01.02.2019 Views

Adəm Günəş - Doğru bilinən yanlışlar

Uşaq təhsili onu cəza və mükafat verməklə adam etmək deyil, dostluğunu qazana bilmək bacarığıdır. Bu bacarığı əldə edə bilən adamlar müdrik insanlardır. Uşaq təzyiq və məcburiyyətlə deyil, valideyninə güvənməklə şəxsiyyətini inkişaf etdirər. 100 mindən çox oxucusu olan bu kitab uşaqlar qorxulu deyil ifadəsindən cəsarətlənən insanların uşaqlarla dost olma hekayəsinə çevrildi. Bir çox valideyn bu dostluğun verdiyi həzzlə gəl sən də uşaqla uşaq ol deyə səsləndi. Ölkəmizdə uşaq dostu hekayəsi yayıldı... Bu əsərdə Pedaqoq Dr. Adəm Günəş uşağın ana bətnindən yeniyetməlik dövrünə qədər olan mərhələləri yazmış, uşaq təhsilinə dair doğru bilinən yalnışlar ı göstərmişdir.

Uşaq təhsili onu cəza və mükafat verməklə adam etmək deyil, dostluğunu qazana bilmək bacarığıdır. Bu bacarığı əldə edə bilən adamlar müdrik insanlardır.
Uşaq təzyiq və məcburiyyətlə deyil, valideyninə güvənməklə şəxsiyyətini inkişaf etdirər.
100 mindən çox oxucusu olan bu kitab uşaqlar qorxulu deyil ifadəsindən cəsarətlənən insanların uşaqlarla dost olma hekayəsinə çevrildi. Bir çox valideyn bu dostluğun verdiyi həzzlə gəl sən də uşaqla uşaq ol deyə səsləndi.
Ölkəmizdə uşaq dostu hekayəsi yayıldı...
Bu əsərdə Pedaqoq Dr. Adəm Günəş uşağın ana bətnindən yeniyetməlik dövrünə qədər olan mərhələləri yazmış, uşaq təhsilinə dair doğru bilinən yalnışlar ı göstərmişdir.

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Ananın ruhi

sağlamlığı

necədirsə,

uşağın da

psixologiyası

elə olacaq.

bəzi xüsusiyyətləri atasından, bəzilərini də anasından

alaraq fərd olmağın ilk addımlarını atır.

Ortaq genetik xüsusiyyətlərin uşağa necə təsir etməsi

tamamilə valideynlərin iradəsi xaricindədir.

Psixoloji xarakter

Psixoloji xarakter isə uşaq ana bətninə düşdüyü andan

etibarən yavaş-yavaş formalaşmağa başlayır. Burda

ananın sevinməsi, qəzəblənməsi, kədərlənməsi və s.

böyük rol oynayır.

Ana bətnində 9 ay keçirən uşaq sadəcə bu müddətin

bitməsini gözləmir. Əksinə ananın yaşadığı hər kədəri,

sevinci, emosional dəyişikliyi eyni anda yaşayaraq ömrünün

sonunadək hansı xarakterdə olacağını formalaşdırır.

Genetik xarakterin formalaşmasında valideynin

heç bir rolu yoxdur, ancaq psixoloji xarakterin formalaşmasında

xüsusilə ananın təsir imkanları böyükdür.

Yəni, ana əgər istəsə bətnindəki uşağı “utancaq, qorxaq”

yaxud “sakit təbiətli” edə bilər. Uşaq ana bətnində

olanda da bir psixologiyaya sahibdir. Ananın psixologiyası

necədirsə, uşağın da psixologiyası elə olacaq.

Embrion psixologiyası

Adəm

Günəş

12

Ana bətnindəki embrionun ananın vasitəsilə yaşadığı

ruh halına “embrion psixologiyası” deyilir. Hamiləlik

müddətində embrion ananın hiss dünyası ilə yoğrulur.

Məsələn, ana hamilə vaxtı qorxubsa, böyük ehtimalla

doğulacaq körpədə də bu hislər ömürboyu olacaqdır.

Belə vəziyyətlər daha çox istənilməyən hamiləlik

müddətində olur. Hamiləliyi məcburən yaşayan qadının

uşağı 9 ay müddətində istənilmədiyini bilir, özünü

həmişə fağır kimi hiss edir. Bu xoşagəlməz hiss daima

kölgə kimi onu izləyir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!