinin özü tərəfindən yazılan və məqalənin əsas ideya xəttini ifadə edən şeir

parçaları vardır.

M.Hadinin Türkiyədə çap edilən şeirlərindən 11-i “Mehtab”, 3-ü “Rübab”,

1-i “Şəhbal”, 6-sı “Tənin”, 2-si isə “Tənin”in davamı kimi çıxan “Senin”

qəzetində işıq üzü görmüşdür.

Türkiyə mətbuatında M.Hadi “Mehemmed Hadi”, “Şirvanlı Mehemmed

Hadi”, “Kafkasiyalı Mehemmed Hadiyi-Şirvani”, “Ebdülselimzade

Mehemmed Hadi” imzalarından istifadə etmişdir. (9, 9)

Şairin odlu-alovlu çıxışları (yazıları) yerli hökuməti – ittihadçıları razı

salmadığına görə, o, həbs edilərək Salanikə sürgün edilir. Oradan təsadüf

nəticəsində yunan gəmisi ilə Yunanıstana gedib çıxır. Yunanıstanda isə türk

casusu bilib ona ölüm hökmü kəssə-lər də, nədənsə qərarı dəyişib ölkədən

(Yunanıstandan) çıxarmaq üçün İstanbula gedən gəmiyə mindirilir. Yolda

başına olmazın müsibətlər gələn, hətta ölüm təhlükəsi ilə üzbəüz qalan

M.Hadini İstanbulda da qəbul etməyib elə limandaca Batuma gedən gəmiyə

mindirirlər. O, Batumdan bir tanışının köməyi ilə Bakıya gələ bilir. (11, 27-30;

14,8; 15,239-240; 8,42-44)

...1914-cü ildə yenidən Bakıya gələrkən M.Hadi tamamilə pərişan və əsəbləri

pozulmuş halda idi. O, dostlarının köməyi ilə ruhi xəstəxanada müalicə

olunduqdan sonra yenidən şüurlu fəaliyyətə başlayır.

Birinci Dünya müharibəsi zamanı Osmanlının Azərbaycanla sərhəd bölgəsi

yaxınlığından İrəvan quberniyasına pənah gətirən müharibə hərbzədələrinə

layiqincə yardım göstərə bilməyən İrəvan Xeyriyyə Cəmiyyəti kömək üçün

Bakı Xeyriyyə Cə-miyyətinə müraciət etmişdi. Bakı Xeyriyyə Cəmiyyəti

isə mövcud vəziyyəti öyrənmək üçün İrəvana bir komissiya göndərmişdi.

USTAD senet.az / may

41

USTAD senet.az / may

42

Məhəmməd Hadi “Açıq söz” qəzetinin xüsusi müxbiri kimi həmin komissiya

ilə birgə 1915-ci il noyabr ayının 1-də İrəvana getmiş və həmin il dekabrın

sonlarınadək İrəvan quberniyasında olan türk qaçqınlarının vəziyyəti, onlara

göstərilən humanitar yardımlara dair qələmə aldığı müxbir yazılarını “Açıq

söz” qəzetində çap etdirmişdir. (Bax: 5)

1915-ci il dekabrın sonlarında Bakı sərvətdarlarının təşkil etdikləri

müsəlman diviziyasının tərkibində molla kimi cəbhəyə yola düşən M.Hadi

Karpat dağlarında, Stanislav şəhərində Polşa və Avropanın digər bölgələrində

olur. Həmin dövrdə Bakıda çıxan mətbuat orqanlarında M.Hadinin müharibə

təəssüratlarını əks etdirən şeirləri çap olunmuşdur. Müharibə qurtarandan

sonra Hadi qoşunla birgə Bakıya qayıdır. (6)

Azərbaycan xalq Cümhuriyyəti qurulanda M.Hadi Gəncəyə gəlir və orada

Milli Ordunun yaradılmasında əsgərlər üçün qələmə aldığı marş ruhlu şeirləri

ilə iştirak edir. (8,62-68; 7, 35-36) Cümhuriyyət hökuməti və “Azərbaycan”

qəzeti redaksiyası Bakıya köçərkən M.Hadi də Bakıya gəlir və Azərbaycan Xalq

Cümhuriyyətinin möhkəmlənməsinə yönəlmiş əsərlərlə çıxış edir...(Bax: 2,32-

45; 48-49; 105-131)

1920-ci il aprel çevrilişindən sonra Gəncəyə gedən Məhəmməd Hadi bəzi

rəvayətlərə görə, sovetlərə qarşı olan Gəncə üsyanında iştirak etmiş, sonra

xəstələnərək dünyasını dəyişmişdir. Məzarı Gəncə şəhərindədir.

M.Hadi A.Səhhətin vəfatına həsr etdiyi “Abbas Səhhətin üfuli əbədisi”

məqaləsində yazırdı: ”Zata Şeyx Nizamiyə böyük bir hörməti var idi... Ən

nəhayət, Pənc Gənc şairi möhtərəmilə həmcivari-məzar oldu.”

Bu sözlər tamamilə onun (Hadinin) özünə də aiddir.

Gəncədə Məhəmməd Hadinin abidəsi ucaldılmış, Bakıda və respublikamızın

digər şəhərlərində onun adı küçələrə, kitabxana və sair mədəniyyət

mərkəzlərinə verilmiş, əsərlərinin nəşri və tədqiqi sahəsində də xeyli işlər

görülmüşdür. Əziz Mirəhmədov, Midhət Ağamirov, Vəli Osmanlı, İslam

Qəribli, Rəfiq Zəka, Mehdi İsmayılov (Gəncəli) ona monoqrafiyalar həsr etmiş,

Mir Cəlal, Məmməd Cəfər, Kamran Əliyev və b. isə haqqında elmi məqalələr

çap etdirmişlər.

Böyük romantik şair, publisist və tərcüməçi Məhəmməd Hadi daim inqilab

təşnəsi, azadlıq eşqi ilə çarpınmış, bu ideal uğrunda vətəndaş coşqunluğu

ilə yazıb-yaratmışdır. Ona görə də Azərbaycanın müstəqilliyini – AXC-ni

sevinclə qarşılayaraq istiqlaliyyətimizin qorunub möhkəmləndirilməsi naminə

ömrünün sonunadək usanmadan qələm işlətmişdir.

Şairin yaradıcılığının Cümhuriyyət dövründə marş və hərbi vətənpərvərlik

ruhlu şeirləri də diqqəti cəlb edir. Bu sıraya “Türkün nəğməsi”, “Zəfərinəhayəyə

doğru”, “Əsgərlərimizə-könüllülərimizə”, “Azərbaycan dövlətinövzadına”,

“Vaxtın səsi və həyatın sözü” və s. şeirlər, həmçinin “İki

simayi-siyasinin müharibə haqqında mütaliələri münasibətilə”, “Zərbeyiinqilab”,

“Ümid ilə yaşayın!” və s. məqalələr daxildir. Həmin silsiləyə son

zamanlar M.Hadinin yeni bir əsəri – “Qəhrəman türk əsgərlərinə” şeiri də

əlavə edilmişdir. Bu şeiri tanınmış türk alimlərindən olan Yavuz Akpınar

görkəmli ictimai xadim və mütəfəkkirlərimizdən Əli bəy Hüseynzadənin

Türkiyədəki arxivindən üzə çıxararaq “Kardeş kalemlər” dərgisinin 2007-ci

il 7-ci sayında (səh.66-67) onun əslinin fotosu ilə birlikdə çap etdirmişdir. Əli

Yavuz bu münasibətlə qələmə aldığı “Azerbaycanlı şair Muhammed Hadinin

bilinmeyen bir şeiri: “Kahraman türk askerlerine” başlıqlı məqalədə (səh.62-63,

65) məlumat verib, şairin həyat yolunun bəzi məqamları haqda söhbət açmış

və M.Hadinin həmin şeirini təhlil etmişdir. Məqalənin ortasında, dərginin

64-cü səhifəsində isə M.Hadinin məşhur portret-fotosu və onun arxasında

məslək dostu Ə.Hüseynzadəyə 30 yanvar 1909-cu ildə yazdığı dörd beytlik

xatirə-şeirinin foto-surəti də oxuculara təqdim edilmişdir. Həmin materiallar

haqqında Azərbaycan oxucusuna ilk dəfə filologiya üzrə fəlsəfə doktoru Azər

Turan məlumat vermişdir.

Məlum olduğu kimi, AXC hökuməti Bakı azad edilənədək bir müddət

Gəncədə fəaliyyət göstərmişdir. Bu zaman Azərbaycanın köməyinə gələn

Qafqaz İslam ordusunun baş qərargahı da Gəncədə idi. Burada qarşıdakı

həlledici döyüşlərə ciddi hazırlıq aparılırdı. Həmin günlərdə Gəncədə

olan Məhəmməd Hadi digər həmvətənləri kimi, Qafqaz İslam ordusunun

Azərbaycana köməyə gəlişini böyük sevinclə qarşılamışdır. O, öz vətəndaşlıq

duyğularını bu münasibətlə qələmə aldığı digər əsərləri ilə yanaşı 13 iyun

1918-ci il tarixində Gəncədə yazdığı “Qəhrəman türk əsgərlərinə” şeirində

də ifadə etmişdir. “Marş” şeiri türk əsgərlərinə, onların döyüş əzminə həsr

edilmişdir. Əli Yavuzun da yazdığı kimi, “bu da bizə əsgəri marşların xalq

yığınları (kütlələri – A.B.) üzərində olduğu qədər, aydınlar (ziyalılar – A.B.)

arasında da coşqunluq yaratdığını, Azərbaycan toplumunun o dönəmdə

yaşadığı sevinc və bəxtiyarlığı, özünəgüvən duyğusunu alovlandırdığını

göstərməkdədir.”

Şeirdəki vətənpərvərlik, milli qürur duyğusu ilə yanaşı, türk birliyinin

poetik pafosla tərənnümünü nəzərdə tutan Əli Yavuz sözünə davam edərək

bildirir ki, “Hadinin bu mənzuməsi ogünkü ortaq vicdanın səsi olaraq da

dəyərləndirilə bilir.” (s.65)

M.Hadinin bu şeiri heca vəznində, sadə bir dildə yazılmışdır. Bu baxımdan

o, şairin “Dilək ölməz” və digər şeirini xatırladır. Əli Yavuz bəy “Qəhrəman

türk əsgərlərinə” marşının M.Hadi poeziyasının ümumi leksikasından

fərqləndiyinə də toxunaraq göstərir ki, bu cəhət şeirin kütlələrə, sadə xalq

nümayəndələrinə, əsgərlərə ünvanlandığından irəli gəlir. Məqalədə oxuyuruq:

“Şeirlərində ədəbiyyati-cədidə (yeni ədəbiyyat) və Sərvəti-Fünun ədəbi

ənənəni mənimsəmiş, dil olaraq da Hüseynzadə Əli bəyin də təsirilə Osmanlı

türkcəsindən istifadə edən bir şair olaraq bildiyimiz Məhəmməd Hadinin bu

şeirində fərqli bir “dil” diqqəti çəkir. Gəraylı tərzində yazılmış, 13 dördlükdən

ibarət olan bu şeirdə Hadi digər şeirlərinə nəzərən çox sadə bir Türkiyə

türkcəsi istifadə edib. Bəlkə də bu şeir geniş xalq yığınlarının anlamına

rahatlıqla qavraya biləcəkləri bir marş nəğməsi olaraq qəsdən sadə dillə

yazılmışdır?” (s.65).

Əslində, M.Hadi də qəlbən İsmayıl bəy Qaspıralı kimi Anadolu türkcəsinə

daha yaxın idi. Çünki Azərbaycan türkcəsi ilə, demək olar ki, eyni olan

Anadolu türkcəsi Türkiyədə, ümumən Türk Dünyasında çox gözəl və

rahatlıqla anlaşılır. Məhəmməd Hadi “Qəhrəman türk əsgərlərinə” şeirində

məhz Azərbaycan və Anadolu türkcəsinin ortaqlığından yararlanmışdır.

Nəticədə şeir həm yazıldığı marş janrına, həm də Azərbaycan və Anadolu

türkcəsinə uyğun olaraq bədii-estetik baxımdan təntənəli, ləngərli, anlaşıqlı,

USTAD senet.az / may

43

USTAD senet.az / may

44

vətənpərvərlik ruhlu, döyüşkənlik və qələbə əzmli bir əsər kimi meydana

çıxmışdır. Şeirin dərgidə verilən fotosurətindən görünür ki, o, Gəncədə vərəqə

şəklində çap edilərək əsasən əsgərlər arasında yayılmışdır. Həmin nüsxələrdən

birini də Əli bəy Hüseynzadə elə Gəncədə ikən götürüb özündə saxlamışdır.

Türkün öz soyundan güc alan döyüş və qəhrəmanlıq əzmi marş-şeirdə belə

ifadə edilmişdir:

Qorxmaz yürəkli ərləriz,

Həp əsgər oğlu əsgəriz.

Türk oğlu qaçmaz hərbdən,

Qeyrətliyiz, cəngavəriz.

...Türk milləti, türk milləti,

Qəhr etdi canlı zülməti.

Əlhəmdülillah parladı

Türkün hilalü şövkəti.

Şair bu təntənə ilə sözünə davam edərək dörd ildən bəri davam edən

Birinci Dünya müharibəsində türklərin xeyli qəhrəmanlıqlar göstərib, öz

şanlı tarixlərinə yeni və şöhrətli səhifələr yazdıqlarını da qürurla diqqətə

çatdırmışdır. Şeirdə oxuyuruq:

Dörd ildə verdik çox nəfər,

Qafqazyaya qıldıq səfər.

Qiymətli qurbanlar verib

Kəsb eylədik parlaq zəfər.

Öz tarixi şanının yolunda “qiymətli qurban verən türk oğlu milli namusunu

hifz eyləmək” əzmini yüksək bir səslə ifadə edir. O, təbiətdə qışdan sonra

baharın gəlişi ilə türkün baharının – istiqlalının gəlməsi və güllərin gülüşü ilə

həmmillətinin sevinci arasında üzvi bir vəhdət gördüyü üçün yazır:

Qış getdi, gəlmişdir bahar,

Güllərdə parlaq xəndə var.

Güldü bizim də baxtımız,

Ey türklər, Osmanlılar.

Açmış güli-iqbalımız,

Çox nurludur amalımız.

Qaçdı şimalın zülməti

Parlaqdır istiqbalımız.

M.Hadi baharın gəlişi ilə ortadan götürülən qış soyuğu ilə rus işğalının

“şimal yelləri”nin Azərbaycanın nurlu amalı, parlaq istiqbalı qarşısında

“əriməsi” arasındakı oxşarlığı obrazlı şəkildə ifadə etməklə qalmayıb sevinclə

bildirir ki:

Türkün hilalı parlıyor,

Türkün cəlalı parlıyor.

Gülməkdədir millət üzü,

Bədbəxt düşmən ağlıyor.

Ona görə də M.Hadi yaranmış bu xoş vəziyyətdən sinəsi qabaran qəhrəman

türk əsgərinin dili ilə Türkün Tanrısını da əmin edir ki, biz bir türk olaraq heç

vaxt silahdan əl çəkməyib sıyrılmış qılıclarımızla Qafqazda sülh və sabitliyi

təmin edəcəyik:

Türk tanrısı olsun güvah,

Biz etməyiz tərkü-silah.

Süyf ilə təmin eyləriz.

Qafqasiyada sülh və səlah.

“Qəhrəman türk əsgərlərinin” Azərbaycandakı zəfər dolu sonrakı uğur və

çətinliklərini, məhrumiyyət və qurbanlarını, yürüşlərini Məhəmməd Hadinin

yeni-yeni, özü də bir-birindən məzmunlu şeir və məqalələri müşayiət edib

tarixə yazdı. Həmin əsərlər bir daha göstərir ki, M.Hadi illər boyu öz xalqının,

ümumən türklərin genetik bağlarının, söy-kökünün qədim və sağlam olması

qənaəti ilə onların dünya xalqları arasında ən uca pillələrdən birində durmağa

layiqliyi fikrini təbliğ, tərənnüm və təlqin etmişdir. Odur ki, AXC-nin ilk

günlərində Gəncədə bacısının evində yaşayan şair Azərbaycan hökumətinin

yenicə təsis etdiyi “Azərbaycan” qəzetinin təşkili və nəşrində də fəal iştirak

edir. Şairi Azərbaycan xalqının öz istiqlaliyyətinə gec-tez çatacağı inam və

amalı daim həyata, mübarizəyə ruhlandırmaqla yanaşı, azadlıq yolunda

düçar olduğu olmazın müsibət və faciələr, verdiyi çoxsaylı qurbanlar da

daim düşündürürdü. O, bütün bu itkilərin və ardıcıl, inadlı mübarizənin

müqabilində soydaşlarının azadlıq, istiqlaliyyət haqqının qələbə çalacağına

inanırdı. Odur ki, qələmə alıb elə “Azərbaycan” qəzetinin orada (Gəncədə)

çıxan 15 sentyabr 1918-ci il tarixli 1-ci nömrəsində çap etdirdiyi “Türkün

nəğməsi” şeirində yazırdı:

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Dörd ildə verilmiş bu qədər can hədər olmaz,

Məfkurə yolunda tökülən qan hədər olmaz,

Qiymətli olan xuni-şəhidan hədər olmaz…

…Bədbəxt olan əfğani-yetiman hədər olmaz.

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Şeirdən göründüyü kimi, dörd il ərzində (müəllif Birinci Dünya

müharibəsini nəzərdə tutur), türklər, o cümlədən Azərbaycan türkləri azadlıq

və istiqlaliyyət məfkurəsi uğrunda qan tökür, şəhid verir, övrətlər dul, uşaqlar

yetim qalır. Bütün bunlar həm də ona görə bihudə, yəni boş-boşuna gedə

bilməz ki, o qanlar aydın məqsəd – azadlıq və istiqlaliyyət məfkurəsi yolunda

tökülmüşdür. Odur ki, şair sözünə qətiyyətlə belə davam edirdi:

Qan ilə qazandıq zəfəri, verməyiz əldən,

Xof eyləmədik atəşi-dəhhaşe dövəldən.

Bir zərrə belə qorxmayırız dəst-əcəldən,

İstərsə cahan çevrili, varsın da təməldən.

Türkün üzü çevrilməyəcək səmti-əməldən…

Məhəmməd Hadinin dünyaya belə meydan oxumasının başlıca səbəbi

USTAD senet.az / may

45

USTAD senet.az / may

46

həm də türklərin “atəşi-dəhhaşe-dövəldən”, yəni türk dünyasının məhvi

üçün ağzından dəhşətli alov püskürən dövlətlərdən belə qorxmayıb, ayağını

yerə möhkəm dayayaraq məqsədinə çatmaq əzmi ilə zəfərlər qazanmasıdır.

Hadi daxildən gələn qürur və cəsarətlə bəyan edir ki, lap dünya alt-üst olub,

məhvərindən çıxsa da, türkün üzü “səmti-əməldən”, öz amalı uğrunda

irəliləməkdən çevrilməyəcək, geri dönməyəcək. Şairin sinəsini qürurla

qabardan tarixən türklərin dizinin heç bir döyüşdə, o cümlədən, istiqlal

savaşında da titrəməməsidir. Bu qənaət onda belə bir dərin inam yaradırdı

ki, dünya dövlətlərinin Birinci Cahan Savaşından da türklər, türk ordusu

qalib çıxacaq. Buna onun həm mənəvi, həm fiziki, həm də əqli imkanı var.

Şair həmin fikirlərini Birinci Dünya müharibəsinin sonlarına yaxın – 1918-ci

ilin 20 oktyabrında dərc etdir-diyi “İki simayi-siyasinin müharibə haqqında

mütaliələri münasibətilə” (“Azərbaycan” qəz., 20 oktyabr, 1918) və “Zərbeyiinqilab”

(“Azərbaycan” qəz., 22 oktyabr, 1918) məqalələrində elmi-publisistik

şəkildə ifadə edib.

Birinci məqalə iki siyasi simanın – Almaniya və İngiltərənin “hərbiyyə

nazirləri”nin dünya müharibəsinin taleyi ilə əlaqədar söylədikləri mülahizələr

üzərində qurulub. Burada M.Hadini Almaniyanın hərbi naziri, feldmarşal

Kuçnerin belə bir fikri cəlb edir ki: “Bu təxribkar dünya müharibəsində (Birinci

Dünya müharibəsi nəzərdə tutulur – A.B.) hansı millətin, hansı müharib

dövlətin ürvəq və əshabı mətin və sağlam isə, o, zəfəryab olacaqdır”.

Burada vətənpərvər mütəfəkkirin diqqətini cəlb edən ürvəq və əshabı, yəni

genetik əlaqə və bağları güclü olan xalqların, bütövlükdə millətlərin yarış və

vuruş meydanı olan yer üzündə qalib, bu keyfiyyəti olmayanların isə məğlub

və daim başqalarının tapdağında qalacağı qənaətidir. Ona görə o, öz xalqının

parlaq gələcəyinin təmini üçün həmin keyfiyyətlərə möhkəm sahib olmağın

vacibliyini bildirir. Çünki bunsuz həyatda heç bir millət qalibiyyət və əminamanlıq

qazana bilməz. Müəllif bildirirdi ki, “Öylə isə miləli-şümuli-hərb

qarşısında qayətlə, qüvvətli və mətanətli bir mövcudiyyətlə durmalıyız ki,

hüsara bir həyati-zəfərpərvəranəyə böhq-məzhər ola biləlim. Nasıl ki, böyük

qardaşımız olan osmanlılar beş yaşına qədəm qoymuş şu müdhiş müharibeyiəzimdə

nə dərəcədə sağlam olduqlarını bütün mənasilə göstərmiş oldular və

hərb davam etdiyi müddətdə də göstərəcək, səməreyi müvəffəriyyətlərini

də üqdə ifa eliyəcəklərdir. Bütün yar və əğyara isbat etmiş olacaqlardır ki,

türklərin ürvəq və əshabı heç bir zaman, heç bir hərbdə titrəmədi, titrəməyir və

titrəməyəcəkdir”.

Deməli, həyatda və mübarizədə qalib çıxmaq üçün qüvvət və mətanətə

sahib olmalıyıq ki, hər bir güc qarşısında “böyük qardaşımız osmanlılar” kimi

layiqincə dayanıb türk xalqlarının öz ləyaqət və şərəflərini qorumağa, nəticə

etibarilə müstəqil yaşamağa qabil və layiq olduqlarını bütün dünyaya sübut

edə bilək.

M.Hadi başa düşürdü ki, xalqın müstəqillik və azadlığı onun fiziki qüdrəti

ilə yanaşı əqli və zehni qabiliyyəti ilə də qorunmalıdır. Bu, bir həqiqətdir

ki, ağıl və düşüncə ilə idarə oluna bilməyən güc öz sahibinə heç bir səmərə

vermir. Ona görə müəllif – “Zərbeyi-inqilab” (“Azərbaycan” qəz., 22 oktyabr,

1918) adlı başqa bir məqaləsində göstərirdi ki, ulularımızın, müdriklərimizin

əsrlərin sınağından çıxan kəlam və nəsihətlərini mənimsəməli, onları həyata

tətbiqetmə vərdişlərinə yiyələnməliyik ki, istiqbala, istiqlala sahib ola bilək. O,

tarixə nəzər salaraq göstərir ki, əvvəllər bu təşəbbüsdə ola bilmədiyimiz üçün

idrakımız boş qaldı və yeraltı, yerüstü sərvətləri, gözəl təbiəti ilə əvəzsiz olan

Qafqazımızı – yaşadığımız müddətdə beşiyimiz, öləndə məzarımız olacaq

vətənimizi düşmən taladı və indi də talamaqdadır. Axı, bu rəngin və zəngin

vətənimiz Qafqaz bizi öz isti qucağında bəsləyir ki, ona layiq olaq. Heç olmasa,

indi nəticə çıxarıb hərəkətə gələk. Biz son zamanalar nə şair və ədiblərimizin

qələmlərindən sızan hikmətli fikirlərə etina etdik, nə də ululularımızın

ata nəsihətlərinə qulaq asdıq. Bununla anlamaq qabiliyyətindən məhrum

olduğumuzu göstərdik. “Hikmətli qələmlərdən uçan o parlaq nəğmələr pək

sönük olan əfkar və idrakımıza intibahbəxşı – “İrşad” olmadı. Olamadı”.

M.Hadini narahat edib qəlbən ağrıdan, soydaşlarının qəflətdə qalaraq nəinki

əcdadlarının, hətta çağdaşları olan ziyalı vətənpərvərlərin belə səslərini eşidə

bilməmələri, mənəvi qəflətidir. O, irşad sözünü həm qəzetin adı kimi, həm

də lüğəvi – yolgöstərən mənasında alaraq, təəssüf və vətəndaş yanğısı ilə

bildirirdi ki, ulularımızın və ziyalılarımızın parlaq fikirləri belə fikrimizi və

beynimizi oyada, bizə yol göstərə bilmədi. Odur ki, M.Hadi soydaşlarını, gec

də olsa, heç olmasa, bundan sonra ayıqlığa, fəallığa, mətanət və mübarizliyə,

vətənin laləzara çevrilməsi yolunda çarpışmalara çağıraraq, fikrini belə

davam edirdi: “Bilməyənlər var isə bilsinlər, ögrənsinlər ki, Qafqasiya pək

çox sərvətdar bir vətəni-müqəddəsdir. Fəqət, heyhat ki, kiseyi-idrakımız boş,

əfkarımız yoxsuldur... Qafqasiyadan behəqqi istifadə edə bilmək üçün kiseyiidrakımızı

mərifət sərvətilə, fənn sərmayəsi ilə doldurmalıyız”.

M.Hadi bu məhsuldar, zəngin və səfalı, səxafətli diyara, vətənimiz Qafqaza

əsl sahibi-ixtiyar hüququnu qazanmaq üçün düşüncə kisəmizi, beynimizi

mərifət sərvəti, elm, fənn sərmayəsi ilə doldurmağa, daha doğrusu, elmi

biliklərə yiyələnib, dünyanın, həyatın gedişatından baş çıxarmağa, xeyir və

şərini anlayaraq fəal, ayıq, mübariz, mətin, dönməz olmağa çağırır, fikrini

belə yekunlaşdırırdı: “Nəsihət kövsərləri bizi ayıltmadı isə də, barı içində

qovrulduğumuz müsibət atəşləri, inqilab zərbələri bizi bidar və huşiyar

etsin...”

Məhz bu düşüncə və narahatlıqların nəticəsidir ki, 1918-ci il sentyabrın 15-

də Bakı düşmənlərimizdən azad edilib, qanuni və hüquqi paytaxtımız olanda

Hadi türk xalqlarının öz milli şərəf və ləyaqətini əzm və mətanətlə qoruyub,

düşmənə qalib gəlməsi münasibətilə yazdığı “Zəfəri-nəhayəyə doğru”

(“Azərbaycan” qəz., 6 oktyabr, 1918) şeirində həmin qələbəni vəcdlə, poetik

pafosla belə tərənnüm edirdi:

Mərd olan əsgərligi təqdir edər əzyan ilə,

Əsgər olmaq fərzdir hər möminə quran ilə.

Əsgər olmaq bir şərəfdir türk üçün, islam üçün,

Əsgəriyyətlə yaşar millət həyatı şan ilə.

Ən işıq bir ömr istərsək günəş altında biz,

Durmalı iddiayə qarşı qeyrəti-rəxşan ilə.

Daima türk oğlu hifz etmişdir öz namusunu,

Əldəki süyfu-şücaət, dildəki iman ilə.

Demək, əsl kişi əsgər olmağı özünə şərəf bilməlidir. Çünki vətən və milləti

qoruyan, onun şərəfini uca saxlayan qüvvə əsgərdir, ordudur. Təsadüfi deyil

ki, bu kainatda, günəş altında işıqlı, xoşbəxt bir ömür sürmək istəyən hər bir

USTAD senet.az / may

47

USTAD senet.az / may

48

fərd və xalq onun varlığına, hüququna təcavüz edən hər hansı bir qüvvəyə,

cəbrə qarşı rəşadət və mətanətlə, əzmkarlıqla durmağı bacarmasa, daim tapdaq

altında qalmağa məhkumdur. Hadi fəxr və sevinclə bildirir ki, türk oğlu

öz namusunu əldəki sıyrılmış qılınc, dildəki iman, ədalətlə daim hifz edib,

qoruyubdur. Odur ki, onlar dünya atəşə dönsə də, qorxmurlar. Çünki döyüşdə

bərkiyiblər:

Qorxmarız düşməndən, əsla, dönsə dünya atəşə,

Hər zamanda etmişiz qovğa qövi-şahan ilə.

Ta əzəldəndir cahanda şanlıdır tariximiz,

Zişərəf bir millətiz tarixdə bürhan ilə.

Qorxmarız meydani-qovğadən, əmin ol, ey ədu!

Torpağın üstü cəhənnəm olsa da vulkan ilə.

Daima əlayi-şam etməkliyə amadəyiz,

İştə milyonlarla hazər can ilə, qurban ilə.

Türk oğlu bütün döyüşlərdən şücaətlə çıxdığından düşmənə meydan

oxuyur. Onun hər kəlməsində öz gücünə, qüdrətinə inamdan doğan daxili və

tükənməz qürur, cəsarət, əzəmət hakimdir:

Atəşi-iddəayi söndürməgə həp hazırız,

Atəşin bir qeyrət ilə, atəşin bir şan ilə!…

İştə bax! Türkün hilalı bir nuri-bəxşi-şərqdir,

Şərqi tənvir eyləriz əlbət məhtəban ilə,

Millətim uğrunda çıxsa belə qəbrim qarşıma,

Qəbrimə qarşı qoşardım çöhreyi-xəndan ilə.

M.Hadini vəcdə gətirən bir də türkün, Azərbaycanın yüksələn hilalının

bütün Şərq aləminə bir nur bəxş edəcəyi inamıdır. Odur ki, o, millətin və

vətənin səadəti yolunda ölümlə qarşılaşsa belə, yenə əzmlə, sevinclə, gülərüzlə

yoluna davam edəcəyini bəyan edir.

Şair inanırdı ki, vətəninin və xalqının azadlığı, səadəti və işıqlı istiqbalı

yolunda çalışıb gedən qurbanların adı əbədi, diri olmaqla, ruhları “behiştiəlada”dır.

O, “A.Səhhətin üfuli əbədisi” (Azərbaycan qəz., 18 noyabr 1918)

məqaləsində ermənilər tərəfindən törədilən Şamaxı soyqırımı nəticəsində

öz ev-eşiyindən didərgin düşüb Gəncədə ağır bir vəziyyətdə vəfat edən

A.Səhhətin yoxluğunu ədəbiyyatımız üçün bir boşluq hesab edirdi. Ancaq şair

dostunun “əsəri-qələmiyyəsinin, sərvəti-fikriyyəsinin” əbədiliyinə inanırdı.

Həmin fikri o, 1918-ci ildə Bakıda daşnak-bolşevik qüvvələri tərə-findən

törədilən mart qırğınlarının və azadlığımız uğrunda mübarizə qurbanlarımızın

xatirəsinə həsr etdiyi 31 mart 1919-cu il tarixli “Şühədayi-hürriyyətimizin

ərvahına ithaf” şeirində belə əsaslandırırdı:

…Müəbbədən diridir namınız bu dünyada,

Sizin də ruhunuz uçsun behişti-əlada.

Bizi xilas edərək pənceyi-əsarətdən,

Nicatbəxş olaraq dəsti-əhli vəhşətdən,

Çəkildiniz əbədi xüldzari-rəhmanə,

Behişti-rəhmətə, yəni diyari-rəxşanə.

O xuninizlə açıldı bəhari-hürriyyət,

Sizin də yurdunuz olsun behişti-ülviyyət.

Bütün bu şərəf və ləyaqətə şəhidlər ona görə layiqdirlər ki, millətimiz

məhz onların şücaətləri sayəsində “şərəfli istiqlal, həyati-püriqbal bulub…”

Lakin qanımıza susayan bədxahlar Azərbaycan türklərinin bu cavan istiqlal

quşunun qol-qanadını qırıb, özünü məhv etmək üçün dünyanı heyrətdə qoyan

vəhşiliklərə əl atır, milli müqəddəratımızı və vətənimizi daim təhdid edirlər.

M.Hadi bütün aydınlığı ilə dərk edirdi ki, istiqlalın əldə edilməsi hələ

işin hamısı deyil. Bu istiqlalı qeyrət və mətanətlə qorumaq gərəkdir. Odur

ki, üzünü vətən oğullarına tutaraq “Əsgərlərimizə-könüllülərimizə”

(“Azərbaycan” qəz., 22 nisan (aprel) 1919) şeirində yazırdı:

Millətin namusu sizdən çox şücaət gözləyir,

Dövləti-növzadi-milli qalibiyyət gözləyir,

Bəkləyir sizdən zəfər atimiz, istiqlalımız,

Şanlı qeyrət, şanlı hikmət, şanlı cürət gözləyir.

Bir baxın nisvani-iffətpərvəri millimizə,

Dideyi-ümmid ilə sizdən həmiyyət gözləyir.

Payimali-düşmən olsunmu çəmənzari-vətən?!

Yurdumuz sizdən bu gün çox ali himmət gözləyir.

M.Hadi vətən oğullarını “dilbəri-hürriyyəti əğyar əlindən hifz edib” xalqın

heysiyyətini, namus və şərəfini uca tutmağa, baharın xəzanla əvəz olunmasının

qarşısını almağa səsləyir. Çünki millətimiz – Azərbaycan türkləri şərəfli

bir həyat arzusu ilə illərdən bəri alışıb yanır. Odur ki, onun çatmağa bütün

keyfiyyətləri və hüququ ilə layiq olduğu bu arzusuna yetişməsi uğrunda

ölümə belə hazır olan hər bir fərd əslində böyük şərəf və ölməzlik qazanmış

olur:

Millətin heysiyyətin yüksəldin, ey qeyrətvəran!

Millətim sizdən böyük şanü-şərafət gözləyir.

Şanlı ölmək ölməməkdir, anlayın bu hikməti,

Pürşərəf kim can verərsə, anı himmət gözləyir.

Millətim istər yürəkdən çox şərəfli bir həyat,

Anlasın, etsin bunu idrakı-əhli-kainat!

Azərbaycan türklərinin bu haqqının dərindən dərki, təbii ki, nəticə olaraq

həmin amal uğrunda mübarizəni bir zərurət kimi qarşıya qoyur. Həmin

zərurətin düşüncədən əməli işə keçirilməsi yolunda qarşıya çıxan çətinlikləri

dəf etməyin, vətən və millətin şərəfi, ləyaqəti naminə vacibliyi qənaəti ilə

M.Hadi yenə “Əsgərlərimizə-könüllülərimizə” (“Azərbaycan” qəzeti, 23 aprel

1919) şeirinin ikinci hissəsində yazırdı:

Qorxutmamalı bizləri yollardakı əngəl,

Məfkurəyə doğru yürü, qoş, durma, çapıq gəl!

Millət tikəcək namına, ölsən, dəxi heykəl,

Qoyma toxuna yurduna naməhrəm olan əl…

Burada M.Hadi tarixi şan-şöhrətə, qəhrəmanlıq ənənələrinə malik olan

bir millətin öz ləyaqətini qorumaq əzminin tarixin həlledici anlarında belə

tükənməzliyi fikrini təlqin edir. Çünki öz mənliyini qorumağa qeyrət və

cəsarəti çatmayan hər bir kəs, hər bir millət daim başqaları tərəfindən təhqir və

USTAD senet.az / may

49

USTAD senet.az / may

50

tapdağa məhkumdur:

Əhrazi-kəmal etmək üçün qoşmalı hər an,

İstərsək əgər olmayalım bəndeyi-fərman.

Amalımıza doğru şitaban olalım, gəl!

Millətlə vətən rahinə qurban olalım, gəl!

İnsan övladında vətən torpağına hədsiz bağlılıq duyğusu yaranışdan

hakim kəsilib. Bu hiss həyatın sonrakı mərhələlərində daha da möhkəmlənir

və İNSAN vətən torpağı uğrunda fədakarlıq edir. Bu, həyatın qanunudur.

Belə ki, vətən torpağını qoruyan insan əslində öz varlığını qoruyur. Çünki,

həmin varlıq elə vətən torpağıdır. Axı, insan varlığının bütün mayası vətən

torpağı, ana yurdun şəhdi şirəsidir. O, həmin torpaqdan çıxan nemətlərlə,

deməli torpağın özü ilə qidalanıb ərsəyə çatıb. Axırda da həmin torpaq (yəni

insan) başqa şəkildə özünə qayıdır. Yəni, vətən torpağından yaranıb onu

qoruyan, abadlaşdıran varlıq, insan axırda həmin torpağa qayıdıb vətənləşir.

Bizcə, insanın torpağa, vətənə bağlılıq hissi dünyanın bu əzəli və əbədi

qanunundan mayalanır. Vətən torpağını, millətin şərəf və ləyaqətinin, milli

dövlətin varlığının yağılardan qorunmasının vacibliyini söyləyib yurddaşlarını

həmin şərəfli vəzifəni yerinə yetirməyə çağıran şair onların bu amal uğrundakı

mübarizədə əzm və mətanətlərini artırmaq üçün belə bir fikri təlqin edir ki:

İlk məhdin ilə son yerin ağuşi-vətəndir,

Xaki vətənin, bilməlisən, mayeyi-təndir.

Gülzari-vətən cənnət, həp qönçədahandır,

Ziruh çiçəklər yaradan işbu çəməndir.

Hifz etməyə bu gülşəni qurban bədəndir,

Rüxsareyi-gülrəngi-əməl rövşəni-şəndir;

Amalımıza doğru şitaban olalım, gəl!

Millətlə vətən rahinə qurban olalım, gəl!

M.Hadi bu alovlu çağırışları onunla əsaslandırır ki, vətəni azad olmayan

millət öz varlığını qoruyub yaşaya bilməz. Ona görə də vətənə sevgimizi

əməlimizlə sübut etməli, haqqımızı almalıyıq.

Şair başa düşürdü ki, bütün bu vəzifələri həyata keçirmək üçün millətin

başında ləyaqətlə durub onu təmsil etməyə qadir olan bir dövlətin olması da

zəruridir. Bunsuz bütün cəhdlər uğursuzluğa düçar olmağa məhkumdur.

Odur ki, iki hissədən ibarət “Məfkureyi-aliyyəmiz. Azərbaycan dövləti

növzadına” (“Azərbaycan” qəz, 3 aprel 1919) adlı şeirində gənc Azərbaycan

dövlətini xalq və vətənin şərəf və ləyaqətini lazımınca təmsil etməyə çağırırdı:

Qaldır səmayi-şövkətə nəcmü-hilalını,

Göstər bu ərzin əhlinə qayeyi-cəlalını!

İsbat qıl həyatını, əqvami-aləmə,

Bəxş eylə bir həyati-nuyin şərqi-əzimə!

Əzmü-nəbatın ilə görün, düşmən ağlasın,

Millət yüzində xəndeyi-ümmid parlasın!…

Şair arzu edirdi ki, Azərbaycanın gənc demokratik dövləti aparacağı ağıllı,

düşünülmüş və incə siyasəti ilə dünya xalqlarının rəğbət və etimadını qazanıb,

təmsil etdiyi millətin şərəfini daha da ucaltsın. Bu istəklə də yazırdı:

Simayi-iqtidarını görsün bütün cahan,

Ey türk dövləti, vaya bəxti-növcavan!

Olsun da qibtəbəxşi-miləl hər siyasətin,

Şayan afərin olsun fərasətin!

Ədayi-namuradə sübut et ləyaqətin,

Bilsin nədir ləyaqəti bu şanlı millətin!

M.Hadi başa düşürdü ki, dövlətin və millətin istiqlalının əsaslı və davamlı

olması onun nümayəndələrinin zəkasına, elminə, elmi səviyyəsinə bağlıdır.

Ona görə öz vətəndaşlarının əqli və zehni qabiliyyətinin inkişafı qayğısına

qalmağın Azərbaycan dövlətinin qarşısında həlli vacib məsələ kimi

durduğunu bəyan etməklə, bu yolla vətən və xalqın parlaq istiqlalının təmininə

nail olacağına dərin inamını əks etdirirdi. Həmin fikri M.Hadi “Məfkureyialiyyəmiz.

Azərbaycan dövləti-növzadına” (“Azərbaycan” qəz., 4 aprel 1919)

adlandırdığı şeirinin ikinci hissəsində belə davam etdirirdi:

Məfkurəmiz yolunda nə lazımsa etməli,

Məqsudə doğru əzmü-xüruşanla getməli.

…Guş eyləsin bu fikrimi əqvami-kainat;

Amali-zəvalcamalımız iştə gözəl həyat!

Vicdani-millətə yazılıbdır bu ayəmiz;

Ən şanlı, ən şərəfli həyat iştə qayəmiz!…

Bununla yanaşı, şair başa düşürdü ki, millətin tərəqqisi naminə dövlətin

apardığı siyasət onun təbəələri tərəfindən bütün aydınlığı ilə dərk edildikdə

istənilən səmərəni verə bilər. Odur ki, xalqı elmə, biliyə yiyələnməyə çağıraraq

bildirirdi ki, hazırda elmsiz tərəqqi və inkişaf, bütün bunlarsız da istiqlal və

səadət yoxdur. Elmə yiyələnə bilməyənlər inkişaf etmiş digər xalqların əlində

əsirə çevrilməyə məhkumdurlar. Həmin fikri M.Hadi “Vaxtın səsi və həyatın

sözü” şeirində (“Bəsirət” qəz., 11 yanvar 1919) belə ifadə edirdi:

Elmin, hünərin, mərifətin varsa, buyur gəl,

Yoxsa, bu həyat aləminə olma bir əngəl!

Ərbabi-kəmalın yeridir, bil ki, bu meydan,

Bədbəxt yaşar torpağın üstündəki nadan.

…Laf ilə tərəqqi olamaz, sözlə də sərvət,

Bilgiylə olur, bilməlidir, sərvəti-qüvvət.

Buradan bir daha görünür ki, millətin, dövlətin və vətənin işıqlı gələcəyi,

xoşbəxt sabahı, bu sabaha çıxmaq üçün qarşıda duran vəzifələrin dərki və

onların həyata keçirilməsinin vacibliyi M.Hadini düşündürən problemlər

olmuşdur. Şair artıq keçmişi yad, romantik gələcəyi vəsf etməklə qalmayıb,

reallıqdan çıxış edərək, on illərlə bəslənən arzuya, uğrunda mübarizə aparılıb

qanlar tökülən amala çatmağın və qazanılmışların – milli müstəqilliyin,

dövlətçiliyin möhkəmləndirilməsinin yollarını da göstərməyə çalışırdı.

O, Cümhuriyyətin ilk aylarında, ölkədaxili sabitliyin və istiqlaliy-yətin

hələ qarışıq, xalqın güzəranının isə ağır olduğu dövrdə dərin narahatlıq

hissi keçirirdi. Odur ki, həmin günlərdə çap etdirdiyi “Həyati-hazirəmizin

ilhamları” (Azər-baycan qəz, 19 təşrini-sani 1918) şeirində “bütün dünyanın

USTAD senet.az / may

51

USTAD senet.az / may

52

başdan-başa sanki kölgəyə bürünməsi, üzlərdə ümidsizlik və matəm

görkəminin nümayan olmasını” görərək, vicdan əzabı çəkirdi.

M.Hadi vəziyyətdən çıxış yolunu bədbinlikdən uzaq olmaqda, gələcəyə

nikbin gözlə baxmaqda, ruh yüksəkliyini və həyat eşqini qoruyub saxlamaqda

görürdü. Odur ki, həmin şeirdən cəmi bir həftə sonra qələmə aldığı məqaləsinə

“Ümid ilə yaşayın!” (Azərbaycan qəz., 25 təşrini-əvvəl 1918) başlığı qoyaraq

fikrinə belə davam edirdi: “Ümid ölməməlidir. Məazüllah (Allah göstərməsin-

A.B) ümidimiz ölərsə, yas dirilir, yas dirilərsə, bizi boğar! Binayi-aliyə

parlaq bir ümid ilə istiqbala baxmalı, bizi boğmaq istəyən yası biz özümüz

boğmalıyız”.

M.Hadi həmvətənlərini Birinci cahan müharibəsinin sona yaxınlaşması

ilə əlaqədar dünya siyasətində baş verib, Azərbaycanın da ictimai-siyasi və

milli-tarixi müqəddəratına təsir edən dəyişikliklər qarşısında sarsılıb öz iradi

keyfiyyətlərini itirməməyə, bizi boğmaq istəyən yası boğmağa çağırır. Sonra

dünyada gedən proseslərdə ilk baxışda gözlənilməz hadisə və vəziyyətlərin

üzə çıxmasını təbii və mümkün hesab edərək, göstərirdi ki, “arzularımızın

xilafına olaraq törəyən şu hallar əzmi-xüruşanımızı dayandırmamalıdır. Belə

ki, daha da bizə mətanəti-qəlbiyyə bəxş etməlidir”. O, Ç.Darvinin təbii seçmə

qanununa istinad edərək həyatda yalnız “yaşa-mağa layiq olanların yaşaya

biləcəyini” nəzərə çatdırıb, bizi yaşamağa layiq olduğumuzu öz işimizlə

sübut etməyə ruhlandırır, eyni zamanda bunun üçün cəmiyyətin inkişaf

qanunlarından və dövlətlərin siyasət işlərindən baş açmağa çalış-mağımızın da

xüsusi əhəmiyyət daşıdığını göstərib, xəbərdarlıq edirdi ki: “Yas ruhun ölümü,

ümid isə ruhun həyatıdır. Siyasəti-milliyyə nə simada görülürsə-görülsün,

ancaq millətimizdəki çöhreyi-ümid yasdar olmamalıdır”.

Bütün bu izahatlardan sonra M.Hadi üzünü həmvətənlərinə tutub deyirdi

ki, uğrunda mübarizə apardığımız amala, işıqlı sabaha çatmaq üçün “ümmidiiqbal

və istiqbal ilə yaşayalım, qardaşlar!”. Şairin qəti qənaətinə görə: “İstiqbal

məyusi – həyat olanların deyil, qırılmaz və ölməz bir ümid ilə çalışanlarındır”.

M.Hadinin bütün bu şair-vətəndaş narahatlıqları bütövlükdə dövrün

ictimai-ədəbi fikrinin mövqeyini ifadə etməsi ilə qiymətlidir. O, bir tərəfdən

“türkün tökülən qanlarının bihudə” getməyib, nəticə verəcəyindən yazır, bir

tərəfdən vətəndaşları həyatda ümid və inamla yaşamağa çağırır, bir tərəfdən

əsgərlərimizi və dövlətimizi vətəni, qazanılmış istiqlaliyyəti qorumağa səsləyir,

öz soydaşlarının, türk xalqlarının qüvvətli, mətanətli və dəyanətli olub, azad

yaşamağa haqqı çatdığına oxucularını inandırmağa çalışır, digər tərəfdən

də bütün bunlara nail olmağın yollarını və üsullarını göstərərək, hər şeydən

əvvəl elmi biliklərə, bəşəriyyətin idrak xəzinəsinin açarlarına sahib olmağın

vacibliyini xüsusi olaraq nəzərə çatdırırdı. Çünki, şairin qəti qənaətinə görə,

dövlətin və millətin tərəqqisi onun fəallığından, əqli və elmi qüdrətindən,

əzmkarlığından, işıqlı sabaha bəslədiyi ümid və inamını qoruyub saxlamaq

bacarığından da asılıdır.

Əbülsəlimzadə Məhəmməd Hadi öz xalqının – Azərbaycan türkünün və

ümumən türk millətinin qüdrət və qabiliyyətinə inanaraq, belə bir xalqın

oğlu olması ilə həmişə fəxr edib. Lakin tarixin müəyyən dolanbaclarında

soydaşlarının “büdrəmələrini”, özünə tarixin səhnəsində layiqli yer edə

bilmədiyini görəndə bir vətəndaş kimi qəlbən ağrıyaraq, onları ayıqlığa,

öz şərəfini qorumaq uğrunda zəfərli yürüşlərə səsləyib. Tarix səhnəsində

qələbələrimizi görəndə vəcdə gəlib. Vətənin istiqlalı, istiqbalı, xoşbəxt gələcəyi

və müstəqilliyi, firavanlığı uğrunda atılan hər bir addımın gələcək nəslə və

vətənimizə nurlu sabah bəxş edəcəyinə inanıb. Bu gün bu inam bizim yol

yoldaşımız, mübarizə dayağımız olmalıdır.

Alxan Bayramoğlu

Filologiya elmləri doktoru, professor

ƏDƏBİYYAT

1. Ətraflı bax: Akpınar Yavus. Azerbaycanlı şair Muhammed Hadinin

bilinmeyen bir şiiri. “Kahraman Türk Askerlerine”. “Kardeş kalemlər”. İzmir

Kizılay – Ankara. 2007, №7, s. 62-67

2. Bax: Bayramoğlu Alxan. Azərbaycan Demokratik Respublikası dövründə

ədəbiyyat. Bakı, Elm, 2003, s. 32-45, 48-49, 105-131

3. Bax: Bayramoğlu Alxan. İstiqlalımız və istiqlalımız naminə “Dünya”

jurnalı, 1993, №3, s. 82-84.

4. Bayramoğlu Alxan. Sabir Bakıda. Bakı, Təhsil, 2012, s. 23

5. Ətraflı bax: Bayramoğlu Alxan. Məhəmməd Hadi İrəvanda və ..

“Azərbaycan” qəzeti. 13 noyabr, 2011

6. Bax: Bayramoğlu Alxan. Quberniya mərkəzinin Şamaxıdan Bakıya

köçürülməsinə dair. “Azərbaycan” qəzeti, 20 noyabr, 1996

7. Alxan Bayramoğlu. Məhəmməd Hadinin “Qəhrəman türk əsgərlərinə”

marş şeiri. “Elm və həyat” jurnalı. 2009, №2, s. 35-36

8. Bax: İsmayılov (Gəncəli) Mehdi . Azərbaycanlı şair Mehemmed Hadi.

Hayatı, sanatı, eserleri. İstanbul. Ötüken nəşriyyatı. 2011, s. 41

9. Bax: İsmayılov Mehdi. Azerbaycanlı şair Mehemmed Hadinin Türk

Basınında çıkan yazı ve şeirleri (1910-1913). Metin-İnceleme (Əlyazma).

İstanbul, 2002, səh.9. Tədqiqatın elektron mətnini xahişimizlə müəllif Mehdi

İsmayılov (Gəncəli) bizə göndərmişdir. Təşəkkür edirik.

10. Bax: İlkin Qılman. Məhəmməd Hadi “Dikaya dviziyada”, “Respublika”

qəzeti, 4 dekabr, 1997

11. Bax: Kazımoğlu Seyid Hüseyn.Əbdülsəlimzadə Məhəmməd Hadi.

“Maarif və mədəniyyət” jurnalı, 1923, № 3 səh 27-30

12. Bax: Məhəmmədül Hadi Əlhac Əbdülsəlimzadə Şirvani. Tələbəlik

xatiratından. “Həyat” qəzeti, 23, 26, 28 aprel, 1906

13. Bax: Mirəhmədov Əziz. Məhəmməd Hadi. Bakı, Yazıçı, 1985, s.9-10; 16-18

14. Rufik Selim. Türkiyə mətbuatında Mehmet Hadinin şeirləri.

“Azərbaycan Yurd Bilgisi” dərgisi. Avqust 1932, №1, s. 8.

15. Bax: Şaiq Abdulla. Məhəmməd Hadinin faciəsi. Əsərləri. IV c. Bakı, 1977,

s. 234

USTAD senet.az / may

53

USTAD senet.az / may

54

Üzeyir Hacıbəyov

Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Yelizavetpol quberniyası,

Şuşa qəzası, Ağcabədi rayonunda Əbdülhüseyn bəy və Şirinbəyim xanım

Hacıbəyovların ailəsində doğulub. Valideynləri Ağcabədidən Şuşaya

köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində

alır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə

müstəsna təsir göstərir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl

bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olur. Üzeyir Hacıbəyov 1899-1904-cü

illərdə Qori Müəllimlər Seminariyasında təhsil alır. Onun dünyagörüşünün

formalaşmasında seminariya böyük rol oynayıb. Hacıbəyov seminariya

illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub. O, burada

Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyir, skripka və baritonda

çalmağı öyrənir, xalq mahnı nümunələrini nota köçürür. Qori seminariyasında

Üzeyir Hacıbəyov gələcəkdə Azərbaycan opera musiqisində öz sözünü

deyəcək Müslüm Maqomayev ilə tanış olur. Seminariya illərindən başlanan

dostluq sonralar həm də qohumluğa çevrilir.

1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi mart qırğını zamanı

erməni daşnakları Üzeyir bəyin evini gülləbaran edirlər. Şərqin ilk operasını

yazan bəstəkara qısqanclıqla yanaşan daşnaklar evin divarlarını, damını

güllə yağışına tuturlar. Bu qəlpələr 1975-ci ildə bəstəkarın ev-muzeyinin

açılışı ərəfəsində təmizlənib.

Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı tez-tez xalq

düşmənləri sırasında səslənməyə başlayır. 1920-ci ildə bəstəkarı güllələmək

istəyirlər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbəyovun

qaynı Hənəfi Terequlov əqidəcə qatı kommunist idi. O, təhlükəsizlik idarəsi

şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə

hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür.

Başılovlu Nəriman Nərimanovun yanına gedərək, vəziyyəti danışır. Nəriman

Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələmtələsik

qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır.

Nəriman Nərimanov bəstəkara bir müddət Bakıdan uzaqlaşmağı məsləhət

görür.

1939-cu ildə Üzeyir Hacıbəyov şəkər xəstəliyinə tutulur. Uzun illər Üzeyir

Hacıbəyovun şəxsi katibi işləyən yaxın qohumu Ramazan Xəlilovun dediyinə

görə, bəstəkar bu xəstəliyi bədnam qonşularımızın ucbatından tapıb. Belə ki,

1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının

müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir

Hacıbəyov başçılıq edirdi. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir, təbiətcə

sakit insan olan Üzeyir bəy uzun müddət sakitləşə bilmir: Azərbaycanı təmsil

edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri

Moskvaya məktub yazıb bildirirlər ki, Üzeyir Hacıbəyov millətçilik edərək

qeyri-millətlərin müsabiqədə iştirakına əngəllər törədir. 30-cu illər üçün bu

ittiham ən ağır ittiham idi. Molotov ona ünvanlanan ərizəyə dərkənar qoyaraq,

bəstəkara göndərir: “Özünüz həll edin”. Başdan-ayağa böhtan olan bu ərizə

bəstəkarın əsəblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur.

Tariximizə həm də Azərbaycan Xalq Cümhuriyyəti himninin bəstəkarı

olaraq düşən Üzeyir Hacıbəyov 1948-ci il 22 noyabrda – 63 yaşında Bakıda

vəfat edib.

USTAD senet.az / may

55

Himnimizin

müəllifi kimdir?

USTAD senet.az / may

56

Azərbaycan Xalq Cümhuriyyəti

mövzusunda araşdırma yazmaq o qədər

məsuliyyətli və o qədər qəlizdir ki, sonsuz

mövzu arasında dilemma yaşamaqdaydım.

Üzeyir Hacıbəylinin iliyimizədək işləyən,

qanımızı qaynadan bəstələrindən, ürək

ritmimizə çevrilmiş himnimizdən bəhs

etmək qərarına gəldim.

Mövzunu himndən saldıqca rəsmi

məlumatlara nəzər salmadan giriş etmək

düzgün olmaz. Müstəqil Azərbaycan

Respublikasının dövlət himninin layihəsi

1919-1920-ci illərdə hazırlansa da, o dövrün

tarixi-siyasi hadisələri onun qanunvericilik

səviyyəsində qəbuluna imkan verməyib.

Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi

orqanı olan “Azərbaycan” qəzetinin

14 Noyabr 1919-cu il tarixli (rusca) sayında Xalq Maarif Nazirliyi tərəfindən

hökumətə milli himnin və dövlət gerbinin hazırlanmasının təşkili məsələsi

haqqında rəsmi təkliflərin təqdim edildiyi qeyd edilir. Məlumatda həmçinin o

da bildirilir ki, Xalq Maarif Nazirliyi himnin yaradılması üçün müsabiqə elan

edilməsini, müsabiqəyə himn layihələrinin 1920-ci il fevralın 1-nə qədər təqdim

olunmasını, ən yaxşı himnə görə isə 15 min rubl miqdarında mükafat verilməsini

məqsədəuyğun hesab etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Maarif Nazirliyinin həmin

təklifinə baxaraq 1920-ci il yanvarın 30-da “Azərbaycan Respublikasının milli

himni, dövlət gerbi və möhürü, hərbi ordenlərinin layihələrinin hazırlanması

haqqında” qərar qəbul etdi. Hökumət qərarına görə, milli himnin, dövlət gerbi və

möhürünün hazırlanması üzrə müsabiqə elan edilməsi Xalq Maarif Nazirliyinə,

hərbi ordenlər üzrə isə Hərbi Nazirliyə həvalə edildi. Həmçinin hökumət qərarı ilə

milli himnin yaradılması məqsədilə müsabiqə qalibinə 50 min rubl vəsait ayrılması

nəzərdə tutulmuşdu. Bu qərarı əsas tutaraq 1920-ci il fevralın 19-da Xalq Maarif

Nazirliyi “Azərbaycan” (rusca) qəzetində (19 fevral 1920-ci il, № 33) milli himn,

dövlət gerbi və möhürünün hazırlanması üçün müsabiqə elan etdi. Müsabiqənin

şərtlərinə görə müsabiqədə iştirak edən şəxslər milli himnin layihəsini (eləcə də

dövlət gerbi və möhürünün) bağlı konvertdə, həmçinin təqdim edilən layihənin

əsasını təşkil edən tarixi, milli-mənəvi, siyasi amilləri geniş şərh etməklə Xalq

Maarif Nazirliyinin dəftərxanasına 1920-ci il mayın 1-nə qədər təqdim etməli idi.

Bu atributların Azərbaycan İstiqlalının ikinci ildönümünədək (28 may 1920-ci

il) qanunvericilik səviyyəsində qəbul edilməsi nəzərdə tutulurdu. Lakin 1920-ci

ilin 27 aprel rus-bolşevik istilası nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin

devrilməsi və süqutu bu böyük milli ideyaların həyata keçirilməsinə imkan

vermədi.

2011-ci ildə qulağıma himnin əsil müəllifinin kimliyinə dair çox şaiələr çatdı.

Kimi himnin sözlərində Əhməd Cavadın yazı üslubunu duymadığını, kimi himn

olması üçün lazımi səviyyədə yazılmamasını, sözləri əslində Ü.Hacıbəyliyinin

özünün yazdığını deyənlər və buna bənzər bir çox fikirlər yazılır, deyilirdi. Bəs

əsl müəllif kim idi? Əhməd Cavad, Cəmo bəy Cəbrayılbəyli, Cəmo bəy Hacınski,

yoxsa Üzeyir Hacıbəyli? Bu suala cavab tapmaq üçün qəzetlər arasında bir qədər

axtarış verib İradə Sarıyevanın (“Bakı xəbər”.- 2011.- 24 fevral.- S.15) müsahibəsinə

rast gəldim. Həmin yazıdan bir hissəni sizinlə bölüşürəm:

“Qəzetimizin ötən sayına açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası

N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmlər

namizədi Asif Rüstəmli himnimizin sözlərinin Əhməd Cavada aid olmadığını

bildirmişdi. A.Rüstəmlinin sözlərinə görə, Ə.Cavadın müəllif kimi qəbul edilməsi

heç bir faktla əsaslandırılmayıb. Üstəlik, Ə.Cavadın o dövrdə nəşr olunan heç bir

kitabında himnin mətni olmayıb.

Millət vəkili, xalq şairi Vaqif Səmədoğlu isə Əhməd Cavadın himnimizin mətn

müəllifi olaraq qəbul edilməsinin sirrini qəzetimizə açdı. İndiyə qədər mətbuatın

diqqətindən kənarda qalan bu məsələyə V.Səmədoğlu aydınlıq gətirdi. O bildirdi

ki, bu, əsaslandırılmış şəkildə olub: “İndi hər kəs bir söz danışır. Biri deyir, sözləri

Cəmo bəy yazıb, başqa birisi deyir Əhməd Cavad yazıb. Hətta mətni Üzeyir bəyin

özünün də yazdığını deyənlər var. Mən də fikrimi bildirim. 1968-ci ildə maestro

Niyazi Türkiyədən “Azərbaycan” adlı jurnal gətirmişdi. Mənə zəng vurub bu

barədə danışdı və görüşdük, o həmin dərgini mənə verdi. Bu jurnal bütövlükdə

Mustafa Kamal Atatürkün vəfatının ildönümünə həsr olunmuşdu. O mərasimdə

çıxış edənlən sırasında Mustafa Vəkilov da var idi. O, “Azərbaycan marş”ından

da danışmışdı və jurnalın əvvəlində indiki himnimizin sözləri və notu çap

olunmuşdu. Onun bəstəkarı kimi Üzeyir Hacıbəyovun, mətn müəllifi kimi isə

Əhməd Cavadın adı qeyd olunub. Mən o vaxt həm o mətni köçürdüm, həm də

notu. Sonra jurnalı Niyazinin özünə qaytardım. Uzun müddət sonra notu Aydın

Əzimova verdim, o musiqinin üstündə işlədi”.

Yuxarda adı çəkilən Cəmo bəy Süleyman oğlu Hacınski 1888-ci ilin iyunun

14-ü Qubada doğulmuşdur. O, görkəmli maarif və mədəniyyət xadimi, publisist,

USTAD senet.az / may

57

USTAD senet.az / may

naşir, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü Mehdi bəy

Hacınskinin (1879-1941) qardaşıdır. Cəmo bəy Hacınski 1912-ci ildə Peterburq

Universitetinin hüquq fakültəsini bitirmişdir. 1907-1915-ci illərdə “Kaspi”

qəzetinin müxbiri və əməkdaşı olmuşdur. 1915-17-ci illərdə Batumi vilayətində

və Dənizkənarı rayonda Birinci dünya müharibəsi (1914-18) dövründə zərər

çəkənlərə yardım edən müsəlman qaçqın komitəsinin müvəkkili işləmişdir.

1916-cı ildə “Nicat” mədəni-maarif cəmiyyətinin işində iştirak etmiş, müsəlman

dram cəmiyyətinin və 1917-ci ildə Azərbaycan Arxeoloji Cəmiyyətinin

yaradıcılarından olmuşdur. Cəmo bəy Hacınski 1917-ci ilin iyulunda Cənubi

Qafqaz Kəndli Deputatları Şurası İcraiyyə Komitəsi sədrinin müavini seçilmiş,

oradan nümayəndə kimi Rusiya Müəssislər məclisinə seçkilər üzrə Cənubi

Qafqaz mərkəzi komissiyasının sədri vəzifəsinə təyin edilmişdir. Zaqafqaziya

seyminin Müsəlman fraksiyasının, seym buraxıldıqdan (1918-ci il 26 may) sonra

isə yeni yaradılmış Azərbaycan Milli Şurasının (1918-ci il 27 may) üzvü olmuşdur.

Hacınski Milli Şuranın Azərbaycanın istiqlal bəyannaməsini qəbul edən 26

üzvündən biri idi. Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi Məbusanının

təsisi haqqında qanun”una (1918-ci il 19 noyabr) əsasən Azərbaycan Cümhuriyyəti

Parlamentinə daxil edilmişdi. Hacınski Azərbaycan Xalq Cümhuriyyətinin birinci

hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini icra etmiş, 4-cü və 5-ci hökumət

kabinələrində (1919 aprel 20 mart) Poçt və Teleqraf naziri vəzifəsində çalışmış,

respublikada rabitə sahəsinin inkişafında xüsusi xidməti olmuşdur. Cəmo bəy

Hacınski “Türk yurdu” cəmiyyətində Azərbaycan incəsənətindən mühazirələr

oxumuş (1918), Azərbaycan və s. mətbuatında “Qubalı” imzası ilə çıxış etmişdir.

Üzeyir Hacıbəyovun əsərlərinin tamaşaları, həmçinin Nəcəf bəy Vəzirov və b.

haqqında məqalə və resenziyalar yazmışdır. “Milli nəğmələr” kitabçalarında

(1919-20) şeirləri dərc olumuşdur. 1920-ci il aprel işğalından sonra xalq Ədliyyə

Komissarlığında İnzibati-maliyyə şöbəsinin rəisi təyin olunmuş, mədəniyyət və

maarif sahəsində fəaliyyətini davam etdirmişdir. Azərbaycanı Tədqiq və Tətəbbö

Cəmiyyətinin işində yaxından iştirak etmiş, qədim mədəniyyət abidələrinin

mühafizəsi məsələləri ilə məşğul olmuşdur. Cəmo bəy Hacınski 1922-ci il

aprelin 21-də həbsə alınmış, 3 il məhbəsdə saxlandıqdan sonra Solovki (Rusiya,

Arxangelsk vilayəti) həbs düşərgəsinə göndərilmişdir. 1928-ci ilin iyununda azad

edilərək Bakıya qayıtmış, həmin ilin iyulundan Respublika Kənd Təsərrüfatı

Kooperasiyası İttifaqında plan şöbəsinin katibi olmuş, sonra şöbə müdiri

vəzifəsini icra etmişdir. Hacınski Azərbaycan Xalq Cümhuriyyətinin birinci

hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini icra etmiş, 4-cü və 5-ci hökumət

kabinələrində (1919 aprel 20 mart) Poçt və Teleqraf naziri vəzifəsində çalışmış,

respublikada rabitə sahəsinin inkişafında xüsusi xidməti olmuşdur. O 1938-ci ilin

noyabrında şimala sürgün edilir, 1942-ci ildə Kirovda dünyasını dəyişir və 1956-cı

58

ildə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən bəraət qazanır. Bəs onun

himnimizlə əlaqəsi nədədir, deyə sual verirsinizsə, izah edim.

Himnimizin sözləri 1919-cu ildə Bakıda ilk dəfə “Milli Nəğmələr”

məcmuəsində “Vətən marşı” adı ilə çap olunub. Bu kitab Azərbaycan şairlərinin

Vətən mövzusunda yazdıqları şeirlərdən ibarət toplu idi. Himnin sözləri “Cəmo

bəy” imzası ilə çap olunub. Bu imza isə ADR dövründə həm parlament, həm də

hökümət üzvü kimi fəaliyyət göstərmiş publisist və şair Cəmo bəy Hacınskiyə

məxsusdur. Lakin bir əmma ortaya çıxır. Axı “Cəmo bəy” təkcə Cəmo bəy

Hacınski deyildi, Cəmo bəy Cəbrayılbəyli kimi şair də vardı. Bəs o kim idi?

Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 1887-ci ildə Şamaxı şəhərində anadan

olmuş, maarifçi, pedaqoq, metodist, publisist, yazıçı və şair idi. Şamaxı şəhər

məktəbini bitirmişdir (1901). 1908 ildən pedaqoji fəaliyyətə başlamış, Şamaxı

(1908-14) və Bakı (1914 ildən) məktəblərində müəllimlik etmişdir. Cəbrayılbəyli

və Zülfüqar bəy Hacıbəyli Şamaxıda “Nicat” maarif cəmiyyətinin şöbəsini

açmaq məqsədilə 1915-ci ilin yayında Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan”

musiqili komediyasını tamaşaya qoymuşlar. Bakı mətbuatında, əsasən, “Məktəb”

jurnalında uşaq pyesləri, hekayələr, şeirlər dərc etdirmişdir. Ağəli bəy Naseh,

Mirzə Ələkbər Sabir və Abbas Səhhətlə yaxın dost olmuşdur. “Cəmo” imzasıyla

şeirlər yazmışdır.(Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı,

2004, s. 279) Cəbrayılbəyli 1922-ci ildə orta məktəb müəllimləri hazırlayan ali

pedaqoji kursları bitirmiş, “Zükur” darülmüəlliminə (pedaqoji texnikumuna)

müəllim, sonralar dərs hissə müdiri təyin edilmişdir (1922-31). 1931-ci ildə

Azərbaycan Pedaqoji İnstitutunun biologiya fakültəsini bitirmiş, 1932-37-ci illərdə

Sənaye Akademiyasında (Bakı), Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda,

1938-64-cü illərdə Azərbaycan Elmi-Tədqiqat İnstitutunda işləmişdir. 1942-ci ildə

namizədlik dissertasiyası müdafiə edərək, pedaqoji elmlər namizədi, dosent adı

almış, elə həmin il Azərbaycanın əməkdar müəllimi adına layiq görülmüşdür.

Cəbrayılbəyli Azərbaycanda pedaqoji kadrların hazırlanmasına və tərbiyə

olunmasına böyük əmək sərf etmişdir. O, bir sıra dərsliklərin (“Təbiətə ilk addım”,

Müxtəsər nəbatat”, “Heyvanat dərsləri” və s.), 30-dan çox elmi-metodik kitab və

kitabçanın müəllifidir. Şərəf nişanı ordeni və bir çox medallarla təltif edilmişdir.

1964-cü ildə fərdi təqaüdə çıxmışdır. Şamaxıda “Şahixəndan” qəbiristanlığında

M.Ə.Sabirin qəbri yanında dəfn edilmişdir. Bəs himnin əsl müəllifi odurmu?

Əslində bu himn müəllifinin kimliyi mövzusu heç də yeni bir iddia deyil.

Hətta tarixçi Möhsün Əliyev 1990-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetinin

20 aprel nömrəsində yazdığı məqalədə vurğulayır ki, “Azərbaycan marşı”nın

sözləri Əhməd Cavadın yox, Cəmo Cəbrayılbəylinindir.” O vaxtlar qeyd etdilər

ki, Cəmo bəy Cəbrayılbəylinin 1919-cu ildə çıxan şeirlər kitabında həmin şeir də

var. Alim Aybəniz Kəngərli “Xalq” qəzetində bunun haqqında məqalə yazır və

həmin kitabın üz qabığını da nümunə olaraq göstərir. Bir cavabsız suala da nəzər

59

salaq - Cəmo bəy Cəbrayılbəyli də Cəmo bəy Hacınski kimi “Cəmo” imzası ilə şeir

USTAD senet.az / may

USTAD senet.az / may

60

yazırdımı?

Növbəti ehtimal olunan müəlliflərdən biri də dahi bəstəkar Üzeyir Hacıbəylidir.

Bu ehtimalın nədən qaynaqlandığını təxmin etmək asandır. Çünki bu anadək

Üzeyir bəy sözləri özünə məxsus olan çox şeirə musiqi bəstələmişdi. “Ustad”

dərgisinin ilk sayında professor Alxan Bayramoğlunun “Dövlət himnimizin söz və

mətninin müəllifliyi haqqında” adlı məqaləsindən istinad gətirəcəm:

“Üzeyir bəy 1917-ci ilin dekabrında Y.V.Çəmənzəminlinin bir mətbu

çağırışına cavab olaraq “Açıq söz” qəzetində (22 dekabr 1917-ci il) “Milli marş”

başlıqlı məqaləsində bildirirdi ki, son günlər o, milli nəğmə yaratmaq üzərində

işləməkdədir və hələlik bir milli qəsidə yazmışdır. Üzeyir bəy himn, marş və digər

istilahlarla yanaşı, həmin bəstəsinin hansı üsulla yazıldığı barədə də məsələyə

aydınlıq gətirərək yazırdı: “…Milli bir qəsidə (himnə qəsidə desək, şərqi sözündən

daha düzgün olar) yazmaq haqqında mən bir müddətdir ki, çalışıram. Hələlik bir

milli marş yazmışam ki, sözlərini burada dərc etməyi lazım bilmədim. Ancaq bu

sözlərin vəzn cəhətdən düzgün olmadığının səbəbini qabaqca söyləməliyəm”.

Bundan sonra Üzeyir bəy sözünə davam edərək öz bəstəsində istifadə etdiyi

yeni üsul haqqında belə izahat verir: “Qədim Yevropada və bu gün bizlərdə

musiqinin vəzni şeirin vəzninə tabe olur. Halbuki, bu gün Yevropada musiqiyə

xüsusi bir vəzn verilib, şeiri ona tabe edirlər. Bunun izaha ehtiyacı vardır ki, ancaq

indi məqamı deyildir. Onu demək istəyirəm ki, həmin sözlərin vəzni musiqisinə

tabedir”.

Göründüyü kimi, Üzeyir bəy Hacıbəyli Azərbaycan bəstəkarlığına gətirdiyi

bu yeniliyin əksəriyyət tərəfindən ilk vaxtlar başa düşülməyəcəyini və bu üzdən

şeirin mətnində nəzərə çarpa biləcək məhdudluqla bağlı qüsurları qəbul edə

bilməyəcəyini qabaqcadan duyaraq ona aydınlıq gətirməyi lazım bilmişdir. Həmin

yeniliyin mahiyyəti və Üzeyir bəyin izahatı bu gün çoxlarına bəlli olmadığı üçün

onlar Dövlət Himnimizin sözlərində şeiriyyətcə və ya nəsə qüsur “tapıb” ona

kölgə salmağa çalışır, bununla da öz naşılıqlarını və məlumatsızlıqlarını nümayiş

etdirmiş olurlar.”

Bəs bu iddia nədən qaynaqlanır? Niyə marşın müəllifinin kimliyinə bu qədər

şübhə edilir? Musiqisinin Üzeyir Hacıbəylini tərəfindən bəstələndiyi hər kəsə

gün kimi aydın olduğu halda, niyə sözlərin Əhməd Cavad olmadığını düşünən

oldu? Bu barədə bir qədər təhlil etdikdən sonra sualıma cavab tapdım: məsələ

burasındadır ki, Əhməd Cavadın yazdığı bütün şeirlər misra-misra izlənilir, sözün

ifadə tərzinə, vurğuladığı mənaya nəzər salınırdı. “Göy-göl” şeirinə görə ittiham

edilən Əhməd Cavadı onu yazanadək elə himnin “Üç rəngli bayrağınla məsud

yaşa” misrasına görə həbs edə bilərdilər. Bəs niyə himnin adı çəkilmir? Niyə

onun “təhlükə” saçan misraları içində himnin fəxarət hissi oyadan bəndləri qeyd

edilmir? Yoxsa himnin əsl müəllifinin Əhməd Cavad olmadığını bilirdilər?

İndi İradə Sarıyevanın (“Bakı xəbər”.- 2011.- 24 fevral.- S.15) müsahibəsinə

təkrarən nəzər salaq:

“Vaqif bəy, yəqin ki, onun dövlət himni kimi qəbul edilməsi təşəbbüsünü də siz

qaldırmısınız. Oradakılar da müəlliflərin kim olduğunu ilk dəfə sizdən eşidib”.

V.Səmədoğlunun sözlərinə görə, o qətiyyən belə bir təklif irəli sürməyib:

“Yox, bu mənim təklifimlə olmayıb. O kimin təşəbbüsü ilə qəbul edilib, bilmirəm.

Bilirsiz, Meydan Hərəkatı dövründə əvvəllər mitinqlərdə Üzeyir Hacıbəyovun

“Koroğlu” operasından uvertura səsləndirilirdi. Aydın Əzimov o vaxtkı

“Azərbaycan marşı”nı işləyəndən sonra isə o səslənməyə başladı. Milli Məclis

qəbul edəndə o artıq məşhur idi.

Hər kəs də mətn müəllifinin, “Azərbaycan” jurnalında qeyd edildiyi kimi,

Əhməd Cavad olduğunu bilirdi. Düşünürəm ki, bunu problem etməyə dəyməz.

Kimin üçün maraqlıdırsa, buyurub araşdırsın, müəllifin kimliyini təsdiqləsin.”

“Azərbaycan marşı”nın sözləri ilk dəfə 1919-cu ildə “Vətən marşı” adı ilə

hökumət mətbəəsində “Milli nəğmələr” kitabında çap olunmuş, musiqisi isə

ondan sonra bəstələnmişdir. “Azərbaycan marşı” 1989-cu ildə tanınmış bəstəkar

Aydın Əzimov tərəfindən böyük xor və simfonik orkestr üçün aranjiman

edilərək lentə yazılmış, həmin ilin payızında 70 illik fasilədən sonra ilk dəfə

olaraq Azərbaycan xalqı qarşısında, eləcə də dövlət televiziyası və radiosunda

səsləndirilmişdir.

Qəzetdən-qəzetə, portaldan portala, məqalədən məqaləyə nəzər saldıqca

ovcumda qalan sualların cavabını axtarmağa çalışdım. Himnimizin müəllifi

kimdir? Əhməd Cavad? Cəmo bəy Hacınski? Cəmo bəy Cəbrayılbəyli? Yoxsa

dahi Üzeyir Hacıbəyli? Lakin heç birinə tutarlı cavab tapa bilmədim. Himnimizin

dəyişdirilməsini qətiyən istəmirəm. Onu bütün qəlbimlə sevir, övladlarıma

öyrədirəm, lakin həqiqəti bir vətəndaş kimi bilmək istəyirəm. Araşdırmalar bir

nəticə verməli, qəlbimizdə əbədi kök salan o misraların əsil müəllifinin kimliyi bir

dəfəlik təsdiqlənməli, müəlliflik hüququ öz sözünü deməlidir.

İstinadlar:

Əd. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı,

“Lider Nəşriyyat”, 2004, s. 279

“Bakı xəbər”.- 2011.- 24 fevral.- S.15.

“Himnimizin müəllifi” kitabı, İlham Abbas.

“Ədəbiyyat və incəsənət” qəzeti. 20 aprel sayı, 1990-cı il, Möhsün Əliyev.

Ustad” dərgisi I say professor Alxan Bayramoğlunun “Dövlət himnimizin söz

və mətninin müəllifliyi haqqında”.

USTAD senet.az / may

61

USTAD senet.az / may

62

Nağı bəy Şeyxzamanlı

Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində anadan olub. Gənc

yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib: əvvəlcə

Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan “Difai”, 1917-ci

ildən isə Nəsib bəy Yusifbəyli tərəfindən təsis edilən “Türk Ədəmi-Mərkəziyyət”

partiyasının üzvü olub.

1917-ci ilin may ayında “Müsəlman Demokratik Müsavat” partiyası ilə

birləşərək “Müsavat” adını almış həmin partiyanın üzvü kimi Nağı Şeyxzamanlı

ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. N.Şeyxzamanlı 1919-cu ilin

avqust ayında “Əksinqilab ilə mübarizə təşkilatının” rəisi təyin edilir (qardaşı

Məmmədbağır Şeyxzamanlı öz ərizəsi ilə bu vəzifədən istefa verdikdən sonra)

və 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət

göstərir.

1920-ci il aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra

mühacir həyatı keçirməyə məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə,

sonralar isə Almaniya və ABŞ-da yaşayır. Mühacirətdə olarkən Azərbaycanda baş

verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini əks etdirən bir sıra

əsərləri nəşr edilir. Həmin əsərlərini Keykurun imzası ilə yazan N.Şeyxzamanlının

İstanbulda 1957-ci ildə “Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev”, 1963-cü ildə

“Dərdləşmə” və 1964-cü ildə “Azərbaycan istiqlal mücadiləsi xatirələri” adlı kitabları

çapdan çıxır. Bu xatirələr əsasında 2016-cı ildə “XAN” nəşriyyatının “Xatirə

ədəbiyyatı” seriyasında “Nağı bəy Şeyxzamanlı. Xatirələr” adlı kitab çap olunub.

Nağı bəy Şeyxzamanlı 1967-ci ildə İstanbulda vəfat edib.

USTAD senet.az / may

63

Cümhuriyyətlə yaşıd sevgi hekayəsi

“Əli və Nino”

XXI əsr Azərbaycan kinematoqrafiyasının

mühüm işlərindən biri də “Əli və Nino”dur.

Qurban Səidin eyniadlı romanı əsasında

çəkilən film xarici kino nümayəndələri

ilə yerli heyətin birgə layihəsi kimi də

əhəmiyyətlidir. 104 dəqiqəlik filmin büdcəsi

20 milyon dollar təşkil edib. 2015-ci ildə

Britaniyanın “PeaPie Film” kino şirkəti

tərəfindən çəkilişləri başlayan “Əli və Nino”

2016-cı ildə ABŞ-ın “Sundance” beynəlxalq

film festivalı çərçivəsində “Premyera”

kateqoriyasında nümayiş olunub.

“Əli və Nino” filminin icraçı prodüseri

Heydər Əliyev Fondunun vitse-prezidenti

Leyla Əliyeva, prodüseri Kris Tikyer,

rejissoru “BAFTA” mükafatı sahibi Asif

Kapadia, ssenari müəllifisə “Academy

Award” mükafatı laureatı Kristofer

Hemptondur.

Ekran əsərində baş rollarda Adam

Bakri (Əli) və Mariya Valverde (Nino)

çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo

Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və

digər məşhur aktyorlar iştirak ediblər.

Əsər

1937-ci ildə Vyanada alman dilində çap olunan “Əli və Nino” romanı qısa

müddətdə bestsellərə çevrilir. Populyarlığına və 33 dilə tərcümə olunmasına

baxmayaraq uzun müddət postsovet məkanına naməlum qalıb. Digər tərəfdən

baxdıqda, Qırmızı Orduya qarşı mübarizədən bəhs edən əsərin sovet oxucusuna

gəlib çatmamasında elə də böyük qeyri-adilik yoxdur. Əsər Azərbaycan dilinə

çevrildikdən sonra maraqla qarşılandı. Həm Azərbaycan Xalq Cümhuriyyətinin

(AXC) yaranması dövrünü əhatə edən hadisələrin təsviri, həm də bu hadisələr

fonunda fərqli dinə, mədəniyyətə malik iki gəncin sevgi mübarizəsi baxımından

rezonans doğura bildi.

USTAD senet.az / may

64

Filmin mövzusu

“Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi, XX əsrin

əvvəlində Rusiyanın Azərbaycanı işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki

gəncin sevgisindən bəhs edir.

I Dünya müharibəsi zamanı ölkəsində rusların hakimiyyəti altında yaşayan

bakılı müsəlman Əli Xan Şirvanşir əsilzadə, Nino Kipianisə gürcü ortodoks

şahzadəsidir. Əli və Nino hələ məktəb illərindən bir-birlərinə aşiqdirlər, məktəbi

itirən kimi ailə qurmaq haqqında düşünürlər. Əli müasir düşüncəli, insanlar

arasında dini ayrı-seçkilik etməyən, tolerant, ancaq eyni zamanda, vətənini,

torpağını hər şeydən çox sevən gəncdir. Əlinin atası Səfər xan oğlunun gürcü

qızla evlənmək istədiyini öyrəndikdə bunu çox sakit qarşılayaraq izdivaca

razılığını verir.

Ancaq qəfildən çarın alman kayzeri, Avstriya imperatoru, Bavariya, Prussiya,

Saksoniya kralı və başqalarına qarşı elan etdiyi müharibə xəbəri yayılır. Əli

“bu, mənim müharibəm deyil ki” söyləyərək cəbhəyə getməkdən imtina edir.

Üstəlik, təhsilini Moskvada davam etdirmək planından da vaz keçir. Əlinin

yeganə düşüncəsi Ninoyla evlənməkdir. Çünki bu müharibə onun vətəni, torpağı

uğrunda aparılan mübarizə deyil... Bu müharibə “onunku” deyil.

İki ayrı dinə sitayiş edən gəncin ailə qurmaq arzusuna tolerant münasibət

göstərən Səfər xandan fərqli olaraq, Ninonun atası knyaz Kipiani bu nikaha bir o

qədər razı görünmür. Halbuki, Əli onun süfrəsində dininə zidd olsa da, Kipianiyə

görə şərab belə içmişdi. Kipiani qızını Əliyə verməyə etirazının olmadığını,

ancaq müharibənin bitməsini gözləməyi deyir. Bundan qəzəblənən Əli bütün

ürəyini Kipianilərin dostu, zadəgan erməni Məlik Naxararyana açıb tökür. “100 il

əvvəl olsaydı, Kipianilər belə şans üçün ayağımdan öpərdi. Atam mənə güləcək.

Müharibə 20 il də davam edə bilər” – deyən Əlini Məlik sakitləşdirərək Kipianiyə

bu evliliyin həm siyasi, həm də ölkə baxımından əhəmiyyətli olacağını başa

salacağını deyir. Əslindəsə erməni zadəganın məqsədi gözü düşdüyü Ninonu

qaçırmaqdır.

Kipianilərdə müsəlmanlara münasibət birmənalı deyil. Ninonun anası Əlini

“vəhşi müsəlman” adlandırır, qızını onun hərəmxanasına düşməməyə çağırır.

Ninosa ta əvvəldən Əlidən yeganə xanımı olacağı vədini alıb.

Məlik Ninoyla bağlı məkrli planını operaya getdikləri gün həyata keçirməyə

çalışır. Operadan qayıdarkən avtomobilində Ninoya sevgisini etiraf edən Məlik

onu qaçırır. Ancaq Ninonun qaçırıldığını görən Səid Mustafa bunu Əliyə xəbər

verir. Əli qəzəbli halda atına minərək Məliyin arxasınca düşür. Avtomobilin

önünü atıyla kəsən Əli Məliklə əlbəyaxa davaya çıxır. Yaralansa da, düşmənini

öldürməyi bacarır. Erməni zadəganın ailəsi hadisədən sonra Əlinin başına pul

qoyur. Dostları, ailəsi Əlini Dağıstana qaçırmalı olurlar. Kipianilərsə Səfər xanın

yanına gələrək qızlarıyla daha heç kəsin evlənmək istəməyəcəyini, bu səbəbdən

onların dərhal ailə qurmalı olduqlarını deyirlər. Səfər xan bununla razılaşmayaraq

Əlinin İranda olduğunu deyir. Nino valideynlərinin onu Moskvaya oxumağa

göndərmək planıyla razılaşmayaraq gizlicə Dağıstana qaçır, orada Əliylə ailə

quraraq xoşbəxt yaşamağa başlayır. Ninonun atası tez-tez məktublar yazır, onlara

Avropaya getməyi məsləhət görür. Ancaq cütlük belə fikirdən tamamilə uzaqdır.

Günlərin bir günü Səfər xan oğlunun yanına gedərək Bakıda vəziyyətin

dəyişdiyini, artıq çarın olmadığını, Naxararyanların şəhərdən qaçdıqlarını, geri

qayıtmalarına maneə qalmadığını deyir. Səfər xan gəliniylə mehriban münasibət

quraraq ona Əlinin anasının boyunbağısını hədiyyə edir.

Əli və Nino Bakıya qayıdarkən Azərbaycan öz müstəqilliyini elan etmə

ərəfəsində idi. Bu səbəbdən Əli artıq “öz savaşı”nın başladığını qəbul edir,

ölkəsinin ruslardan azad olunması üçün döyüşə gedir. Əli elə bu ərəfədə Ninonun

“Oğlumuz olarsa, adını Əli qoyacağam” deməsilə körpəsi olacağını öyrənir.

Hamilə xanımını İrana, qohumlarının yanına göndərir. Ancaq İran həyatı Nino

üçün əzablı günlərdən başqa heç nə demək deyil. İrandakı həyat tərzinə, şəriət

qaydalarına uyğunlaşa bilməyən Nino niqab bağlamaq istəmədiyi üçün saraydan

çölə addımını atmır.

USTAD senet.az / may

65

USTAD senet.az / may

66

“Əli və Nino” filmindən fraqment

Ruslara qarşı mübarizədən sonra Xalq Cümhuriyyəti qurulur. Bu zaman

Əli Ninonu yenidən Bakıya gətirir. Onların qız övladı dünyaya gəlir. Baş nazir

Fətəli Xan Xoyski (Halit Ərgənc) Əli Xan Cavanşiri Xarici İşlər nazirinin müavini

vəzifəsinə təyin edir. Ancaq bu müstəqillik uzunömürlü olmur. Bir qədər sonra

rus ordusu Bakını mühasirəyə alır, parlament buraxılır. Əli bu dəfə müharibənin

daha da ciddiliyini dərk edir, Ninoyla qızı Tamaranı Tiflisə, Kipianilərin yanına

göndərir. Ninoya söz verir ki, onu mütləq arzusunda olduğu Parisə aparacaq.

Ancaq Əli və silahdaşları ruslarla döyüşdə qəhrəmancasına həlak olurlar.

Detallar

Çəkilişlər əsasən İçərişəhərdə – Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala

Qapısı meydanında, Asəf Zeynallı küçəsində və Türkiyədə aparılıb.

Film üçün Azərbaycan Atçılıq Federasiyasına məxsus atlar, eləcə də nadir növ

Qarabağ atlarından istifadə olunub.

Filmlə bağlı maraqlı faktlardan biri də istifadə olunan avtomobillərdir. Ekran

əsərində 1914-cü il istehsalı “Dodge” avtomobillərindən istifadə olunub. Onlardan

biri Kipiani ailəsinə məxsusdur.

Filmdə Birinci Dünya müharibəsi, 17-ci il inqilabı, AXC-nin yaranması və

süqutu fonunda yaşanan eşq hekayəsi, aparılan mübarizə uğurlu dekorasiyalar

fonunda təqdim edilib. Bakının XX əsrin əvvəllərindəki mənzərəsi canlandırılıb:

Parlament binasının, Şirvanşahlar sarayının dekorasiyası, Qafqaz dağlarının

müxtəlif rakurslardan görüntüsü uğurla hazırlanıb. Üstəlik, filmdə Tehran və

Tiflisdə baş verən hadisələr də Azərbaycanda lentə alınıb. Bütün təsvirlər Bakının

qədim küçələrində, Dağıstan aulu Xınalıq kəndində, Gədəbəydə lentə alınıb.

Filmdə çatışmayan cəhətlər

Böyük tarixi detalları, mədəni koloriti göstərmək üçün 104 dəqiqə xronometraj

çox az müddətdir. Ekran əsəri iki hissədən ibarət çəkilə, İran, Dağıstan və Bakının

inqilabdan əvvəlki mədəni xüsusiyyətləri daha geniş təsvir oluna bilərdi. Filmdə

mədəniyyət, adət-ənənələr anlamaq üçün kifayət qədər göstərilib, onları hiss

etmək üçünsə kifayət etmir. Şərq mədəniyyəti, tarixi haqqında film əslində bu

barədə məlumatı olmayan tamaşaçı üçün Şərq anlayışını tam aça bilmir.

Filmdə ikinci dərəcəli personajlar Əli və Nino obrazlarının kölgəsində itib-batır.

Məsələn, Bakı messenatı Hacı Zeynalabdin Tağıyevin inqilabdan sonrakı kübar

həyatı, faciəvi taleyi bir qədər geniş təsvir oluna bilərdi.

Filmdə qəhrəmanların şəhərdən-şəhərə getmələrinin səbəbi tam anlaşılmır.

Kadrdan-kadra keçid sürətlə baş verdiyindən bəzi hadisələrin izahı göstərilmir.

Misal üçün, Ninonun niyə İrana getməsi əsəri oxumayan tamaşaçı üçün qaranlıq

qalacaq.

Hadisələrin tələsik təsviri onların axıcı təsvirində əlaqənin itməsinə səbəb olub.

Xarici xəbər portallarında filmi Kapadiyanın uğursuz işi, hislərini tam ifadə

edə bilmədikləri üçünsə “Əli” və “Nino”nu Adamla Mariyanın uğursuz rolu

adlandıranlar da az deyil.

Filmdə AXC-nin çölün düzündə hərbi düşərgədə elan edilməsi, üçrəngli

bayrağın dalğalanması (üçrəngli bayraq 1918-ci il mayın 28-də yox, yarım il sonra

yaranıb) yol verilmiş səhvlərdəndir.

Əlinin dostlarının, özünün vurulması səhnələrindəsə aktyorların üzündəki

iztirab ifadəsi tamaşaçıların gözlədiyi qədər olmur. Emosiya çatışmazlığı digər

obrazlarda da özünü göstərir.

Aktyor heyəti

Adam Bakri rejissor Hani Əbu-Əssadın “Ömər” filmində oynadığı baş rola görə

tanınır.

Mariya Valverde Rodriqer “Melissa: intim gündəlik”, “Borcia”, “Deşik”,

Bolşevikin zəifliyi”, “Səma səviyyəsindən 3 metr yüksəkdə” və “Səma

səviyyəsindən 3 metr yüksəkdə. Mən səni istəyirəm” filmlərindən tanınan

ispaniyalı aktrisadır.

Mendi Patinkin “Toni” (1980) və “Emmi” (1995) mükafatları laureatı, eləcə

də üçqat “Qızıl qlobus” nominantı (1984, 1995, 2013) olan amerikalı müğənni və

aktyordur.

Konni Nilsen danimarkalı aktrisa və modeldir. Aktrisa 2000-ci ildə Ridli

Skottun “Qladiator” filmindəki Lutsilla və rejissor Brayan De Palmanın “Marsa

missiya” elmi-fantastik filmində Terri Fişer roluna görə tanınıb.

Rikkardo Skamarço italiyalı aktyordur.

Humayun Ərşadi iranlı aktyordur. O, İtaliyada memarlıq təhsili alıb və bu sahə

üzrə çalışıb. İranın yeni dalğa rejissoru olan Abbas Kirostaminin “Albalı dadı”

filmindəki baş roluna görə tanınıb.

Əsad Bub 1980-ci ildə Fransanın Oriyak şəhərində anadan olan mərakeşli

aktyordur. İlk dəfə rejissor Nabil Ayukun “Lolanın istədiyi hər şey” filmində Lora

Remsi ilə birlikdə çəkilib.

Numan Acar türk aktyoru və film rejissorudur. Türkiyənin məşhur “Menekşe

ilə Halil” serialında rejissor qismində çalışıb.

Halit Ərgənç türk serial, film və teatr aktyorudur. Uzun illər teatr səhnəsində

fəaliyyət göstərsə də, daha sonra “Hiç yoktan aşk”, “Ölümün el yazısı” televiziya

filmləri, “Böyle mi olacaktı”, “Kara Melek”, “Dedem Golfret ve Ben”, “Esir şehrin

insanları”, “Zerda”, “Aliye” kimi seriallarla həm Türkiyədə, həm də Azərbaycanda

populyarlıq qazanıb.

Heykəl

Qurban Səidin “Əli və Nino” əsəri əsasında 2010-cu ildə Tamar Kvesitadze

tərəfindən Batumidə azərbaycanlı oğlanla gürcü qızın eşq hekayəsini

əbədiləşdirilib. Maraqlı konstruksiyası olan heykəlin hündürlüyü 7 metrdir. Hər

axşam avtomatik olaraq bir-birinə “qovuşan” heykəllər bir neçə saniyə sonra

yenidən ayrılır və bu ritual hər 8-10 dəqiqədən bir təkrarlanır. 7 ton ağırlığı olan

heykəlin hazırlanması 5 milyon dollar başa gəlib.

USTAD senet.az / may

67

USTAD senet.az / may

68

Səməd bəy Mehmandarov

Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olub.

Bakıda gimnaziya təhsili alır, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka

artilleriya məktəbinə daxil olur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi alır və

üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilir. 1890-cı ildə kapitan,

1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor

rütbəsi alır. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova

1908-ci ildə tam artilleriya generalı rütbəsi verilir.

1898-ci ildə podpolkovnik rütbəsi alan Səməd bəy Mehmandarov Zabaykalye

artilleriya diviziyasının komandiri təyin edilir. O illərdə diviziya Mancuriyada

yerləşirdi. 1900-1901-ci illərdə Çində İxetuan üsyanının yatırılmasında Səməd bəy

Mehmandarovun komandir olduğu diviziya da iştirak edir. Xeylunqazyan əyalətinin

mərkəzi, üsyançı şəhər Sisikarının mühasirəsi zamanı o vaxt mühasirəyə

rəhbərlik edən general Rennekampf Mehmandarovun batareyalarına şəhərin

cənub darvazalarından çıxmağa cəhd edən üsyançıları məhv etmək əmri verir.

Silahsız üsyançıların darvazalardan çıxdıqlarını görən Mehmandarov çinlilərə atəş

açmaqdan imtina edir. Onların başları üzərindən cəmi bir neçə atəş açır ki, bununla

da onları şəhər divarları arxasında gizlənməyə məcbur edir. 1901-ci ildə S.Mehmandarov

polkovnik rütbəsi və üçüncü dərəcəli “Müqəddəs Vladimir” ordeni,

habelə, üstündə “Qəhrəmancasına fərqlənməyə görə” sözləri yazılmış qızıl qılınc

alır.

1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cumhuriyyəti Hökuməti Hərbi Nazirliyi

bərpa etmək barədə qərar qəbul edərkən Mehmandarov Cümhuriyyət ordusunda

xidmətə çağırılaraq, hərbi nazirin müavini təyin edilir. Mehmandarovun

peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, əsasən Azərbaycanın müstəqilliyinə sədaqəti

yeni şəraitdə də öz təsdiqini tapır və 1918-ci il dekabrın 25-də o, Hərbi nazir təyin

edilir, qısa fəaliyyəti dövründə 30 minlik ordu yaratmağa nail olur.

Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti ordusu quruculuğunun memarı

idi. O, hər şeydən əvvəl, bu prosesin mahiyyətini, onun dövlət quruculuğundakı

yerini dəqiqliklə müəyyənləşdirdi və bütün imkanları da bu məsələlərin həllinə

istiqamətləndirdi. Mehmandarov dəfələrlə bəyan etmişdi ki, Cümhuriyyət ordusu

siyasətdən kənarda qalmaqla, yalnız Azərbaycan müstəqilliyinin keşiyində

dayanmalıdır. Bu prinsipə Hərbi nazir olduğu bütün müddət ərzində dönmədən

riayət edən Mehmandarovun mövqeyi hakimiyyətdə təmsil olunan siyasi qüvvələr

tərəfindən də yüksək qiymətləndirildi. Bunun nəticəsi idi ki, Cümhuriyyətin

mövcud olduğu dövrdə hökümətdə Hərbi nazir portfeli yalnız ona tapşırıldı.

Sovet hakimiyyəti qurulduqdan sonra Mehmandarov vəzifəsindən istefa verir.

Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələr onu Gəncə üsyanının

təşkilində günahkar bilərək, 1920-ci il iyunun 4-də Ə.Şıxlinski ilə birlikdə həbs

edirlər. Yalnız Nəriman Nərimanovun işə qarışmasından sonra Mehmandarov

bolşevik terrorundan xilas olur və Ə.Şıxlinski ilə bərabər bir il Moskvada yaşamaq

məcburiyyətində qalır. Mehmandarov 1921-ci ilin yayında Bakıya qayıdaraq, Xalq

Hərbiyyə və Bəhriyyə Komissarlığında işə düzəlir, 1924-1928-ci illərdə Birləşmiş

Komandirlər məktəbində müəllim işləyir. S.Mehmandarov 1924-1927-ci illərdə

Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak

edir. 1928-ci ildə S.Mehmandarov səhhətinə görə orduda xidmətdən təxris olunur

və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilir. Mehmandarov rus, türk

və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və

fəlsəfəsi ilə məşğul olur.

12 fevral 1931-ci ildə Bakıda vəfat edib. Çəmbərəkənd qəbiristanlığında dəfn

edilib.

USTAD senet.az / may

69

USTAD senet.az / may

70

Cümhuriyyət

və ədəbiyyat

Bu ay, ulduz boyaların qurultayı, nə

demək;

Bizcə böylə söyləmək:

Bu göy boya moğoldan qalmış bir türk

nişanı,

Bir türk oğlu olmalı. Yaşıl boya islamlığın

sarsılmayan inamı,

Ürəklərə dolmalı. Şu al boya azadlığın

təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı. Səkkiz uclu şu yıldız

da səkkiz hərfli Od yurdu

C.Cabbarlı

Bu il Məmməd Əmin Rəsulzadə

tərəfindən əsası qoyulan Azərbaycan Xalq

Cümhuriyyətinin 100 illiyi Azərbaycanda və

ondan kənardakı azərbaycanlıların yaşadığı

yerlərdə böyük təntənə ilə qeyd olunacaq.

Məmməd Əmin Rəsulzadənin “Əsrimizin

Siyavuşu” əsərində yazdığı kimi:

“Azərbaycan belə məsud bir həyata

başlayınca, şöhrəti bütün üfüqləri tutdu.”

Sözlərini əzbər bildiyimiz himnimiz də o dövdə yaranmışdı – bütün böyük

işlər əsas ideya üzərində qurulduğu kimi. Himn, bayraq, gerb və s. cümhuriyyətin

yaranmasından sonra ərsəyə gəldi. Cümhuriyyət yeni nəfəs, güc, ilham mənbəyi idi.

1917-ci il dekabrın 17-də “Açıq söz” qəzetində Yusif Vəzir Çəmənzəminlinin çap

etdirdiyi “Zəruri məsələlər” adlı yazıda Azərbaycan xalqını milli birliyə, vətənin və

millətin taleyi üçün mübarizəyə, qəhrəmanlığa səsləyən milli marşların yaradılması

vəzifəsinin şairlərin, ilk növbədə bəstəkar Üzeyir Hacıbəyovun üzərinə düşdüyünü

xüsusi vurğulayırdı.

Üzeyir Hacıbəyov 1917-ci ilin sonlarında sözlərini və musiqisini yazdığı “Milli

marş” həmin il dekabrın 23-də orkestr tərəfindən ifa edilmişdi. “Milli marş” 1920-ci

il 27 aprel çevrilişindən sonra bir daha səslənməmiş və not materialları itirilmişdi.

Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan

marşı”nın sözləri ilk dəfə 1919-cu ildə “Vətən marşı” adı ilə hökumət mətbəəsində

“Milli nəğmələr” kitabında çap olunmuş, musiqisi isə ondan sonra bəstələnmişdi.

“Azadlıq və istiqlaliyyət əsas süngüləri ilə yox, ədəbiyyat və incəsənət vasitəsi ilə

əldə olunur”

Məmməd Əmin Rəsulzadə

Məmməd Əmin Rəsulzadə bilirdi ki, ədəbiyyat, söz sənəti, şeiriyyatla xalqı daha

tez və daha dərindən maarifləndirmək olar. “Qurtuluş günü” məqaləsində yazır:

“Ey millətin lisanül-qeybi olan şairlər, ədiblər, millətin əməllərini, ülvi niyyət və

məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi

təlqin ediniz”.

Cümhuriyyət çiçəkləndiyi illərdə Seyid Hüseyn “Yaşıl qələm” ədəbi-elmi cəmiyyət

yaradır. Cəmiyyətin üzvləri – Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Seyid

Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər

Cabbarlı, Salman Mümtaz, Əli Yusif və digər ziyalılar olur. Yusif Vəzir Çəmənzəminli

“Milli-mədəni işlərimiz” silsilə məqalələrində kitab nəşrinin vacibliyini qeyd edərək

yazır: “Hankı yolda qənaət olunsa, nəşriyyat üçün qənaət olmasın. Çünki bugünkü

basılan kitablar kəsilən pullardan qiymətlidir. Bir çox pullar var ki, sərf olunur və

əməli nəticələr vermir. Nəşriyyata xərclənənlər millət üçün böyük sərmayə vücudə

gətirər. Bütün gələcəyimiz mədəni binalarımız, tərəqqi məhsullarımız bu sərmayə

üzərinə binalanacaqdır”.

O dövrdə Azəbaycan ədəbiyyatı bir vulkan kimi püskürməklə düşmənlərimizi

narahat edirdi. 1921-ci ilin 5 oktyabrında Bakıda çıxan “Kommunist” qəzetində Maarif

naziri Yazıçılar qurultayındakı çıxışında deyirdi:

“Azərbaycan işçiləri arasından çıxan şair və yazıçıların sayı gündən-günə

artmaqdadır. Yazıçıların bu nəslinin “Müsavat” dövründən xəbəri yoxsa da, yenə də

Cavadın (Əhməd Cavad) milli məktəbi təsirinə düşür və milli Azərbaycan ruhunda

ədəbiyyat yaradırlar. Nəticədə Azərbaycanın gənc yazıçıları uydurulmuş rus

təhlükəsinə qarşı çıxır və “Bağımsız Azərbaycan” şüarını idealizə etməyə başlayırlar.

Almas, Əbdül, Müşfiq, Hüseynzadə və başqaları kimi gözəl proletar şairləri bir-bir

millətçi olaraq Proletar Yazıçıları İttifaqından və Kommunist partiyasından çıxırlar;

indi isə Cavadla birlikdə üç rəngli Azərbaycan bayrağını tərənnüm edirlər”.

Yenidən çiçəklənən Azərbaycan ədəbiyyatı cəmi 19 il yaşadı. 37-ci ilin repressiya,

ayaqlarını (Ə.Cavad) kəsdilər, qulaqlarını isə kar etdilər (digər bütün yazıçı, şair və

tərcüməçilər).

Ye, iç nə qədər istərisən qanımı, zalım,

Bir gün görərəm qanını səhbalar içində...

M.Hadi

Cümhuriyyət dövründə tariximizin ən şərəfli səhifələri yazılıb. Cəmi 23 ay olsa

belə, bir xalq olaraq necə azad yaşamağı öyrənmişik. Azadlığın dadı hər bir nemətdən

şirindir.

M.Ə.Rəsulzadə uzaqgörən şəxsiyyət idi. O zamanlar Səməd Vurğun Məmməd

Əmin Rəsulzadə haqqında poema yazmışdı. Əlirza Turan xatirələrində qeyd edir

ki, “Rəsulzadə bu poemanı oxuyandan sonra xəyallara daldı. Ona dedilər ki, görün

S.Vurğun sizin haqqınızda nələr yazıb. Sizsə onu “Çağdaş Azərbaycan ədəbiyyatında”

millətçi bir şair kimi təqdim etmisiniz. Onda Əmin bəy dedi ki, “Mən yanılmamışam.

Əgər, o məni bu cür təsvir etməsəydi, başqa milli mövzuda olan şeirlərini nəşr etdirə

bilməzdi. Həm də o, mənim adımı xatırlamaqla unudulmaz etmişdir. Zəkalı oxucu

dərhal mənim kimliyimlə maraqlanacaq və hər şey ona bəlli olacaq.”

M.Ə.Rəsulzadənin Azərbaycan xalq cümhuriyyətinin Qızıl Ordu tərəfindən işğala

uğramasının 32-ci ildönümü münasibətilə 1952-ci ildə yayınlanan xitabından:

“Səsimizi məzlum Azərbaycan xalqına duyurmaq məqsədilə, bugünkü qanlı

aprel istilası matəmini yaşayanlara deyirik ki, bolşeviklər Azərbaycanda bütün Şərqə

nümunə bir dövlət qurduqlarını söyləyirlər. Sözlərində səmimi olub dediklərinə

həqiqətən inansaydılar, dəmir pərdəni qaldırar, Cümhuriyyətin qapılarını açar, sizləri

azad dünya ilə əlaqə və münasibətə gətirərlərdi. Fəqət, bunu edə bilməzlər, çünki, o

zaman yalanları üzə çıxar: qaraya – ağ, zülmə – ədalət, yoxsulluğa – varlıq, əsirliyə

– azadlıq, istilaya – istiqlal dedikləri aşikar olar! Onlar bu cəsarəti göstərə bilməz,

inadlarında davam edərlər. Fəqət, bu inad onları qurtara bilməz: həqq ilə batilin,

doğru ilə yalanın dünya ölçüsündə gedən mücadiləsində nəhayi qələbə həqqin və

doğrunundur. Bu zəfər günəşi əlbəttə ki, bir gün Azərbaycanda da parıldayacaqdır!”

USTAD senet.az / may

71

USTAD senet.az / may

72

Nəsib bəy Yusifbəyli

Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olub. Orta

təhsilini Gəncə gimnaziyasında alıb. 1902-ci ildə Odessa şəhərindəki İmperator

Novorosiyski Universitetinin Hüquq fakültəsinə daxil olur, amma universiteti

bitirə bilmir. Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti

universtiteti müvəqqəti bağladıqdan sonra Nəsib bəy Bağçasaray (Krım) şəhərinə

gedir, orada İsmayıl Qaspiralının “Tərcüman” qəzeti ilə əməkdaşlıq etməyə

başlayır. Burada o, özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının

əsərlərini səhnələşdirir.

1908-ci ildə Nəsib bəy İstanbula köçərək publisistik fəaliyyət göstərməklə

bərabər “Türk dərnəyi” cəmiyyətinin təşkili ilə də məşğul olur. Az sonra İsmayıl

Qaspiralının qızı Şəfiqə Soltan xanımla ailə həyatı quraraq bir müddət İstanbulda

qalır. 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışır. 1911-ci

ildə “Molla Nəsrəddin” jurnalına və qəzetlərə məqalələr göndərir, “Müsəlman

xeyriyyə cəmiyyəti”, “Müsəlmanların maariflənməsi cəmiyyəti”, “Aktyorlar

cəmiyyəti”nin fəaliyyətlərində yaxından iştirak edir. Bu zaman o, Məmməd Əmin

Rəsulzadə ilə tanış olur və ictimai siyasi fəaliyyətə başlayır.

Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya Federativ

Hökumətində – Maarif naziri, Azərbaycan Demokratik Respublikasının

hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi Maarif naziri,

1919-cu ilin martından 1920-ci ilin martına kimi Baş nazir, eləcə də Daxili İşlər

naziri (16 iyun 1919 – 22 dekabr 1919) işləyir. 1920-ci ildə Sovet Rusiyası tərəfindən

Azərbaycan tutulduqdan və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona

qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədilə mühacirətə getmək üçün Bakını

tərk edir, lakin 31 may 1920-ci ildə yolda, Kürdəmir uyezdinin Qarxun kəndində

müəmmalı şəkildə qətlə yetirilir.

USTAD senet.az / may

73

“Studentlər”

necə əsərdir?

Cümhuriyyət dövrünün önəmli simalarından biri – Yusif Vəzir Çəmənzəminli

dövlət xadimi olmaqla yanaşı, həm də yaxşı yazıçı idi. Onun “Qızlar bulağı” və

“Qan içində” romanları ədəbiyyatımızda tarixi-roman janrında yazılan ən dəyərli

nümunələrdəndir. Bu dəfə Cümhuriyyət dövrü ilə səsləşən “Studentlər” romanı

ilə bağlı ölkənin ən böyük kitab təbliğatı hərəkatı “Kitabsevərlər” qrupunda sorğu

keçirdik. Görək, oxucular bu haqda nə düşünür?

“Y.V.Çəmənzəminlinin “Studentlər” əsərini hal-hazırda da oxuyuram.

Kitabda çar inqilabından əvvəlki və sonrakı Azərbaycan cəmiyyətinin həyatı, çar

hakimiyyətinin müstəmləkəsi altında millətin yaşadığı çətinliklər əsas personajlar

olan tələbələr üzərindən oxuculara çatdırılır. Mən bu əsər vasitəsilə o dövrün böyük

portretini zehnimdə çəkdim və millətimin o dövr üçün böyük sıxıntılar yaşadığının

şahidi oldum. Belə ki, heç bir söz və mətbuat azadlığının, ictimai-siyasi fəaliyyətin

sərbəstliyinin olmadığı bir cəmiyyəti görmədim. Məncə, inqilabdan əvvəlki həyat

daha acınacaqlıdır, çünki məhz o dönəm yalnız imkanı olan şəxslər üçün yaşıl işıq

yanırdı. Millətin təfəkkürünün formalaşmasında elmin və maarifin mühüm rol

oynadığını bilirik, əfsuslar olsun ki, kasıblar, maddiyyatı zəif olan təbəqə istənilən

imtiyazdan məhrum idi. Əsərin məzmununda ən çox bəhs edilən mövzulardan

biri olan din – xalqı daha çox geri itələyən xurafat cəmiyyətə hakim kəsilmişdi. Bu

hakimiyyət yalnız cahil sinif üzərində öz təsirini effektiv göstərirdi. Məlumdur

ki, təhsil alan studentlər dünyəvi elimlərlə tanış olduqca saxta mollaların təhrif

etdikləri dindən artıq uzaqlaşırdılar. Onlar artıq çar hakimiyyətinə qarşı siyasi

təbliğat aparmağa təşəbbüs göstərir və inqilaba çan atırdılar. Onu deyim ki, istər

“1917-ci il” inqilabdan əvvəl, istərsə də sonra xalq heç vaxt tamamilə sərbəst söz,

mətbuat və siyasi azadlıqlar əldə edə bilmədi. Hərçənd, elm və maarifin xalqın

bütün təbəqəsi üçün, hətta fəhlə sinifi üçün belə əl çatan olmasıyla razıyam, bu da

inqilabın yaxşı nəticələrindən biri idi.

Əsər barəsində hələ aydınlaşdırmaq istədiyim bəzi məsələlər qalıb.

Olduqca maraqlı kitabdı. “Studentlər” obraz və hadisələr üzərində müəllifin

yaşadığı dönəmin sadəcə həqiqətlərini nəql edir, ən əsası da XX əsrin I yarısı üçün

geniş tarixi təsəvvürün yaranması istiqamətində tövsiyyə olunacaq bir əsərdi!

Minarə Paşayeva

USTAD senet.az / may

74

Y.V.Çəmənzəminlinin xatirələrini oxuyandan sonra çoxdan oxuduğum

“Studentlər”i daha aydın başa düşdüm. Romanda qoyulan problemlər və onların

həlli yollarının əsasının görkəmli ədibimizin gəncliyində qoyulduğunu anladım.

Gəncliyi XX əsrin Şuşasında keçən yazıçı ətrafında din və xurafatın yaratdığı

cəhalət bataqlığını görmüşdü. Gördüklərini çək-çevir eləmiş və bu bataqlıqla

mübarizənin yollarını öz qələmilə oxuculara çatdırmaq istəmişdi. Rüstəmbəy və

yoldaşlarının inqilabdan əvvəlki Kiyevdə keçən həyatından bəhs edən bu möhtəşəm

romanda yazıçı müxtəlif millətlərin yaşayışını, düşüncəsini işıqlandırıb, onların

mədəniyyətləri arasında müqayisələr

aparıb. Bizim kimi millətlərin bu

bataqlıqdan çıxmaq üçün elmə, kitaba

üstünlük verməli olduğunu göstərib.

Ölkəsi Azərbaycanın gələcək üçün hansı

yolu seçməyinə qərar verə bilməyən

Rüstəmbəyin içində baş verən təlatümlər

oxucunu şiddətlə düşünməyə vadar edir.

Bir tərəfdə yeni yaranmış və xalq arasında

hələ tam kök sala bilməyən “Müsavat”, bir

tərəfdə az da olsa demokratikləşmə yoluna

üz tutan çar Rusiyası, bir tərəfdə nə olacağı

bilinməyən bolşevik firqəsi, digər tərəfdə

isə dünyada güclü dövlət kimi tanınsa da

çoxdan cəhalətə sürüklənmiş Osmanlı...

Rüstəmbəyin düşündükləri ilə kimsə

razılaşmaya bilər, amma dəqiq olan bir

şey var: o yeniliyə, elmə, kitaba, tərəqqiyə

üstünlük verirdi.

Fariz Bayramov

“Studentlər” romanı Yusif Vəzir

Çəmənzəminli və müasirlərinin həyat yolunun qısa, lakin bir o qədər də dolğun

xronikasıdır. XIX əsrin sonları, XX əsrin əvvəllərində “ruslaşdırılma” siyasətinin

yeridildiyi, rus dili və təhsilinin qeyri-adi üstünlüklər verdiyi zamanda gözlənilməz

bir dəb baş qaldırmışdı: təkcə ağaların, bəylərin, xanların övladları yox, dəmirçi,

dəllək, mədrəsə müəllimi və s. tipli sənatkarlar, hətta kəndlilər övladlarını oxutmaq

üçün böyük şəhərlərə göndərirdilər. “Müsürman” Azərbaycandan çıxıb, “urus”

mühitə düşən gənclər çox çətin uyğunlaşma, “mədəniləşmə”, yeni şərtlərlə

ayaqlaşma prosesindən keçirdilər. Əsərin baş qəhrəmanı Rüstəmbəy və dostları da

eyni sınaqlardan keçiblər. Əzbərdən bilmədiyi duaları ağzını oynadaraq təqlid edib

anası ilə birgə namaz qılan uşaq zamanla yeni mühitdə elmin radikal müdafiəçisi,

dini cəhalətin düşməninə çevrilir. Siyasi, milli hisləri

də dəyişiklikdən qaça bilmir. Lakin hər kəs eyni

sürətdə və formada inkişaf etmir...

Yazar yeni mühitdə belə möhtəkir zehniyyətindən

əl çəkməyən yoldaşlarını da əsərdə çox gözəl təsvir

edir. Yaranan fikir ayrılıqlarını, siyası və ideoloji

firqələri “pisdi-yaxşıdı” ayırımı etmədən siyasi və

ideoloji elitanın son səviyyəsi olduğunu bizə təlqin

edir.

Digər maraqlı nüans isə qadın azadlığıdır.

Qadınların çadra altından səsinin belə çıxmadığı

dövrdə student “müsürman”ların qadın azadlığı

haqqındakı fikirləri insanı valeh edir. Şəxsi mülahizəmə görə: “Studentlər” əsəri o

dövrdə təhsilli elit təbəqənin siyasi, elmi cameədəki vacib rolunu və indiki dövrdəki

əskikliyini hiss etdirir.

Cəmilə Məmmədli

Hazırladı: İlahə Eldarqızı

USTAD senet.az / may

75

“Hər şeyi yenidən

canlandırmaq lazımdır“

NƏSİB BƏY YUSİFBƏYLİNİN NƏVƏSİ İZMİRDƏ

USTAD senet.az / may

76

İzmirdə Ege Universitetində

ədəbiyyatşünas dostum Nazim

Muradovu və türk dünyasının dəyərli

ziyalısı, bu universitetin Türk dünyası

bölüm başqanı sevimli Yavuz Akpınar

xocanı ziyarət edirəm. Universitet

imtahanlar ərəfəsindədir. Türk

dünyasından gələn aspirant tələbələr

Nazim bəylə Yavuz xocanı dinc

buraxmırlar.

Nazim bəy mənə Nəsib bəy

Yusifbəylinin nəvəsinin İzmirdə

olduğunu söyləyir. İsrarla

görüşdürməyini xahiş edirəm. Elnur

Paşa, mən, Nazim bəy iyunun 17-də

gəzə-gəzə gəlib üzərinə “Yusif Bəy

Əczahanəsi” yazılmış bir “Aptek”in

önündə dayanırıq. Fotomakinanı

işə salıb “Aptek”i çəkirəm. Önəmlisi

olan üzərində yazılan “Yusif bəy” adı

hədsiz marağıma səbəb olur. Bir azdan

içəridən çıxıb keçmişdə qalmış bir tarixi

həyatı öz həyatımıza qatıb söhbətə

başlayırıq.

Azərbaycan Cümhuriyyətinin ilk

qurucularından və nazirlərindən birini

–Nəsib bəy Yusifbəylinin nəvəsi, türk

dünyasının böyük öndəri Qaspıralının

qızının nəvəsi Yusif Akçuraya şəcərəsi

uzanan Yusif bəy Nəsibbəyli danışdıqca

içimizdə qəhərimizi boğa bilmirik.

Nazim: – Nəsib bəyə atası –

Niyazi bəyin haqqında Qaspıralının

məktubları var. Şəfiqə xanım gəlir evə 1 ,

ancaq uşaqları Krımdadır. Məktubunda

babası yazır ki, Niyazi bəy çox dəcəllik

edir. Hərdən mənim otağıma gəlir, hər

şeyi alt-üst edir. Bunu Qaspıralı deyir.

Hətta, deyir, otaqdan qovana qədər

yaxamdan əl çəkmir. Bir də balaca

Zöhrə var, Niyazi bəyin kiçik bacısı.

Çox maraqlı həyat hekayələri var.

Hər kəsin heyran qalacağı bir ailə.

Mən: – Bunların bir tərəfində Yusif

Akçura, bir tərəfində Qaspıralı, bir

tərəfində də Nəsib bəy Yusifbəyli var.

Bunlar haqda bilgi verərsənmi?

Yusif bəy: – Krımda Qaspıralının

“Tərcüman” qəzeti çıxardığı

məlumdur. Nəsib bəy Yusifbəyli

Gəncədən Qaspıralının heyranlarından

biridir. Milliyətçidir. Sonra tanış

olurlar. Ancaq Şəfiqə xanımla necə tanış

olduqları haqqında mənim məlumatım

yoxdur. Şəfiqə xanım da çox modern

qadın, həm də “Aləmi Rüsvan”, yəni

“Tərcüman” əlavəsini çıxaran qadındır.

Rusiyadakı qadın hərəkatının öncülü

olan biridir. Məncə, Qaspıralı Zöhrə

xanımla necə evlənmişsə, Nəsib bəy də

Şəfiqə xanımla o cür evlənib. Bir-birinə

könüllərini qapdırmışlar. Nəsib bəy

hətta “Azərbaycan ədəbiyyatı tarixi”

1 Nəsib bəyin həyat yoldaşı

adlı çalışmalar da hazırlayıb.

Mən: – Onların neçə uşaqları olub?

Nazim: – Biri Niyazi bəydir.

Yusif bəy: – Xalam Zöhrə xanımdır.

Xalamın üç oğlu vardır.

Nazim: – Qaspıralıdan bu yana

şəcərə olaraq davam edə bilərikmi?

Yusif bəy: – Qaspıralının qızı

Şəfiqə xanımdır. Mən Şəfiqə xanımın

nəvəsiyəm. Oğlunun adı Niyazi,

qızınının adı Zöhrədir. Onlar 1900

neçədəsə, tam söyləyə bilmirəm,

buralara gəliblər.

Mən: – 1918-1919-cu illərdə ola

bilərmi?

Yusif bəy: – Deyəsən o illərdir. Rus

inqilabından sonra gəliblər.

Xanəmir: – Atanız nə işlə məşğul

olurdu?

Yusif bəy: – Atam Xarici İşlər

Nazriliyində işləyib. Eyni zamanda

idman üzrə vəzifələndirilmişdir. Niyazi

Kürdəmirli...

Yusif bəyin xanımı: – Kürdəmir nə

deməkdir?

Yusif bəy: – Azərbaycanda bir

şəhərin adıdır. Sonra Kür adlı bir çay da

var.

Nazim: – Babanızın öldürüldüyü

yer də Kürdəmirdir. Bir də Zərifə

Kürdəmirli var İstanbulda. O da

Topçubaşovun nəvəsidir. Həsən bəy

Zərdabinin qızı. Onun xanımı da

Qaraçay türklərindəndir. H.Zərdabi

qəzetdə bir tələbə siyahısına rast

gəlir ki, onların arasında bir nəfər

türk-müsəlman qızı da olur. Bakıdan

qalxıb gedir, o qızla tanış olur və

evlənirlər. Özü də Qaraçay-Bolqar

türklərindəndir. Həsən bəy Zərdabi,

Qaspıralının, Əlimərdan bəy

Topçubaşovun tarixi rəsmləri var.

Demək istəyirəm, Zərifə Kürdəmirli ilə,

bu soyadla əlaqəniz varmı, ya yoxmu?

Yusif bəy: – Kür Gəncədə bir çay

olduğu üçün atam xüsusi olaraq

soyad götürüb. Bura gəldikləri zaman

Qaspıralı soyadı ilə gəliblər. Sonra

Kürdəmirli deyə qəbul ediblər. Səbəbi

nədir, niyə belədir, bir şey bilmirəm.

Atam atasını sevirdi. Azərbaycanda

öldürüldüyünü də bilirdi.

Nazim: – 1921-ci ildə ermənilər

tərəfindən öldürülür.

Mən: – Siz bu məlumatları kimdən

aldınız?

Yusif bəy: – Ən çox nənəm

danışardı.

Mən: – Keçmişdən, soyunuzdan

danışdığı vaxt hansı halda olardı?

Yusif bəy: – O qadın, həqiqətən,

yetişmiş bir qadın olub. Yəni dünya

qadın hərəkatının öncüllərindən biri

idi.

USTAD senet.az / may

77

USTAD senet.az / may

78

Mən: – Neçə il yaşadı?

Yusif bəy: – 80-ə yaxın.

Mən: – Türkiyəyə gəldikdən sonra

heç evlənmədimi?

Yusif bəy: – Xeyr! Burda da

Azərbaycan və Krım dərnəklərinə

gedərdi.

Mən: – Siz neçə qardaş, bacısınız?

Yusif bəy: – Bir bacım da var.

Ankarada yaşayır. Şahiqa Kürdəmirli.

Mən: – Siz hansı universiteti

bitirdiniz?

Yusif bəy: – Ankarada İqtisadi və

Ticarət Akademiyasını bitirmişəm.

Mən: – İndi nə işlə məşğulsunuz?

Yusif bəy: – Təqaüdçüyəm. Həyat

yoldaşımla birlikdəyəm.

Mən: – Bəs bu uzun illər boyunca

bu məsələlərlə maraqlanan, sizləri

danışdıran olubmu? Ən azından

özünüz araşdırma yapa bilərdiniz.

Yusif bəy: – Bu işlə Maral Qaspıralı

bir az maraqlandı.

Mən: – O, kimin qızıdır?

Yusif bəy: – Heydər bəyin qızı

idi. Təəssüflər ki, o da vəfat edib.

Sonra mənim xalauşaqlarım da

bu işlərlə maraqlanırdılar. Oğuz,

Dəniz, Səlcuq, Surə heç maraqlana

bilmədi. O, Almaniyada yaşayır. Oğuz

da Almaniyadadır. Dəniz də heç

maraqlanmadı. Yalnız Səlcuq bir az can

yandırdı. O da vəfat etdi.

Mən: – Neçə yaşında, harda?

Yusif bəy: – 78 yaşında. O da

İstanbulda yaşayırdı. Xalam da Şəfiqə

xanımla birgə İstanbulda yaşayırdılar.

Mən: – Yusif bəy, bu nəslin, soyun,

kökün içindən Turan idealına sahib

çıxan bir adam, bir ad varmı? Heç

bu anlayışa, davaya könül verən,

heç olmasa bir türk kimi o keçmişi, o

inanları araşdıran birisi çıxmadımı?

Yusif bəy: – Olmadı,olmadı,

olmadı...

Mən: – Sizin uşaqlarınız varmı?

Yusif bəy: – Xeyr. Bacım da evlidir.

Onların da uşaqları yoxdur.

Mən: – İndiyə qədər sizi axtaranlar,

sizinlə maraqlananlar olubmu?

Yusif bəy: – Xeyr. Nəsib bəyin

Gəncədə evi var. O əvvəlcə muzey

olub. İndisə əqrabalarımıza veriblər.

Qohumlarımız çox maraqlanır bizimlə.

Bir-iki dəfə zəng ediblər. Gözləyirlər ki,

durub ora – Gəncəyə gedək.

Mən: – Nə düşünürsünüz? Bu

qədər hadisələr olub, bu qədər dəyərli

insanlar yaşayıb gedib...

Yusif bəy: – Hər şeyi yenidən

canlandırmaq lazımdır. Zöhrə xanım

evində bəzi əşyalar, sənədlər var idi.

Onlar da itdi, yoxa çıxdı. Beləcə bir-iki

dostun çalışmaları qaldı ortada.

Mən: – Azərbaycana heç

getmədinizmi?

Yusif bəy: – Getmədim.

Mən: – Getmək barədə heç

düşünürsünüzmü?

Yusif bəy: – Mütləq gedəcəm.

Mən: – Dədə-baba torpaqlarına

gedib oraların havasını udub, insanları

ilə tanış olmaq, ünsiyyətə girmək sizə

əvəzsiz duyğular yaşadar…

Yusif bəy: – Sizinlə görüşüb tanış

olmağıma çox şad oldum. Harada

yaşayırsınız?

Mən: – Bakı şəhərində.

Nazim: – Nəsib bəy Yusifbəylinin

məzarı bildiyimə görə, Gəncədədir.

Onu ermənilər Kürdəmirdə öldürüblər.

Ancaq atası da çox məhşur adam

olub. Sizin babanız sayılır. Onlar bəy

ailəsində, zəngin bir ailədə yetişiblər.

Məncə, Rəfibəylilərlə də yaxın olublar.

Mən: – Gəncəlidirlərsə qohum da ola

bilərlər.

Nazim: – Şəfiqə xanıma onun

ölümünü gec söyləyiblər. Nəsibbəylini

öldürüblər. Şəfiqə xanımı İstanbula

gətirirlər, ancaq ölüm məsələsini Şəfiqə

xanıma demirlər. O, həyat yoldaşına

çox bağlı olub. Yoldaşı ona çox

narahatlıqlar yaşatmasına baxmayaraq,

yenə də ona sadiq qalıb.

Mən: – 20-22 yaşlı xanım həyat

yoldaşını itirir, ancaq 75-80 yaşına

qədər yaşayır, əsl türk qadını olaraq heç

evlənmir.

Yusif bəy: – Nəsib bəyin məzarını

görmüsünüzmü?

Mən: – Mən görmədim.

Nazim: – Mən də. Ancaq Gəncədə

olmalıdır.

Yusif bəy: – Oralara

getmədiyimdən mən də heç görmədim.

Yusif bəy sülaləsinin o tərəfindən

də heç bir məlumatım yoxdur.

Şəfiqə xanımgil Trabzona gəliblər.

Trabzondan İstanbula gedərkən,

Nəsib bəyin vəfatını həyat yoldaşına

söyləyiblər. Ortada çox qarışıq

hadisələr var. Ermənilərin öldürdüyü

haqda çox danışırlar.

Nazim: – Maşın qəzasında

öldürülüb.

Yusif bəy: – Hər halda, qaçmayıb.

Nazim: – Şəfiqə xanım Gəncədən

çıxıb Krıma, Bağçasaraya gedir. 1915-

ci ildə Qaspıralının cənazə törənində

Nəsib bəylə barışırlar.

Mən: – Şəfiqə xanım – nənəniz

Qaspıralı haqqında bir şey

söyləyirdimi? Nəsə hər hansı bir detal,

epizod, xatirə danışıbmı sizə?

Yusif bəy: – Hər vaxt böyük bir

elm adamından, Turan fikir aləmində

hansı səylə gecə-gündüz işləməyindən,

mübarizə apardığından danışardı.

Ailəsi, həyat yoldaşı ilə bağlı heç bir

xatirə danışmazdı. Yalnız Qaspıralının

Turan fikir aləmi içərisində necə

mücadilə apardığından danışardı.

Mən: – Türk belə olub da. Ərindən,

arvadından heç vaxt danışmaz.

Həmişə dədə-babasından danışar.

Bu, bir etnosun, sadəcə, yazılmamış

qanunlarından bir dənəsidir. Sovet

ideologiyası bizə yazarlar vasitəsilə

nənələrdən danışmağı da öyrətdi.

Bu xarakter bizim yazarlara rus

yazarlarından keçdi.

Yusif bəy: – Necə qəzet

çıxardığını, qəzet çıxarmaq üçün nə cür

çırpındığını, İstanbula gəldiyini, Orta

Doğuya getdiyini, oralarda türk milləti

adına nələr etdiyindən danışırdı.

Mən: – Başlarından keçən hər hansı

bir hadisəni danışmadımı?

Yusif bəy: – Xeyr.

Mən: – Bəs Nəsib bəydən necə?

Yusif bəy: – Ondan da eləcə. Babam

haqqında çox təkidlə suallar sorurdum.

Ermənilərin babamla bağlı çox qarışıq

sözləri-söhbətlərindən danışardı. Atam

bu hadisə ilə əlaqədar bir bizə heç nə

demədi. Xalamın ərinin də adı Mirzə

Göygöl olub. O da oralı idi. Onun

qardaşı Çingiz Göygöldür. Bunların

hamısı vəfat etdi. Çingiz bəyin yanına

sovetlər dönəmində üç xanım gəldi.

O zamanlar mənim də onlarla söhbət

etmək imkanım oldu. Yanlarında da bir

pilot vardı. Necə Türkiyəyə gəlmişdilər,

anlaya bilmədik. Necə icazə almışdılar?

Əvvəlcə Qarsa gəliblər. Orada çox

çətinlik çəkiblər. Sorğu-suala tutublar.

Təyyarə ilə gələ bilmirdilər, onda

avtobuslamı, nə iləsə birtəhər keçiblər

Türkiyəyə. Mən o zaman dedim, necədi

vəziyyət? Onlar da dedi ki, Nəsib

bəyin Gəncədə evi var. Bu adam baş

nazir olub. Bir çox sənədləri də son

illərə qədər qalırmış. Olsun Qaspıralı.

Ən azından “Tərcüman” kimi bir

qəzet çıxarıb. Bunların çox zəngin bir

keçmişi olub. Keçmişləri ilə əlaqəli heç

olmazsa, xatirələri, sənədləri olmalı

idi. O qadın ağıllı qadına oxşayırdı.

Rəhmətə gedib. Dedi ki, Gəncəyə

getsəniz babanıza məxsus 1-2 əşya, 1-2

sənəd tapa bilərsiniz. Bu adam o vaxt

dövlətin adından nə qədər qərarlar

verib. Mənim babam balaca adam

olmayıb axı.

Nazim: – Çingiz Cüvarlı akademik,

Toğrul Cüvarlı Nəsib bəy Yusifbəylinin

bacısı uşaqlarıdır. Yəni, sizin atanız

Niyazi bəyin bibisi uşaqlarıdır. Nəsib

bəy onların dayısıdır. Onlar hələ də

yaşayırlar.

Yusif bəy: – İndi onlar haradadırlar?

Nazim: – Hazırda Azərbaycanda,

Gəncədə, ya da ki, Bakıda yaşayırlar.

Onlar Azərbaycanda məhşur elm

adamlarıdır.

Yusif bəy: – Çox maraqlanıram.

O zamanlar bir çox hadisələr baş

verib. Osmanlının son zamanlarına

təsadüf edir. Nəsib bəy də Azərbaycan

Cümhuriyyəti dönəmində bir çox

həyati dərəcədə önəmli olan qərarlara

imza atmış adamdır. Ola bilməz ki,

bunlar yazılıb-çizilməsin.

Nazim: – Bunların hamısı var.

Nəsiman Yaqublu, Cəmil Həsənli bir

qismini çap etdirdilər.

Yusif bəy: – O qadın o vaxt mənə

USTAD senet.az / may

79

USTAD senet.az / may

80

dedi ki, ruslar heç vaxt bu cür tarixi

sənədləri, reallıqları cırmaz, yox

etməzlər. Mükəmməl şəkildə qoruyub

saxlayırlar.

Mən: – Onların hamısı durur. Yavaşyavaş

gün işığına çıxarırlar.

Yusif bəy: – Bir “Tərcüman”

qəzetinə belə sahib çıxa bilməmişik.

Mən: – Nazim bəygil İzmir

Universiteti olaraq Yavuz Akpınarın

səyi, qeyrəti, təşəbbüsü ilə

mikrosxemlər şəklində “Tərcüman”ın

saylarını Amerikadan alıb gətiriblər.

Yavuz Xoca onları mənə göstərəndə

həyəcandan az qaldım ağlayam. Axı bu

necə olur? Hər şeyimiz Amerikadan,

Avropadan çıxır. ...

Yusif bəy: – Mən onların Amerikaya

aparıldığını öyrənmişdim.

Mən: – Nazim bəy “Tərcüman”ın

təxminən bütün saylarını oxuyub.

Nazim: –“Tərcüman”ın 13 min

sayı çıxıb. 1883-cü ildə aprelin 10-da

ilk nömrəsi çap olunub. Qaspıralının

bundan əvvəl də çıxardığı qəzetlər

var. “Tonquç” (qaranquş deməkdir),

“Şafaq”, “Ziya” (bunu Lütfizadə

qardaşları çıxarıblar). Qaspıralı

hər vaxt yazıb bunu: Bizim qəzet

redaktorların şeyxi Həsən bəy

Zərdabidir. “Tərcüman”ı düz 35 il

dayanmadan çıxarıb. Bütün hərəkətləri

planlı olub. 1867-ci ildə Voronejdən

hərbi məktəbdən qovulur. Səbəbi isə

yunanlara qarşı Giritdə savaşmaqdır.

Girit də türklərin əlində olub. Odessada

Mustafa adlı dostu ilə İstanbula

gəlmək üçün gəmiyə minərkən

tutulurlar. Hərbi məktəbdən atırlar.

Sonra Fransaya gedir. Turgenyevin

katibliyini edir. Məşhur Kaçkov olub,

onların ailəsinə gedib-gəlir. Kaçkov

rus milliyətçisidir, ondan milliyətçiliyi

öyrənərək rus milliyətçiliyinə tətbiq

edir. 1982-ci ildə İstanbula gəlir. Orada

dayısı yaşayırdı. İstanbulu da çox

mükəmməl tanıyıb öyrənir.

Bir ara Bağçasarayda bələdiyyə

başqanlığına keçir. İlk “Üsulucədid”

məktəbini açır. Türküstanın

hər tərəfindən müəllimllər gəlib.

Bağçasarayda “Üsulu-cədid”

məktəbi bir dənədirsə, 1905-də 10

min dənə olub. Bu məktəblər türk

dünyasının hər yerinə yayılır. Bu adam

modernləşmənin atasıdır.

Mən: – Nazim bəy, “Tərcüman”ın

çıxmasından, maddi tərəfindən

danışmağını istərdim. Bildiyim

qədərilə, həyat yoldaşının bu

istiqamətdə böyük cəhdləri olub.

Nazim: – Həyat yoldaşı Akçura

ailəsindən Zöhrə xanım Qasprinskaya

bütün sərvətini “Tərcüman” qəzetinin

çıxmasına xərcləyir. Məncə, Zöhrə

xanım olmadan Qaspıralı bu işləri görə

bilməzdi. Qaspıralı modern insandır.

O qədər də qapalı deyil. Ticarəti gözəl

bilir. Bir ara neft şirkəti də qurur.

Mən: – “Tərcüman”ın ilk çıxdığı

türkcə ilə son çıxdığı türkcə arasında

fərq çoxdurmu?

Nazim: – Qaspıralı 1881-ci ildə

“Rusiya müsəlmanları” adlı əsərini

rusca yazır. “Tavrida” qəzetində də

çap etdirir. Bu qəzet Krımlı karaim

türkləri tərəfindən çap olunurdu.

Sonralar “Tərcüman”da türkcə

ilə yazır. Getdikcə əsərlərinin dili

təkmilləşir. Hər şeyə rəğmən, Qaspıralı

“dildə, fikirdə, işdə birlik” ideyasını

əvvəlcədən planlaşdırmışdı.

Mən: – Bildiyimə görə, xeyriyyə

cəmiyyətləri və vəqflər qurub.

Bunlarsız da qəzet çıxara bilməzdi.

Qaspıralı məsələyə bütün yönlərindən

yanaşıb.

Nazim: – Həm ziyalı, həm də iş

adamıdır. Krımda “Georgi” şirkətinin

sahibi olub. Şirkətin bütün sənədləri

onun adına yazılıb. Bolşeviklərin

gəlməsi işlərini pozur.

Yusif bəy: – Hətta, Bakıdakı neftdə

də haqqı olub.

Mən: – Onu bilmirəm.

Yusif bəy: – Ancaq Osmanlı ilə

keçinib, bu barədə bir şey öyrənmək

istərdim.

Nazim: – İstanbula çox gəlib. Burda

çox önəmli olan dostları yaşayıb.

Sultan Abdul Hamidə möhtəşəm

hörməti olub. “Gənc Türklər”lə əlaqəsi

olmasına baxmayaraq, onların radikal

addımlarına qarşı gəlib. “Gənc Türklər”

onun millət vəkilliyinə namizədliyini

irəli sürsələr də bu istəyi rədd edib.

Mən: – Atanız, babanız da sizin kimi

belə ucaboy olub?

Yusif bəy: – Xeyr. Atam mənim kimi

deyildi.

Mən: – Nazim bəy, necə oldu ki,

Yusif bəyi aradınız?

Nazim: – Tofiq Abdinin bir yazısında

İstanbuldakı azərbaycanlılardan bəhs

edir. Orda Əli bəy Topçubaşovun

nəvəsi, Həsən bəy Zərdabinin nəticəsi,

Zərifə Kürdəmirlidən danışır. Mən

Tofiq bəyə yazdım ki, onlardan sizdə

telefon nömrəsi olanı varsa, mənə

göndərin. O da hamısına nömrəsini bir

siyahıda mənə göndərdi. Mən də bu

siyahını Yavuz Akpınar xocaya verdim.

O İstanbula getdi, mən gedə bilmədim.

Zərifə xanımla görüşüb. Nəsib bəyi

bir dəfə televizorda gördüm. İnternetə

girib İzmir türk telekomdan telefon

nömrəsini aldım. Bir neçə dəfə özü ilə

telefonda danışmışıq. Sizin gəlişiniz

görüşməyimizə vəsilə oldu. Demək,

görüşmək bu gün bizə qismət imiş.

Yusif bəy: – Siz nə yaxşı belə işlərlə

məşğulsunuz?

Mən: – Bilmirəm, bu yöndə bir az

xəstəliyim var.

Yusif bəy: – Hə, onu da söyləyim.

İstanbulda “Tərcüman” adlı qəzetin

yazarı Nazlı İlkas balaca bir məqalə

yazmışdı bizimlə bağlı.

Nazim: – Onların çıxardığı

“Tərcüman” ayrıdır.

Yusif bəy: – Xeyr, adını ordan

alıblar.

Nazim: – Əhməd Nicat əfəndinin

çıxardığı “Tərcümani-həqiqət” var.

Amma Qaspıralının çıxardığı qəzet

“Tərcümani-əhvali zaman”dır –

Zamanın və olayların tərcümanı.

“Tərcüman” sözü həm də klavuz,

yol göstərən, rəhbər deməkdir.

Sadəcə ruslardakı “perevodçik”

deyil. Perevodçik türkcədə mütərcim

deməkdir. Ancaq “Tərcüman”ın

türkcəsi mütərcim qarşılığını vermir.

Mən: – Ədəbiyyat aləmindən o

qəzetdə nələr var?

Nazim: – Məsələn, Azərbaycan

ədəbiyyatından Seyid Əzim Şirvaninin

əsərlərini çap ediblər. Məhəmməd

Hadinin şeirlərini yayımlayıblar. Başqa

türk xalqlarının ədəbiyyatında da o

dönəmin yazarlarına yer ayırıblar.

“Tərcüman” qəzetini hazırlayırıq. 10

cilddə kitab şəklində təqdim etməyi

düşünürük. 1906-cı ilə qədər qəzet

həm rusca, həm də türkcə çıxırdı.

1906-cı ildən sonra sadəcə türkcə

çıxarılır. Onun ruscası, türkcəsi çox

mükəmməldir. Ehtiyac olduğunda

rusca da məqalələr çap etdiriblər.

Yusif bəy: – Atam da rusca, fransızca

çox mükəmməl bilərdi. Kiril əlifbasında

yazıb oxuyurdu. Bağçasarayda,

Krımda, Gəncədə nə qədər öyrənə

bilərdi ki? Balaca uşaq olublar. Şəfiqə

xanım uşaqlarına elm öyrətməyi davam

etdirərək, rusca, kirilcə öyrətmiş, hətta

rus ədəbiyyatını da oxutmağı gözardı

etməmişdir. Evimizdə bütün rus

klassiklərinin rusca kitabları var idi.

Mən: – Atanız Niyazi bəy nə vaxt

rəhmətə getdi?

Yusif bəy: – 1963-cü ildə. 57 yaşı

olardı.

Nazim: – Demək xalanızdan 10 il

qabaq.

Yusif bəy: – Bir ara Qaspıralıgil

Krımda, Azərbaycanda pul çıxartmağı

düşünüblər. Onların bu işinin

axırından xəbərim yoxdur. Bu adamlar

başladıqları işi heç vaxt yarıda

qoymazdılar.

Nazim: – Bir ara küssələr də 1914-

cü ildə Qaspıralının dəfnində Nəsib

bəy Yusifbəyli Qaspıralının məzarının

başında olub. Demək ki, barışıblar. Bu

rəsm durur.

Mən: – Yusif bəy, sizin xoşbəxtliyiniz

odur ki, siz türk dövrünün ən

mükəmməl zamanında, ən mükəmməl

insanlarının qohumluğundan dünyaya

gəlmisiniz. Bunun fərqindəmisiniz?

Yusif bəy: – Mən bu hisləri həmişə

yaşayıram.

2006-cı il. İzmir.

USTAD senet.az / may

81

USTAD senet.az / may

82

“Ustad” dərgisi 2018-ci ilin mart ayının əvvəlində Azərbaycan Xalq

Cümhuriyyətinin 100 illiyi münasibətilə elan etdiyi müsabiqəni yekunlaşdırıb.

Müsabiqədə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti

dönəmindən, ümumiyyətlə həmin dövrdə baş verən istənilən hadisədən,

ictimai-siyasi, sosial-mədəni mövzulardan, dövrü təsvir etmək şərtilə tarixi

şəxsiyyətlərdən və ya təxəyyül qəhrəmanlarından bəhs edən müasir hekayələr

iştirak edirdi. Qeyd edək ki, hekayələrin janrına məhdudiyyət qoyulmayıb.

Müsabiqə təxminən bir ay müddətində nəinki Bakıda, eyni zamanda,

əyalətlərdə yaşayan yerli yazarların ciddi reaksiyasına səbəb olub. Təşkilat

Komitəsi hekayələrdən ən diqqətəlayiq olanları seçərək Münsiflər Heyətinə

təqdim edib. Münsiflər Heyəti isə 10 ballıq meyar ilə qiymətləndirərək aprel

ayının üçüncü ongünlüyündə müsabiqəyə göndərilən hekayələrin qısa siyahısını

açıqlayıb. Beləliklə, qısa siyahıda münsiflər tərəfindən ən çox bal toplayan imzalar

aşağıdakı kimi sıralanıb:

I yer: Rəşad Babalı “Dar ağacı” hekayəsi 9,5 bal

II yer: Lalə Məmməd “Görünən əraf” hekayəsi 8,5 bal

III yer: Tural Türksoy “Al-yaşıl pişnamaz” hekayəsi 8 bal

Müsabiqədə uğurlu iştiraka görə təltifnamə sahibləri:

Nizami Hüseynov “Qəzetçi Seyid” 7,5 bal

Cavid Qədir “İtki” 7,5 bal

Aytən Rəfixanova “Pirəmsaq baharı” 7,5 bal

Tural Cəfərli “Rus çəkmələrinin qoxusu” 7 bal

Ceylan Mumoğlu “Quyu” 7 bal

Pərviz Əlyaroğlu “Yüzillik həsrət” 7 bal

Ülviyə Tahir “Sakvoyaj” 6,5 bal

Şəfa Vəli “O evin tarixçəsi” 6,5 bal

Əliağa Əzimzadə “145-ci iclas” 6 bal

Aida Quliyeva “100 yaşlı şəkil” 5,5 bal

Müsabiqədə iştiraka görə bütün müəlliflərə təşəkkür edirik! Qarşıdakı

səhifələrdə seçilmiş hekayələr oxuculara təqdim ediləcək. Tariximizin ən çətin və

keşməkeşli, eyni zamanda, şərəfli dövrü barədə yazılmış hekayələri dərgimizdə

dərc etməkdən qürur duyuruq.

Hörmətlə, “Ustad” dərgisinin yaradıcı heyəti

USTAD senet.az / may

83

USTAD senet.az / may

84

Dar ağacı

1-ci yer

Rəşad Babalı

– Yoldaş Nəsib, bir bura bax.

Nəsib bəy atının gəncəli Ələsgərin

dediyi tərəfə başını döndərdi. İki

gündür yanan evlərin xarabalığından

tüstülər qalxırdı. Bir qədər getdikdən

sonra önündə üç meyit gördü.

Onlardan birini görən kimi sifətinin

rəngi dəyişdi. Yaxınlaşıb diqqətlə baxdı.

Daha da əmin olmaq üçün Ələsgərdən

meyiti arxası üstə çevirməyini istədi.

Ələsgər ağırlaşmış cəsədi birtəhər

çevirəndən sonra Nəsibdən qeyriixtiyari

nalə qopdu:

– Aman Allah!

Gördüyü meyit atasının ailəvi dostu

Mustafa dayının idi. Mustafa kişi həm

də onun sevdiyi qızın atasıydı.

Nəsib bəy Şamaxının məşhur

bəylərindən Şıxəli bəyin kiçik oğluydu.

İki oğlu, üç qızı olan Şıxəli bəy böyük

oğlunu özü kimi böyütmüşdü.

Təsərrüfatını özündən sonra ona

həvalə etmək fikrindəydi. Nəsibi isə

oxumağa meyilli olduğundan əvvəlcə

rus-tatar məktəbinə, sonra Tiflisdəki

gimnaziyaya, oradan da Kiyevə

göndərmişdi. Nəsib bəy Tiflisdən

başlayaraq təlatümlü həyat keçmişdi.

Gimnaziyada sol görüşlü müəllimlə

və sinif yoldaşlarının təsiriylə sol

ədəbiyyata meyil etmişdi. Bu kitabları

hətta özüylə Şamaxıya belə gətirmişdi.

Əvvəl eserlərə, müharibə başlayandan

sonra isə bolşeviklərə qoşuldu. Gizli

təşkilatlara üzv oldu. Hətta bir dəfə

Kiyevdə polis onu yaxalayıb həbsə

salsa da, atasının göndərdiyi pulla iki

ay sonra azad olmuşdu.

Sosial siniflər arasındakı

bərabərsizlik, əzən sinif, proletar,

zəhmətkeş, yoldaş sözləri dilindən

düşməzdi. Şamaxıda böyüdüyü

dostlarıyla artıq sözü tutmurdu. Uşaq

vaxtı atasının erməni çobanı Samveli

necə döydüyünü xatırlayırdı: Şıxəli bəy

atın üstündə qamçıyla dayanmadan

Samveli döyür, “Heyvanlar hanı?”

deyirmiş. Onda Nəsib bəy dörd-beş

yaşındaydı. Sol görüşlü insanların

propaqandasını əxz etməyində bu

hadisə önəmli rol oynamışdı. Buna görə

də atasına bir xeyli acığı da vardı.

Ələsgər atını gətizdirib Nəsib bəyin

yanına yaxınlaşdı. Nə qədər tənbeh

olunsa da, “Nəsibə bəy” deyə müraciət

etdi:

– Bəy, gəl qayıdaq Bakıya.

Şaumyanın dediyi kimi deyil bunlar.

Qayıdaq orada araşdıraq. Ancaq

müsəlmanları qırıblar. Sinfi mübarizə

yoxdu burda.

Gördüklərindən dəhşətə gələn Nəsib

bəy Ələsgərin sözünü hiddətlə dinləyib

razılıqla başını tərpətdi. İkisi də yola

düşdülər. Mərəzə yaxınlığında bir

kənddə gecələyib, səhər üzü inqilab və

qoxan şəhərə yollandılar. Aprel olsa da,

dağların soyuğu hələ çəkilməmişdi.

Nəsib atasının can dostu Mustafanın

qızı Nərgizi sevirdi. Atası bundan

əvvəlcə xoşlanmasa da həm ailənin

vəziyyəti, həm də qızın özünə görə

razılıq vermişdi. Çünki Mustafa

Şamaxı zəlzələsi zamanı Şıxəli bəyin

ailəsinə çox böyük yardım etmişdi.

Həm də özünü dürüstlükdə, etibarda

yaxşı göstərmişdi. Zəhmətkeş, amma

imkanlı kəndliydi. Kimsəyə ağız açmaz,

əvəzində kömək etdiyi adamların

sayı-hesabı yox idi. Elçilikdən sonra

Nərgiz xəstələndi. Şıxəli bəy gələcək

gəlinini həm qışı rahat keçirmək, həm

də müalicə etdirmək üçün Göyçaydakı

qışlağına göndərmişdi.

Nəsib bəy Bakıya çatan kimi özünü

komissarlığın qərargahına yetirdi.

Qabağına çıxan Əzizbəyovun az qala

yaxasından yapışacaqdı. Özünü ələ

almağa çalışsa da, yenə səsində qəzəb

hiss olunurdu:

– Yoldaş Əzizbəyov, Şamaxıda baş

verənlərdən xəbəriniz varmı?

– Bilirik, yoldaş Nəsib. Əks-inqilabçı

ünsürlərin təhrikiylə ermənilərlə

müsəlmanlar yenə bir-birilərini qırıblar.

– Yalan deməyin. Bakıdan ora

köməyə xeyli erməni gedib.

– Onlar təkcə erməni deyildilər. Hər

millətdən vardı.

– Ermənilər idi. Camaat deyir, bizi

Bakıdan gələnlər qırdılar.

– Onlara inanmayın. Əlimizdə

sənədlər var...

– Mən görüb gəlmişəm.

– Bura baxın, yoldaş Nəsib. Siz

bizimləsiniz, yoxsa burjualarla?

– Mən haqqın yanındayam.

– İnanıram. Hə, yeri gəlmişkən,

silahınızı təhvil verin. Sonra

gördükləriniz barədə ətraflı məruzə

edərsiniz.

Binadan çıxanda onları üç nəfər

silahlı izləyirdi. Əllərindəki naqan

və beşaçılanları təhvil versələr də,

Ələsgərin çəkməsində bir revolver

vardı. Onlar bundan xəbərsizdi.

Təqib edildiklərini və arxalarıyla

gələnlərin sadəcə onları izləmədiklərini

anlamışdılar. Atlarına minib sürətlə

Dağlı məhəlləsinə tərəf getdilər.

İzləyənlər də onları gözdən

qoymamağa çalışdılar. İki həftə əvvəl

baş verən qırğından sonra küçələrdə

adamların sayı xeyli azalmışdı.

Nəsiblə Ələsgər, demək olar, boş

küçələrlə şəhərin yuxarı hissəsinə

tərəf irəliləyirdilər. Nəhayət, Dağlı

məhəlləsinə çatıb əyri küçələrə

buruldular. Təqibçilər də gözdən

qoymamağa çalışırdılar. Nəsib boz

taxtalı evin yanına çatan kimi atdan

düşdü. Ələsgərə də işarə edib, onunla

gəlməsini işarə etdi.

Həyət geniş idi: kürsülü dörd

otaqlı evdən və həyətdəki yardımçı

otaqlardan ibarət idi. Nəsib otaqlardan

birinə keçib, əlində tüfənglə çıxdı.

Ələsgərə evə girib gizlənməyi tapşırdı,

işarə verərsə birbaşa vurmasını dedi.

Təqibçilər əvvəlcə girməyə tərəddüd

etdilər. Əvvəl birinin başı göründü.

Sonra bədəni içəri girdi. Həyətdə

sakitlik olduğunu görüb digərlərini

də çağırdı. Birbaşa evə tərəf getdilər.

Deyəsən, Ələsgər nəyəsə toxunub səs

salmışdı. Qapını açmaq istəyirdilər ki,

Nəsib birini vurdu. Qalan ikisi Nəsibə

tərəf çevrilib atəş açmaq istəyəndə

Ələsgər ikincisini vurdu. Üçüncüsünü

isə ayağından yaraladı. Ağrıdan gah

zarıyan, gah qışqıran təqibçi silahına əl

atmaq istəyəndə artıq gec idi. Nəsib beş

açılanı üzünə tuşlamışdı.

– De görüm, kimsən və səni kim

göndərib?

Yaralının bu dildən anlamadığı hiss

olunurdu. Nəsib rusca təkrar etdi.

Adı Motvey olan bu əsgər Anadolu

cəbhəsindən Rusiyaya qayıdanlardan

idi. Aylardı çıxarmadığı şineli

hisdən, kirdən rəngini itirmişdi.

Əsgərdən dəhşət kir iyi gəlirdi.

Sonuncu dəfə nə vaxt çimdiyini belə

unutmuşdu. Qarsdan Bakıya qədər

ətraf kəndlərdən çırpışdırdıqları

USTAD senet.az / may

85

USTAD senet.az / may

86

ərzaqlarla dolanmışdılar. Bakıya

düşəndən sonra ermənilər bir az

normal yemək vermişdi. İki aydan

çox idi ki, “bu gün-sabah” deyib

onları gözlədirdilər. Motvey illərdi

üzünü görmədiyi ailəsinə qovuşmağı

arzulayırdı. Onun bəzi əsgər yoldaşları

özbaşına yola düşsələr də, bu risk

etməmişdi. Özbaşına deyəndə ki, onsuz

da 1917-ci ilin fevral inqilabından

və həmin ilin oktyabr çevrilişindən

sonra orduda əməlli-başlı dərəbəylik

hökm sürürdü. Əsgərlərə zabitlərinin

əmrlərini yerinə yetirməməkdə sərbəst

olduqlarını demişdilər. Müvəqqəti

hökumətin bu dekretindən sonra bütün

cəbhə boyu zabitlərin tabeçiliyindəki

əsgərlər tərəfindən öldürülməsi

halları çoxalmağa başladı. Eyni hal

Qafqaz cəbhəsində də baş verirdi.

Minlərlə əsgər silahlı-silahsız döyüş

postunu atıb ya evlərinə gedir, ya

bolşeviklərə qoşulur, ya da quldurluqla

məşğul olurdu. Qatı provaslav olan

Motvey quldurluğa gedən dostlarına

qoşulmayıb evinin yolunu tutmuşdu.

Amma hələ Bakıda yubanırdı.

Daşnaklar onlara pul və qənimət söz

vermişdilər.

– Mən, mən, məəəən günahsızam.

Samvel komandir bizi sizin arxanızca

göndərdi ki, izləyək, görək hara

gedirsiniz.

– Hansı Samvel?

– Daşnakların komandirlərindən

biridi. Mənimlə gələnlər yolda

dedilər ki, bu müsəlman gizlətdiyi

qızılların yanına gedir. Gedib qızılları

gətirəcəyik. Sənə də pay düşəcək,

dedilər. Sizi öldürmək istədiklərini

bilmirdim. Müqəddəs Ruha and olsun!

Nəsib bəy silahı hələ də rus əsgərinə

tuşlamış, Ələsgər də hər ehtimala

qarşı əlini tətikdə saxlamışdı. Yaralı

əsgərin artıq təhlükəli olmadığını

görüb silahları endirdilər. Həyəcanları

yatmışdı. Tuşlanan silahların aşağı

endirildiyini görən Motveyin də

həyacanı keçmişdi. Bu dəm ayağındakı

yara yadına düşdü. Güllə budu

dağıtmışdı. Sümüyə dəyməsə də, əti

parçalamışdı. Ağrıdan inildəməyə,

zarımağa başladı.

– Nəsib bəy, bunu neyləyək? Sağ

qoysaq, bizi satacaq.

– Onsuz da bunların qayıtmadığını

görüb arxalarınca gələcəklər.

Qərargahda bizim evi bilənlər mütləq

var. Əvvəl-axır gəlib çıxacaqlar. Gəl,

belə edək. Gedib qonşudan arabanı

alım, nə lazımlı, qiymətli şey varsa

yığıb gedək.

Bunu deyən Nəsib çöl qapının

arxasında itdi. Çox keçmədi, əsəbi

halda geri döndü.

– Qonşu yoxdu, arabası da yoxdu.

Yəqin, o da qaçıb. Yazıq neyləsin...

Canlarını qurtarıblar.

– Bəy, bunu neyləyək?

Nəsib yenə çölə çıxıb tez də qayıtdı.

– Bunların atları var. Yükləyək

atlarına. Rusu da sal içəri, ağzını

bağlayaq. Bəxti gətirsə onu tez

tapacaqlar. Əvvəlcə əlini-ağzını

bağlayaq.

Motvey nə qədər dilə-dişə tutsa da,

yalvarsa da xeyri olmadı. Kəndirlə əlayağını

bağlayıb, ağzına əski soxdular.

Sonra evdəki əşyalardan qiymətli və

atlara yüklənəcək nə varsa, yerbəyer

elədilər. Bir saatdan sonra artıq

yoldaydılar.

Üzü Gəncəyə yol aldılar. Əsas yollar

bolşevik və daşnakların nəzarətindəydi.

Bunda görə də məcbur olub aşağı yolla

getdilər. Göylərçöl istiqamətindən

keçib Ağsuya girdilər. Kiçik bir kənd

olan Ağsu Şamaxıdan və Bakıdan olan

qaçqınlarla doluydu. Əksəriyyəti orada

çox da yubanmayıb üzü günbatana

gedirdi. Yollarda arabalar, piyada, atlı

insanların izdihamı vardı.

Nəsibgil iki gündü yol gedirdilər.

Gecəni kiçik mağarada keçirmişdilər.

Erməni-rus əsgərlərindən savayı

qaçqınları qoymaqla məşğul olan xırda

quldur dəstələri də vardı. Onlarla

rastlaşmamaq üçün ehtiyatla gedirdilər.

Nəsib, nəhayət, özünü atasının

Göyçaydakı qışlağına yetirdi. Atası

Şıxəli ətrafındakı əlliyə yaxın silahlıyla

hələ də Şamaxıda idi. Ermənilərin

əlində olan sakinləri gecəylə hücum

edib azad edirdilər. Bəziləri qisas almaq

üçün erməni kəndlərinə soxulurdu.

– Oğlum, səndən nigaran qalmışdıq.

Dedik, yəqin, hələ də oralardasan.

Qardaşın o gün dedi ki, gəlmisən.

Şükür, salamatsan.

Şükufə xanım oğlunu bağrına basdı,

Ələsgərə də başıyla salam verdi.

– Ana, dostum Ələsgərdi. Gəncəlidi.

Rusiyadan bir gəlmişik.

Nəsib “əqidədaşımdı” – demək istəsə

də, dili varmadı. Artıq onun özünün

də əqidəsinə baxışı qarışmışdı. Həm

də əqidə indi düşünüləcək ən axırıncı

şey idi. Eli-obası ölümdən dönmüşdü.

Şıxəli bəy ailəsi və qohumlarını

vaxtında çıxara bilmişdi. Digərlərinin

onlar kimi bəxtləri gətirməmişdi.

– Ana, başqa kimlər xilas olub?

– Oğlum, Mustafa dayını öldürüblər.

Meyitini atan dünən gətirdi. Deyirlər,

onların kəndinə qapımızın iti hücum

edib.

– Nə it, ana, qudurmuş itlər?

– Yox, ay bala, Samveli deyirəm.

Dədənin erməni nökəri. Allah onun

bəlasını versin!

Qadın bunu deyib ağladı. Nəsib

eşiyə çıxanda gözləri Nərgizi axtardı.

Qız görünmürdü. Ayrı vaxtı sevdiyi

qızın adını valideynlərinin yanında

çəkməkdən utanan Nəsib bu dəfə

vəziyyətin ayrı cür olduğunu hiss edib,

cəsarətləndi:

– Nərgiz hanı, ana, gözümə dəymir?

Şükufə xala elə bil sualı eşitmədi.

Nəsib bir də təkrar etdi. İkinci dəfə ana

gözlərini qoluna silib:

– Aşağıdakı evdədi. Atasının

meyitini görəndən bəri özünə gələ

bilmir. Yazıq qız üz gözünü nə günə

qoyub, – dedi.

Nərgiz Nəsibin səsini eşidib otaqda

olduğunu təsdiqlədi. Yanında kiçik

bacısı da vardı.

– Xoş gəldin, Nəsib qardaş!

– Sağ ol, Mənzər.

– Gedim, su gətirim bacıma.

Mənzər nişanlıların qısa da olsa

tək qalmasına bilərəkdən imkan

yaratdı: uzun zamandır görüşməyən

sevgililər ürəkdən salamlaşsınlar deyə.

Ancaq bir az yubanmaqla qayıtsa

da, Nəsib qapının ağzında qoyub

getdiyi kimi qalmışdı. İkisi də başını

aşağı salmışdı. Sonra Nərgiz baş

verənləri bir-bir anlatdı. Ermənilərin

Şamaxıya doğru gəlməsi barədə

şaiyələr yayılmışdı. İnsanlar təşviş

içindəydilər. Bəziləri ailələrini götürüb

getməyə başlamışdılar. Beş gün sonra

Şamaxıdan bir atlı gəlib ermənilərin

şəhərdə qırğın törətdiyini bildirmişdi.

Bunu deyəndən sonra yenidən çıxıb

gedibmiş. Eyni xəbəri axşama yaxın

başqa bir atlı da xəbər veribmiş. Artıq

insanlar kənddə qalmağın təhlükəli

olduğunu anlamışdılar. Atı, eşşəyi

olan varını-yoxunu yığıb, tələsik yola

düzəlmişdi. Az qisim insan inanmayıb

kənddə qalmışdı. Nərgizgilin ailəsi

də kənddən çıxanlar arasında olub.

Şıxəli bəyin qışlağına üz tutublar.

Mustafa kişi arvadını, iki oğlunu və iki

nökərini qışlağa qoyandan sonra, geri

qayıtmalı olub. Bibisi Sona xanımı da

götürməliymiş: xəstəlikdən ayaqları

tutulan arvadı heç kim götürməyibmiş.

Mustafa kişi kəndə girəndə ermənilər

artıq bir-bir evlərə girib talayır,

qalanları öldürürmüşlər. Kəndə gedən

yolda azı iyirmi meyit saymışdı.

Kəndin küçələrində eləcə meyitlər

vardı. Mustafa kişi bibisinin evinə çatıb

qadını tez evdən çıxartmaq istəyib.

Qadının xəstə halı onların yubanmasına

səbəb olub. Həyətə girən ermənilər

kandardakı arvadı vurublar. Bunu

görən Mustafa tüfənglə ermənilərdən

birini öldürüb, digərini isə yaralayıb.

Amma həyətə soxulan ermənilər

Mustafanı dəlmə-deşik ediblər. Sonra

ikisinin də meyitini sürüyüb küçəyə

atıblar. Bəstəboy bir erməni də qonşu

Yavərin meyitini sürüyüb bunların

yanına atıb. Mustafa kişinin ölməsini

hadisədən iki gün sonra ora gedənlər

USTAD senet.az / may

87

USTAD senet.az / may

88

görüblər. Kənddə qalanlardan, demək

olar, kimsə xilas olmayıb.

Nəsib nişanlısının atasının meytini

gördüyünü Nərgizə demədi. Onsuz

da ağlamaqdan gözləri şişmiş, üzündə

həyat əlaməti yoxa çıxmış qızın dərdini

artırmaq istəmədi. Başını aşağı salıb

səssizcə durdu. Nə deyəcəyini bilmədi.

Təsəlli verməyə sözlər axtarsa da,

seçdiyi kəlmələr beynində ələndikcə,

ələnirdi. Sonda susmağa qərar verdi.

Faciə istiydi, bir az soyumalıydı.

Aprel ayında aranda gündüz hava

isti olsa da, gecələr soyuqlaşırdı. Nəsib

Rusiyadan gətirdiyi dəri pencəyini

çiyninə salıb, çölə çıxdı. Papirosundan

götürüb həyətdə var-gəl etməyə

başladı. Son həftədə gördüyü şeylər

onu elə dəyişmişdi ki, baş verənləri

anlaya bilmirdi. Tiflisdə başlayan

solçu düşüncəsi Kiyevdə bolşevikliyə

qədər varmışdı. Universitetdə özü

kimi zadəgan ailələrinin uşaqlarının

sol düşüncələri mənimsəməsi onun

da bir solçu kimi yetişməsinə səbəb

olmuşdu. Ali məktəbi bitirdikdən

sonra kənddə az qalmış, geri dönüb

orada işləməyə qərar vermişdi. Dayısı

oğlunun toyunda uşaqlıqdan tanıdığı

Nərgizi görüb aşiq olmuşdu. Ona elçi

göndərib yenidən Kiyevə qayıtmışdı.

Atası Şıxəli bəy oğlunu nə qədər dilə

tutmuşdusa Nəsib bəy təməlli geri

dönməyə razı sala bilməmişdi. Əlacsız

qalan Şıxəli bəy oğluna iş qurması üçün

müəyyən qədər pul da göndərmişdi.

Ancaq üç ay keçməmiş Nəsib atasından

yenə pul istəmişdi. Guya, dükanı

zərərlə işləyirmiş. Müştəri yığmaq üçün

vaxt lazım imiş. Əslindəsə o, atasının

pullarını siyasi amalı uğrunda sərf edir,

gizli yeraltı təşkilatlara verirdi.

1917-ci ilin fevral çevrilişindən sonra

Nəsib açıq fəaliyyətə keçmiş, Partiya

ona vəzifələr vermişdi.

Əvəlcə Rastova, sonra isə Dağıstana

gedir. Müsəlman olmasına görə Şimali

Qafqazda bolşevik ideyalarının yerli

əhali arasında yayılmasında iştirak

etməliydi. Ancaq uğursuz olur. Daha

sonra Həştərxana üz tutur, ta 1918-ci

ilin martına qədər orada işləyir. Martda

Bakıda hadisələr qızğın hal alanda heç

kimə demədən Ələsgəri də götürüb

Bakıya gəlir. Özbaşına gəlsə də, kimsə

ona irad tutmur. Ona görə ki, irad

tutmağa macal yox idi. Bakıda qırğınlar

təzə bitmiş, küçələrdə meyitlər

qalmaqda idi. Bolşevik yoldaşları əsl

səbəbi deməsələr də, Nəsib hiss edir ki,

ondan həqiqətləri gizlədirlər. Ermənimüsəlman

davası yox, müsəlmanların

birtərəfli qırğını olub. Ata yurdu

Şamaxıda da silahların dilləndiyini

eşidən kimi ora getməyi qərara alır.

Bakı komissarlığında birtəhər dilə tutub

özünü bölgəyə gedən komissiyanın

tərkibinə sala bilir.

Nəsib bütün bunları düşünədüşünə

inandığı ideyanı sorğulayırdı.

Bütün şüurlu həyatı boyunca inandığı

dəyərlər insan qırğınının qarşısını ala

bilməmişdi. Sinfi mübarizədə mənsub

olduğu zadəgan təbəqəsinə belə, qarşı

çıxmağı gözünə alsa da, gördüyü

mənzərələr onu sarsıtmışdı. Axı bu,

necə ola bilərdi? İnsanlar əzənlər və

əzilənlərdən ibarət deyildimi? Bəs

ödürülənlər kimlər idi? Əzənlər,

ya əzilənlər? Proletariat bunun

harasındaydı? Düşünməkdən beyni

az qala suluq bağlayacaqdı. Ard-arda

üç papiros çəkib evə girdi. Səhərisi

Ələsgərlə Gəncəyə getdilər.

Yay təzə girmişdi. Göyçayın düzü

istidən burxar-buxar olmuşdu. Günəş

var qüvvəsilə odunu ələyir, yeri əridib

həlimə çevirmək istəyirdi. Kəndin

sağ tərəfindəki təpəciklərdə yüzlərlə

əsgər çadır qurub əmri gözləyirdi.

İstiyə baxmayaraq silahlar təmizlənir,

mərmilər paylanılır, topların əyriəskiyinə

baxılır və döyüşə hazır

vəziyyətə gətirilirdi. Yerli əhali burada

bu qədər əsgərin olmasını nə görmüş,

nə də eşitmişdilər. Gələnlər dillərini

başa düşdükləri Anadolu insanıydı.

Ətraf kəndlərdən insanlar ora axışır,

kimisi sadəcə maraq üçün baxır, kimisi

də ərzaq və lazımı əşyalar gətirirdi.

Marağa gələnlərin çoxalmasını görən

yüzbaşı Mürsəl, nəhayət, onları oradan

qovmaq qərarına gəldi.

– Hadi bakalım, işiniz-gücünüz

yokmu sizin? Buralar çok tehlikeli.

Ruslar ateş açarlarsa size de isabet ede

bilir. Hadi, gidin burdan!

Lakin onun bu xəbərdarlığına

çoxu məhəl qoymurdu. Sözünün

keçməməsini görən yüzbaşı tapançasını

çıxarıb, göyə atəş açmağa məcbur oldu.

– Hadi, gidin, dedim ya. Yararlı

olacaksanızsa, gidin ailənizin yanına!

Güllə səsinə və yaxınlaşan əsgərləri

görən tamaşaçılar uzaqlaşmağa məcbur

oldular. Kənardan atın üstündə

bu mənzərəni izləyən Nəsib bəy

adını eşidib çevrildi. Yerli atlılardan

ibarət dəstənin rəhbəri Hüseynəli

bəy Qaraxanlı Osmanlı çadırlarının

yanında silahdaşlarını başına yığıb

təlimatlandırırdı. Nəsib bəy on nəfərlik

kiçik qrupun rəhbəriydi. Nuru paşanın

başçılığıyla yardıma gələn Osmanlı

ordusuna yerli əhalidən də qatılanlar

vardı. Onların bəziləri süvari birliklərdə

idi.

– Nəsib, ermənilər Lahıc yolunda

görünüb. Dağ istiqamətindən gələ

bilərlər. Uşaqları hazırlamısanmı?

– Hamısı hazırdı, bəy. Güllələri də

alıb çıxacıq.

– Lahıc yolunda sizi bir nəfər

qarşılayacaq. “Axtardığınızı

tapdınızmı?” – deyə soruşan olsa, bilin

ki, həmin adamdı. O, sizə bələdçilik

edəcək. Siz sadəcə kəşfiyyat aparın.

Məcbur olmadıqca güllə atmayın.

Haydı, yubanmayın! Gətirdiyiniz xəbər

bizə hava-su kimi lazımdı.

Nəsib bəy başının dəstəsini işarəylə

arxasınca səslədi. Atlar bir az aralıda

ağaclara bağlanmışdı. İki nəfər güllələri

yolda payladı. Hər kəs sursatını alıb,

patrondaşlarına doldurdu. On dəqiqə

sonra dəstə artıq yoldaydı.

Günortadan sonra xeyli yol qət

etmişdilər. Bir bulağın yanına çatanda

kiçik fasilə verməyi qərara aldılar.

Əvvəlcə özləri içdi, sonra isə atlara su

verdilər. Papiros çəkənlər kisələrini

çıxarıb, tütün eşməyə başladı. Bu dəm

gözətçi kimi qoyduqları Mərdan tez

gəlib bəyə xəbər verdi:

– Bəy, bir nəfər bizə sarı gəlir.

Yerli adama oxşamır. Geyimi

ruslarınkındandı.

– Hazır olun. Baxın, görün ətrafda

ondan başqa kimsə yoxdu ki?

Xrom çəkməli adam yaxınlaşmağa az

qalmış uzaqdan qışqırdı:

– Axtardığınızı tapdınız?

Atlı dəstə rahatlandı. Hüseynəli

bəyin dediyi adam buymuş, demək.

Bələdçi yaxına gəlib özünü təqdim etdi:

– Qasımdı adım. Bahadır bəyin

qardaşı oğluyam. Mənə dedilər,

Lahıc yolunda sizinlə olacam. Erməni

dəstələri hay salıblar buralara da. Xəbər

göndəriblər ki, osmanlıları iti qovan

kimi qovub, sizi də burdan sürgün

edəcik. Millət qorxu içindədi. Kişilər

silahlanıb, amma silah-sursat çatışmır.

Qalmışıq belə. Bircə ümid qalıb bu

türklərə.

– Bu gecə qalmağa yerimizi

göstərərsən.

– Başü üstə, bəy. Yolumuzun

üstündə kiçik kənd var. Hava

qaralandan sonra gedərik. Malakanlar

buralarda tez-tez olur. Onlar da

ermənilərlə əlbirdilər. Şamaxıda çox

hoqqalardan çıxıblar. Onların gözünə

görünməyək. Ona qədər gedək,

qarşıda bir yer var, yoldan görünmür.

Axşama qədər vaxt keçirək, həm də

məsləhətləşək, görək, necə edəcik.

Bir azdan dəstə tərpəndi. Yolboyu

əkin sahələrində adamlar gözə

dəymirdi. Ayrı vaxtı dağ yamaclarında

otlayan mal-qoyundan da əsər əlamət

yox idi. Dörd-beş arabada qız-gəlinlər

üzü arana doğru gedirdilər. Nəhayət,

gəlib deyilən yerə çatdılar. Onsuz da

şər qarışırdı. Hava qaralan kimi kəndə

girdilər.

Əlli-altımış evdən ibarət kənddə

onların gəlişini ancaq bir-iki it

hürüşməsi qarşıladı. Gecələyəcəkləri

ev kəndin kənarındaydı. Yavaş-yavaş,

USTAD senet.az / may

89

USTAD senet.az / may

90

bir-bir həyətə girdilər. Atları tez tövləyə

salıb ağzını bağladılar ki, səsləri

eşidilməsin. Evdə onları daha bir nəfər

gözləyirdi:

– Xoş gəlmisiniz. Yeməyiniz hazırdı.

Çay da var. Yuyunmaq istəyən, namaza

duran varsa, bu otağa gəlsin.

Atlılar yeməklərini yeyib, yatmağa

getdilər. Səhər gün doğmamış yola

çıxmalı, ermənilərin hara gedəcəklərini

bir-bir izləməliydilər. Elə həmin axşamı

da geri qayıtmalıydılar – bu dəfə

yubanmadan.

– Qasım, geyimin maraqlı gəldi

mənə.

– Bəy, malakanlar məni kommunist

kimi tanıyırlar. Keçən ilə qədər

Rusiyada olmuşam. Atam ölən kimi

gəldim təsərrüfat başına. Elə bu cür də

geyinirəm. Öyrəşmişəm. Bu geyimlə

onların etibarını qazana bilmişəm.

Görək nolur.

Nəsib bəy səhərə qədər gözünü

yummadı. Yenə eyni şeylər gözünün

qabağına gəldi. İllərdi inandığı,

heç nəyini əsirgəmədiyi ideologiya

gözünün qarşısında sürətlə əriyirdi.

Sinfi mübarizə onun nəzərində milli

mübarizənin köksündə sönürdü.

Səhər namazından sonra dəstə

həmən kənddən çıxdı. Gedəcəkləri yol

bir saatlıq məsafədəydi. Nuxaya gedən

karvan yolunun üstündəki qayalıqda

pusqu qurub, yolu güdməliydilər.

Deyilən yerə çatıb mövqelərini

tutdular. Atlarını yoldan aralı ağaclığa

bağlayıb, yanına da bir nəfəri qoydular.

Gözlər yoldaydı. Həyəcandan

nəfəslərini içlərinə çəkmişdilər.

Birdən güllə səsi eşidildi. Sonra

daha biri, ardınca üç-dördü birdən.

Sonra beş atlı göründü. Gələnlərin

erməni olduqları bilinirdi. Sərxoş idilər,

deyəsən. Biri ucadan qışqırır, ermənicə

şüarlar deyir, digərləri də təkrarlayırdı.

Atlılar qayadan bir az kənarda

dayandılar. Nəyisə bölüşürdülər, hətta

mübahisə də etdilər. Sonra atları ağaca

bağlayıb otluğa uzandılar. Gözətçi

qoyduqları da bir azdan digərlərinə

qoşulub yatdı.

– Nəsib bəy, deyirəm, bəlkə

yatmışkən onları...

– Yox, Ələsgər, görək hara

gedəcəklər. Onlardan birini diri

tutmalıyıq. Danışsın, görək fikirləri

nədi. Ona qədər gözləyək.

Çox keçmədi, yatanlar oyandı. Tez

atlarına minib karvan yolundan arana

gedən yola üz tutdular. Bu vaxt Nəsib

onların nəyə görə belə tez getmələrini

anladı. Uzaqdan üç araba görünmüşdü.

Meşəlikdən düzlüyə çıxan arabalar

canını qurtaran müsəlmanlardan

başqası deyildi.

– Haydı, biz də gedirik. Akifin

yanına gedib, atları gətirin.

Dəstə yubanmadan arabalar

istiqamətinə götürüldü. Ermənilərə

çatıb növbəti qırğının qarşısını almaq,

üstəgəl, sağ ələ keçirib məlumat

qoparmaq istəyirdi. Bu ikisini etməyin

riskini yaxşı başa düşsə də başqa yol

görmürdü.

Arabalar yenidən meşəliyə girmişdi.

Erməni atlıları onlara yetişməkdəydi.

Ərazinin meşə olması Nəsibgilin işinə

yarayırdı. Ani hücum edə biləcəkdilər.

– Ara, musurman, dayan. Pastoy tı.

Saxla heyvanı!

– Başuva dönüm, imkan verin,

gedək. Biz dava istəmirik. Sadə

rəiyyətik. Qiymətli heç nəyimiz yoxdu

canlarımızdan başqa.

– Elə canınız bəsimizdi. Gedib

türklərə bizdən xəbər vermək

istəyirsiz? Onsuz da onları da məğlub

edəcik. Amma siz onu görməyəcəksiz.

Ara, Poqos, arabaları axtar. Qızıldan,

puldan nəsə olmalıdı. Olmasa qızları

götürərik. Bu qocanı da göndərərik o

birilərinin yanına.

– Qadanızı alım, dəyməyin onlara.

Hamısı mənə əmanətdi. Arvad-uşaqla

nə işiniz var axı?! Onlar sizə neyləyib...

– Kəs səsini, qoca kaftar!

Bunu deyən erməni onu qorxutmaq

üçün göyə bir güllə atdı. Ağsaqqal

hirsindən qaralsa da, qəzəbini udmalı

oldu. Bir az da söz güləşdirsəydi

növbəti güllə ona dəyəcəkdi. Arabada

gizlətdiyi tüfəngi götürməyə isə

macal tapmayacaqdı. Ani bir hərəkəti

erməniləri şübhəyə salardı.

Arabaları axtaran Poqos qiymətli

bir şey tapa bilmədi. Qoca düz deyirdi,

elə canlarını götürüb gedirdilər. Ancaq

əllərinə bir şey keçməməyin acığını

çıxmaq üçün qabaq arabadakı qızın

əlindən tutub zorla düşürdü. Sürüyəsürüyə

meşənin dərinliyinə doğru

aparmağa başladı. Digər qadınlar

ağlayıb yalvarır, qıza toxunmamağı

xahiş edirdilər. Ağsaqqal da dəstəbaşını

dilə tutmağa çalışırdı. Lakin faydasız

idi. Poqos müqavimət göstərən qıza

qamçıyla iki-üç zərbə endirdi. Əlləri,

ayaqları sustalan qız ancaq ağrıdan

zarıya bilirdi.

Erməni ağacın dalına keçmək

istəyirdi ki, qəfil açılan atəşlə yerə

sərildi. İkinci, üçüncü güllə digərlərini

yerə sərdi. Qalan ikisi nə baş verdiyini

anlamamışdı, sərxoş başları vəziyyəti

dərk edə bilmirdi. Özlərinə gəlməyə

macal tapmamış, onlara tuşlanmış

tüfəngləri gördülər.

– Silahı atın yerə! Nəsə başqa hərəkət

olsa dəlmə-deşik olacaqsınız!

Nəsib bəy dediyini rusca da təkrar

etdi.

Dəstə başçısı vəziyyətin çıxılmaz

olduğunu görüb təslim oldu. O biri

yoldaşı da beşaçılanı yerə atdı. İrəli

atılan Ələsgər tüfəngin qundağıyla

başçının qarnına bir zərbə vurdu.

Erməninin başından papağı yerə

düşdü, ağrıdan diz çökdü. Bir az

dayanıb başını qaldırdı. Bu dəm

Nəsiblə göz-gözə gəldilər.

– Samvel dayı.

– Hə mənəm, Nəsib bala. Şükür

tanıdın məni. Atana qulluq etmişəm

illərdi. Allah bu daşnakların evini

yıxsın! Başımızı yedilər. Nolar, rəhm et

mənə!

– Bakıda bizi öldürtmək istəyən sən

idin?

– Yox, ay bala, mən elə burda

olmuşam.

– Yalan deyirsən! Səni Bakıda görən

olub həmin vaxtı.

– Kim deyibsə, yalan deyir. Elə şey

olmayıb.

– Deyəcəksən hamısını. Əl-ayağını

bağlayın bunun da, yanındakını da.

Samveli Ələsgərə təhvil verib

digərinin yanına getdi.

– Adın nədi, ay erməni?

– Melkum, ağam.

– Haralısan?

– Şamaxıdanam elə, başuva dönüm.

Vallah, mənim günahım yoxdu. Bu

Samvel məni gətirdi. Hara gedib, məni

də özüylə sürüyüb. Bax, yalan deyir,

yazda Bakıdaydı.

– Ondan əvvəl bəs?

– Kəndlərə hücum edirdi.

– Qaraqayaya da bu getmişdi?

– Hə, bəy, Samvelin dəstəsiydi orda.

– Sən də ordaydın...

– Yox, vallah. Şamaxının

özündəydim.

Bunu deyən Melkum başını aşağı

saldı. Samvellə olmasa da Şamaxıda

müsəlmanlara qarşı qırğın və soyğunda

iştirakını gizlədə bilməyəcəkdi.

Nəsib atlılarından üçünü arabaların

yanında qoyub onlara göz-qulaq

olmasını və sağ-salamat arana qədər

ötürmələrini tapşırdı. Əsirləri də alıb

yubanmadan Qafqaz-İslam ordusunun

qərargahına yollandı.

Səhərisi qərargahdakı sorğuda

Samvel hər şeyi etiraf etdi. Əlavə

olaraq da erməni cəza dəstələrinin

nələr planlaşdırdıqlarını anlatdı.

Sorğunun sonundasa həm Samvelin,

həm də Melkumun üz-gözündə sağ

yer, qabırğalarında salamat sümük

qalmamışdı.

Axşama doğru erməni-bolşevik

qüvvələrinin görə biləcəyi yerdə

ağacdan iki kəndir sallandı. Düşmən

türklərin nə edəcəyini maraqla

izləyirdi. Əvvəl ancaq kəndir vardı,

səhər isə ipdə iki cəsəd yellənirdi.

USTAD senet.az / may

91

Görünən əraf

USTAD senet.az / may

92

2-ci yer

Lalə Məmməd

Cənnət və cəhənnəm bu dünyanın

iki üzü, Tanrı sevgisinin başladığı və

bitdiyi yerdir. Bəs ərafda olmaq – hara

aid olduğunu, nə etməli olduğunu

bilməmək?!

Uzun illər əvvəl bir qurunun parçası

ikən sahilini ərköyün ləpələr yuyar,

qağayılarla qol-boyun Xəzərin seyrinə

dalardı. İnsanların ayaq səslərinə aşina,

onların qayğılarına ortaq olardı.

Lakin bir gün coşqun Xəzər şəhərin

böyük bir hissəsini sulara qərq etdi.

Kilometrlərcə yol, onlarla tikili balıqlara

məskən oldu. O isə artıq sahil yox, ada

idi. Bağlandığı hər şeydən göz məsafəsi

qədər uzaq quru parçası...

Əvvəlcə səbrsiz külək, sonsuz

dalğalar onu döyəcləməyə başladı.

Sinəsindəki boz qayalar gündüzlər

közərənə qədər qızır, gecə boyunca buz

parçasına çevrilirdi. Qağayı səsi ilan

fısıltısı ilə əvəzlənmişdi.

Bütün bunlar baş verərkən ada

uzaqdan Bakını izləyirdi. Bu mənzərə

onun həm kədəri, həm təsəllisi

idi. Lakin ən pis xatirələri nə həbs

olunduğu dalğalar, nə Günəş, nə külək,

nə də fısıltılar imiş. Xəzər bir həmləylə

onun sahilini yox, həm də taleyini

dəyişmişdi.

Təbiətin çılğınlıqlarının adətkarı

insan, onun fəsadları ilə barışmağı da

öyrənib. Bir müddət sonra bu quru

parçası yenidən kəşf olundu – təbiəti

sərt, döşəməsi qayalar, sakinləri

ilanlar... Onun barəsində böyük ada

mənasını verən “Böyük Zirə” deyə

bəhs edirdilər. İnsanla adanın yolları

tez-tez kəsişirdi. Bəzən nabələd gəmilər

sərt dalğaların cənginə keçir, adanın

sahilindəki qayalara çırpılıb suya qərq

olurdu. Bir gün xəbər yayıldı ki, qəddar

çar buranı Fin körfəzindəki adaya

bənzədib onu “Nargin” adlandırıb.

Daha sonra gəmilərə yol göstərsin

deyə, adada mayak tikdilər. Gecələr

yer üzündəki ulduza dönürdü ada. Bu

onun tək-tük xoş xatirəsi idi.

Tanrı bir məkanı var edəndə onun

taleyi aydın olur, buranın soyuq, yoxsa

isti, bərəkətli, yoxsa quraq olacağı

bilinir. Lakin o məkanda insan varsa,

oranın gələcəyi müəmmalıdır.

Təbiət və insan... Birinin zəhmətlə,

təmkinlə qurub yaratdığını digəri

asanlıqla yox edə bilir. İnsanın təbiətə

olan ehtiyacı bəllidir. Təbiətin ona zərər

verərkən şeirlər, mahnılar həsr edən,

istismar edərkən qorumağa çalışan

insana bağlılığı isə bir müəmmadır.

Digər canlılar təbiətdən ehtiyacından

artıq istifadə etmir, təbii olaraq sağ

qalmağa çalışırlar. İnsan isə daha

mürəkkəbdir. Onun düşünmək,

mühakimə yürütmək və nəticə

çıxarmaq, qısaca zəka dediyimiz

qabiliyyəti, vicdan və tamah kimi

daxili çağırışları, vəsvəsələri var. Və

insan zəkası vicdanı əvəzinə tamahı ilə

ortaqlıq quranda o, insanlıqdan çıxıb

hər şeyə çevrilə bilir. Həmin anda digər

canlılardan çox az fərqlənir; hər şeyi

sağ qalmaq üçün etdiyini DÜŞÜNÜR.

Lakin eyni zamanda təkcə insan məhv

etdiyi kimi, qurub yaratmağı da bacarır;

quruyan gölü, şoranlaşan torpağı, nəsli

kəsilməkdə olan heyvanı, uçuruma

addımlayan insanı xilas edə bilir.

Məsələ ondadır ki, insan hansını seçir.

İnsan qurub yaratmağı seçdiyi

sonuncu ana qədər bu yaradılış üçün

həmişə bir ümid var olacaq deməkdir...

“Biz elə bir məxluqlarıq ki, bəzən

mələklər insan olmadıqlarına görə

üzülür, bəzən də şeytanlar insan

olmadıqlarına görə şükür edirlər.”

Mövlanə Cəlaləddin Rumi

İnsan insandan qorunmaq, daha

çox gücə sahib olmaq üçün müxtəlif

alətlərdən istifadə etmişdi. Uzun

müddətdi ki, kəsici silahı barıt və dəmir

ilə əvəzləmişdi. Yeni dövr başlayırdı...

Yeni dövrdə şəhərin bağrında

açdıqları dəliklərdən fışqıran, neft adlı

tapıntı ilə məşğul idilər. Min əzabəziyyətlə

dartıb çıxarır, arabalara

yükləyib səhər-axşam harasa

daşıyırdılar. Günbəgün şəhərə gəlibgedənlərin

sayı artırdı. Fərqli üzlərdə

fərqli lisanlar eşidilirdi. Əllərində

tutduqları kağız parçalarını bir-birilə

dəyişib, tez-tez “kültür”, “kultura”,

“culture”, “mədəniyyət” deyilən

şeydən bəhs edirdilər. İlk motorlu

araba şəhərə gələndə adamların yarısı

gizlənmiş, yarısı diz çöküb imdad

istəmişdi.

Məktəb və mədrəsələrdə nə baş

verdiyi barədə qızğın mübahisələr

gedirdi. Əvvəllər əsasən dinlə bağlı

elmlərin tədris olunduğu bu yerlərdə

texniki kəşflərlə birgə təbiət və dəqiq

elmlərin tədrisinə maraq yaranmışdı.

Qolu çomaqlı mülkədarla yanaşı, onun

zülmü altında əzilən sadə insan da yeni

yaranan imkanların üfüqündə oğlan

uşaqlarını məktəbə göndərirdi.

Şəhərdə ata sənəti bənnalıqdan

yorulan bir gənc bir az torpaq sahəsi

alıb, neft axtarmağa başlamış, uzun

cəhdlərdən sonra istəyinə çatmışdı.

Fəvvarə vuran neft ona xeyli pul və

hörmət qazandırmış, məmləkətdə söz

sahibinə çevirmişdi. Deyilənə görə,

kim olduğunu unutmamaq üçün bir

cüt başmağını qoşalayıb qapıdan

asarmış. Belə görünür ki, bəxti qəflətən

üzünə gülən çoxlarından fərqli olaraq

keçmişini başmaq edib onunla gələcəyə

aparan yolu qarşılamaq niyyətində idi.

Başmaqlı Milyonçunun

“mümkünsüzdür” deyiləndə

mümkünü görmək qabiliyyəti var

idi; öz taleyini dəyişmişdi. Indi isə

bir millətin taleyini dəyişirdi. Bu yola

çıxanda “bizdə də olsun” – demişdi,

– “bizim məmləkətdə də kasıbın

güzəranını yaxşılaşdıran müəssisələr,

hər dərdin dəvası təhsilli oğullarımız,

qızlarımız, üfüqü açıq insanlar və

onların qurub yaratdıqları olsun!”

Doğru düşüncə və inam zaman

keçdikcə sadalananların hamısını bu

məmləkətə qazandırdı. Ancaq Başmaqlı

Milyonçunun da dəstəyilə dağlardan

uca, dənizlərdən dərin cəhaləti aşan

Parlaq Zəkaların yeni “olsun”ları var

idi. İstəyirdilər ki, milləti zorbalığın,

cəhalətin, işğalın, istismarın əlindən

çəkib alan, irəliyə aparan bir dövlət

və onun rəsmi sərhədi, dili, bayrağı,

himni, ordusu olsun. Bu millətin,

məmləkətin sabahı artıq zorbaların,

başqa-başqa millətlərin, məmləkətlərin

insafına qalmasın! Parlaq Zəkalar bu

qayə ətrafında birləşir, düşüncələrini

qəzetələrdən, dərgilərdən məmləkətə

car çəkirdilər.

O da dağları, dənizləri aşanlardan

USTAD senet.az / may

93

USTAD senet.az / may

94

biri idi. Həkimliyi seçib xəstə canlara

çarə olmaq istəsə də, hadisələrin

gedişatı ona müəllimlik ünvanını da

qazandırmış, ömrü boyu nadanlığın

zülmətinə şam olmuşdu. Cəhalətin

Qənimi olan bu kəs məmləkətdə

ilk kitabxananın əsasını qoyanda

uzaqgörənlik edib ən böyük bəlanın

elmsizlik olduğunu hayqırmışdı. Bilirdi

ki, oxuyan, düşünən insan hər kəsə

yararlı olar.

Məmləkətdə bunlar baş verərkən

müstəmləkəçilərin müharibələri

məhəlli xarakterdən çıxmış, lüğətdəki

qarşılığının faciə olduğunu millətlərin

simasında ilk dəfə bu qədər aşkar

gözlər önünə sərirdi. Qələmin qılıncı

kəsib keçdiyi vaxtların yetişməsinə

çox az zaman qalırdı. Çarların qan

və dəmirdən qurduqları imarətlərin

dayaqları çoxdan laxlamışdı, çöküşü

uzaq deyildi. Əsir millətlər zəncirləri

tutanların nə qədər qorxunc və əzəmətli

görünməyə çalışsalar da, vicdanı

əvəzinə tamahını seçmiş insanlar

olduqlarını dərk etməyə başlamışdılar.

Bu həqiqət itirməyə heç nəyi

olmayanlara sonsuz cəsarət verirdi.

Şəhərlərdə mürəkkəb qoxusu ilə barıt

qoxusunun mübarizəsi gedirdi.

“Eyni dili danışanlar deyil, eyni

duyğunu bölüşənlər bir-birini başa düşə

bilərlər.”

Mövlanə Cəlaləddin Rumi

Nəvaxtsa dalğaların ortasına düşən

ada indi də müharibənin cənginə

keçmişdi. Silahlıların ayaq səslərindən

ilanlar belə, bezar idi. İnsanlar əsir

etdikləri kiçikli-böyüklü, qadınlıkişili,

qocalı-cavanlı başqa insanları

gecə-gündüz adaya daşıyır, dəmirdən

tikdikləri baraklara doldurur və

təbiətin insafına buraxırdılar. Ac, susuz,

xəstə canların ardı-arası kəsilməyən

fəryadlarını Xəzər əmanət kimi

qoynuna alıb, sonra özlərinə qaytarırdı.

Ölümlə həyatın astanasında ilişib

qalmış bədənlər... “Ölməkmi, yoxsa

yaşamaqmı?” sualına axtarılan sonsuz

cavablar... Və eşidilən güllə səsləri...

Hər açılan atəşlə daha bir insan adaya

çevrilirdi. Təbiətin ona yaşatdığını

adanın köksündə insan insana yaşadır

və onu bu günahlara ortaq edirdi.

“Cəhənnəm adası”– indi onu belə

tanıyırdılar.

Ada tanış lisandakı insanları

dinləyə-dinləyə onlarla dərd ortağı

olmuşdu. Ara-sıra xəyallardakı keçmişə

qayıdır, uzun-uzadı şəhəri izləyirdilər.

Burdan şəhər dünyanın başqa üzü kimi

görünürdü. O üzdən bu üzə isə ancaq

silahlıların yolu düşürdü. Axı harda idi

insanların geridə qalanı?!

Qədim yunan mifologiyasına

görə, Olimp dağında oturan Tanrılar

odu oğurlayıb insana verdiyi üçün

tanrı Prometeyi (insanların hamisi)

cəzalandırmaq qərarına gəlirlər.

Prometeyin xəbərdarlığına rəğmən,

qardaşı Epimetey Pandora ilə evlənir

və Tanrıların toy hədiyyəsi kimi

göndərdiyi qutunu qəbul edir. Tanrıça

marağına yenilib qutunu açdıqda

isə bütün pisliklər (bəd xislətlər və

xəstəliklər) dünyaya yayılır. Sonda

qapaq örtüləndə qutuda yalnız “ümid”

qalır. “Ümid” bu bəlalardan xilas

yolu olsa da, insan qutunun yenidən

açılacağı günə qədər əzablı bir intizara

məhkum edilir.

Güclərin toqquşduğu qanlı

meydanlar bu günə qədər insana itki və

fəlakətdən başqa heç nə vəd etməyib.

Silahlar çəkilir, torpağa düşən hər

cansız bədənlə bir ümid ölür. Silahlı

silahsızı bəhanələrə əsir edir.

Bu müharibədə də dəyişən

nəsə olmadı. Çarın dəstələri uzaq

məmləkətlərdən dəmir vaqonlarla

dartıb gətirdiyi əsirləri şəhər

sakinlərinin çarəsizliyindən keçirdib

qayıqlara mindirdilər. Qandaşlarıyla

eyni zənciri daşıyanlar gözləri ilə onları

adaya yola saldılar.

Səssiz vidanın üzərindən aylar

keçmişdi.

Adaya ərzaq, su aparanların orada

görüb-danışdıqlarına şəhər sakinləri

laqeyd qala bilmirdi. Əvvəlcə gözlərini

dikdikləri Başmaqlı Milyonçuya pənah

apardılar. O isə vəziyyəti ağır olan

əsirlərin şəhərdəki qismən yaxşı şəraiti

olan həbsxanada yerləşdirilməsi üçün

çar-üsul idarəsinə müraciət etdi, həm

də digər əsirlərə aylıq məvacib kəsdi.

Parlaq Zəkalar Qafqaz canişinliyinə

məktub ünvanlayıb bu insanlıq

faciəsinə laqeyd yanaşılmamasını,

əsirlərə kömək etmək üçün lazımi

şəraitin yaradılmasını rica etdilər.

Qəzetlər xalqı adadakı köməksiz

insanlara yardıma səsləyirdi. İnsanlar

hər şeyə rəğmən vicdan çağırışlarına

cavab verməyə başlamışdılar.

Səmavi dinlərdə əraf cənnətlə

cəhənnəmin arasındakı yer kimi təsvir

edilir. Bura düşən ruhlara əzablarının

qarşılığında cənnət üçün bir şans da

verilir.

Cəhalətin Qənimi bir dəstə adam

toplayıb minlərin fəryadının izi ilə

adanın yolunu tutdu. Qayıqda dayanıb

soyuq xəzri küləyini sinəsinə çəkirdi.

Sahildən adaya göz məsafəsi qədər

uzaqlıq nədənsə sonsuz görünürdü.

Çox keçmədi ki, qayıq sahilə yan

aldı. Uzaqdan səssiz, öz halında

görünən ada saniyələr içərisində

Tanrının unutduğu yerə çevrildi.

Həkimlik etdiyi uzun illərdə çox

ağrı-acıya, kədərə şahidlik etmişdi,

lakin adadakı dramın qarşısında

təmkinini qoruya bilmədi, acı qarışıq

heyrəti duzlu suya çevrilib axıb

Xəzərin gözyaşlarına qovuşdu. Bayaq

içini donduran külək əlindən çəkib

onu sahilə apardı. Bir qayığa minib

dünyanın qurtaracağına çatmışdı.

Bura insanla təbiətin insafının

bitdiyi nöqtə idi, əl-ələ tutub hökm

verirdilər: süründürür, öldürür və

yaşamağa məhkum edirdilər. Adaya

zəncirlənmiş insanlar burdan içində

olmadıqları həyatı izləyirdilər. O da

dalğın gözlərini şəhərə dikib vicdanının

ərafına səfərə çıxdı.

Cəhalətin Qənimi həmişə

inandığının ardınca getmişdi, ancaq

indi tərəddüd edirdi. Şəhərdəki

vəziyyət hər an dəyişirdi. Müstəqil

dövlət qurmaq istəyən əqidə yoldaşları

ilə yol ayrıcında dayanmışdı.

Hər gələnin bir tərəfindən tutub,

çəkdiyi məmləkəti bir ovuc adammı

qoruyacaqdı?! Ömrü boyu özündən

əvvəl başqalarını düşünməli olmuşdu.

Qardaşı vəfat edəndə arzularını

yarımçıq qoyub varlığını böyük bir

ailəyə sipər etmişdi. İndi də inandığı

bərabərlik idealı ona bütün insanlığı

yüklənməyi diktə edirdi; orada fərdi

arzulara, istəklərə və millətlərə yer yox

idi. Hər kəs bərabərsizlikdən bezar

idi, əl-ələ verib dünyaya ədaləti gətirə

bilərdilər. Öz millətinin rifahını bütün

millətlərin rifahında görürdü. Əqidə

yoldaşlarından ayrılıb bir ümidin

arxasınca getməli idimi? Qərar vermək

vaxtı idi.

Fikirləri onu yenidən adaya qaytardı.

İndi hara getsin, kimin yaxasından

yapışsın, burda gördüklərini unudub

həyatına davam edə bilərdimi?! Qayığa

oturub ordan uzaqlaşanda öz həyatına

tələsir, aydın baxışları ilə şəhəri

salamlayırdı.

Səhəri gün qəzetdə hər kəsi sarsıdan

“Gözyaşı tökdürən Cəzirə” adlı məqalə

yayımlandı.

Qadın və kişi varlığın iki qanadıdır:

cüt qanadla yola çıxanlar buludları

aşıb keçərlər.

Sona xanım Hacıyevanın yaratdığı

Müsəlman Qadınları Xeyriyyə

Cəmiyyəti Sona Tağıyeva, Liza

USTAD senet.az / may

95

USTAD senet.az / may

96

Tuqanova-Muxtarova, Hənifə

Zərdabi, İsmət Aşurbəyli, Məryəm

Bayraməlibəyova, Rəhilə Qazıyeva,

Sara Vəzirova, Sürəyya Axundova, Pəri

Topçubaşova kimi xeyirxah, maarifçi

qadınları bir damın altına toplamışdı.

Cəmiyyət imkansızlara maddi yardım

göstərir, şəhərin zəngin adamlarının

cəlb olunduğu xeyriyyə aksiyaları

keçirirdilər. Toplanan ianələr hesabına

kimsəsiz uşaqlar üçün pulsuz məktəb

yaradılmışdı.

Adada yaşanan hadisələr cəmiyyətin

toplantılarında tez-tez müzakirə

olunur, kömək üçün çarələr axtarılırdı.

Şəhər sakinləri qapı-qapı gəzib adadakı

kimsəsizlər üçün yardım toplayırdılar.

Sona xanım özü də ərzaq, pal-paltar,

dərman bağlamaları ilə oradakı

insanları görməyə gedir, saatlarla

onlara həmsöhbət olurdu. Dəfələrcə

nəzarətçiləri dilə tutaraq bir neçə

əsiri qayığına mindirib gizlicə şəhərə

gətirmişdi. Xeyirxah insanlar əlbir olub

qaçırdıqları insanları evlərində gizlədir,

daha sonra məmləkətlərinə yola

salırdılar. Adadan qurtulan əsgərlər

doğma rəftar qarşısında şəhərdə qalıb,

məmləkətlərinə qayıtmamışdan əvvəl

milli ordusunu qurmağa hazırlaşan

qandaşlarına təlim keçməyi özlərinə

borc bilirdilər. İnsan insana vicdanının

əlini uzadırdı.

“Odu sevənlər müxtəlif olur: kimi

istisinə, kimi tüstüsünə, kimi işığına

görə; kimi öz canını oda yaxmaq üçün,

kimi başqalarını yandırmaq üçün.”

Əbu Turxan

Hərdən Xəzərin sahilində dayanıb

“Böyük Zirə” adasını seyr edirəm. O

an bu millətin min cür əzab-əziyyətdən

keçmiş fədakar övladlarının gözündən

eyni mənzərəni izləyirmiş kimi hiss

edirəm.

Parlaq Zəkalar və Cəhalətin Qənimi

eyni niyyətlə, lakin iki fərqli yol

seçmişdilər. Parlaq Zəkaların arzusu bu

millətin özünüdərki idi. Yekunda bir

xalq, bir dövlət olmağı bacara bilsələr

də, güclü olanın bərabərlik vədləri

tezliklə bu arzuya qıfıl vurdu. Deyilənə

görə, indi hər kəs bərabər yaşayıb

bərabər öləcəkdi. Ancaq çox keçmədi,

bu vədlərin altından qaliblərin tamahı

çıxdı. Birgə əkən, becərən, yeyən

insanların azad düşüncəsi, fərdi

seçimi və inancı əllərindən alındı.

İnsan axıra qədər insan ola bilməyən

başqa bir insanın qurbanı oldu. Bir

ümidin çöküşünü izləyən Parlaq

Zəkalar məmləkətdən pərən-pərən

salındılar. Ömürlərinin sonuna qədər

inancları üçün çalışıb yenidən dirəklərə

çəkmək üçün sinələrində gəzdirdikləri

üçrəngli bayrağa sarılıb vətən həsrətilə

sonsuzluğa qovuşdular. Cəhalətin

Qənimi dəyişən şəraitə, insanlara

rəğmən heç vaxt inandığı yoldan

dönməmişdi. Yenə dönmədi, o yoldaca

xainlərlə kəllə-kəlləyə gəlib ruhunu

Tanrıya təslim etdi.

Zamanla yarışda qələbə həmişə

təbiətindir: bu dünyadan hələ heç kəs

sağ çıxmayıb. Dünyanın bu üzündən

o üzünə səfər başladıqda isə insan

əməllərini özü ilə apardığını düşünür.

Lakin insanın bu dünyadan özü ilə

apara bilmədiyi və yaxud özündən

sonra qoyub gedə bildiyi yeganə

şey əməlləridir. Çünki sahib olduğu

insanlar, var-dövlət bir zamandan sonra

torpağa qarışıb ardınca gəlir, ancaq kim

olmağı seçdiyi bəşəriyyət var olduqca

xatırlanır.

Uzun illər günahsız, günahkar

minlərlə insana məzar olmuş adanın

taleyi isə dəyişməz qalır: zəncirləndiyi

yerdən bu həyat üçün son şans

olduğunu insanlara xatırladır!

Al-yaşıl pişnamaz

28 May istiqlal qurbanlarının əziz

ruhlarına ithaf olunur

“(Ey Peyğəmbər!) görəcəyin işlər

barədə onlarla məsləhətləş”.

(Qurani-kərim, Ali-İmran surəsi,

3/159)

“O kəslər ki, işləri barədə öz

aralarında məsləhətləşir”.

(əş-Şura surəsi, 42/38)

“Ey iman gətirənlər! Hamınız

Allahın ipindən möhkəm yapışın və

parçalanmayın!”

(Ali-İmran surəsi, 3/103)

3-cü yer

1919-cu ilin yazı idi. Təxminən bir

il öncə Azərbaycanda cümhuriyyət

elan edilmişdi. Bəli, xalqların öz

müqəddəratını həll etməsi üçün yaranan

münasib fürsətdən yerindəcə istifadə

edən xalqımız bir əsrdən çox davam

edən məkrli Rusiya istibdadından

qurtularaq, necə deyərlər, öz halal

müstəqil dövlətini qurmuşdu və

bu, xalqın vərdiş etdiyi ənənəvi

sülalə monarxiyası deyil, parlament

respublikası idi; burda iqtidar bir

nəfərin və ya ailənin yox, xalqı təmsil

edən parlamentin əlində idi. Bu gənc

respublika öz müstəqilliyindən genbol

yararlanaraq bir il ərzində müxtəlif

sahələrdə çoxsaylı islahatlar həyata

keçirmiş, Rəsulzadənin dili ilə desək,

az zamanda məmləkətdə çox böyük

işlər görmüşdü. Bilikli və ləyaqətli

gənclərimiz müxtəlif siyasi cərəyan

və ideologiyalara qoşulsalar da,

başqa sözlə, siyasi mənsubiyyətcə birbirlərindən

fərqlənsələr də, amalları eyni

idi: dövlətə və xalqa xidmət. Bu halı ilə

Azərbaycan toxunmaqda olan rəngarəng

bir xalını xatırladırdı: toxucuların hərəsi

ona bir rəngdə ilmək vururdu. Bəli,

bir sözlə, xalqımız əldə etdiyi istiqlalın

dadını çıxarır, xoş günlər görürdü.

Vaxtilə Zaqafqaziya şeyxülislamı,

sonralar isə Gəncə Cümə məscidinin

Tural Türksoy

pişnamazı kimi fəaliyyət göstərən Molla

Məhəmməd Pişnamazzadə babası

Mövlana Hüseyn kimi yeniliksevər,

maarifçi və tərəqqipərvər bir şiə ruhanisi

idi. O, təkcə dini elmlərə dərindən

yiyələnmiş kamil imanlı və gözəl

əxlaqlı əməlisaleh bir müsəlman deyil,

həm də mürtəce ruhanilərdən fərqli

olaraq, vaxtilə təsis etdiyi “Məktəbülxeyriyyə”də

dünyəvi elmlərin

tədrisini təşkil edən, müsəlmanların

maariflənməsi və müdafiəsinə, təhsildə

islahatların keçirilməsinə önəm verən

dürüst əqidəli və həqiqətpərəst bir ziyalı

idi. Məhz bu işıqlı fəaliyyətinə görə

çar məmurları tərəfindən bir neçə dəfə

həbs və sürgün edilən Pişnamazzadə

Azərbaycan Cümhuriyyətinin elan

edilməsi xəbərini böyük sevinclə

qarşılamış, müstəqilliyin yaratdığı

imkanlardan müsəlmanlara daha

yaxşı xidmət etmək üçün istifadə

etməyə başlamışdı. Onun ən önəmli

USTAD senet.az / may

97

USTAD senet.az / may

98

xidmətlərindən biri də Zaqafqaziya

müftisi Mustafa Əfəndizadə ilə birgə

“Məşyəxati-islamiyyə” adlı yeni ruhani

idarə təsis etməsi idi. Həm sünni, həm

də şiə ruhanilərinin daxil olduğu bu

idarənin yaradılması ilə Zaqafqaziya

müsəlmanlarının dini işlərinin vahid

orqandan aparılması təmin edilmiş oldu.

Təxminən üç aydan sonra Pişnamazzadə

vəzifəsindən istefa verib məsciddə

pişnamaz kimi fəaliyyət göstərməklə

kifayətlənsə də, bu, onun region

müsəlmanlarının vəhdətə yetişməsi

naminə atdığı faydalı addımlardan

hesab edilməlidir.

Bir neçə vaxtdır Bakıdan −

“Məşyəxat”dan şəhərlərin cümə

imamlarına məktublar göndərilir

və bu məktublarda imam-xətiblərə

respublika quruluşu, başlıca liberaldemokratik

dəyərlər yığcam şəkildə

izah olunur, cümə namazlarının

xütbələrində pişnamazlardan dindarları

bu mövzularda maarifləndirmək və

onları vəhdətə çağırmaq xahiş edilirdi.

Çünki ruhanilərin müsəlmanlar

arasında nüfuzu böyük idi: sözləri

eşidilir, fitvalarına əməl edilirdi. Bu dəfə

növbə Gəncəyə, yəni Pişnamazzadəyə

çatmışdı: ona göndərilən məktubda

keçmiş həmkarları adı çəkilən

mövzuları qəhrəmanımıza izah

etməyə lüzum görmədən – çünki o,

bu dəyərlər barədə məlumatlı idi və

onları ürəkdən dəstəkləyirdi − təkcə

teleqrama bənzər bu beş cümləlik kiçik

mətnlə kifayətlənmişdilər: “Bismillahirrəhmanir-rəhim!

Əziz və möhtərəm

şeyximiz! Sizdən acizanə təvəqqemiz

budur ki, bu cümə namazında

müsəlman qardaş və bacılarımıza al

dəyərlər və yaşıl vəhdət haqqında

ziqiymət bir xütbə irad edəsiniz.

Dualarınızda bizi də yad edin, lütfən.

Vəssalamu əleykum və rəhmətullahi və

bərəkatuh!”

Qeyd edilən xahişin müxatəbi

bu cümlələri seminariyada təhsil

alan oğlundan məktub alan ata kimi

həyəcanla gözdən keçirmiş, oxuyandan

sonra isə mübarək çöhrəsinə sevinc dolu

peyğəmbəranə təbəssüm yayılmış və

xütbəni deyilən məzmunda hazırlamağa

başlamışdı.

Pişnamazzadə cümə günü

Günəşin zenitə qalxmasına − azanın

verilməsinə yarım saat qalmış evindən

çıxıb dodağının altında zikr və dua

mızıldana-mızıldana məscidə yol

aldı. Əlində xütbə yazılmış dəftərçə

vardı: baxan deyərdi ki, məscidə yox,

mədrəsəyə dərs keçməyə gedir. Yaz

yenicə girsə də, hava yay havasını

andırırdı; Günəş əjdaha tək od

püskürür, başqa vaxt səxavəti ilə ad

çıxaran təbiət xəfif mehi belə əsirgəyir,

ağaclar isə vüsal məqamına çatıb

Allahın camalını müşahidə edərək

heyrətdən heykələ dönən sufilər kimi

hərəkətsiz dayanmışdı. Altmış beş

yaşını haqlamış bu çalsaqqal nurani

qocanın tükü tökülmüş başındakı

ağappaq araqçın onu, necə deyərlər,

istinin şərindən qoruyurdu. Yolboyu

rastına çıxan adamlar əllərini sinələrinə

qoyub hökmdarın qarşısında baş

əyən tək baş əyib salam verir, ona

sonsuz ehtiramlarını bildirir, bircə

səcdə qılıb yer öpməkləri qalırdı. Bəli,

Pişnamazzadə gəncəlilərin nüfuz və

hörmətini məhz onlara göstərdiyi

xidmətlə qazanmışdı. Hörmətizzət

göstərənlərin övladları vaxtilə

“Məktəbül-xeyriyyə”də onun tədris və

tərbiyəsindən keçməmişdilərmi?..

Xütbədə bəyan ediləcək

mətləbləri dindarların anlaması üçün

ürəyində Rəbbinə dua edə-edə irəliləyən

qəhrəmanımız “Niyyətin hara, mənzilin

ora!” deyimini niyyətinə − duasına

təzəcə calamışdı ki, mənzilə − məscidə

çatdı, ayaqqabılarını çıxarıb içəri addım

atmağı ilə azanın verilməsi bir oldu:

“Allahu əkbər! Allahu əkbər!” Azan

verildikcə Peyğəmbərin sünnəsinə

uyaraq onun cümlələrini təkrarlayan

bu ağsaqqal pişnamaz azan bitincə

ayağa qalxıb minbərə yönəldi,

tutacağın başlığından asılmış ağ əba

və əmmaməsini götürüb geyindi,

tutacaqdan tuta-tuta, dua edə-edə

aramla minbərə qalxdı: təqvasından

titrəyirdi, qan-tərin içində idi, elə bil

bu pillələrlə minbərə yox, Allahın

dərgahına qalxırdı. Bu, təsadüf deyildi

və o, ilk dəfə bu hala düşmürdü. Çünki

imanlı pişnamazımız minbərə qalxıb

xütbə oxumağın Peyğəmbərimizdən

qalan mənəvi miras olduğunu çox

yaxşı bilir və məsuliyyətini layiqincə

dərk etməyə çalışırdı. Minbərə qalxan

Pişnamazzadə nəfəsini dərib xütbəyə

başladı:

− Əuzu billahi minəş-şeytanirrəcim!

Bismillahir-rəhmanir-rəhim!

Əlhəmdülillahi Rəbbil-aləmin! Vəssalatu

vəs-salamu əla seyyidina

Muhəmmədin və alihit-tahirin və

əshabihil-məyamin! Əmma bəd...

Möhtərəm müsəlmanlar! Bu cüməmizin

xütbəsi al dəyərlər və yaşıl vəhdət

barəsində olacaq.

Bunu deyib fasilə verdi, sonuncu

cümlənin mənasını anlamaqda çətinlik

çəkən camaatın çaşqın nəzərlərini

görməkdən xoşlanıb gülümsədi. Yerdən

orta yaşlı bir adam soruşdu:

− Ağayi-pişnamaz, başına dönüm,

al nəmənədi, yaşıl nəmənədi? Heç nə

qanmadıq.

“Ağayi-pişnamaz” cavab verdi:

− Əzizlər, al və yaşıl rəng adları

olsa da, burda siz bildiyiniz mənada

deyil, rəmzi mənadadı. Əvvəl başlayaq

aldan. Deməli, al rəng müasirliyin,

Avropa dəyərlərinin rəmzidi. Bəs

Avropa dəyərləri hansılardı? Məsələn,

cümhuriyyət üsul-idarəsi – ki, buna

Avropada “respublika” deyilir −

demokratiya, parlaman, seçki, insan

haqları, azadlıqlar və s. Narahat

olmayın, indi bunların mənalarını sizə

bir-bir bəyan edəcəm, inşallah. Əziz

nasir və dramnəvisimiz Mirzə Cəlil

düz bundan iki il əqdəm bu barədə

“Cümhuriyyət” adında məqalə yazıb.

İndi ordan bəzi hissələri sizə oxuyacam,

beləcə, hər şey sizə aydın olacaq...

Əvvəlcə deyin görüm, heç Mirzə Cəlili

tanıyırsız?

Bayaqkı kişi cavab verdi:

− O qəzetə çıxaranı deyirsiz, ağa?

− Bəli.

− Eşitmişik, başına dönüm. Amma

onu da eşitmişik ki, həddini aşıb

müsəlmanları təhqir eləyir, ağzına

gələni yazır. Allah bəlasını versin onun!

– qəzəblənib qışqırdı, sanki Aşura

mərasimində Yezidi lənətləyirdi.

− Yaxşı, özünü ələ al, qardaş. Bu

barədə başqa vaxt danışarıq. İndi isə

məqalədən bəzi hissələri sizə oxuyum,

siz də pür diqqətlə dinləyin. Məncə,

asanlıqla başa düşəcəksiz. Çünki Mirzə

digər qəzetçilərdən fərqli olaraq İstanbul

ləhcəsində yox, sadə, arı-duru və şipşirin

ana dilimizdə yazır. Deməli, ağayi-Mirzə

Cəlil, − dəftərçəsinə baxıb oxumağa

başladı, − buyurur: “Cümhuriyyət,

yəni latınca “respublika” elə hökumətə

deyirlər ki, orada məmləkətin idarəsi

camaatın öz öhdəsində və ixtiyarındadı.

Cümhuriyyət üsul-idarəsi təzə deyil:

qədim yəhudilər, germanlar, yunanlar

və rumlar tarixin çox əvail vaxtlarında

cümhuriyyət idarəsi ilə yaşayırdılar.

Burda məmləkətin idarəsi camaatın öz

ixtiyarındadı. Camaat dedikdə vətənin

sahibidi. Dəxi heç bir kəsin ixtiyarı

yoxdu ki, özünə padşah adı qoyub,

millətin rəyindən kənar məmləkət işinə

qarışsın. Məmləkət müəyyən qanunlar

gücü ilə idarə olunur. O qanunları

yazan və təsdiq edən millətin məbusları,

yəni vəkilləridi. Məmləkətin rəisinə

“prezident” deyilir. Prezidenti ya millət

özü seçir, ya parlaman, yəni millət

vəkilləri seçir. Prezident məmləkəti

idarə etməyə özünə köməkçi hesabında

vəzirlər təyin edir. Cümhuriyyətlərin

bəzisində vəzirlər məhz prezidentə

tabedilər, bəzi cümhuriyyətlərdə vəzirlər

məclisi-məbusana tabedi. Bəhərhal,

xah vəzirlər, xah bunların rəisi hesab

olunan prezident millətin yanında

cavabdehdilər”... Bura qədərki hissəylə

bağlı sualı olan var? – deyə imamxətib

azacıq fasilə verib üzünü camaata

tutaraq soruşdu.

Bu dəfə nisbətən gənc və mədrəsə

təhsili görmüş bir oğlan ayağa qalxıb

etirazını kəskin şəkildə bildirdi:

− Ağa, necə yəni məmləkətin

idarəsi camaatın öz ixtiyarındadı?

Haşa! Əstəğfürullah! Biz Əli şiələrinin

etiqadınca, məmləkətin idarəsi, cümlə

hakimiyyət on ikinci imamımız imam

Zaman ağa əccəlallahu fərəcəhuş-

USTAD senet.az / may

99

USTAD senet.az / may

100

şərifin ixtiyarındadı, − o şövqlə belə

deyincə camaat solisti müşayiət edən

xor kapellası tək bir ağızdan ucadan

salavat gətirdi. – Allahummə səlli əla

Muhəmmədin və ali Muhəmməd! –

Biz şiələr onun mübarək zühurunun

intizarındayıq! Onun hakimiyyətini

kimsə qəsb edib taxtında otura bilməz!

– deyə özündənrazı oğlan səs tonunu

qaldıraraq ehtirasla, əl-qolunu ölçə-ölçə

fikrini tamamladı.

Pişnamazzadə onunla dialoqa girməyi

lazım bilib dedi:

− Bəs Səfəvilər kim idi?

− Onlar zalım, fasiq və qasib idilər,

İmamın hakimiyyətini ələ keçirmişdilər.

Allah onlara lənət eləsin!

− Yaxşı, cavan oğlan! Bəs İmam

zühur edənəcən necə yaşayaq? Əlimizi

qoynumuza qoyub oturaq, ingilislər,

firənglər, ya da qeyriləri gəlib başımızda

ağalıq eləsinlər? Bir dövlət qurmalıyıq,

ya yox?

− Orasını bilmirəm, − deyə pərt olan

oğlan susdu, elə bil nitqi batdı.

− Otur, başa salım... Əziz

müsəlmanlar, bu cavan doğru deyir:

hamımız İmamın zühuruna müntəzirik.

Amma o zühur edənəcən başımıza bir

çarə qılıb dövlət qurmalı, özgəsinin

ağalığını qəbul etməməliyik. Dövləti

də ki, bir il bundan əqdəm qurmuşuq,

sadəcə, mən cümhuriyyət üsul-idarəsi

haqqında sizə məlumat verirəm.

Mirzə Cəlilin sözlərini başa düşdüz

yəqin ki. Çünki o, mətləbləri çox sadə

şəkildə izah edir. Bu mətləbləri qısaca

xülasə edim, keçək başqa məsələlərə.

Deməli, cümhuriyyətin padşahlıqdan

əsas fərqi budu ki, burda xəlqin sahibi

padşah deyil, xəlqi padşah idarə eləmir,

əksinə, xəlq özü-özünün sahibidi və

özü-özünü idarə eləyir, təbii ki, millət

vəkilləri vasitəsilə. Millət vəkillərindən

təşkil olunan ali məclisə parlaman

deyilir. Millət vəkillərini xəlq özü seçir.

Bəs nə cür seçir? Bunu bilmək üçün

gəlin Mirzənin məzkur məqaləsini

oxumağa davam edək: “Cümhuriyyət

idarəsinin seçkisinin dörd vacib şərtləri

var: əvvəlincisi ümumilikdi, yəni

məmləkətdə yaşayan nüfuzun cəmisi

seçkiyə iştirak etməlidi bilatəfavütisinif,

cins, din; yəni açığı budu ki,

seçkiyə kişilər ilə övrətlər də, erməni

də, müsəlman da, xan da və rəiyyət

də durmalıdı: ikincisi seçkinin müsavi

olmağıdı, yəni səslərin bərabərliyi;

məsələn, mən əgər xan və bəyəm,

mənim də səsim birdi, sən çoban

və rəiyyətsən, sənin də səsin birdi;

üçüncüsü seçkinin düzbədüzlüyüdü,

yəni hər bir kəs seçkiyə duranda

düzbədüz istədiyi vəkilə səs verməlidi;

dördüncüsü seçkinin gizli olmağıdı, yəni

səs sahibi səsini elə gizlin verə ki, bir kəs

xəbərdar olmaya ki, aya, bu kimə rəy

verdi. Çünki aşkardı ki, çox adam var

ki, utanmağı və ya qorxunu mülahizə

edib, ürəyi istədiyi adamı qoyur kənara,

istəmədiyinə rəyi verir”, − başını qaldırıb

camaata baxdı. – Burasını da başa

düşdüz, camaat?

− Etirazım var, ağa! – bayaqkı gənc

dedi. Camaat susmuşdu, təkcə o dildil

ötürdü, sanki onların səlahiyyətli

nümayəndəsi və başbiləni idi.

− Buyur, oğlum!

− Erməniylə müsəlman necə müsavi

ola bilər? Axı biz, əlhəmdülillah,

müsəlmanıq, onlar isə məsihi. Biz

haçandan bərabər olduq?

− Bilirsən necədi, oğlum, dünyəvi

dövlətdə din dövlətdən müstəqildi, yəni

dövlət şəri qanunlar, müctəhidlərin

fitvaları əsasında yox, parlamanın

hazırladığı və təsdiq elədiyi qanunlar

əsasında idarə olunur. Odu ki, bu cür

dövlətdə müsəlmanla qeyri-müsəlman

arasında fərq qoyulmur, hamı bərabərdi

və ümumən dövlət məscidlərin,

kəlisaların və qeyri-məbədlərin işinə

qarışmır.

− Əcəbdi, vallah! – deyə gənc

heyrətini ifadə etdi.

− Əzizlər, izninizlə Mirzənin son

sözlərini oxuyub xütbənin əvvəlinci

hissəsini bitirim: “Cümhuriyyət

idarəsinin bir zinəti də var ki, o da

tamam azadlıqdı. Bu azadlıq da neçə

qismdi. Əvvələn, etiqad azadlığı; yəni

hər bir fərd keyfi istədiyi dinə sitayiş

etməyə, yainki bir dindən əl çəkib qeyri

bir dini qəbul etməyə azaddı. İkincisi

yığıncaq azadlığı; yəni camaatın bir yerə

cəm olmağına heç bir surətdə maneçilik

ola bilməz. Üçüncüsü birləşmək

azadlığıdı. Dördüncüsü çap eləmək,

beşincisi danışmaq, altıncısı siyasi

partiyalar düzəltmək və yeddincisi dilbir

olub həmtədbir olmaqdı”. – Möhtərəm

müsəlmanlar, bu yerdə Mirzənin

cümhuriyyət üsul-idarəsi haqqında

fikirləri, demək olar ki, bitir. Allah onun

qələminə qüvvət versin!.. İndi isə keçək

xütbəmizin ikinci qisminə. İkinci hissədə

sizə yaşıl vəhdətdən danışacam, inşallah.

Bir də deyirəm, yaşıl rəng burda rəmzi

mənadadı; yaşıl islamın rəmzidi, deməli,

“yaşıl vəhdət” ibarəsiylə müsəlmanların

vəhdətini qəsd edirəm.

− Danış, ağa! Dilinə qüvvət! – yerdən

biri dedi.

− Camaat, özünüz bilirsiz ki,

vəhdət ərəb sözüdü, birlik, həmrəylik,

ittihad deməkdi, – deyə, möhtərəm

pişnamazımız bu dəfə dəftərçəyə

baxmadan xütbəyə başladı. – Qeyrimüsəlmanların

başımızda ağalıq

etməsini, bizi bir-birimizə qırdırıb

zəiflətməsini istəmiriksə, onda

parçalanmamalı, ixtilafdan qaçmalı,

vəhdət içrə olmalıyıq. Bax, sünnilər də

müsəlmandı, bizim qardaşlarımızdı.

Onlar bizdən əskik deyillər. Madam

ki onlar da bizim inandığımız Allaha,

Peyğəmbərə və Kitaba inanırlar, deməli,

bizim kimi müsəlmandılar və odu ki,

biz onlarla qardaş olmalı, düşmənçiliyə

son qoymalıyıq. Unutmayın, “La ilahə

illallah! Muhəmmədun rəsulullah!”

deyən hər kəs müsəlmandı...

− Bəs “Əliyyun vəliyyullah!”? – deyə,

az öncə xətibin dilinə qüvvət arzulayan

kişi səbirsizlik göstərib onun sözünü

kəsdi.

− Əzizlər, bu kişinin dediyi cümlə

kəlmeyi-şəhadətdən deyil. Biz onu

təbərrükən söyləyirik. Əslində, diniislamda

təkcə üç şeyə iman gətirmək

vacibdi: Allaha, Peyğəmbərə və axirətə,

vəssalam. Qalan şeylərə kim istəyir

inansın, kim istəyir inanmasın. O

cümlədən imamət. Biz şiələr imamətə

inanırıq, amma sünnilər inanmırlar.

Bu o demək deyil ki, onlar bununla

islamdan çıxıb mürtəd olurlar. Haşa!

Onlar yenə də müsəlman sayılır. Bizim

əsas ixtilafımız imamətlə bağlıdı. Amma

başqa ixtilaflarımız da var. Məsələn, biz

onların təqdis elədiyi Əbubəkr və Öməri

qasib, Peyğəmbərin zövcəsi Aişəni isə

Cəməl vaqeəsində Əmirəlmöminin

Əli əleyhissalamla döyüşdüyünə və

fitnə-fəsad saldığına görə fasiq sayırıq.

Biz bu etiqadımızda azadıq. Amma

dilimiz dinc durmur: sünnilərin bu

müqəddəslərini lənətləyirik. Belə

yaramaz, camaat! Başqasının etiqadına

və müqəddəslərinə hörmət qoymalıyıq.

Başınızı çox ağrıtmayıb, mövlamız

Əli əleyhissalamın Malik Əştəri Misrə

vali kimi göndərərkən ona yazdığı

məktubdan bir dəyərli cümlə ilə

xütbəmə xitam verirəm: “Ey Malik!

İnsanlar iki qismə ayrılır: bir qismi sənin

din qardaşların, digər qismi isə yaradılış

qardaşlarındı... Onlar bəzən qəsdən,

bəzən də səhvən xətalara yol verirlər.

Belələrini əfv elə və bağışla. Axı sən

özün də Allahın əfvinə möhtacsan”. Əziz

və cəlil olan Allah müsəlmanlara vəhdət,

izzət və bu pak cümhuriyyətimizdən

mənfəətbərdar olmağı nəsib eləsin!

Vəssalamu əleykum və rəhmətullahi və

bərəkatuh!

− Allahu əkbər! Allahu əkbər!.. – deyə

azançı iqamə gətirməyə başladı.

Molla Məhəmməd Pişnamazzadə

bu məşhur və yaddaqalan xütbəsindən

sonra el arasında “al-yaşıl pişnamaz”

ləqəbi ilə çağırılmağa və anılmağa

başlandı. Bəli, ömrünü islama və

müsəlmanlara xidmətlə keçirən,

zahirən bir-birinə zidd görünən al

və yaşıl dəyərləri öz vücudunda bir

araya sığdırmağı bacaran bu uca insan

Cümhuriyyət dönəmində Azərbaycan

adlı xalıya al və yaşıl ilməklər vurmaqla,

necə deyərlər, öz toxuculuq vəzifəsini

şərəflə yerinə yetirdi. Amma qara taleyin

tezliklə soyuq şimaldan vətənimizə

gətirəcəyi al-qırmızı rejimdən, qırmızı

inqilabdan, qırmızı ordudan və bu

qırmızıların ona edəcəyi qırmızı zülm və

təqibdən, axıdacağı qırmızı qanlardan

“al-yaşıl pişnamaz”ın xəbəri yox idi...

USTAD senet.az / may

101

Qəzetçi Seyid

USTAD senet.az / may

102

Nizami Hüseynov

İki il çəkməyən müstəqillik

dövrümüz 1920-ci ilin aprelində

başa çatdı. Yarımçıq qalan arzular,

yarımçıq qalan ümidlər və gülüşlər...

1918-ə qədər ölkədəki ən qoca insan

belə, gözünü açandan rus işğalını

görmüşdü, insanlar əzaba vərdiş idilər.

Yalnız 1920-də artıq gülüşün, sevincin,

qorxusuz nəfəs almağın dadını alan

millət yenidən bunlardan məhrum

edilmişdi.

Aprel ayının 20-də xəbər yayılmışdı

ki, ölkədə hakimiyyət dəyişikliyi

olacaq. Elə öz millətimizdən olanlar

yeni kabinet yaradacaqlar və

kabinetin işi cümhuriyyət əsaslarını

möhkəmləndirmək, müstəqilliyi

qorumaq olacaqdı. Aprelin 27-i

küçələrdə fərqli ab-hava vardı.

Bu gün biz şəhərə gəzintiyə

çıxmalı olsaq da, müdirlər icazə

verməmişdilər. Yaşadığımız binanın

pəncərələrindən küçədən keçən

əsgərlərə baxırdıq. O vaxt heç kimin

ağlına gəlmirdi ki, bu əsgərlər

bizim torpaqların işğalına gəliblər.

Millətin gözünü elə boyamışdılar

ki... Əsgərlər keçən yerlərdən türk

bayraqları asılırdı, insanlar onları

türkcə salamlayırdılar. Böyük qardaş

kiçik qardaşın başını əzməyə gəlmişdi.

Rusiya və Türkiyə arasında olan

ilkin müqaviləyə görə, rus qoşunu

Azərbaycan ərazisindən keçərək

Türkiyə sərhəddinə çatmalı və orada

Türkiyə tərəfdən döyüşməli idi. Ancaq

ya aldadılmış, ya da elə razılaşdırılmış

şəkildə rus ordusu Azərbaycanda

ilişib qalmışdı. Bütün ordusunu

Qarabağda baş verən üsyanı yatırmağa

göndərən Mehmandarov da heç nə edə

bilməmişdi.

Nə muxtariyyət, nə hüquq, nə də

müqəddəratı naminə söz demə haqqı

vermədən türk bayraqlı rus qoşunu

Azərbaycanı yenidən işğal etmişdi.

Həmin gün mən internatdan qaçıb

çıxmışdım. Mən də digər insanlar

kimi küçələri gəzir, əsgərlərin

ardından addımlayır, gülür, gələnləri

sevinclə, fərəhlə alqışlayırdım. Hər

kəs gələnləri türk ordusu kimi qəbul

edirdi. Deyirdilər ki, 1918-də baş

verən qırğınlar zamanı da Bakını

türk-islam ordusu xilas edib. Sonralar

öyrəndim ki, elə 1918-ci ildə də bizə

ilk olaraq müstəqillik deyil, Türkiyə

tabeliyində azad olma hüququ tanınıb.

Uzun danışıqlardan sonra, nəhayət,

Nuru paşadan razılıq alınıb, bir

şərtlə ki, hakimiyyət dəyişilsin. Əgər

xalq hakimiyyətdən narazı qalarsa,

türk ordusu buraya daxil olmalı və

cümhuriyyət devrilməli imiş. Və

indi yenidən küçələrə sancılan türk

bayraqlarının əhatəsində biz hamımız

özümüzü güvəndə hiss edirdik.

Ancaq çox yox, cəmi bir neçə gün

sonra bir çox mətləblər aydın olmağa

aşlayacaqdı...

Aprelin 27-si gecə internatda

həyəcan var idi. Direktor yoxa

çıxmışdı. Mənim günorta çıxıb, gecə

saat 11-də qayıtmağımı da heç kim

hiss etməmişdi. Müdirimiz müsavatda

söz sahibi, sayılıb seçilən insan idi.

Onun məhz bu gecə yoxa çıxması

ciddi həyəcan və şübhə yaratmışdı.

Çünki həmin gecə yoxa çıxan tək

müsavatçı bizim müdir deyildi. Qorxu,

narahatlıq, təlaşla keçən bir gecə başa

çatdı, müdirdənsə xəbər gəlmədi.

Ertəsi gün səhər yeməyinin ardınca

bu gün dərs olmayacağını dedilər.

Mən də fürsət tapıb şəhərə çıxdım.

Yenə küçələri gəzirdim. Bu gün artıq

dünənki sevinc yox idi. Hər küçədə

on-on beş əsgər növbə çəkirdi. Camaat

sanki yoxa çıxmışdı. Bu sakitlik və

anlaşılmaz vəziyyət məni də bərk

həyəcanlandırdı. Çünki eyni səssizlik

iyirmi beş ay öncə də baş vermişdi.

Bazarda işlədiyim vaxt, qırğını öz

gözlərimlə gördüyüm günün səhəri də

eyni sakitliklə üzləşmişdim. Canıma

bərk qorxu düşdü. Birdən qaçmağa

başladım. Yaşadığım internata doğru

arxama baxmadan qaçırdım. Budur,

artıq internatın küçəsindəyəm. Və ...

Uzaqda atılan güllə səsi. Yıxıldım,

dizim qanadı. Güllələrin sayı artdı,

qalxıb qaçdım. İnternatın həyətinə

girdim. Hamı yoxa çıxmışdı. Birdən

müəllimlərdən biri qolumdan yapışıb,

məni zirzəmiyə saldı. Hamı buradaydı,

uşaqlar ağlayır, böyüklər təlaş

içində, heç kimə çölə çıxmağa icazə

verilmirdi. Bir həftə ərzində heç bir

uşağa zirzəmidən çölə çıxmağa icazə

verilmədi. Sonra qalxdıq. Yeni həyat,

yeni köləlik bizi salamlayırdı...

Keçən bir həftə ərzində nələr baş

verdiyini anlamaq çətin olmadı.

Gələn qoşunun burada daimi qalacağı

öyrənilmiş, üsyan qalxmışdı. Əsas

siyasi liderlər ya güllələnmiş, ya

da həbs olunmuş, sağ qalanların

bəziləri ölkədən qaçaraq canlarını

qurtara bilmişdilər. Bizim müdiri

də güllələmişdilər. Üsyandan sonra

küçələr qan gölünə dönmüş, Bakıya

növbəti faciəni yaşatmışdılar. Bu

hadisə 1918-ci ilin soyqırımını belə

kölgədə qoymuş, talan, soyğun

bir həftə boyunca davam etmişdi.

Qırğınların bu qədər genişlənməsinə

baxmayaraq, o zamankı siyasi

müttəfiqlər geri durmuş, məhv olunan

Azərbaycana sadəcə tamaşa etməklə

kifayətlənmişdilər.

1920-ci ildən sonra yeni qaydaqanun,

yeni idarəçilik yaradıldı. Yenə

bütün sahələrdən rus qoxusu gəlməyə

başladı. Bu qoxu tez bir zamanda

bizim internata da yayıldı. Yeni təyin

olunan rus müdir özü ilə birlikdə

yeni qaydalar da gətirdi. Əvvəla

dərs saatları azaldıldı və həftənin

şənbə gününə salındı. Dərslərdə isə

rus dili tədris olunurdu. Bazar günü

istirahət və təmizlik günü oldu. Digər

beş gün isə əmək günü kimi qəbul

edildi. Həmin günlərdə bizi də işə

aparacaqlarını, yeni qurulan hökümətə

bizim də töhfə verəcəyimizi dedilər.

Bütün bunlar 1920-ci ilnin sentyabrına

kimi davam etdi. Çünki sentyabrdan

yeni üsyan dalğası başlandı. Bu dəfə

Gəncə və Qarabağ istiqamətində

döyüşlər baş verdi. Yeni qurulmuş rus

hökuməti ölkə idarəetməsini başlıbaşına

buraxıb üsyanları yatırmağa

qaçdı. Biz də başsız qalanlar sırasına

qoşulduq.

Üsyanlar pərakəndə, ayrı-ayrı

vaxtlarda və planlaşdırılmamış

şəkildə aparıldığına görə, heç bir

fayda vermədi. İşğal altında qalan

Azərbaycan yenidən köləliyinə davam

etdi. Mən də internatın rəhbərliyi

idarəetməni buraxdıqdan sonra ordan

qaçdım. Ölmədim, əvvəlkindən

daha çətin, daha əzablı olsa da,

sırtıqcasına yaşadım o küçələrdə.

On iki yaşımda bacaracağıma çox da

ümidim olmayaraq şaxtalar düşənə

qədər dolana bilmək üçün bir yuva

və gecələr başımı soxacağım bir yuva

tapmalı idim.

USTAD senet.az / may

103

USTAD senet.az / may

104

Bir gün səhər yatdığım karton

kağızlarının üstündə məni bərk

yağış tutdu. Yerimdən sıçrayıb bir

binanın dalanına girdim. Mənimlə

eyni vaxtda başqa uşaq da bu dalana

sığındı. Onun əlində bir topa qəzet

vardı. Qəzetlərdən çoxu rus dilində,

bəziləri isə Azərbaycan dilində idi.

Bu oğlan qəzet satırdı. Ondan adını

soruşdum, tanış olduq. Yağış dayanana

qədər burada qalmalı olduğunu dedi,

çünki qəzetləri islatmaq olmazdı.

On beş-on altı yaşlarında olan bu

oğlanın adı Seyid idi. Mətbəədən

qəzetləri götürür və küçələrdə

satmaqla məşğul olurdu. Həmin gün

mən də Seyidə özüm haqqında – son

vaxtlar başıma gələnləri, internatı,

küçələrdə gecələməyimi danışdım.

Seyid özünə ev tutub qaldığını dedi

və mənə onunla birlikdə qalmağı,

həm də qəzet satmaqda ona kömək

etməyimi təklif etdi. Bu, əla təklif idi.

Bir payız yağışı mənə həm ev, həm

də yaşamağa yer vəd edirdi. Bunu

dəyərləndirməyə bilməzdim. O gün

yağış çox gec kəsdi. Yağış bir az azalan

kimi dalandan çıxıb Seyidin evinə üz

tutduq. Evə çatana yaxın yağış yenidən

bizi yaxaladı. Qəzetlər islanmasın deyə

onları köynəyin altından qarnımıza

qoyub əyilərək qaçdıq. Evə çatan kimi

Seyid sobaya od saldı. Öz köynəyini

dəyişmədən qəzetləri sobanın ətrafına

düzdü.

– Rəngləri qarışmayıb hələ, satmaq

olar, – dedi.

O gün bütün gecəni söhbət

etdik. İlk dəfə idi ki, qarşımdakı

həmsöhbətimdən bu qədər zövq

alırdım. O, hər şeydən danışırdı

– ədəbiyyatdan, siyasətdən,

musiqidən, teatrdan, silahlardan,

müharibələrdən... İlk gecəni xoşbəxt

yatdım.

Bu evə gələn günün səhəri artıq işə

çıxdım. Seyidlə birlikdə evdən çıxdıq,

o, dünənki qəzetləri mənə verdi, özü

isə nəşriyyata getdi. Mən az qəzet sata

bildim, çünki hər kəs yeni – bu günün

qəzetini almaq istəyirdi. Seyid işimi

bəyəndikdən sonra məni də səhərlər

nəşriyyata aparmaq qərarına gəldi.

Getdikcə işimiz genişlənir, satış artırdı.

Bir ildən artıq işlərimiz əla getdi. Bir

gün yenə qəzetləri satıb evə qayıtdım.

Otağa girib sobaya od saldım. Oturub

Seyidi gözlədim. Hava qaralsa

da, Seyiddən xəbər yox idi. Gecə

düşdü, ancaq Seyid gəlib çıxmadı.

Səhəri açdım, Seyid hələ də yox idi.

Onu harda axtarmalı olduğumu da

bilmirdim. Evdən çıxdım, gəzdiyimiz

küçələri dolaşdım, onun gedə biləcəyi

məhəllələri gəzdim, amma heç bir

xəbər çıxmadı. Üç gün nəşriyyata da

getmədən sərasər Seyidi axtardım.

Üçüncü gün evə qayıdanda gördüm

ki, evin qapısı açıqdır. Tez içəri

qaçdım. Döşəməyə sərilmiş, güclə

nəfəs almağa çalışan, bədəni gömgöy

olmuş Seyidi gördüm. Tez onu ayağa

qaldırdım, aparıb yatağa uzatdım. İsti

çay gətirdim, dərman tapıb yaralarını

sarıdım. O gecə heç nə danışmadıq.

Səhər oyananda Seyid bir xeyli özünə

gəlmişdi.

Hara yox olduğunu soruşdum. O

isə başına gələnləri danışdı. Seyidi

milislər tutub, qeyri-qanuni qəzet

satdığına görə üç günlük həbs

etmişdi. O vaxt küçələrdə hər kəs

qəzet satırdı. Niyə məhz Seyidi həbs

etdiklərinin səbəbi isə onun siyasi

baxışı idi. Hələ cümhuriyyət dövründə

vətənpərvər kişiliyi ilə onu şəhərin bir

çox məhəllələrində tanıyırdılar. İndi

də sovet hökuməti qurulandan bu

adamların izinə düşüb onlara yaxşıca

gözdağı verməyə çalışırdılar. Seyidin

qəzetlərini götürmüş, ancaq arasında

heç nə tapmayıb sadəcə üç günlük

həbs etmiş, bu üç gündə də onu

yamanca əzişdirmişdilər.

Seyidin yaralarının sağalması bir

aya yaxın çəkdi. Artıq mənim üçün

də təhlükəli vəziyyət yaranmışdı.

Mümkün qədər Seyidlə az görünməli

idim küçələrdə.

1923-24-ü beləcə keçirdik.

Tez-tez yolda bizə milis əməkdaşları

yaxınlaşır, qəzetlərimizi didib-tökür,

nəsə axtarırdılar. Mən onların nə

axtardığını bilmirdim, amma onlar

bizi küncə sıxışdırır, kobud davranır,

döyür, söyür, bəzən milis idarəsinə

aparır və orada saatlarla sorğu-sual

edirdilər. Bu suallar yalnız bizə –

Seyidə və mənə verilirdi. Digər küçə

qəzetçiləri sakitcə başlarını aşağı salıb,

işlərini görürdülər. Axi niyə milis teztez

bizə ilişirdi?

Artıq yaşım artmış, olğunlaşmış,

bığ-saqqal çıxarmışdım. Seyid bir gün

məni yanına çağırdı. Belə xırda işlərlə

məşğul olmaq üçün böyük olduğumu

söylədi. Elə dəfələrlə ÇEKA 1

tərəfindən saxlanılmağımızın səbəbini

də həmin gün öyrəndim. Seyidin

Türkiyədə yaşayan müsavatçılarla

çox sıx əlaqələri varmış. Gizli şəkildə

davam etdirilən bu münasibətlərin

üstünü rus milisi nə qədər

aşkarlamağa çalışsa da, mümkün

olmamışdı. İndi onun üzərinə

xüsusi məsul öhdəlik qoyulmuşdu.

Azərbaycan Cümhuriyyətinin

Türkiyədə buraxılan qəzetini Bakıda

insanlara paylamalı idi. Bu işi ən

yaxşı şəkildə Seyid və onun yaxın

adamı – mən – görməli idi. Seyid eyni

zamanda bu işlə əvvəlkindən xeyli

yaxşı pul qazana biləcəyimizi söylədi.

Qəzetləri pulsuz paylayacağımızı,

ancaq satacağımız hər qəzetin pulunu

əvvəldən nəğd alacağımızı dedi.

Seyidin həmin pulu zərrə qədər

də önəmsəmədiyi açıq-aşkar hiss

olunurdu. Seyidlə yaşadığım bu illər

ərzində mən də xeyli dəyişmişdim.

Əlbəttə, pula ehtiyacımız vardı, ancaq

bu işi pulsuz görəcəyimi, ona kömək

edəcəyimi dedim.

Ertəsi gün Seyid səhər açılmamış

evdən çıxdı və yeni tərtibatda qəzet

gətirdi. Qəzetin yuxarı hissəsində iri

hərflərlə “Yeni Kafkasiya” yazılmışdı.

1 Sovet hakimiyyətinin ilk illərində əks-inqilab,

sabotaj və ehtikarla mübarizə aparan fövqəladə

komissiya

Yeni qəzetləri evdə qoyub hər

gün satmalı olduğumuz qəzetləri

almaq üçün nəşriyyata getdik.

“Yeni Kafkasiya”ları hər satdığımız

qəzetin arasına qoyub verirdik.

“Yeni Kafkasiya” həftədə bir dəfə

gəlirdi. Seyid hər həftənin bir günü

səhər işıqlanmadan çıxır, qəzetləri

götürüb qaldığımız yerə gətirirdi.

İki həftə sonra biz yaşadığımız evi

dəyişdik. Seyid bunun daha təhlükəsiz

olduğunu dedi. Artıq “Yeni Kafkasiya”

şəhərdə insanların əlində görünməyə

başlamışdı. Xəbər təbii ki, ÇEKA-ya

da çatdı. Bu qəzetlər inqilabı yenidən

alovlandıra bilərdi. Sovet hökümətinə

qarşı açıq həqiqətlər, onların

törətdikləri qırğın və özbaşınalıqlar

qəzetlər vasitəsilə insanların dilində

dolanmağa başladı.

1926-cı ilin martında isə hər şey bir

anda sona çatdı. Həmin il Novruza

üç gün qalmış Seyid yenə evdən

tez çıxdı, hava işıqlananda artıq

evə qayıtmışdı. Yükü çox ağır idi,

qəzetləri daşımaq üçün özünə təkərli

araba da düzəltmişdi. Seyid bütün

qəzetləri masanın üstünə düzdü. O,

gətirdiyi qəzetlərə sərvət kimi baxırdı.

İnanırdı ki, bu qəzetlər insanların

gözlərini açacaq və millət yenidən

istiqlaliyyətinə qovuşa biləcək.

Seyidlə yenə birgə nəşriyyata getdik.

Hər gün satdığımız “Raboçi”ləri,

“Komsomol”ları alıb evə qayıtdıq. İçəri

girəndə bayaq Seyidin masanın üstünə

düzdüyü qəzetlərin yerə səpildiyini,

cırılıb-töküldüyünü gördük. Və hər şey

bitdi. Bircə əmr verildi:

– Həbs edin!

Həmin gün ikimiz də həbs olunduq.

İki saat sonra məhkəməyə bənzər bir

iclas oldu. Seyidə güllələnmə, mənə

sürgün cəzası verildi. Məhkəmə

zalından çıxdıqdan on beş dəqiqə

sonra Seyidin cəzası yerinə yetirildi.

USTAD senet.az / may

105

USTAD senet.az / may

106

Cavid Qədir

Gündəlik “Əqrəb” satirik qəzetinin

ilk səhifəsində sağ yuxarı köşə neçə

gündü, xırda xəbərlərlə doldurulurdu.

Artıq onlarla oxucu məktubu baş

redaktor Seyhun Məşədixanov

masasında qalaqlanmışdı. Hamısı

şikayət, narazılıqla doluydu. Köşənin

bərpasını tələb edirdilər. Bunu baş

redaktor oxuculardan az istəmirdi.

Amma həmin köşənin yazarı

Abbasağa Şadlısoy neçə gündü yağlı

əppəyə dönmüşdü. Gördüm deyən

yoxdu. Qızı Günəş də atasının yerini

bilmirdi.

Şadlısoyun yazılarına maraq

çox idi. Tiflisdə yaşayan Abbasağa

yazıları məktubla yox, teleqramla

göndərirdi. Xeyli xərc çıxırdı, amma

qəzet satışına böyük təsiri vardı.

Hər yerdə qəzetdən ağızdolusu söz

etdirirdi. Neçə dəfə Məhəmməd

Əmin Rəsulzadə, Fətəli xan Xoyski

İtki

bu məsələylə bağlı “xub” demişdilər.

Cümhuriyyətin qurucularından bu

sözü eşitmək Məşədixanova dünyaları

bəxş edirdi. Hətta bir dəfə Tiflisə

getmiş, Abbasağaya yaxşıca qonaqlıq

vermiş, qucaqlayıb öpmüşdü də.

Baş redaktor portsiqarından

siqaret çıxarıb damağına qoydu.

Kibrit çəkəndə gözü masadakı

qəzetə sataşdı, sağ köşəni öyrəşdiyi

tək sütun yazı yox, kiçik materiallar

doldurmuşdu. Ağlına min fikir

gəlirdi. Vəziyyət yaxşı deyildi.

Hərənin ağzından bir avaz gəlirdi.

Daşnaklar hələ də Cümhuriyyətin

varlığını həzm edə bilmirdilər.

Neçə dəfə redaksiyanı oda qalamaq

istəmişdilər. Gecə növbəti tutan

əsgərlər olmasaydılar, yandırardılar

da...

Əlini yandıran alov fikrini dağıtdı.

Tələsik yerə atanda təkcə kötüyü

qalmış kibrit çöpü məktub qalağının

üstünə düşüb zərflərin arasına

sürüşdü. Məktublar yanmasın

deyə, tez əlini qalağa soxdu, kibrit

çöpünün düşdüyü məktubu qaldırdı:

kibrit düşən yerdə istilik zərfi bir az

saraltmışdı. Qeyri-ixtiyari ünvana

nəzər saldı, boşdu. Zərfin o tərəfbu

tərəfinə baxıb, ağırlığını yoxladı.

Çox güman, içərisində iki vərəq

vardı. Bu qədər uzun nə yazılmış ola

bilərdi? Siqareti damağında rahatlayıb

məktubu açdı. Üç səhifəlik yazıydı,

tələsik yazılmışdı, çoxlu səhvlər,

qaralanmış sözlər vardı. Oxuduqdan

sonra bir xeyli düşündü, siqareti

siqaretə caladı. Dəfələrlə oturduğu

yerdə dikəlib telefona uzandı, sonra

yenə əvvəlki vəziyyətə qayıtdı.

Məktub Şadlısoydandı. Bir ay

əvvəl yazılmışdı. Şeytanbazardakı

yeməkxanalardan birində iki nəfərin

söhbətinə şahid olmuşdu. Almanca

danışdıqlarından söhbətlərinin

başa düşülməyəcəyini düşünərək

gizliliyə çox önəm verməyiblər.

Belə anlaşılıb ki, Rusiya Azərbaycan

Cümhuriyyətini devirməyi

planlayır. Vaxtı hələ dəqiq deyildi.

Menşeviklərlə döyüşlər amansızdı.

Denikin ciddi itkilərlə üzləşsə də,

az qala şimaldan sərhədlərimizə

dayanmışdı. Bu, Azərbaycana qoşun

yeritməyə əsas maneəydi. Ən geci altı

ay ərzində ağları əzmək, Azərbaycana

gedən yolu təmizləmək başlıca

vəzifələrdəndi. Sonra həmsöhbətlər

Abbasağadan şübhələnib söhbəti

yarmçıq qoymuş, ayrı-ayrılıqda

yeməkxananı tərk etmişdilər.

Şadlısoy bir az oturduqdan sonra

evinə getmişdi. Deyəsən, kimsə onu

izləyirmiş. Səhəri gün qızı Şəms də

evin ətrafında ucaboylu bir kişinin

pəncərlərini güddüyünü görmüşdü.

Qonşulardan burada şair, ya da

mirzə yaşayıb-yaşamadığını soruşan

başqası da olmuşdu. Baqqal Hüseyn

adamdan şübhələnmişdi. “Yox”

demişdi, axşamüstü həmin adam

məhəllənin girişində xeyli dayanıb

gözləmiş, çoxluca papiros çəkmişdi.

Baqqal lap məxfi polis kimi siqaret

kötüklərinə baxmışdı, üstündəki

yazı nəsə başqa dildəymiş, oxumağa

savadı, götürüb saxlamağa ağlı

çatmamışdı. Abbasağa da həmin

yerə getmişdi gizlicə, dalandarı oranı

süpürən görüb yaxınlaşmamışdı.

Zibilin içərisini eşələyəsi deyildi

ki. Tiflisdə işləri çoxdu, yoxsa

Bakıya gedərdi. Ən çox da qızından

narahatdı. Məktubunu “Şəms

amanatı” deyə bitirirdi. Məktubu

yazandan sonra tapşırmışdı ki, lazım

olanda göndərsin Məşədixanova. Qızı

lazım olduğunu necə anlayacağını

soruşmuşdu. O da, qorxutmamaqçün

“Vaxtı gələndə biləcəksən” demişdi.

Yəqin atasının yoxa çıxdığını görən

qızı məktubu göndərmək qərarına

gəlmiş, tələskənlikdən, nigaranlıqdan

ünvanı qeyd etməyi unutmuşdu.

Məşədixanov əndişəliydi, şübhə

yoxdu ki, Şadlısoyu öldürmüşdülər.

Amma əlində tutarlı fakt olmadan

polisə müraciət edə bilməzdi.

Onsuz da işləri başdan aşırdı.

Cümhuriyyətin düşməni o qədərdi

ki...

İki həftə əvvəl Tiflisdə

görüşmüşdülər Şadlısoyla. Bu

barədə bir az danışmışdılar da.

Amma dedikləri nəsə inandırıcı

gəlməmişdi. Rusiya niyə müharibənin

ortasındaykən Azərbaycana diş

qıcasın? Həm dünya yiyəsiz deyildi

ki... İngilislər, Osmanlılar buna qol

qoymazdılar.

Dostunu “Əqrəb”dəki publisistik

fəaliyyətinə görə öldürə bilməzdilər.

“İynəcə” təxəllüsünün ardındakı

şəxsi cəmi ikicə nəfər tanıyırdı.

Abbasağa, bir də özü. Satirik yazılara

görə çox hədə məktubu alırdı. Amma

məktublar kiməsə yox, redaksiyaya

ünvanlanırdı. Məşədixanov tədbirli

adamdı, müəlliflərin gizliliyini

qorumağı bacarırdı...

Gözləməkdən başqa çarə yoxuydu.

Köməkçisini yazdığı məktubla

bərabər təcili Tiflisə yollamaqdan

özgə əlindən nəsə gəlmirdi. Şəmsi

Bakıya gətirmək lazımdı...

Deyəsən, tatar mirzə söhbətimizi

anlamışdı. Ən azından bizi diqqətlə

dinlədiyini ikimiz də görmüşdük.

İvan İvanıçla söhbətimizi

gizlətməkçün alman dilində danışmalı

olmuşduq. Bizim dildə bir balaca

qırıldada bilir. O vaxt müharibədə

öyrənib. Bir az da məndən... İvanıça

USTAD senet.az / may

107

USTAD senet.az / may

108

güvənmirdim. Yeməkxanada

görüşmək mənim fikrimdi, Böyük

plan deşifrə olsaydı, ilk bada gedən

mənim başımın olacağı şübhəsizdi.

İşimi qarantiyaya almalıydım. Mirzə

ölməliydi...

İvan intelligent əbləhi evinə qədər

izləmişdi. Sonra həmin məhəlləyə

mən də getmişdim. Qonşularla

söhbətləşmişdim. Çalışmışdım,

diqqət çəkməyim. Amma məhəllənin

baqqalı qazdan ayıq çıxmışdı. Mən də

tüpürmüşdüm dabana.

İvan bunları eşidəndə az qalmışdı,

kürən kəkilini yolsun. Görəydiz,

necə xoruzlanır. Əslində düz

deyirdi, yeməkxanada görüşmək

mənim fikrimdi. Sarıyev soyadlı bir

adamla 5-ci kolonu gücləndirməyin

yollarından danışmalıydıq. O,

qurumsaq da gəlməmişdi. Deyəsən,

arvadı doğurdu. Bakıya getmişdi

təcili. Sənin arvadının... Belə avara

dövrdə uşaq doğmaq ancaq tatarın

ağlına gələ bilər.

Bu anasının əmcəyini kəsən

əclafdan (İvanı deyirəm) heç

xoşlanmıram deyə, almadım

günahımı boynuma. Çox şeşələnsə,

tökəcəm bağırsağını yerə. Lap elə

Sarıyevi də qanına qəltan edəcəm.

Çox vecimədi bolşevik inqilabı,

Böyük Rusiya... Başıma bir şey gəlsə,

baxacaqlar xəstə anama?! Zırt...

Bu alman zırramaya görə zibilə

düşəcəm axırda. Görüş üçün yer

tapmır, elə bil. Yeməkxanada

dövlət çevrilişindən danışarlar?

Hələ yaxşı ki, Sarıyev gəlməmişdi.

O mirzə Sarıyevi tanısaydı, yaxud

danışdıqlarımızı eşitsəydi, yəqin

qazamatdaydıq, bəlkə də elə Kürün

dibində... Kasıblığın üzü qara olsun.

Normal iş olsa, kolxozlar donumuza

qədər almasalar, nə ölümüm azmışdı

burda? Ağlardan mədəd olmadı.

Yoxsa Don çayı boyu çapırdım atımı.

Yağması yağma, arvadları arvad...

Kazak adı gələndə boylu gəlinlər uşaq

salırdı, indi barmaq boyda uşağı da

qorxuda bilməzsən. Çox o yan-bu yan

olsa, tüpürəcəm hər şeyə. Bu alman

köpəyi Rixardı da gəbərtmək kazak

üçün çətin olmaz. Amma indiki işim

Şadlısoydur. Adamın nə bildiyini

öyrənməliyəm, ya da daha etibarlı

üsula əl atmaq lazım gələcək – ölülər

sirr vermir.

Məşədixanovun ürəyi az da olsa,

yerinə gəlmişdi. Şadlısoydan əvvəlki

kimi soraq yoxdu, amma ən azından

qızı Şəms sağ-salamat Bakıdaydı.

Atasıyçün çox narahat idi. Yeməkiçməkdən

kəsilmişdi. Ancaq ailə

dostları Seyhun əminin Tiflisə, atasını

axtarmağa gedəcəyini eşidəndə az da

olsa toxdayıb, bir-iki loxma yedi.

Qatardan düşən Seyhunun ilk

işi Abbasağanın yaşadığı ünvana

getmək oldu. Hər şeyi yerli-yataqlı

araşdırdıqdan sonra dostunun

evinə qalxdı. Kiçicik də olsa ipucu

axtarırdı. Kitab rəflərini eşələyəndə

çiyni çərçivəyə toxundu. Devrilən

şəkli qaldıranda çənəsini ərinin

çiyninə dayayan Şahsənəmi gördü.

Gənclik sevdası, alagözlü, şuxbənizli

Şahsənəm... Tale üzünə gülməmişdi,

Şahsənəm onu yox, şair Abbasağanı

seçmişdi. Dostunun bu sevdadan

xəbəri yoxdu. Seyhun açıbağartmamışdı,

elə Şahsənəm də. İllər

sonra doğuş vaxtı ölən Şahsənəmin

morqda meyitilə vidalaşanda

ağlamışdı. Ürəkdən hönkürmüşdü.

Abbasağa yenə anlamamışdı. Dostuna

sarılıb, o da gözyaşı tökmüşdü.

Şəkil Tiflis yaxınlığında yerləşən

daçada çəkilmişdi. Qəfil Seyhunun

gözləri parladı itkin dostunu

tapmışdı...

Tələsik fayton çağıran

Məşədixanov onu qarabaqara izləyən

ikinci faytona diqqət yetirmədi. Çatan

kimi faytonçunu yola salıb, yuxarı

qalxdı.

Qapını Abbasağa açdı. Xeyli

dərdləşəndən, Abbasağanı xatircəm

edəndən sonra xırda-para işlərinin

ardınca tələsdi. Sabah Şeytanbazarda

görüşüb, birgə yemək yeyəcəkdilər.

İlk qatarla da Bakıya qayıtmağı

planlayırdılar. Abbasağa qızına

teleqram vurmağa razı olmadı.

Sürpriz edəcəkdi.

Məşədixanov dostugildən çıxanda

hava tamam qaralmışdı. Daçanın

ətrafında oğrunca var-gəl edən iki

qaraltını görə bilməzdi...

Səhəri gün Seyhun dostunu çox

gözlədi. Gün günortadan keçəndə

daha dözməyib fayton çağırdı.

Giriş qapısı aralıydı. Əvvəlcə

toxmağı döydü. İçəridən səs gəlmirdi.

Yavaşca qapını aralayanda gördüyü

mənzərədən dəhşətə gəldi. Abbasağa

üzüqoylu yıxılmışdı. Kürəyində

iki güllə yeri qızarırdı. Gicgahını

“kontrol atəşi” dağıtmışdı. Güləş

sifətində bu dəfə ağrı donmuşdu.

hələ sağam. Əslində baş redaktoru

da gəbərdə bilərdim, sadəcə lüzum

görmədim. Deyəsən, bir az əfəl

adamdı. Neçə gün əlləşsə də, qətlə

dair ipucu tapa bilmədi. Öyünmək

kimi olmasın, ipucu tapsa belə, işə

yaramazdı. Qatil çoxdan gəbərib.

İvanıçı deyirəm. Şəxsi məsələ deyil.

İvanıçdan zəhləm gedirdi, elə indi də

aşiq sayılmaram. Amma öldürməyim

sırf işlə bağlıydı. Və əlbəttə, canımın

şirinliyilə. Yerimə İvanıç köpəkoğlu

olsaydı, heç bu dediklərimə də

baş sındırmazdı. Tətiyi çəkərdi,

vəssalam. Amma mən daha incə işin

tərəfdarıyam. Bıçaq səs-küy sevmir.

Məşədixanov həmin o məktubu

aldıqdan iki həftə sonra qəzetin sağ

köşəsində “Ona açılan güllə “Əqrəb”

məcmuəsinin ürəyinə dəydi” başlıqlı

böyük nekroloq dərc olundu:

Abbasağa Şadlısoyun şübhələri

doğru çıxdı. Sevdalısı olduğu

Azərbaycan Xalq Cümhuriyyəti

ölümündən sonra cəmi 13 ay yaşadı.

Rus ayısını gəbərtdim. Əslində rus

da deyildi, Don kazakıydı. Ölülərin

milliyyəti kiməsə lazım olmur.

Gəvəzəlik etsəm, adamlar iki cür olur

– yaxşı və pis. İndiki vəziyyətdəsə

belə demək olardı: adamlar iki cür

olur – yaşayanlar və ölülər. Birinci

bölgüyə inansaq, mən pis adamam.

Amma ən ümdəsi ikinci bölgüdü –

USTAD senet.az / may

109

Pirəmsaq baharı

USTAD senet.az / may

110

Aytən Rəfixanova

Günəş batırdı. On altı yaşına yenicə

adlamış Sara adəti üzrə evlərinin

aynabəndindən günəşə tamaşa edirdi.

Hər günbatanda burada dayanıb

Günəşə tamaşa edər, gün ərzində baş

verənləri düşünər, bəzən də xəyallar

qurardı. İlin bu vaxtı kənd çox gözəl

olurdu. Hər yer yamyaşıl olur, ağaclar

tumurcuqlayır, çiçək açırdı. Kəndi

əhatə edən dağlar insana sonsuz güvən

verirdi. Sara pəncərəni açdı. Hava sakit

idi. Duman Səndələn dağını qoynuna

almış, onu görünməz etmişdi. Sara

çox narahat idi. Ermənilərin kəndə

yaxınlaşması xəbəri onu qorxuya

salmışdı. Atası Mustafa kişi onu nə

qədər sakitləşdirməyə çalışsa da,

Sara heç cür sakitlik tapa bilmirdi.

Artıq nə quşların səsi, nə də qoyunquzuların

mələşməsi ona təsir etmirdi.

Gözlərini yumub təbiətin qoxusunu

ciyərinə çəkir, amma qəlbindəki

qorxu, narahatlıq hissi heç cür qopmaq

bilmirdi. Pəncərəni bağlayıb anasının

yanına getdi. Anası Saranın kiçik

qardaşını beşikdə yelləyirdi. Balaca

Hüseyn ara-sıra gözlərini açıb anasına

baxır, sonra isə yenə yumurdu. Sara

anasının yanında oturub astaca

dilləndi:

– Ana, bəs biz nə edəcəyik?

– Qızım, – anası dərhal sözünü kəsdi,

– sən fikir eləmə. Kəndimizin böyükləri

var, qoçaq oğulları var. Əlbəttə, onlar

bizi qorumağın bir yolunu taparlar.

Dədən sənə dedi axı qoymayacaqlar

kəndə girsinlər o köksüzləri. İçini rahat

tut. Sabah ola, xeyir ola.

Torpaqlarımızdakı böhran

vəziyyətdən istifadə edən erməni

quldur dəstələri Bakıdan Kürdəmirə

qədər kəndləri bir-bir yağmalayaraq

talan edirdilər. Kürdəmirdən Şamaxı

istiqamətinə tərəf yönələn ermənilərin

Bicoda soyqırım edəcəyini öyrənən Bico

ziyalısı Babaş əfəndi yüzbaşı Şahalı ilə

görüşüb, onu kəndi müdafiə etməsilə

bağlı təlimatlandımışdı.

Dan yeri ağarırdı. Sara, demək

olar, yatmamışdı. Qonşuları Oraq

Qulamın gecə atası ilə danışdıqlarını,

qonşu kəndlərin ermənilər tərəfindən

talan edilməsini, insanların vəhşicə

öldürüldüyünü eşitmişdi. Bütün kənd

əhalisi yığışmışdı. Qadınlar, qızlar,

uşaqlar, yaşlılar isti geyinmiş, özləri ilə

azuqə tədarükü görmüşdülər. Kənd

igidləri onları bu bəladan qurtarana

qədər dərələrdə gizlənəcəkdilər. Sara

da anası və kiçik qardaşı ilə bağda

gözləyirdi. Kəndin qoçaq oğulları ev-ev

gəzib, əhalini toplayır, Şamaxı tərəfə

aparırdılar. Birdən darvazadan içəri

ucaboylu, enli kürəkli, yaraşıqlı bir

oğlan daxil oldu. Bu, Əli Məhəmməd

idi. Atası vaxtı ilə kəndin sayılıb-seçilən

bəylərindən idi. Daim kasıblara əl

tutar, ehtiyacı olan insanlara kömək

edərdi. Gənc yaşlarında rəhmətə

getmiş, anası da onun ölümünə

dözməyərək vəfat etmişdi. Əli

Məhəmməd isə bibisi Mələkxanımın

himayəsi altında böyümüşdü. Bibisi

onu oğullarından ayırmamış, ona ana

əvəzi olmuşdu. Çox gənc olmasına

baxmayaraq Əli Məhəmməd atası evinə

köçmüş, atasının təsərrüfatını ayağa

qaldırmış, eyni zamanda dövrün ali

mütəfəkkirlərindən yazıb-oxumağı,

bir sıra elmləri öyrənmişdi. Elə bu

səbəbdən də uşaqdan böyüyə hər kəs

kənddə ona rəğbət bəsləyər, hörmət

edərdi.

Əli Məhəmmədin ata evi kəndin ən

gözəl mənzərəsi olan yerdə – bulağın

üstündə idi. Saranı da elə məhz bu

bulağa gəldiyi zaman görmüş, gördüyü

andan da ona bir könüldən min

könülə vurulmuşdu. Əslində, Saragilin

evləri kəndin o biri başında – dağın

yamaclarında idi. Evlərinin altındakı

bulağın suyu quruduğundan qızlarla

bu bulağa gəlmişdi. Əli Məhəmməd

at belində qızların yanından keçərkən

Sara ilə göz-gözə gəlmiş, ona aşiq

olmuşdu. Saranın yıxılıb əlindəki su

ilə dolu səhəngi yerə aşırması Əli

Məhəmməd üçün fürsət olmuş, bir

anda atdan düşüb Saranı qaldırmış,

ona yardım etmişdi. Bildirməsələr də,

elə bu görüşdən bir-birlərinə möhkəm

bağlanmışdılar.

Əli Məhəmməd içəri girib uca və

özündən əmin bir səslə dedi:

– Natavan bibi, hamınız hazırsınızsa

gedək.

Saranın anası ona azuqə boxçasını

götürməyi buyurdu, özü isə balaca

Hüseyni götürüb çıxdı. Sara

heyrətlənmiş şəkildə yerində donub

qalmışdı. Axı Əli Məhəmmədgilin evi

kəndin o biri başında idi. O isə kəndin

bu başındakı əhalini yığmağa gəlmişdi.

Halbuki, onları da, qonşularını da Oraq

Qulamın oğlu aparacaqdı. Bunu necə

elədiyini bilməsə də, niyə elədiyini

yaxşı bilirdi. Saranın içi indi daha rahat

idi. Əli Məhəmmədi gördükdən sonra

güvənlik hissi qəlbindəki narahatlığı

söküb atmışdı. Sara özündən asılı

olmayaraq oğlana gülümsəyib,

darvazanı açmaq istəyirdi ki, Əli

Məhəmməd onun əlindən bərk-bərk

tutub sıxdı. Dili sussa da, gözləri çox

şey deyirdi. Saranın əlindəki boxçanı

götürüb darvazadan çıxdı. Saranın

ürəyi tez-tez döyünməyə başladı. Əli

Məhəmmədin gözlərindəki ifadə heç

cür gözünün qabağından keçmirdi. Nə

demək istəyirdi? Vidalaşırdı? Ya əksinə,

hər şeyin yaxşı olacağını, sabahın bu

gündən daha aydın açılacağını deyirdi?

Sara darvazadan çıxanda

kəndin böyük qisminin onların

qapısının ağzında olduğunu gördü.

Qonşuluqdakı bütün qadınlar, qızlar,

uşaqlar yavaş-yavaş irəliləyirdi.

Bir neçə ata araba qoşmuş, kəndin

yaşlılarını orada əyləşdirmişdilər.

Əli Məhəmməd isə öz atının belinə

qalxmış, insanların nəyəsə ehtiyacı

olub-olmadıqlarını yoxlayırdı.

Duman yavaş-yavaş çəkilməyə

başlamışdı. Artıq əhali kənddən çıxmış,

dərələrə tərəf yol almışdı. Saranın da

atası daxil olmaqla hamının atası, oğul

və qardaşı – əli silah tuta bilən hər kəs

döyüşə hazırlaşmaq üçün toplaşmışdı.

Əslinə qalsa, heç silahaları da yox idi.

Xəncər, balta, bıçaq, yaba, dəryazla,

məişət və təsərrüfatda istifadə olunan

başqa əşyalarla silahlanmışdılar. Yalnız

yüzbaşı Şahalıda bir tüfəng vardı.

Qulam kişi isə öz orağı ilə döyüşə

yollanmışdı. Sara ayaqlarının altında

əzilən tər otlara baxa-baxa başını aşağı

salıb irəliləyirdi. Hər kəs susmuşdu.

Sakitliyi yalnız araba təkərlərinin

cırıltısı və körpələrin ağlamaq səsi

pozurdu. Hər kəs dərin fikrə dalmışdı

sanki. Yaşlı nənə-babalar dərindən

ah çəkir, ara-sıra gözlərindən axan

yaşı silirdilər. Kəndi böyük sınaq

gözləyirdi. Bəlkə də hamı öləcəkdi.

Amma sonunadək mücadilə etməyi

hamı özünə borc bilirdi. Geriyə dönüş

yox idi.

Əli Məhəmməd və kəndin digər

gəncləri əhalini dərələrə yerləşdirirdi.

Hər kəs qalın geyinmiş, qadınlar yun

şallarına bürünüb, bir-birlərinə qısılıb

oturmuş, cavan gəlin və qızlar isə

yaşlıların otura bilmələri üçün yerlərini

USTAD senet.az / may

111

USTAD senet.az / may

112

rahatlayırdılar. Saranın şalı başından

sürüşmüş, sırınma pencəyinin üstünə

düşmüşdü. O isə ucları azacıq palçığa

batmış uzun ətəyini ayaqlarının arasına

salıb, yerə əyilmiş dərənin dibində

kiçik bir ocaq qalamaq üçün çör-çöp

yığırdı. Qarşısında dəri çəkmələri

görüb başını yuxarı qaldıran Sara Əli

Məhəmmədin onun başının üstündə

dayandığını gördü. Əli Məhəmməd

əyilib Saranın hər iki əlindən tutub onu

qaldırdı. Ətrafdakı insanların onlara

zillənən baxışlarına heç bir əhəmiyyət

vermədən Saranın gözlərinin içinə

baxdı və belindəki gümüş dəsti olan,

üzəri işləməli bıçağı çıxarıb ona verdi.

Gözləri yaşla dolan Sara baxışlarını

ondan ayıra bilmirdi. Əli Məhəmməd

onun gözlərinə baxaraq:

– Sizi xilas edəcəyik: – dedi, çönüb

atının belinə qalxdı. Gözucu yerində

donub qalan Saranın anasına, sonra isə

bibisinə baxdı və getdi.

Sara Əli Məhəmmədin ona verdiyi

bıçağı bərk-bərk tutub dayanmışdı.

Anası qızının halını gördü, bir əlini

onun çiyninə qoyub qucaqladı.

Saranın gözlərindən hər şeyi anlayan

anası qızının başını bağrına basdı.

Əli Məhəmmədin bibisi də hər şeyi

anlamışdı. Qardaşı oğlu baxışları ilə

sanki Saranı ona tapşırırdı. Mələkxanım

bibi oturduğu yerdən tez ayağa qalxıb

Saranın yanına gəldi, onu qucaqladı.

Sonra isə anası Natavana baxıb

gülümsədi. Qardaşının tək yadigarı

olan Əli Məhəmmədin xoşbəxtliyi

onun üçün hər şeydən üstün idi. Belə

bir çətin vəziyyətdə bir-birini sevən bu

iki gəncin gözüyaşlı ayrılığını görən

heç kimin onların arasında olan ülvi

hislərdən şübhəsi yox idi.

Əli Məhəmməd bir neçə nəfəri

əhalinin keşiyini çəkməsi üçün orada

saxlamış, özü isə digər gənclərlə kənd

kişilərinin toplaşdığı Pirəmsaq dərəsinə

üz tutmuşdu. Var gücü ilə atını

çapır, kənd əhalisini, bibisini, sevdiyi

qıza verdiyi sözü xatırlayıb soysuz

düşmənlərin qarşısına çıxmağa, onları

dayandırmağa tələsirdi.

Şahalı yüzbaşı Biconun bütün

könüllü döyüşçülərini bu kəndlə

Keçidməz kəndi arasındakı dərədə

yerləşən Pirəmsaq ərazisinə yığmışdı.

Ermənilərin qonşu kəndlərdə

törətdikləri soyqırım və qırğınlar

bu mərd oğulların içindəki milli

qürur hissini ən qüvvətli şəkildə

üzə çıxarmışdı. Nəyin bahasına

olursa-olsun kəndi və əhalini azğın

düşmənlərin qəddarlığından qorumağa

and içmişdi. Şahalı yüzbaşı ərazini

nəzərdən keçirmiş, müdafiə planını

qurmuşdu. Heç bir halda ermənilərin

Bicoda soyqırım törətmələrinə icazə

verməyəcəkdi.

Çox keçməmiş erməni quldur

dəstələrinin dərəyə tərəf yaxınlaşdığı

xəbəri gəldi. Əli Məhəmməd artıq

Şahalı yüzbaşının arxasında öz yerini

almışdı. Dörd yüz nəfərlik odlu

silahla təmin olunmuş erməni dəstəsi

kəndin qəhrəman övladları ilə üzbəüz

yer aldı. Əli Məhəmməd quldurları

diqqətlə süzdü, daha sonra çevrilib

həmkəndlilərinə baxdı. Öz-özünə:

– Bizim nifrətimiz sizin

silahlarınızdan üstündür, alçaqlar!

– dedi və kinayəli gülüşlə Şahalı

yüzbaşının üzünə baxdı.

Şahalı yüzbaşı mərdanə şəkildə

quldurların qarşısına çıxıb onların

başçıları ilə danışıqlar aparmağa

getdi. Onlara kəndə girməmələrini,

əvəzində isə mal-qara, qızıl, xalça

kimi əşyaları qənimət olaraq onlara

verəcəklərini söylədi. Şahalı yüzbaşının

sözlərini qeyri-ciddi şəkildə dinləyən

ermənilər gülüşərək, kəndə girib

oranı viran qoyacaqlarını, insanları

güllədən keçirib öldürəcəklərini,

qənimətlərə isə istənilən halda sahib

olacaqlarını bildirdilər. Şahalı yüzbaşı

başını dik tutub ilk həmləsi ilə erməni

quldurlarının başçısını alnından güllə

ilə vurub yerə sərdi. Başçılarının

öldürülməsindən çaşbaş düşən erməni

əsgərləri silahalarına güvənib kənd

əhalisinin nifrətini nəzərə almamışdılar.

Şahalı yüzbaşının atəşindən sonra

bicolular erməni quldurlarına hücum

etdilər.

Qanlı döyüş gedirdi. Ermənilər

açdıqları atəşlərlə kəndin mərd

oğullarını ağır yaralayır, qətlə

yetirirdilər. İtki vermələrinə

baxmayaraq, kəndin müdafiəsinə

qalxmış heç kim ruhdan düşmür,

əksinə, nifrətləri daha da artaraq,

düşmənə ağır zərbələr endirirdilər.

Əli Məhəmməd ilə Şahalı yüzbaşı sağ

tərəfdən erməniləri qılıncdan keçirəkeçirə

içlərinə tərəf irəliləyirdi. Durğun

halda ətrafa güllələr səpələyən erməni

dəstələrinin sayı get-gedə azalırdı. Sol

tərəfdənsə Oraq Qulam öz orağı ilə

sözün əsl mənasında erməniləri biçirdi.

Yaba, balta, dəryaz demədən silahlanan

kəndlilər özlərini odlu silahların

qarşısına sipər etmişdilər. El birliyi, güc

birliyi ilə erməni quldurlarını məhv

edirdilər. Kəndin igid və qəhrəman

oğulları qarşısında aciz qalan sağ

erməni əsgərləri artıq geri çəkilir,

dağılışırdılar. Bicolular isə onlara

qaçmağa macal vermir, onları bir-bir

qılıncdan keçirirdilər. Könüllü bicolular

erməni dəstələrini darmadağın etdilər,

qaçmağa macal tapan altı erməninin isə

izinə düşdülər.

Günortadan xeyli keçmişdi. Yaz

günəşinin ilıq şüaları Pirəmsaq dərəsini

isidirdi. Qaçan erməni əsgərlərinin

arxasıyca düşən döyüşçülərdən başqa,

kənd əhalisinin qalanı zəfər sevincini

yaşayırdı. Mələkxanım bibinin kiçik

oğlu Süleyman ayağa qalxıb dərəni

nəzərdən keçirdi. Dərə cəsədlərlə dolu

idi. Tam qarşısında, yerdə uzanılı halda

Oraq Qulam qətlə yetirilmişdi. Onun

və digər həmkəndlilərinin Pirəmsaq

dərəsinin yamyaşıl otlarının üzərinə

axmış qanlarına baxıb ah çəkdi, ətrafına

boylanıb qardaşı və dayısı oğlu Əli

Məhəmmədi axtarmağa başladı. Sağ

qalan döyüşçülərdən onları görübgörmədiklərini

soruşur, soruşa-soruşa

yerdə uzanan cəsədlərə gözucu baxırdı.

Qonşuları Qulu kişidən qardaşının

sağ olduğunu, qaçaq ermənilərin

arxasınca düşdüyünü öyrəndi. Əllərini

göyə qaldırıb Allaha şükür eləməyə

başlamışdı ki, ayağı nəyəsə ilişdi. Başını

aşağı əyib ayaqlarının altına baxdığı

zaman Əli Məhəmmədin atasına

məxsus qılıncı gördü. Əli Məhəmməd

bu qılıncla döyüşürdü. Qılınc burda

idisə, bəs Əli Məhəmməd harada

idi? Cəld ətrafındakı cəsədləri bir-bir

çevirərək qardaşı qədər sevdiyi dayısı

oğlunu axtarmağa başladı. Bir neçə

addım aralıda üzü aşağı vəziyyətdə

uzanan Əli Məhəmmədi görüb yanına

qaçdı və qeyri-ixtiyari ağlamağa

başladı. Güllə atəşinə tuş gəlmiş Əli

Məhəmmədin sol tərəfi tamamilə qan

içindəydi. Süleyman onu qolundan və

ayağından tutub üzü yuxarı çevirdi,

ata yadigarı qılıncını da sinəsinin

üstünə qoydu. Doğma qardaşından da

çox sevdiyi Əli Məhəmmədin ölümü

ona çox ağır gəlmiş, gözlərinə dolmuş

yaşdan onun üçün hər tərəf qaranlığa

bürünmüşdü. Süleyman gözlərinin

yaşını silib doğma kəndi uğrunda

şəhid olmuş Əli Məhəmmədə sonsuz

qürur hissi ilə baxdı. Sinəsinin üstünə

qoyduğu qılıncın tərpəndiyinin fərqinə

varan Süleyman tez Əli Məhəmmədin

nəbzini yoxladı və onun sağ olduğunu

gördü. Çiynindən güllə yarası alan

Əli Məhəmməd güllələrin təsirindən

huşunu itirmişdi. Süleymanın üzünə

vurduğu bir neçə zərbəsindən sonra

özünə gəlmişdi.

Tamamilə özünə gəldikdən sonra

Əli Məhəmməd Süleymana şəhid

olanların içində yaralıların olubolmadığını

yoxlamasını, sonra isə

qadın və uşaqların gizləndiyi dərəyə

gedib onlara qələbə xəbərini verməsini

tapşırdı. Özü isə çiynini sarıyıb atını

dörd nala çaparaq Şahalı yüzbaşının

ardınca getdi.

Demək olar ki, hər bir ailə Bico

uğrunda mübarizə aparmağa döyüşçü

göndərmişdi. Hər kəs səbirsizliklə

döyüş bölgəsindən bir xəbər gözləyirdi.

Sara Əli Məhəmmədin ona verdiyi

bıçağı kəmərinə keçirərək dəstəyindən

bərk-bərk tutmuşdu. Əli Məhəmməd

gedəndən bəri dayanıb onun getdiyi

yola tərəf baxır, arabir o yan-bu yana

USTAD senet.az / may

113

USTAD senet.az / may

114

gəzişirdi. Anası və Mələkxanım bibinin

təkidlərinə baxmayaraq sakit otura

bilmir, elə hey get-gəl edirdi. Atasından,

Əli Məhəmməddən bir xəbərin

olmaması, kənd əhalisinin taleyinin

naməlumluğu onu rahat buraxmırdı.

Elə bu vaxt Süleyman atını çaparaq

Mələkxanım bibinin yanına gəldi.

Süleymanın döyüş bölgəsindən gəlməsi

dərələrdə gizlənən kənd camaatının

arasında kiçik bir çaxnaşma salmışdı.

Hər kəs nə olub-bitdiyini anlamağa

çalışır, Süleymanı sual atəşinə tuturdu.

Döyüşün necə bitdiyini, vəziyyətin nə

yerdə olduğunu soruşurdular. Kimi

atası, kimi oğlu, kimi əri, kimi isə

qardaşından xəbər tutmağa çalışırdı.

Süleyman nigarançılıq içində qalan

kənd əhalisinin onun başına daha da

toplaşdığını, onların suallarına bir-bir

cavab verə bilməyəcəyini görüb iri bir

qaya parçasının üzərinə çıxdı və uca

səslə dedi:

– Ay camaat, sakit olun. Hər şey

yaxşıdır. Düşmənlərimiz üzərində

qələbə çalmışıq, – anasına yaxınlaşıb

sözünə davam etdi, – Ana, yaralı və

şəhidlərimiz var. Hamınız kəndə

qayıdın. Biz də onları gətirəcəyik.

Uşaqlara tapşıracam, sizi sağ-salamat

kəndə gətirəcəklər.

– Anan qurban olsun sənə, oğul,

bəs Sərvərim haradadır? – deyə,

Mələkxanım bibinin gözləri yaşla

doldu.

– Yaxşıdır, ana. Bir-iki erməni tulası

qaçıb, onları təqib edir.

– Bəs Əli Məhəmmədim?

– O da yaxşıdır, çiynindən güllə

yarası almışdı. Özünə gələn kimi Şahalı

yüzbaşının ardınca getdi. O kökü

kəsilmişləri tutub sağ-salamat geri

gələcəklər, narahat olma.

Süleyman əhalinin keşiyində duran

kənd cavanlarına insanları hava

qaralmamış kəndə qaytarmalarını

tapşırdı, özü isə şəhid olanların

cənazələrini və yaralıları kəndə

gətirmək üçün Pirəmsaq dərəsinə getdi.

İnsanlar dərhal hazırlaşıb yola

qoyuldular. İndi yol onlara sanki

daha qısa görünürdü. Hər kəs doğma

evlərinə qayıtmağa, ailəsinə qovuşmağa

tələsirdi. Əhali kəndə girəndə hava,

demək olar, qaralmışdı. Şəhidlərin

cəsədi kənd meydanına gətirilmiş,

yaralılar yardım olunması üçün

şəfa ocağına aparılmışdı. Hər kəs

öz doğmalarını axtarır, göz- yaşları

içərisində o yan-bu yana qaçırdı.

Sara və anası Mustafa kişinin cəsədi

üzərində oturub gözyaşı tökür,

ağlayırdılar. Böyük bir çətinliyi arxada

qoyan kənd əhli şəhid olanlar üçün

tökdükləri gözyaşları ilə gələcəkdəki

firavan günlərin toxumlarını sulayırdı.

Əli Məhəmməd, Şahalı yüzbaşı,

Sərvər və kəndin bir neçə igid oğlu

qaçan altı ermənidən dördünü

öldürmüş, ikisini isə tuta bilməyib geri

dönmüşdülər.

Göz-gözü görmürdü. Gecənin

qaranlığı nəinki insanların gözlərinə,

qəlblərinə də çökmüşdü. Hər kəs

kəndin müdafiəsi zamanı şəhid olan

həmkəndliləri üçün gözyaşı tökür,

onlara Allahdan rəhmət diləyirdi. Əli

Məhəmməd qəhrəmancasına şəhid olan

atasının cəsədi üzərində gözyaşlarına

qərq olan Saranı görüb ona yaxınlaşdı

və bir qolundan tutub Saranı ayağa

qaldırdı. Ağlamaqdan haldan düşən

Sara Əli Məhəmmədi görüb daha da

ağlamağa başladı. O isə Saranı qırağa

çəkib onu sakitlaşdirməyə, atasının

boşuna şəhid olmadığını başa salmağa

çalışdı.

– Sara, atasızlığın nə olduğunu

bilirəm. Amma sən tək deyilsən. Anan

var, qardaşın var, mən varam. Həm

də sənin atan ölməyib, şəhid olub.

Namusuyla, qüruruyla qəhrəmancasına

şəhid olub. Şəhidlər ölmür, Sara,

anlayırsan? Onlar diridirlər. Daim

qəlbimizin ən dərinliklərində

yaşayacaqlar!

Rus çəkmələrinin

qoxusu

Külək getdikcə güclənirdi. Havada

uçuşan qum dənəcəkləri Nataşanın

üz-gözünü döyəcləyir, o da öz hirsini

qolundan bərk-bərk yapışıb onu

yıxılmağa qoymayan əri Sergeyin

üstünə tökürdü:

– Axı, bizim Bakıda nə ölümümüz

vardı? Gərək öz xarabamızdan

çıxmayaydıq!

– Öz xarabamızda iş yox, güc yox.

Adamlar acından köpük qusur. Hərə

başını götürüb bir tərəfə qaçıb. Hər

yanda qardaş qırğını gedir. Qan su

yerinə axır. Sən isə... – susdu, az sonra

əlavə etdi, – Güc-bəla ilə gəlib bura

çıxmışıq. Bir az da döz. Hər şey yaxşı

olacaq.

Sergey ümidlə irəli baxdı. Bir az

irəlidə ikimərtəbəli, yaraşıqlı bina

vardı. Gəlib həmin o binanın önündə

dayandılar. Sergey yumruqları ilə

dəmir qapını döyəclədi. Az sonra qapı

açıldı. Hündürboylu, keçəl bir kişi

acıqlı səslə:

– Nə lazımdır? – deyə, gözlərini

Nataşanın üzünə dikdi.

– Biz gəmi ilə Həştərxandan

gəlmişik. Şəhəri tanımırıq. Allah

xatirinə, bizə bir gecəlik yer verin, –

deyə, yalvardı.

– Bura karvansara deyil, – deyərək

qapını örtmək istəyəndə həyətdən

qadın səsi gəldi:

– Arturcan, orada kiminlə

danışırsan?

– Əzizim, deyəsən, ünvanı səhv

salıblar, – özündən razı halda

gülümsədi.

Sergey gözlərini Nataşadan

çəkməyən bu erməni köpəyini

nifrətlə süzərək bir addım geri

çəkildi. Sanki hücuma hazırlaşırdı.

Tural Cəfərli

Amma bu pəzəvəng erməniyə güc

gələ bilməyəcəyini hiss edib əliylə

boynunun ardını qaşıdı.

Aradan beş-on dəqiqə keçməmiş

başqa bir qapını döydülər. Bu dəfə

qapını qoca bir yəhudi açdı.

– Bizə kömək edin! – Nataşa

Sergeydən əvvəl dilləndi, – Uzaq yol

gəlmişik. Daha getməyə taqətimiz

qalmayıb, – deyib uşaq kimi

hönkürdü.

Qoca yəhudi əvvəlcə başını buladı,

sonra da öskürə-öskürə qapını onların

üzünə bağladı.

Nataşanın ayaqları əsir, daha gedə

bilmirdi. Bir yandan da susuzluq

onu əldən salmışdı. Dodaqları

səhra çölünü xatırladırdı. Qəflətən

yerə çökdü. Səkidə oturub dizlərini

qucaqladı. Sergey də onunla yanaşı

USTAD senet.az / may

115

USTAD senet.az / may

116

oturdu.

– Bu necə şəhərdir? – öz-özünə

donquldandı, – Düz səkkiz qapı

döymüşəm. Qarşıma gah erməni

çıxıb, gah da yəhudi. Küçələrin adları

da rus dilində yazılıb. Bəlkə, biz

Bakıya yox, başqa bir şəhərə gəlib

çıxmışıq? – şübhə ilə ətrafa boylandı.

– Hələ bu küçənin adına bax:

“Zavedenskaya”. – Hirslə güldü.

Az sonra qarşı tərəfdən sağa

dönüb alçaq divarlı bir evin taxta

qapısını döydülər. Qapının döyülməsi

açılması ilə bir oldu.

– Bizə yer verin, – Sergey qapını

açan qırx-qırx beş yaşlı qarabığlı bir

kişinin ayaqlarını qucaqlamaqdan

özünü güclə saxladı.

– Gəlin içəri, – deyən kişinin

dodaqlarına təbəssüm qondu,

– Qonaq Allah qonağıdı. Xoş

gəlmisiniz!

O, bu sözləri deyib başını sağ

çiyninin üstündən geri çevirdi, şirin

bir səslə:

– Ay Nisəbəyim, qonağımız var! –

dedi.

İçəri keçdilər. Aradan yarım saat

keçər-keçməz Abdullanın kasıb

evindən şirin gülüş səsləri eşidildi.

...Abdulla özünə yer tapa

bilmir, ora-bura vurnuxurdu. Neft

mədənlərindən eşitdiyi xəbərdən bərk

sarsılmışdı.

– Necə yəni gəlirlər! – dişi ilə

dodaqlarını gəmirdi.

Daha dözə bilmədi. Asılqandan

papağını götürüb qapıdan çıxmaq

istəyəndə Nisəbəyim qollarını geniş

açaraq onun qabığını kəsdi:

– Qadan alım, getmə! Birdən başına

bir iş gələr. Onda mən neylərəm?

Olub-qalan bircə balamızı ermənilər

öldürdülər. Qorxuram, mart qırğını

yenidən təkrar olunar. Dükanbazarda

şaiyə gəzir ki, ermənilər

rusların gəlməsini gözləyir.

Gözyaşları yanağından aşağı

süzüldü.

– Qorxma, Nisəbəyim! Dəmiryol

vağzalına dəyib qayıdıram! – deyib

zorla gülümsəməyə çalışdı.

Nisəbəyim kənara çəkilib əllərilə

üzünü qapadı. Abdulla küçəyə çıxıb,

dərin düşüncələr içərisində getməyə

başladı.

– Görəsən, deyilənlər doğrudurmu?

– öz-özünə pıçıldadı. – Əgər

deyilənlər doğrudursa, deməli,

Azərbaycanın qara günləri yaxınlaşır,

– hönkürüb uşaq kimi ağlamaq istədi.

Özünü birtəhər ələ alıb yaşarmış

gözlərini sildi.

Yarım saatdan sonra Milli

Məclisin yerləşdiyi küçəyə gəlib

çıxdı. Dalğalanan üçrəngli bayrağa

fərəhlə baxdı. Sonra küçə ilə aşağı

enərək “Metropol” otelinin yanından

keçdi. Küçələr boş idi. Bir ins-cins

gözə dəymirdi. Vağzala gedən yola

çıxdı. Az sonra “Telefon küçəsi”nə

gəlib çatdı. Bu küçə də boş idi. Nə

düşündüsə, Dövlət Dəmir Yolları

İstintaq Hakimliyində çalışan dostu

Əlibəyi görmək ümidilə həmin

idarəyə sarı addımladı. Amma

idarədə Əlibəyin katibəsi Mariyadan

başqa kimsə yox idi.

– Əlibəy yerindəmi? – soruşdu.

– Səhərdən işə çıxmayıb, – Mariya

günahkar adamlar kimi cavab verdi.

– Telefon hardadır? Zəng etmək

istəyirəm.

– Buyurun. – Mariya göy gözlərini

süzdürüb maraqla ona baxdı.

Abdulla əvvəlcə vağzalı yığdı. Səs

gəlmədi. Sonra dostu Sergeyə telefon

açmaq istədi, amma bütün cəhdləri

cavabsız qaldı. Xətlər kəsilmişdi.

İdarədən çıxıb tələsik addımlarla

vağzala sarı yönəldi. Yaxınlıqdakı

parkdan keçəndə vağzalda pinəçilik

eləyən Məhəmmədlə rastlaşdı.

Məhəmməd onu görən kimi qolundan

yapışıb titrək səslə dedi:

– Vəziyyət çox pisdir. Bir saat

bundan əvvəl dəmiryolu jandarma

komandirini və dördüncü şöbənin

komandirini tutub apardılar.

– Hara apardılar? – az qala dəli

kimi bağırdı.

– Özüm də bilmirəm.

– Bu nə deməkdi? – Abdulla çaşbaş

qalmışdı.

Pinəçi Məhəmməd cavab vermək

əvəzinə çiyinlərini çəkdi.

Abdullanın əlləri əsirdi. Gözləri

böyüyüb hədəqəsindən çıxmışdı. Dəli

kimi qışqırdı:

– Vətənimiz əldən gedir!

Sonra dərindən nəfəs alıb

vağzal qapısından içəri daxil oldu.

Birinci mərtəbədə heç kim yox idi.

Təəccübləndi. Elə bil, adamlar yağlı

əppək olub göyə çəkilmişdilər. İkinci

mərtəbəyə qalxıb perrona keçdi,

orada da heç kim gözə dəymirdi.

– Axı, nə baş verir? – hirsindən

əlləri əsdi.

Perronda çox ləngimədi. Ürəyi

sıxılırdı. Ürəyi sıxıldıqca gözlərinə

qaranlıq çökürdü. Özünü birtəhər

ələ alıb yaxınlıqda dayanmış

faytona yaxınlaşdı və “Vrangelsk

küçəsi”nə gedəcəyini bildirdi. Sergey

Vrangelsk küçəsində yaşayırdı. Düz

bir il bundan əvvəl Abdulla ona öz

evində yer vermiş, sonra Sergeyi

neft mədənlərində işə düzəltmişdi.

Günlərin bir günü Sergey Milli

Məclisin damında dalğalanan bayrağa

baxıb sevinclə belə demişdi:

– Abdulla, bu üçrəngli bayraq

olmasaydı, Allah bilir, harada ölübitmişdim.

Sizin hökümət mənə ev də

verdi. Biz indi dünyanın ən xoşbəxt

adamlarıyıq. İlk uşağımız da Bakıda

doğuldu. Bir-iki aydan sonra gedib

qohumlarımı da gətirəcəyəm. Bura

cənnətdir. Qoy gəlib insan kimi

yaşasınlar.

Sergey bu sözləri deyib dililə

sarı bığlarını yalamış, sonra da bir

papiros yandırıb acı tüstünü ləzzətlə

ciyərlərinə çəkmişdi.

...Abdulla Sergeyi evlərində

tapmadı. Nataşanın üzü gülürdü.

Sevincindən uşaq kimi atılıb-düşmək

istəyirdi.

– Nə olub sənə? – Abdulla heyrətini

gizlədə bilmədi. Sonra da cavab

gözləmədən soruşdu, – Sergey hara

getmiş olar?

– Deyəsən, stansiyaya getdi,

– Nataşa bu dəfə daha bərkdən

hırıldadı. Və alışıb-yanan gözlərini

Abdullaya dikərək sevincək halda

dedi, – Nə yaxşı ki, rus çəkmələrinin

qoxusu duyuldu.

Abdulla özünü itirən kimi oldu:

– Başa düşmədim! – səsi güclə

çıxdı.

– Rus ordusu...

Abdulla dəli kimi bağıraraq onun

sözünü boğazında qoydu. Hirslə irəli

gəldi və Nataşanı bir yumruğu ilə

cəhənnəmə vasil eləməkdən özünü

güclə saxladı. Az sonra o, dizüstə

yerə çökdü. İçi qan ağlayırdı. Aprel

ayının son günləri olsa da, havadan

yaz ətri gəlmirdi: Nataşanın dediyi

kimi, havadan rus çəkmələrinin

qoxusu duyulurdu. Bu qoxu getdikcə

yaxınlaşırdı.

– Satıldıq, satıldıq! – deyə, Abdulla

hər iki yumruğu ilə başını döyəclədi,

sonra da yaralı şir kimi bağırıb ayağa

durdu. Abdulla dizlərini yerə qoyub

yaralı şir kimi bağırdığı dəqiqələrdə

Milli Məclisin yerləşdiyi küçədən

rus hərbi dəstələri keçirdi. Bu

hərbi dəstələr ac çəyirtkə sürüsünü

xatırladırdı.

USTAD senet.az / may

117

Quyu

USTAD senet.az / may

118

Ceylan Mumoğlu

“Rahat yatın, ey nahaq qurbanlar,

rəhmətlər sizə” – bu manşeti Tiflisdə

“Qardaş qayğısı” (12 noyabr, 1918-ci

il) adı ilə yalnız bir nüsxəsi işıq üzü

görən qəzetdə oxuyurdum.

O dəhşətli faciəli günlərdən cəmi

altı-yeddi ay keçməsinə baxmayaraq,

sanki mənə dünən baş vermiş

kimi gəlirdi. Bir tərəfdən məqaləni

oxuyur, digər tərəfdən məndən yazı

istəmiş müxbir dostum üçün acı

xatirələr barədə düşünürdüm. Bunun

haqqında düşünmədiyim gün, saat

vardımı, bilmirəm. Yenidən içimə

sıxıntı çökdü, oturacağa yastılanıb

həmin acı xatirələrə qayıtdım. O

quyu, ilahi, o quyu yaddaşımdan

silinməyəcək...

Biz doqquz nəfər – beş nəfərimiz

şəhərli, dörd nəfərimiz kəndli –

arabayla gedirdik ki, yolda erməni

qırmızı qvardiyaçılar bizi həbs edib

Zabrata apardılar.

Sonra bir su quyusuna bənzər neft

quyusunun yanında dayandılar. Beş

şəhərlini gülləbaran edib quyuya

tulladılar, digərlərininsə başına nə

gəldi, bilmədim, ancaq güllə səsləri

hələ də eşidilirdi. Yaralanmışdım,

üstümə atılan dörd ölüylə birlikdə

quyunun dibindəydim. Bu halda

ağlıma ilk gələn “meyitlər soyuyunca

(hələ kimin ölü, kimin diri olduğunu

anlamasam da) çəkiləri daha da

ağırlaşacaq” düşüncəsi oldu.

Havalanmış adamlar kimi cəld

hərəkət edib bədənimi meyitlərin

yükündən qurtarmağa çalışdım.

Gücəndikcə böyrümdəki istilikdən

hiss etdim ki, yaradan daha çox

qan axmağa başladı, bədənimin

yuxarı hissəsini xilas etsəm də,

ayaqlarım meyitlərin altında qaldı.

Cibimdən burun dəsmalımı çıxarıb

yaramın üstünə basdım. İsti maye

vücudumdan axdıqca məni xoş, sakit

rahatlıq bürüyürdü. Dəsmalı yarama

daha da möhkəm basdım. Başıma

gələn faciənin şokundan huşumu,

deyəsən, itirmişdim.

Ayılanda nəfəsimin çatmadığını

və ayaqlarımın üzərindəki meyitlərin

ağırlığının acısını hiss etdim.

“İlahi, bu nə dəhşətdir, yer üzündə

cəhənnəm cəzası deyilən şey varsa,

yəqin bu olmalıdır” – deyərək

ümidsizliyə qapıldım. Son gücümü

toplayıb hərəkət etməyə çalışdım,

hərəkət nədir, üstümdəki dörd

ölünün ağırlığını kilolarla üzərimə

tökülmüş dəmir parçalarının

ağırlığı kimi hiss edirdim. Heç cürə

tərpənə bilmirdim. Bir an istədim

yuxarıya doğru səslənim, imdad

diləyim, bağırım, ancaq orda kimin

olacağından əmin olmadığımdan

vaz keçdim. Hələ ki, bizimkilərin

səsini eşitmirdim. Üstümə yenidən

ölü atarlarsa, necə olacaqdı? Bu fikrin

yaratdığı dəhşət hissi boğazımda

düyümə çevrildi.

Yaram incidirdi, sağ qala

bilməyim üçün çox ehtiyatla hərəkət

etməliydim, yaxud da elə bu halda

ölüb getməliydim. Ayaqlarımı yavaşyavaş

tərpətməyə çalışdım, ölənlərin

qanları axıb ayaqlarımı islatmışdı.

Həmin günlərdə şəhərdə baş

verən dəhşətli hadisələrdən xilas ola

bilmədik. Axı niyə çıxmışdıq küçəyə?

Kaş Səlim və Balabəy Mərdanovları

yola gətirə bilsəydim. Yoxsa indi

burda üstümdə ölü yatmazdılar.

Ailələri necə oldu, İlahi? Yəqin

həyəcanla axtarırlar. Bəs mənim

ailəm? Ah... Lənətə gəlmiş ermənilər!

Alçaq vəhşilər!

Yox, yox, bizdən adam

olmayacaq! 1905-ci il hadisələri

belə bizi ayıltmadı. Elə bil, bizi

hansısa izaholunmaz qüvvə qəsdən

keyləşdirib, hələ də yatırıq! Bu

gedişlə illər uzunu yatmağa davam

edəcəyik! Ölənlərə rəhmət, qalanlara

ibrət deyirik, amma ibrət olmur,

qardaş, olmur! Sanki hadisələrin

“əbədi qayıdışı”na şüursuz məhkum

olunmuşuq.

Qulağımıza çatmışdı ki, ermənilər

bolşevizm bayrağı altında müsəlman

firqəsini qırıb-talayıblar. Buna

səhlənkarlıqla yanaşmışdıq, hətta

ermənilərin evbəev gəzib ziyalı

müsəlmanları yığaraq naməlum yerə

aparmalarına da inanmamışdıq. Bu

ağırlıqda vəhşilik gözləmirdik. Nahaq

yerə! Gözləməliydik!

Acılı düşüncələrdən qəhərləndim,

gözlərim yaşardı. Özümə gələndə

quyuya düşən işığın azaldığını

hiss etdim. Deyəsən, qaranlıq öz

pərdəsini yer üzünə çəkməkdəydi.

Günəşin hər kəsə səxavətlə payladığı

və mənim payıma düşən cüzi şəfəqi

son nəfəsini yaşayırdı. Tərslikdən bu

dəfə evdən çıxdığımda kibritimi də

götürməmişdim, üstəlik, siqaretim

üstümdə deyildi. Elə əsəbiləşdim

ki, özümə! Qəfildən ağlıma gəldi

ki, ölü yoldaşlarımın (necə dilim

gəlirdi belə düşünməyə!) ciblərinə

baxım. Güclə tərpənib oturan yerdə

dikəlməyə çalışdım. Balabəyin

cibindən kibrit tapdım, xəzinə

tapmış bəxtəvərlər kimi gözlərim

işıqlandı, özümə zülm edib digər

cibə də siqaret tapmaq sevinciylə

əlimi soxmağa çalışdım, ancaq səyim

əbəsdi, ayaqlarımın meyitlərin

altından qurtulması lazımdı. Hər dəfə

meyitləri tərpətdikdə qan qoxusu

quyuya yayılırdı. Məni qusmaq

tutdu, ögüməyə başladım və qusdum.

Bundan sonra da öz qaytardığımın

qoxusuna ürəyim bulandı. İyrəndim.

Hansısa əsərdən oxumuşdum,

“turşumuş və qaxsımış iylər birinci

dəfədən adama xoş gəlmir, amma iki

dəqiqədən sonra öyrəşirsən, çünki iy

sənə də hopur, özündən də iy gəlir,

öyrəşirsən. Amma quşlar bu havaya

öyrəşə bilmir, ölürlər”. Yəqin quş

kimi burda tora düşmüş vəziyyətdə

olsaydım, indiyə ölmüşdüm. Hə, axı

Adəm övladı hər şeyə öyrəşir!

Allahım, bu necə cəzadır, çəkirəm!

Heç Hz. Yusif quyuya düşəndə bu

əzabı çəkməyib. “Əstəğfirullah” –

dedim, başım xarab olub, yenidən

ayaqlarımı qurtarmağa çalışdım.

Ağlıma Hz. Yusif gəlmişkən, dörd

ay əvvəl rəhmətə getmiş nənəmi

xatırladım. Ölmədən öncə ailəni

halallaşmaq üçün çağırmışdı. Mənlə

söhbətindən sonra əlimə qara ipli,

al-qırmızı məxmər örtüklü, kiçik

“Quran” kitabı vermişdi, mən də

xoşuna gəlsin deyə elə yanındaca

boynuma taxıb nənəmin alnından

öpmüşdüm. Əlimi sinəmə doğru

apardım, köynəyimin düyməsini

USTAD senet.az / may

119

USTAD senet.az / may

120

açıb, boynumdan asılan həmin

kiçik medalyonu çölə çıxardım,

burnuma yaxınlaşdırıb gül ətrini

ciyərlərimə çəkdim. Bu, məni bir

qədər sakitləşdirdi, qoxulamağa

davam etdim. Sonra medalyonu

qoxusunun itməsi qorxusuyla

yenidən köynəyimin içinə saldım. Öz

hərəkətimə rişxəndlə güldüm, elə bil,

əbədi burda sağ qalacaqdım.

Bərk susamışdım, mədəmdəkiləri

qaytardıqdan sonra isə boğazım

qurumuşdu. Vaxtın keçməsiylə də

susuzluğumun artacağını yaxşı

bilirdim. Artıq əlacım Allaha dua

etmək, yalvarmağa qalmışdı. Gecə

burda bağırsam, kimsə eşitməyəcəkdi.

Bu vəziyyətdə yuxuladım. Səhərin

açıldığını quyuya güclə gəlib çatan

günəş şəfəqlərindən anladım. Şiddətli

baş ağrım vardı. Ayaqlarım da sanki

yoxdu, qopmuşdu. Bu halımla özümə

o qədər acıdım ki, elə həmin anda

ölməyi arzuladım.

Lakin bir qədər sonra erməni

qaniçənlərin törətdikləri vəhşilikləri

xatırladım, qəzəbdən gözlərimdə

şimşəklər çaxdı. Bu qəzəb o qədər

şiddətliydi ki, daxilimdən gələn

anlaşılmaz bir qüvvəylə sağ ayağımı

dartıb meyitlərin altından çəkdim,

bu dəfə ayağımı çıxarmağa nail ola

bildim – ancaq sadəcə sağ ayağımı.

Bir neçə dəqiqə dizdən bükülmüş

sağ ayağımdakı damarlarda qanın

hərəkətiylə müvəqqəti sevinc

yaşadım. Əlimlə böyrümdəki yaranı

yoxladım, xoşbəxtlikdən daha qan

axmırdı. Yorğunluqdan gözlərim

yumuldu. Bu vəziyyətdə nə qədər

qalmışam, bilmədim.

Başımı qaldıranda yuxarıdan

bir qaraltının iplə yavaşca aşağı

sallandığını gördüm. Ürəyimə

damdı ki, bizimkilərdir, var-qüvvəmi

toplayıb, “Kömək edin!” – deyə

bağırdım. Qaraltı bir neçə saniyə

dayandı, sonra yuxarıya doğru

çəkildi. Yəqin qoxunun təsirindən

aşağı enməyi mənasız hesab etdilər.

Məni burda qoyub gedəcəkləri fikri

elə sarsıtdı, elə qorxutdu ki, son

gücümü toplayıb, bütün varlığımla

bağırdım: “Kömək edin! Burda sağ

qalan var!”

Bir neçə dəqiqədən sonra qaraltının

yenidən aşağı endiyini gördüm.

Sonrasını xatırlamıram, deyəsən,

qüvvətli bağırmadan huşumu

itirmişdim. Daha sonra xəstəxana

və uzunmüddətli müalicələr

başladı. Lakin sağalmağımın

ən böyük səbəblərindən biri

Cümhuriyyətimizin qurulması oldu.

Çəliklərimə söykənərək xəstəxananın

pəncərəsindən Bakıya baxdıqca

ürəyim açılırdı. Artıq azad idik...

Yüz illik həsrət

Dünya yarandığı gündən səngimək

bilməyən çəkişmə və müharibələr

neçə əsrlərdir davam etdiyi kimi, XX

əsrdə də bir an belə nəfəsini dərmədən

davam edirdi. İnsan övladının var

olduğu müharibəsiz bir dünya

arzulamaq belə, xülyadan başqa bir

şey ola bilməzdi. Yeni əsr qədəmlərini

qoyan kimi insanların şeytani hisləri

yenidən cücərməyə başlamışdı. Yenə

qanlı döyüşlər başlayacaq, yenə

minlərlə, hətta milyonlarla insan cəsədi

üst-üstə qalaqlanacaqdı. Hansısa

naşükürün ərazi iddiaları, əlindəkilərlə

keçinə bilməyərək qonşularına göz

dikən hansısa namərdin nəfsinin

ucbatından neçə-neçə ailə başsız

qalacaqdı yenə. Hamısı da heç nəyin

üstündə. Gələcək dövrün insanları

isə bu müharibələri xatırlayaraq

onlara xoşagəlimli adlar seçməyə

çalışacaqdılar.

Yeni əsrin ilk müharibəsi də

yavaş-yavaş başa çatmaq üzrə idi.

Bu müharibəni “Böyük müharibə”

adlandıran şəxslər heç ağıllarına da

gətirməzdilər ki, nə vaxtsa bundan da

böyük – ikinci müharibə başlanacaqdı.

Səbəb yenə də eyni – torpaq iddiaları

olaraq qalacaqdı.

“Böyük müharibə” bir çox dövlətləri

möhkəmcə sarsıtmışdı. Bu sıraya

müharibənin məğlub tərəfində

dayananlarla yanaşı, qalib tərəfdəki

bir çox dövlətlər də daxil olmaqdan

xilas ola bilmədi. Sovet Sosialist

Respublikası süqut dövrünü yaşayırdı.

Onun bu vəziyyətini kəsilmək üçün

qəssabxanaya gətirilərək tövləyə

salınmış öküzə bənzətmək olardı.

Əvvəlcə bu harınlamış öküzü tövlədən

çıxararaq ayaqlarını bağlamaq lazım

idi. Bundan sonra yalnız bir şey qalırdı,

yaxşı itilənmiş bir bıçaq taparaq onun

başını bədənindən ayırmaq. Amma

əvvəlcə həmin bıçağı tuta biləcək

Pərviz Cəbrayılzadə

qüvvəli bir bilək də tapılmalı idi.

– Xan, səncə də, tam zamanı

deyilmi? – Eyvanda Fətəli xanla üzüzə

oturan Məhəmməd bəy uzaqlara

zillədiyi gözlərini, nəhayət, Fətəli xana

yönəldərək dilləndi.

– Doğrudur, vaxt-vədə gəlib yetişdi,

Məhəmməd bəy. Gözümüz aydın

olsun. Vaxt itirmədən hərəkətə keçmək

lazımdır. Yoxsa gecikə bilərik. – Fətəli

xan çayından bir neçə qurtum alıb,

stəkanı yenidən masanın üstünə

qoydu.

– Bu gün Gürcüstan da Zaqafqaziya

seymindən ayrıldığını bəyan etdi.

Gərək biz günü sabah bu barədə iclas

keçirək. Təcili qərar qəbul etmək

lazımdır.

– Ağlınızda nəsə var, bəy?

– Hələlik heç nə. Amma müvəqqəti

şura yaratmaq lazımdır. Sonra nə

edəcəyimizi iclasda müzakirə edərək,

qərar qəbul edə bilərik.

Səhəri gün iclasda mövcud vəziyyət

USTAD senet.az / may

121

USTAD senet.az / may

122

müzakirə olunaraq müvəqqəti Milli

Şura yaradılması haqqında qərar qəbul

edildi. Səs çoxluğu ilə Məhəmməd

bəy Şuranın sədri, Fətəli xan isə İcra

Komitəsinin sədri seçildi. Beləliklə,

həmin böyük, tarixi günün başlanğıcı

qoyulmuş oldu. Bir gün sonra – 28

may tarixində Milli Şuranın ilk iclası

keçirildi və Azərbaycanın müstəqil

dövlət olması haqqında qərar qəbul

edildi. Nəhayət, düz yüz il sonra

Azərbaycan yenidən müstəqilliyinə

qovuşdu. Elə həmin iclasda

Azərbaycanın istiqlaliyyəti haqqında

akt qəbul edildi.

2

Pinəçi Əli öz kiçik dükanında

ayaqqabı hazırlamaqla məşğul idi.

Radionun səsini münasib həddə qədər

artıraraq musiqi sədaları altında işini

görürdü. Qəflətən musiqi yarıda

kəsildi. Bütün diqqətini işdən ayıraraq

gözlərini radioya zilləmişdi.

“Diqqət! Diqqət! Müvəqqəti

Milli Şura bu gün “Azərbaycanın

istiqlaliyyəti haqqında akt” qəbul etdi.

Nəhayət ki, Azərbaycan yenidən öz

müstəqilliyinə qovuşdu...”

Bundan sonra deyilənləri eşidə

bilmədi. Çünki artıq dükanı tərk

edərək evə sarı qaçmağa başlamışdı.

Həm də yol boyu “Biz yenə də

müstəqil dövlətik! Biz müstəqilik!

Azadıq biz!” deyə qışqıraraq hamını

ayağa qaldırmışdı.

Əli iyirmi beş yaşlarında, cüssəli

bədən quruluşuna malik, boybuxunlu

və yaraşıqlı gənc idi. Gəncə

şəhərində yaşayan pinəçi Xudayar

kişinin ailəsində dünyaya gəlmiş, onun

tərbiyəsini almışdı. Atası yaşlandığına

görə, indi onu işləməyə qoymur,

əvəzində özü pinəçiliklə məşğul

olurdu. Əli yeniyetməlik illərindən öz

düşüncələri, fikirləri ilə digərlərindən

fərqləndiyini göstərməyə başlamışdı.

Kim soruşsa, fəxrlə deyərdi ki,

mən azəri türküyəm. Bir gün azad

olacaqlarını, özlərinin dövlətini

yenidən quracaqlarını söyləyərdi

həmişə. Xudayar kişi də buna görə

onu dəfələrlə danlamış, “Bir gün gəlib

səni də aparacaqlar, bir də üzünü görə

bilməyəcəyik. Özünə yazığın gəlmir,

bizə yazığın gəlsin, bala” – demişdi.

Amma nə xeyri?!

Bu dəfə daha yüksək səslə və inamla

qışqırırdı Əli:

– Biz müstəqil dövlətik! Gördünüz?

Demişdim sizə. Bir gün öz dövlətimiz

olacağını demişdim. Baxın, bu gün

o gündür. İyirmi səkkiz may bizim

müstəqillik günümüzdür.

Beləcə, evə kimi o qədər yüksək

səslə bağırmışdı ki, az qala səsi

tutulmuşdu. Həyəcanla evə daxil oldu.

Divanda oturan Xudayar kişi təəccüblə

onu süzməyə başladı. İri addımlarla

atasına yaxınlaşaraq əlini ovcuna

aldı. Atasının yavaş-yavaş titrəməyə

başlayan əlini öpərək alnına qoydu.

Xudayar kişini qucaqlayaraq:

– Ata, biz müstəqilik, azadıq.

Bizim öz dövlətimiz var. – Titrəyən

dodaqlarından süzülən bu sözlər necə

də müdhiş səslənirdi.

– Sus, bala. Eşidən olar. Bu dəfə

gəlib apararlar səni. Qurban olum,

yavaş... – hələ heç nədən xəbəri

olmayan kişi and-amanla oğlunu

susdurmağa çalışdı.

– Eşidən olur, qoy olsun. Hamı

eşitsin. Daha qorxmağa gərək

yoxdu, ata. Artıq biz bir dövlətin

vətəndaşlarıyıq. Öz dövlətimizin!

Sevincindən özünə yer tapa

bilmirdi. Evdə daha çox dayana

bilməyərək küçəyə çıxdı. Qürurla

sinəsini qabağa verərək addımlayırdı.

Sanki, bu dövləti özü qurmuşdu.

İyirmi dəqiqə sonra fikrində tutduğu

ünvana yetişdi. İndi həmin yaşıl

darvazalı evin qarşısında dayanmışdı.

Bu evdə onun ilk eşqi, ilk məhəbbəti

yaşayırdı. Xırda daş qırıqları götürərək

evin yol tərəfə açılan pəncərəsinə sarı

atmağa başladı. Bir neçə zərbədən

sonra pəncərə açıldı. Kürən saçlı

Elnaz pəncərədə göründü. Əli gözqaş

edərək onu evin digər tərəfindəki

divarın arxasında həmişə görüşdükləri

yerə çağırdı.

– Əli, buradasan? – beş dəqiqə

keçməmiş Elnaz divarın o tayından

onu səslədi.

– Bilirsən, bu gün nə olub? – birbaşa

mətləbə keçdi, – Bu gün tarixi gündür.

Bu gün biz yenidən müstəqillik

qazandıq.

– Bilirəm, Əli. Buna ən azı sənin

qədər sevinirəm.

– Onlara qoşulacağım günü

səbirsizliklə gözləyirəm. Mütləq onlara

ordu gərək olacaq. Bizim kimi gənclərə

ehtiyacları var.

– Bəs mən? Birdən sənə nə isə oldu,

onda mən necə edəcəm? Məni tək

qoymaq istəyirsən?

Onun bu fikrindən yamanca narahat

oldu.

– Narahat olma, mənə heç nə

olmayacaq. Bağışla məni, dayana

bilmərəm.

Bu söhbətdən təxminən bir ay

keçdi. Əli bilirdi ki, ilk zamanlar çətin

keçəcək. Yenidən dirilən bu dövləti

beşikdəcə məhv etmək istəyənlər

olacaq. Odur ki, hər vəchlə bu dövləti

ayaqda saxlamaq üçün dövlətin

qurucuları ilə əlaqə yaratmağa

çalışırdı. Amma bir şey alınmırdı ki,

alınmırdı.

Artıq Azərbaycan Cümhuriyyəti

hökuməti Tiflisdən Gəncəyə

köçmüşdü. Bağlanmış müqaviləyə

əsasən, on beş minə qədər türk

əsgəri də Azərbaycana gəlmişdi.

Məşhur komandir Nuru paşa

Azərbaycana ordu quruculuğu işində

yardım edəcəkdi. Artıq hər yerə

elanlar verilmiş, yaşı on doqquzdan

yuxarı olan gənclər ordu sıralarına

çağırılmağa başlamışdı. Bunu eşidən

Əli bir dəqiqə belə gecikmədən orduya

müraciət etdi. Tezliklə onu orduya

qəbul etdilər. Həmin an o əvvəlkindən

də çox sevinc hissi keçirir, qürrələnirdi.

– Elnaz, məni qəbul etdilər. Orduya

qəbul olundum bu gün! – həmin divara

söykənərək digər tərəfdən Elnazın

səsinin gəlməsini gözlədi.

– Bəlkə getməyəsən? Təkcə sən nəyi

dəyişə biləcəksən ki? – handan-hana

Elnazın həzin səsi eşidildi.

– Məndən bunu istəmə, Elnaz.

Getməliyəm, vətənin dar günündə

yanında olmalıyam. Qorxma, geri

dönəcəm. – Bir anlıq sükutdan sonra

davam etdi. – Sabah mühüm gündür.

Mənim üçün dua et! Hər şey yaxşı

olacaq!

Səhəri gün – 27 iyun Göyçay

yaxınlığında Bakı Soveti qoşunları

ilə güclü döyüş başlandı. Əli də

bu döyüşdə iştirak edirdi. Döyüş

Azərbaycan ordusu qüvvələrinin

qələbəsi ilə başa çatdı. Əli də

daxil olmaqla, ona qədər əsgər

qəhrəmanlıqlarına görə medalla təltif

edildilər. Daha sonra Məhəmməd bəy

onların hər birini ayrı-ayrılıqda qəbul

etdi.

– Vətən səninlə fəxr edir, oğlan.

Bizim sənin kimi vətənini sevən

oğlanlara indi daha çox ehtiyacımız

var.

– Vətən sizin kimi övladları ilə

fəxr edir, ağa. Vətənin sizə daha çox

ehtiyacı var. Bizim kimi cavanlardan

çox tapılar.

3

Xədicə xanım Bakıdakı evində

nəvələrini ətrafına toplayaraq

Azərbaycan Xalq Cümhuriyyəti

haqqında danışırdı. Bu il

cümhuriyyətin yüz illiyi qeyd

ediləcəkdi. Doxsan doqquz yaşlı

Xədicə xanım o günləri yalnız anasının

danışdıqları əsasında xatırlaya bilirdi.

Danışdıqca uşaqların gözündəki

həyəcanı, qəzəbi rahatlıqla sezə

bilirdi. Xədicə xanımın o illərdən

söhbət açması ilk dəfə deyildi.

Dəfələrlə nəvələri israr edərək yenidən

həmin dövrdə baş verənləri eşitmək

istədiklərini söyləmiş, yaşlı arvadın da

USTAD senet.az / may

123

USTAD senet.az / may

124

danışmaqdan başqa çarəsi qalmamışdı.

Bu dəfə də nəvələrinin qəlbini qırmaq

istəməyib danışmağa başlamışdı.

Olanları yenidən ərz edib

bitirdikdən sonra nəvələrinin köməyilə

öz otağına keçdi. Buradakı qırmızı

rəngli sandığın qarşısında oturaraq

qapağını açdı. Sandıqda anasında

qalma əşyaları, şəkilləri, qəzetləri

saxlayırdı. Bir-bir hər birinə nəzər

yetirməyə, həmin dövrü xəyalında

canlandırmağa başladı.

Titrəyən əlləri ilə köhnə, yaşıl üzlü

dəftəri əlinə aldı. Dəfələrlə oxunduğu

üçün artıq cırılmaq üzrə olan dəftərin

vərəqlərini ehtiyatla açdı. Və yenidən

oxumağa başladı.

“1 avqust 1918-ci il.

Bu gün gündəlik yazmaq qərarırına

gəldim. Çünki bu gün, nəhayət ki,

onunla bir-birimizə qovuşduq. Bir

həftə əvvəl Əli öz ailəsi ilə məni

istəməyə gəlmişdi. Bu gün isə bizim

toyumuz baş tutdu. Elə sevincliyəm

ki! Uzun müddət bu günün xəyalı

ilə yaşamışdım. Bu gün isə onlar

gerçəkliyə çevrilməyə başlamışdı...”

Səhifəni yarıda qoyaraq dəftəri

vərəqləməyə başladı.

“5 avqust 1918-ci il.

Bu gün evliliyimizdən dörd gün

keçir. Onun üçün çox narahatam.

Axı o əsgərdi. İslam ordusunun

ən qabiliyyətli əsgərlərindən biri.

Nuru paşanın başçılıq etdiyi türk

ordusu ilə birlikdə Bakını azad etmək

üçün hücuma keçdilər. Onlar üçün

dua etməkdən başqa əlimdən heç

nə gəlmir. Getməməsini istəyə də

bilməzdim. Çünki bilirəm, heç nə ilə

saxlaya bilməyəcəkdim onu...”

Növbəti səhifəyə keçdi.

“7 avqust 1918-ci il.

Nəhayət ki, ondan məktub aldım.

Elə narahat olmuşdum ki. Həyəcanla

məktubu açaraq oxumağa başladım:

“Elnaz, bizimlə hər şey

qaydasındadır. Heç narahat olma.

Tezliklə qələbə xəbərilə dönəcəyik.

Dünən bilirsən nə oldu? Türklər də

bizimlə birlikdə döyüşür axı. Onlardan

biri dünən mənim həyatımı xilas etdi.

Adı Onurdu. Özünü qarşıma atdı

ki, güllənin qabağını kəssin. Yaxşı ki,

çiynindən yaralandı, vəziyyəti yaxşıdı.

İndi ona bir can borcum var.

Mənim üçün narahat olma. Hər şey

yaxşı olacaq. Şəhid olsam belə ağlayıb

eləmə, başını dik tut həmişə.

Səni sevən, Əli”

Yenə də bir neçə vərəq ötürərək

oxumağa davam etdi.

“30 sentyabr 1918-ci il.

Uzun müddətdir ki, ondan bir xəbər

ala bilmirəm. Son dəfə on altı gün

əvvəl məktubunu almışdım. Tezliklə

qələbə xəbəri alacağımı söyləyirdi.

Sonradan öyrəndim ki, 15 sentyabrda

Bakıya yeni hücum başladılıb.

Türklərin də yardımı ilə Bakı, nəhayət

ki, azad edilmişdi. Buna həddindən

artıq sevinsəm də, bir tərəfdən Əlini

düşünürdüm. “Görəsən, ona bir şey

olmayıb ki? Görəsən, indi haradadır?”

kimi fikirlər düşüncələrimi ələ

keçirmişdi...”

“1 oktyabr 1918-ci il.

Bu gün Bakıdan bir məktub aldım.

Ürəyim titrəməyə başladı. Çünki

məktub Əlidən deyildi. Həyəcanla

açdım məktubu.

“Elnaz xanım. Mən Əlinin əsgər

yoldaşı Fikrətəm. Bu xəbəri sizə

bildirmək mənim üçün çox çətin olsa

da bunu etməliyəm. Çünki Əli ilə

şərt kəsmişik. Birimizə nə isə olsa

yaxınlarımıza xəbər verməli idik.

Təəssüflə bildirirəm ki, Əli Bakı

döyüşündə qəhrəmancasına həlak

oldu.

Yəqin Onur haqqında məlumatınız

var. Döyüşdə Onur ağır yaralanmışdı.

Əli də dostunu döyüş meydanından

xilas etmək üçün irəli atıldı. Onu

qızğın döyüşdən çıxararkən

qəhrəmancasına həlak oldu. Vətən sağ

olsun!

Onu harda dəfn edəcəklərini

bilmirəm. Amma türklərin adətlərinə

görə yoldaşını meydandan çıxararkən

onunla birlikdə şəhid olan əsgərlər

birlikdə də dəfn olunmalıdır. Onurun

məzarını tapsanız bilin ki, Əli də

oralardadır.

Fikrət.””

“1 may 1960-cı il.

Əziz qızım. İllərdir atanın qəbrini

tapmağa çalışdım. Amma hələ də onu

tapa bilməmişəm. Artıq yaş öz sözünü

deyir. Canımda can qalmayıb. Sənə

vəsiyyətim odur ki, atanın məzarını

tap. Mən tapa bilmədim, heç olmasa

bunu sən elə...”

4

Xədicə xanım Bakı şəhəri

yaxınlığındakı, Qobustanda yerləşən

türk məzarlığının qarşısında

dayanmışdı. Mərkəzdə hündür bir

abidə qurulmuşdu. Abidənin sol

tərəfindəki dirəkdə Azərbaycanın

üçrəngli bayrağı, sağ tərəfində

isə Türkiyənin al qırmızı bayrağı

dalğalanırdı. Sağ və sol tərəflərdə

qəbirlər sıra ilə düzülmüşdü. Xədicə

xanım ayaq üstə özünü güclə

saxlayırdı. Oğlanlarının köməyilə

buraya gəlmişdi. İndi onlar arxada,

maşınlarının yanında dayanaraq

analarına göz qoyurdular.

Kiçik addımlarla məzarlara

yanaşmağa başladı. Məzardaşlarının

üzərindəki adları çətinliklə seçə

bilirdi – Ömər Kutlu, Yusuf Özgüven,

Görkem Yıldırım, Onur Birkan... Bu ad

necə də doğma gəlir. Elə bil, haradasa

eşitmişdi bu adı. Bir dəqiqə, axı Əlinin

– atasının dostunun da adı Onur idi.

Görəsən, bu o idimi? Görəsən, bu,

həqiqətən də, həmin Onur idimi?

Qəfil anasından qalan gündəliyi

xatırladı. Axı orada yazılmışdı ki,

Onurun məzarını tapdığınız gün

Əlini də tapacaqsınız. Axı türklərin

adətləri belə idi. Onlar döyüş

yoldaşını meydandan çıxararkən

həlak olanları bir yerdə dəfn

edirdilər. Həyəcanla növbəti qəbirə

yaxınlaşdı. Üzərində “Ali” yazısı olan

məzardaşının aşağısında bu sözlər

yazılmışdı: “Arkadaşının naşını savaş

meydanından çıkarmaya çalışırken

şehit olmuştur.”

Xədicə xanım gözyaşlarını saxlaya

bilmədi. Bu, şübhəsiz, o idi. Anasının

illərlə axtardığı, amma tapa bilmədiyi

Əlinin məzarı idi. Dizləri üstə çöküb

atasının qəbiri üstündə ağlamağa

başladı. Gec-gecdən başını qaldırdı.

– Ata, səni tapdım. Bilirəm, məni

eşidirsən. Bax, biz hələ də müstəqilik.

Biz müstəqil dövlətik. Onlar bizi

yıxa bilmədilər. Boğa bilmədilər

bizi. – Hönkürtü ilə ağlamağa

başladı. Az sonra səsi kəsildi. İndi

qəbirin qarşısında hərəkətsiz halda

oturmuşdu.

Böyük oğlu maşından aralanaraq

ona sarı gəlməyə başladı. Məzarın

yanında dayanıb əlini anasının çiyninə

qoyaraq onu səslədi. Amma cavab ala

bilmədi. Əyilərək onun başını yerdən

qaldırdı. Bu an hakim kəsilə bilmədiyi

bir damla yaş yanağına süzülməyə

başladı. O, artıq ölmüşdü.

USTAD senet.az / may

125

Sakvoyaj

USTAD senet.az / may

126

Ülviyyə Tahir

Aprelə xas dəyişkən hava hökm

sürürdü. Bütün Bakı bolşeviklər

tərəfindən tutulmuş, yollar kəsilmişdi.

Lakin gözdən qaçan yenə nələrsə var

idi. Kabinetin qapısı döyüldü.

– Gəl! – deyə, içəridən amiranə səs

eşidildi.

Kabinetə daxil olan adam

ayaqlarını cütləyib hərbi salam

verdikdən dərhal sonra:

– Əmriniz üzrə şəhərin bütün

giriş-çıxışları bağlanmışdır. Həbs

etdiklərimiz var. Onların hamısını

təyinatı üzrə təhvil vermişik. Lakin...

– Lakin, nə? – amiranə səs ildırım

kimi guruldayanda hərbçi öləzimiş

notlarla dilləndi:

– Baş nazir...

– Nəsibə nə olub? Qaçırtdınızmı

əlinizdən yoxsa? – Yerindən dik

qalxaraq əlini masaya çırpdı. Hərbçi

yumağa dönüb girməyə siçan deşiyi

axtarırdı.

– Xeyr, yoldaş...

– Nə baş verib, tez...

– Nəsib Yusifbəyli ailəsi ilə

vidalaşaraq sürücüsü ilə şəhəri tərk

edib. Siz narahat olmayın, hansı

istiqamətə yollandığından xəbərimiz

var. Amma...

– Nə amma, nə amma, ammasız

qurulan cümlə istəyirəm!

– Yoldaş...

– Cəld ol! Sizin kimi fərsizlər

ucbatından iflas edəcək bu boyda

inqilab. Hamınızı hərbi tribunala

verəcəm! – bağırtısı divarları silkələdi.

– Sakvoyaj...

– Apardımı özü ilə bütün varidatı,

eləmi?

– Biz onu ələ keçirəcəyik...

– Gələcək zamanda qurulan

cümlə istəmirəm! Sizə 24 saat vaxt.

Əks halda, ilk sizi güllələnməyə

göndərəcəm!

Kabinetdən çıxanda sanki beli

qırılmışdı. Birtəhər özünü ələ alıb

binanı tərk etdi. Məlumatı gətirən

həyətdə gözləyirdi. Ona başı ilə

işarə etdi, eyni anda atlara sıçradılar.

Yarım saat sonra dəstəsi ilə Gəncə

istiqamətində irəliləyirdilər.

Arada yollarda dayanıb məlumat

toplayır, sonra yenə fasilə vermədən

məlumatın mənbəyinə doğru

qanadlanırdılar. Son məlumat

Yevlaxdan gəldi. Orada dayanacaq

ediblər. Qəfil atlardan biri irəli

atılaraq toza qərq oldu. Saniyələr

sonra artıq bağrının çatladığı

məlum oldu. Atın boynuna sıxılmış

Malxazyan yüngül sıyrıqlarla canını

qurtarmışdı. Heyvana hiddətlə

baxaraq toza qərq olmuş yola

tüpürdü:

– Bu Nəsib özü heç zad aparmayıb.

Mən ölü, siz diri.

– Aparıb. Sakvoyajı görüblər.

Parlaq, təzə və ağır olub, – hərbçi

geyimindən daha yüksək çinli olduğu

bəlli olan gənc dilləndi.

– O, hələ Tiflisdə olarkən atasına

məktub yazıb pul istəyərdi. Bunu

dəqiq xatırlayıram.

– Mənim bu nağıllara qarnım

toxdu. İrəli! Malxazyan, sən də atıl

Kərəmin atının belinə, Kərəm, sən

burada qal. Sənsiz də keçinərik.

– Axı, deyirlər, Qarxunlu Əşrəfin

evindədir. Onu asanlıqla verəcəyini

zənn etmirəm.

– Kim deyir ki, Qarxunlunun evinə

hücum edəcəyik, – Malxazyan kinayə

ilə gülümsədi.

Kərəm toza qərq olmuş yolda

atların gözdən itməsini izlədikdən

sonra cibindən çıxardığı kağıza

maxorka bükməyə başladı.

Dan yeri söküləndə Qarxuna

çatdılar. Kəndin ətrafına səpələnib

avtomobil izi axtardılar. İki iz vardı.

Köhnə iz dünənin idi. Yeni iz isə

maşının kənddən çıxdığını göstərirdi,

uzaqbaşı iki saat əvvəl. Malxazyan

məmnun halda:

– Kim öldürdü?

– Qarxunlu Əşrəf, – hərbçi onun üz

ifadəsinin istədiyi cavabı verdi.

– Şahid lazım deyil! Sürücünü

də öldürün! – Malxazyan hökmlə

dilləndi.

– Qarxunlunun belə iş tutmağına

inandırmaq bir az vaxt alacaq, –

hərbçi artıq növbəti dayanacaqda

atlarını dəyişəndə Malxazyan əmin

halda cavab verdi:

– Ölülər danışmır. Bu məsələdə

məni baş nazir, səni sakvoyaj

maraqlandırır. Gedək.

Avtomobilə Yevlaxla Gəncə

arasındakı düzənlikdə yetişdilər.

Yanacaq qurtarmışdı. Sürücü tələsik

halda yanacaq dolu qabı yük yerindən

çıxarırdı. Atlıları uzaqdan sezən kimi

əlindəkiləri atıb qaçmağa başladı.

Qarşıdakı təpəni aşan kimi xilas

olacağını düşünərək sürətini daha

da artırırdı. Avtomobilə çatmamış

gülləbaran başladı. Cəld avtomobili

əhatəyə alıb atlardan ehtiyatla

endilər. Silahlarını və süngülərini

hazır tutmuşdular. Malxazyan işarə

verdikdən sonra əsgərlərdən biri

avtomobilin qapısına əl atdı. Qapı

açılan kimi baş nazirin başıaşağı

sallandı. Güllənin biri sinəsinə, biri də

boğazına saplanmışdı. Qan şoralanıb

tökülürdü. Gözləri isə hələ dünya

işığı ilə parlayırdı. Malxazyanı görən

kimi çətinliklə gülümsədi. Daha sonra

acgözlüklə sakvoyaja cuman əsgərlərə

sarı gözlərini çevirdi. Onlardan da

nəzərlərini çəkərək günorta yerinə

qalxmış günəşə baxdı. Elə gözləri

günəşdə son nəfəsini verdi.

Əsgərin təqdim etdiyi yüpyüngül

sakvoyaja toxunanda hərbçi

heyrətə düşdü. “Bəlkə, puldur”–

deyə özünə təsəlli verdi. Qaytarıb

əsgərə uzadaraq açmasını əmr etdi.

Sakvoyajın içindən bir dəst kostyum,

diş fırçası və daraq çıxdı.

USTAD senet.az / may

127

O evin tarixçəsi

(gerçək faktlar əsasında)

USTAD senet.az / may

128

Şəfa Vəli

Şükufə xanım çox narahat idi.

Şəhərə səs yayılmışdı ki, cümhuriyyət

quranların evləri əllərindən alınır.

Əslində, Şükufə xanım bu səsin

yayılacağını çoxdan gözləyirdi: Nəsib

bəyin ölüm xəbəri gələn gündən.

Bu evin Yusifbəylilərə gözdağı

olacağı elə həmin gündən bəlliydi. Bəlli

olan zaman da gəlməkdə gecikmək

istəmirdi.

Nəsib bəyin ölüm xəbəri çıxan gün

Şükufə xanıma elə gəlmişdi ki, onunla

bərabər bu ev də qardaşına ağı demiş,

ağlamışdı. Həmin gün buludlar gürşad

yağdırmamışdı, yox... Bircə əlçim bulud

asılmışdı düz bu həyətin üstündən,

narın damlalar ahəstəcə pəncərələrin

çərçivəsini döyəcləmişdi, həyətdəki nar

ağacının budaqlarına sarılmışdı. Şükufə

xanım ağlamışdı...Çox ağlamışdı.

Damlalar nar ağacıyla

sarmaşmaqdan doymamışdı, bu evin

divarlarına da sığal çəkmişdi. Sanki, o

bircə əlçim bulud Kürdəmirdən bura

yüyürüb, düz Qarxun kəndindən

Gəncəyə qədər nəfəs dərməyib ki,

Şükufə xanım tək ağlamasın.

İndi o hüzünlü gündən çox illər

keçmişdi...

1930-cu ilin payızı Gəncənin Xan

çinarlarının saçlarını qızılı rəngdə

boyamağa başlamışdı. Amma hələ də

Nəsib bəyin yazı masası, divardakı

kitab rəfi yerindəydi. Şükufə xanım

hər gün yazı masasının, rəfdəki

kitabların tozunu alır, onları bircə-bircə

“Nəsibin yadigarı” deyərək əzizləyirdi.

Əzizlədikcə də gah qürurunun

qucağında nazlanan doğmalığına

sığınır, gah da qardaşının nakamlığı

ilə bərabər müəmmasıyla da ruh

göynədən yoxluğuna sızlayırdı.

İndi isə... Yox! O, bu evi – Nəsibin,

balalarının göz açdığı bu otaqları,

Nəsibin nar tingləri əkdiyi bağçanı

yadların əllərinə verə bilməzdi. Buna

ürəyi gəlməzdi... Buna gücü çatmazdı.

Bəs, evi qorumağa gücü çatacaqdımı?!

Bunu bilmirdi.

Bir də Şükufə xanım evdə artıq qərar

tuta bilmirdi: otaqdan-otağa keçir,

başını qaldırıb divarlara baxmağa

xəcalət çəkirdi. Ona elə gəlirdi ki,

bu saat, bu an “Yusifbəylilərin

mülkü” deyə bütün basalaqda

boy göstərən, ün salan bu ev onun

ürəyindəki nigarançılığı duyur. Elə bu

nigarançılıqla da hər bucaq, hər sütun,

hər pəncərə şüşəsi ondan imdad diləyir

ki:

- Amandı, Şükufə, qıyma bizi yad

əllərə!

Şükufə xanım bir neçə gün elə bu

cür – boynubükük halda hərdən evin

içində gəzindi, hərdən də evin başına

dolandı. Dolandıqca da ürəyində özözünü

inandırdı ki, bu evi qoruyub

saxlaya bilər! Bu evi yad əllərə verməyə

bilər! Sanki, başqa biri onun beyninin

içindən hökm verirdi: “Ev yad əllərə

verilməməlidir! Olmamalıdır! Baş

verməməlidir!”

Hökm verilirdi... Verilmişdi. Bəs,

onun güzgüdə gördüyü –

saçlarına dən düşmüş, arıq

bir qadın bu hökmü yerinə

yetirə biləcəkdimi?!

Şükufə xanım bu

otaqdan-o otağa atasının

əzəmətini, Nəsib bəyin

gülərüz çöhrəsini, Şəfiqə

xanımın gözəlliyi yansıyan

xoşbəxt anlarını, Eynülhəyat

xanımın saf idrakını daşıyır,

yorulmurdu. Gah atasının

onun üçün ta Tiflisdən

gətirtdiyi dolaba söykənir, gah

rəhmətlik Nəsib bəyin yazı masasına

bir bacı nigarançılığı ilə tumar çəkir,

gah da həyətə düşüb Nəsib bəyin

əli dəyən hər bir ağacı gözləriylə

oxşayırdı. Sentyabr günəşinin onunla

gizlənqaç oynaması eyninə də gəlmirdi.

O, Yusifbəylilərin mülkünü qorumaq

haqqında düşünürdü...

...Yusifbəylilərin ulu babası Cavad

xanın vəziri olmuşdu. Gəncənin

məğrur xanı ilk göz ovunu – könül

ovçusunu da Yusifbəylilərdən

seçmiş, vəzirinin bacısı, gözəlliyi

şəhər qalasının divarlarını çoxdan

aşmış Şükufə xanımla evlənmişdi.

Elə o gözəl xan arvadının adını Yusif

bəy öz sevimli qızına qoymuşdu,

Yusifbəylilərin ikinci Şükufəsi də öz

gözəlliyi ilə şəhərə ad sala bilmişdi.

Gəncənin adlı-sanlı nəsillərindən

olan Pişnamazzadələr bu gözəlliyi

öz nəsil xonçalarına bəzək vermişdi:

Şükufə xanımın soyadı Yusifbəyli-

Pişnamazzadə olmuşdu. Və bu gün iki

nəslin yükünü sısqa çiyinlərinə şərəfli

yük eləmiş bir türk qadını “doğma ev”

adlı ikicə kəlməni qorumaq üçün bütün

gücüylə savaşırdı. Onun gücü zamanın

ucsuz-bucaqsız bozqırlarından çaparaq

gəlmiş bir gümana könül verən

idrakındaydı.

Şükufə xanım təhsilini də bu evdə

almışdı. O, təhsilini davam etdirmək

üçün Gəncəni cəmi üç illiyinə tərk

etmişdi: Bakıda üçillik kursda bağça

müəllimliyi ixtisasına yiyələnmişdi.

Hələ ötən il – 1929-cu ildə təşəbbüs

göstərib uşaq evi açmışdı. Neçə gündü

ürəyinə yüklənən nigarançılığı azacıq

da olsa süsləməyə, dincə qoymağa

ehtiyac duyduğunda uşaq evinə getdi.

Yolda qarşısına Əhməd Cavadın

Çanaqqaladan gətirdiyi yetim qız

uşaqlarından biri olan Güllü çıxdı.

Onun əsl adı Gültən idi. Amma hamı

ona “Güllü” deyə xitab edirdi. Bu qız

elə şəhərin Əttarlar küçəsində, Məşədi

Minaxanımın evində böyümüşdü.

Artıq on yeddi yaşı olan Güllü öz

gözəlliyi və şirin ləhcəsi ilə bütün

basalağın gözü olmuşdu.

Şükufə xanım ehmal-ehmal

Güllüyə yaxınlaşdı, nigarançılıq yağan

baxışlarını qızın qoşa hörüklərindən

aşağı sürüşdürüb şirəli qazança

tutmuş əllərində saxladı. Güman

elədi ki, qız Çayqırağında yaşayan

Çoban Kəsirgildən, ağartı almaqdan

gəlir. Güllü də Şükufə xanıma görə

dayanmışdı. Bunu onun parıldayan

gözlərindən və təbəssüm qonan

çöhrəsindən sezmək olurdu.

– Necəsiz, Şükufə xanımım? – birinci

qız dilləndi.

– Yaxşıyam, min şükür, Güllü qızım.

– Şükufə xanım qızın təbəssümündən

azca təskinlik tapdı.

– Çobanlardan süd aldım. – Güllü

sentyabr günəşinə qoşulub ürəklə

gülümsəyirdi.

– Yaxşı elədin, qadan alım. Yaxşıca

bir südlü aş bişirsən, axşama gələrəm.

Naharsızam. – Güllünün könül isidən

təbəssümünün onu illərin ötəsindən bu

günün bu saatına qaytardığını anlayan

Şükufə xanım azca toxtadığına özü də

sevindi.

– Tamam...

– Yaxşı yol, qadan alım.

Şükufə xanım yolun bundan

sonrasını daha inamla addımladı.

Canı canından, qanı qanından olan bu

USTAD senet.az / may

129

Şükufə xanımın uşaqlarla şəkli

USTAD senet.az / may

130

qızın ata-anası Çanaqqalada – savaşda

ölmüşdülər. Əhməd Cavad savaş

sonrası Çanaqqaladan Gəncəyə çox

kimsəsiz qız uşaqları gətirmişdi. O,

qızları bircə-bircə Gəncənin adlı-sanlı

adamlarına, xalqı, milləti, soy-kökü

üçün yanan insanlara əmanət etmişdi.

Hamı da onun əmanətinə göz bəbəyi

kimi baxmışdı; Gültənlər, Ayşələr,

Nəbahatlar Gəncənin köklü nəsillərinin

bir övladı kimi böyüdülmüşdü. Elə

o cür də, əsl gəncəli bir ailənin qızı

kimi gəlin köçürülən də, evdə xüsusi

müəllimlərdən təhsil alanlar da vardı.

Şükufə xanım uşaq evinə çatanacan

bütün yolboyu Əhməd Cavadın canına

dualar oxudu ürəyində: “Nə gözəl

iş görüb Cavad əfəndi. Savaşda ataanasını

itirən yetim qız uşaqlarını

sahibsiz qoymayıb, əli çatanını

gətirib bura. Ürəyimizin Çanaqqala

göynərtisini bir azca susdura bilib.

Zəfərlə bitdi Çanaqqala savaşı.

Savaş elə savaşdı axı... Gör, nə qədər

Güllü yetim, kimsəsiz qalıb?! Yox,

vallah, Cavad əfəndiyə bu dünyada

rəhmət düşür. O, türk milləti üçün

yanmağın əslini yaşayır. Elə Güllünün,

Şahsevənlərdəki Mircəmil ağanın

evində böyüyən Nihalın, Qazaxlardakı

Şaiqənin, Bağmanlardakı Türfənin – bu

qədər uşağın kimsəsiz qalmamasının

savabı bəsdi Cavad əfəndiyə...”

Şükufə xanım bu fikirlərlə uşaq

evinin darvazasından içəri girdi. Uşaq

evi iç-içə iki iri otaqdan, bir kiçik

mətbəxdən və həyətin o biri başındakı

dəstəmazxanadan ibarət idi. Bina

üzü çaya baxırdı. O vaxtlar bu binada

Cavad xanın dəftərxanası yerləşirmiş.

Sonradan uzun illər boş qalan bina bir

az da baxımsız vəziyyətdəydi. Şükufə

xanım bu binanın təmirə ehtiyacı

olduğunu bilirdi. Amma hökumət

nümayəndələri bu balaca azərbaycanlı

uşaqlarına, Turan ağacının bu əzəmətli

budağının tumurcuqlarına geniş,

işıqlı, təmirli binalardan heç birini

qıymamışdılar.

Şükufə xanımı uşaqların

sevincqarışıq qışqırıqları qarşıladı:

tərbiyəçi Naibə xanımın məlahətli

səsinə məhəl qoymayan balacalar

kiçik həyətdə bir-birini qovur,

“Gözbağlayıcı” oynayırdılar. Şükufə

xanım bu uşaqların arasında ayrı

ir dünya yaşayırdı. Onun burdakı

dünyasında darvazadan eşikdəki bütün

problemlər qorxaq-qorxaq beyninin

bir tərəfində gizlənirdi. Sanki, olubolmazlar,

hətta, olacaqlardan narahat

olan, “nigarançılıq” adlı donu özünə

yaraşdıran düşüncəsi bu kiçik binanın

taxta darvazasına çatınca çılpaqlaşırdı.

Və bu çılpaqlıqda yalnızca uşaq

qayğısızlığının min bir rəngi, çaları

fərəhlə, təbəssümlə qoyun-qoyuna

bərraqlanırdı.

Şükufə xanım həyətin düz

ortasındakı kiçik hovuzun kənarında

dayandı, bir əlini hovuzun

kənarındakı daşın üstünə qoydu.

Qəhərinin sevincdən, yaxud gün boyu

ruhunu çulğamış nigarançılıqdan

qaynaqlandığını kəsdirmək istəyirdi.

Baxışlarıyla gələcəyin tumurcuqlarının

saçlarını sığallayır, boylarını oxşayırdı.

Ürəyindən keçənlər ruhunu arındıran

ümidə çevrildikcə acdığını daha da

hiss edir, yorğunluğu, halsızlığı onu

üstələyirdi: “Bu qızlar... Hər biri

böyüyüb ana olacaq. Oğullar Xəlillərin,

Nəsiblərin, Fətəlilərin, Həsənlərin,

Aslanların yurdunda çıraq yandıracaq.

Onların xatirəsini yaşatdıqları kimi

izlərinə ayaq qoyacaq, amallarına da

xidmət edəcəklər. Bu torpaq Nizamilər,

Bəndərlər, Cavad xanlar, Comərd

Qəssablar yetirib, yetirəcək də!”

Ürəyinin riqqətə gəldiyi həmin anda

Zərrabilərdən olan Hacı Ələkbərin

altı yaşlı nəvəsi Nəsib onun ətəyindən

yapışdı:

– Şükufə xala, ay Şükufə xala!

– Can... Xalan qadanı alsın, can!

– Nənəm deyir ki, sənin adını Şükufə

xalan qoyub. Dedi ki, sizin evdə yekə,

yaxşı bir Nəsib olub. Onun adını

qoyubsan mənə. Olar, sizin evə gedək?

Nənəm deyir, o evdə yekə Nəsib çoxlu,

lap çoxlu nar əkib ey...

Şükufə xanım bu balaca Nəsibin

gözlərindən boylanan işığı

görürdü. Gördükcə də anlayırdı ki,

“Yusifbəylilərin mülkü”nü qoruyacaq

gücü var! Və bu gücü ona məhz balaca

Nəsibin gözündəki işıq verir!

...Həmin axşam Şükufə xanım

Güllünün bişirdiyi südlü aşdan

doyunca yedi. Kiçik dəftərçəsinə

Şükufə xanımın cehizlik dolabı

Əhməd Cavadın “Qoşma” kitabından

köçürdüyü şeirlərdən də oxudu.

Məşədi Minaxanımın şaqraq

gülüşüylə köksünü ötürərək gözlərini

sıxmağı bir-birini aylar, illər, fəsillər

kimi ahəngdarcasına əvəz elədi.

Və Şükufə xanım o axşam doğma

evə inamlı addımlarla qayıtdı. O,

bu evin müsadirə olunmasına izn

verməyəcəkdi! Bunu bacaracaqdı!

Yeni gün “Yusifbəylilərin mülkü”nə

yeni bir tarixin başlanğıcı kimi

gəlmişdi. Şükufə xanım evin hər

künc-bucağına əl gəzdirir, otaqları

səliqəyə salırdı. Obaşdan durub həyəti

də süpürmüşdü. Hələ darvazanın

eşiyinə – səkiyə də su çiləyib süpürgə

çəkmişdi. O, bu gün bir Yusifbəyli kimi

öz ata yurdunu, bir Pişnamazzadə kimi

Gəncənin ən köklü nəslinin ocağını

Gəncə tarixinə yenidən qazandıracaqdı.

Bu mülkü hansısa rus, yaxud erməni

məmurunun ya evi, ya da iş yeri

olmaqdan xilas edəcəkdi.

Gün bir boy qalxanda basalağın

başı üstündəki buludlar da seyrəldi.

Küçənin lap o biri başından şən uşaq

gülüşləri buludlara inad səmaya

yüksəldi. Şükufə xanım bişirdiyi şirin

kökələri isti-isti məcməyiyə düzdü,

həyətdəki kürənin qapısına yaxın yerə

USTAD senet.az / may

131

USTAD senet.az / may

132

Yusifbəylərin ailə sərdabəsi

hər ehtimala qarşı yan-yana iki kətil

qoydu. Birdən uşaqlardan hansısa

nadinclik edib isti kürəyə əl basar,

əlini yandırar deyə təlaşlansa da,

uşaqların göyə ucalan şən səsləri onun

bütün təlaşını qayğısız təbəssümünə

qurban verdi. Şükufə xanım yüyürüb

darvazanın hər iki tayını da açdı,

rəngbərəng çiçəklərə bənzəyən uşaqları

bir ana şəfqətiylə qarşılayıb onlara:

– Sabahınız xeyir! – dedi.

Uşaqların səsi bir-birini üstələdi,

hamısı Şükufə xanımın üstünə

yüyürdü.

Naibə xanım əlindəki iri bükülünü

Şükufə xanıma verəndə uşaqlar artıq

məcməyidəki kökələri həvəslə, iştahla

yeyirdilər. Şükufə xanım bu bükülünü

ehmalca götürüb sinəsinə sıxdı. Yanağı

boyu yuvarlanan iki gilə yaş onun

dodaqlarından çıxan ikicə kəlməyə

dünyadan böyük səmimiyyət qatırdı.

Şükufə xanım Naibə xanıma əsl bacı

sevgisiylə:

– Sağ ol! – dedi.

Naibə xanım da kövrəldi, amma o,

öz təmkininə sadiq qalmağı bacardı:

uşaqlara yaxınlaşıb dedi:

– Uşaqlar, şirin kökələrinizi

yeyə-yeyə Nəsib bəy Yusifbəylinin

kitablarına, yazı masasına baxaqmı?

Uşaqlar birağızdan:

– Həəəə! – deyə qışqırışdılar.

Naibə xanım ərklə Şükufə xanıma

baxdı. Yusifbəylilərin gözəl qızı,

Pişnamazzadələrin məğrur gəlini

sadəcə gülümsədi.

Uşaqlar Nəsib bəyin kitab rəfinə

baxır, ağıllarına gələn bütün suallarla

öz maraqlarının hüdudsuzluğunu ifadə

edirdilər. Naibə xanım səbirlə, təmkinlə

onların bütün suallarına cavab verməyə

çalışır, bu uşaqların zehninə, yaddaşına

əsl Nəsib bəy Yusifbəylinin obrazını

“həkk edirdi”. O da bu xalqın ziyalı

qadını kimi sanki gələcəyi görürdü.

Daxilində əmin idi ki, nə vaxtsa

Nəsib bəy Yusifbəylinin əsl kimliyi

üzə çıxacaq, xalq öz qeyrətli oğlunun

məğrurluğunun əsl mahiyyətini

anlayacaqdır. O, özü həmin günləri

görməsə də, bu balaca fidanların

Nəsib bəy Yusifbəylinin adıyla

qürurlanacaqları günü “görürdü”,

bütün varlığıyla buna inanırdı. Bu

inam zamanın axarıyla qarşı-qarşıya

dayandığında uzaqdan, lap uzaqlardan

zəfər nəğməsinin səsi duyulurdu.

Bu, keçmişdən süzülən qaval daşının

səsiydi. Bu səs gələcəkdən xəbər verən,

daşlara hopan yurd sevgisinin, milli

özünüdərkin əks-sədasıydı. Gələcəklə

keçmiş bu uşaqların zehnində,

təfəkküründə elə qovuşmalıydı ki,

iyirmi üç aylıq ömrü olan Azərbaycan

Xalq Cümhuriyyətinin əsl anlamı

əbədilik qazanmalıydı.

Uşaqların səsi Şükufə xanımın

qulaqlarına “Yusifbəylilər mülkü”

haqqında nəğmə kimi toxunurdu. O,

sinəsinə sıxdığı bükülünü darvazanın

sağ tayına söykədi, kürəxananın

qarşısına qoyduğu iki kətildən birini

götürüb düz bükülünün yanına gəldi.

Ayaqqabılarını soyunub kətilin üstünə

çıxdı, əyilib bükülünü götürdü, dörd

ucu bir-birinə düyünlənmiş qalın şalı

açdı. Uşaq evinin ünvan lövhəsini şalın

arasından tumarlaya-tumarlaya çıxardı.

Onun baxışları lövhəni ümidgah kimi

sevələyirdi.

...Uşaqlar həmin gün naharı

da “Yusifbəylilərin mülkü”ndə

elədi. Naibə xanım uşaqlara evin

otaqlarını, həyətdəki kiçik bağçanı

ütün gəzdirdi. Uşaqlar bu böyük

evə tez isinişdilər. Tumurcuqların

macəra həvəsi bu evin divarlarında elə

əsrarəngiz əks-səda verirdi ki. Naibə

xanımın bu ev, Gəncənin tarixi, iyirmi

üç aylıq cümhuriyyət barədə sadə

dillə danışdığı əhvalatlar uşaqlara

Şükufə xanımı bir neçə saatlıq da olsa,

unutdurmuşdu. Yalnız günortadan

sonra onlar Şükufə xanımı gördülər.

Yusifbəylilərin gözəl qızı gözlərindən

axan yaşı dodağındakı sevincli sözlərə

qatıb danışırdı ki:

– Naibə, getdim. Getdim düz

idarəyə. Dedim onlara ki, uşaq evini

təmirə bağlamışam. Daha uşaqlar o

təmirsiz yerdə olmayacaqlar, dedim.

Bəribaşdan hazırladığım ərizəni də

masanın üstünə qoydum ki, uşaq evini

öz evimə köçürmüşəm. Kim istəsə

gəlib buranın şəraitinə baxa bilər, deyə

şəstlə düz gözlərinin içinə baxdım.

Razılaşdılar. Məşədilərdən Kazım bəy

də orda işləyir axı. Sağ olsun, dedi,

mən o evi görmüşəm, uşaqlar üçün

yaxşıdı. Razılaşdılar hamısı, ərizəmə

qol çəkdilər. Hələ o erməni var ha,

erməni, idarənin müdiri. Nə desə

yaxşıdı?! “Ara, pılımız cibimizda qaldı

ki! Remont istayırdı Şukufa xanım. Özü

düzaltdı bax!”

Naibə xanım da kövrəlmişdi. Bu dəfə

təmkini də yadına düşmədi. Qürurla

Nəsib bəyin divardakı şəklinə baxıb

dedi:

– Sən bunu bacardın, Şükufə xanım!

Sən Nəsib bəy Yusifbəyli adlı tarix

səhifəsində ağ sətir qalmağına izn

vermədin! Səninlə qürur duyuram!

...Şükufə xanım Yusifbəyli-

Pişnamazzadə 1943-cü ildə dünyasını

dəyişəndə hələ də uşaq evinin

lövhəsi ikitaylı darvazanın üstündən

asılmışdı. Ailə sərdabəsində dəfn

olunan Yusifbəylilərin gözəl qızı,

Pişnamazzadələrin məğrur gəlini o

evin tarixçəsini yenidən yazmışdı

1930-cu ilin sentyabrında... Bu gün

isə o evin ikitaylı darvazasından

başlayaraq bütün divarı boyu bir nəslin

adı yazılmış xatirə lövhələri yan-yana

asılıb. Hər bir daşıyla Yusifbəylilərin

dünənini-bu gününü “danışan” evdə

Şükufə xanımın cehizlik dolabı, Nəsib

bəyin yazı masası hələ də o evin

qonaqlarına “tarix danışır”.

USTAD senet.az / may

133

145-ci iclas

USTAD senet.az / may

134

Əzimzadə Əliağa

İki gündür ki, temperaturum aşağı

düşmür. Artıq dərman da kömək

etmir. Qızdırma məni lap taqətdən

salıb. Yaş da öz sözünü deyir artıq:

yetmişi çoxdan haqlamışam. Bu qədər

bəla ilə bu yaşa çatmağın özü böyük

nemətdir. Bütün bədənimdə ağrılar var.

Sanki ovulub tökülür bədənim. Əsas

da ciyərlərim. Maqadanın rütubətli və

şaxtalı havasının yadigarıdır bu ciyərlər

mənə. Hər nəfəs aldıqca ağrı daha da

şiddətlənir. Sanki hər nəfəs ölümə bir

az da yaxınlaşdırır məni.

Hərdən gözümü açıb pəncərədən

baxıram. Aprel ayı olsa da, çöldə sanki

qışdır. Külək səngimək bilmir, amma

yağış artıq kəsib. Yenidən gözlərimi

yumuram. Qızdırmanın təsirindən heç

xatırlamadığım hadisələri xatırlıyıram.

Hələ orta yaşlarımda yaşadıqlarım,

keçirdiyim qorxular üzündən məndə

erkən yaddaşsızlıq əmələ gəlmişdi.

Sibirdə olduğum illərdə də, bəzən hətta

ən yaxın qohumlarımın adını belə

unudurdum. İndisə qocalıq da buna öz

töhvəsini verir.

Növbəti dəfə nəvəmin səsinə

oyanıram. Qonşu otaqda nəsə danışır.

Qulaq kəsilib diqqətlə dinləyirəm:

“Ölkəmiz Sovet hakimiyyəti dövründə

böyük uğurlara, qələbələrə imza atmış,

fəhlə və kəndlilərimizin Lenin ideyaları

yolunda, partiyamızın rəhbərliyi

altında gərgin əməyi nəticəsində bu

gün də çiçəklənir, inkişaf edir.”

Hə, xatırladım. Sabahki iclasa

hazırlaşır. Nəvəm rayon komsomol

təşkilatında təlimatçıdır. Savadlı

gəncdir, institutu qırmızı diplomla

bitirib. Mən sürgündən qayıdanda o

artıq var idi.

“Əlli il bundan əvvəl Azərbaycan

proletariatı Qızıl Ordunun yardımı

ilə öz sovet hökümətini yaratmış, o

zamankı müsavatçıları, millətçiləri,

islamçıların qondarma hökümətini

devirmiş, xalqı onların zülmündən xilas

etmişdi. Ona görə bu gün – 28 aprel

bütün ölkə proletarıatı üçün əlamətdar

bir gündür.”

Son eşitdiklərim mənim halımı

tamam dəyişdi. Qəhər gəlib boğazımda

ilişdi. Gözyaşımın yanağımı

islatdığını hiss elədim. Bu illər ərzində

unutmadığım, unuda bilmədiyim,

hətta yaddaşsızlığın da mənə unutdura

bilmədiyi hadisəyə, o günə qaytardı

bu sözlər məni. O gün sarsıldım

mən. Çünki o gün bu xalqın başına

gələcək olan bəlaların xəbərçisi di. O

gün istiqlalımızı itirdik. O gün hər

kəsə cəsarəti, təmkini ilə örnək olan

Rəsulzadənin gözlərindəki təəssüfü,

qəmi gördüm. O gözlərdəki mərhəmət

və ümid öz yerini acıya, hüznə

vermişdi.

Mən onda gənc idim. Bakıda rustatar

məktəbini bitirdikdən sonra

İstanbul Darülfununda təhsil almaq

niyyətindəydim. Amma maddi

sıxıntılar ucbatından bir müddət Bakıda

qalmağa və işləməyə qərar verdim. Elə

o zaman bir yaxın dostumdan Məclisiməbusədə

işləmək üçün qeydiyyatçı

axtarıldığını eşitdim. O zaman məclisin

dəftərxana rəisi Məhəmməd ağa

Vəkilov idi. Dostum məni onunla

tanış etdi və məclis dəftərxanasında

qeydiyyatçı kimi işləməyə davam

etdim. Qırmızı ordunun cümhuriyyət

sərhədlərini keçib Bakıya doğru

irəlilədiyi gün çağırılan fövqəladə

iclasında qeydiyyatını mən aparırdım.

145-ci iclas. Məclisi-məbusənin sədri

Əlimərdan bəy Parisdə olduğu üçün

iclasa sədrliyi onun müavini Məmməd

Yusif Cəfərov edirdi. İclas axşam

saatlarında başladı. Həmin gün günorta

saatlarında qırmızı ordu artıq sərhədi

keçib paytaxta doğru irəliləyirdi.

Demək olar ki, məclis üzvlərinin çoxu

iclasda iştirak edirdi. İçəridə işıq zəif

olsa da, başda müsavat fraksiyasının

sədri Məhəmmədin bəy olmaqla

cümhuriyyətçilərin gözlərindəki

nigarançılıq və qəm, sosialist və

daşnakların isə gözlərindəki sevinc

işartıları aydın sezilirdi.

Sədr öncə iclasın açıq, ya qapalı

olması barədə məclis üzvlərinin fikrini

soruşdu. Yerdən səslər ucalmağa

başladı.

– Açıq olsun, qapalı olsun, açıq

olsun...

Sədr masaya əli ilə döyəcləyib

soruşdu:

– Bəlkə, bir şəxs bu haqda danışmaq

istəyir?

Sözü Məhəmməd Əmin Rəsulzadə

aldı:

– Cənablar! Bu tarixi qərarı

millətdən bixəbər çıxarmayaq. Ölkə

Parlamentinin qapısını açıq qoyaq

ki, hər kəs nə cür təhlükəli vəziyyət

içində olduğumuzu, nə cür qərar qəbul

edəcəyimizi bilsin. Ona görə də təklif

edirəm ki, məclisimizin qapılarını

millət üzünə bağlamayaq və millətdən

bixəbər qərar qəbul etməyək.

Rəsulzadənin səsindəki həyacanı

hiss etməmək mümkün deyildi. Elə

bu zaman Şəfi Bəy Rüstəmbəyovun

başını aşağı salıb ağladığını gördüm.

İxtiyarsız mənim də gözlərim yaşardı.

Başımı aşağı saldım.

Qərar səsə qoyuldu və qəbul edildi.

İclas açıq keçiriləcəkdi. Daha sonra

müzakirələr başlandı. Məhəmməd

Həsən Hacınski çıxışında bildirdi ki,

kommunist firqəsi məclisə göndərdiyi

ultimatiumda deyir: “Əgər şərtlərimizə

əməl olunsa və sabah səhər yeddiyə

kimi hökümət kommunistlərə

təhvil verilsə, Qırmızı ordu Bakıya

girməyəcək və heç bir ixtişaş, həbs baş

verməyəcək. Əks halda, məsuliyyəti

məclis üzvləri və hökümət daşıyacaq”.

Sədr on dəqiqəlik tənəffüs elan etdi.

Elə bu zaman bayaqdan xısın-xısın

gülümsəyən kommunistlər yerdən söz

atmağa başladılar. Əliheydər Qarayev

ayağa qalxıb qışqırmağa başladı.

– Höküməti təhvil verməsəniz

hamınızı bir-bir güllələyəcəm. Qəbul

etməyənin gözlərini çıxardaram.

Elə bu zaman Rəsulzadə təəssüf dolu

nəzərlərlə ona baxaraq:

– Əliheydər, sən bu gün burda

millətin gözünü çıxartdın. Tovarişlər

sənin özünü güllələyəndə mənim

sözlərimi yada salarsan.

Əliheydər Qarayev qışqırmağa

başladı. Sədr tənəffüsün bitdiyini elan

edib məclis üzvlərini sakit olmağa,

iclasa davam etməyə çağırdı.

Rəsulzadə yenidən söz istəyib

danışmağa başladı.

– Bizim fraksiyamız təslim

olmağın əleyhinədir. Fəqət,

firqələrin əksəriyyətinin tələbinə

görə, camaatımızın arasında daxili

müharibə salmamaq üçün və əlavə

olaraq bugünkü kommunist firqəsinin

müstəqilliyimizi müdafiə edəcəklərini

nəzərə alaraq bütün ixtiyarın onlara

verilməsinin tərəfdarıyam, bu şərtlə

ki, kommunistlər istiqlaliyyət, millət

və məmləkətimizi layiqincə müdafiə

etsinlər. Yox, əgər bunlara əməl

olunmazsa, ixtiyarımızı geri alaraq

haqqımızı özümüzdə saxlayacağıq.

Daha bir neçə üzvün çıxışından

USTAD senet.az / may

135

USTAD senet.az / may

136

sonra məsələ səsə qoyuldu. Səs çoxluğu

ilə qərar qəbul edildi. Təkcə Ağa

Aşurov qərarın əleyhinə səs verdi.

Onun kommunist üzvlərə tərəf necə

nifrətlə baxdığı hələ də gözümün

önündən getmir. Məclisin yeddi

maddəlik qərarı sədr tərəfindən yüksək

səslə bir daha oxundu:

1. Sovet hökuməti tərəfindən idarə

olunan Azərbaycanın tam istiqlaliyyəti

mühafizə edilir;

2. Azərbaycan kommunist firqəsinin

yaratdığı hökumət müvəqqəti orqan

olacaqdır;

3. Azərbaycanın son idarə formasını

hər hansı bir xarici təzyiqdən asılı

olmayan fəhlə, kəndli və əsgər

deputatları sovetləri şəxsində

Azərbaycanın ali qanunverici orqanı

müəyyənləşdirir;

4. Hökumət idarəsinin bütün

xidmətçiləri öz yerlərində qalır, ancaq

məsul vəzifə tutanlar dəyişdirilir;

5. Yeni yaradılan müvəqqəti

kommunist hökuməti Parlamentin

və hökumət üzvlərinin həyatının və

əmlakının toxunulmazlığına təminat

verir;

6. Qızıl Ordunun Bakı şəhərinə

döyüşlə daxil olmasına yol verməmək

üçün tədbir görüləcək;

7. Yeni hökumət haradan baş

verməsindən asılı olmayaraq

Azərbaycanın istiqlalını sarsıtmaq

məqsədi güdən bütün xarici qüvvələrə

qarşı qəti tədbirlər görəcək və öz

sərəncamında olan bütün vasitələrlə

mübarizə aparacaqdır.

Amma bu maddələrə əməl

olunmayacağına bir çoxları kimi mən

də inanmırdım. Kommunistlər özləri də

həmçinin...

İclas gecə yarısına az qalmış

yekunlaşdı. Məclis üzvləri yerlərində

qalxıb iclas zalını tərk etməyə

başladılar. Bu zaman sevincli

gözlərində sanki ildırımlar çaxan

Əliheydər Qarayevin səsi eşidildi.

– Bu da sizin son iclasınız. Bir də

həbsxanalarda toplantı keçirərsiz...

Bu adamın simasında və qara

gözlərində dərin nifrət görünürdü.

Sanki o gözlərdəki nifrət

kommunistlərin məramnaməsi olub,

gələcək bəlalardan xəbər verirdi. Zalda

bəzi sapı özümüzdən olanların istehza

dolu gülüşləri eşidildi. Rəsulzadə yenə

də tövrünü pozmayaraq bu istiqlal

düşmənini yerində oturtdu.

– Son deyil, Əliheydər, hələ heç

nəyin sonu deyil. Bu isə son yox,

145-ci iclasdı. Bu millət yenə öz

cümhuriyyətini, öz məclisini quracaq,

hələ çox iclaslar keçirəcək. İstiqlalı bir

dəfə dadan xalq onu yenə də bərpa

edəcək. Bu məclisin ilk iclasında

dediyim kimi, bir dəfə yüksələn bayraq

bir daha enməz!

Bəli, çox şeyləri unutsam da, nə o

iclası, nə də orda baş verənləri unuda

bilmərəm. İllərdir ki, həqiqətlər

sinəmdə ağır bir daş kimi asılıb

qalıb. Heç kimə, hətta öz yaxınlarıma

da danışa bilmirəm. Axı mən necə

deyə bilərəm ki, o ordu xilaskar yox,

işğalçı idi, o yoldaşlar düşmən, “xalq

düşmənləri” isə xalqın dostu idi? Axı

mən 37-də sürgünə göndərilən ailələri,

düşərgələrdə tələf olan körpələri

görmüşəm. Artıq mən yaşadığımı

yaşamışam. Özüm üçün yox, balalarım

üçün qorxuram. Onsuz mənə görə çox

əziyyətlər çəkiblər. Bəzən düşünürəm

ki, desəm, birdən inanmazlar. Çünki

bu ideologiya əlli ilə yaxındır, bizi

zəhərləyir. Amma inanıram ki, bir

gün o balalar həqiqəti aşkar edəcək,

cümhuriyyət bərpa olunacaq, o məclis

bir də toplanacaq. O iclas da bizim

son yox, məhz 145-ci iclasımız olacaq.

Qürbət ellərə mühacirət edənlərimiz

qayıdar, yad məmləkətlərdə vəfat

edənlərimiz də doğma torpağa qovuşar.

Bəlkə, o zaman cümhuriyyət yolunda

canını fəda edənlərin də, mənim də

narahat ruhum rahatlıq tapar.

Yüz yaşlı şəkil

Mələk nənə ağ parçaya bükülmüş

kiçik bağlamanı açanda Yusif içindəkiləri

görüb, xeyli təəccübləndi. Bağlamada

saralıb-solmuş köhnə bir fotoşəkil və

köhnə əsgər papağı vardı.

– Bunlar nədir, nənə? Bunları niyə

saxlamısan? – deyə, təəccübqarışıq

maraqla nənəsindən soruşdu.

Yaşı yüzü haqlamış Mələk nənə

bağlamadakı fotoşəklə və əsgər papağına

sığal çəkə-çəkə aram-aram danışmağa

başladı:

– Bala, şəkildəkilər cümhuriyyət

dövrünün əsgərləridir. Bax, bu cavan

oğlan atamdı, sənin ulu baban. Bunlar da

atamdan mənə qalan yadigarlardır.

– Nənə, şəklin arxasında tarix də

yazılıb: 1918-ci il.

– Hə, bala, indi bu şəklin yüz yaşı

var. Anam danışırdı ki, cümhuriyyət

dövründə bizim əsgərlər də Türkiyədən

bizi xilas etməyə gəlmiş Nuru paşanın

dəstəsinə qoşulubmuşlar. Bu şəkil elə o

vaxtlar çəkilib.

– Nənə, tarix kitabından oxumuşam

ki, əgər türklər – Nuru paşanın dəstəsi

olmasaydı, sentyabrın 15-də Bakını

işğaldan azad etmək mümkün olmazdı.

1918-ci ildə Bakı uğrunda qanlı döyüşlər

olub.

Mələk nənə gözyaşlarını saxlaya

bilmədi:

– Mən də elə o illərdə doğulmuşam,

bala. Atamın heç üzünü də görməmişəm.

Sonra bolşeviklər gəlib cümhuriyyət

əsgərlərinin çoxunu öldürdülər. Anam

danışırdı ki, atamı da aparıb Nargin

adasında güllələyiblər, anam da məni

çox əziyyətlə böyüdüb. Bu yadigarları

da ağlımkəsəndən sonra anamdan alıb

saxlamışam… Yüz yaşı var indi bunların.

Ulu babanın yadigarları bu gündən oldu

səninki. Sən də bunları qoru, həmin

dövrün tarixini də yaxşı-yaxşı öyrən,

bala.

Mələk nənə bu sözləri deyib, saralıbsolmuş

fotoşəkli və əsgər papağını əlləri

əsə-əsə səliqə ilə yenə həmin ağ parçaya

Aida Quliyeva

bükdü və Yusifə uzatdı.

Yusif Mələk nənənin ziyarətinə teztez

gəlib onun ötüb-keçənlər haqqında

danışdığı maraqlı əhvalatları dinləməyi

xoşlasa da, nənənin bugünkü söhbətləri

onu həyəcanlandırdı. Mələk nənə bu

gün ona ən qiymətli tarixi yadigarlarını

əmanət eləyirdi.

İndi o, bu yadigarları layiqincə

qorumalı idi. O, ulu babasının Bakını

işğaldan azad edənlər sırasında

qəhrəmanlıqla vuruşduğu həmin günün

– 1918-ci ilin 15 sentyabr gününün

tarixini daha ətraflı öyrənməyi özünə

borc bilirdi. Mələk nənədən də bağlamanı

inamla alıb ürəyindən keçənləri dilə

gətirdi:

– Arxayın ol, nənə, yadigarlarını

çox yaxşı qoruyacam. Məktəbə də

aparıb hamıya göstərəcəm ki, məndə

cümhuriyyət dövründən qalmış əşyalar

var. Az vaxt deyil ey, nənə, yüz il

keçib həmin vaxtdan. Bu il artıq biz

Azərbaycanda Xalq Cümhuriyyəti

qurulmasının yüz illiyini qeyd edəcəyik.

USTAD senet.az / may

137

USTAD senet.az / may

138

Mələk nənənin ötüb-keçən illərin ağrıacısından

qırışmış üzü işıqlandı. Bu işıq

elə bil əvvəlki aramlı səsinə də təsir etdi.

Səsi ucaldı bir az:

– Yadında yaxşı saxla, bala, keçmişini

unudanın gələcəyi olmaz. Tarixi

yaşadanlar isə tarixdə qalar. Ulu baban

Əmin kimi.

Ulu babası Əmin Mehdinin adı tarix

kitablarına düşməsə də, Yusif nənəsilə

söhbətdən sonra çox qürurlanırdı. Bu

barədə məktəbdə də dostlarına həvəslə

danışdı. Kitabxanaya gedib cümhuriyyət

dövrünə aid xeyli kitab da aldı ki,

oxusun. 1918-1920-ci illərdə ölkəmizdə

baş vermiş hadisələr haqqında daha çox

məlumatı olsun. Kitabları oxuyanda isə

çox şeylər öyrəndi. Azərbaycanlıların

başına nələr gəlməmişdi?!

Yusif kitablardan dəftərinə qeydlər

edir, daha sonra yazdıqlarını dönədönə

oxuyurdu. Birdən nə fikirləşdisə

cümhuriyyət haqqında inşa yazmağa

qərar verdi. AXC-nin yüz illik yubiley

tədbirləri ərəfəsində yazacağı inşa

nənəsinə ən yaxşı hədiyyə, ulu babasının

ruhu qarşısında ehtiram olardı.

Elə bu məqsədlə də dəftərindəki

qeydləri bir daha oxudu. Sonra əlinə

qələm alıb 1918-ci ildə Bakıda baş

verənləri söz-söz ağ vərəqə düzdü.

Yazdığı vərəqləri səliqə ilə qatlayıb

özündən razı halda çantasına qoydu.

Amma elə o andaca nə fikirləşdisə, yan

otağa keçib nənəsinin verdiyi bağlamanı

gətirdi. Bağlamanı ehmalca açdı, saralıbsolmuş

yüzyaşlı fotoşəkli əlinə alıb bir

daha 1918-ci ilin əsgərlərini diqqətlə

nəzərdən keçirdi. Doğrudan da, bu şəkil

əsl tarix idi. Ani olaraq düşündü ki, şəkli

böyüdüb çərçivəyə salsın və nənəsigildə

evin ən baxımlı yerindən assın.

...Bir neçə gün sonra Yusif böyüdüb

çərçivəyə saldırdığı yüzyaşlı şəkli və

yazdığı inşanı yığdığı bağlamanı sevinclə

Mələk nənənin qarşısına qoydu. Bu dəfə

Mələk nənə təəccübləndi:

– Nə oldu, ay bala? Bağlamanı niyə

gətirmisən?

– Hə, nənə yüzyaşlı o şəkli

böyütdürdüm. Çərçivəyə də saldırmışam

ki, divara vuraq. Bir də bağlamaya inşa

yazıb qoymuşam. İnşanı yazmaqdan ötrü

o qədər kitab oxumuşam ki... Yaxşı ki,

oxudum, çox şey öyrəndim.

– Oxuyub-öyrənən heç vaxt peşman

olmaz, bala. Gec-tez sən də xeyir

taparsan. Oxusaydım, mən də çox

şey bilərdim. Gör, neçə illərdi o şəkil

məndəydi, heç böyütdürmək ağlıma

gəlməyib. Amma sən bunu elədin.

Bilirsən, məni nə qədər sevindirdin...

– Axı mən sənin ağıllı nəvənəm. Yaxşı,

indi yer göstər, şəkli asım.

Mələk nənə çərçivəni əlinə alıb əvvəlcə

şəklə diqqətlə baxdı, sonra isə sığal çəkib

gözləri yaşara-yaşara evin yuxarı başını

göstərdi:

– Bax, oradan as, bala. Qoy həmişə

gözümün qabağında olsun.

Az sonra Yusif inşasını ucadan

oxuyur, yaşı yüzü haqlamış Mələk nənə

gözlərini divardan asılan yüzyaşlı şəklə

zilləyib ona diqqətlə qulaq asırdı:

«Mənim on beş yaşım var. Bakıda

böyümüşəm. Hazırda da müstəqil

Azərbaycanın paytaxtı Bakıda yaşayıram.

Bakı bu gün arzularımın şəhəridir.

Doğma şəhərimi çox sevir, onun gündəngünə

inkişaf etməsi, gözəlliyilə hamını

heyran qoyması ilə fəxr edib, qürur

duyuram.

Odlar Yurdu Azərbaycanımızın

döyünən ürəyi doğma Bakımızın adı

bu gün dünyanın paytaxt şəhərləri

sırasında iftixarla çəkilir. Müasirliyi ilə

gözoxşayan, füsunkarlığıyla dünyaya səs

salan Bakımız həm də qoynunda canlı

tarix yaşadan sirli-sehirli bir şəhərdir.

Qədim İpək Yolunun üstündə

yerləşdiyindən çoxları ələ keçirmək

istəyib şəhərimi. Çox şahlar, çox xanlar

Bakı uğrunda ölüm-dirim savaşına

çıxıb. Birindən o birinin, o birindən

bir başqasının əlinə keçib qədim Bakı.

Amma əzilsə də, ayaqda durmağı

bacarıb, tapdansa da, başını dik tutmağa

özündə qüvvə tapıb. Əldən-ələ keçsə

də, başı üzərində qalibiyyət bayrağını

haqlı olanın ucaltmasından ötrü olmazın

əzablara dözüb. Qədimdə də belə olub,

çox uzaq keçmişdə də.

Bu gün mən doğma Bakımın yüz il

əvvəlki həyatından, daha dəqiq desəm,

1918-ci ilin dəhşətli mart qırğınlarından

danışacam. Doğrusu, inana bilmirəm

ki, bu gün mənim yaşadığım Bakıda

yüz il əvvəl belə dəhşətli hadisələr olub,

faciələr törədilib. Amma bu danılmaz

tarixi həqiqətdir. Erməni daşnakları

bolşeviklərlə birləşib 1918-ci ilin

martın 30-da xalqımıza qarşı kütləvi

qırğınlara başlayıblar. Belə bir hücumu

gözləməyən hazırlıqsız azərbaycanlılar

ağır itkilərə məruz qalıblar. Şəhərin

mərkəzindəki bütün müsəlman

məhəllələri bombardman edilib, Xəzər

donanmasının sahilə gətirilmiş gəmiləri

şəhəri atəşə tutub. Quldur dəstələri ev-ev

gəzərək sakinləri öldürüb, əmlaklarını

talan və qarət ediblər. Əsir götürülmüş

azərbaycanlılar, əsasən, qadın və uşaqlar

şəhərdəki böyük binalara doldurulub.

Qırğınlar yalnız şəhərdə törədilməyib.

Bakının ətraf kəndlərinə də basqınlar

edilib, quldurlar müsəlmanların evlərinə

soxulub, sakinləri öldürüblər.

1918-ci il martın 30-da axşam başlanan

azərbaycanlı qırğınları Bakıda bir həftə

davam edib. Ümumi hesablamalara görə

qırğınlar zamanı görünməmiş azğınlıq

və amansızlıqla on iki min nəfər türkmüsəlman

öldürülüb, azərbaycanlılara

məxsus yüzlərlə tarixi və mədəni

abidə, yaşayış məhəllələri dağıdılıb və

yandırılıb.

Hər qaranlığın bir səhəri olur.

Tufandan sonra gələn xoş sakitlik,

qara buludlardan sonra doğan parlaq

Günəş kimi yurdumuza cümhuriyyət

günəşi doğub. Tiflisdə Azərbaycanın

müstəqilliyi elan olunub.

Belə bir vaxtda qayğıya ehtiyacı olan

körpə kimi Azərbaycanın yeganə ümid

yeri Türkiyə olub. Əsl arxadaş, doğma

qardaş kimi Türkiyə öz kömək əlini

Azərbaycandan əsirgəməyib. Ehtiyac

olduğu təqdirdə Osmanlı hökuməti

qayda-qanunu və ölkənin təhlükəsizliyini

təmin etməkdən ötrü Azərbaycan

Cümhuriyyətinə silahlı qüvvələrlə

yardım etməyi öhdəsinə götürüb.

Osmanlının Hərbiyyə naziri Ənvər

paşa Qafqaz İslam Ordusunu yaradıb

və 29 yaşlı qardaşı Nuru paşanı ona

komandan qoyub. Azərbaycana gələn

Osmanlı hərbi hissələrini yerli əhali

sevinclə qarşılayıb. Bakı hələ də ermənidaşnak

qüvvələrinin əlində olduğundan

həmin ərəfədə Milli Şura və Azərbaycan

hökuməti də iyunun 16-da Tiflisdən

Gəncəyə köçürülüb.

Bakıda isə bu zaman siyasi və iqtisadi

şərait son həddə qədər gərginləşmişdi.

Şəhərdə ərzaq qıtlığı yaranmış, aclıq

başlamışdı. Qafqaz İslam Ordusu Bakını

xilas etməkdən ötrü şəhərə doğru

irəlilədikcə, Bakı Xalq Komissarları

Sovetinin qoşunları davam gətirməyib

geri çəkilirdi.

İyulun 25-də Bakıda bütün siyasi

qüvvələrin iştirakı ilə iclas keçirilir.

İclasda ingilis qoşunlarının Bakıya dəvət

olunması haqqında qərar qəbul edilir.

İngilislərin gəlməsi və döyüşlərdə

iştirakı Bakının azad edilməsini bir

qədər yubatsa da, qarşısını ala bilmir.

Sentyabrın 15-də Nuru paşanın

rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və

Azərbaycan Korpusu daşnak qoşunlarını

darmadağın edərək Bakıya daxil olur.

İngilis qoşunları gecə ikən şəhəri tərk

edir və Bakı azad edilir.

Nuru paşa Bakının alınması barədə

Azərbaycan hökumətinə və Ənvər

paşaya teleqram göndərir. Hər iki

teleqram eyni cümlə ilə başlayır: “Bakı

şəhəri 36 saatlıq şiddətli müharibədən

sonra sentyabrın 15-də saat 9-da azad

olunub”.

Ənvər paşa isə cavab teleqramında

belə yazır: “Böyük Turan

İmperatorluğunun Xəzər kənarındakı

zəngin yurd yeri olan Bakı şəhərinin

azad olunması xəbərini böyük bir

sevinc və mutluluqla qarşılarım. Türk

və islam tarixi sizin bu xidmətinizi

unutmayacaqdır. Qazilərimizin

gözündən öpər, şəhidlərimizə fatihələr

ithaf edərim”.

Fətəli xan Xoyski də Nuru paşaya

minnətdarlıq teleqramı göndərir: “Qafqaz

Müsəlman Ordusunun komandanı Nuru

paşaya! Xoşbəxtəm ki, xalqın adından siz

əlahəzrətlərinə, xeyirxah türk oğullarına

və Azərbaycan paytaxtını düşməndən

azad edən cəsur əsgərlərə təşəkkürümü

çatdırıram. Millət Sizə minnətdardır.

USTAD senet.az / may

139

USTAD senet.az / may

140

Nazirlər Şurasının sədri Fətəli xan”

Sentyabrın 16-da qoşunlar təntənəli

şəkildə şəhərə daxil olur. Xalq küçələrə

çıxaraq qalibləri salamlayır. Nuru paşa

meydana yığışan əsgərlər və əhali

qarşısında çıxış edir.

Sentyabrın 18-də isə Azərbaycan

hökuməti Gəncədən Bakıya köçür.

Bu zəfərdən, bu qalibiyyətdən sonra

Azərbaycan xalqının qəhrəmanına

çevrilən Nuru paşa haqqında şeirlər

yazılır, mahnılar bəstələnir.

Bakının işğaldan azad edilməsi

uğrunda gedən döyüşlərdə istər

Qafqaz İslam Ordusunun, istərsə də

bu ordu ilə birlikdə düşmənə qarşı

vuruşan azərbaycanlıların çox itkisi

olub. Çəmbərəkənd qəbiristanlığında

Azərbaycanın ən böyük şəhid məzarlığı

salınıb. 1919-cu il sentyabrın 15-də

bu şəhidlikdə xalqın topladığı vəsait

hesabına Bakının azad edilməsi zamanı

həlak olmuş döyüşçülərin şərəfinə abidə

ucaldılmağa başlanılsa da, 1920-ci ildə

Azərbaycan Sovet Rusiyası tərəfindən

işğal edildikdən sonra bu abidənin

tikintisi dayandırılıb. Həmin illərdə

tamamilə dağıdılan Çəmbərəkənd

şəhidliyi yalnız yetmiş il sonra yenidən

öz müqəddəs adına qovuşub. 1990-

cı ildə Azərbaycanın müstəqilliyi və

ərazi bütövlüyü uğrunda həlak olmuş

20 Yanvar gecəsinin qəhrəmanları

məhz bu şəhidlikdə basdırılıb. Yəqin

tarixin hökmü beləymiş: XX əsrin

əvvəli və sonunda xalqın azadlığı

uğrunda canlarından keçən insanlar bir

məzarlıqda torpağa tapşırılmalıymış.

Bu gün Qafqaz İslam Ordusunun

şəhidlərinin şərəfinə ucaldılmış xatirə

abidəsi 20 Yanvar və Qarabağ döyüşləri

şəhidlərinin xatirəsinə ucaldılmış abidə

ilə yan-yanadır.

Sovet hakimiyyətinin ən ağır

illərində müstəqilliyini, dövlətçiliyini,

torpaqlarının bir hissəsini, ordusunu,

ən vətənpərvər ziyalılarını, əlifbasını

itirən, tarixinə və mənəviyyatına təcavüz

edilən Azərbaycan xalqı onun uğrunda

vuruşmuş və canlarını qurban vermiş

qəhrəmanların xatirəsini həmişə əziz

tutur, onların qəbirlərini ziyarətgah bilib

qoruyur. Bu həmin qəbirlərdir ki, onlar

barəsində Məhəmməd Əmin Rəsulzadə

belə yazıb: “Azərbaycanın hər cəhətində

şairin təsvir etdiyi “sarmaşıqlı bir

məzar” bulursunuz ki, “qızlar, gəlinlər”

tərəfindən ziyarətgah halına qoyulan bu

məzar qardaş imdadına qaçan “Türk”

məzarıdır. Əksər yerlərdə mehmetçiklə

bərabər qoyun-qoyuna yatan azəri

türkləri də vardır”.

Mənim Əmin babam da həmin azəri

türklərindən biri olub. Yüzlərlə türk-azəri

döyüşçüləri kimi o da əsgər marşı oxuyaoxuya

döyüş meydanına atılıb:

Əlimizdə can qurtaran tüfənglər,

Belimizdə dinamitli fişənglər,

Coşsun yenə əski polad ürəklər,

Haydı, qardaş, sınırlara qoşalım.

Yüz il əvvəl babalarımız qanları,

canları bahasına qalibiyyət qazanıb

doğma Bakımızı bizə – gələcək nəsillərə

qaytarıblar. Bizimsə borcumuz müstəqil

Azərbaycanımızın paytaxtı olan Bakının

şöhrətini artırıb onu dünyada tanıtmaq,

şəhərimizin daha da çiçəklənib inkişaf

etməsinə çalışmaqdır.

Mübarizə bu gün də var, yarın da

Biz də onun ən ön sıralarında!”

Yusif yazısını oxuyub tamamlayandan

sonra Mələk nənə astadan yalnız bu

sözləri dedi:

– Allah sənə rəhmət eləsin, ay ata.

Bugünkü xoş günçün sənə çox borcluyuq.

Ruhun şad olsun!

Yusif isə özündən asılı olmayaraq

ayağa qalxdı, gedib yüzyaşlı şəklin

qarşısında dayanaraq inamlı səslə dedi:

– Baba, siz müstəqillik uğrunda

vuruşdunuz. Mən də müstəqil

Azərbaycanın əsgəri olub Vətənimizi

qoruyacağıma söz verirəm! And içirəm

ki, sizin layiqli davamçınız olacağam!

Sabahkı gün, daha xoş gələcək bizimlə

gələcək!

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!