13.07.2015 Views

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

HEKAYƏLƏR3


ağ evAğ mələfədə çarpayı qorxuludur; yatırsan ölükimi, heç nədən xəbərin olmur. Bilmirsən duracaqsan,ya qalacaqsan orda; bayaqdan Ramin də ağappaqdöşəkdə bu ağ mələfəni üstünə çəkib səssiz-səmirsizuzanıb. İyirmi doqquz il qoru, müdafiə elə, bəslə, nazıilə oyna, bir əli yağda, bir əli balda olsun, sonra dauyusun bu çarpayıda. Sən də durub baxasan kənardan,əlindən heç nə gəlməyə. Oğlunun yatdığı çarpayınınböyründəki ağ zolaqlı divanda ayaqlarını qatdayıboturan Zinyət xanımın beynində qorxunc fikirlərdolaşırdı. Hələ yaxşı ki, evdə tək deyildi; gəlini və altıyaşlı nəvəsi Yağmur o biri otağa çəkilmişdilər.Çınqırlarını çıxarmırdılar, bu vəziyyətə öyrəncəliidilər.Zinyət xanım çarpayıdan qorxmağa başladı. Buçarpayı onun ərini də beləcə apardı; gecə yatdı, səhərdurmadı. Eşidənlər “asan və gözəl ölümdü” dedilər.Amma o, demədi; əri ilə yaşadığı otuz il ona otuz günkimi göründü. Otuz gün! Vəssalam. Bəs qalan günlər,aylar, illər hara getmişdi? İndi də bu suala cavabaxtarmaq zorundaydı. Az əvvəl bütün ruhunusilkələyən qorxu hissi ümidsizlik və pərişanlıqla əvəzolundu. O, oğlunun bu vəziyyətə düşməsini nə özü, nədə mərhum əri ilə bağlamaq istəmirdi. Əslində o,oğlunun öldürücü durumuna səbəb olmuş bu əlacsızxəstəliyin hələ özünün də dəqiqləşdirə bilmədiyibaiskarını qəzəb dolu son mühakimələrininbeşiyindəcə boğmaq istəyirdi. Hər ötən an onun əhvalıilə bərabər düşüncələrinə də yeni rənglər gətirirdi. Ona4


elə gəlirdi ki, bu, bir yuxudu görür, ötəcək, yaddançıxacaq; həyat onun oğlu, nəvəsi, qızı, bütün ailəsiüçün yenə əski günlərdəki kimi nəşəli və fərəhliolacaq. Kimə pislik etmişdi? Kimin çörəyinə baisolmuşdu axı? Məgər o, övladını bu iztirablar üçündünyaya gətirmişdi? Yox və yenə də yox! Bu, Allahınyazdığı qismət deyil! Belə şeylər iblislərin ağlına gələr.Hə, bax, bu dəqiqələrdə ana gah da iblisləri özqəzəbinə məhkum edirdi...Çarpayı qəfildən çırıldadı. Oğlan böyrü üstəçömbəldi və dərindən “ah” çəkdi. “Ahın dağlara,bala!” ana dedi. Bu anda çanında bir gizilti duydu,sonra yenə narahat duyğular oyandı içində. Bax, indicəyenə ayılacaq, yenə başlayacaq it kimi hürməyə; gahmətbəxə cumacaq, gah çörək qabını eşələyəcək, gah daşifonerin gözlərini bir-bir çıxarıb tullayacaq döşəməyə.Arvadına çımxıracaq, sonra da bədbəxt ananın üstünəbağıracaq; gözlərini azğın heyvan kimi bərəldib “hardagizlətmisiz?” deyə şprislərin yerini soruşacaq. Neçədəfə belə olub. Hər dəfə şprisləri gizlətmək istəyiblər.Alınmayıb. “Lomka”da olan adama “yoxdu” deməkolar?! Bayaq Zinyət xanım şprisləri gizlədəndə ümidedirdi ki, heç olmasa bir gün yaddan çıxarsın bu zibili.Yaddan çıxartmadı ki! Şprisləri ananın əlindən qapıbbalışın altına qoydu. Sonra birini götürüb onungözünün qabağındaca ehmalca damarına vurdu. Oncadəqiqə keçmədi ki, məst oldu. Dünya fırlandı. (Onugörüm fırlanmasın!). Otaqdakı şeylər rəqs elədi.Gözlərinə parıltı və xumarlıq gəldi. “Mən yatıram!”deyib çarpayıya sərələndi. Bax beləcə, düz bir il idi ki,Raminin bəxtinə daş düşmüşdü; evin qara günləribaşlamış və o da oğlunu ətraf aləmdən gizlətməyəqərar vermişdi...5


Çarpayı yenə tərpəndi. Oğlanın gözləri növbətidəfə dumanlandı, qızardı, parıldadı. Gözlərinin altındaqançırlar əmələ gəlmişdi. Güclə nəfəs alırdı. Anaoğlundakı fiziki dəyişikliklərin sürətlə baş verməsinimüşahidə etdikcə daha da təlaşlandı. İnan Allaha, təkolsaydı dizləri qopardı. Axı bu bir ildə belə şeylərsezməmişdi; doğrudur, oğlu son günlər xeylisınıxmışdı; əllərinin dərisi qupquruydu. Dodaqları teztezsulanırdı; o, yarıyuxulu vəziyyətdə arabir dili ilədodaqlarını yalayırdı; az sonra yerində bir-iki dəfəqurcalanıb yenə tərpənməz oldu.Bu mənzərənin rahatsızlığı və qorxusu ananıyordu. Əslində bu yorğunluğun nədən ibarət olduğunuanlamadı. Nədən yoruldu axı? Uyan oğlunabaxmaqdanmı, ya oğlunun bu hala düşməsindənmi?Bəlkə oğlunu bu yola sürükləyən həyatdan yorulduana? Həyatdan yorulmaq olar? Hamı onugünahlandırır; həyatı yoran yoxdu bəyəm?Oğlanın rəngi ananın mühakimələri kimi tez-tezdəyişir, can üstündə olan adamlar kimi nəfəsitəngiyirdi. Ana özünü itirdi. O biri otağa, gəlininyanına yüyürdü. Gəlin qaynanasının yersiz hay-küyqaldırmasına adət etmişdi. Ona görə də onun çılğınhərəkətlərinə bir o qədər əhəmiyyət vermədi. Zinyətxanım təşviş içində dedi:- Qızım, artıq qorxmağa başlayıram... Nəedək?- Bilmirəm... Mən daha bezmişəm... Uşağı dagötürüb gedəcəyəm... Nə qədər gizlətməkolar, hə?- Bəlkə Lətişə bir də zəng vurasan, Mamedidə götürüb gəlsinlər... Axı uşaq əldəngedir?!6


-Bilirsiz, Nəriman Qasanoviç, mən az yeyirəm,amma lazım olan şeyləri yeyirəm. Həm də çoxgəzirəm...Zinyət özünü saxlaya bilməyib mıqqıldadı:-Anna Nikolayevna, elə biz də az yeyirik də...-Zina, əzizim, siz çox yeyirsiniz, özü də lapçox... Olmaz! Mən otuz ildi ki, çörəkdən imtinaetmişəm; bibər, badımcan, sarımsaq... Alma,heyva, qarağat, qaragilə... kefir, tvoroq...Mənim menyum bunlardı, yenə sayımmı?Həmin gün Zinyət də, əri də bu qənaətə gəldilərki, Topçubaşov kimi şöhrətli həkimin əlinin altındaişləyən bu rus qadınından öyrəniləsi şeylər çoxdu.İndi oğlunu bu bəladan qurtara bilməməsidərdindən az qala beli ikiqat olmuş Zinyət xanım bugün ikinci dəfə idi ki, Annaya ümidlə müraciət edirdi.Anna Nikolayevna səhər bir dəfə gəlib getmişdi. Budəfə də ayaqları ucunda çarpayıya yaxınlaşdı. Lapastadan, mülayim səslə:- Ramin, mənim əzizim, sənə nooldu?Sən ki belə deyildin, Raminçik! Qoybir sənə baxım...-dilləndi.- Ah.... ufff... Sən niyə getdin, ayNəriman?- Zinyət xanım köks ötürdü.- Zina, axı niyə narkoloji dispanserəaparmırsız?.. Mən neçə dəfədemişəm... Onu məhv edərsiz... Nədənqorxursuz?.. Bu uşaq yazıqdı...- Anna Nikolayevna, vallah,qorxuram... abrımdan-həyamdan;adımız-sanımız var axı... Bilsələr, eliçində rüsvay olarıq... Ağızlardasaqqız olmaq istəmirəm...10


- Əzizim, nə ad-san?... Onlar ötərimehdi... Gəldi, xoşhal oldun, sonra dagetdi... vəssalam.... Əsas cansağlığıdı...Can sağlığı... Uşaq əldəngedir... Siz də durub baxırsız... Lətafəthanı? Ona neçə dəfə demişəm... Bəsarvadı nə deyir, hə?- ....- Vayyy, vay... Bura bax, Zina, sənbunu mütləq apar dispanserə... Andolsun Müqəddəs Məryəmə, o,öləcək...-Anna Nikolayevna Ramininsınıxmış sağ qolunu yavaşcaqaldırarkən damarların gömgöyolduğunu və qançırların şişdiyinigördü və “öləcək” sözünü elə ucadanvə təntənə ilə dedi ki, zalım qızı eləbil şad xəbər verirdi.Bunu eşidən və bu ağır dərdli mənzərəniürəkgöynədən nəzərləri ilə təqib edən Yağmurunüzünə məşum bir təlaş hissi qondu; bu kədərli vəsarsıntılı söz uşağın zərif vücudunu üşütdü. Qızcığazdivana söykənib ağ bürüncəkli gəlinciyini sinəsinəsıxdı; qapqara, doluxsunmuş gözlərini gah nənəsinə,gah Anna Nikolayevnaya, gah da çarpayıda hərəkətsizqalmış atasına zillədi. O zərif, gözəl və məhzunbaxışları sanki don vurmuşdu. Otağın üzücüsıxıntısının soyuq əlləri məsum qızcığazın bütünruhunu insafsızcasına oxşayırdı. Nənəsi ucadanufuldadı. Anna Nikolayevnanın sonuncuməzəmmətindən elə bil oyandı. Sonra dəhşətli xəbəreşidən adamlar kimi mətbəxə cumdu, telefonu götürdü.Amma heç hara zəng vurmadı. Tez də qayıtdı Anna11


Nikolayevnanın yanına. “Mən neyləyim, hə?” özözünədeyindi.“Gəlin də Annanın dediyini deyir. Ayağı yertutacaq köpək qızının... Nə edək, hə?”. Bu vaxt telefonzəng çaldı. Ana elə bil bu zəngi gözləyirdi, dərhaltelefona cumdu.-Alo,-səsində titrəyiş vardı.-Necədi?-Ah, Lətiş, qızım, sənmisən? Necə olacaq?.. Əvvəlkikimi... Yenə uymuşdur... Anna Nikolayevna deyir ki,öləcək...-Elə oğuldansa, olmamağı yaxşıdı...-Ah, canım mənim, qardaşındı, elə demə...-Qardaşım olsa da, kişi deyil... Bunamus köpəyoğlu!-Qızım, atanı söymə... Axı bizim adımız, sanımız....-Rəhmətlik atamın başını yerə soxdu...Sənin..... oğlun!-Qızım, axı sən hər şeyi niyə mənim üstümə atırsan?-Çünki günahın böyüyü səndədi, ana! Əvvəldən pistərbiyə verdin, onu tənbəlliyə öyrətdin! Sərbəstlikvermədin oğluna!-Eh... sərbəstlik... elə bilirsən sərbəstlik yaxşı şeydi?Qızım...-Zinyət xanım göz yaşlarını saxlaya bilmirdi,-Axı, mən...-Bəli sən, sənnn... Gül kimi arvadı var, qızı var...Onlara da əzab verirsiz... Sənə dedim axı vaxtında ayıronları, qoy öz əlləri, öz başları olsun. Demədim?-Dedin... qızım.. axı o mənim bircə oğlumm...-Ana, məni əsəbləşdirmə, yenə bax dəstəyi atacamyerə... Daha dözə bilmirəm...Zinyət xanım göz yaşları içində dəstəyi yerəqoydu. Otağa dərdli sükut çökmüşdü. AnnaNikolayevna ayaqları ucunda necə gəlmişdisə, eləcə dəçıxıb getdi. Düşündü ki, artıq burda qalmağın mənasıyoxdu. Bu dəqiqə Zinyət yalnız mərhum əri haqqında12


düşünürdü. “Kişi sağ olsaydı...” Bəli, bəli, kişi sağolsaydı, heç onun oğlu narkomanlıq edərdimi? Heçgəlin uşağın yanında ona söz qaytarardımı? Kişi sağolsaydı, onun qızı bu tonda danışardımı? Kişi sağolsaydı...Hə, kişi sağ deyildi və sağ olsaydı da bilməkolmazdı bu dünyanın işlərini. Zinyət xanım ona əzabverən bu ikibaşlı düşüncələrlə gəlib nəvəsininyanındaca dirsəkləndi.Oğlu yerində qurcalandı, nəsə mızıldadı.Qəflətən dik atıldı. Zinyət xanım diksindi, qorxaqorxa:-Oğlum, noldu, yuxu gördünmü?-soruşdu.-Hə, yuxu gördüm... ağ ev gördüm yuxuda...-deyibyenə mələfəni başına çəkdi.-Bismillahirr-rəhmanirr-rəhim...-ana əlini dizinə çırpdı.–Heç yaxşı deyil, heç yaxşı deyil!... “ağ ev” məzardeməkdi...-deyə qeyri-ixtiyari böyründə oturub onaheyrətlə baxan nəvəsinə pıçıldadı. Sonra durubçarpayıya tərəf yeridi, ağ mələfə altında ağır-ağır nəfəsalan oğluna sarı əyildi. -Oğlum, Ramin, yatdınmı?Şpris lazımdımı yenə?-ehtiyatla soruşdu.Səs gəlmədi. Elə bil indicə yerindən dik atılanoğlu deyilmiş. Daş yuxusuna getmişdi yenə... Bu halananı lap hövlləndirdi. Telefona tələsdi.-Alo... qızım... Lətiş...-Nə var, ana? İndi nə istəyir, heroini qurtarıb?-Yox, ay qızım, qardaşının halı xoşuma gəlmir... İndicəyerindən dik atıldı, dedi yuxuda ağ ev görüb?-Ağ ev? Bəlkə Buşu da görüb yuxuda? Bax, ana, birdaha bizdən pul istəməyin... Mən daha ərimin üzünəbaxa bilmirəm... Anna Nikolayevna zəng vurmuşdumənə, istəyirsiz aparın narkoloji dispanserə... qurtarsıngetsin... Özünə niyə bu qədər əzab verirsən axı?13


-Qızım, qulaq as, heç nə istəmirəm... İynələri var... Ogün sırğalarımı aparıb satıb...-Bir azdan evi də satacaq...- dəstəkdən əsəbi səs gəldi.Telefon susdu...Gecəyarı işıqlar söndü. Mətbəxdəkisoyuducudan həmişəkindən fərqli olaraq elə bir tırıltıgəldi ki, Zinyət xanım dik atıldı. Ondan çox uşaqqorxdu. Mətbəxdə əlləşən gəlin dodaqucu nəsəpıçıldadı, sonra hirsli-hirsli şkafın gözlərini eşələdi.Aşağı gözdən lampanı çıxarıb yandırdı. Yataq otağınaapardı. Ramin xoruldayırdı. Az sonra xorultusu kəsildi.Sağ əli ilə mələfəni üstündən tulladı.-Oğlum, işıqlarımız sönüb, qorxma. Lampa var...-Zinyət xanım ehtiyatla dilləndi.-Ana, nəfəsim kəsildi... Bu nədi, məni kimsə ağ evəsürükləyir...- Can bala, səni qara basır... Qorxma...Yavaş, ehtiyatlıol! Yıxılarsan...-Yenə ağ ev gördüm, ana... – oğlan bir də təkrar etdi...Zinyət xanım əllərini iki dəfə dizlərinə çırpdı...Dan yeri söküləndə Ramin yenə hövlnakoyandı, ağ mələfəni üstündən atıb “offf, nəfəsimçatmır!” mızıldadı, böyrü üstə çömbəlib ağzıköpüklənə-köpüklənə “ağ ev, ağ ev gördüm yenə”deyə qırıq-qırıq səslər çıxartdı; bir qədər çömbəldiyiyerdə qurcalandı, sonra eləcə çarpayıya yıxıldı.Yarımqaranlıq otağın ölü sükunətindən qopan bupozuq səslərə nənəsinin böyründə bayaqdan bərimürgü vuran Yağmur da oyandı; qızcığaz divandanyerə düşmüş gəlinciyini götürüb yenə bərk-bərksinəsinə sıxdı, heyrət içində dizlərinə döyən nənəsiniçaşqın nəzərlərlə süzdü. Ağ mələfəli çarpayıdan xırıltıgəlirdi. Gəlin az qala yüyürə-yüyürə içəri keçdi. Zinyətxanım “Allah, mənə yazığın gəlsin, allah, mənə səbr14


Həkimlər etiraz etmədi. Atası bunu eşidən kiminərilti ilə üzü üstə çevrildi. Əlləri ilə ağ döşəkçədənmöhkəmcə yapışdı. Yəni ki, aparın, görüm necəaparırsınız. Həkimlər onu dilə tutmağa çalışdılar. AnnaNikolayevna bir qədər səsini ucaltdı. Zinyət xanım vəqızı bunun əleyhinə olsalar da, dinmirdilər. Raminsöyüş söyməyə başladı.-Əl çəkin, getmirəm, alçaqlar!-dedi.Vəziyyətin ciddiliyini və təhlükəli olmasınıdərhal anlayan Lətafətin əri inamlı addımlarla irəliyeridi. Başı ilə o biri həkimlərə işarələdi ki, ona köməketsinlər. Gərginlik bir qədər də artdı. Raminindüyünlənmiş yumruqları zərbə vurmağa hazır idi.Məmməd Raminin sümükləri çıxmış qollarını bərkbərktutdu. O biri həkimlər də xəstənin ayaqlarındanyapışdılar. Ramin dəli kimi müqavimət göstərməyəbaşladı. Bu balaca otaqda kobud kişi səsləri həyəcanlıqadın səslərinə qarışaraq əsəbi bir səhnə yaratdı. Bunədir, Ramin dünyaya müharibə elan etmişdimi? Onaelə gəlirdi ki, bu dəqiqələrdə dünya, bax bu otağıniçindəki düşmənlərdən ibarətdir. O, nifrət bəslədiyihəmin düşmənlərə deyirdi:-Buraxın, əclaflar! Məni hara aparırsız,getmirəm...Ramin döşəkçədən ikiəlli yapışmağa cəhd etdi.Balaca qızcığaz atasının necə müqavimət göstərməsini,onun əzablı çırpıntılarını sonsuz həyəcanla izləyirdi;onun zərif və məsum siması pəncərədən düşən sübhişığında qara bulud kimi tutuldu. Gözlərinin içindəkiqapqara buludlar daha gur şaqqıldadı, şaqqıldadı və...Və... birdən... uşaq içini çəkə-çəkə zarımağa başladı;qızcığazın solğun yanaqlarından göz yaşları axdı;ürkək hıçqırtıları xəfif yalvarışlarla əvəz olundu:16


-Ataaaa! Yooox.... aparmayın! Buraxın onu!Ataaaamla işiniz olmasın! Atacan... mənnn.... sənisevirəm...Elə bir səhnə baş verdi ki, bunu təsvir eləməyəgücümüz çatmır. Dünyada gözəl və çirkin hadisələrçox olur. Məsələn, Qabriel Qarsia 1 dünyanın ən gözəlölüsünü təsvir etmişdi, Anton Pavloviç 2 dünyanın əngözəl qadınını, kimlərsə ən gözəl ölümü, kimlərsə əngözəl gülüşü, ən gözəl səsi, ən gözəl öpüşü.... və sairəvə ilaxır, təsvir etmişlər. Bu gün isə bu balaca qızcığazdünyanın ən gözəl yalvarışlı hönkürtüsünü vururdu. Buanlarda kimsə burda, ətrafa qeyri-adi kədər çiçəyisəpələyən gözəllik barədə düşünərdimi heç?!Uşağın hönkürtüsünü eşitmədilər ki!Və necə oldusa, Ramin müqavimətini qəflətəndayandırdı, amiranə pıçıldadı:-Buraxın, özüm gedirəm!Otaqdakılar məəttəl qaldılar. Ramin ağlıbaşında olan adamlar kimi yerindən qalxdı. Stulunbaşında sallanan yaşıl jiletini çiyninə atdı, həkimləriaralayıb ağ zolaqlı divana tərəf yeridi. Diz üstə çökübyanıqlı-yanıqlı hıçqıran qızının yanaqlarındakı yaşdamcılarını əlinin arxasıyla sildi, uşağın qatdanmış vətitrəyən dizlərindən astaca öpdü, onun eşidə biləcəyipıçıltıyla:- Mənim gözəl qızım, mələk qızım! Ağlama...mən ölməyə getmirəm, inşallah sabah qayıdaram,-dedi.Heç kəs bunun fərqinə varmadı. BalacaYağmur bir qədər toxdadı. Atası gedəndən sonra o,rahatca yuxuladı.1 Qabriel Qarsia Markes-Kolumbiya yazıçısı, Nobel mükafatılaureatı2 Anton Pavloviç Çexov-rus yazıçısı17


Səhər açılanda Anna Nikolayevna Zinyətxanıma və Yağmurun anasına deyirdi ki, narkomanlargah ciddi və yalançı, gah da mülayim və təcavüzkarolurlar...2008.18


ir neçə dəfə yüngülcə cırıldadı, cırıldadı, dahacırıldamadı. Onun yaşından xeyli cavan görünənqırmızı sifəti könül rahatlığına bələnib yenə gecənindaş yuxusuna qərq oldu. Arvadı Anjela da bərkyatmışdı. Ər-arvad sevimli Harrinin narahatzingiltilərini eşidə bilmədi.Bir azdan Harri yenə hürdü və geniş otağın obaş bu başına mırıldana-mırıldana gəzişməyə başladı.Küçük belə edən deyildi. Hələ indiyədək binanın heçbir sakini onun səsini eşitməmişdi. Bu itə nooldubirdən-birə?!Baş tərəfdəki otaqda Məmmədlə Anjelanınyeganə ciyərparələri Nərminə yatmışdı. Təxminən 24-25 yaşlarında olan bu qızın zərif çöhrəsi təbəssümləyanırdı; üzündə elə bir xoşbəxtlik və rahatlıq vardı ki,deyirdin bəs, bax bu dəqiqə yuxuda Şah Abbasınoğlunu görür. Amma o, Şah Abbasın oğlunu yox, bəlkədə Musanı görürdü. O Musanı ki, onunla evlənəcəyini,bir neçə gün bundan qabaq Nərminəyə elçigələcəklərini bildirmişdi.Hə, deməli, elə srağagündən elçi məsələsiortaya çıxandan, Anjela evdə əl-ayağa düşmüşdü. EləMəmmədin özü də yeganə qızına elçi gələcək ailənilayiqli qarşılamaq üçün tədarük görməyə başladı.Dünəndən bütün günü işlədilər; Məmmədyaxşıca bazarlıq elədi; Anjela qulluqçuyla bahəm eveşiyisəliqə-sahmana saldı; müxtəlif cür giləmeyvəyuyub soyuducuya qoydular; bahalı qab-qacaqlarıtəmizləyib əl çatan yerə düzdülər ki, səhər qonaqlargələndə ora-bura qaçmasınlar.Axşamçağı Anjela Harrinin başını sığallayasığallayanarahatlıqla ərinə dedi:20


- Mamed, bəlkə küçüyü aparasan bağa,Gülağaya tapşırarsan baxar... Evdən iygəlir, yaxşı deyil...- Lazım gəlsə bağlayarıq otağınınqapısını...-deyə Məmməd ikibaşlıcavab verdi.Harri bir-iki ağız hürdü; deyəsən söhbətin onunbarəsində getdiyini duymuşdu. Sonra vədinə əməletməyən atadan küsən uşaqlar kimi başını aşağısallayıb öz otağına çəkildi.Saat on birə yaxın Harri kimi Anjela danədənsə həyəcanlandı. Əslində Anjelanı narahat edəntamam ayrı məsələydi və bunu hamıdan gizlətməyəçalışsa da üzündəki gərginlikdən sezmək olurdu. Bugərginlik son iyirmi ildə onu qarabaqara izləmişdi.Onun ailə həyatını gah təlatümlə, gah qorxu vəməzlumluqla, gah da arxayınçılıqla gəmirirdi. Düzdür,Məmməd, onun sosial statusu Anjelanı bu illər ərzindəəl içi kimi qorumuşdu. İlk vaxtlar Anjelaya bu, dahaçox lazım olurdu. O, erməni qızıydı və doxsanıncı ildəcoşmuş kütləni öz gözləriylə görmüşdü, bu başıpozuqkütlənin qəzəb, nifrət dolu gözündən yayınmaq üçüntəkcə Məmmədin sevgisi kifayət deyildi. İnan Allaha,qapı qonşusu Südabə xala olmasaydı və onumənzilində gizlətməsəydi, bilmək olmazdı onun axırınə ilə qurtaracaqdı. O günlər sovuşub getdi; indi həmino azğın kütlə yoxdu, mühit kövrək olsa da, həyatnisbətən sakit axarla gedir. Lakin qızı Nərminəninhəddi-buluğa çatmasından sonra ona təkcə Məmmədinictimai mövqeyi və sevgisi yox, həm də ətraf mühitinsağlam münasibəti gərək idi.Anjela bu illər ərzində sanki ilk dəfəydi ki,sağlam münasibət barədə düşünürdü. Sağlammünasibət nə olan şeydi görəsən? Necə olub axı,21


əvvəllər bu barədə fikirləşməyib? Hə, cavan idi,ehtiraslı idi, başı Məmmədlə sevgiyə qarışmışdı, həmdə o, heç anadan olandan bilmirdi ki, bu sağlammünasibət nə olan şeydir. Doğrudur, əvvəllər çöləbayıratək çıxanda onu görüb-tanıyanlara rast gəlirdi,bəzən nifrətlə “çıx get xarabana” deyənlər də olurdu.Bu səbəbdən neçə dəfə ev dəyişmişdilər; ev, ünvandəyişirdi, amma xofu, qorxu hissini qəlbindən çıxarabilmirdi. “Nə üçün dünya birdən-birə dəyişdi? Kimelədi bunları? Rus, erməni, türk, ingilis... Hansınınüstünə yıxasan? Nə elədisə, o Ruben köpəyoğlu elədi,camaatı qızışdırdı, özü də qaçıb getdi Los Ancelesə...”Anjela düşünürdü ki, Allah hamını bərabəryaradıb, heç kəsə nə torpaq verib, nə də millimənsubiyyət... Yer kürəsi hamınındı. Hamıya da İnsankimi yaşamaq üçün möhlət verilib... Bu millətlərAllahın xeyirxah əmrindən çıxırlar, azğınlaşırlar,insaniyyətlərini itirirlər. Nolacaq bunların axırı? Qadınhərdən hər şeyə tüpürüb özünü öldürmək istəyirdi.Amma qızı Nərminə gözünün qabağına gəlib durandabundan vaz keçirdi.Bir neçə il bundan qabaq MəmmədHollandiyadan Anjelaya bir it gətirdi;baxıcı bir qadındemişdi ki, Anjelanın qəlbindəki qorxu-hürkünüçıxartsa, bu it çıxaracaq. Belə də oldu. İtə Harri adıqoydular. Bu da Anjeladan oldu; orta məktəbdə onunHarri adında bir fizika müəllimi vardı, qızıgözümçıxdıya salırdı. Elə buna görə də nə onunfənnini, nə də özünü sevmirdi. Adı xoşuna gəlirdi,vəssalam. Anjela iti sevməyə başladı. Nərminə ilkgünlər quzu boyda olan küçükdən iyrənirdi. Sonra o daöyrəşdi, anası kimi Harriyə nəvaziş göstərməyəbaşladı. Beləliklə, bu it gələndən ailənin bütün məişətsosialrahatlığı sahmana düşdü. Hərdən Məmməd22


deyirdi ki, “Allah falçı Nəzirədən razı olsun, evdə it nəyaxşı şeymiş!”Ötən ilin sonunda iş yerindən Məmmədə təzəbinada mənzil verdilər; Məmməd mənzili düz altı aytəmir elətdirdi, sonra da köçdülər. Əvvəlki mənzilləriniisə xaricilərə kirayə verdilər. Ailənin qorxusuzhürküsüzgünləri başladı. Əslində neçə illər idi ki,onlara gözün üstə qaşın var deyən də yox idi. Lakinbayaq dediyim kimi, səksəninci illərin sonu-doxsanıncıillərin əvvəllərində Ermənistandan zorla qovulmuş yüzminlərlə azərbaycanlı gələndən sonra Bakıda vəziyyətxarablaşdı. Camaat ermənilər yaşayan mənzillərəbasqın etdi, qovulan qovuldu, qaçan qaçdı... Məmmədüç il idi ki, evlənmişdi, Anjelayla bir-birlərinisevirdilər. Anjelaya təsəlli verən Məmmədinsevgisiydi, bu sevgi də onu qorudu; onu pis əməllərdənqorudu, ona xətər gətirmədi. Bu sevgi onlaraNərminəni bəxş elədi. Beləcə, ailə dağılmadı.Camaatın qəzəbi bahar yağışı kimi bir şeydi,yavaş-yavaş kin-küdurəti unutdu; bütün bunlarabaxmayaraq, yenə olsun, Anjelanın erməniliyini sübutedən rəsmi sənəd Məmmədin təklifiylə dəyişdirildi;onun familyası təzə pasportda Mamukyan yox,Mamayeva oldu. Bu da belə... hər şey yoluna düşdü.Bu təzə mənzilə köçəndən ailənin xeyirbərəkətidə artmışdı. Nərminə Universiteti bitirdi,magistraturaya girdi, Musayla tanış oldu və cavanlarbiri-birinə aşiq oldular. İndi dünya əgər sevgiydisə, oda yalnız onların idi. Nərminə ilə Musanın idi dünya.Leyli və Məcnunun adı çıxıb, bu cavanları qol-boyungörənlər belə deyirdi. Hər şey gözəl idi...Gecə yarı Nərminənin qulağının dibindəkitelefon cingildədi. O, dərhal oyanıb telefonu götürdü,əslində buna öyrəncəli idi. Bax beləcə, hər gecə23


fasilələrlə də olsa Musanın zəngləri ara vermir, bəzənsevgililər səhərədək danışırdılar. Bu dəfə Musanın sərtvə soyuq səsi Nərminəni həqiqətən üşütdü. O,həyəcandan kəkələdi:- Sən nə danışırsan? Necə yəni gedirik?- ......- Bəs sizinkilər?- .......- Axı bizimkilər bilmirlər?- .......- Musa, bu, yaxşı iş deyil...- ...................- Əlbəttə, sevirəm...- .......- Əlbəttə, mən də hər şey edərəm....- ............- Hmmm... (ağlaya-ağlaya). Mən də...səni heç kimə dəyişmərəm....- .................- Yaxşı... mən də...Az öncə qızın zərif və ətirli nəfəsinə bürünənotaq hıçqırtılarla doldu. Bayaqdan o tərəf bu tərəfəvurnuxan Anjelanın da yuxusu ərşə qalxmışdı; o,qarışıq fikirlərin caynağından qurtulmamış qulağınasəs dəydi. Bu, qızının hıçqırtılarıydı. Ana cəldyerindən durdu, elə gecə paltarındaca qızın otağınagirdi.- Nora, (o, qızını həmişə belə çağırardı)niyə ağlayırsan?- deyə titrəyən əliniüzüqoylu uzanmış Nərminəninsaçlarında gəzdirdi.- Onlar gəlməyəcək...- Kimləri deyirsən?24


- Musagili...- Bunu sənə kim dedi? Nə üçüngəlməyəcəklər?- Musanın atası sənin erməni olduğunubilib...- Başıma xeyir! Bu hardan çıxdı belə?!- Deyir, mən oğluma ermənidən olanqız almaram...Anjela bir anlıq udqundu. Bu dəqiqə onunəsəbləri və həyəcanları elə bir nöqtəyə gəlib çatdı ki,nitqi qurudu, bilmədi qızını necə sakitləşdirsin. Lakinqadın özünü ələ ala bildi, titrək səslə dedi:- Ürəyimə dammışdı... Bilirdim ki, beləolacaq... Mamedi də qoymurdularmənimlə evlənməyə. Amma biz heçkəsin sözünə məhəl qoymadıq...Evləndik... Kaş heç...- Musa yaxşı oğlandı, ana... Deyir ki, o,hər şeyə hazırdı... Bütün bu elçi-filan,dəm-dəstgah, üzük-nişan mərasiminəyə lazımdı axı?- deyə qız çarpayıdanqalxıb cəld hərəkətlərlə paltar dolabınasarı yeridi. Anjelanın gözləridolmuşdu, bu saat heç nəyin fərqindədeyildi, ağlına yenə min cür fikirgəlirdi. Birdən qızının paltarlarınıcamadana yığdığını gördü, heyrətiçində soruşdu:- Hara belə?- Ana, biz gedirik... Musa aşağıdagözləyir...- Nora, dəli olmusan? Gecə vaxtı?...Atan bilsə...25


- Atamı durquzma, ana... Xahişedirəm... Bizə mane olmayın... Biz özqərarımızı vermişik...- Axı siz bu gecə vaxtı haragedəcəksiniz? Bu nədir, Nora, mənyuxu görürəm yoxsa? Qızım, canım,gözüm, belə etməyin... Birtəhər yolunaqoyarıq... Qoy bir səhər açılsın...Görək Mamed nə deyir?Nərminə heç nə eşitmirdi, təkərlicamadanın ağzını bağlayıb iti addımlarla qapıyatərəf yeridi. Ayaqqabılarını geyinib sanki sondəfə baxırmış kimi yarımqaranlıq dəhlizə gözgəzdirdi; sonra yataq otağının bağlanmışqapısına, daha sonra isə donmuş göz yaşlarıylakirimişcə yazıq-yazıq ona baxan anasınınboynunu qucaqladı, pıçıltıyla dedi:- Bizdən narahat olmayın! Hər şeyiölçüb-biçmişik, özümüzdən xəbərverəcəyik... Siz öz problemləriniziözünüz həll edin...Anjela heç nə eşitmirdi. O, qızının nə vaxtgetdiyini, nə vaxt qapını bağladığını, nə dediyini beləxatırlamadı. Elə bil hansı əcayib qüvvəsə gəlibgirmişdi onların mənzilinə, səhərdən bəri onlarınruhları ilə oynamış, sonra da əl-qollarını, dil-ağızlarınıbağlamış, evə ölü bir sükunət gətirmişdi. Bircə o biriotaqdakı Harrinin zəif zingiltilərini eşidə bildi. Anjelahövlləndi, onun yerində kim olsaydı bəlkə də dəliolardı. İstədi əri yatan otağın qapısını açıb var qüvvəsiilə qışqırsın, haray salsın. Bunu edə bilmədi. Əlləri,sonra bütün bədəni əsdi. Gah mətbəxdə, gah da vannaotağında nəsə axtardı. Adi vaxtlarda o zəhrimarəşyanın yerini əzbər bilirdi, indi azı on dəfə ona baxdı,26


amma görmədi... Budur, lənət şeytana, tapdı! Nə yaxşıtapdı onu, ruhunu dincəldə bilən, ona əbədi təskinlikverə biləcək bir şey! Bütün günü əcayib və qorxunckabusun dolaşdığı evin cansız ölüm vasitəsi... Anjelavanna otağının qapısını açıb içəri girdi...Harri dəhlizə çıxmışdı; bu dəfə daha bərkdənzingildəməyə başladı. Əvvəlcə vanna otağının qapısınabir-iki ağız hürdü, sonra Məmmədin yatdığı otağınqapısını qabaq pəncələri ilə araladı, lap bərkdənhürməyə başladı. Məmməd gözlərini ovuşduraovuşduraHarriyə açıqlandı, sonra Anjelanı səslədi.Məmmədin birdən-birə dalağı sancdı, sinəsindəçırpınan ürəyində sanki şimal küləkləri əsdi.Mənzildən hüzn qoxusu gəlirdi. Kişi dəhlizə cumdu.Vanna otağında damarını kəsmiş Anjelanı qan içindəgörəndə dəhşətə gəldi...Anjelanı təcili yardım maşınına qoydular.Məmməd hələ nə baş verdiyini anlamırdı; bu işlər –həkimlərin gəlməsi, Anjelanı tələsik maşınayerləşdirmək, evdən idman kostyumunda çıxıb təciliyardım maşınında arvadının böyründə oturub onunqapanmış gözlərinə təşvişlə baxmaq... o qədər sürətləbaş verdi ki, qapı-pəncərələri də bağlamadı. Nərminədə yaddan çıxdı. Ona elə gəlirdi ki, Nərminə hələyuxudadır. Qoy yatsın, uşaq bilməsə yaxşıdı, qorxabilər...Təcili yardım maşını hündür mərtəbəli binanınqarşısından tərpənmək istəyəndə qəflətən göydən quzuboyda bir cəmdək düşdü. Sürücü diksindi, həkimlərbayaq mənzildə gördükləri itin qan içində çabaladığınıgörüncə çimçəşdilər, həyətdən kimsə tükürpədici səsçıxartdı. İt məhzun gözlərini maşının pəncərəsinəzillədi, son dəfə zingildəyib gözlərini yumdu.Məmməd maşının pəncərəsindən çirkli pərdəni27


aralayıb zavallı Harrinin qana bulaşan cəmdəyinəbaxanda əti ürpəşdi, sonra gözlərini yumdu ki, bukədərli mənzərəni görməsin.Təcili yardım maşını xəstəxanaya çatandaAnjela artıq gözlərini açmışdı.2007-2009.28


sındırmayacaq, mənə pis qadın kimi baxanlara da birtoy tutacam ki, külli-aləm tamaşasına gəlsin...”Bura gələndən avstriyalı Yurgenlədostlaşmışdı; bir şüşə Bakı konyakı və iki qutu qarakürü onların alış-veriş sövdasına əlavə istəklər,görünməmiş ehtiraslı münasibətlər gətirdi.Yurgen ucaboy, gülümsər ağ adam idi,təxminən qırx-qırx beş yaşlarında olardı. Qadınınqaldığı hoteldə yaşayırdı; əyalətdən Vyanaya biznesforumuna gəlmişdi; forum iki gün çəkdi, ammaYurgen daha beş gün hoteldə qalmalı oldu. Əlbəttə,buna səbəb bayaq dediyim qara kürü və konyakdanbaşqa həm də qadının özü oldu. Yurgen ondan ötrüdemək olar ki, divanəyə döndü; ona hər gün bir ədədqərənfil bağışladı, restorana apardı, Vyananın ən bahalımağazalarından onun üçün hədiyyələr aldı. Bütünbunların müqabilində qadın onunla yatdı; elə həmingecə Yurgen ona evlənmək təklif edəndə qadından birşaqqanaq qopdu ki, az qala hotelin divarlarıçatdayacaqdı. Yurgen təəccüblə və bir qədər dəmüəmmalı baxışlarla onu süzdü; qadın gülə-güləsoruşdu:- Məgər biz evlənmədik? Neçə gündü səninlənə edirik?- Mən səni öz kəndimə aparmaq istəyirəm,orada atam-anamla, qardaş-bacımla tanışolandan sonra kilsəyə gedərik, rəsmi nigahagirərik...-Yurgen dedi.- Axı məndə nə görmüsən? Mən pis qadınam,başa düşürsənmi? Pis qadın bilirsənminədir? Bizdə heç bir kişi pis qadını almaz...Elə mən özüm də sevmirəm...-deyə qadınyenə şaqqanaq çəkdi.30


- Mənə sənin keçmişin lazım deyil, sənmənim üçün indisən; beləcə gözəl,qayğıkeş, zərif, xöşbəxt indi... Sənin bugünkü həyatın mənim üçün daha müqəddəsvə əzizdir, doğru deyirəm, sevgi eləbudur...- deyə ucaboy, gülümsər almanəllərini onun saçlarında yüngülcə gəzdirdi.Qadın bir qədər duruxdu; o, hələ heç kimdənbelə sözlər eşitməmişdi; “necə yəni, sən mənim üçünindisən?... sevginin keçmişi, gələcəyi yoxdu?... sevgiindidir, bu gündür, lap bu dəqiqələrdır??? Ondanböyük xoşbəxtlik var???”. Nə qəribə məntiqdi?Əlbəttə, Yurgeni tamam anlamasa da düşündü ki, buağ dərili ətirli alman kişisi onu doğurdan da sevir.Qadın bundan qürur duydu, lakin Yurgenə cavabverməyə tələsmədi. Hotel otağının pəncərəsindənşəhərə baxa-baxa qılıqla dilləndi:- Biz ayrı-ayrı adamlarıq, ser... Təsəvvür eləki, heç nə olmayıb aramızda. Öz ölkəndəməndən də yaxşısını tapa bilərsən....- Səndən yaxşısını tapa bilmərəm, əzizim.Sən yeganə qadınsan ki, mənim ürəyimintən yarısını əbədi zəbt etdin...Qadın yenə şaqqanaq çəkdi və beləcə həmingecə onun üçün həm anlaşılmaz, həm də heyrətedicihəzzlə qatışdı; tərəddüdlər, narahatlıqlar doğuran, lakincazibəli bir gecə oldu. Daha sonra Yurgen əyalətə getdivə dedi ki, Vyanadan onların əyalətinə cəmi beş saatlıqyoldu, səhər mütləq gələcək, onu götürüb aparacaqevlərinə. Elə ordan da birbaşa kilsəyə gedəcəklər...“Gör ha, burada evlənmək çox sadə və su içim kimidi.Bizdə uzun həngamədi. Bax, indicə otağın qapısıaçılacaq, Yurgen içəri girib deyəcək: “Hə, sevgilim,31


hazırsanmı? Gedirik bizim kəndə. Sonra kilsəyə...sonra restorana... sonra səyahətə... sonra.... sonra...”Bu ilıq, əsrarəngiz, həm də çox uzaqgörünməyən xəyali duyğularla o, əslində Bakıda dayaşaya bilərdi. Bəs necə oldu ki, bu duyğular birdənbirəqərib şəhərdə onun bütün vücudunu oynatdı, hə?Axı bu, necə oldu? Beynində fırlanan fikirlər qarışıqmallar mağazasını xatırladırdı. Qadın bu anlardadeyəsən Vyanaya nə üçün gəldiyini belə unutmuşdu...Qapı döyüldü, içəri biri-birindən güləş, qəşəngiki qız və onları Vyanaya müşaiyət edən bəstəboy, dolubədənli, otuz-otuz beş yaşlarında olan cavan oğlanhay-küylə daxil oldu.- Hardasan, Ayka? Dünən gecədən yoxsan...Gecə qapını nə qədər döydük açmadın...-deyə bəstəboy, göygöz, sarışın saçlı cavan(o, bu kiçik qrupun meneceri idi)tövşüyərək birnəfəsə soruşdu.- Olmaya mister Yurgenlə... bəlkəvurulmusan, hə? –deyə qızlardan birimarağını gizlətmədi.Aygün dinmədi, könülsüz-könülsüz çarpayınınüstünə tulladığı narıncı rəngli dəsmalı götürüb vannaotağına keçdi...- Buna noolub?- bəstəboy menecer qızlardancavab istəyirmiş kimi sağ əli ilə Aygünügöstərdi.- Onun sonuncu müsabiqəsiydi... Heyf ki budəfə də keçmədi... Yəqin buna görədi...- budəfə çantasından qəhvəyi rəngdə uzunsovsiqaret çıxarıb menecerdən alışqan istəyən obiri qız dilləndi.- Nu shto? Podumayeş, eto ne naşa vina...Kak firma, eto mı pastradali, ne ana....-32


menecer qızın siqaretini yandıra-yandıramızıldadı.Bütün bunları qadın eşidirdi, amma o, ayrı şeyhaqda düşünürdü. Bu müsabiqə onun üçün birdəfəlikbağlı qapılar arxasında qalmışdı...Firma onları Vyanaya gözəllik müsabiqəsinəgöndərmişdi. Bakıda üç gözəl seçilmişdi və firma bugözəlçələri Vyanaya yola salanda ən çox ümidAygünəydi. Çünki o, üçüncü dəfəydi ki, belə birmüsabiqədə iştirak edirdi və onu tanıyanlar bilirdilərki, bir qədər yaşı ötsə də Aygünün mütənasib bədənquruluşu və füsunkar gözəlliyi ona bu dəfə mütləqqalibiyyət gətirəcək. Və bu qalibiyyətdən həm qadın,həm də firma şöhrət və sərvət qazanacaqdılar. Lakingözləntilər özünü doğrultmadı. Gözəlçələr müsabiqədəyer tutmadılar. Menecerin qanı qaraldı; müsabiqəninsonuncu günü bir az qızlara əsəbləşdi, bir az jüriüzvlərinə etirazını bildirdi, bir qədər də Bakıda qızlarınəyin-başına cavabdeh olan firmanın dalınca deyindi;paltarlar son moda ilə tikilməmişdi və qızlarınuğursuzluğuna əsas səbəb də bu oldu. Amma artıq gecidi, heç nəyi dəyişmək olmazdı; müsabiqə ildə bir dəfəkeçirilir. Qismət olsa, gələn ilin oktyabrında dahagözəl pal-paltarla gələrlər.Lakin Aygün belə düşünmürdü; bumüsabiqənin və səyahətin ona xöşbəxtlik gətirmədiyiniyəqin edəndən sonra otaqda tək qalmağı istədi. Sonrarestorana düşüb bir qədəh konyak içdi; bu vaxt neçəgündən bəri onun başına pərvanə kimi fırlanmaqdandoymayan Yurgeni yanında gördü... Söhbətləri uzunçəkdi.Aygün ingilis dilində danışa bilirdi və o biriqızlara nisbətən onun bu sahədə təcrübəsi daha çox idi.Onun gecələdiyi “Astoriya” hotelinin demək olar ki,33


əksər sakinləri Aygünü həm də ingiliscə yaxşıdanışdığına görə tanıyırdılar. Bu bir həftənin içindəhotelin sakinləri və personalı arasında heyrətamizgözəlliyinə görə də məşhurlaşmışdı; nazı-işvəsi vəhəddən artıq qılıqlı olması onu şıltaq uşağa bənzədirdi.Onunla təmasda olmaq, ona gözəl-gözəlkomplimentlər demək, restorana dəvət etmək, rəqsoynamaq, gəzintiyə çıxmaq, ona hədiyyələr almaqistəyənlərin sayı isə çox idi, lap çox idi. Lakin necəoldusa, o, birini seçdi; Yurgeni....Vanna otağından çıxanda otağı papiros tüstüsübürümüşdü. Menecer özündən razı halda kreslodaəyləşmiş, qıçlarını bir-birinin üstünə aşırmışdı;qolundakı qızıl zəncir onun aşağı sallanan sol qolununbilək nahiyyəsini az qala tamam örtəcəkdi. Zəncirqalın və böyük ölçüdəydi, buna görə də menecer teztezonu sağ əli ilə yuxarı qaldırır, gah da qızlarlalaqqırtı vururdu.- Hələ vaxtımıza iki saat var,- deyə menecersaatına baxdı. Sonra üzünü Aygünə tutub:-Taksini sifariş vermişəm... saat doqquza...-dedi.-Yır-yığış eləyin... Gecikməyək...- Mən getmirəm!..-Aygün birdən-birəqətiyyətlə dedi.- Nəəəə??? Nə dedin???-hamı bir ağızdan azqala çığırdı.- Eşitdiniz, nə dedim, getmirəm!-Zarafat edirsən?-menecer hələ də nə başverdiyini anlamadı.-Zarafat eləmirəm, mən bir daha Bakıyaqayıtmayacağam!Otaqda bir neçə anlıq ağır sükut yarandı. Qızlarbir-birlərinə heyrətlə, təəccüblə və bəlkə də təsəvvüredilməsi çətin olan müəmmalı nəzərlərlə baxdılar.34


Menecer boğazına kip bağlamış sarı rəngli qalstukunubir qədər boşaltdı, yerində qurcalandı, narahat-narahatəlindəki mobil telefonu oynatmağa başladı, dedi:- Ya ne razreşayu... Tı...-Kto tı takoy?- Aygün çəmkirib onun sözünükəsdi.O biri qızlar elə bil indi anladılar ki, bu, nəsə ciddi vəxoşagəlməz söhbətdi...- Ya ne rebyonok... Sama reşayu... –qadın əlavəetdi.-Tfuuuu... İşə düşmədik?!!-menecer hikkəyləayağa qalxdı. – Tı panimayeş şto delayeş? Sən belə edəbilməzsən!!! Mı tebe denqi dayom... A şto ya skajuşefu, ha???- Sizin verdiyiniz qəpik-quruş heç mənim birhəftəlik xərcimi ödəmir! Denqi dayut!? O pulu havayıverirsiz bəyəm?Menecerin az qala gözləri hədəqəsindənçıxacaqdı; ona qəfildən, özü də heç vaxt belə sözlərdeyilməmişdi.- Bilirsən nə var? Sən bizimlə qayıdacaqsan,vəssalam... Bakıda özün bilərsən... İstəyərsən, yenəgələrsən, istəməzsən... lap Amerikaya çıx get...Şəhərdə razborka-filana qatılmaq istəmirəm... Özümdə bu saat səfirliyə xəbər verəcəm...Menecer qapını çırpıb getdi. Qızlar lap şokadüşmüşdülər. Heç kəs danışmaq istəmirdi. Yaqorxurdular, ya da yaşca bir qədər onlardan böyük olanAygündən artıq-əskik söz eşitmək istəmirdilər.Nəhayət, Aygün paltar şkafından bir kağızparçası götürüb qızlardan birinə uzatdı. Məktub idi.- Zoyka, bunu mamama çatdır... Mən qətiqərara gəlmişəm... Burda hamısını izah eləmişəm...Xahiş edirəm məni düzgün başa düşəsiniz... Mən öz35


xöşbəxtliyimi tapmışam... Onu əldən verməkistəmirəm... Sonrası necə olacaq, bilmirəm... Faktbudur ki, bu gün məni çox gözəl başa düşən adamvar...Hələ də özünə gələ bilməyən siqaret sümürənqız heyrətlə Aygünə baxdı:- Yurgen? Axı o səndən yaşca böyükdü? Ayqız, ağlını başına yığ...-dedi.- Ağlım başımdadı... narahat olma! Ok?- Ayka, bəlkə.... Vallah, bu xaricilər adama birstəkan su da vermirlər havayı... Sən gör kimin dalıncaqaçırsan?-Guya bizimkilər verirlər? Siz hələ uşaqsınız...təzəcə gəlmisiz firmaya... Görərsiz, bu firmadaçalışmaq nə deməkdi... Adamın anasını ağladırlar...Özümüzünkülər... Sizi əski parçası kimi hara gəldisürtəcəklər... Mən bezmişəm... Sürünməkdənyorulmuşamm... Eşidirsiz, sürünmək... alçalmaq...özümü qadın kimi hiss etmək istəyirəm... Qadın kimi...fahişə kimi yox! Eşidirsiz?!Qadının titrəyə-titrəyə söylədiyi sözlər hotelotağının dərin sükutunda daş döşəmənin üstünə düşübçilik-çilik olan şüşə vazanın cingiltisini xatırlatdı və bucingiltidən hürküb qorxan, bir qədər də hövllənəngözəlçələr çınqırlarını belə çıxarmadılar. Az sonraAygünün məktubunu ehmalca büküb çantasınayerləşdirən qız ağlamsına-ağlamsına kəkələdi:- Ayka, mən sənsizzz... nukuda... net... ni şaq...oy... ya ne maqu... Şto za den?.. Çort vazmi!!!... Bir azdan menecer qayıdıb gəldi. Üzündəbayaqkı sərtlik və kobudluqdan əsər-əlamətgörünmürdü. Doğrudur, həssas adamlar onun sifətcizgilərində dərhal dərin nigarançılıq və bir qədər dətəşviş tapardılar. Əlbəttə, o, səfirliyə zəng vurmamışdı.36


Əslində səfirliyin bu səfərdən xəbəri yox idi. Və busəfər qeyri-rəsmi şəkildə onların firması tərəfindəntəşkil edilmişdi; əgər bəstəboy menecer bu barədəsəfirliyə xəbər versəydi iş böyüyəcək, onun şefi üçünbaşağrısı yaranacaqdı. Ona görə də menecer mobiltelefonu ilə ilk növbədə şefə məlumat verdi və ondanaldığı təlimata əsasən taktikanı dəyişmək qərarınagəldi.- Ayka, izvini... bir az kobudluq etdim... Şeflədanışdım... Dedi Aykaya nə qədər istəsə maaşverəcəm... gəlsin Bakıya danışarıq...- O yalanlardan çox eşitmişəm... Lap çox... İndiməni heç kəs aldada bilməz... Heç kəs!!!-İstəyirsən, al özün danış...-deyə mobil telefonuqadına uzatdı.- Heç kəslə danışmaq istəmirəm... Qurtardıq busöhbəti... Mən getmirəm, vəssalam!..Saat doqquz oldu. Onlar bü gün hoteli tərketməliydilər; menecer hotel inzibatçısı ilə hesablaşıbsifariş verdiyi taksinin düz hotelin qarşısına gəldiyinişvetsardan öyrəndikdən sonra çıxışa doğru addımladı.Qızlar Aygünlə görüşüb ayrıldılar, menecer dodaqucusöyüş söydü.Hava səhərdən tutqun idi. Menecer və iki qıztaksiyə oturan kimi göylərdən bir şaqqıltı qopdu ki,deyirdin bəs, bu saat dünya dağılacaq və bu dəhşətligurultu onları taksi qarışıq aparıb tullayacaq Vyanaçayına. Amma dünya dağılmadı, əvəzində sel su yerinəaxdı. Yağış elə tökürdü ki, taksi sürücüsü yolu gücləgörürdü. Yarım saatlıq yolu düz iki saata getdilər,çünki yolda tıxac əlindən tərpənmək mümkün deyildi.Taksiyə oturandan ta hava limanına qədərmenecer Aygünün dalınca yarırusca, yarıazərbaycancalüğətdə olmayan söyüşlər yağdırdı. Hətta onu “vətəni37


satan fahişə” də adlandırdı. Arabir taksi sürücüsüdönüb təəccüblə yanındakı balacaboy menecerə baxır,başını bulayırdı. Yəqin demək istəyirdi ki, “kişiqadının dalınca söyüş söyməz!”. Amma havalimanında taksidən düşən bu qəribə sərnişinə pulunqalığını qaytarandan sonra ayrı şey dedi:- Padles! 3Menecerin heç tükü də tərpənmədi, ammaqızların heyrətdən gözləri bərəldi... Sonra taksisürücüsü üzünü qızlara tutub səsinə bir qədərmülayimlik qatdı:-Afv edersiniz, xanım efendi... Şurada işyapiyoruz, ama veteni satmıyoruz...Hoteldə pəncərə qabağında dayanıb həyətəbaxan və Yurgenin gəlməsini sonsuz həyəcanlagözləyən Aygün birdən-birə içində böyük bir buzparçasının sındığını duydu; yox, yox, bu, onubayaqdan bəri ovunduran həmin o şüşə deyildi; yaxşı,axı bu, nəydi belə? Qadın balasını gözü qarşısındapişik yemiş ana sərçə kimi çırpınmağa başladı.Düşündü ki, yağış sularının şırhaşırla tökülməsi,havanın üzünün qaralması heç də yaxşı əlamət deyil.Yağış dayanmaq bilmirdi. Havanın üz-gözüzəhrimara dönmüşdü. Vəziyyətin beləcə davam etməsiAygünü heç açmadı; narahatlıq anbaaan şişirdi; qəribyerdi, Yurgendən başqa heç kimi tanımır... Birdən o,gəlmədi? Hər şey ola bilər... Yox, yox... ola bilməz! O,söz verdi ki, saat on ikidə gələcək, məni burdanaparacaq! Bu da sənin müsabiqən. Əntiqədi, əcəbsəyahətdi! Bir qədər əvvəl “Astoriya”dan çıxıb havalimanına gedən həmyerlilərinə bu anda paxıllığı tutdu.Cəmi beş-altı saatdan sonra Bakıda olacaqlar.... Mənisə... Yox... Yox... Bu, ola bilməz! Almanlar dəqiq3 Əclaf! (rusca)38


adamlardı.... Söz verdilərsə, mütləq yerinəyetirəcəklər...Bu isti, min dənə başı olan, həm də cəlbedicidüşüncələr içində çabalayan Aygün rahat hotelotağının pəncərələrini döyən leysan yağışına tamaşaetdikcə fikirlərini cəmləşdirə bilmirdi; ona şüşə kimixöşbəxt anlar vəd verən gözəlliyini belə unutmuşdu; o,indi otağın pəncərələrini taqqıldadan yağışın nə üçünbirdən-birə leysana döndüyünün fərqinə varmaqistəyirdi.Saat on iki oldu... Ürəyi daha bərkdəndöyünməyə, həyəcanları artmağa başladı. Yurgendənsəs-səmir yox idi. On dəqiqə də keçdi. Gözü qapıdaydı.Qapını heç kəs döymədi. Yenə on dəqiqə keçdi...Yurgen gəlib çıxmadı. Birdən nə düşündüsə pişik kimiyerindən sıçradı, cəld çantasını götürüb bayıra çıxdı.Hələ ikiyə vardı... Hava limanına çatacaq. Yox... o busaat taksi saxlayacaq... Gedib hamıdan üzr istəyəcək...Necə də sarsaq bir gündü?!..Vestibüldə çıxış qapısına çatar-çatmaz inzibatçıarxadan onu səslədi:-Miss, miss! Ay moment! 4Geri döndü; elə bildi ki, hotelin hesabınıödəməlidir. Lakin yox, bu günə qədər bütün hesablarfirma tərəfindən ödənmişdi. İnzibatçının gülümsərçöhrəsi onu bir qədər duruxdurdu.- What iz it? 5 - soruşdu.- You have a message from Mr. Yurgen! 6Çantanı vestübüldəki divanın üstünə tulladı;inzibatçıya tərəf demək olar ki, yüyürdü.- Let me see… 74 Xanım, bir dəqiqə!5 Nə olub, nə var?6 Sizə cənab Yurgendən mesaj var39


İnzibatçı pul tapmış uşaqlar kimi sevincəkkompüterdən çıxartdığı kağızı qadına uzatdı. O,acgözlüklə oxudu: “My darling, please wait for me!Sorry, I am late because of raining cats and dogs… Seeyou soon”. 8Aygün gözlərini əlləri ilə bağlayıb divanasöykəndi; onun hönkürtüsü şaqqanağa da bənzəyirdi.Bu dəqiqə özündən başqa heç kəs deyə bilməzdi ki,dünya kimindi; onunkudu, yoxsa Yurgeninki? Hotelxidmətçiləri isə bir qədər ehtiyat edə-edə qadınayaxınlaşıb təəccüb və heyrət içində astadanpıçıldadılar:“ What’s happened?” 9---------------------------------------------------------------------Vyana, 20067 Verin baxım...8 Əzizim, xahiş edirəm məni gözlə. Bağışla, leysana görəgecikirəm. Tezliklə görüşənədək.9 Nə baş verib?(ingiliscə)40


Qan azlığı,yaxud ölən uşağın xatirələriÖləndə mənim on yaşım vardı; mən onca ilyaşadım, düz onca il. Və bu on ilin sonuncu beş ilinidüşünməyə başladım, yəni ağlım kəsdi; ağı qaradan,istini soyuqdan ayırd edə bildim.Mənim üçün bütün rənglər eyni dərəcədəgözəgəlimli və yararlıydı. Mən bu rənglərə təzəcəalışmışdım. Mənim üçün pis şey yox idi; ammaürəyimin lap dərin qatlarında nədənsə qorxurdum,nədənsə çəkinirdim. Sonradan mənə məlum oldu ki, buqorxulu şey xəstəlikdir. Adam xəstələnəndə ölür.Körpələr evində dayəm mənim yanımda bir dəfəağzından qaçırtdı ki, “bu qız xəstədi, öləcək.” O, eləbilirdi mən yatmışam. Amma gözlərimi yumsam daayıq idim, onun müdirə xanımla söhbətini də özqulaqlarımla eşitdim. Həmin gündən başladım bu pisxəbəri ürəyimə salmağa, bütün düşüncələrim vəfikirlərim qarışdı. Şıltaqlıq edə bilmədim,nazlanmadım, əzizlənmədim, məni ovundurabilmədilər. Gecə-gündüz gözlərim yol çəkdi; atamıgözlədim; onun xiffəti içimi günbəgün əritdi, qanımıcanımısorub apardı uzaqlara. Elə bilirdim ki, oyanımda olsa, məni buradan gəlib aparsa, sağalaram,ölümüm barədə düşünmərəm.Körpələr evinə atamın qucağında gəlmişdim.Atamın dumanlı siması düz beş il mənim gözlərimönündən getmədi. Mən hər şeyi vaxtından tez, lap tezanlamağa başladım, düşündüm və bu düşüncələr mənərahatsız bir həyat bəxş elədi. Sən demə mənim41


ölümümə əsas səbəb də düşünməyim oldu. Beşyaşından düşünməyə başlayan uşaqdan nə gözləyəsən?Beş yaşından körpələr evinə verilən uşağın ömrü-gününecə olar ki?Müdirə xanımın otağında atamla olan söhbətdumanlı olsa da yadımdan çıxmır.- Anası öldü, mən baxa bilmirəm...Xahiş edirəmm... yalvarıram... uşaqxəstədi...mənim də imkanım yoxdu...-atam deyirdi.- Sənədləri var?-müdirə xanım gözləriilə məni süzdü.- Hazırdı... bütün sənədlər burdadı...yenə lazım olsa...- Qızım, adın nədi?-müdirə xanımsoruşdu.- .......Gözlərimi zilləmişdim atama. Qorxurdum.Amma bilmirdim nədən qorxurdum. Susurdum.Bilmirdim ki, nə üçün susurdum. Atam məni yanındaotuzdurdu, saçlarımı tumarlaya-tumarlaya dilləndi:-Səndən adını soruşur, qızım... (Bu, atamınyadımda qalan mənə ilk və son müraciəti oldu,daha atamla bağlı heç nə xatırlaya bilmirəm.)- Azərin...- Maşallah! Neçə yaşın var?-deyə müdirəxanım ciddi görkəm aldı.-Beş... Gələn il altı olacaq...-dedim.-İnşallah!Həmin gün atam məni müdirə xanıma təhvilverib getdi. Qəribədi, mən ağlamadım. Mən ona “ata,getmə!” demədim. Mən ona heç “sağ ol!” da demədim.Bu, deyəsən müdirə xanımı xeyli təəccübləndirmişdi.42


O, məni çoxlu uşaqlar olan bir otağa apardı. Otağagirəndə özü kimi yumrusifət bir xalaya dedi:- Bahar, buyur götür, bu da təzədi... Tifillərininbiri də artdı.Bahar xala güldü, mənim əlimdən tutubuşaqlara dedi:-Uşaqlar, görün bizə necə qəşəng qız gəlib?Adın nədi, balaca?-Azərin...-Azərin, gəl sən də qoşul bax bu uşaqlara,görürsən, Natiqə, Flora, Nihad, Camal, Lyuba,Firdovsi, Andrey, Qətibə... necə gözəl şəkillərçəkirlər? Sən şəkil çəkə bilirsənmi?-Yox...-Onda biz sənə şəkil çəkməyi öyrədərik...Eləmi, uşaqlar?-.....Uşaqlar susdular. Hamı matdım-matdım mənəbaxırdı. Görəsən onlar mənə nə üçün belə maraqlatamaşa edirdilər? Yəni mən bu qədər maraqlıydım?Bahar xala mənə bir çarpayı göstərdi.- Bax, sən burda yatacaqsan...Pəncərənin yanında...Mən o pəncərənin yanında düz beş il yatdım; opəncərədən düz beş il həyətə, həyət darvazasına, ordanküçəyə, ordan da qəzet köşkünə baxdım. Atam bu evingiriş qapısının hardan olduğunu o köşkdə işləyənxoşsifət, qarabuğdayı əmidən soruşmuşdu; köşkünsahibi məni və atamı mehriban baxışlarla süzdü, əli ilədarvazanı göstərdi. Sonra “Allah köməyiniz olsun!”deyib bizi mərhəmət dolu baxışlarıyla düz darvazayaqədər ötürdü. Mən onu bir qədər atama bənzədirdim.Elə bilirdim hər səhər o köşkü açan əmi, atamabənzəyən əmi məni düşünür, atamı tanıyır, atamın43


yerini də bilir; o, hər səhər köşkün pəncərəsəniqaldırandan, yerini və təzə qəzetlərini rahlayandansonra elə bilirdim ki, bax indicə mənə əl edəcək,gülümsəyəcək, daha sonra məni işarə ilə yanınasəsləyəcək, saçlarımı tumarlayıb mənə şad xəbərverəcək: “qızım, atan sənin dalınca gəlib...”Bütün bunlar özüm-özümlə pıçıldaşa-pıçıldaşaxəyali söhbətlər idi. Qəzet köşkündəki əmi mənigörmürdü, mənə isti sözlər demirdi. Amma mən deməkolar ki, bütün açılan səhərlərimi pəncərə qabağındaqəzet köşkünə, atama bənzəyən əminin gəlib köşkünqənşərinə təzə qəzet-jurnalları necə səliqə ilədüzməsinə baxmaqla başlayırdım. Mənə elə gəlirdi ki,indicə o tərəfdən, ya da bax o tindən atam görünəcək,qəzet satan əmiyə yaxınlaşıb yenə nəsə soruşacaq, o daəlini mənim pəncərəmə sarı uzadacaq. Sonra hər şeydüzələcək, hər şey... Atam isə görünmürdü.Bu evdə məni təkcə Bahar xala bir qədərovundura bilirdi. Bir dəfə mənə dedi ki, “sən burdakıuşaqların hamısından sakit, hamısından ağıllısan. Sözəbaxırsan, heç kimi incitmirsən. Səni çox istəyirik.Yeməyini vaxtında yeyirsən, yatırsan, durursan, bütüngünü də pəncərənin qabağında durub küçəninbaşındakı qəzet köşkünə tamaşa edirsən. Uşaq beləolar...”Belə vaxtlarda düşünürdüm ki, mən nəsə ayrıbir şey gözləyirəm. Bu, canlı da ola bilər, cansız da.Bəs o şey nə idi? İçimdə həmişə nəsə, hansısa birduyğumu, hissmi çatışmırdı. Bahar xala deyirdi ki,sənin anan da, atan da mənəm. Düzdür mən anamıxatırlaya bilmirdim, ona olan duyğularım elə bilölmüşdü. Amma atamı ki xatırlayırdım?! Bəs nə üçünbu xatirələr sevgiylə, istəklə əvəz olunmurdu?Bilmirəm.44


Yadıma atamın dumanlı siması düşəndəiçimdəki o anlaşılmaz duyğular gah ölmək, gahoyanmaq, gah dirilmək istəyirdi; içimi bürüyən, heçkəsə bəlli olmayan qatışıq hisslərim isə alovlanır,atamı görmək həsrəti məni hər səhər bax beləcə qeyriixtiyariolaraq gətirirdi bu uşaq evinin pəncərəsi önünə.Mənim gözləmə məntəqəm buraydı; mənim ümidim,pənahım bu pəncərəydi. Mən bu pəncərəni çoxsevirdim. Bu pəncərə mənim həm isti, həm soyuq, həmdə təsəlliverici yerim idi. Yenə deyirəm, bu pəncərədənhəyətə baxırdım, həyətdəki yaşıl-yaşıl şam ağaclarınabaxırdım, quşların necə civildəşmələrini eşidirdim,görürdüm, sonra küçəyə, küçədən şütüyən maşınlara,nəhayət, atama bənzər əminin qəzet köşkünə tamaşaedirdim; cürbəcür adamlar, cürbəcür maşınlar,cürbəcür analar, atalar... Mən onları bu pəncərədəngördüyüm üçün sevinirdim. Haçansa onların arasında,atamla birgə olmaq arzusu keçirdi ürəyimdən.Bütün bunlar heyif ki arxada qaldı, mənimarzularım və istəklərim mənimlə birlikdə öldü. Düzdü,mən ölən günümü bilmirdim, bilə də bilməzdim.Pəncərə qabağındakı çarpayımda halsız uzanmışdım.Hərdən Bahar xala gəlib əlini alnıma qoyur, ölüvaygözlərimə baxıb nəsə pıçıldayıb gedirdi. O yadımadüşür ki, mənə ildə iki dəfə iynə vurur, damarıma qanköçürürdülər. Axır vaxtlar mənə daha çox iynə vurur,dava-dərman içirdirdilər. Hər dəfə ağ xalatlı həkimlərigörəndə ürəyim gubbultu ilə döyünürdü. Görəsən buhəkimlər mənə nə vaxta kimi iynə vuracaqlar? Axımənim bütün damarlarım ağrıdan və dava-dərmandantamam süst olub gedib...Hələ ölməyimə səkkiz saat vardı. Bu qiyamətsəhər sübh, saat beşdə baş verəcəkdi. Axşamçağı Baharxala bir dəstə ağ xalatlı əmi və xala ilə birgə mənə baş45


çəkməyə gəldi. O, həmişəki kimi əli ilə saçlarımısığalladı, soruşdu:- Necəsən, Azərin?- .......Cavab verməyə heyim qalmamışdı. Bahar xalaəmilərə, xalalara üzünü tutub deyirdi:-Uşaqlara qan lazımdı, qan! Yeməkdən çox qanlazımdı, eşidirsiz?- Qan yoxdu!- Axı mən neyləyim, hə? Hara gedim, kimədeyim?- Donorlar azalıb... Qan vermirlər...- Bə bu tifillər ölsün?- Bir şey fikirləşərik... Biz nə edə bilərik?Dünyada o qədər belə xəstələr var ki, çatdıra bilmirik...Gözləyin... Bəlkə sabah oldu?Mən anladım ki, nəsə qorxulu və dəhşətli birhadisə baş verəcək. Yerimdə qurcalanmağa başladım.Sən demə bu evdə yaşayan bütün uşaqların da mənimkimi qanı azdı. Qan yaxşı şeymiş və bunu adamınbədəninə vuranda, damarına yeridəndə insanlarölmürlər. Gör nə qədər uşaq qan gözləyirmiş, amanallah! Flora, Lyuba, Aytac, Qətibə, Samirə, Firdovsi,Nihad, Andrey... Bu uşaqlara da mənim kimi düz beş ilqan vurublar. İndi əmilər deyir ki, dünyada qan yoxdu,dünyanın qanı azalıb. Yaxşı, tutaq ki dünyanın qanıyoxdu... Bəs adamlara nə olub? Onların da qanıyoxdu? Bu beş ildə bizə tez-tez müğənnilər gəlib başçəkərdilər. Bizə çoxlu isti paltar, cürbəcür oyuncaqlar,dadlı-ləzzətli şirniyyatlar gətirərdilər. Bizi oynadar,oxudar və rəqs edib gedərdilər. Belə konsertlər çoxolurdu. Amma indi mənə konsert lazım deyil. Mənəqan lazımdı, qırmızı qan. Bəs indi hardadı onlar?46


Bahar xala narahat-narahat qonaqları o biriotağa apardı. Qapının ağzında dönüb son dəfə mənəbaxdı, sonra üzünü əmilərdən birinə tutub nəsə vacibbir şey söyləyirmiş kimi dedi:- Ağırdı, dalaq və qaraciyəri böyüyür... Tələfolacaq... Anası da özü kimi olub deyirlər...Atasına xəbər vermişik...Həmin gün səhərədək atamın yolunu gözlədim.Onun gələcəyinə elə inanırdım ki... Düşünürdüm ki, o,mütləq gələcək, mənə qan gətirəcək. Məni özüyləaparacaq. Mən sağalacağam...Səhərə yaxın özümdə bir güc hiss etdim, durubpəncərəni açdım. Hər tərəf alatoranlıq idi. Bakınınxəfif yeli həyətdəki bir-birinə sığınan şam ağaclarınıaram-aram tərpədirdi. Darvaza bağlıydı, qəzet köşküdə bağlıydı. Küçədə heç kəs yox idi. Hər tərəfsəssizliyə qərq olmuşdu. Yel əsirdi və bu yelin səsinəoyanan bülbüllər və sarıdimdiklər artıq başlamışdılaroxumağa. Görünür, onların qanı var, ona görə belə guroxuyurlar. Quşlar necə də bəxtəvərdilər? Bu, yadımdaqalan sonuncu havaydı...Bakı. 2007.47


DƏCƏL ƏCƏLYa Rəbbim, bizi doğru yola yönəlt!(Əl-Fatihə surəsindən)1.Bura xəstəxanaydı; beş mərtəbəsi, daş divarları,soyuq otaqları olan xəstəxana. Palatalar bomboşdu;arabir gözə dəyən ağxalatlılar astagəl və könülsüzhərəkətlər edirdilər; lap atmosferin yuxarı qatlarındakıhavasızlıqdakı kimi. Bura xəstə gəlmirdi; gələnlər dəgəlib-getmişdilər. Çünki iş vaxtı bitmək üzrəydi…Bura təkcə qadın xəstəliklərindən ötrü deyildi;kişi xəstəlikləri üçün də yarayardı. İntəhası, burdakişiləri çox nadir hallarda görmək olurdu. Ona görəyox ki, onlar xəstə deyildilər, ya da xəstələnibeləmirdilər. Yox və yenə də yox! Axı kişilər uşaqdoğmurlar!? Allah doğmağı qadına məsləhət bilib. Bu,təzə bir şey deyil; binayi-qədimdən uşağı qadın doğur;bu qadın bu uşaqları hər il, hər həftə, hər gün və hər andoğur; bu qadın hər yerdə, dünyanın bütünnöqtələrində doğub və doğur; bax, bu xəstəxananı dayetmiş il qabaq ondan ötrü tikmişdilər; yəni qadındanötrü ki, gəlib burada rahatca dünyaya uşaq gətirsin.Amma çox qəribəydi və çox maraqlıydı; yenə deyirəm,bütün palatalar boş idi. Bu nədi belə? Yoxsa, bu gündoğan yoxdu?Və bu gün bura doğmaqdan ötrü gəlməmişdilər.Bu gün buraya gələnlər tamam ayrı şeydən ötrügəlmişdilər. Elə bil qadınlar doğmaqdan doymuşdu;qadınlar daha ana olmaq istəmirdilər; bəlkə sadəcədoğmaq istəmirdilər? Hər halda, oğlan belə düşünürdü;Axı ana olmaq üçün həm də gərək ata olasan. Atadeyirəm sənə!48


Əslində istədim elə burdaca iri bir nöqtə qoyum,oxucuya demək istədiyim mətləbləri elə beşikdəcəboğum. Ürəyim gəlmədi; mən ömrümdə qəlbimdəkiağrılara məhbus kimi baxmamışam; ağrı da bətndəkiçağa kimi bir şeydi, azad olmaq istəyir; azadlıq isəhəm acıdı, həm də şirin; buna görə də bizimxəstəxanada doğmaq istəməyən şəhər bələdiyyəsibaşçısının qızının başına gələn bu əhvalatı bəzəkdüzəksizsizə danışmaq istəyirəm.2.Hə, deməli, bu xəstəxananın üçüncü mərtəbəsininensiz, uzun dəhlizinin lap sonunda hündür,meşin bir qapı da vardı. Üstündə bu sözlər yazılmışdı:«Aborta gələnlər üçün». Bu, palata deyildi, iç-içə otaqlarıolan böyük bir kabinet idi. Bura yalnız qadınlargirə bilərdi. Qapının yanındakı oturacaqların heç biriboş deyildi. Bahalı və daş-qaşlı əyin-başlarındangüman etmək olardı ki, burda oturan qadınlar kübartəbəqəyə mənsubdular; gah dinməzcə özlərindən yaşcaböyükləri ədalı və hövsələsiz nəzərlərlə süzür, gah danarazı halda meşin qapıya baxırdılar; nisbətən yaşlılarisə söhbətə girişmişdilər; Allah bilir nədən danışırdılar;yarıpıçıltılı, yarıgurultulu qadın səsləri bir-birinə eləqarışmışdı ki, deyirdin bəs, mərtəbənin yod iyi verəndarısqal dəhlizində anlaşılmaz bir küy, ya da uğultudolaşır. Bu küy və uğultu səhərdən bəri ölü sükunətyuvasını xatırladan nəhəng, beşmərtəbəli xəstəxananınçəhrayı rəngi soluxan soyuq divarlarına çırpılırdı vəbəlkə də elə buydu dəhlizdəki canlanmaya can verən.Hərdənbir gözlərini hündür, meşin qapıya zilləyən,sonra da yanındakı yayğın düşüncəli arıq oğlananəyisə həvəslə başa salan qız elə bil qəfildən üşüdü,qollarını çarpazladı, küy və uğultunu vecinə almadanbaşladı yenə dil-dil ötməyə. Oğlana aman vermirdi.49


Maraqlısı buydu ki, dil-dil ötmək qıza çox yaraşırdı.Oğlan az danışır, hərdənbir gözlərini səliqəsiz həyətəaçılan, şüşələrini toz basmış pəncərəyə dikərək suallarverirdi. Yaman qüssəliydi, içindəki rahatsız suallaracavab axtarmaq zorunda qalmışdı elə bil; «Adlarınıdoğum evi qoyublar; bir dənə uşaq səsi gəlmir; gör birnecə sıraya düzülüblər? Abort eləmək üçün sinogedirlər. Həyasızlar, utanmazlar!». Oğlan düşünürdü,qəzəbli baxışlarını yanındakı qızdan gizlətmək üçünarabir meşin qapıya da tuşlayırdı.- Növbə kimindi? - Birdən azca aralanmışhündür, meşin qapının arasından boylanan tibbbacısının zabitəli səsi eşidildi.- Mənim… mənim, – sarışın bir qadın cəld ayağadurdu.- Di tez elə, keç içəri, həkim gözləyir…Tibb bacısı xırda yaşıl gözləriylə dəhlizdəgözləyən o biri qadınlara, gəlinlərə bic-bic nəzəryetirdi. Növbəsi çatan sarışın saçlı, ağ kofta və qara darşalvarlı qadın da təntənə ilə içəri otağa keçdi.Qapı astaca örtüldü və dəhlizdə yenə bir azəvvəlki canlanma yarandı. Sol küncdə pəncərəqabağında hələ də ayaq üstə durmuş, üzü həyətə baxanoğlanla qız nədənsə narazı kimi görünürdülər vədeyəsən, elə nədənsə yox, bir-birlərindən küsmüşkimiydilər. Oğlan yenə nəsə dedi, ya da soruşdu, qızyenə dil-dil ötdü, susdu; oğlan da susdu.«Hər şey boş bir şeymiş həyatda; sevgi,məhəbbət, istək, ehtiras… bunların heç bir mənasıyoxuymuş! İlahi, adam gözlərinə inana bilmir. Yənibu, cəmi üçcə ay bundan qabaqkı canımı belə qurbanverməyə hazır olduğum Sonadır? Görən buna noldubirdən-birə? Yox, mən heç nəyə və heç kiməinanmıram daha. Sən də yoxsan, Sən də yalansan,50


Allah! Varsansa, göstər varlığını, göstər görüm mənə!Nişanlımın başından bu dəhşətli fikirləri rədd eləgetsin! Mən ata olmaq istəyirəm, ata!»Sağ tərəfdəki oturacaqda bir-birinə sıx, yanpörtüəyləşən bir neçə qadın da bu qapıdan içəri keçməküçün öz növbəsini gözləyirdi. O tərəfdəki kübarqadınlardan fərqli olaraq, onlar artıq bir-birləriylə «dil»tapmışdılar; hərə öz bildiyini və eşitdiyini danışırdı.Məsələn, təxminən bax belə:- Azz, işləri genə korlamışam…- Heylə? Azz, biz də o gündəyik!- Neynirəm, ikisi var, bəsimizdi…- Mənim qayınanam deyir beş dənə də doğsan,yenə azdı… Evdə beşi var, hələ birini də istəyirlər…Ay siz öləsiz, azz, götüzdürəcəyəm…- Mənim də vaxtımdan keçib. Dedim nə qədərgec deyil, gəlim görüm doktor nə deyir…Pəncərədən həyətə boylanan cavan oğlan elə bilqəfil üzüntü hiss etdi; dərin düşüncədən və səssizişgəncədən bir anlıq azad oldu. Əlini qızın çiyninəqoydu, sonra günün istisində uzun yol gəlmiş adamlarkimi yorğun səslə dilləndi:- Özün bilərsən, Sendi. (Qızın adı Sona idi,amma xaricdə təhsilini başa vurub evə dönəndən sonrahamı, hətta balaca, istəkli bacısı Səbinə də onu Sendiçağırırdı). Allah varsa, bizə kömək edəcək! Daymısmırığ sallama…- Bilirsən, Roma, (oğlanın adı Ramiz idi, Sonanişanlısını belə çağırırdı) indi bizə uşaq lazım deyil.Bu, biabırçılıqdı. Toy günü bizə nə deyərlər? Deməzlərki, gəlin qarnında uşaqla gəlib? Əzizim, bir də axı,mən təzəcə işə düzəlmişəm. Uşağın vaxtı deyil. Buxariciləri bilmirsən? Onlar uşaqlı qadınları başlarındaneləyirlər. Mən də işdən çıxsam, vəssalam, yerimə bir51


aşqasını götürəcəklər… O qədər pula kim gəlməz ki?!Qız birnəfəsə danışırdı; oğlan xəyal aləmindəydivə bayaqdan düşünürdü ki, cəmi üç ay bundan qabaqAmerikada kolleci bitirdikləri gün onun sevimliSendisi tamam ayrı sözlər deyirdi. Bakıyaqayıtmamışdan bir gün öncə o möhtəşəm gecə yadınadüşdü. O gecəni birlikdə keçirdilər. Səhərədək dünyanıvə dünyadakıları unutdular. Və hər şeyi unutdular.Sendi onun qadını oldu və o nəşəli gecənin ehtiras vəşəhvət dolu anları, sinəsini Sonanın islaq kirpiklərininqırpıq-qırpıq qıdıqlaması yadına düşdü. Elə bütüngecəni Bakıda eləyəcəkləri toy barədə, bir də… hə, birdə uşaq barədə danışdılar. Sona deyirdi ki, uşaq istəyir,özü də oğlan uşağı. Deyirdi ki, onu, yəni Ramizi,övladının atası kimi görmək istəyir. İstəyir ki, bütünqohum-əqraba onların bu xoşbəxtliyindən vəcdəgəlsin, hamı onların məhəbbətinə qibtə eləsin. Ammacəmi üç aydan sonra burda, Bakıda Sona sözünütəpələdi; onun dəyişkən təbiətini heç cür anlaya bilmir.İki il bundan qabaq Sona xarici şirkətdə işədüzəlmişdi. Yaxşı pul verirdilər; Sona kompüteri,ingilis dilini öyrəndi və onu elə həmin şirkətdəngöndərdilər Amerikaya oxumağa. Kollecdə Ramizlətanış oldu, bir-birlərini bəyəndilər; tez-tez Bakı iləəlaqə saxlayır, kollecdəki dərsləri və maraqlı keçəngünləri barədə valideynlərinə xəbər verirdilər. Artıqcavanların Bakıda yaşayan valideynləri də uşaqlaragörə dostlaşmışdılar. Hətta Sona ilə Ramizin evlənməkbarədə qərarına «yox» demədilər. Bakıda toy tədarükügörməyə başladılar. Uşaqlar xaricdən qayıtmışdılar vəhər şey öz qaydasında gedirdi.Sona şirkətə qayıdıb işə başladı. Onunla söhbətelədilər, yoxladılar və elə dərhal dedilər ki, sabahdanişə çıxsın. Məvacibi də ata-anasının birlikdə aldıqları52


məvaciblərdən düz üç dəfə çox.Hətta toy gününü də təyin elədilər. Buna Ramiznecə də sevinmişdi?! Amma heç ikicə ay keçmədi ki,Sona özündə dəyişikliklər hiss elədi. Doğrudur,hamiləlik əlamətləri bir elə özünü göstərmirdi. Ammason günlər Sonanın rəngi-rufu xeyli dəyişmiş, iştahasıkorlanmış və bunu evdən gizlətməyə çalışmışdı. Dünənhəkimə getdi, dedilər ki, uşağın var… Hə, bax, hər şeyburdan başladı…Sonanın könlü açılmadı; işdə hələ heç kəsinxəbəri yox idi. Ürəyinə dammışdı ki, bu xəbər heçyerinə düşməyəcək. Çünki şirkətdə xeyli vaxtdan bəriişləyən Nensi (o, Nərmin idi, amma şirkətdə Nensiolmuşdu) demişdi ki, xaricilər uşaqlı qadınları məsulişə götürmürlər. Çünki uşaqlı qadınlar səmərəli işləyəbilmir, tez-tez qayğıları olur, onları da belə şeylərmaraqlandırmır. Onlar əsasən subay, cavan qızlaraüstünlük verirlər. Sona bunu özü də hiss eləmişdi vəelə dünən gecədən bəri qərara almışdı ki, bu gün səhərgəlib uşağı götüzdürsün. Səbəblərdən biri buydu, o biridə adət-ənənə. Oğlan evi gəlini uşaqla qəbul eləməz!Heç vaxt! Doğrudur, bunun Ramiz üçün bir eləəhəmiyyəti yox idi. Amma adət var, ənənə var axı!Səhər qonaq otağında saçlarını darayırdı, balacabacısı Səbinə də gəlib düz durdu onun qabağında;uzun, qara saçlarına düzdüyü rəngli kəpənəkləriSonaya göstərib dedi:– Bax, sənin toyunda bunları taxacam…– Səbişka, bunlar sənə necə də yaraşır!– Sən də gözəlsən, amma bu gün heç xoşumagəlmirsən. Romayla küsmüsən?– Yox, Sabişka. Roma gözləyir, mən tələsirəm.Get mənim iri dişli darağımı gətir…Səbinə yüyürüb darağı gətirdi. Bacısının qayğılı-53


qayğılı güzgüləndiyini görüb yenə soruşdu:– Nolub e sənə? Üzündə xallar nədi belə?Sona diksindi. Elə bil üzündəki sarımtıl ləkələrəindicə fikir verdi. Hə, deyəsən işlər doğrudan dakorlanıb…– Sabişka, abortdan sora bunlar düzələcək…– Abort nədi?– Sən belə şeyləri bilməzsən? Hələ uşaqsan…Səbinə heç nə demədi, sonra mənalı-mənalı, birqədər də müəmmalı-müəmmalı bacısını süzdü, sonranə fikirləşdisə, qəfil mətbəxə tərəf yüyürdü. Və ordaqab-qacaqla eşələnən anasına dedi:– Mama, Sendinin üzündəki xallar abortdansonra düzələcək…Məryəmi elə bil tok vurdu, cəld qonaq otağınatərəf qaçdı.– Sendi, bu nə danışır? Nə abort, nə xal? Belədur görüm… - deyə əli ilə Sonanın çiynini özünə sarıçəkdi.– Mama, mən aborta gedirəm…– Dəli olmusan?– Yox, biz orda… kollecdə… evlənmişik…– Azz… sən nə danışırsan? Başına hava gəlib?– Yox, mama, mən doğru deyirəm… Dünəngetdim həkimə, mənim uşağım var…– Kül mənim başıma! Sən ha vaxt uşağa qaldın?Səni ora göndərən gün daş düşəydi başıma! Az, toyabir ay qalıb, dayan bir görüm…Bayaqdan bu söhbətləri həyəcanla dinləyənbalaca Səbinə nəsə qorxulu və dəhşətli bir hadisəninbaş verdiyini anladı, səssizcə keçib oturdu divanda,bacısının ona Amerikadan gətirdiyi ağ donlu gəlinciyiuzatdı ayaqları boyunca; sonra öz balaca donunugötürüb kuklanın üstünü örtdü. Maraqla anası ilə54


acısının söhbətinin ardına qulaq asdı. Anası deyirdi:– Biabır olduq, biabır olduq! Papan bilsə, bizitikə-tikə doğrayacaq…– Mən daha heç kimdən qorxmuram… İndiRamiz məni gözləyir, ikimiz də gedirik. O, artıq hərşeyi bilir.– Sendi, dayan bir görüm. Hara tələsirsən? Bəlkəabort lazım deyil?– Yox, mama, artıq mən qərara gəlmişəm.– Axı sən hələ uşaqsan, cəmi iyirmi yaşın var…Qızım, sözə qulaq as, aborta getmə…– Deyirsən, toyda hamı mənim qarnıma tamaşaeləsin?– A bala, axı siz nişanlısız, nolar! Dayan görüm,bu nə işdi?Məryəm mətbəxə cumdu, telefon dəstəyiniqaldırdı, bir iki nömrə yığdı, sonra nə düşündüsə,dəstəyi yerinə qoydu; balasını itirmiş qaranquşlar kimio biri otaqlara girib çıxdı. Heç özü də bilmirdi nəetmək istəyir.Səbinə bir xeyli bacısına baxdı, sonra böyüklərkimi sual verdi:– Sən hara gedirsən?– Gedirəm uşağı götüzdürüm…– Sənin uşağın var?– Var. Amma onu öldürmək istəyirəm…– Öldürmək istəyirsən? – deyə Səbinə divandansıçrayıb yenə anasının üstünə qaçdı.– Mama, mama! Sendi uşağı öldürmək istəyir!-deyə qışqırdı. Məryəm əsəbdənmi, ya həyəcandanmıəsirdi. Elə bil topa-topa buludlar göy üzündən düşübgirmişdi ananın gözünün içinə, bu saat ordan leysantöküləcəkdi. Yenə bir yerdə qərar tuta bilmədi, yenəgəlib oturdu qızının yanında. Dedi:55


– Mən neyləyim? Ramizin anası bilir?– Yox. Onun bilməsi lazım deyil.– Hökməndi gərək bu gün gedəsən?– Hə, mama, gedirəm. Roma gözləyir…Məryəm yenə hövlləndi, rəng verib rəng aldı.Sona ayaqqabılarını könülsüz-könülsüz geyindi, bayıraçıxanda anasına və bacısına bir də nəzər yetirdi.– Yaxşı, noolub, cəhənnəmə-zada getmirəm ki? -dedi.Anası dedi:– Sendi, mama qurban! Elə iş görmə…Bacısının balaca, yumru gözləri yaşla doldu, o daəlindəki kuklanı sinəsinə sıxa-sıxa məzlum bir görkəmaldı, dedi:– Sendi, uşağı öldürmə, yazıqdı, gətir evə, yaxşı?Söz verirsən?Sona gülümsündü və əyilib bacısının üzündənöpdü, sonra qürurla dedi:– Yaxşı, mənim ceyranım. Onu mütləq evəgətirəcəm. Məni gözlə…Elə bil Səbinə toxdadı, anası da ona baxıb birqədər sakitləşdi. Və Sona çıxıb getdi.Nişanlısı onu gözləyirdi. Bütün günü bulvardagəzdilər, danışdılar, qərara gəldilər ki, məhz buxəstəxanaya gəlsinlər. Bayaqdan Ramizlə bu barədədanışırdılar, qız evdə anası və bacısı ilə olan söhbətləribitdə-bitdə Ramizin ovcuna qoyurdu. Sonra yenəmübahisə edirdilər. Ramiz bunu qətiyyən istəmirdi,Sona isə təkid edirdi. Qadın karyera barədə düşünür,rahat yaşamaq üçün ən vacib atributları təmin etməkistəyində idi. Əslində Ramiz də bunu istəyirdi, ammaonun canında taleyin verdiyi qismətə təpik atmaqqorxusu vardı...- Əzizim, hər şey yaxşı olacaq, narahat olma.56


- Anam bilsə, nə deyəcək?- Bu bizim problemdi… Kimə nə dəxli var axı?- Mən belə şeyləri başa düşmürəm, Sendi…- Burda başa düşməyə bir şey yoxdu, Roma…İndi hansı əsrdi? Dünya hara gedir, bilirsən? Hər şeyəçarə tapıblar… Təki bizim işimiz və pulumuz olsun…Hələ nə yaşımız var ki? Camaat qırx, əlli yaşındadoğur… Görürsən bunları, -deyə əli ilə oturanqadınları göstərdi. Bunu elə ucadan dedi ki, qadınlardönüb onlara tərəf boylandılar. Ramizin yanaqlarıistiləndi, pıçıltıyla:- Bir az yavaş danışa bilmirsən? - dedi.Sona elə bil indi anladı ki, o, tək deyil; bəlkə dəondan yüz dəfələrlə çox təcrübəli qadınlar onun beləşıltaq canfəşanlığına ağız büzə bilərlər, amma özünü oyerə qoymadı, «nə baxırsız, siz abort eləməmisizbəyəm?» - deyə ürəyində qadınlara acıqlandı.Bu vaxt yenə o hündür, meşin qapı azca aralandı,həmin kök, buxaqları şişmiş tibb bacısı qışqırdı:- Yeddinci kimdi?Sonanın ürəyi əsdi, yavaşdan «mənəm» dedi.- Keç içəri…Tibb bacısı qızı başdan ayağa süzüb əvvəlkipasiyentlərə verdiyi sualı eynilə Sonaya da verdi:- Neçəncidi?- Nə?- Abort…- Birinci…- Az… başuva hava gəlib? Yazıq döyülsən?Cavan, göyçək gəlinsən? Bə anan nə adla səni buragöndərib?- Özüm gəlmişəm… Nişanlımla… İstəmirik…- Hımm? Di davay, düş, on şirvan…Sona çantasından yüz min manat çıxarıb tibb57


acısına uzatdı. Kök tibb bacısı pulları dərhal alıb obiri otağa keçdi. Bir azdan həkimlə birlikdə otaqdançıxdı. Həkim Sonayla salamlaşdı və onu xeyli süzdü,adət etdiyi sualları yağdırdı:- Nişanlın razıdı?- Bəli, doktor…- Sənin kimi gözəl də abort elətdirər?- Neynim, məcburuq. Bizdə toya qədər beləşeylərə pis baxırlar…- Gəl içəri, soyun bir baxım… Deyirsən, iki ayyarımlıqdı?- Bəli, doktor…Həkim tibb bacısına tərəf döndü:- Suğra xala, səkkizincini də qəbul edəcəyəm,qalanı sabah gələr… Yorulmuşam…- Baş üstə, doxtur…Suğra xala dəhlizə çıxdı.Həkim Sonanın çılpaq bədəninə baxdıqca qız eləbil üşənirdi, sonra ağ mələfəni üstünə çəkib həkimingöstərdiyi yerdə uzandı. Həkim yorğun-yorğunsoruşdu:- Deyirsən, birinci dəfədi?- Bəli…- Bəlkə fikrini dəyişəsən? Uşaq artıq yekəlib.Özü də sağlamdı… Azz, özünüzə yazığınız gəlmir, heçolmasa bunnara yazığınız gəlsin (əlini Sonanın azcaböyümüş qarnına vurdu). Vallah, bu camaata nəsəolub… Heç kəs doğmaq istəmir…- Doğmaq asandı, yaşatmaq çətindi…-Sona dedi.- Onu Allah verir, Allah da yaşadır…- Qorxuram yaşada bilməyə…- Niyə axı siz cavanlar hamınız eyni cürdüşünürsünüz?- Əksinə, fərqli düşünürük. Allah eyni cür58


düşünənləri sevmir, doktor…- Ay maşallah, filosofluğun da varmış. Əhsən!Bir balaca böyrü üstə dur, qoy yaxşı baxım…- Allahın sevgisinə şübhəm yoxdu, amma o,deyəsən, doğmaq istəyənləri sevmir.Həkim bir qədər duruxdu və onun rəngi solmuşgözləri eynəyin arxasında daha da böyüdü. Bir anlıqbilmədi nə desin, rezin əlcəklərini geyə-geyə gözləriilə böyürdəki şkafın üstündə nəsə aradı, sonra elə bilözü-özünə danışırmış kimi gileyləndi:- İndicə əlimdəydi, bilmədim hara yox oldu!Sonanın canına istilik gəldi; o, həkiminhirsləndiyini yəqin etdi və ürəyində özünü o ki varqınadı. «Heç bu söhbətlərin yeriydi? Arvadıəsəbləşdirdim, görəsən nəyi axtarır?»Otaqda var-gəl edən, ora-bura vurnuxan həkimbirdən əlini cibinə saldı:- Aaaa… bura bax e… Xalatımın cibindəymiş…-deyə ağ ağızlığı burnunun tuşundan bağlamağa başladı.İndi onun yalnız eynəkli gözləri görünürdü və bugözlərə baxdıqca Sonanın içində anlaşılmaz və birqədər də qorxunc duyğular oyandı.- Deyirsən, Allahdan qorxmursan? - həkimsoruşdu.- Mən elə demədim…- Bəs nə təər dedin?- Heç… - Sona danışmaq istəmədi.- Son günlər düz yetmişə yaxın abort eləmişəm…Vallah, bu qadınları bir gün Allah-təalanınqəzəbi tutacaq… Axmaqlar, sərbəst yaşamaq istəyirlər,ancaq özləri üçün, sabahı, o biri günü fikirləşmirlər…Sənnən deyiləm, sən hələ cavansan, səndən əvvəlkinideyirəm… Düz beş dəfə aborta gəlib… Uşağı olsaydı,dərd yarıydı, bədbəxtin övladı da yoxdu ki, deyəsən,59


hə, düz eləyir… Deyir, pul qazanıram, maşın alım,sonra o işə baxarıq!..Sona heç nə eşitmirdi; bu ortaboylu qadınhəkimin soyuq və müəmmalı hərəkətlərinin onunsöhbətləri ilə üst-üstə düşmədiyi qənaətinə gəldi.Tibb bacısı içəri girdi və tələsik dedi:- Zərifə xanım, çöldəkilər üsyan edir! Mən onlarıbaşa sala bilmirəm ki, siz yorulmusuz, iş vaxtıqurtarıb… Az qalır qapını sındırsınlar… Millətəyaxşılıq yoxdu ki?- Yaxşı, soruş gör aborta gələnlər neçə nəfərdi?- Soruşmuşam, üç nəfərdi… Qalan iki nəfər eləbelə,baxdırmağa gəlib…- Denən, gözləsinlər, indi qurtarıb qəbuledərəm…Tibb bacısı könülsüz-könülsüz otağı tərk etdi…Dəhlizdəki səslər kəsildi. Sol tərəfdəki pəncərəninqabağında bayaqdan obaş-bubaşa var-gəl edənRamiz həyəcanlıydı. «Görəsən Sona bətnindəkikörpəmizi nə üçün təkidlə götüzdürmək istəyir? Sonapul qazanandan özünü lap padşah kimi aparır. Elə ovaxtdan bizim sevgimizin, sözümüzün-söhbətimizindadı qaçıb. O məni eşitmək istəmir. Tamam sərbəstləşib.Deyir pul – azadlıqdı. Pul - xoşbəxtlikdi. Pul - hərşeydi. Əsas puldu, onun açdığı qapını Allah da aça bilmir.Elə uşaq almaq da pulnandı. Nə qədər pul varsa, oqədər də həyat var. O dünyada heç kəsə pul lazımolmayacaq. Çünki o dünya hamı üçün pulsuzdu.Amma bu dünyaya bilet almaq üçün mütləq gərək pulverəsən, pul...» Ramiz düşünürdü; gah dodaqlarınıgəmirir, gah qaşlarını çatır, gah da yüngülcəgülümsəyirdi. Sonra yenə o qapıya, meşin qapıyabaxırdı: hə, bax, elə bu saat o hündür qapı açılacaq,Sona ordan gülə-gülə çıxıb deyəcək ki, fikrimi60


dəyişdim, oğlumuz olacaq. Mən ana olacağam, ana,eşidirsənmi?…- Niyə axı ana olmaqdan qorxursuz? –Həkimsoruşdu.- Analar çoxdu, mən onların sayını azaltmaqistəyirəm…- Başıma xeyir… Bu nə deməkdi?- Doktor, o deməkdi ki, mən anamın nələrçəkdiyini öz gözlərimlə görmüşəm… Həyat deyil ki,ana həyatı… Məgər biz yalnız ana olmaq üçünyaranmışıq? Bizim qadınların dünyadan xəbəri yoxdu.Baxın görün Amerika qadınları necə yaşayır! Mənimnə yaşım var ki, indidən uşağa baxım?!Həkim susdu. Deyəsən xəstəsinin sonuncufikriylə razılaşdı. Dəmir stolun üstünə düzdüyü tibbləvazimatlarını bir-bir götürüb küncdə elektrikqızdırıcısının üstündəki qaynayan qazanın içinə atdı.Sonra ağ mələfənin altında özünü narahat hiss edən«şıltaq» xəstəsinə sarı döndü:- Qadına ana olmaq yaraşır… Yoxsa yer kürəsisürətlə azalar…- Əksinə, artır… Dünya əhalisi artır… Bir azdanhava, çörək çatışmayacaq… Bu qədər adamıdoyuzdurmaq olar?- Niyə olmur ki? Allah hər kəsi yaratmamışdanqabaq, əvvəlcə onun ruzusunu verir… İndiki cavanlarməni təəccübləndirir…- Təəccüblənməyin, doktor! Biz əl-qolu bağlıyaşamaq istəmirik. Sərbəst olmaq istəyirik, sərbəst…- Kim mane olur ki, yaşayın da…Uşağın nəgünahı var? Bəlkə də dünyanın ən böyük dahisinidoğacaqsan?- Ən böyük dahilər artıq doğulublar, yaşayıblarvə ölüblər… Daha heç kimə və heç nəyə dahi lazım61


deyil…- Bura bax, bu sözləri hardan öyrənmisən?Mejdu proçim, sənətin nədir, ədəbiyyat müəllimideyilsən ki?- Yox, ay doktor, internet üzrə mühəndisəm,kompüteri yaxşı bilirəm. Özüm də Amerika şirkətindəişləyirəm…- Deyirəm axı… Bəxtəvər səni alanın başına. ..İkisi də güldü. Sonanın üzündəki təbəssüm vəgözlərindəki məmnunluq uzun müddət getmədi.Əlbəttə, həkim bu sözləri Romanın yanında desəydidaha məmnun olardı. Düşündü ki, burdan çıxan kimibu söhbətcil həkim haqqında da mütləq Romaya danışacaq.Həkimin əməliyyatının ən xırda təfərrüatlarınıbelə Romaya söyləyəcək. Və o da dərin maraq hissi iləSendini dinləyəcək…Suğra xala yenə içəri girib bayırdakı qadınlarıngileyini çatdırdı.- Zərifə xanım, bunlar məni divaradırmaşdırırlar, həyasızlar! Deyirlər, nə uzun çəkdi?- Denən on beş dəqiqəyə qurtarıram…Sonra üzünü Sonaya tutub:- Gör nə maraqlı pasiyentim var? - deyə tibbbacısına çarpayını göstərdi.Suğra xala da bic-bic Sonaya baxdı; bu qızınheyrətamiz gözəlliyi qarşısında istədi baş əysin vədesin ki, ay şeytan balası, sən uzananda daha ecazkargörünürsən. Suğra xala başqa şeylər barədə dəfikirləşdi. «Bu mələyin bacısı olsaydı, oğluma alardım.Hə, hə, mütləq, elə burda onunla dostlaşardım,ünvanını alardım, sonra da…»Sona sanki bunu duydu, canı bir qədər gizildədi,tükləri ürpəşdi. Tibb bacısı çıxan kimi:- Doktor, iynə vurmursunuz? – soruşdu.62


- Niyə vurmuram? Tələsirsən?- Yox, yox… Deyirəm… birinci dəfədi…bilmirəm necə olacaq?- Özü yıxılan ağlamaz… Özün istəmisən də…İndi bax gör, necə olur? Hə, arxası üstə… Bax belə…İynəni vururam ki, ağrı hiss eləməyəsən…- Ağrı?- Əlbəttə… Elə bilirsən, candan can ayırmaqasandı?Sona heç nə demədi. O, sakitcə tavana baxır,iynənin nə vaxt təsir edəcəyini gözləyirdi… Gördü ki,həkim otaqdan çıxıb Suğranı çağırdı. Tibb bacısıdərhal gəldi və o da ağızlığını bağlayıb düz durdu Sonanınayaq tərəfində. Ona heyranlıqla tamaşa edə-edəbaşladı həkimin göstərişlərinə əməl etməyə. Sonanısoyuq tər basdı. Gözləri dumanlandı, həkimin və Suğraxalanın qırıq-qırıq səslərini eşitsə də, bu söhbətlərinmənasını anlaya bilmədi… Elə bil kimsə onun gözlərinəağappaq pərdə çəkir, beyninə isə napnazik iynəbatırırdı və o, birdən-birə bu işıqlı dünyadan ayrıldı…3.…O, qaranlıq bir tunelə düşmüşdü; tunelin birucundan işıq gəlirdi; o bu işığa can atmaq istəyirdi,amma tərpənə bilmirdi. Elə bil onu bu qaranlıq tunelinküncünə yapışdırmışdılar; ağ bürüncəkdə, ayaqyalın,başaçıq. Aman Allah, burda nə qədər tanış üzlər vəsifətlər var?! Kimi haylamaq istədisə alınmadı; hamıondan qaçırdı. Qaçırdılar ki, bu qaranlıq tuneldənişıqlığa çıxsınlar. Bu adamlara nə olmuşdu belə? Niyəona məhəl qoymurlar? İstədi qışqırsın, var gücü iləonları haylasın. Xeyri olmadı. Ağappaq donabürünmüş adamlar onun yanından laqeydcəsinə ötüşübişığa doğru gedirdilər. Ən dəhşətlisi buydu ki, işıq63


gələn tərəfdən su şırıltısı eşidilirdi və adamlar dahəmin o su şırıltısı gələn tərəfə tələsirdilər. Ona eləgəlirdi ki, bax, indicə bu qaranlıq, boğucu, bürkülütuneldə nə isə baş verəcək; dəhşətli bir partlayış olacaq.Bəlkə elə adamlar da buna görə buranı tərketməyə tələsirdilər. Bəs o, nə üçün tərpənə bilmir?Niyə oturduğu yerdəcə qalıb? Yenə istədi ki, ayağadursun, mümkün olmadı. Birdən tuneldəki adamlargörünməz oldu. İşıq və su şırıltısı gələn tərəfdən birtoppuş uşaq ona tərəf uçdu. Hə, hə, o, uçurdu. AmanAllah, necə gözəl qanadları var!? İstədiyi səmtə uçabilir. Gülümsəyir. Eşidə bilir. Hər şeyi başa düşür. Hərşeyi görür. Hər şeyi bilir. Hər şeydən xəbərdardır.Bircə danışmır, susur. Görəsən həmişə susacaq?Görəsən həmişə görəcək? Görəsən həmişə eşidəcək?Görəsən həmişə hər şeydən xəbər tutacaqmı? Görəsəno gözəl, pərğulu qanadlarını açıb onu burdan, anbaanistiləşən, havasızlaşan tuneldən çıxara biləcəkmi?Onun xırda, qəhvəyi rəngli yumşaq qanadları,gülümsər çöhrəsi, yumru, ağappaq üzü, ipək saçları,adamın ağlını başından çıxaran gözləri qadını bihuşetdi...Bu qanadlı gözəl uşaq ona yaxınlaşdı; əlini,qanadlarını, ayaqlarını onun sinəsinə sürtdü, sonraşaqqanaq çəkə-çəkə yenə uzaqlaşdı. İlahi, bu ki, onunözüdür! Bu ki onun gözləridir, əlləridir, ayaqlarıdır!Bəs axı nədən o, uşaqdır, qanadları var? Allah, nə pisyuxudur bu! Qanadlı uşaq bir də ona sarı uçdu, gəlibdüz sinəsinə qondu; sonra qanadlarını, əllərini,ayaqlarını onun bütün bədənində gəzdirdi: nəvazişlə,təbəssümlə, öldürücü və yandırıcı gülüşlə. Qadın istədiəl atıb onu tutsun, əl ata bilmədi. İstədi ona desin ki, ayuşaq, de görüm, sən kimsən? Sənin suyun mənə şiringəlir, sən mənə elə bil uşaqlığımı xatırladırsan? Axı64


mənim qanadlarım yox idi. Əgər gücün varsa, mənəkömək elə, burdan çıxım; gedək su şırıltısı gələnyerə…Bunları birnəfəsə demək istədi, deyə bilmədi. Oqanadlı uşaq üçüncü dəfə də dövrə vurdu; sanki budəfə gözlərinə təşviş dolmuşdu. Yenə pırıltı ilə gəldidüz onun çiyinlərinə qondu; yenə qadını oxşadı,qanadlarını sinəsinə, üzünə, qollarına sürtdü. Vəbundan sonra uçub getdi o işığa sarı; qeyb oldu. Ağbürüncəkli qadın tər tökə-tökə hönkürdü; bir azdan onudəhşətli bir qorxu hissi bürüdü. Çünki işıq gələn tərəfielə bil kimsə əli ilə örtdü…4.Bura xəstəxanaydı; adamla doluydu, biri-birinitanımayan qadınlar, cavan gəlinlər, yaşlı kişilər, tibbbacıları, ağxalatlılar… ağlaşırdılar. Meşin qapı tez-tezaçılıb örtülür, içəri girib çıxanlar əllərini dizlərinəvurub deyirdilər:- Belə gözələ ölüm heç yaraşmır!Bayaqkı cavan oğlan isə yenə o tozlu pəncərədənhəyətə baxırdı; gözləri ilə kirpikləri arasında böyümüşnəmli bəbəklərini elə bil don vurmuşdu. Bir az əvvəlbu pəncərədən səliqəsiz, çoxdan, lap çoxdan süpürgədəyməyən həyətə can yoldaşıyla birgə baxmışdı; inditək baxırdı. Hələ nə baş verdiyini əməlli anlayabilməsə də, Sonanın meşin qapıdan bir dahaçıxmayacağını duymuşdu.Bədənini soyuq tər basdı, bütün vücudu əsiməsiməsdi. Bir az əvvəl ürəyində qınadığı Tanrıdanimdad dilədi. Dodaqlarını astaca və qorxa-qorxatərpətdi: «Rəhimli və mərhəmətli Allah, sənin yaratdıqlarına,verdiklərinə və apardıqlarına şükür!»65


ƏLLI ILIN KÖLGƏSI– Mənim şalvarımı hara soxmusan?Sir-sifəti zəhrimara dönmüş qoca yataq otağındakışifonerin rəflərini eşələyə-eşələyə arvadına çımxırdı.Sonra öz-özünü qınayırmış kimi donquldanadonquldana:– Bu evdə əlli ildi qayda yarada bilmədim də... –dedi.Qarı, qarı deyəndə ki, alnındakı və yanaqlarındakıqırışları azca sezilən, üz-gözündən həlimlikyağan, içindəki və çölündəki qarılıq buzunu öz istiqüruru ilə əritmək iddiasında görünən xanım-xatınqadın – asta-asta yataq otağına tərəf addımladı. Qadınınyerişindən də nəcabət yağırdı; səsinin, sözününhavası hələ mənasını itirməmişdi və ərə gəldiyi bu əlliildə, elə bu evdəcə, bu kişinin yanındaca mülayimliyiniqoruya bilmişdi. Hələ üstəlik kişisinin sayı məlumolmayan şiltaqlıqlarına, hətta bəzən təhqirlərinə dəmüti dözüm göstərmişdi. Bunu hər qadın bacarmazdı.Bunu zatında kübar qanı axan qadınlar bacarardı. Necəki o, yəni Məsməxanım, bu əlli ildə bacarmışdı.Qadın özünəməxsus təmkinlə, zərif və zəif səslədilləndi:– Hacağa, heç nədən niyə hirslənirsən axı? Özünbilmirsən ki, srağagün çistkaya vermişəm?- Və əlindəqəhvəyi rəngli nimdaş kişi şalvarı ilə birgə kişisininalt-üst elədiyi yataq otağına boylandı, əlavə etdi: – Albunu gey, o birinin üstünə yağ dağıtmısan da; verdimki, təmizləsinlər…Kişi tərs-tərs arvadına baxdı, sonra nimdaşşalvarı onun əlindən qapıb qışqırdı:– Sənə əlli ildi deyirəm ki, mənim şeylərimə əlvurma, icazəsiz heç nəyi götürmə! Ağezz, sən nə66


qanmaz adammışsan?– Axı, mən… Hacağa, başına dönüm, saa pislikeləmişəm? Ləkə düşmüşdü, verdim çistkaya… Axı oköhnə şalvarda nə görmüsən, bilmirəm?!...– Ağezz, sənə min dəfə demişəm ki, mənimişimə qarışma... Köpəyin qızı, sənə nə dəxli var, şalvarmənimdi, özüm bilərəm...- qoca bir qədər də səsiniqaldırdı.Məsməxanım susdu (neyləsin; əlli il idi susurdu);evləndikləri ilk vaxtlar Hacağa əməlli-başlı centlmenlikedirdi. Ona can-can deyir, könlündən keçənləri dəki dərhal yerinə yetirirdi. Hüseynağa olandan sonraHacağa bir qədər dəyişdi. Bir müddət uşaqla başlarıqarışdı; sonralar Hacağa Məsməxanımdan və oğlundandaha çox iş-gücə diqqət yetirməyə başladı. Bir gün dəHacağanı böyüdüb qoydular partkom, heç bilmədiHüseynağa necə böyüdü; kimlə oturdu, kimlə durdu,kimi gözaltı elədi, kimi eləmədi. Bir də ayılıb gördülərki, Hüseynağa artıq evlənib. Hacağa da evdə xudmanibir məclis düzəltdi, sonra da cavanları yola saldıAvropaya; çünki gəlini belə istədi. Məsməxanım neçədəfə öz qulağıyla eşitmişdi; gəlin deyirdi ki, nə varAvropada var; ailəyə, qadına və qanuna hörmət dəordadı.- Mən qayınata qaydalarıyla yaşaya bilmərəm!Tem bolee, Hacağa kimi stalinçi adamınqoltuğu altında yaşamaq dəhşətdi, -deyə gəlin gileyinibildirmişdi...Hacağa hansısa zavodun partiya təşkilat katibiydivə bu təşkilata elə bağlanmışdı ki, arvad-uşaq yaddançıxmışdı. Ağzının şirin sözü “partiya məsləhət görmür”,yaxud da “partiya belə məsləhət görür” idi.Hətta oğluna toy edəndə də evə beş-on nəfər tanış-bilişçağırıb dedi ki, partiya təmtərağa icazə vermir. “Ona67


görə də yeganə oğlum Hüseynağa üçün evdə məclisdüzəltməyi qərara aldım...” (Partiya onun üçün deməkolar ki, hər şey idi: ər-arvad, ata-ana, ev-eşik, övlad,pul, vəzifə...).Hə, elə o vaxtdan Hacağa beləydi. Hirslənəndəağzının həddini bilməzdi. Bu, dərdin hələ yarısıydı.Dərdin o biri yarısı da buydu ki, bir də görürdün kişisoxuldu cavanların yataq otağına, otaqdakı şeylərin,məsələn, şifonerin, güzgünün, kamotun, nə bilimçarpayıların düzülüşünü öz arzuladığı kimi görməkistədi. Kişi ümumiyyətlə evdə heç nəyin yerinidəyişmək istəmirdi. Bax, elə öz əynindəki kostyumu dadüz iyirmi il bundan qabaq almışdı, zavodda partkomişləyəndə. Onu elə bəsləyirdi, elə əzizləyirdi ki, deyirdinbəs, bu, ya qızıl parçadan tikilib, ya da qiymətli birəntiq şeydi.Sovet hökuməti dağıldı, partiya da getdi işinə,amma Hacağanı dəyişmək mümkün olmadı. Heç əyinbaşınıda dəyişdirə bilmədilər. Deyim ki, pulu yox idi,imkan-filanı yox idi, yalan olar. Hacağanın dünyanındüz vaxtından pulu, var-dövləti olub həmişə. Öz canındaydı;təzə bir şey almaq, yaxud görməkdən xoflanırdı;hünərin var atına qatır de, o saat özündən çıxacaqdı,əsəbləşib zəhərini tökəcəkdi Məsməxanımın üstünə.Axırda evdəki bu ab-havaya dözməyən gəlin və oğulçıxıb getdi xaricə, Avropa şəhərlərindən birində yurdsaldılar. Düz on beş il idi ki, Bakıya gəlmirdilər.Vəziyyətləri yaxşıydı; hərdənbir evlə telefonlaşırdılar.Və bu on beş ildə Məsməxanımla Hacağanın iki nəvəsidə olmuşdu. Dünən gecə Hüseynağa zəng vurub dediki, bəs, sabah uşaqlarla birlikdə gəlir... Hacağa daoğlunu, nəvələrini qarşılamaq üçün xoşladığı kostyumugeyinmək istəyirdi...Məsməxanım sevindiyindən bütün gecəni yata68


ilmədi, səhər açılan kimi istədi telefonu götürübbütün qohub-əqrabanı yığsın başına. Hələ ürəyindənkeçdi ki, Hüseynağagilə əməlli-başlı quzu kababı daversinlər. “Bu da sənin kababın! Kişi elə bil yuxudailan görüb. Duran kimi yenə gül ağzını açdı...”- Ağezz, pənceyi də vermisən?- Hərii...- Zəhrimar hərii, dərd hərii...Hindi mən nəgeyim? İtin qızı...- Həci, sakit ol, atamnan işin olmasın... Axımən sənin atanla...- Atamın adını tutma!... Bu saat səni salaramtəpiyimin altına... - kişinin gözləri az qala hədəqəsiniyırtıb töküləcəkdi parket döşəmənin üstünə.Məsməxanım nə düşündüsə, dərhal geriyə,mətbəxə doğru yeridi. Gəlib oturdu həyətə baxan pəncərəninqabağındakı oturacaqda. Gözlərini zillədi birnöqtəyə. Və heç kəs deyə bilməzdi ki, bax, bu anda o,nə düşünür. Amma kişisinin səsi hələ də gəlirdi. Qadınhəm eşidirdi, həm də deyəsən eşitmirdi. Birdən evəmiskin, ölü bir sükt çökdü. Hər ikisi bəlkə də ayrıayrılıqdaxəyal aləmindəydi; dəqiq deyə bilmərəm,amma təxminən bu qoca ər-arvad arasındakı xəyalisöhbət belə davam edə bilərdi:Qadın:“Hacağa, sənin nə yaman qocalığın var!”Kişi:“Guya sənin qarılığın yaxşıdı?”Qadın:“Mən ki sənə əlli il qulluq etmişəm, sənə yaxşıarvad olmuşam, sözündən qırağa çıxmamışam...”Kişi:“Hİndi neynim, gəl min boynuma. Mən də əlli ilişləmişəm, dövlətə qulluq etmişəm, heç gör adımı69


çəkən var?”Qadın:“Həci, sən gərək əvvəl mənə qulluq edəydin,uşağımızın qeydinə qalaydın, sora...”Kişi:“Əhh... gör kim mənə ağıl öyrədir?!... Arvad...”Qadın:“Biz ki evlənəndə əhd bağladıq, yadından çıxıb?Dedin ki, bir-birimizi ölənədək sevəcəyik...”Kişi:“Sənin başın elə o qədər işləyir. Ağezz, həştadyaşın var, hindi sevgi yadına düşüb?”Qadın:“Deməli, hər şey yalandı, hə? Mən kölgəyləyaşamışam?”Kişi:“Nə??? Kölgəylə? Sən kişiylə yaşamısan,kişiylə... şalvarını çistkaya verdiyin kişiylə, bildün?”Qadın:“Yox, Hacağa, mən kölgəylə yaşamışam”Kişi:“Hə, nədi, könlündən boşanmaq keçir? Yolaçıqdı, çıxıb gedə bilərsən.”Qadın:“Gedərəm, Həci, onsuz da yorulmuşam... ammacamaat nə deyər?”Kişi:“Ay qanmazın qızı, gələndə camaatlaməsləhətləşmişdün ki?”Qadın:“Yaxçı, qoy Hüsü gəlsin... Sənnən şikayəteliycəm. Məni bu yaşımda yaman incidirsən...”... Ev beş göz otaqdan ibarət idi. Kişinin yataqotağı ayrıydı. Bayaq dedim, burda rəngləri soluxmuş70


Nikolaydanqalma şifonerin qapıları taybatay açılmış,içindəki rəflərdə səliqə ilə yığılan köhnə pal-paltar yerəsəpələnmişdi. Qoca nimdaş şalvarından ötrü yataqotağını alt-üst eləmişdi. Ev sahibəsinin səliqə-sahmanıo biri otaqlarda da pozulmuşdu. Kişi fərqinə varmadanqadının da otağını ələk-vələk eləmiş, hirsindən divarsobasının üstündəki armudu stəkanları nəlbəki qarışıqhəyətə tullamışdı.Mətbəx həmişə olduğu kimi səliqəliydi. Burdahər şey öz yerindəydi. Bura demək olar ki, əlli il idiMəsməxanımı dipdiri saxlamışdı. Çünki Məsməxanımelə bu mətbəxdəcə dünyanın, demək olar ki, bütün naznemətlərindənbiş-düş edib kişisinə yedizdirmişdi. Buda axırı... Görəsən, bütün kişilər belədi? Çörəkləridizlərinin üstündədi? Görəsən bütün kişilər qocalandaHacağa kimi kürlük edirlər? Ər-arvad arasında illərlə,nə illərlə, əlli il damcı-damcı dərinləşmiş münasibətinadı nədi görəsən? Axı bu münasibət sevgi, istəkləqurulmuşdu? Lap tutaq ki, sevgi olmasin, adət-ənənə,ya da hesablanmış izdivac olsun?... Yəni Məsməxanımınrəhmətlik atasiyla, Hacağanın valideynləri biribirlərinitanıdıqlarına görə, bu izdivaca qol qoymuşdular.Axı bunun ər-arvad, kişi-qadın münasibətlərinənə dəxli var? Ümumiyyətlə, harda yazılıb ki, əlli il biryerdə yaşamalısan, hər gün eyni şeyləri görməli vəeşitməlisən? Allaha and olsun, adam dəli olar! Bəlkədoğrudan da Məsməxanım Hacağanı bezdirib? Bəlkəelə tərsinədi? Bu bircə ömürlük qayğını, bircə ömürlükasılılığı kim icad eləyib, hə, kim? Yox, Həci, bu,Allahın əmri deyil! Əlli il sənə arvadlıq eləməkasandı? Mən o gözəl, şirin canımı sənə qurban verdim.Mən ömrümün əlli ilini sənin istəklərin, şıltaqlıqlarıniçindəcə əritdim. Ömrümün əlli ili mətbəxdə keçdi vəbu mətbəxdən başlanan yol sənin illərdən bəri71


nəmişlikdən kif iyi verən yataq otağındaca bitdi vəbeləcə gün keçdi, ömür getdi. Bu, bir dəhşətli kölgədi,cəhənnəm kölgəsi; elə bil əlli ildi düşüb dalıma, mənifışıldayan, zəhərli ilan kimi izləyir. Ha vaxt istədi,vuracaq, ha vaxt istədi dolaşacaq mənim boynuma, oqədər sıxacaq, o qədər əzəcək ki, az qala gözlərimhədəqəsindən pırtdayıb düşəcək; sonra yavaş-yavaşburaxacaq, mən də deyəcəyəm: şükür bu günə də,ölmədim, yaşadım.Bu qarmaqarışıq düşüncələr sanki birdən-birəcəsəssiz, mömin qəlbində aramlıq yaradan dualarla əvəzolundu. Qadın hələ diriliyini itirməmiş qəşəng, irigözlərini bayira, yay səhərində mavi dəniz kimigörünən göylərə zillədi, dodaqlarını tərpətdi: “YaPərvərdigara, kişinin qəlbinə mərhəmət ver, onu da içimən qarışıq əmin-amanlıqda saxla! “Qapı zəngi Məsməxanımı diksindirdi. Hacağaəynində pijama qapıya tərəf gedə-gedə:- Şükür Allaha, gəlib çıxdılar... - dedi.Qapı açılan kimi Hüseynağa, arvadı və uşaqlarıiçəri doluşdular. Özünü yetirən Məsməxanım heçbilmədi birinci kimi qucaqlayıb bağrına bassın. Hacağalap məəttəl qalmışdı; nə oğlunu, nə gəlinini, nə dənəvələrini tanıya bilmirdi. Axır ki, nəvələrindən biridilləndi:- Mummy, is he my grandfather? 10- Yes, darling.. 11 .- Grandfa, this is a gift for you... 12 . – deyəuzun saçları çiyninə qədər tökülmüş cins şalvarlıyeniyetmə əlindəki bağlamanı qocaya uzatdı. Kişibağlamanı alıb oğluna sarı döndü:10 Ana, bu mənim babamdı?11 Hə, əzizim12 Baba, bu da sənə hədiyyə!72


- Alə, bu nə dilində danışır?- Ata, fikir vermə, Roma da, Nensi də ingilisməktəbinə gedirlər, ona görə də bu dildə danışırlar...Ha istəyirik ki, evdə bizim dildə danışsınlar, alınmır.Bir az burda qalsalar, öyrənəllər. Zehinli uşaqlardı...- Ay maşallah...Kişi daha heç nə demədi, əlindəki bağlamaylayataq otağına keçdi.Məsməxanım gəlin və nəvələrin ayaqqabılı mətbəxə,oradan qonaq otağına, sonra isə o biri otaqlaragirib-çıxmalarını seyr etdikcə, oğlunun və gəlininin eləayaq üstədəcə butulkadan nə isə (bu, pivəydi!) içə-içəsöhbətlərini eşitdikcə, heç bilmədi neyləsin. Əslində nəedə bilərdi ki? Hələ ömründə heç kimdən, həttaHəcidən də, bu qədər soyuqluq görməmişdi. Qadınıniçində anlaşılmaz bir üzüntü qopdu. Gəlin deyirdi ki,bu otaqlar balacadı, mehmanxanaya köcsünlər.– Bu otaqları on beş il qabaq necə qoyub getmişəmsə,elə belə də qalıb. Həcinin köhnə xasiyyətidi,necə var, elə də qalıb... Uşaqların hər birinə ayrıca otaqlazımdı, belə daha rahat olar...- deyə o, soyuqqanlıqladanışır, Hüseynağa isə laqeydcəsinə başını tərpədirdi.Gəlin uzun, nazik barmaqları arasındakı qəhvəyi rənglisiqareti sümürüb tüstünü yuxarı üfürdü. Məsməxanımsakitçə yenə keçib oturdu pəncərənin qabağında,gözləri doldu.Yataq otağının qapısı açıldı, Hacağadan görünməyəniş: əyninə təzə kostyum geyinmişdi və gəlib düzdurdu gəlini ilə oğlunun qabağında. Dedi:– Hə, nə deyirsiz, hindi centlmenə oxşuyuram?..– Bravo, bravo...-deyə Məsməxanımdan başqahamı ona əl çaldı və Hacağaya elə gəldi ki, onu düz onbeş ildi belə alqışlayan olmayıb.– Axır ki, səni təzələdik...-deyə gəlin qayına-73


tasının əynindəki təzə kostyuma işarə etdi. Kişi birqədər də ürəkləndi.– Ağezz, Məsmə, dur bəri gəl, gör hindi kişiyəoxşuyuram, ya yox? Sənin dədən də heç beləsinigörməyib...Gəlin şaqqanaq çəkə-çəkə yenə siqaretdən birqullab vurdu. Məsməxanım yerindən tərpənmədi vəaxır ki bu əlli ildə Hacağaya ilk dəfə olaraq ikibaşlıcavab qaytardı, dodaqucu pıçıldadı: “Kişiyə oxşayırsan,mənim kölgəm...”74


QOCA UŞAQAxşamçağı təxminən saat yeddi olardı. Bir azəvvəl batmağa doğru tələsən günəşin istisi hələ yandırırdı.Bir yandan bürkü və bir yandan da göyüzününbirdən-birə qaralması, topa-topa buludların kül rəngindəbulanıq şəkil alması çadırın beş addımlığında sakit-sakitaxan arxın qırağında daş üstündə oturmuşkişiləri ürəksıxıcı yay günlərinin istilərindən heç olmasabir saatlığa qurtarmalıydı. Hamı şıdırğı yağışgözləyirdi; qocalar bu əlaməti neçə dəfə sınamışdılarvə həmişə də düz çıxmışdı. Amma yağış yağmaq bilmirdi;buludlar da çəkilmirdi ki, heç olmasa qürubedən günəş görünsün. Nə də küləkdən-zaddan əsib eləmirdi.Havadan baş açmaq olmurdu. Yaşlı kişilərdənbiri düz hülqumuna qədər dirənən nimdaş köynəyininbağlanmış düymələrinin ikisini axır ki açdı və:– Bişdik, nəfəs almaq mümkün dəyil ha, belə dəhava olar? - deyə narazı halda təxminən otuz-otuzbeşkilometr uzaqda görünən alçaqboylu, keçəl dağlar qoynundabulanıq, kül rənginə bürünən kəndlərinə tərəfbaxdı. - Yəqin, kənddə bir hava var, indi o çinarlığınyuxarısı var ha, oraları külək tutur... - davam etdi.Heç kəs kişinin sözlərini eşitmədi və bəlkə dəeşitdilər, sadəcə əhəmiyyət vermədilər. Çünki onlardoxsan ikidən bəri ermənilərin soxulub zorlaqamarladığı kəndlərinin hayında deyildilər. Məsələn,həmin o nimdaş köynəklinin böyründə oturub qəlyantüstülədən Abbas kişi təxminən altmış-altmış beşyaşlarında olardı və yüz faiz böyürdəki çadırın içinədiqqət kəsilmişdi; ordan gəlininin bir azdan dünyayagətirəcəyi ilk nəvəsinin çığırtısını eşitmək istəyirdi,vəssalam. Amma hələ ki gəlini sancılardan çadırıniçərisindəki arvadları az qala divara dırmaşdırırdı,75


ezent divara! Ağrıdan ufuldayan gəlinin səsindənAbbas kişini hərdənbir dəhşətli utancaqlıq bürüyürdü.Kişi elə bil bu bir neçə dəqiqənin içində bir qədər dəyaşlaşmışdı; bayaq özünün dediyi kimi «mənim poladbelim bürküdən ikiqat olub». O biri də onun kimiydi,intəhası, arabir havanı lənətləyir, sonra da çuxuradüşmüş qəmli gözlərini tez-tez səyirdə-səyirdə uzaqdagörünən kəndə tuşlayırdı. Bayaq dedim, bu, həminkənd idi ki, orda kişilər doğulmuşdu; yaşamışdı,onların ataları, babaları, ulu babaları, uludan da ulularıdoğulmuşdular, yaşamışdılar, qurmuşdular… axırda dabir-iki erməni dığası rusların köməyilə gəlib bu kişiləriqovmuşdu ordan; çox da uzağa yox, otuz-otuzbeşkilometr bu tərəfə, düzəngaha. Hə, bax, məsələnin əslməğzi beləydi ha; nə isə, bu kişilər barədə hələlik buqədər.Bir az aralıda, arxın sol tərəfindəki böyürtkənkollarının yanında həsirin üstündə dirsəklənən və özükimi üzütüklü birisiylə nə barədəsə mırt vuran oğlanında çətin ki o kənd yadına düşəydi. Bu düzəngahınçölli-biyabanına artıq öyrəşən o üzütüklü oğlanın otuzyaşı olardı; amma onun görkəminə baxan adam dərhaldeyərdi ki, elə bunun da əlli-altmış yaşı var. Və bu,yaşından qoca görünən cavan, yəni Məmməd, birazdan ata olacaqdı; ilk körpəsini qucağına götürəcəkdi;sonra yəqin ki, dünyanın ən xoşbəxt kişisi kimisevinəcəkdi. Onun yanındakı, siqareti acgözlükləsümürən, saçları ağappaq qar kimi ağarmış cavanıngözləri yol çəkirdi; hara baxırdı, hansı səmtə baxırdı,nə üçün baxırdı, özü və Allahı bilirdi; pasportunabaxsaydın, yəqin ki, doğum tarixi min doqquz yüzyetmiş bir, ya da yetmiş iki olardı. Lakin o da yaşındanxeyli qoca görünürdü, hələ üstəlik doxsan üçdədavadan təkayaqlı qayıtmışdı; təkayaqlı cavan çadırın76


içində ufuldayan gəlinin dopdoğma qardaşıydı.Doxsan üçdən bəri, yəni davada bir ayağınıitirəndən ona artıq cavan demirdilər; cəbhədə döyüşyoldaşları ona «qoca kapitan» ləqəbi vermişdilər.Muğanlıda, Şıxbabalıda, Çəmənlidə ermənilərlə döyüşzamanı cəbhə yoldaşları ona demişdilər ki, «dədə,Rafiq, sən bizim komandirimiz rəhmətlik Şirinin əsltayısan ki varsan. Bunnan sonra sənə «Qoca kapitan»deyəjəyik. Saç-saqqalın ağarıb dayna!». Elə də oldu,ləqəbi lap görkəminə tuş gəlirdi: «Qoca kapitan» evə,evə deyəndə ki, düzəngaha gələndən sonra da hamıonu beləcə, yəni cəbhədəki kimi çağırırdı.Həmin o «qoca kapitan» da bir azdan dayıolacaqdı və deyəsən, heç bu günkü bürkü, kəndlərininüstünü almış bulanıq hava onun vecinə deyildi. Dayıolmağın dumanlı ləzzəti barədə düşünürdü; o, buləzzəti çoxdandı gözləyirdi, indi isə içinə çəkdiyitüstüyə qarışdırırdı; dünən humanitar yardımıngətirdiyi, üstündə «Amsterdam» yazılmış siqaretqutusunu barmaqları arasında əzik-üzük edəndən sonraciyərlərinə çəkdiyi tüstünün yarısını burnundan vəağzından buraxırdı. Amma bilmək olmurdu ki, o,havada əyri-üyrü xırda buludcuqlar yaradan tüstüdənnecə ləzzət alırdı. Hər halda, tüstüdən ləzzət alanadama bənzəmirdi. «Qoca kapitan» bacısının ərinətərəf çöndü:– Helə bil turşumuş qatıq iyi verir, -deyə siqaretəişarə elədi. - Beləsini birinci dəfədi çəkirəm. Heyifdöyüldü «Astra». Bir qullab vuran kimi götürürdü səni.Bunnan gərək bir paçka çəkəsən ki doyasan.Yeznəsi dinmədi, çömbəldi, qulağını arxdaquruldayan qurbağalara tərəf tutdu; yox, o, nəsə sudanayrı bir səs eşitmək istəyirdi; orda nəsə vardı, ayrı birşey vardı; heç özünə də bəlli deyildi necə səs eşitmək77


istəyirdi. Əlbəttə ki, qurbağaların qurultusunu elə gecəgündüzeşidirdi və bu səslərdən elə bil doymuşdu.Çadırın içindən qəfil çölə çıxan arvadlardan biritəlaş və həyəcan içində üzünü arxın qırağında daşüstündə oturmuş və yalın ayaqlarını suya sallayanoğlan uşağına tutub ərklə çımxırdı:– Ədə, Vidi, al bu vedrəni doldur bəri ver! Tezeləginən!Uşaq elə bil bunu gözləyirdi və vedrəni arvadınəlindən qapıb arxa tərəf yüyürdü.Bayaqkı qəlyan çəkən Abbas kişi daşın üstündəndurdu, şalvarını çırpa-çırpa üzünü arvadına tutdu:– Vəziyyət nə təərdi, ay Tərlan?– Yaman ağırdı... Bu mamaça da gəlib çıxmadı...Sancıları çoxalıb... Yazıq qız day haldan düşüb ha...O tərəfdə dirsəklənən gəlinin əri sanki indi ayıldı,qulağını arxdan çəkib anasına tərəf boylandı.– Nənə, Rizvan mamaçanı hindilərdə gətirər,deynən bir az dözsün...Tərlan su ilə dolu vedrəni uşağın əlindən alıbçadırın içinə girdi və heç o səsin sahibinə, yəni oğlunatərəf baxmadı da.Oğlan uşağı nənənin tapşırığını yerinə yetirdiyiüçün özündən razı halda gəlib oturdu yenə həminkidaşın üstündə.Təkayaqlı, üzütüklü «qoca kapitan» uşağı yanınaçağırdı, dedi:– Vidi, ged Lətifdən bir dənə «Bakı», ya da«Qarabağ» al gətir. Deynən Rafiq dedi ki, yazsındəftərə... sora pulunu verəjəm...Uşaq arx boyu uzanan ot-ələf basmış cığırlagötürüldü.Çadırın içindən həmin o Tərlan yenə hövllüçıxdı, baxdı ora-bura, sonra oğlunun üstünə qışqırdı:78


– Ədə, uşağı hara göndərdin?– Siqaretə...mən göndərdim, -deyə təkayaqlıyeznəsinin yerinə cavab verdi.– Bə bunu kim doldursun?- arvad əlindəki boşvedrəni göstərdi.Gəlinin əri Məmməd yerindən qalxdı, vedrəniarvadın əlindən aldı, arxın o başına, daşlıq tərəfəkönülsüz-könülsüz getdi.«Qoca kapitan» da yerindən qalxıb çəliyinigötürdü və arvada tərəf gəldi:– Tərlan xala, nooldu axı?Tərlan rəngi-rufu kömür kimi qaralmıştəkayaqlıya ərklə dedi:– Allah kərimdi! Görək də noolur! Gejəyədəkinşallah salamat qurtarar, -sonra onun siqaretsümürdüyünü görüb ərkyana acıqlandı:- Ədə, ozəhrimarda nə görmüsən? Öldürdü axı səni! Bax görsəni nə günə qoyub? Bir dərisən, bir sümük!«Qoca kapitan» güldü, sonra:– Bajımoğlu olan kimi atajam!-deyib çadırdanbir xeyli uzaqlaşdı.Hardasa uzaqlarda, o çılpaq, alçaq dağlarınətəyində kəndin düz başının üstündəki bulanıqbuludların arasından ildırım çaxdı; göy elə bil at kimikişnəməyə başladı.Nimdaş köynəkli kişi «şükür Allaha!» deyibyanındakı qudasına elə bil gözaydınlığı verirdi. Abbaskişi isə tərpənmirdi, sanki bununla demək istəyirdi ki,yalançı gurultudu, inanma. Və o, düz də fikirləşirdi.Göy cəmi bir dəfə kişnədi, ildırım cəmi bir dəfə çaxdıvə yenə köhnə hamam, köhnə tas. Bürkü. Qara,bulanıq buludlar. Arxın sakit axan suları və qurbağalarınqurultusu.Çadırın içindən səs gəldi. Bu, səs deyildi, Abbas79


kişinin gəlininin çığırtısı, ufultusuydu. Adamıntüklərini ürpədirdi. İçəridəki arvadların səs-küyü dəgötürmüşdü aləmi başına.Cavan gəlin mürəxxəs ola bilmirdi. Qışqırırdı.Ufuldayırdı. Arvadlardan biri ona ürək-dirək verirdi.– Özünü topla, başına dönüm, güj ver dayna! Biraz da... Hə...hə... Yenə güj ver... Qorxma, gözümünişığı, qorxma! Allah-təala köməyin olsun! Bir az da güjversən, azad olazsan! Qadan alım, darıxma, Allah yolaçajaq!Allah hələ səbirliydi, yol açmırdı və cavanananın bətnindəki çağa deyəsən dünyaya gəlmək, azadolmaq istəmirdi.Amma onun yolunu gözləyənlər çox idi; bütünqohum-əqraba, qonum-qonşu, el-oba. Və o, dünyayagələn kimi görən nə olacaqdı axı?Düz yeddi il idi ki, onun yolunu gözləyirdilər vəyeddi il idi ki, Mənzərin, həmin o çadırın içindəqovrulan, ufuldayan Mənzərin bu işıqsız çadırınbrezent divarları arasında, bəzən qupquru, bəzən buzkimi donuq, bəzən isə nəmişlikdən çürüntü iyi verəntorpaq döşəmənin üstündə ərinə arvadlıq eləyən,qayınatası və qaynanasına gəlinlik eləyən, qardaşınabacılıq eləyən, anasına övladlıq eləyən Mənzərinuşağıolmurdu; ötən qış Mənzər birdən-birə dedi ki,özündə dəyişiklik hiss eləyir, başı gicəllənir, ürəyi eləbil ağzına gəlmək istəyir. Məmməd, yəni əri, həminqəlyan çəkən Abbas kişinin oğlu, buna əhəmiyyətverməmişdi, amma Mənzərin anası Suğra xala dərhalməsələni anlamışdı. Özünü o yerə qoymamışdı vədemişdi ki, yəqin “Sana” yağındandı; ya da o güngətirilən humanitar yardım qarğıdalı yağından. Çünkihəmin o qarğıdalı yağını qonşuları Səkinəgil dəişlədəndən sonra özlərini pis hiss eləməyə başladılar;80


uşaqlar başladı qusmağa; səhərədək su içdilər, qatıqiçdilər, qaytardılar. Və heç kəs bilmədi ki, bu yağıntərkibində nə vardı belə?Günlər bir-birini əvəz etdikcə Mənzər özündəkisürətli dəyişiklikləri daha tez-tez hiss eləməyə başladıvə nəhayət, hamıya gün kimi aydın oldu ki, Mənzər,yeddi ilin uşaq həsrətlisi artıq hamilədi. Qarnıböyüdükcə sevinirdi, gah ağlayırdı, gah da qəmli-qəmlidurub alçaqboylu dağların ətəyində görünən kəndlərinətamaşa edirdi.Kəndin düz on kilometrliyində bizim əsgərlərdurmuşdu; erməni əsgərləri isə kənddəydi; kənd birqədər yüksəklikdə yerləşirdi; ordan aşağını, düzəngahıgörmək çətin deyildi. Amma atəşkəsə görə ermənilərgüllə atmırdılar və həm də onlar atan kimi bizimkilərdə başlayırdı atmağa. Beləcə bir-iki saat atışandansonra atəş səsləri kəsilirdi və bir də görürdün tüstükəndi götürüb başına. Və yəqin ki, orda kiminsə ya ottayası, ya da evi yanıb külə dönəndən sonra bu tüstüərşə çıxırdı. Camaat danışırdı ki, ermənilərin vecinədeyil; onların kəndi deyil ki? Ev-eşikləri onlartikməyiblər ki, od düşən kimi tez söndürsünlər? Vəkəndin boş və sahibsiz qalmış evlərinin hansı birinə oddüşsəydi aram-aram yanıb kül olacaqdı.Mənzərin qardaşı «qoca kapitan» deyirdi ki,ermənilər bunu bilə-bilə edirlər; bizə yanğı versinlər,yəni ki, baxın, ay türklər, sizin tifaqınız gözünüz baxabaxaod tutub yanır; dağı belə çəkərlər ha düşmənə! Vəhərdən bu cəhənnəm istisiylə bacılaşan cin vururduqoca kapitanın təpəsinə, gedib girirdi səngərə,əsgərlərə deyirdi ki, «adam kişi olar, nə durub baxırsız!Dalınız yoxdu?! Verin bəri avtomatı, özüm gedəjəm!».Bax belə.Mənzərgil kənddən didərgin düşəndə özləriylə81


heç nə götürə bilməmişdilər və elə öz canlarını götürübqaçmışdılar. İlk aylar haralara getmədilər; o vaqonda,bu çadırda, o tövlədə, bu məktəbin uçuq-sökük binasındayaşadılar; axırda kəndin ağsaqqalları yığılıb sözübir yerə qoydular, gəldilər bu düzəngahda yurd saldılar;qaçqınkomdan gəlib dedilər ki, burda olmaz; heçbir kommunikasiya vasitəsi yoxdu buralarda. Nolsunarxın qırağıdı? Həm də ermənilərin otuz kilometrliyidi,təhlükəlidi. Amma Məmmədin atası, həmin o qəlyançəkən Abbas kişi qətiyyətli kişiydi və dedi ki, yamənim və ailəmin meyidini görəcəksiniz, ya da bizburda yurd salacağıq, kəndimizə yaxın olaq. Və bunuda o ümidlə demişdi ki, bu gün-sabah erməniləriqovacağıq, gedib oturacağıq evimizdə. Amma o bugün-sabah, bu bugün-sabah, oldu düz doqquz il. Və bugün bu nöyüt lampasının zəif-zəif işıqlatdığı çadırıniçində qovrulan Mənzər yatsaydı yuxusuna dagirməzdi ki, bir gün o, çadırda bax beləcə, həkimsizfilansız,mamasız-mamaçasız uşaq doğacaq. Və buuşağı yeddi il gözləsə də, yeddi ilin bütün ağrı-acısı,soyuğu-sazağı, xiffəti-intizarı canına-sümüyünə işləsədə, düşünürdü ki, axır ki nəsə olmalıdı, belə qalmaz.Ona görə də dözürdü; lap bəzən yeməyə bir şeytapmırdılar, yenə də deyirdi ki, ruzu Allahındı, o bilənməsləhətdi. Allahın bildiyi məsləhəti isə bu çadırdangizlətmişdilər; bu çadıra onun qətiyyən dəxli yoxuydu.Bəzən anası da, qayınanası da, balaca qaynıVidadi də onlarla bir çadırda qalırdı. Ortadan pərdəçəkmişdilər; arvadlar ayrı, kişilər ayrı yatırdı. Və hələərə getdiyi bu yeddi ildə Mənzər əri ilə doyuncayatmamışdı; bəzən vəziyyət onların hər ikisini sarsıdır,əsəblərini sakitləşdirə bilmirdilər. Mənzər dinmirdi,çünki dili qısaydı; uşağı olmurdu. Uşaq olsaydı, başlarıqatışardı. Falçı qalmadı getməsinlər; Ağcabədidən,82


Gəncədən beləni gəzib dolandılar. Bir aləm də pulxərclədilər, xeyri olmadı. Və biri dedi qızın böyrəklərixəstədi. Biri dedi ki, oğlanın böyrəkləri xəstədi. Nəisə... Hərə bir söz dedi və cavan ər-arvad vaxtından tezqocaldılar. Mənzərin üzü qırışlandı, barmaqlarıkobudlaşdı, saçlarına dən düşdü. Nə yaşı vardı ki!Cəmi iyirmi beş! Əri də onun kimi; bu yeddi ildəMəmməd elə bil yüz ton dərdi çiynində daşıyan yaşlıkişilərə bənzəyirdi. Üzü də tüklüydü həmişə. Mənzərləəri yaşdan asılı olmayaraq qocaldıqca onların ətrafındaolan doğmalar, yaxınlar, qohum-əqraba da elə bilonlardan güc alıb yaşlaşırdı. Və bu çadırın ətrafınayığışan adamların hamısı demək olar ki, yaşından qatqatqoca görünürdü. Bu «qocalar» və «qarılar» bu gün,bu qəribə yay gecəsi yurd dərdi çəkmirdilər; kənddəkibulanıq havanın hayında deyildilər. Bu adamlar doğuşgözləyirdilər və bu doğuş onlar üçün bəlkə də havadanvacib idi.Bu dəfə çadırdan Mənzərin anası Suğra xalaçıxdı; o, heç kəsə çımxırmadı, tələm-tələsik əlindəbürmələdiyi əski-üskü parçalarını tərli bədəninəyapışmış qırmızı-sarı zolaqlı donunun yaxalığınasoxdu. O biri əlində tutduğu iri, yumru ləyənçənihıqqıldaya-hıqqıldaya arxın qırağına tərəf apardı.Uzaqdan qaynanasını qan-tər içində bu vəziyyətdəgörən həsirə dirsəklənmiş Məmməd dik yerindənqalxdı; birdən-birə ona elə gəldi ki, bu, onun arvadının,yəni Mənzərin əlli yaşlı anası deyil. Bu, çadırın içindəağrıları ilə baş-başa qalmış Mənzərin sanki doxsanyaşlı, beli donqarlaşmış dopdoğmaca anasıdı; Suğraxala necə qocalmışdı, ay Allah! Məmməd bir anlıqdüşündü ki, yəqin qayınanası həmişə beləymiş; ammaarvad hələ diridi, əlli-ayaqlıdı; paltar yuya bilər, ya datəndirə od vurub çörək bişirə bilər…83


Çadırın içindən yenə qarmaqarışıq səslər gəlirdi:– Allah, öldüm! Ayy! Mama, ölürəm, kömək elə!Of! Allah! Allah! Ay! Mama, qurban olum! Öldümeyyy!– Qorxma, başına dönüm, bir azca da döz! Qadangəlsin maaa, ağrın ürəyimə… Bıyy…– Mənzər, bajın qurban, bir balaja da güj versən,mürəxxəs olazsan dayna!!!Mənzərin anası yenə tələm-tələsik içəri girdi.Qəlyan tüstülədən Abbas kişi nimdaş köynəkli qudasınasarı döndü.– Havam çatmır, Əhməd, - dedi. - Gəl bir az otərəfə gedək.İkisi də çadırdan uzaqlaşdı. O tərəfdəki çadırlardanzəif lampa işıqları gəlirdi. Gecə zülmət donunuvaxtından tez geyinmişdi, göy üzünə iraq olsun elə bilqapqara pərdə çəkmişdilər. Bu pərdəni yortsaydıleysan yortacaqdı, o da ki, görünməyən iş, hələ istəmirdiha tökülsün yerə, camaatı bu cəhənnəm bürküsündənqurtarsın. Buralardan bir qədər uzaqlaşan kimielə bilirdin orda-burda papiros közərtisinə oxşar bir şeyközərir. Bu, həmin o çadırlardan gələn zəif lampaişığıydı ki, vardı. Həmin o qəlyan tüstülədən kişi oğlununqaynatasıyla, yəni Əhməd kişiylə danışırdı.– Deyirsən, Rizvan şəhərdən təzə gəlib, hıy?– Hə... Deyir, oralar lap qaynayır ha, dayı!!!– Burdakı kimi olammaz ha!– Deyirəm, ta bizim kəndə dönməyimiz getdi, ayAbbas…– Heylə demə, ağzıvı bəddiyə açma dayna.Deyir, axı Atətdi, nə zir-zibildi, yenə gəlib. Lap buragəlib çıxıblar e… Hə, sən öl, Müştəba qəzetində yazıfe… Lap qulağımızın dibindədilər, Xankəndində…Görək bu dəfə dığalar nə deyəjəklər…84


– Ə, saa deyirəm, bu kişi almadı ha, day heçkimin xörəyi dör! Nə Atət, nə Amerika, nə Rusiyət!Bunnar yalandı bu kişinin yanında. Sən öl hamısınıqatdıyıb qoyar altına… Amma bu dığaları niyəqatdamır, başaçammıram?– Bu, helə-belə məsələ deyil ha, asan düzələ.heylə şeylər var ki, biz bilmirik. Allah kərimdi…Deyirəm, bir azdan ikimiz də baba olajıyıq e… Bəlkəmnəvəmizin ayığı düşdü… İnşallah!– Allah ağzınnan eşitsin… Deyirəm, nolaydı ha,nəvəmiz doğulan kimi, radyo bir xəbər verəydi ki,bizimkilər Qarabağı alıf… Sən öl, nəvəmi də vurubqoltuğuma, budu ha, ayaqyalın düz kəndə… Otuzkilometr nədi ki… Gedib o həyətdən o qara qoçuyıxajam yerə, sən öl! (Elə şövqlə dedi ki, elə bil o qaraqoçu dünən qoyub gəlib)– Bir dənə də erkək məndə… Əəə, sən heylədanışdın, lap ağzım sulandı. Gəl bir qayıdaq, görək buköpəyoğlu nə təər oldu, nöş gəlmək istəmir ojağa;boğazım qurudu ha, bu gejə səhərədək vurajamsənnən…İkisi də gəldikləri yolla lal-dinməz qayıtdı.Çadırdan yenə səslər gəlirdi:– Can bala, ağrın ürəyimə!– Can bajı, lap ujundadı, hə, bir az da… ay sağol, başı göründü…(Bu, Mənzərin bacısı Mahizərinsəsiydi)– Azz, bir oyana dur, azz, nimçəni gətir, hə,qadan alım…– Azz, o ağı dəyişdir, ordadı, stulun üstündəkitəmizdi, ver bəri… Hə, qadan alım… Budey ha, aymaşallah! Beş kilodu, lap dədəsidi ki var ha…Babalar diqqətlə qulaq verdi. Və ikisi dəməmnun oldu; amma ikisinin də ürəyinə xal düşdü.85


Görəsən Tərlan onlardan hansını nəzərdə tuturdu? Hərhalda, ikisinin də ürəyinə damdı ki, bu gələn oğlandı.Beş kilo. Amma çadırdan daha səs gəlmədi; heç kəscınqırını çıxarmırdı. Gəlin daha zarımırdı, arvadlarbirdən-birə səslərini xırp kəsmişdilər. Çağa ağlamırdı.Görən nooldu bunnara?Babalar karıxdılar. Hərə bir tərəfə getdi. Birazdan yenə qayıtdılar. Çadırdan yenə səs gəlmədi.Qəlyan tüstülədən Abbas kişi hövsələdən çıxdı.Oğlunu hayladı.– A bala, Vidi hardadı?– Lətifin dükanından hələm qayıtmayıb…– Bə, Rafiq hara yox oldu? - bu dəfə indicədoğmuş gəlinin atası, həmin o nimdaş köynəkli Əhmədkişi soruşdu.– O da Vidinin dalıyca getdi…– Ay oğul, Mamed, bir gör orda noldu, niyəçıxmırlar çölə?-deyə Abbas kişi cibindən dəsmalınıçıxarıb alnının tərini sildi.Tərlan xala güllə kimi çadırdan çıxdı, əlində boşvedrə istədi cumsun arxa, Məmməd qoymadı, vedrəniqapdı, nəsə ciddi bir şey olduğunu sanki anladı, özüyüyürdü arxa. Arvad hövllənmişdi. Danışa bilmirdi, azqala yıxılacaqdı.– Ay arvad, noldu, niyə dinmirsən?– Başımıza xeyir…– Heylə de dayna, ə, təbrik… Sözümüz sözdüha… Bu gejə səhərə kimi vurajıyıq, hıy?-Abbassöyüncək arvadın sözünü kəsdi.– Aman ver dayna, qızın vəziyyəti xarabdı…Rizvan noldu?Babalar yenə narahat oldular. Çadırdan Suğraxala da çıxdı.– Azz, Tərlan, bir bura gəl dayna… Bu uşaq niyə86


elə oldu?Nənələr ikisi də dərhal çadıra cumdu.Çadırdan yenə səslər gəlməyə başladı.– Azz, nə təərsən? Şükür allaha, sağ-salamatazad oldun, gözün aydın!Babalar sevindilər.– Azz, Tərlan, bu uşaq niyə belədi, ağlamır heç!Azz, lampanı bəri tut dayna! Azz, çıx çölə, Mamedədeynən Səkinəni çağırsın, onnarın lampasını dəgətirsin, -Suğra xala böyük qızı Mahizərə çımxırdı.Məmməd artıq qonşu Səkinəgilin çadırınagötürülmüşdü və bir azdan Səkinə əlində lampa çadırıniçinə girdi.– Azz, gözdəriz aydın... azz, bu uşaq niyəağlamır?Babalar yenə narahat oldular.Çağa doğurdan da ağlamırdı. Amma diriydi,gözü yumuluydu, çimizdirirdilər onu. Ağlamırdı.Birdən arvadlardan biri qıy vurdu.– Azz, buyyy! Bismillah! Bu uşaq niyə belədi,az?– Buy, başımıza xeyir, Allah, Allah, bu nədibelə?Babalar və cavan ata artıq bir yerdə dayanabilmirdilər. İçəridəki arvadların heyrətli nidalarıbabaları lap keylətmişdi.– Azz, Tərlan, bu uşağın alnı niyə heylədi?– Allah, allah, bunun barmaqları niyə heylədi,azzz?– Bismillah, buyy, azz, başındakı tüklər dəağappaqdı, azz, bu nə işdi? Ədə, Abbas, ədə,Məmməd!Bir andaca kişilər çadırın içinə doluşdular. Hamıarvadların heyrətindən donub qalmışdı. Uşağı ağa87


ürümüşdülər; onun saçları lampaların gur işığındaağappaq görünürdü; üzündə və alnında lap qocakişilərinki kimi qırışlar vardı. Xırda gözləri çuxuradüşmüşdü. Abbas kişi təmkinini pozmadı:– Azz, nolub uşağa, gül kimidi! –dedi. Elə bilpərdənin o tərəfində heysiz uzanmış gəlininəeşitdirmək istəyirdi ki hər şey yaxşıdı,həyəcanlanmasın.Arvadlar deyəsən kişinin eyhamını qanmadılar,yenə heyrətlə çağaya baxırdılar. Babalar çadırdançıxdılar; Məmməd heç bilmirdi neyləsin və o, ömründəbelə ipisti doğulan körpə görməmişdi; ona elə gəlirdiki, yəqin elə dünyada bütün çağalar elə beləcə doğulurvə elə bu görkəmdə olur. Ürəyində isə körpəyə yaraşanad da fikirləşdi; ad deyəndə ki, ləğəb: Qoca uşaq!Məmməd də çadırdan çıxdı və onda gördü ki,qonşu çadırlardan adamlar tökülüşüb gəliblər. Çadırıniçinə girib-çıxanlar heyrət edirdilər, təəccüb edirdilər,deyirdilər:– Allahın möcüzəsidi!– Uşaq lap qoca kişiyə oxşayır!– Allah özü kömək olsun, uşaq heç ağlamır!Həmin yay gecəsi Mənzərin bibisioğlu Rizvan damamaçasız gəlib çıxdı; dedi ki, mamaça Süsəniaparıblar Saatlıdakı çadır şəhərciyinə. Orda da doğanvar! «Qoca kapitan» və Vidadi də gəlib çıxdı. Ətrafçadırlarda nə ki qohum-əqraba vardı hamı burdaydı;camaat bilmirdi sevinsin, ya bir-birlərinə başsağlığıversin. Çünki çadıra girib çıxanların sir-sifətindənməlum olurdu ki, hələ yer üzündə (onun üzü qara olsunhelə!) belə şey olmayıb ki, uşaq anadan qoca doğulsun....Yağış səhər də yağmadı, hava heç açılmadı da.Ən dəhşətli bürkü çadırın içindəydi. Mənzər oyanmışdı,çağasını qoymuşdu sinəsinin üstünə. Döşü südlə88


doluydu, axıb gedirdi. Çağa isə ananın döşünü əmməkistəmirdi. Yuxudan dursaydı, yəqin ki əməcəkdi və eləəməcəkdi ki, o alnındakı qırışlar da gedəcəkdi. Çünkidünən gecə Mənzər öz qulağıyla eşitdi; həkimlikdənbir balaca başı çıxan Səkinə deyirdi ki, uşağın dərmanıana südüdür.Bakı, 2002.89


LIDIYA İVANOVNANIN QƏYYUMLARIPəncərə şüşələri soyuq tər damcılarına bürünmüşdüvə bu damcılar üzüaşağı süzüldükcə bayaqdanbəri qaz plitəsinin üstündə pıqqıldayan çaynik Lidiyaİvanovnanın yadına düşmürdü. Onun işığı öləzimiş,lakin bicliyini hələ də itirməmiş yaşıl gözlərini divardakıkətan parça üzərində çəkilmiş rəsmdən elə bilasmışdılar. Lidiya İvanovna bu şəkli sanki ilk dəfəydigörürdü; o, gah məftunedici nəzərlərini çərçivəyə salınmışrəsmin üzərində gəzdirir, gah da pəncərə şüşəsindənüzüaşağı süzülən tər damcılarına pərişan-pərişan baxırdı;bu saat onun yadına yenə uzaq keçmişinin xatirələridüşürdü; o xatirələr ki, dünəndən bəri qarını əsir-yesiretmişdi; ona gah xəfif fərəh dolu göz yaşları bəxş edir,gah da bax o pəncərə şüşəsindən süzülən soyuq tərdamcılarına bənzəyən, hay-küysüz, müdhiş və «KQB»kabinetləri arasında əriyib gedən təxminən bir əsrlikhəyatının müəmmalı əlamətlərini xatırladırdı.Lidiya İvanovna, demək olar ki, əlli il sərasər«KQB» sədrinin katibəsi işləmişdi, onun həyatı, işi,günü-güzəranı, yenə deyirəm, müəmmalar içindəkeçmişdi; o süzülən tər damcılarına baxdıqca ona həmdə elə gəlirdi ki, qapalı, sirli, bəzən də bezikdirici ömüryolu bu tər damcısı kimi bir şeydi, üzüaşağı süzülür vəgözünü yumub açınca qurtarıb gedir. Və birdən-birəLidiya İvanovna doxsan beşinci qışından qorxmağabaşladı; bayırda qopan xəzri küləyinin vıyıltısı onasanki matəm marşını xatırlatdı və nədənsə ömründə ilkdəfə olaraq indi başa düşdü ki, o, tənha, kimsəsiz, heçkəsə lazım olmayan, izsiz-tozsuz qarımış bir qızdır,doxsan beş yaşında qız. Və elə deyəsən indicə anladıki, ərə getmədiyi üçün çox böyük səhv edib; vaxtında90


ata-anasının sözünə baxsaydı, onların təkidiyləAleksey Petroviçə ərə getsəydi, indi həyatının bu songünlərində heç dərdi olmazdı, özünü kimsəsiz hissetməzdi. Heç bu neçə ayda səfeh qəyyum axtarışına daçıxmazdı. Heyif, çox heyif!İndi bu barədə düşünməyin xeyri yox idi vəLidiya İvanovna əlli ildən çox yaşadığı bu birotaqlımənzilində cəmi iki saat bundan öncə üzüqoylu yerəyıxıldı və necə yıxıldısa, elə beləcə də xeyli huşsuzqaldı; handan-hana durub güc-bəla ilə özünü divanınüstünə saldı və yalnız bundan sonra beyninə pis fikirlərgəldi. Əslində nə fərqi vardı ki, pis, yaxud yaxşı, fikirfikirdi, intəhası aydın deyildi, dumanlıydı, soyuq idi,onun süst bədəninin bütün əzalarını gizildədib ağrıdanbaşabəla qocalıq düşüncələriydi. Əlbəttə ki, onun zənginhəyat təcrübəsi, dünyagörüşü və bu gün yıxılmamışaqədərki bütün ömür yolu ölçülü-biçili, səliqəsəhmanlı,son dərəcə ehtiyatlı, həm də şübhəli olmuşdu;bu şübhəli havaydı onu saxlayan, bu havanın özünədə bəlli olmayan şıltaqlıqları bəzən onu məst etmiş,yerişini-duruşunu, sözünü-söhbətini tənzimləmişdi.O, həmişəki kimi bu səhər də yuxudan durub acqarına bir xörək qaşığı konyak içdi, sonra dünəngecədən soyuducunun gözünə qoyduğu yarımçıqbadımcan kürüsünü və yaydan bəri konservləşdirdiyiacı bibər bankasını götürmək istəyəndə yıxıldı; hələ indiyədəkbeləcə, çox sadə bir vəziyyətdə yıxılmamışdı;amma bu gün yıxıldı, yaman yıxıldı. Yalnız bundansonra o, ölçüsüz-biçimsiz düşüncələrə qərq oldu. Sonraöz qəyyumlarına telefon açıb köhnə «KQB»vərdişlərinə sadiq ədalı bir əndişəylə onlarla görüştəyin etdi. Bu, bəlkə də ömrün son gününün qapıkandarında durub təntənə ilə çaldığı son zəng idi,başqa bir şey deyildi.91


Qapının zəngi çalındı. İşə bax e, elə indicə həmino «zəng» barədə düşünürdü və bir azca diksinən kimioldu, sonra xırıltılı-xırıltılı səslədi:– Gəl, açıqdı...İçəri qıvraq yerişli cavan bir oğlanla təxminənəlli-əlli beş yaşlarında bir qadın girdi. Qadın Lidiyaİvanovnanı bu vəziyyətdə görüb təəccübləndi.– Lidiya İvanovna, sizə noolub? Bəs getmirik?– Niyə getmirik ki? Gedirik... Nə yaxşı vaxtındagəldiniz... Bilirsən, mən bir az bundan qabaq yıxıldım...Başım gicəlləndi... Huşumu itirdim... Tamilla,görürsən də, bu gündən sabaha etibar yoxdu...– Vay, vay, vay... Bir yeriniz əzilmədi ki?– Yox, əzizim, helə belə uzandım ki, bir azözümə gəlim...– Qoy sənə bir çay dəmləyim, - deyə Tamillamətbəxə keçdi və gördü ki, qazın üstündəki çaynikinsuyu tamam quruyub.Cavan oğlan otağa, dörd divarın demək olar ki,hər birində asılan kətan parça üzərində çəkilmiş, səliqəilə çərçivəyə salınmış rəsm əsərinə, yəqin ki, ötən əsrinəvvəllərindən valideynlərindən Lidiya İvanovnaya mirasqalmış gümüş boyunbağıya, çox qəribə və qədimnaxışlı iri bir boşqaba, əntiq əşyalara tamaşa edirdi.Oğlan bu əşyaların Lidiya İvanovna üçün nə deməkolduğunu anlamasa da, hər halda, təxminən bilirdi ki,bunlar qiymətlidir, pula gedən şeylərdi. Elə bu barədədüşündüyü üçün də anasının Lidiya İvanovna ilə nədəndanışdığını eşitmədi. Lidiya İvanovna həmişə həsədapardığı bu cavanın boyuna-buxununa heyranlıqlabaxıb soruşdu:– Ataxan, nə əcəb qarıyla maraqlanmırsan?Ataxan diksinən kimi oldu və elə bil yuxudaydı,oyandı.92


– Hə? Lidiya İvanovna, mən salam verdim axı?hazırsız? Bu gün gedəcəyikmi?– Hə, əlbəttə. Mən mütləq o yeri sizə göstərməliyəm.Allahın işini bilmək olmaz. Bir də gördün,iş işdən keçdi. Sonra siz məəttəl qalmayasız...Oğlanın fikri Lidiya İvanovnanın yanında deyildi;indi o, düşünürdü ki, bu qadın tezliklə öləcək, o daqadının antikvar əşyalarını çox baha qiymətə xaricilərəsatacaq, bu otağı da ürəyi istədiyi kimi təmir edəcək.Tamilla çay gətirdi, Lidiya İvanovna artıq duruboturmuşdu və deyəsən özünə gəlmişdi. Qarı ürəyindəöz qəyyumlarına qarşı dəhşətli bir qısqanclıq duydu,hətta başına yenə min cür pis fikir gəlməyə başladı.Çay içməkdən imtina elədi. Sonra nə düşündüdüşünmədi,birdən-birəcə əmr etdi:– Mən hazır, gedək!– Ana, mən maşında sizi gözləyirəm, -deyəAtaxan maşının açarlarını əlində oynada-oynadamənzildən çıxdı, altıncı mərtəbədən pilləkənləri üç-üç,beş-beş hoppana-hoppana düşüb blokun ağzındasaxladığı qırmızı Jiquliyə oturdu.Bakıda bəlkə də son on ildə belə xəzri əsməmişdi,külək az qala Ataxanı oturduğu maşın qarışıq götürübqaldıracaqdı göyə, ordan da təpəsi üstə tullayacaqdıyerə, sonra Allah bilir, diyirlədib, diyirlədib,çırpacaqdı elektrik dirəklərinə, ya da o tərəfdəki təzətikilən restoranın beton divarlarına. Yaxşı ki beləolmadı və yaxşı ki, anası ilə Lidiya İvanovna altımərtəbəni düşənəcən külək bir balaca səngidi.On beş dəqiqədən sonra onlar artıq yəhudiqəbiristanlığında idilər. Maşın qəbirlərin arasıncauzanan əyri-üyrü cığırları burula-burula yavaşcaşütüyür, Lidiya İvaanovna gah sağa, gah sola dönməyi,gah da düz getməyi əmr edirdi. Bəli, bəli, əmr edirdi.93


Elə bil arvad bu qəbiristanlığı görən kimi lap quş kimioldu, dirildi, özünü gəmi komandiri kimi aparmağabaşladı. Lidiya İvanovna həyəcanla dilləndi:– Bax, orda, göy rəngli dəmir oturacaqlarıgörürsən?... Hə, hə, orda, saxla...Ataxan maşını saxlayan kimi Lidiya İvanovnatələm-tələsik dal qapını açmaq istədi, aça bilmədi, dahadoğrusu, bilmədi nə təhər açsın; Ataxan maşındandüşüb ehmalca dal qapını açdı və Lidiya İvanovnayadüşməkdə kömək elədi. Qarı düşən kimi dəmirçərçivəyə salınmış qara mərmərli cüt qəbirə sarı azqala yüyürdü. O, dəmir çərçivənin məftillə bağlanmışqapısını itələdi, açılmadı, bir də möhkəm itələdi, yenəaçılmadı və əsəbi-əsəbi Ataxana baxdı və oğlan anladıki, qapının məftilini açmaq lazımdı, cəld irəli yeridi;Lidiya İvanovnanın çərçivənin qapısından yapışmıştitrəyən barmaqları çox da yorulmadı. Məftillər qırıldı,xırda gözcüklü karkas qapı cırıldadı; Lidiya İvanovnaiçəri keçib qəbirlərin düz yanında durdu...– Toma... idi suda, smotri, eto moy ateç, a etamama... Görürsən, Qorbatov İvan Sergeyeviç... QoldenberqRaisa Qumbatovna... Əzizim, bax məni burdadəfn edəsiniz... Bunların arasında...-deyə yarı rusca,yarı azəricə mızıldadı.Cavan oğlan qarının hətərən-pətərən danışığınadözə bilmədi:– Lidiya İvanovna, axı onların arasında yeryoxdu... Görmürsüz, darısqallıqdı?-deyə etiraz etdi.– Net, net, niçevo straşnovo. Ya tak xaçu...– Lidiya İvanovna, Allah eləməsin, deyir, şərdeməsən, xeyir gəlməz... Bəlkə bir az böyürdən?...Burda.... bax... həm də yer çatar...Tamilla oğluna dəstək vermək istədi.– Yox, yox, Tomuçka, ya tebya proşu, tolko nad94


nimi... Bax elə qazarsınız ki, düz onların üstünəqoyarsız tabutu... Mənim arzumu yerinə yetirin...Yoxsa, halal eləmərəm...– Yaxşı, yaxşı...Tamilla gördü ki, arvadın gözləri doldu, sonraözü də dəsmal çıxartdı.Ataxan bu cansıxıcı ölü sükunət evindən mümkünqədər tez çıxmaq istəyirdi; amma neyləmək olardı,qarının nazıyla oynamalıydı. Bu «nazlı» qarı düz bir ayidi ki, onun içindəki səbir şirəsini acgöz ilan kimisorurdu. O, qəbirlərdən bir az aralandı və ətrafa diqqətləgöz gəzdirməyə başladı; bu yeri yadında saxlamaqistəyirdi. Və o, əmin idi ki, Lidiya İvanovna üçüntezliklə dördkünc taxta tabut sifariş verəcək, sonra daqarını geyindirib qoyacaqlar həmin o taxta tabutuniçinə, gətirəcəklər buraya; qapağını mıxlayandan sonraqarının vəsiyyətinə yüz faiz də olmasa, əməl edəcəklər.Qarı onsuz da son günlərini yaşayır və yəqin ki, onundəfniylə bağlı xərclər bir elə çox olmayacaq. Birotaqlıev qalacaq Ataxana. Və oğlan düşünürdü ki, lap birinci,dəmir qapı qoyacaq, sonra mətbəxi böyüdəcək, balkonuenlədəcək... Daha nələri, nələri edəcək... Sonra nədənsəürəyində qarını söydü: «Bu kaftar elə evi necə alıbsa,eləcə də yaşayıb və bu əlli ildə heç nəyi dəyişdirməyib...İt qızı it! Elə it kimi də yaşayıb...»Hə, bax belə... Qəbiristanlıqda çox qalmadılar,Lidiya İvanovnanı gətirdilər birotaqlı mənzilinə.Lidiya İvanovna içəri girən kimi döşlüyündən on minmanat çıxarıb cavan oğlana uzatdı:– Eto na benzin, pajaluysta, vozmi, sınok, - deyəaz qala yalvarışla dilləndi. Ataxan pulu götürmədi vəəlbəttə ki, bu, onun xətrinə dəydi. Sonra qəzəblibaxışlarla arvadı süzdü, heç sağollaşmadan qapıdançıxdı.95


– Ayıbdı, Lidiya İvanovna, bu, bizim borcumuzdu,- deyə anası Tamilla etirazını bildirdi.Lidiya İvanovna neçə dəfə «spasibo» dedi, sonradivanın üstündə təngənəfəs halda böyrü üstə uzandı. O,yenə gözlərini qarşı tərəfdəki divarda asılmış şəkləzillədi, bu vəziyyətdə xeyli qaldı. Lidiya İvanovnanınrəngi-rufu sapsarıydı. Tamilla duruxdu, karıxdı,bilmədi nə desin, nə etsin. Son vaxtlar o, buraya tez-tezgəlirdi və hər dəfə də Lidiya İvanovnaya əlində bir şeygətirərdi. Tamilla qarını heç vaxt bu günkü kimi süst,pərişan görməmişdi.– Lidiya İvanovna, heç nəyin fikrini çəkməyin,canım, inşallah, hər şey yaxşı olacaq, hələ biz sizin yüzyaşınızı qeyd edəcəyik, -deyə Tamilla arxayınlıqlabildirdi.Lidiya İvanovnanın məhzun baxışları bu dəfəTamillaya tuşlandı, bu gözlər az qala yalvaracaqdı ki,nolar, Toma, əgər Əzrayıl sənin sözünə baxarsa, ondanmənim ömrüm üçün möhlət istə... Mən bir qədər dəyaşamaq istəyirəm... Təbii ki, bu həsədli baxışlarınsahibi bunları Tamillaya deyə bilməzdi və əksinə, görbir qarı nələr söylədi.– Tomuçka, sən Allah, yaxın otur. Sənə sözümvar. Bax, bilirsən ki, bu evi sənə vəsiyyət eləmişəm.Amma səndən bir xahişim var: o divardan asılmış şəkligörürsən?..Mənzil istismar kontorunda işləyən TamillaLidiya İvanovnanı çoxdan tanıyırdı və Lidiyaya oqədər ehtiram göstərirdi ki, qarı az qala onu bacısı kimiqəbul edirdi. Tamilla hər dəfə Lidiya İvanovnaya başçəkməyə gələndə gözünə ilk öncə qarının göstərdiyi orəsm əsəri dəyərdi və bu, hansı rəssamınsa kətan parçaüzərində həkk etdiyi o gözəl şəkli - atın belində yanpörtü ayaqlarını cütləşdirib ağ alt paltarlı məsum bir96


qızın şəkli - görəndə az qala ağlı başından çıxsın. Buşəkildəki qızın təxminən on dörd-on beş yaşı olardı,amma necə gözəl idi, ilahi! Necə təbii idi! Yaşılmeşəlik, otluq, at, alt paltarda döşləri lap təzəcəböyümüş gözəl, yeniyetmə bir qız görəsən, heyrətdəndonmayasan?! Buna laqeyd olanın yəqin ki, duyğusufilanıolmaz!– Hə, Lidiya İvanovna, hər dəfə ona baxandadüşünürəm ki, orda oturan qız elə sizsiniz! - deyəTamilla fərəh hissi ilə cavab verdi. Sonra əlavə etdi:– Necə məsum gözləri var?– Dayan, Toma, sus! O, mən deyiləm!– Lidiya İvanovna, özünüzü ələ alın, ürəyinizdənnə keçirsə, çəkinməyin, mənə deyin!Lidiya İvanovnanın gözləri yenə doldu və o,divardan asılmış rəsm əsərinə xeyli baxdı; həsəd,həsrət, sevgi, nifrət, qeyz, sonra yenə qısqanclıq dolubaxışlarını o rəsmin bəlkə də bütün cizgiləri üzərindəgəzdirdi. Dərindən ah çəkdi və başladı aram-aramdanışmağa:– Bilirsən, Tomuçka, bu şəklin neçə yaşı var?Qəribə bir tarixçəsi var. Mənim atam çar ordusununpolkovniki olub. Biz Sankt-Peterburqda yaşayırdıq vəo vaxt mənim cəmi on üç yaşım vardı. Bizim böyük birmülkümüz vardı və böyük bacımla biz xoşbəxtyaşayırdıq. Yadımdadı ki, bizə atamın uzaqqohumlarından biri, cavan bir zabit tez-tez gələrdi, adıAleksey idi, gözəl rəssamlıq qabiliyyəti vardı. Obacımı sevirdi, vurulmuşdu ona; bizi həmişə meşəyə,at çapmağa aparardı. Bax, bu şəkildəki mənimbacımdır, Anastasiya; həmin gün ad günüydü, Alekseyonun şəklini çəkdi; axşamçağı evimizdə qonaqlar vardıvə Aleksey həmin şəkli gətirib təntənəli şəkildə,atamın-anamın, qohumlarımızın yanında Anastasiyaya97


təqdim etdi. Hamı heyran qaldı. Elə mən özüm dəvəcdə gəlmişdim. Heç özüm də bilmədən qeyri-ixtiyariAlekseyin boynuna sarıldım və onu öpdüm. AmmaAnastasiyanın laqeydliyi, təkəbbürü bizi və Alekseyiəsəbləşdirirdi. O, Alekseyin məhəbbətini lazımiqiymətləndirə bilmirdi. Əlbəttə, mən hiss edirdim ki,Anastasiya da onu sevir, amma sadəcə hisslərinigizlədir. Bir gün Aleksey yenə bizə gəldi və məngördüm ki, bu, həmin mən gördüyüm o günkü Alekseydeyil. Anastasiya kilsəyə getmişdi və mən Alekseyiməsumcasına öz otağıma dəvət elədim. O, əvvəlcə məniməlimdən öpdü, məmnun oldum, sonra üzümdənöpdü, bir az qızardım, daha sonra isə dodaqlarımdanöpməyə başladı. Aman allah, elə bil dünən idi! Mənona müqavimət göstərə bilmədim və o, məni sevdiyini,Anastasiyanın onun sevgisinə layiq olmadığını dilinəgətirdi. Sonra... sonra... hər şey alt-üst oldu. Heç bilmədimnə baş verdi... Hər şey... hər şey yerlə-yeksanoldu... Hər şey... Biabırçılıq oldu... Eşidirsənmi? Bədbəxtçilikbaş verdi... Anastasiya gəlib bizi bir yerdəgördü.... Ah, mənim dəliqanlı, gözəl bacım! Amanallah, necə də dəhşətli gün idi! Sonra heç üstündən birneçə saat keçmədi ki, bacımın meyitini Nevadançıxarıb gətirdilər evimizə... Özünü atmışdı çaya! Baxbelə... əzizim... Bu şəkli mən xatirə kimi saxlayıram.Mən bacımın ölümünün baiskarıyam...– Bəs sora noldu, Lidiya İvanovna? - deyəTamilla son dərəcə maraqla əhvalatın axırına qulaqasmaq istədi.– Sonra... Aleksey uzun illər görünmədi... Bu,sirr olaraq aramızda qaldı.... Atamgil inqilabdan sonraBakıya köçdülər. Mən də bu şəkli özümlə götürdüm...Bu şəkil mənə ömrüm boyu əzab və işgəncə verib. Onagörə də özümə söz verdim ki, heç vaxt ərə getməyim...98


Sonralar Aleksey də Bakıya köçdü. Bizə gəlib-gedirdi.Amma mən onu rədd edirdim. Atam-anam nə qədərdedilər ki, ona ərə gedim, getmədim. Və bu sirri də heçkəsə deyə bilmədim. Mənim yeganə təsəllim buşəkildir. Alekseyi güllələdilər, atamla-anamı dəfnetdim, qaldım tək-tənha. Və bu şəkillə birgə yaşadım.Hər gün ona baxıram, o günləri yadıma salıram. Buşəkil mənim cinayətimin, günahlarımın, məhəbbətimin,sevgimin şahidi, tarixi şahididir. Mən bu şahidi özümləo biri dünyaya aparmaqçün qorudum. Hətta bir günmənim sədrim, «KQB» generalı bizə gəlmişdi və buşəkli görüb vuruldu ona. Çox əlləşdi ki, bu şəkliməndən qopartsın, vermədim. O vaxtdan uzun illərkeçib. İndi nə Aleksey var, nə də valideynlərim.Əlbəttə, bu sirri özümlə qəbrə aparmaqdan qorxuram,Tamilla. Sən yeganə qadınsan ki, bunu sənə danşıramvə səndən son xahişim budur ki, məni dəfn elədiyinizyerdə bu şəkli də mənimlə birlikdə basdırın. Məni başadüşün, istəmirəm ki, məndən sonra bu şəkləbaxsınlar... Onda elə bilərəm ruhum şad olar. Başadüşürsənmi, Toma?Tamillanın gözləri dolmuş, elə bil yerindəcədonmuşdu. Bu müəmmalı Lidiya İvanovnadan baş açabilmirdi. «Gör ölüm ayağında nə düşünür? Nə qəribəarvaddı? Necə də bədbəxt taleyi varmış?»Blokun ağzında Jiqulidə oturan oğlu dörd-beşdəfə siqnalladı. Tamilla oğlunun siqnalını tanıdı vədərhal ayağa durdu, dedi:– Lidiya İvanovna, narahat olmayın, siz hələbundan sonra əlli il də yaşayacaqsınız...Yastığınızyumşaq olsun, day mən gedim... Qapını arxadanbağlayın...– Yox, Tomuçka, qoy açıq qalsın... Kim girəcək,nəyim qalıb ki, şəkildən savayı?..99


Qəyyumlar çıxıb getdi. Hava hələ düzəlməmişdi.Günortaüstü Lidiya İvanovnanın yanına daha iki nəfərgəldi. Onlar da Lidiyanın köhnə bağ qonşuları idi.Qumbaridzelər ailəsi hələ otuzuncu illərdən Bakıyaköçmüşdülər, o vaxtdan Lidiyanı tanıyırdılar. Ammauzun illər idi ki, Lidiya İvanovna onlarla əlaqənikəsmişdi. Son günlər qarı nə fikirləşdisə, bu ər-arvadıda evinə dəvət elədi. Lidiya İvanovna onları da həminqəbiristanlığa apardı. Sonra yenə gəldilər evə. Həminəhvalatı onlara da danışdı. Eyni vəsiyyəti elədi. Ərarvadxeyli mütəəssir oldu, Lidiya İvanovnaya şəfadiləyib getdilər.Axşam tərəfi Lidiya İvanovnanın daha birqəyyumu peyda oldu. Bu, onun keçmiş iş yoldaşınınnəvəsi Lora Vartanovna idi. Və Lidiya İvanovna bugün gördüyü «işləri» səliqə ilə onunla da gördü, sonrahəmin o Vartanovnaya da bu gün gələn qəyyumlarınanəql etdiyi əhvalatı danışdı, gözləri ağlamaqdan şişmişqadını yola salanda dedi:– Bax ha, mən öləndən sonra ev avtomatik keçirsənin adına, vəsiyyətlərimi unutma!Lora da ürəyində bu qarıya dua oxudu və onaşəfa dilədi. Həmin gecə Qırmızı Xaçdan dördüncüqəyyum da gəlməliydi. Amma çox gec olduğu üçünLidiya İvanovnaya zəng vurub dedi ki, səhər gələcək...Düz bir aydan sonra Lidiya İvanovna axır ki,dünyasını dəyişdi və ən maraqlısı buydu ki, Lidiyaİvanovnanın yaşadığı evin bloku ağzına bir-birindənxəbərsiz dörd dördkünc taxta tabut gətirilmişdi vəməhəllə adamları bunları görüb təəccüb və heyrətiçində bir-birlərindən soruşurdular:– Lidiyanın öldüyünü bildik... Bə bu üç tabutkimin üçündü?100


QORXULU SEVGI“Bu da sənin azadlığın! Qorxudu başdan ayağa,qorxu!”. Bu sözləri ürəyində pıçıldayan ucaboylu, arıqvücudlu adam qurtarmaq bilməyən kimsəsiz kəndyolunda bütün canını bürüyən qaranlıq xofundanqurtulmağa tələsirdi. Bir az əvvəl heç belədüşünmürdü. Hər şey qəbiristanlığın tinini burulandabaş verdi. Qəflətən onu arxadan çağırdılar, dönüb dalabaxdı. Heç kəs gözünə dəymədi. Yenə kimsə səslədi.Bu dəfə səs lap yaxından gəldi. Yenə də heç kəsigörmədi. Sonra addımlarını yeyinlətdi və elə bu vaxtarxadan addım səsləri eşitdi. Qəfil arxaya döndü vəAllaha and olsun, nə gördü-görmədi, elə bil ürəyininbaşına buz qoydular, bundan sonra hövlləndi.Türmədən çıxan adamlar azadlıqda olanlardanbir qədər cəsarətli olurlar, qorxuya-filana boş şey kimibaxırlar. Əvvəlcə o da bu cür düşünürdü... bu gecəyəqədər. Bir az əvvəl səs eşidəndə arxaya baxmağı şəninəsığışdırmadı. Düşündü ki, gecənin bu vədəsində kimsəcürət edib onunla belə zarafat etməz. Amma sonuncudəfə arxaya baxıb dalınca gələn mələyəbənzər qanadlıadamın ondan iki dəfə hündür olduğunu, ağappaqlibasa bürünüb az qala uça-uça ona yetişmək istədiyinigörəndə, yenə deyirəm, Allaha and olsun ki, ayaqlarıəsdi, bədənini soyuq tər bürüdü. Bundan sonra dahaarxaya boylanmadı, demək olar ki, qaçmağa başladı.Dodaqaltı söyüş də söydü. Heç həbsdə olanda bu qədərqorxmamışdı. On beş illik türmə həyatında kimsəninnə ixtiyarı vardı onu izləsin; daban-dabana,addımbaaddım düşsün dalınca. Həm də bu yekəpərqanadlı adam ömründə görmədiyi, təsəvvürünə beləgətirmədiyi dərəcədə nəhəng idi; hardan gəlmişdi bu101


zalım və nə üçün məhz onun ardınca düşmüşdü?Vahimə bunda idi.Kənd yolu uzun deyildi, kələ-kötürlü, çınqıllıydı.Bəlkə qaranlıq olduğu üçün bitmək bilmirdi. Bəxtindəndüz üç gün idi ki, kəndə işıq vermirdilər. Hələ dünənaxşamçağı türmədən çıxıb yol maşınına əyləşəndədüşündü ki, kəndə qaranlıq düşəndə, lap gec, gecəyarıdan keçəndən sonra gəlsə yaxşıdı; başı altındançıxmaq istəmirdi, yəni ki, camaat arasında görünməkdənçəkinirdi, görüb-bilən olar, tanıyarlar; kəndəsəs düşər, deyərlər ki, Zahimənin nişanlısı Yavəribıçaqlayan Mirzəmmədin oğlu türmədən qayıdıb. Nəüzlə qayıdıb, niyə qayıdıb? Axı məhkəmədə (düz onbeş il qabaqkı söhbətdi) qohum-əqraba, dost-tanış onademədilərmi ki, bizi rüsvay elədin, üzümüzü qaraelədin; adam da öz əmisi oğlunu bir qızdan ötrüöldürərmi? Zahimə sənə “hə” demişdi, amma Yavərqabağa düşdü, qohumlar yığışıb nişan apardı.Qız evi Yavərə üstünlük verdi, amma Zahiməonu sevirdi, ona könül vermişdi. Qızın sözünə baxanvardı bəyəm?! Yavərin böyük qardaşı İlyas, anası (onaəmdostu deyirdi o günə qədər) Kubraxanım ikiayaqlarını bir başmağa soxub qızı adaxladılar. Bundansonra da... ortaya qan düşdü. Qohumlar arasına qandavası salmaq sənə qalmışdı? Hələ bu harasıdır?Yavərin qardaşları, qızın qardaşları məhkəmədə sənədemədilər ki, türmədən sonra kəndə gəlmə, gəlsən,səni öldürəcəyik?Bütün bunları götür-qoy etmişdi; əvvəla, kəndəgecə gəlməkdə məqsəd heç də həmin o məhkəməzalındakı hədələr deyildi. Daha heç kimdən qorxmurdu.Türmə həyatı onu bərkitmişdi, avtoritet eləmişdi.Türmə yoldaşları hələ ona ləğəb də vermişdilər:Dəmir Adam. Çünki onun əsəbləri dəmir kimiydi,102


Dəmir Adamı yoldan çıxartmaq, özündən çıxartmaqqeyri-mümkün idi. O, ilk növbədə Zahiməni görməkistəyirdi; öz sevgisini on beş il idi ki, qəlbində həbsetmişdi, indi o dustaq sevgi azadlıq istəyirdi; qorxusuzhürküsüzazadlıq. “Mənim qəlbimdə də, başımda dayalnız azad sevgi yaşayır. Mən o sevginin dalıncaqayıtmışam kəndə”.Bayaq qəbiristalığa çatanadək beləcə bəxtəvərbəxtəvərdüşünür, quş kimi uçurdu. Tənha anasına başçəkəcək, Zahiməni götürüb elə gecəylə də çıxıbRusiyaya gedəcəkdi. Bilet də almışdı. Yoxsa nə işivardı buralarda? Sevgiydi onu kəndə gətirən.Azadlıqdan da şirin olan sevgi! Görəsən indi nə edir?Görəsən?... Bu “görəsənlər” onun kövrək qəlbinəbəzən qəzəb və nifrətlə qatışıq elə bir qısqanclıqduyğusu salmışdı ki, inan allaha, Zahimədən bir balacapis xəbər eşitsəydi qabağına çıxanların hamısınıbıçaqlayacaqdı. O, ya öz sevgisini birdəfəlik öldürmək,ya da təzədən diriltmək istəyirdi. Vəssalam.Yol da ki qurtarmaq bilmirdi. Qəribədi. Elə bilcırcıramalar da yatıb, itlər, pişiklər, çaqqallar gözədəymir. Səs-səmir yoxdu, hər yan lal sükunət, hər yanzülmət içində. Belə də kənd olar?Həmin o qorxunc kölgə növbəti dəfə arxadanonu səslədi: “Hələ məndən qaçan olmayıb! Dayan!”Dəmir Adam yenə hövlnak geriyə baxdı, heç kəsgörünmədi; qaranlıq və kimsəsiz yolun qorxusuşiddətləndi. Addımlarını bir qədər də yeyinlətdi. Yox,arxadan kimsə gəlirdi. Kiminsə iri addım səsləri onuqarabaqara izləyirdi. Bu nədir, məni qara basır, yoxsahəqiqətən kimsə məni izləyir, məndən Yavərinintiqamını almaq istəyir?“Sənə demirəm dayan, məndən qaça bilməzsən!?”Yenə həmin səs, görünməz səs. Aman Allah! Səs103


hardan gəlir axı?O qaça-qaça hər şeyi lənətləyir, qorxunc qanadlıadamın iri addımlarını arxasında hiss etdikcəqurşaqdan aşağı söyüşlər yağdırırdı.– Məndən nə istəyirsən, lənətə gəlmiş? Nəvermisən ala bilmirsən, hə? Sənə deyirəm, mənlə işinolmasın, ananı ağlar qoyaram!.. – deyə özünə təskinlikverirmiş kimi donquldandı.Sən bir işə bax! On beş il “avtoritet” ol, sonra gəlbir dılğır kənd yolunda hansısa bir qanadlı kölgədən,ya adam qırığından qorx? Bu kimsə kim idi axı? Əlbəttə,gündüz olsaydı onun aşını bişirərdi. Əngini əzibçıxardı sinəsinin üstünə, qarnını yortub bağırsaqlarınıtökərdi yerə.Axır ki, həyət qapısına çatdı, özünü qapıdan yox,çəpərdən tulladı həyətə, elə bil bir az sakitləşdi, buraöz həyətləriydi, o qorxunc kölgə bura girə bilmədi. Hərhalda ona elə gəldi ki, öz həyətləri daha təhlükəsizyerdi. Dəmir Adam çiy kərpicdən tikilmiş birmərtəbəlievin sol böyründəki yekə tut ağacının budağından qırıbgeriyə boylandı; bir qədər toxtamışdı, əlində “silah”vardı. Bütün yol boyu onun arxasınca addımlayan oqorxunc qanadlı kölgədən əsər-əlamət belə yox idi.Dəmir Adama soyuq tər gəldi. “Məni əməllibaşlıqara basır” düşündü. Evin dağlara baxanpəncərəsindən zəif lampa işığı gəlirdi. Dəmir Adamuşaq kimi sevindi; “nənəm yatmayıb”.Qapını açıb içəri girdi, anası küncdəki sandığınböyründəcə, həsirin üstündə uzanıb yatmışdı.– Nənə, mən gəldim, ay nənə! Dur ayağa!Ana dik atıldı, ədyalı üstündən tullayıb hövlnakayağa qalxmağa çalışdı. Dəmir Adam dizləri üstə yerəçökdü, anasının ayaqlarını qucaqlayıb başını yerə əydi,dedi:104


– Nənə, məni buraxdılar!– Başına dönüm, qadan alım, bə gələndə mənəbir xəbər eliyəydin də! On beş ildi gözümün köküsaraldı, nənə sənə qurban, bə bu zülmətdə necə gəldin?Üç gündü işığımızı kəsiblər, hər yan cin-şeytanqaranlığa bürünüb. Barı gündüz gələydin də...– Nənə, heç nədən qorxmuram ha! De görümZahimə hardadı?......– Niyə susursan? Yoxsa.... Ərə gedib? Kiməgedib?.....– Ürəyim partladı!!!... Danışsana!...– Qonşu kənddədi...-ana udqundu.– Deməli gedib? Kimin evindədi?-Dəmir Adamhirsindən yumruğunu döşəməyə çırpdı.– Rəhmətlik Yavərin böyük qardaşına...İlyasgildə... - ananın səsi titrədi.– Axxx... binamuslar! Mən ona göstərərəm!-deyəgüllə kimi evdən çıxdı.– Nənə qurban, getmə! Quyuya ipsiz enməzlər.Ədə, dayan, qan salma genə! Hara gedirsən axı?Dəmir Adam bu sözləri eşitmədi, gözünə sataşanmətbəxdəki ət doğrayan baltanı götürüb yola düşdü.Bayaqkı qorxudan əsər-əlamət belə qalmamışdı; onunpələng gözləri gecənin zil qaranlığında işıldayırdı. Busaat o binamuslardan kimi görsəydi doğrayacaqdı.Türmədə namus üstündə oturanlara pisbaxmırlar. Arvadına, anana-bacına, yaxud qızınasataşanların dərsini əməllicə vermisənsə buyur yuxarıbaşa; türmə həyatının buna oxşar qanunları səni dahacəsur və qorxmaz edəcək. Qol-qanad açırsan, həbsdəolduğunu hiss etmirsən, ən əsası odur ki, sənə hörmətləyanaşırlar, hüquqlarını və toxunulmazlığını təmin105


edirlər. Dəmir Adamın cinayəti bir qədər fərqli motivdaşıyırdı. İlk vaxtlar türmədə buna nə ad vermək lazımolduğunu heç kəs anlamadı. Dəmir Adam nə üstündədüşmüşdü? Onun törətdiyi cinayət namus kateqoriyasınaaid deyildi. Onun cinayətini sadəcə qətl hadisəsikimi də dəyərləndirmək olmazdı. İlk aylar DəmirAdam üçün çox çətin keçdi və o, cinayəti nədən vəkimdən ötrü törətdiyini izah edə bilmədi.“Razborka” uzun çəkdi və nəhayət, DəmirAdamın iradəsi və gücü sayəsində türmə həyatınınyazılmamış qanunları sırasına əlavələr edildi: sevgiüstündə türməyə düşənlər də “namus kateqoriyası”naaid edilsin. Zahiməyə olan dəli sevgisi onu on beş ilazadlıqdan məhrum etdi! On beş il! Allaha and olsun,bu on beş ildə dünyada nə var dəyişmişdi bəlkə də,amma Zahiməyə məhəbbəti bir qram belə azalmamışdıvə o arzuyla yaşayırdı ki, çıxıb onu görsün, qoşulubqaçsınlar Rusiyaya. Doğrudur, bir neçə dəfə kəndəməktub yazıb (məktub yazmaqdan zəhləsi getsə də!),cavab gəlməyib. Yəqin çatmayıb, ya daçatdırmayıblar... Noolar? Gözləyərik. Ona elə gəlirdiki, Zahimə də eyni cür düşünüb, onu gözləyib, ərəgetməyib. Çünki ona “hə” demişdi, onu sevdiyinibildirmişdi. Lakin valideynləri qızı güclə DəmirAdamdan daha varlı, daha savadlı Yavərə nişanladılar.Yavəri öldürdü, özgə adam olsaydı bəlkə dəöldürməzdi; Yavər bilə-bilə öz əmisi oğluna namərdlikelədi.İndi də o biri qardaş namərdlik edib. DəmirAdamın dodaqları titrəyirdi, gecənin zülmətindəgözlərinə Zahimədən başqa heç kim görünmürdü.İlyasgilin evi kəndin girəcəyindəki dəyirmanınsağ tərfindəydi. Dəyirmandan bir neçə yüz metr aralıdabalaca yeməkxana vardı. Yeməkxananın həyətindəki106


manqal söndürülsə də, oradan adda-budda tüstü qalxır,üfunətli his və yanmış ət qoxusu ətrafa yayılırdı.Görünür, bir qədər əvvəl burada əyləşib yeməkyemişdilər, sür-sümük qırıntılarını da ətrafa tullamışdılar.Üfunətli iy az qala adamın ödünü ağzınagətirirdi, bu iy də üstəlik yeməkxananın tinindənburulub tozlu-təzəkli kəndin əsas döngəsinə çatanDəmir Adamın əsəblərini daha da tarıma çəkdi. Həyətqapısını təpiklə vurub açdı. Eyvana necə tullandısaguppultudan içəri otaqda yatanlar dik atıldı. İlyas altpaltarında əlində lampa çırağı qapını açar-açmaz biryumruqla yerə sərildi. Dəmir Adam bağırdı:– Oğraş! İndi səni tikə-tikə döğrayacam!Lampa yerə düşüb çilik-çilik oldu. Evin içindəkipalaz yanmağa başladı. Evdən qışqırıq səsləri qopdu,Zahimə nə baş verdiyini anlamadı; evə qəfil soxulanqərib adamın onun ərini öldürmək istədiyini biləndəqorxu və dəhşət içində yerindən sıçradı; bir anlıquşaqlarını düşündü, əvvəlcə özünü onların üstünə atdı.Bu adam kim idisə onları öldürməyə gəlmişdi. Beləvaxtda kim gələ bilərdi?İlyas Dəmir Adamın balta tutan əlindənyapışmışdı, buraxmırdı.Dəmir Adam bir daha bağırdı:– Binamus köpəyoğlu! Öldürəcəyəm səni!Zahimə yalnız bu zaman səsi tanıdı və irəlicumdu, var gücü ilə qışqırdı:- Öldürmə onu! Məni vur!- Qızaa 13 Zahimə, uşaqları götür qaç, Əjdəriçağır, bu köpəyoğlu bizim hamımızı öldürəcək.Otaqda əlbayaxa döyüş gedirdi.Zahimə bir də çığırdı:- Bizə yazığın gəlmir? Öldürmə onu!13 Cənub bölgəsində qadına müraciət forması107


Qəflətən işıqlar yandı. Hamı bir anlıq karıxdı. VəZahimə çılpaq sinəsini qabağa verib Dəmir Adamındüz gözlərinin içinə baxdı, dedi:– Bu da mən! Bunu istəyirdin? Öldürmə onu!Dəmir Adamı elə bil tok vurdu. O, sağ ayağınıhuşsuz və üzüqoylu halda yerə sərələnmiş İlyasınboynunun ardına dirəmişdi, baltanı qaldırmışdı ki,təpəsindən endirsin. Əlini havada yellədib vurmaqistəyəndə işıqlar yandı və qadının çılpaq sinəsinigördü. Ürəyinə sanki iynə batırdılar. Bir anlıqZahiməni tanımadı, elə bildi ünvanı səhv salıb. Ammaqarşısındakı Zahimə idi; on beş il əvvəl gördüyüZahimə deyildi. Qurdla qiyamətə qalan qadına bənzəyirdi.Onun yalnız səsi dəyişməmişdi. Və o, yalnızbu səsə görə əlini saxladı.Qadının sümükləri çıxmış yalın çiyinləri, heç birifadəsi olmayan çuxura düşmüş gözləri, gözlərininətrafındakı çoxsaylı qırışıqlar, sifətinə tökülmüşsəliqəsiz saçlarındakı ağ dənəciklər qəfildən yananişıqda ildırım sürətiylə onun bütün vücudunu dəlmədeşikelədi; döşəməyə sərilən palazın od tutubyanmasını və alovun uşaqlara tərəf yeriməsini görənZahimə bir anlıq hər şeyi unudub çığırışan uşaqlarınıevdən bayıra çıxarmağa çalışdı. Gücü çatmadı, alov accanavar kimi bu darısqal otaqda bir qədər əvvəldünyanın işlərindən xəbərsiz yatan, sonra gubbultudanoyanıb gördükləri dəhşətli səhnədən az qala tir-tir əsənuşaqları udacaqdı. Ərinin huşsuz və uşaqlarınınköməksiz durumunu görən Zahimənin başı gicəlləndivə o, evin ortasındaca müvazinətini itirib yerə yıxıldı.Dəmir Adam birdən-birə elə bil mum kimi əridi,qolları boşaldı. Zahimənin dən düşmüş saçlarısümükləri çıxmış çiyinlərinə tökülmüşdü. Alnındakıqırışlar, üz-gözündəki qəm-qüssə, solğunluq onun bu108


on beş ildə çox sürətlə qocalmasından xəbər verirdi.Dəmir Adamın on beş il qabaqkı dəli sevgisi də birdənbirəcəqocaldı və onun içində özünə də bəlli olmayanelə bir qəribə duyğu baş qaldırdı ki, deyirdin bəs,indicə dinməzcə ölüb yerə girəcək, ya da utanıb geriqayıdacaq. “Məgər o, bu sevgiyə görəmi on beş iloturmuşdu? O gözəl Zahimədən əsər-əlamət beləqalmaylb, ilahi! Necə qocalıb, necə görkəmini dəyişib!Allah, allah, bu nədi! Nədi bu, mən deyəsən dəlioluram! Yəni bu doğurdanmı o gözəl, zərif, təravətliZahimədi?”Bir qədər əvvəl nə dedi ona Zahimə:“Sevgimizin xətrinə, onu balalarıma bağışla!”. AmanAllah, mən neynirəm?Qəflətən hər şey tərsinə cövlan eləməyə başladı.Pah atonnan, Allahın işinə bax e! Dəmir Adam bir gözqırpımında Zahiməni qolları arasına alıb həyətə düşdü.Onu astaca quyunun yanında uzadıb yenə alov bürüyənevə cumdu. Uşaqların dəhşətli çığırtıları quyununböyründəki talaşaların üstündə sərələnmiş Zahiməniayıltdı. Qadından bir hayqırtı qopdu ki, gəl görəsən,çığırdı:- Allah, Allah! Balalarım yandı! Vayyy! Köməkeləyin! Tifaqım dağıldı!Bir də gördü ki, Dəmir Adam hər iki uşağıqoltuğuna vurub otaqdan çıxarır. Bir qədər əvvəl qatilkimi gələn bu adam indi xilaskara dönmüşdü, düzquyunun tininə gəldi, uşaqları Zahimənin qarşısındaotuzdurdu. Qadın balalarını duz kimi yalamağabaşladı. Bu səhnəni seyr edən Dəmir Adamın gözləridoldu və o, həyət qapısına tərəf tələsdi, amma Zahiməninürək göynədən çığırtısı onu saxladı, “balalarımyetim qaldı! Ay aman, kömək edin, İlyas....”O, bir anlıq tərəddüd etdi, sonra nə düşündüsə109


cəld geriyə döndü, yenidən alovun içinə cumdu.Huşsuz halda hələ də özünə gəlməyən İlyası möhkəmqolları arasında çölə çıxartdı və Zahimənin ayaqlarıaltına yüngülcə tullayıb özünü lənətləyə-lənətləyə kəndyoluna çıxdı.İlyasın evi od tutub yanırdı; alov az qala o biriotağa da keçəcəkdi. Kəndin demək olar ki, yarısı buhəyətə yığışmış, hələ heç kim nə baş verdiyini anlayabilmirdi. Kişilər, cavan uşaqlar alovu söndürməyəçalışırdılar, qadınlar Zahiməyə təskinlik verir, uşaqlarısakitləşdirir, bəziləri isə İlyası ayıltmaq üçün onunüzünü şillələyirdi. İlyas qəflətən özünə gəldi, yeyinaddımlarla hələ alovun tutmadığı o biri otağa cumdu,qoşalüləni götürdü. Adamlar onun nə edəcəyi fərqinəvarmadı, hamı evi söndürməklə məşğul idi. Zahimə biranlıq ərinin məqsədini duydu, qabağa yeridi. “Bizi oxilas elədi!” deyə az qala yalvarışlı pıçıltıyla İlyasınqabağını kəsdi.– Çəkil yolumdan, qancıq! - qara quzğunadönmüş İlyas tüfəngin qundağıyla arvadına elə birzərbə ilişdirdi ki, qadın arxası üstə yerə sərələndi.Yanan evdən sürətlə uzaqlaşan Dəmir Adamqəflətən hönkürtü vurdu. Hara getdiyini bilmirdi,dünyanı, dünyanı yaradanı qarğıyır, sonra da arxayabaxmadan yeyin-yeyin addımlayırdı. Sevgi yoxdu!Yalandı! Boş şeydi! Hər şey necə də qorxuludu! Bircəqorxmadığım şey sevgiydi! O da qorxunc və dəhşətliimiş, aman Allah! Sən demə azadlıq qorxulu deyilmiş,dünyada ən qorxulu şey sevgiymiş, sevgi! Çünki onunömrü çox qısadır.Qəribə də olsa Dəmir Adam birdən-birə gülməyəbaşladı.Bayaq kəndə gələndə onu qarabaqara izləyənhəmin o qorxunc kölgənin arxadan gəldiyini hiss etdi,110


amma buna əhəmiyyət vermədi. Bu dəfə arxayaboylanmadı. O gülürdü, söyüş söyürdü. “Gəl, gəlgörüm mənə neynəyəcəksən, Şeytan! Mən daha səndənqorxan deyiləm! İndi mənim üçün hər şey qocalıbəldən düşüb, gözəlliyini, təravətini itirib. Sevgi dəölərmiş, sevgi də qocalarmış! Sevgi də qorxuluolarmış! Dəmir Adam şaqqanaq çəkə-çəkə donquldanırdı...Buna bax! Şeytan kölgəsi! Xoxxx, qorxdumsəndən! Day mənimki mənə verildi! Sən mənəneyləyəcəksən?”Bu vaxt arxadakı kölgə tərəfdən iki güllə səsigəldi. Dəmir Adam üzüqoylu yerə yıxıldı və tərpənməzoldu...111


GÜLƏ BİLMƏYƏN ADAMUnudulmaz müəllimlərimə ithaf edirəm.Rüstəm müəllimin qaradinməzliyi, qaşqabağıaxır zamanlar evdəkiləri də yormuşdu. Ümumiyyətlə,o, ta uşaqlıqdan bu xasiyyətdəydi; az danışardı, heçvaxt gülməzdi. Elə bil anadangəlmə bağrına daşbasmışdılar. Hətta televizorda gülməli, yaxud məzəlibir tamaşa görəndə Rüstəm müəllim laqeyd-laqeydbaxardı və onu güldürmək hələm-hələm asan məsələdeyildi. Arvadı Mələkxanımın sözü olmasın «onunsuyu belə tökülmüşdü». Bir dəfə Rüstəm müəlliminqayınanası da qızını bunun üstündə qınamışdı.– Gör bir kimə getmisən? Gülə bilməyənadama... Bu adam səni qocaldacaq...Mələkxanım qocalmamışdı, maşallah, topkimiydi və düz otuz il idi ki, Rüstəmlə bir yastığa başqoyurdu, amma onun nə zarafatını, nə də bir hərzəhərzəgülməyini görməmişdi. Əslində ilk vaxtlar bu,onun xoşuna gəlmişdi və düşünürdü ki, kişi gərək beləolsun; az danışsın, zəhmli olsun, hamı ondan çəkinsin.Amma yenə deyirəm, son vaxtlar Rüstəmin bu təbiətionu da, uşaqları da lap cana yığmışdı. Və əslindəRüstəm müəllim özü də qol-qanaddan düşmüşdü; hərşeydən yorulmuşdu Rüstəm müəllim; baxıb görməkdən,eşidib ağzına su almaqdan, evdən-eşikdən... Bəzənheç məktəbə də getmək istəmirdi. Yox, dərs dediyibirinci, ikinci, üçüncü, dördüncülər onu yormamışdılar.Əksinə, o, hər dəfə bu siniflərə girəndə dincəlir, rahatlanır,xalqın balalarını əlifbadan tutmuş ta sərbəstoxuyub-yazmağa qədər, düşünməyə qədər öyrətdiyiüçün həzz alırdı. Və xalqın balaları da Rüstəm müəl-112


limin dərsindən həzz alırdılar; arada bir şuluq salsalarda, çığırışıb qarmaqarışıqlıq yaratsalar da, Rüstəmmüəllimin sözünü iki eləməzdilər.Rüstəm müəllimin sözünü iki eləyənlər onunevindəkilər idi. Onun evində sən deyən vəziyyətürəkaçan deyildi; məsələn, böyük oğluna «dərsini oxu,veyil-veyil gəzmə» deməkdən dili qabar olmuşdu.Atanın sözü düz girirdi böyük oğlunun bir qulağına vəelə həmin andaca çıxırdı o biri qulağından. Qızınadeyirdi ki, «dizdən yuxarı geymə», amma o dapıqqıldayıb girirdi öz otağına, qapını daldan bərk-bərkbağlayıb başlayırdı rəfiqəsiylə telefonda danışmağa.Telefon danışığı təxminən belə başlayırdı.– Ayka, sənsən? Hə... Azz, ürəyim partdayır...Vallah, dəlixanadı... Çıxaq bir havamızı dəyişək...Papam nastreniyamı yenə korladı... Elə bil keçənəsrdən gəlib... Onu geymə, bunu geymə, evə tez gəl,hara getdin yerini de...Rüstəm müəllim doğurdan da ötən əsrdəngəlmişdi və ötən əsrin düz ortasından anası onu buişıqlı dünya üzünə gətirmişdi. Və o, ordan bu yanaxeyli yol gəlmişdi, xeyli kitab oxumuşdu, xeyli adamgörmüşdü, xeyli adama oxşayan görmüşdü və... xeyliqız görmüşdü. Və o xeyli qızların içindən birini seçibevlənmişdi. Əslində onun seçiminə səbəb arvadınınadıydı: Mələkxanım.Lap dünyanın düz vaxtlarında ona elə gəlirdi ki,Mələkxanım adında olan bütün qızlar elə mələk kimibir şeydilər: gözəl, tərbiyəli, mərifətli, aza qane olan,şükr edən, müəllimləri sevən və sairə və ilaxır. Elə düzfikirləşmişdi Rüstəm müəllim. Amma bir şeydəyanılmışdı: arvadı Mələkxanım şükr etməzdi heç vaxt,elə ötən əsrdən bəri gün-güzərandan şikayət edərdi.Bəzən Rüstəmi istəkləri və nəfsi ilə az qala divara113


dırmaşdırardı. Bütün bunlar dərdin hələ yarısıydı.Bütün məktəb Rüstəmin başına and içsə də,bəzən evdə olurdu bir qəpiklik. Bəzən uşaqlar və arvaddüşürdülər üstünə:– Sənət tapdın da sən də! Məllimlikdən nə çıxar?Ged sən də biznes yap, alver elə, evə pul gətir! Bazariqtisadiyyatıdı, yaşamağı öyrən də! Ha vaxta kimionun-bunun əyninə baxacağıq? Bəsdi xalqın balalarınacan yandırdığın, ölmüsən ayaq üstə. Heç gör qədrinibilən var? Sənə heykəl-zad qoyacaqlar? Gözlə... ölməeşşəyim, yaz gələr, yonca bitər...Bu sözləri azı bir min dəfə eşitmişdi və hər dəfədə susmuşdu, içini dəlmə-deşik edən tikanlı sözlərəcavab tapmırdı; əslində onun arvad-uşağının yaxşıyaşamağa haqqı vardı. Amma Rüstəm müəllim otuz ilidi ki, maaşla dolanmışdı və aldığı məvacib isə buaydan o biri aya güclə çatırdı. Belə vaxtlarda o, özünütənha hiss edir, heç nəylə ovuna bilmirdi. Yaxşı ki,məktəb vardı, səhər açılan kimi, pendir-çörəyinigötürüb gedərdi məktəbə və uşaqları görüncə, hər şeyiunudardı.Düz altı gün səhərdən axşamadək məktəbdən evəgetmək istəməzdi, hələ bazar günü də məktəb olsaydı,qalardı orda. Çünki məktəb onun yeganə təsəllisi,yeganə pənahıydı. O, burda düz otuz il idi ki, dərsdeyirdi və düz otuz il idi ki, xalqın balalarınaAzərbaycan dilini öyrədirdi, hesabda düz olmağı, şəkilçəkməyi öyrədirdi. Bu məktəbi bitirən uşaqlarınəksəriyyəti demək olar ki, «ata, ana» və sair sözlərinidüzgün yazmağı və ucadan deməyi Rüstəmmüəllimdən öyrənmişdilər.Valideynlər Rüstəm müəllim üstündə hərdənbirdava salardılar. Hər il sentyabr başlamamış birincisinfə götürülən uşaqların valideynləri dəridən-114


qabıqdan çıxırdılar ki, məktəb direktoruna «görümbaxım»eləsinlər və o da Rüstəm müəllimin sinfini«ağzınacan» «seçmə» uşaqlarla doldursun. Belədə həmməktəb direktoru qazanırdı, həm də valideynlər razıqalırdı. Amma can Rüstəm müəllimdən çıxırdı və nədirektor, nə də valideynlər bu «can»ın hayındadeyildilər. Hərə öz hayında idi və bu vəziyyət elə ötənəsrdən bəri davam edirdi.Bu yaxında məktəbə təzə direktor təyin etdilər;rəhmətlik Sona müəllimədən sonra gələn təzə direktorelə bil min il idi heç nə yeməmişdi; ac-susuz, çılpaq vəsəfil həyatına birdəfəlik son qoymağa gəlmişdi zalımoğlu. Hərdən müəllim yoldaşları deyirdilər ki, köpəyigül ağacına bağlayıblar. Hə, təzə direktorun məktəbişindən başı çıxmırdı. Təzə gələn vaxtı müəllimləriyığdı kabinetinə, dedi:- Eşidəm-biləm bir uşaqdan pul almısız, məndənküsün!- Eşidəm-biləm bir valideynnən padarka almısızşələ-şülənizi verəcəm qoltuğunuza!- Eşidəm-biləm bir uşağa pulnan qiymətyazmısız, vay sizin halınıza!Əlbəttə, ilk günlər təzə direktorun bu sözləriRüstəm müəllimi xeyli ruhlandırmışdı və əslində busözlərin ona aidiyyəti yoxuydu. Çünki Rüstəm müəllimömrü boyu vicdanla dərs deyib maaşını almış və buna«min bərəkət» demişdi. Onun əyri-üyrü işlərlə arasıolmamışdı. Ötən vaxtlarda arabir dərs hissə müdiri onuçağırardı və deyərdi ki, Rüstəm müəllim, dördüncülərinvalideynlərini dəvət edin, qoy kömək eləsinlər,həmin sinfi təmir edək. O da uşaqlardan sifariş göndərər,valideynlər əlimyandıda gələrdilər dərs hissəmüdirinin yanına, təmir üçün bir az pul verib gedərdilər.Vəssalam.115


Məktəbin o biri müəllimləri də arabir pul yığıbverirdilər direktora; o da bayramlarda olurdu; uşaqlarüçün gecə keçirirdilər, ya bir gəzinti proqramı təşkiledirdilər. Rüstəm müəllim düşünürdü ki, yəqin bu təzədirektor o xırda-para əyintilərə də son qoyacaq, çünkiyaman başlamışdı hündürdən danışmağa. Və Rüstəmmüəllimə elə gəlirdi ki, bu direktor əsl onun adamıdı kivar.Bu gün yenə sübh tezdən gəlmişdi məktəbə;çöldə qar-boran vardı. Məktəbdə istilik yoxuydu vəRüstəm müəllim sinif otağına girən kimi keçən ildənöz puluyla aldığı elektrik qızdırıcısını taxdı və əllərinidə tutdu peçin üstünə ki, bir balaca qızınsın. Uşaqlarbir-bir, iki-iki gəlir, ədəb-ərkanla salamlaşır və keçibyerlərini tuturdular. Bu vaxt müəllimlərdən kimsə gəlibRüstəm müəllimə dedi ki, bəs, təzə direktor səniçağırır.Rüstəm müəllim direktorun kabinetinə girəndəpaltosunu çıxartmaq istədi. Amma direktor qoymadı,dedi:– Rüstəm müəllim, elə belə oturun, lazım deyil.Onsuz da otaq soyuqdu...Hə, nə var, nə yox?– Sağlıqdı, - Rüstəm müəllim direktorun sağtərəfindəki stullardan birini çəkib ürəklə oturdu.– Rüstəm müəllim, mən sizin haqqınızda çoxyaxşı şeylər eşitmişəm...Rüstəm müəllimin ürəyi fərəhlə döyündü.– Deyirlər, siz qabaqcıl maarif xadimisiz..– Deyirlərsə, düzdü.– Siz həm də gözəl ailə başçısı, atasınız...Bir qədər məyus oldu, dinmədi.– İki uşağınız var.– Bəli.116


– Əlli beşinci qışdı?– Bəli.– Birinciləri ta beşinci sinfə kimi aparırsınız,yaxşı bilik öyrədirsiniz...– Düzdür.– Əqidəlisiniz...– Bununla fəxr edirəm...– Sırtıq adam deyilsiniz...– Əlbəttə...– Yaltaq deyilsiniz, heç kəsə əyilməmisiniz...– Bu da düzdür...– Uşaqlardan pul yığmırsınız...– Əlbəttə...– Alver etməyi bacarmırsınız...– Bəli...– Nə özünüzü, nə də başqasını satmırsınız...– Elədir...– Valideynlərdən rüşvət almırsınız...– Düzdür...– Uşaqlara qiyməti pulnan yazmırsınız...– Əlbəttə, əlbəttə...Rüstəm müəllim uşaq kimi sevinirdi və eləsevinirdi ki, az qala gözlərindən yaş axacaqdı. Düşünürdüki, yəqin onu mükafata-zada təqdim eləməkistəyirlər və hələ bir təzə gələn məktəb direktoruna azıon dəfə təşəkkür eləmək də ürəyindən keçdi. Məktəbdirektoru susdu, qabağındakı limon şirəsindən ikiqurtum vurdu, sonra amiranə səslə davam etdi:– Amma... Bilirsiz... İndi müasir tədrislə ayaqlaşmaqlazımdır... Müasir tədrislə... Biz Qərb standartlarıilə getməliyik...– Düzdür...– Ona görə də... Rüstəm müəllim, bizə bu standartlarıdərindən bilən, bazar iqtisadiyyatını uşaqlara117


və valideynlərə dərindən başa salan kadrlar çoxlazımdır...– Əlbəttə...– Bax görürsüz, artıq siz də Şəfiqə xanım kimiməni düzgün başa düşdünüz (Şəfiqə xanım fizikamüəllimiydi və məktəbin gözüydü). O da köhnəmetodlarla işləyir. Sizdən qabaq ona da dedim. Rüstəmmüəllim, siz istefaya getməlisiz... Bizə təzə müəllimlərlazımdı...– .........– Təzə müəllimlər, eşidirsizmi?– ...........- Bizim məktəbdə təhsil geridədi, çox geridədi...Çünki özəl olmayıb, indi eləmişik özəl. Bazariqtisadiyyatına uyğunlaşmalıdır, eşidirsinizmi?- Eşitmirəm...- Necə yəni eşitmirəm? Siz hansı əsrdəngəlmisiz?- Ötən əsrdən...- Bax görürsüz, özünüz də təsdiq etdiniz... İndibizə yeni əsrin müəllimləri lazımdı... Müəllim deyəndəki, əslində bazarda müəllim olmur. Bazar özüformalaşdırır hər kəsi... Bəs sərbəstlik budu da? Onagörə də, Rüstəm müəllim, inciməyin, sizi işdən azadetmişəm...- ..............- Məktəb pis gündədir... Qabaqdan sevgililərgünü, vosmoy mart gəlir, Novruz bayramı, gülbayramı, iməcilik, müstəqillik günü, respublika günü,gənclər günü, yeni il, son zəng... Bütün bu bayramlar oqədər sıxdı ki, gərək hamısını çatdıraq... Uşaqlarla,valideynlərlə gərək bazar iqtisadiyyatını bilən adamlardanışsın... Yuxarıdan da bir yandan sıxırlar. Vaxtımızazdı... Di sağ olun...118


Rüstəm müəllimin başına bir qazan qaynar sutöksəydilər yenə onu yandırmazdı. Amma çox böyükümid bəslədiyi, çoxdan yolunu gözlədiyi bu direktoronu yandırdı və elə yandırdı ki, külü evə qədərsoyumadı. Evə gələndən sonra da bir xeyli yandırdı.Arvadı ərinin bu halını görüb soruşdu:– Noolub, ay Rüstəm? Gəmilərin batıb?– Batıb, Mələkxanım, batıb!– Ədə, sənin neçə gəmin vardı?– Bir dənə...– Bə indiyə kimi niyə demirdin, satardıq, əməllibaşlıpul eliyərdik...– Çünki o gəmi mən özüm idim...– Buy, başıma xeyir... Ədə, yenə başladınfilosofluq eləməyə?– Yox, ay Mələkxanım, o gəmini gərək eləsataydım...– Ədə, doğurdan gəmin vardı, yoxsa mənidolamısan?– Səni dolamağa kəndirim də yoxdu. Deyirəm, ogəmini, yəni özümü, gərək sataydım...Mələkxanım ərindən baş açammadı, necə ki, buotuz ildə baş açammamışdı. Ömründə birinci dəfəydiki, belə maraq və heyrət içində ərini süzürdü. Bir xeylibaxdı, baxdı, sonra yenə o tərəf bu tərəfinə gözgəzdirdi; ürəyinin şirəsi olsaydı çoxdan çəkilibqurtarmışdı; birdən elə bil kimsə onu yuxudan oyatdıvə oyanan kimi də hövlləndi. Qorxa-qorxa soruşdu:– Rüstəm, sən dədənin goru, noolub? Ermənilərgəlir?Rüstəm sanki indi özünə gəldi və bu otuz ildə ilkdəfə, özü də bərkdən şaqqanaq çəkdi; o qədər güldü, oqədər güldü ki, qarnını tutub ufuldadı, sonra yenəqaqqıldadı, qaqqıldadı və qışqırdı:119


– Gəlir!!!Mələkxanım həyəcanlıydı, təşviş içindəydi,Rüstəmi ilk dəfəydi belə gülən görürdü; bilmədi nədesin, nə soruşsun və elə bu halda gördü ki, əriningözlərindən yaş damcıları axır...2003.120


ÜÇ MİLYON DOLLARLIQ ÜRƏKBoinq yerdən üzüldü və təxminən bir neçə saniyəsonra onun altına, yəni sərnişinlərin oturduqlarısalonun döşəməsinə alt tərəfdən elə bil iri daş çırpıldı;təyyarə yüngülcə silkələndi. Sərnişinlərin əksəriyyətisilkələnməyin nədən ibarət olduğunu bilirdilər və bunagörə də demək olar ki, heç kəs təyyarə havayaqalxandan sonra təkərlərinin qarnına bükülməsininbelə səs-küy qoparmağına əhəmiyyət vermədi.“VIP” 14 deyilən salonda olsa-olsa səkkiz-doqquzsərnişin vardı. Salonu tən ortadan ayıran nazik sarıipək pərdənin ikiyə bölünmüş arasından həmin o ikincisalondakı yerlərin demək olar ki, hamısınıntutulduğunu görmək mümkün idi. Ora nisbətən ucuzbiletli sərnişinlər üçün idi. VIP salonun sol tərəfindəkiillüminatorun qırağına dirsəklənmiş sarışın saçlı gözəlqadın bir az bundan qabaq xoş niyyətlə ayrıldığı Yerə -üstündə Nyu-York kimi əzəmətli və çilçıraqlımöhtəşəm bir şəhərə müvəqqəti sığınacaq vermiş Yerəbaxırdı, çox maraqla baxırdı. Orda nə görmüşdü belə?Onunla üzbəüz, rahat və geniş oturacaqlarınbirinə təhlükəsizlik kəmərini möhkəmcə bərkitmiş,uzunboğaz köynək geyinmiş eynəkli kişi sanki Yerəgözucu da olsa, baxmağa qorxurdu; tərpənmirdi, elə bilkişini oturacağa mıxlamışdılar; həmin o təkərlərin səsideyəsən onun içini də möhkəmcə silkələdi, yanındanötən bələdçi qıza:– Miss, a glass of water, please, 15 - deyə ingilisdilində sözləri çox pis tələffüz edə-edə müraciət etdi.– Qabağınızdakı siyirmənin düyməsini basın,14 VIP (very important persons) - ingiliscədən tərcüməsi: çox vacibşəxslər15 Xanım, bir stəkan su, xahiş edirəm!121


ser! Orda hər şey var! - bələdçi qız türkcə cavab veribo biri salona keçdi.Eynəkli kişi xırda, yumru gözlərini bir-iki dəfəqırpdı, sanki yuxudaydı, oyandı və qabağındakısiyirməni də indicə gördü. Hə, yadına düşdü; bu, onunötən əsrin axırlarında Moskvaya uç-gəl etdiyi təyyarədeyil axı? İndi iki min onbeşinci ildi və o, düz on ildiAmerikaya uç-gəl edir, bu düymədən də bəs deyincəistifadə edib. Necə oldu ki, bu düymə onun yadınadüşmədi? Gör ha, deyəsən elə Allah saxlamışın huşubaşıda silkələndi əməlli-başlı?Düyməni basdı, siyirmə açıldı; orda quş südündəntutmuş hər növ içki, qırmızı-qara kürü, qırqovulsoyutması, qaz ciyərinin paşteti, cürbəcür buterbrodlarvardı. Hansını istəsəydi götürə bilərdi. Amma o,üstündə azərbaycanca yazılmış «Can dərmanı» mineralsuyunu açdı; bu su üçün yaman darıxmışdı.Onun qarşısında oturan, yenə deyirəm, gözəlqadının xəyalı təyyarə kimi hələ də göyün üzünəsəpələnmiş ağ, topa-topa buludları yara-yara dahayüksəkliklərə baş vurmaqda idi və o, ərinin qorxduğunu,sakitcə cibindən dəsmal çıxarıb alnının soyuqtərini necə sildiyini görmədi; heç bələdçi qızın nə vaxtyanlarından ötdüyünü, əri ilə olan qısa dialoqunu daeşitmədi.Eynəkli kişi sudan bir qurtum vurandan sonra eləbil özünə gəldi və sanki indicə anladı ki, həmin ovahiməli səs həmişə eşitdiyi, lakin fikir vermədiyitəkərlərin səsiymiş. O, bu on ildə neçə dəfə uçmuşdu,sayını bilmirdi; haralara uçmuşdu, onu da yadına salabilmirdi; bu Boinqlərin ki yığılıb-açılan «təkərəməliyyatı»ndan xəbəri vardı? Görən nə üçünindiyədək bu təkərlərin şaqqıltısını eşitməyib?Eynəkli kişinin qulaqları ayrı şeylər eşitmişdi,122


onun xırda, qayım gözləri də ayrı şeylər görmüşdü.Birdən-birə eynəkli kişinin köksü sərinləndi, əliniehmalca ürəyinə apardı; hiss etdi ki, içində, sinəsininsol tərəfində sanki sərin mehə oxşar bir şey əsdi vəonun ürəyini bir anlıq nənni kimi yellətdi; bu yel onunbütün vücuduna sopsoyuq tər gətirdi. Üşütdü. O,yaşadığı altmış altı ildə hələ buna oxşar halduymamışdı; onun əvvəlki, yəni iki ay bundan qabaqkıürəyi hələ indiyə kimi bu cür yellərin anlaşılmaz soyuqtəsirinə məruz qalmamışdı.Ərindən təxminən iyirmi yaş kiçik olan gözəl,sarışın qadın iri, qayğısız və şabalıdı gözlərini Yerdənçəkdi və deyəsən, dünyanın ən gözəl gözlərini o ağ,topa-topa buludlar yordu; bu yorğunluq dərhal cidditəlaşla əvəz olundu:– Nooldu sənə, Mişa? – soruşdu (O, ərinievlənəndən bəri həmişə Mişa çağırırdı. ƏslindəAzərbaycan pasportunda ərinin adı Məmməd, ruspasportunda Mixail, Amerikan pasportunda Maks,fransız pasportundakı adı isə Mişel idi).– Heç... elə bil ürəyim düşdü...-deyə kişi yenəəlindəki dəsmalla alnının tərini sildi.Qadın daha heç nə soruşmadı və yenə həmin ogözəl, qayğısız-hürküsüz gözlərini bulud topalarınısəylə yaran, hərdənbir yellənən, hərdənbir şaqqıldayantəyyarənin qanadlarına zillədi. Qadın qanadın bu cürsüzməsindən, ənginliklərdə amansız və qəddarbuludların hərəkətini maneəsiz, cəsarətlə yarabilməsindən elə bil ehtiraslı bir ləzzət duyurdu; buləzzət onu alıb apardı dünənki gecəyə...Dünən gecə Las-Veqasın ən məşhur ürəkhəkimlərindən biri Pol Ceksonun təşkil etdiyiyolasalma mərasimində həkimin onu rəqsə dəvətetməsi və əri Məmmədin buna nəzakətlə etiraz123


etməməsi, sonra həmin qoca, həm də cavan enerjilihəkimin qadının belini qucaqlayıb onu mehriban,çılğın baxışlarına bələməsi yadına düşdü; elə buandaca qadının qırışsız, ağappağ çöhrəsinə bəlkə dədünyanın ən yaraşıqlı təbəssümü qondu.Qadın ömründə istismar görməmiş, qab-qacaq,pal-paltar yumamış o incə əllərini həkimin çiyinlərinəqoydu. Professor Cekson bundan məmnun oldu.– Mən sizin fantastik gözəlliyinizə və səbrinizəheyranam...-deyə qoca professor məmnunluğunubeləcə ifadə etməkdən çəkinmədi, dərhal da əlavəetdi.- Görəsən bütün Azərbaycanlı qadınlar sizin kimigözəldi?– O, yes, sure 16 , -qadın düşünmədən ingiliscəcavab verdi.Və amerikalı həkimin dediyi o sözlər bəlkə dədünyanın bütün qadınlarını elə onun kimi vəcdəgətirərdi; amma yəqin ki, heç bir qadının cavabıonunku kimi olmazdı. Qadın, onun ərinin ürəyinidəyişmiş, özü də çox uğurla dəyişmiş və yerinə otuzotuzbeş yaşlı bir cavan amerikalının ürəyini qoymuşbu dünya şöhrətli həkimə sonsuz minnətdarlıq hissiniheç bilmirdi necə ifadə etsin; bu dəqiqələrdə ağlına heçbir başqa cavab da gətirə bilməzdi. Professor davametdi:– Sizin əriniz də dözümlü və cəsarətli adamdır, oboyda əməliyyata tab gətirdi.– Siz özünüz də ürəklisiniz, professor. Görünür,bu cəsarətinizdən qadınlarla rəqs zamanı dahaməharətlə istifadə edirsiniz.– Yalnız və yalnız gözəl və dözümlü qadınlarlarəqs oynayarkən cürətli oluram...-professor güldü.– Biz sizi Bakıda gözləyəcəyik, -qadın söhbətin16 Bəli, əlbəttə!124


məcrasını dəyişməyə cəhd göstərdi.- Mütləq gəlin!-deyə ingiliscə israrladı.– Gələrəm, mütləq gələrəm. Mən Azərbaycanıgörməmişəm. Gələn il üçün bir əngəl çıxmasa, mütləqsizdəyəm...– Professor, mən sizə bir daha təşəkkürümübildirirəm. Hər şeyə görə. Siz mənim ərimə təzədənhəyat verdiniz. Elə bil mən özüm də təzədəndoğulmuşam. Əlbəttə, siz mənim ərimin bundan sonrada on il y aşayacağına təminat vermisiniz. AncaqBakıya yola düşməmişdən sizdən bir şeyi də soruşmaqistərdim...Qadın ani olaraq susdu.– Buyurun, buyurun, nə sözdü, soruşa bilərsiniz?Sizi narahat edə biləcək hər şey barədə soruşmaqdançəkinməyin. Bu iki ay ərzində sizin nə qədər mədəniqadın olduğunuzu müşahidə etdim və mənə elə gəlir ki,siz müasir qadının ən münasib nümunəsi kimi mənimyaddaşımda əbədi qalacaqsınız...Qadın məmnunluqla gülümsədi və bir qədər dəürəkləndi; başını ondan yaşca demək olar ki, xeyliböyük olan bu qoca amerikalı həkimin çiyninə tərəfəydi, sanki pıçıltıyla:– O, mənimlə yata biləcəkmi?-soruşdu.Professor bərkdən güldü; bu gülüşü bir az aralıda,professorun dostları və rəfiqələri arasında, divarsobasının yanında kivi şərabı içən əri də eşitdi. Yüzbirinci mərtəbəni bürümüş klassik musiqi sədaları bugülüşü əridə bilmədi və sonra professor dedi:– Əlbəttə, əzizim, əlbəttə. Amma təkcə sizin kimigözəllə, özü də ayda bir dəfə...Bu dəfə hər ikisi güldü və rəqs bitdi.Bu gün Nyu-Yorkdakı mülklərindən ta havalimanına qədər Limuzində elə bu barədə danışıb-125


güldülər. Məmməd sakvoyajları aeroport xidmətçisinətəhvil verən Limuzinin zənci sürücüsünə lap elə bil pulkəsən maşının ağzından təzəcə çıxmış şax bir mindollarlıq əskinas uzadıb nəzakətlə dedi:– Cek, mersi! 17 Bunu da bazarlıq edibuşaqlarınıza bir şey apararsınız.Həmin o zənci də həm Məmmədin, həm dəarvadının əlindən öpüb çox razı getdi. Qadın xariciölkələrdə ərinin bu səxavətini dəfələrlə görmüşdü vəhəmişə də bunu heyranlıqla qəbul etmişdi. Bu dəfə dəbelə oldu və ər-arvad ta təyyarəyə minənə kimi birucdan pul səpələdilər. Varlığa nə darlıq?!...Məmməd hələ də ürəyini tutmuşdu və o,arvadının hayında deyildi. Məmməd ürəyinin hayındaidi və nəhayət, o da təyyarənin ona tərəf olanillüminatorundan aşağı baxmağa başladı. Buludlarınarasından Yer hələ itməmişdi, görünürdü; yerinüstündə ucalan göydələnlər, onlardan lap aşağıdagörünən maşınlar isə iynənin deşiyindən keçə biləcəkqədər xırdaydı. Və təyyarə Yerdən uzaqlaşdıqca Nyu-Yorkda bir az əvvəl gördüyü nəhəng göydələnlər,rəngbərəng, növbənöv maşınlar balacalaşırdı; harasatələsən-gecikən adamlar da balacalaşa-balacalaşagörünməz oldular. O, indi Bakı haqqında düşünürdü.Düşünürdü ki, hələ qarşıda uzun bir yol var. Bu yolgöy yoludur; səmada dayanacaq yoxdur, səmadaişıqfor yoxdur, amma burdan aşağı-Yer, dahagörünmür. Buna görə də qorxuludur, təhlükəlidir. Bəli,əgər hündürlüyə qalxdınsa və o hündürlükdən heç nəyigörə bilmirsənsə, demək qorxuludur. Bax, bu qorxuonun bütün canını və sinəsində döyünən təzə amerikanürəyini əsdirirdi. Bəlkə elə buna görə də o, dahagöylərdə uçmağı istəmirdi; usandırmışdı onu bu17 Fransızca “təşəkkür” mənasında.126


uçgəllər. Ötən il yenə ezamiyyətdən qayıdırdı,təyyarədə birdən-birə ürəyi tutdu; ta Bakıya qayıtmadı,Parisdə düşdü, apardılar xəstəxanaya. Həkimlər dedilərki, ürəyinizin istismar müddəti qurtarıb, dəyişdirməklazımdır...Hə, deməli, bundan sonra ər-arvad başladılarcavan ürək axtarışına; Las-Veqasda tapdılar. Yaxşı ki,Polun klinikasında Las-Veqaslı cavan oğlanın ürəyinihələ satmamışdılar. Hər şey uğurlu oldu. Amma indi,bu dəqiqələrdə Məmməd, azərbaycanlı kimi düşünür,amerikalı kimi hiss edirdi. Arvadı bir də soruşdu:– Mişa, ürəyin necədi?– Dəf kimi!Birdən-birə Məmmədin kefi yüz vurdu və birandaca hər şey -qorxu, gizilti, sərinlik yox oldu. Əgər otərəfdə oturan qara qalstuklu, işgüzar görünən kişi, yada arvadının arxa tərəfində əyləşib «Vaşinqton post»qəzetini vərəqləyən o cavan oğlan, ya da lap küncdəkikreslolarda nə barədəsə italyan dilində çılğıncasınamırt vuran yaşlı kişilər və qadınlar olmasaydı, bəlkə dəarvadıyla durub rəqs edərdi; dünən gecə Las-VeqasdaPolun evindəki rəqsdən.– Görürəm! Day üç milyonluq ürəyin sahibi belədeyər də. Cavan oğlan kimi danışırsan!! Özüvü Bakıyasaxla, -elə bil qadın da ərinin ürəyindən keçənləriduydu.– Darıxmışam...-kişi əlavə etdi.– Mənimçün?– ........– Nə bic-bic gülürsən? Amerikan ürəyiistəyirdin, özü də cavan ürəyi... Arzuva çatdın... Taməni neynirsən?– Sara, Bakıya çatan kimi düz Mərdəkana...– Helə niyə?127


– Orda bilərsən?– Bə Gündüz?– Gündüz on dördündə gələcək axı!– Yox, dünən Londonla danışdım, evdə yox idi.Mira dedi ki, dərsdən hələ qayıtmayıb. Bileti on ikisinəalıb.Gündüzü ötən il oxumağa göndərdilər və qadınLondonda oğluna ev alandan sonra özü də bir həftəliyəRumıniyanın Konstansiya kurort şəhərinə uçdu. Çünkio, bu şəhəri çox sevirdi.Yorulmuşdu, Qara dənizin sahillərində bir qədərdincəlmək istəyirdi. Konstansiyada istirahətinin ikincigünü «vəhşi çimərlik»də Mira adlı bir qızla tanış oldu.Qız uzanmışdı isti qumun üstündə, lüm-lüt idi. Qızınvəsfəgəlməz bədəni, sinəsi, ayaqları onu məftun etdi.Həmin günə kimi elə bilirdi ki, dünyada təkcə özüdügözəl. Sən demə rumın gözəli də varmış!Öyrəndi ki, Mira özünə iş axtarır, özü dəİngiltərədə. Qadın dərhal bu on səkkiz yaşlı gözələLondondakı mülklərində xidmətçi vəzifəsi təklif etdi.Qız aylıq əmək haqqı kimi beş min funt sterlinqə razıoldu. Ertəsi gün Mira artıq Londonda, Gündüzünyanındaydı. Qadın oğluna belə gözəl xidmətçitapdığına xeyli məmnun olmuşdu…– Eybi yox, onda Novxanıya gedərik...-Məmmədin gözləri parıldadı.– Ora niyə?– Orda bilərsən...Qadın gülümsündü. Ərinə bir göz də vurdu.Sonra pıçıltıyla:– Gəl birbaşa aeroportdan uçaq Neft daşlarına,bir gecə ordakı evimizdə qalaq, necə fikirdi? Xəzərinortası... Sakit dalğalar...– Yox, əzizim, gəl onu saxlayaq sonraya. Təzə128


operasiyadan çıxmışam... Gedək Çuxuryurddakıevimizə. Ərşada da deyərik ki, Gündüzə gəldiyimizibildirməsin. Bir gecə orda yatıb qayıdarıq Bakıya.– Oldu, cənab üç milyonluq ürək sahibi!Kişi məmnunluqla gülümsədi. Və o, düz Bakıyaqədər Çuxuryurd barədə düşündü.... Boinq enməyə hazırlaşırdı. Məmməd artıq ağköynəkdə və qalstukda idi və pəncərədən aşağı baxırdı.Təyyarə Yerə yaxınlaşdıqca onun ürəyi də çırpınırdı;təyyarənin tezliklə enməsini arzuladı. Enmə zolağı ilətəyyarə arasındakı məsafələr azaldıqca yerdəki binalar,yolların qırağındakı ağaclar, küçələrdə şütüyənmaşınlar böyüyürdü. Onun gözlərində hər şey yavaşyavaşböyüməyə başladı. Və ömründə ilk dəfə ididüşünürdü ki, ilahi, yuxarıya, göy üzünə qalxdıqcayerdə hər şey kiçik, cansız və mənasız görünür. Ammaaşağıya-Yerə endikcə hər şey böyüyür, iriləşir, mənalıvə məzmunlu olur. Görəsən göydəki bu boşluqdan,mənasız sonsuzluqdan Allah-təala təngə gəlməyib ki?«Allahı deyə bilmərəm, amma mən bezdim. Bircə tezensəydik!?»Endilər və onu aeroportda gözləyənlər arasındamüxbirlər də vardı. Müxbirlər sanki iy bilmişdilər vəsualı-sual dalınca yağdırırdılar:– Cənab nazir, operasiya necə keçdi?– Ürəyinizi dəyişdirəndən sonra özünüzdə hansıdəyişikliklər hiss edirsiniz?– Həkimlər sizin yaşamağınıza təminatverdilərmi?– Ürəkköçürmə əməliyyatı neçəyə başa gəldi?– Üç milyon dolları hardan qazanmısınız?Bu sualların bəzisinə arvadı cavab verirdi;Məmməd köməkçilərinin və müxbirlərin əhatəsindətələsə-tələsə o biri zolağa, onu gözləyən şəxsi129


vertolyotuna sarı irəliləyir, arabir Saranın qolundantutub özünə tərəf dartırdı. Sonra köməkçilərindənbirinə üzünü tutub dedi:– Gündüz gələn kimi onu qarşılayıb apararsanevə, deynən səhər özümüz gələcəyik.Vertolyot yerdən üzüldü və yenə də elə biltəyyarədə uçurdular. Amma fərq bunda idi ki, buvertolyotun pəncərəsindən çox şey görünürdü vəötüşürdü: adamlar, heyvanlar, qoyun sürüləri, neftburuqları, ağaclar, sular, evlər, binalar, irili-xırdalıçadır şəhərcikləri və sair və ilaxır.Bakıda və Çuxuryurda qədər yolboyunda gördüklərionun gözləri qarşısından ildırım sürətiyləötüşürdü və hərdən Saraya deyirdi ki, vallah, Ərşaddüz deyir ki, gəzməyə qürbət ölkə, ölməyə vətənyaxşı...Pilot başıyla təsdiqləsə də, ürəyində ayrı şeybarədə düşünürdü. Təxminən belə: «Bunu Ərşaddeməyib, onun ulu babaları deyib». Və yaxud datəxminən fikirləşirdi ki, pul olsa, hər yan elə vətənkimi bir şeydi. «Pulla lap ürəyi də dəyişdirmək olar.Necə ki sən dəyişdirdin...»Vertolyot düz həyətin ortasına qondu, ər-arvaddüşən kimi yenə havaya qalxdı. Çuxuryurddaüçmərtəbəli, yaraşıqlı bağ evinin qulluqçusu qarayanız,suyuşirin qız gülərüzlə onları qarşıladı; Məmməd ciddigörkəmdə başını yüngülcə tərpətməklə qulluqçununsalamını alandan sonra cibindən on dollar çıxarıb qızauzatdı və:– Sonaxanım, sən belə elə, ged qəstinə, səhəronbirdə gələrsən. Bu gecə bizə lazım deyilsən...-dedi.Sonaxanım pulu almadı, ürəyində qarğış elədi:«səni görüm səhərə sağ-salamat çıxmayasan! İki aydıyolunu gözləyirəm, mülkünü qoruyuram, qanacağına130


ir bax! Görüm, yeridiyin yolu itirəsən!». Sonradodaqlarını gəmirə-gəmirə sağollaşmadan piyada çıxıbgetdi. Məmməd Saraya çöndü:– Bu da qudurdu... Sən gör o xaricilərinmədəniyyətinə bax, bizimkilərinkinə bax! Pah atonnan!Yaşamaq istəmirlər ha! Səhər gələn kimi şələşüləsiniverəcəyəm qoltuğuna...Sonaxanım səhər gəlmədi, daha doğrusu, sübhtezdən bütün ölkəyə çox pis bir xəbər yayıldı.Qəzetlərin birinci səhifəsində Məmmədin ölümxəbəri təxminən belə verilmişdi:– Azərbaycan naziri ürək çatışmazlığındanöldü...– Nazirin Amerikan ürəyi qəflətən dayandı...– Hava nazirinin havası çatmadı…– Sara xanım Amerikalı həkimi məhkəməyəverəcək...Vyana, 2002.131


ROZİTTARozittanın iyirmi beş yaşı vardı; gözəl və imkanlıailədən olsa da ərə getməmişdi. Səbəbi çox sadəydi:hələ onun istədiyi tələblərə cavab verə biləcək bir ər,yaxud kişi yox idi. Bu tələblər sən deyən mürəkkəbdeyildi. Rozitta istəyirdi ki, onu sevən adamın xaricigörkəmi özü kimi gözəl olmasa da, daxilən mərhəmətlivə xeyirxah olsun. Həmin adam çirkin ola bilər, cavanvə yaxud yaşlı ola bilər, lap istəyir afrikalı olsun,amma ər olmaq üçün ilk növbədə kişi olmalıdır, kişi!Rozitta üç il idi ki, xarici dillər universitetinibitirmişdi, işləmirdi. Əslində iş ona heç lazım dadeyildi. Babasından ona, yeganə nəvəsinə elə bir mülkvə var-dövlət qalmışdı ki, bundan sonra əlli il dəişləməsəydi, bəs edərdi. Rozittanın babası Bakının yenimilyonçularından biriydi, ötən il xərçəngə tutuluböldü. Hələ sağ ikən bütün var-dövlətini gözəllikdəyeganə olan sevimli nəvəsinə bağışladı.Rozittanın ata-anası xarici ölkələrin birindəsəfirlikdə işləyirdi; ata-ananın başı işə elə qarışmışdıki, heç qızları yada düşmürdü. Valideynləri ona birneçə dəfə təklif etdilər ki, köçsün xaricə, onlarla birgəyaşasın. Amma qız tərslik elədi, Bakıda qalmağaüstünlük verdi. Bakı onun üçün dünyanın ən gözəlşəhəriydi; bu şəhərdə onun sevimli babası dəfnedilmişdi. Bundan başqa babasıyla illər boyu gəzibdolaşdığı bu şəhərin hər daşında, hər küçəsində, hərdöngəsində, hər xiyabanında belə Rozittanın şıltaquşaqlıq və yeniyetməlik xatirələri yaşayırdı. O, buxatirələrlə nəfəs alırdı; xatirələr onun üçün havaydı;Rozittaya elə gəlirdi ki, Bakıdan çıxıb getsə həmin oxatirələrlə dəhşətli bir faciə baş verə bilər; onda o daölə bilər. O isə ölmək istəmirdi, yaşamaq, mümkün132


qədər bu həyatdan ləzzət qoparmaq arzusundaydı.Amma universiteti bitirdikdən bir neçə il sonra təklikonu sıxmağa başladı. O, bu şirin həyatın bütünləzzətini duymaq üçün günlərin bir günü özünəhəmqəlb və həmsirdaş arzuladı.Universitetdə oxuduğu zaman Rozittanınpərəstişkarları çox idi; qız və oğlan dostları onu bircəgün belə tək buraxmazdılar. Hamı ona sonsuz diqqətvə qayğı göstərir, bəzən isə bunlar həddini aşandamənasız canfəşanlıq təsiri bağışlayırdı. Hətta oğlandostlarından bir neçəsi onunla evlənmək istədiyinibildirmişdi, amma bu təkliflər Rozittaya o qədəreybəcər və ikrahedici görünürdü ki, artıq bu barədə heçkimlə danışmaq belə istəmirdi. Bu təkliflərin arxasındahiyləgər məqsədlər, yalançı ehtiraslar, quru vəcansıxıcı hisslər gizlənirdi. Rozittanın qeyri-adiduyumu və fəhmi bütün bunları süzgəcdən keçirəbilirdi; onun qəlbinə hakimlik edə biləcək qüvvəninnədən və kimdən ibarət olduğunu əməllicə anlamasada, ona eşq elan edənlərin gözlərinin içində qaynayanhəyasızlığı və saxtalığı dərhal başa düşürdü. Hərdənona elə gəlirdi ki, sevgi yoxdu, o, sadəcə iki əks cinsinbir-birinə olan tələbatıdır. Bu tələbatın arxasında insanihiss və ruh yoxdu, ola da bilməz. Əgər bu hiss və ruhheyvani deyilsə və iki əks cinsdə üst-üstə düşərsəsevgini oyada bilər. O, bu sevgini uzun sürən ehtiraskimi görmək istəyirdi; riyakarlıqdan uzaq xeyirxah birehtiras kimi. Bəli, bəli, qəddar, amansız heyvaniehtiras yox! Əslində isə o, özü də bilmədən babasınabənzər bir həmdəm, ürək dostu axtarırdı. Bu mənadaRozittanın tələbləri çox sərt idi.Rozitta üçün kişilik kateqoriyasına daxil olanhazır meyarlar yox idi; ümumiyyətlə, bu meyarlarharda var idi ki? Bu meyarlar Rozittanın evində133


işməmişdi, heç qonşudan da gəlməmişdi. Amma ağlıkəsəndən babasında gördüyü cəhətlər onuheyrətləndirir, fərəhləndirir və ona qürur dolu xoşovqat bəxş edirdi. Babasının bir çox hallarda nəcib vəmərdanə hərəkətləri onun uşaq qəlbini riqqətəgətirərdi. Məsələn, babası bir sözü iki dəfə deməzdi.Dəqiq və qətiyyətli adam idi. Söz verdisə mütləqyerinə yetirərdi. Təmənna güdməzdi. Yan-yörəsinəyaltaq adamları buraxmazdı və özü də kimsəyə başəyməzdi. İlk vaxtlar Rozittaya elə gələrdi ki, bütünbunlar babasının həddən artıq varlı olmasıyla bağlıdır.Axı var-dövlət insanın eyiblərini örtən zibildir. Ammayox, əslində belə deyildi.Ata-anasının yeganə övladı olan babasına hələuşaqlıqdan alman dayəsi baxmışdı; babası danışardı ki,bu alman qadınını o qədər istəyirmiş ki, onun adınıəbədiləşdirmək üçün nəvəsinə qoydu. Bəli, bəli.. Ötənəsrin iyirminci illərində Bakıya köçən bu almanqadınının adı Rozitta olub. Həmin bu qadın babasıgilinevinin ən yaxın adamıydı. Babası danışardı ki,repressiya illəri başlayan kimi ata-anasını tutub Sibirəgöndərdilər. Nə var, nə var Hüseyn Cavidin qadağanolunmuş şerlərinə əl çalmışdılar. Belə də müsibət olar?Hə, deməli, körpə babasına isə alman qadını baxdı, onuböyütdü, boya-başa çatdırdı, oxutdu və evləndirdi,sonra da bu dünyadan köçdü.Bu və buna bənzər tale əhvalatlarını babasındanazı bir yüz dəfə eşitmişdi və çox sonralar başa düşdüki, sən demə, babasında həm də bir alman dəqiqliyi vəqüruru var: ona var-dövlətinə görə yox, məhz budəqiqliyə görə hörmət edirlər. Həm də axı, kim, hansıkişi, hansı baba öz sevimli arvadının (Rozittanınnənəsinin) vaxtsız ölümündən sonra əlli il sərasərtənha, subay yaşayar, hə? Əlbəttə, onun babası!134


Sevimli arvadını itirəndən sonra babası ölənədəkevlənmədi; nə sağlığında, nə də yoxluğunda onaxəyanət etmədi; bütün mehrini, diqqət və qayğısınınəvəsi Rozittaya yönəltdi. Rozittaya görə babası kişikimi yaşadı, kişi kimi də öldü! Ona da təxminən beləsilazımdı, vəssalam...Bir payız səhəri yuxudan duran kimi adəti üzrəgüzgüyə baxdı; insan gərək hər səhər güzgüdə özünətamaşa etsin. Xüsusən, qadınlar özlərinə gündə azı biron dəfə güzgüdə baxmalıdırlar. Güzgü qadının əlavəgözləridi; hər tərəfdən onu qoruyur, ona yaşı barədədüşünməyə imkan vermir. Bu ilıq düşüncələrlə o,çiyinlərinə tökülmüş qapqara uzun saçlarını aram-aramdaramağa başladı; zərif biçimli əndamına, boyunauyğun uzun və incə ayaqlarına, aram-aram qalxıb-enənsinəsinə güzgüdə baxdıqca onun hələ ömründə kişiöpüşü dəyməmiş xırda cəhrayı dodaqları qaçır,simasına hopmuş səhər yuxusunun havası sürətləəriyirdi.Dünən gecədən qəti qərara gəlmişdi; səhər qəzetəelan verəcək. Güzgü ilə “söhbəti” uzun cəkmədi.Tələsik bir fincan qəhvə içib aşağı endi, həyətdəki iriqarajda ağ “Mersedes”inə əyləşib redaksiyayayollandı.Reklam və elanlar şöbəsində təxminən onunyaşında olan qılıqlı qız Rozittanın məqsədinisoruşandan sonra ona kağız və qələm verdi, gülərüzlədedi:- Buyurun, xanım, istədiyiniz elan mətnini yazıbverə bilərsiniz!Rozitta əvvəlcə bilmədi nəyi və necə yazsın. Bu,elə-belə məsələ deyildi. Gərək elə bir elan verə ki, həmcəlbedici olsun, həm də onu düzgün başa düşsünlər.Bir qədər fikirləşəndən sonra aşağıdakı elanı yazdı:135


“Gözəl, imkanlı, özünəməxsus şirin ədaları olanbir qız kişi axtarır. Ailə qurmaq üçün”. Elə nöqtəqoymamış fikrindən daşındı, kağızı cırıb yenisinigötürdü. Xeyli götür-qoydan sonra təzədən yazmağabaşladı:“Patres Lumumba küçəsində yaşayan, bir neçəxarici dildə sərbəst danışan, gözəl, məlahətli,ürəyiyuxa və xeyirxah qız ailə qurmaq üçün yaşı 30-50arasında kişi axtarır. Kişiyə qarşı irəli sürülən əsastələblər: birincisi, yaltaq olmasın. İkincisi, yalandanışmasın. Üçüncüsü, qorxaq olmasın. Dördüncüsü,nəfsini qorumağı bacarsın. Beşincisi, mərd olsun.Altıncısı, sözü bütöv olsun. Yeddincisi, qadına qarşımülayim olsun və xəyanət etməsin. Bir neçə dildədanışanlara üstünlük veriləcək. Bu tələblərə cavabverə bilənlər Patres Lumumba küçəsindəki 00001111nömrəli poçta məktub qoya, ya da 011-012-013nömrəli telefona zəng edib mənimlə danışa bilərlər.Xahiş olunur qeyri-ciddi adamlar narahat etməsinlər.Rozitta Həsənova.”Mətni bir də oxudu, sonra bayaqdan bəri onuseyr edən reklam agentinə təqdim edib:– Zəhmət olmasa ingilis, rus və Azərbaycandilində getsin, -dedi. Sonra dərhal soruşdu:– Sabahkı nömrədə çıxacaqmı?– Xeyr, xanım, təəssüf ki, sabahkı nömrə dolub.Birisigünkü nömrədə mütləq verərik...- deyə qılıqlı qızmənalı-mənalı onu süzdü.Rozitta elan pulunu ödədi, başını azca tərpədibrazılığını bildirdi, sağollaşıb arxayın-arxayın evəqayıtdı.Qəzetdə elan dərc ediləndən sonra düz on günzəng zəng dalınca gəldi. Rozitta dəstəyi qaldırır,müxtəlif tembrli və tonlu kişi səslərini eşitdikcə ilk136


öncə məmnun olur, bir qədər danışdıqdan sonra yasağollaşır, ya qısa cavablar verməklə kifayətlənir, yada görüşlər təyin edirdi. Onun əsas məşğuliyyətibundan ibarət olurdu və bu, demək olar ki, tamam yeniməşğuliyyət idi, onun çansıxan həyatına əlavə, həm dəmaraqlı bir rəng verirdi. Ona Amerikadan, Kanadadan,İngiltərədən, Rusiyadan, İrandan da zənglər gəlirdi.Rozitta bu zənglərə görə necə sevinirdi, ilahi! Eləsiolurdu ki, dalbadal iki-üç dəfə zəng edir, təkidlə görüşistəyir, onu daha yaxından tanımaq arzusunu bildirirdi.Sonra da dil töküb yalvarırdı ki, internet vasitəsiləşəklini göndərsin. Bəzən Rozitta buna razı olur, bəzənisə xoşlamadığı səslərin sahiblərindən imtina edirdi.Zənglərin və görüşlərin bir nəticəsi olmadı. Rozittakiminlə görüşürdüsə, ya kiminlə uzun-uzadı danışırdısahamıda ən çox xoşlamadığı eyni bir keyfiyyətiaşkara çıxarırdı – kişiyə yaraşmayan yaltaqlığı. Hərdəndüşünürdü ki, bəlkə o, kişilərdə gördüyü yaltaqlığıqılıqla qarışıq salır. Sonra bu qənaətə gəlirdi ki, qılıqqadınlarda olur; kişilərdə isə nəvaziş gərək, yaltaqlıqyox! Rozitta bu minvalla aylarla əks cinsinnümayəndələrində yaltaqlıq və nəvaziş ölçülərini ayırdetməyə, onların xislətindəki ən həssas, ən gizli çalarlarıxudbincəsinə aşkara çıxarmağa çalışırdı. Qadınlarınhamısı sirdi başdan-ayağa, amma hamısı Rozitta kimisehirli və sadə deyildi...Bir ildən sonraBir neçə ay idi ki, məktublar və zənglərsəngimişdi, daha sən deyən zənglər, təriflər, bəlağətlisözlər və sevgi etirafları eşidilmirdi. Rozitta bərkdarıxdı və qərara aldı ki, yenə elan versin.Reklam şöbəsində Rozittanı ötənilki həmin ogülərüzlü qız qarşıladı. Qız ondan lap köhnə tanışı137


kimi hal-əhval tutdu:- Xanım, işləriniz necə gedir? Centlemen 18tapdınızmı?-deyə soruşdu.Əlbəttə, bu, Rozittanın xoşuna gəlmədi, ammaözünü sındırmadı.– Not yet! 19 ...-deyə Rozitta qeyri-ixtiyari çoxtez-tez işlətdiyi ingilis sözləri ilə cavab verdi. Sonraqarşısındakının heç də təəccüblənmədiyini və onuningiliscəsini rahat qarşıladığını görüb bir qədəryumşaldı, əlavə etdi:– Gəlmişəm ki, elan verim...– Okey!...-qılıqlı qız da bildirmək istədi ki, o daingilis dilini bilir, – Belə gözəl xanımdan elan qəbuletmək bizim üçün şərəfdir...Bu, Rozittanın ürəyinə yağ kimi yayıldı. Hələheç bir qadından belə kompliment eşitməmişdi. O,ötənilki mətni təhvil verib geri dönmək istəyirdi ki,müştərisinin xoş ətrindən az qala xumarlanan reklamagenti arxadan onu səslədi:– Rozitta xanım, telefonuzzz....yaddançıxartmısınız...– Mersi!.. - deyə bir qədər fikirli görünən Rozittageri dönüb mobil telefonunu götürdü. Sonra:– Adınızı bilmək olarmı?-soruşdu.– Lili...Rəfiqələrim məni Lili çağırır...– Çox yaxşı, Lili... Sabahkı nömrəyə...– Sabahkı nömrədə olacaq... –deyə qılıqlı qız özvizit kartını Rozittaya uzatdı, sonra gülümsəyib əlavəetdi, – Bundan sonra zəng də vura bilərsiniz, mənsizdən hər hansı bir elanı telefonla da qəbul edəbilərəm. Siz məndə xoş təəssürat oyatmısınız.Ümidvaram ki, axtarışlarınız bir nəticə verəcək...18 Mədəni kişi mənasında19 Hələ yox!138


– Mersi, Lili. Eyni duyğuları mən də yaşadım...Bye, see you!... 20Rozitta getdi. Lili uzun müddət onun dalıncabaxdı; kənardan baxan adama elə gələrdi ki, bu qılığınyiyəsi kiminləsə danışır, gah çöhrəsinə çalarsız, mənaifadə etməyən təbəssüm qonur, gah da zərifdodaqlarını tərpədərək ürəyində nəsə pıcıldayırdı.Elan qəzetdə dərc olunandan bir həftə sonraRozitta evlərinin yanındakı poçtdan demək olar ki, birqucaq məktubla çıxdı. Son bir ildə heç bu qədərməktub almamışdı. Düşündü ki, bu vaxta qədərkişilərdən aldığı məktubların təxminən eyni məzmunuolub və yəqin ki, bu məktublar da məzmunca obirilərindən heç nə ilə fərqlənməyəcək. Evə gələndənsonra məktubları yazı stolunun üstünə tulladı. Əvvəllərolduğu kimi maraq göstərmədi. Soyunub vanna otağınakeçdi, duş qəbul elədi. Sonra özünə qəhvə süzdü,televizorun düyməsini basdı. Axır zamanlartelevizorda Braziliya teleserialı göstərirdilər; Rozittabu filmə o qədər bağlanmışdı ki, hara gedirdisəkinonun vaxtına az qalmış özünü evə çatdırırdı.Saata baxdı, hələ on beş dəqiqə qalmışdı.Təsadüfən stolun üstündəki məktublar arasından birigözünə sataşdı. Çünki məktubun üstündə özküçələrinin adının yazıldığını gördü: PatresLumumbada yaşayan və sizə qonşu olan doktor. Cəldməktubu açdı və maraqla oxumağa başladı:“Hörmətli Rozitta!Bir ildən çoxdur ki, sizi izləyirəm: bəzən gecələrsəhərə kimi məhlədə evinizin ətrafında dolanıram, sizinpəncərəyə baxıram, gəlib keçdiyiniz döngələri,dalanları gəzib dolaşıram; sizə rast gəlmək ümidiylə,sizi yaxından görmək arzusuyla ayaq basdığınız hər20 Hələlik, görüşənədək!139


tin, hər dalan mənə sanki dünyanın heç harasındabitməyən, əsrarəngiz bir çiçək ətri bəxş edir; onuduymaq, hər gün canımda gəzdirmək, bu qoxuyla nəfəsalmaq üçün mən hər şeyə hazır idim. Lakin...Elanınız məni dəhşətə gətirdi və qərara aldım ki,sizə məktubla müraciət edim.Siz kişi axtarırsınız, uğurlar olsun! Amma ilköncə sevgi axtarmaq lazımdır, sevgi! Sevgisiz nə kişi,nə qadın olmur! Əgər o yoxdursa, inanın ki, kişiqarşısında qoyduğunuz şərtlərin hamısı boş şeydri.Bəri başdan bildirirəm: mən bioloji cəhətdənkişiyəm. Mənim bütün fiziki və mənəvi xüsusiyyətlərimyalnız özümə aiddir, mən bu keyfiyyətləri özgələrə, lapelə qadınlara bəyan edə bilmərəm. Bu keyfiyyətlərzaman-zaman formalaşır, üzə çıxır, təyinatını tapır,cəmiyyət arasında süzgəcdən keçir, kimidə az, kimidəçox dərəcədə özünü göstərir. Bəzən isə bu keyfiyyətlərizorla yeridirlər insanların qan damarlarına.Təəssüf edirəm ki, indiyədək heç kəsi sizin qədərsevə bilməmişəm. Səbəb mənim üçün qaranlıq idi.Lakin sizin elan məni bir qədər silkələdi; sən deməmən də sizin axtardığınız kateqoriyadan olan qadınarast gəlməmişəm. Hərdən mənə elə gəlir ki, bəlkə bizhər ikimiz xəstəyik. Ya bəlkə cəmiyyət xəstələnib və bizonu müalicə edə bilmirik.Mən ixtisasca həkim olsam da işləmirəm, məhzbu xəstəliyin dərmanını tapmaq istəyirəm. Mənim təbiətimvə müalicə aparmaq missiyam bəzən ətrafdakılarınqısqanclığına səbəb olub, onlar hər vasitə iləmənim qarşımı kəsməyə çalışsalar da buna nailolmayıblar. Onlara qarşı mübarizə də aparmamışam,sadəcə iş elə gətirib ki, sonda hansı bir ilahi qüvvəsəqısqanclarımı geriyə çəkilməyə məcbur edib.Hesab edirəm ki, həyatda həm kişilər, həm də140


qadınlar üçün ümumi meyarlar var və olmalıdır.Tələblərin hamısını eyni cinsə şamil etmək olmaz. Mənkonkretliyə daha çox önəm verirəm. Sevgidə, ailəqurmaqda da konkret olmaq lazımdır. Ya “hə”, ya da“yox” deməlisən. Belə işlərdə orta mövqe tutmaqsonda insanı təkliyə və tənhalığa gətirib çıxarar. Bir dəayılıb görəcəksən ki, ömür əldən gedib və tək qalmışıq.Bilirsiniz, ömrün sonlarına yaxın adama həmdəm vəyoldaş daha çox lazım olur. Bunu hələm-hələm indikicavanlar dərk eləmir. İndi sizin kimi qızlar və mənimkimi kişilər üçün geniş seçim imkanları var. Ola bilsinki, bir müddətdən sonra sizin kişi cinsinə, mənim dəqadın cinsinə allergiyam tutsun. Bəli, bəli... insanlaraqarşı allergiya!Sizin yaşda olanda əlbəttə ki mən də hər adamıbəyənmirdim. Daha doğrusu, sevə bilmirdim. Mənə eləgəlirdi ki, sevgidi, məhəbbətdi, bunlar dadlı yeməkqoxusu kimi ötəri şeylərdir. Amma ömür boyu təkyaşamaq da bir şey deyil. Bunu anlayırdım, lakinqəlbimə yaxın ola biləcək bir qadın tapa bilmirdim. Eləbilirdim ki, mənim qatarım gedib və mən bir də buqatara minməyəcəyəm. Ötən il sizi gördüm, açığı, sizingözəlliyinizdən çox sərbəstliyinizə vuruldum. Gördümki, siz tamam azad qadınsınız, sizə “gözün üstə qaşınvar”, deyən yoxdur. Hər dəfə evdən çıxıb qarajagetməyiniz, işgüzar xanımlar kimi ədalı-ədalı maşınaminməyiniz, gecənin istənilən vədəsində evəqayıtmağınız... məndə ilıq duyğular oyadırdı.Düşündüm ki, sizinlə tanış olmaq üçün bizim aramızdaən böyük maneə yaş həddidir. Mənim qırx yaşım var,siz isə təzə açılmış qönçə kimisiz. Buna görə də ürəkeləyib sizə yaxınlaşa bilmirdim. Sizi izləməyə,haqqınızda məlumatlar toplamağa başladım.Özümdə hər gün dəyişiklik hiss etməyə141


aşlamışdım. Hiss edirdim ki, məndə günbəgün sizəqarşı münasibət ciddiləşir, istiləşir, bir gün isə gördümki, yox, mən artıq sizsiz yarım adam kimiyəm. Sizi oqədər sevməyə başladım ki, bizim balkona baxanpəncərənizə bəzən səhərədək tamaşa etdim. Sizgörünürdünüz. Siz görünən an mənim üçün bir aylıqsevincə bərabər olurdu.Mən həqiqətən sizə vurulmuşdum, amma özhisslərimi heç cür sizə çatdıra bilmirdim. Əvvəla, bu,sevən adamlar üçün çox çətin məsələdi. Anladım ki,sevən adamlar cürətsiz olur, qorxurlar ki, onlarınsəmimi hisslərinə rişxəndlə cavab versinlər. Özü dəsizin kimi bir qızdan müsbət cavab almağıma heç birfaiz də ümidim yox idi. Həm də axı, bayaqxatırlatdığım kimi, yaş məsələsi də aramıza girmişdi.Buna görə də öz sevgimin, sonsuz məhəbbətimin, dilsizvə cavabsız məhəbbətimin ömrünü yarımçıq qırmamaqüçün sizi kölgə kimi izləyirdim....Amma bu elan... Mən də qadın axtarıram...Mərhəmətli və xeyirxah qadın...”Rozittanı heyrət bürüdü. Aman Allah! Nə qəribəsonluq! Burda məktub yarımçıq bitirdi. Tələsik ünvanabaxdı, bu adamın nə dəqiq ünvanı, nə də telefonu var.Bəs adı? Hardadı adı? Tələsik məktubu o üz, bu üzçevirdi... Yoxdu, heç nə yoxdu! Dayan, axı əvvəldə,lap birinci səhifədə... Hə, hə... Hanı o, doktor! Budur,hə burada, ilk səhifəsində, nə yazıb gör: “NaməlumDoktordan məktub... Vəssalam...” Elə bu qədər? Belədə məktub olar?Rozitta tələsik balkona yüyürdü. O qədərhəyəcanlanmışdı ki, xalatının bağını bağlamağıunutmuşdu və pəncərə qabağına çatan kimi əlləri iləxalatın ətəklərini sinəsinə sıxdı və həmin o doktorunonun pəncərəsinə baxan balkonunu axtarmağa başladı.142


Hansı balkondu? Orada on, iyirmi, otuz, qırx, bəlkə dəəlli balkon var... Görən bunların hansı onunkudu, hə?Bəli də, yaman yerdə axşamladıq...Bu vaxt içəri otaqdan telefon cingildədi. Geriqayıdıb dəstəyi könülsüz-könülsüz qaldırdı. (Bu birildə ona o qədər zəng vurmuşdular ki... Hamısı da eynicür, eyni məzmunda “eşq” elan edirdi. Artıq eynisözləri eşitməkdən yorulmuşdu, elə bilirdi ki, bu danövbəti “eşqnamə” olacaq)– Alo, Rozitta xanım, Lilidi danışan, - məlahətlisəs gəldi.Rozitta heç özü də bilmədi ki, nə üçün sevindi.– Da....Lili, privet... 21– İzvini, pajalusta, v takoe vremya.... 22– Net, net, radi boqa! 23 Lili, zənginizəməmnunam...– Rozitta xanım, bilirsiz....– Sən mənə Roza deyə bilərsən...– Okey... Roza, bilirsən... Səninlə söhbət eləməkistəyirəm...– Lili, buyur, canım... Problem varmı?– Yox, yox... Heç bir problem yoxdu... Sadəcədüşündüm ki, sənin kimi gözəlin rəfiqəsi olmaq hərkəsə nəsib olan deyil... Zəng vurdum ki, buna görəsənə təşəkkür edim...– Bilirsən? Nə yaxşı ki, zəng vurdun... Bayaqdanfikirləşirdim ki, nə üçün səninlə əvvəllər dostolmamışıq? Mən sənə təşəkkür etməliyəm... Lili,bilirsən bu gün nə qədər məktub almışam?– Seryozna? 2421 Rus dilində “hə, Lili, salam!”22 Bağışlayın, bu vaxtı zəng edirəm...23 Yox, yox, allah xətrinə!24 Ciddi deyirsən?143


– Saymaqla qurtarmaz! Heç hövsələm yoxduhamısını oxumağa! Qulaq as, bəlkə görüşək? (Düşündüki, naməlum doktorun məktubu barədə Liliylədanışsın)Ты где живйош? 25– Patres Lumumbada.... Makaron zavodununarxasında...– Nə yaxşı!!! Qonşuyuq ki?– Yes! Sure! 26 ... –deyə Lili ingiliscə cavab verdi.-Mən ötən ildən bilirdim ki, sən mənim qonşumsan...– Вот ето дааа! 27 Bəs mənə niyə demirdin?– Düşündüm ki, bəlkə düzgün başa düşməzsən...– Yaxşı, bəs indi neynirsən?– Kinoya baxmağa hazırlaşıram...– Mən də... Bəlkə gələsən bizə, birlikdə baxaq?– Sən gəl...– Lili, ya adna... 28 Papamla mamam yoxdu...– Nə yaxşı! Hansı binadı?– 0013-cü bina... on mərtəbəli binanın sonuncumərətəbəsi... bizimkidi... Hə, gəlirsən?– Orada üç dənə on mərtəbə var...– Yaşıl bina....– Yaxşı.... On dəqiqəyə sizdəyəm....Rozitta elə bil ən bahalı bir qaş tapmışdı,sevindiyindən bilmədi neyləsin. Gah balkona çıxır, gahdoktorun məktubunu başdan –ayağa bir də oxuyur, gahda həyəcandan otaqda var-gəl edirdi. “Lili gəlsəydi,bəlkə bir az yüngülləşərdim. Bəlkə ona deyim?Birlikdə bir şey fikirləşərik...” Bir azdan Lili gəldi. O,içəri girəndə qızlar elə görüşdülər ki, elə bil yüz ildi25 Cən harda yaşayırsan?26 Əlbəttə!27 Ay səni!28 Mən təkəm144


ir-birlərini tanıyırlar.Rozitta ona gələn məktubları Liliyə uzatdı.Oxuduğu məktubların bəzilərinin qısa məzmunundanqürurla danışdı. Amma nə düşündüsə, bayaqkı qəribəməktub barədə Liliyə bir kəlmə də demədi və həminməktubu ehmalca yataq otağındakı paltar şkafınıngözündə gizlətdi. Qızlar məktublara o qədər aludəoldular ki, teleserial yaddan çıxdı. Nəhayət, Rozittamaraqla soruşdu:- Hə, Lili, indi sən danış... De görüm işinmaraqlıdımı?Lilinin gözlərində dərin bir kədər gizlənmişdi vəo, bu kədəri hələ heç kimə bildirməmişdi. Amma üzühəmişə gülürdü; doğrudur, bu gülüş bəzən heç birməzmun ifadə etmirdi, lakin iri, qalın al qırmızıdodaqları arasındakı dişləri qar kimi ağaranda, yaxuddanışanda yumru çənəsinin ahəstə-ahəstə tərpənişiqəribə bir forma alırdı.- Mənim işim birbaşa kliyentlərlə bağlıdı...Reklam işi maraqlıdı... Qəzetə nə qədər çox reklamgətirdinsə, o qədər sənin üçün yaxşı olur... Yəni,reklamın otuz-qırx faizini alırsan...- Belə de...Subaysanmı?- Üç ildi ərdəyəm... Ərim hərbçiydi...- Bəs indi nə ilə məşğuldu?- Çarpayı xəstəsidi...-Lili tutuldu.- Bağışla... – deyə Rozittanı təəccüb və heyrətqarışıq maraq bürüdü.- Noolub?- Bu barədə uzun-uzadı danışmasam yaxşıdı.Yorulmuşam. Bircə onu deyə bilərəm ki, ərim cəbhəxəttində minaya düşdü, ilyarım bundan əvvəl hər ikiayağını itirdi. Mən, ərim və qayınanam birlikdəyaşayırıq. Ona qulluqdan bezmişəm...- Başa düşürəm, Lili. Bəs uşağınız yoxdu?145


- Eh, bilirsən... özüm istəmirəm... - Lili udqundu,laqeyd-laqeyd əlini yelləyib sözünə davam etdi. - Mənərimi elə ilk gündən sevmirəm. Çox kobud, dözülməzdərəcədə qeyri-insani adamdı. Təsəvvür elə ki,toyumuzdan heç iki gün keçməmişdi ki, məni vurdu,sonra söyüşlərlə təhqir etdi...- Axı nə üstündə?- Heç nəyin üstündə: niyə yuxudan gecdurursan? Kaşmar 29 ... İkicə gün idi evlənmişdik...Əvvəlcə elə bildim zarafat eləyir, sonra gördüm yox,zırramanın biridi. Komandirlərini məndən çox istəyir...Ağzı da söyüşlə dolu olur... Bax belə... Məni onacalayan qonşumuz Zəhraya indiyədək nifrət edirəm.Heç bilmirəm necə oldu, birdən-birə razılaşdım, teztələsiktoyumuz oldu... Anam yazıq bu dərdə dözmədi,iki aydan sonra infarktdan öldü... Atam da ki, on beşildi Rusiyada... Bu illər ərzində bir dəfə də olsunbizimlə maraqlanmayıb....İkisi də susdu. Rozitta məyus olsa da, özünü oyerə qoymadı. Belə şeylər onun üçün maraqsız görünsədə, hər halda nəzakət xətrinə qulaq asır, aradabirsuallar verirdi.Sükutu Lili pozdu:- Vot tak!... 30 Səni öz problemlərimlə yükləməkistəmirdim, bağışla... O, lənətə tuş gəldi. Bilirsən,qadın nifrət elədiyi adamla birgə yaşamağa məcburolanda həyat onun üçün mənasını və ləzzətini itirir.Ona görə də mən evdən tez-tez qaçıram, onu görmək,onun təhqirlərini eşitmək istəmirəm. Artıq boşanmaqbarədə düşünürəm. Mən öz gözəl ömrümü kobud vəəlil bir adama qurban verə bilmərəm... Sənin elanınıgörəndə düzü sənə paxıllığım tutdu, həm də yaxşı29 Dəhşət!30 Bax belə!146


mənada paxıllığım. Sən gözəl olduğun qədər dəağıllısan. Hələ belə elana rast gəlməmişdim. Bizimredaksiyada həmin gün məhz sənin elanın barədə uzunmüzakirələr oldu...- Pravda? 31 Maraqlıdı....- Vallah, sənə həqiqətən qibtə eləməyəbaşladım... Düzünə qalsa, mən də beləsini axtarıram...- deyə Lili qara rəngli əl çantasını eşələyib siqaretqutusunu çıxartdı. Sonra siqaret çəkməyə icazə istədi.Rozitta “əlbəttə, olar, mən də çəkirəm!” - deyəözündən razı halda mətbəxə keçib külqabı gətirdi.- Bir halda ki, belədi, onda gəl birlikdə axtaraq!-deyə Rozitta güldü. - Lili, bu məktublara yaxşı-yaxşıbax, bəlkə sənə də yarayanı oldu...- Sən zarafat elə, - Lilidən elə bir şaqqanaqqopdu ki, deyirdin bəs bayaqkı qəmli əhvalat danışanqadın deyil.Beş ildən sonra... Dünya dəyişmişdi. (Dünya hər an dəyişir). Bumüddət ərzində Rozitta ilə Lilinin münasibətləri dədəyişmişdi. Özü də necə? Qızlar biri-biriylə elə sıx, eləisti tellərlə bağlanmışdılar ki, kənardan baxanlarınürəkləri yalnız qibtə hissi ilə dola bilərdi. Lili ərindənboşanmışdı, özünə birotaqlı mənzil almışdı. Rozittanınqəlbində naməlum doktorun məktubuyla bağlı ilıqduyğular hələ ölməmişdi. Lili isə buna qısqanclıqlayanaşırdı. Hətta bəzən bu qısqanclıq açıq-aşkar özünübüruzə verir, qızlar arasında mübahisəyə səbəb olurdu.Lili istəyirdi ki, Rozitta bütün diqqət və mehrini yalnızona qarşı yönəltsin. Hətta bir dəfə Rozittadan gizlindoktorun məktubu əlinə keçdi və oxuyandan sonra birgün özünə gələ bilmədi. O çalışırdı ki, Rozitta ilə31 Doğru deyirsən?147


doktor arasında heç bir əlaqə yaranmasın, yoxsaəlindən xəta çıxa bilərdi. Rozitta bunu bilsə də, Lilininqısqanclığını adi bir hal kimi qarşılayır, doktorugörmək həsrəti isə ona dinclik vermirdi. Amma LiliRozittadan xəbərsiz ona gələn bütün məktublarıoxuyur, ya cırıb yandırır, ya da özünü elə aparırdı ki,guya ümumiyyətlə heç bir məktub gəlməyib. Rozittaisə ona sadəlövhcəsinə inanırdı; onun hər gün gözüyolda, qulağı səsdə olurdu.Lili tez-tez Pozittagildə gecələyir, burdan işəgedib-gəlirdi. Rozitta Lilinin ad günündə ona “Cip”bağışladı və Lili bundan çox məmnun oldu.Günlərin bir günü Rozitta evə təzəcə girmişdi ki,telefon cingildədi. Qız qeyri-ixtiyari telefona cumdu.Bəli, o, bu səsi fəhmlə tanıdı, bu, həmin o naməlumdoktorun səsiydi. Doktor əvvəlcə bir anlıq susdu, sonrabaşladı danışmağa. Rozitta düz bir saat telefondəstəyindən asıldı, onun üzü gah tutulub-açılır, gahqüssələnir, gah da məmnunluq ifadəsi alırdı. Məktubmüəllifi ona nəsə vacib, həm də maraqlı məlumatlarverirdi. Nəhayət, Rozitta doktoru görüşə dəvət etdi.Doktor məmnuniyyətlə buna razı oldu. Deyilən vaxtdada gəldi. Doktorun uca boyu, iri, qara gözləri, genişalnı onun humanist adam olduğundan xəbər verirdi.Əynində ütülənməmiş ağ köynək, bahalı qara kostyumvardı. Və doktor gecə yarıdan keçmiş səhər yenə dəgörüşmək ümidiylə Rozittadan ayrılıb getdi. Rozittahəmin gecəni ömrü boyu unuda bilmədi.Elə yarım saat keçmişdi ki, qapının zəngi çalındı.Rozitta yatmağa hazırlaşırdı. Qapının arxasındanLilinin titrək səsi gəldi:– Roza, ya.... atkroy! 32Lili həyəcanlıydı. Rozittanın qorxudan rəngi32 Roza, aç, mənəm!148


ağardı.– Bir hadisə baş verib? - soruşdu.– Hə... Maşınla adam vurmuşam!– Ölüb?– Bilmirəm... Amma üstündən keçdim, bərkgəlirdim, -deyə iki əli ilə sifətini örtüb ağlamsındı.– Yaxşı, yaxşı.... sakit ol!-deyə Rozitta sərin pivəşüşəsini soyuducudan çıxarıb Liliyə uzatdı. Sonra:– Görən oldu?-deyə soruşdu.– Yox, deyəsən ətrafda heç kim yox idi. Bir də kigecə yarıdan keçib, sizə çataçatda birdən qarşımaçıxdı... Kişiydi.... ucaboy.... qara kostyumda... Maşınıtez saldım qaraja....– Yaxşı, yaxşı... özünə gəl... Səhər bir şeyfikirləşərik... Kaş vurduğun adam ölməyə... Dalıncamaşın-zad düşmədi ki?– Yox, deyirəm sizin evə çatmamış qaranlıqdalan var, onu burulanda oldu... Heç kəs gözədəymirdi... Eşşək oğlu, gecənin bu vədəsində oralardanə gəzirsən axı?Ağ Cipə demək olar ki, heç nə olmamışdı, olanhəmin o ucaboy kişiyə olmuşdu, Lilinin dediyinə görəmaşının təkərləri altından dəhşətli çığırtı eşitdi, sonraəyləci basdı, kişi tir-tap asfalta sərələnmişdi, hər haldao, qorxudan maşından düşmədi, amma güzgüdəınbaxıb gördü ki, əynində qara kostyum, ağ köynək olankişinin baş hissəsi təkərin altında qalıb, bundan sonraCipi nə vaxt gətirib qaraja saldığı yadında deyil.Rozittanın heç ağlına belə gəlməzdi ki, bu,doktor ola bilər. Axı doktor ondan təzəcə ayrılmışdı.Amma həyatda belə təsadüflər olur. Bu, təsadüf olabilərdimi?– Bu da axırı!-deyə Lili pivə şüşəsindən qurtumvura-vura başını tərpətdi.149


– Hələ axırı deyil! Sənin günahın yoxdu, günah okişidədi ki, maşının qabağından qaçıb... - Rozitta onusakitləşdirməyə çalışdı. - Əzizim, bir də axı kim sübutedə bilər ki, bu hadisəni sən törətmisən, hə? Əgərölübsə, lap yaxşı! Heç kəs görməyibsə, daha yaxşı!Nömrəni dəyişdirə bilərik, maşını bir müddət qarajdasaxlayarıq! O biri maşına nə gəlib? Bax belə... Durayağa, duş qəbul elə! Səhərdən səni gözləyirəm...Qızlar üç gün evdən çölə çıxmadılar. Üç günRozittaya zəng gəlmədi. Lilini axtarmadılar. Rozittanarahat-narahat balkona çıxır, gah telefona qaçır, gahda qapıya baxırdı. Doğrudur, onun doktoru gözləməsi,yaxud doktorun səsini eşidəcəyi ümidiylə telefonacumması Lilini zərrə qədər də narahat etmirdi. Liliürəyində sevinirdi. O, Rozittanın qəlbini ələ ala bilmiş,öz məqsədinə nail olmuşdu. O, Rozittanı bütünkişilərdən gizlədə bilmişdi. Nəhayət, naməlum doktorda artıq yox idi. Doktor Rozittanın həyatındanbirdəfəlik getmişdi. Lilinin beş ildən bəri cızdığıplanlar uğurla həyata keçdi. Doktoru həmin gecəmaşınla vurub qətlə yetirəndən sonra o, növbətiməqsədini də həyata keçirməyə başladı. Rozittanın kişicinsinə olan hiss və duyğularını birdəfəlik öldürməküçün yeni planlar çızdı; Lili qızın bütün bakirə və zərifhisslərini özü üçün əbədi sevgi macərasına çevirməkniyyətində idi...On beş ildən sonraRozitta və Lili Amerikaya köçdülər. OnlarBakıdakı bütün mülklərini satıb Las-Veqasda çox daböyük olmayan ikimərtəbəli bir mülk aldılar. Rozittailə Lili arasında rəsmi nikah bağlanmasa da, hər halda,Amerikada onların birgə yaşamalarına ağız büzənolmadı. Lili Rozittanın sevgi anlayışlarını büsbütündəyişdirmiş, öz şəxsi ehtiras və istəklərini həyata150


keçirməyə nail olmuşdu. İlk baxışdan hər şey onlarınürəyincə idi. Onlar eyni cinslərin birgə yaşamasınaqeyri-əxlaqi motiv kimi baxmırdılar. Əksinə, LiliRozittaya sübut etməyə çalışırdı ki, hələ intibahdövründən qadınların biri-biri ilə yaşaması qəbahətsayılmayıb; qadın və kişinin xöşbəxtliyi həzlə bağlıdır.Amma kişilər qadından aldıqları həzzə layiq deyillər.Lili Rozittanı inandırmışdı ki, əks cins barədə qarışıqtəəssüratlarına son qoysun. Onun arzuladığı kateqoriyadanolan kişi tapmaq çətindir. Rozitta yalnız Lilibarədə düşünsün. Bakını, Londonda üç uşaq atasınaikinci dəfə ərə gedən anasını, onları tanıyanlarıbirdəfəlik unutsun.Reklam agentliyində işə düzəlmiş Liliyə görəRozitta öz eqoistik “mən”inin qınına girməkdənsə,sovetin vaxtında ən ləyaqətsiz və alçaldıcı, lakin indivə hər zaman şan-şöhrət, sərvət və səadət gətirən birsənətin, ya bir işin qulpundan yapışsa yaxşıdır. Nəqədər ki, biri-birimizə sevgi ehtirasları var və buehtiraslar bizim arzularımızı ifadə edir, yaşamaqdanutanmaq lazım deyil. Hərdən Rozitta Lilinin qəlbininheyvan qəlbinə çevrilməsindən qorxur, sonra bu qorxuhissi Las Veqasın təmiz, təhlükəsiz və sərin mehi iləbərabər uçub gedirdi. O, Lilinin məsləhətiylə “modaevi” açmışdı və onu idarə etməyə başlamışdı.Rozittanın ətrafı getdikcə böyüyür, onu daha çoxadam tanımağa başlayırdı. Onun azadlığı və seçimsərbəstliyinin hüdudları genişləndikcə, cəmiyyətqarşısındakı funksiyaları da artır, məsuliyyəti və əxlaqicavabdehliyi böyüyürdü. Bu cavabdehlik əsla qorxu,yaxud itaətkarlıqla bağlı deyildi; bu, Liliyə-onun ənyaxın sirdaşına olan inam və etibar hissiylə bağlıydı.O, bütün varlığıyla dünyaya Lilinin gözüylə baxır, Las-Veqasdakı sosial rahatlığın bəxş etdiyi hər cür151


parlaqlığı inamla və təhlükəsiz qəbul edirdi. Lakin buinam onu əhatə edən cəmiyyətin şəfqət duyğusundanxeyli uzaq olan xudpəsənd havasında bircə andacaəriyib getdi.Günlərin bir günü Rozitta həddən artıq sarsıdıcıvə iztirabverici hadisə ilə üzləşdi. Evə gələndə Lilininqara dərili bir neçə qadınla əyləndiyini gördü. O buxəyanəti Liliyə bağışlamadı...Təxminən bir neçə aydan sonra Las-Veqasdaçıxan qəzetlərin birində belə bir məlumat dərcedilmişdi: “Dünən səhər reklam agentliyində işləyənLili adında bir qadın 13-cü Avenyuda müəmmalışəkildə avtomobil qəzasında həlak olmuşdur.” Və çoxmaraqlıydı ki, elə həmin qəzet belə bir elan davermişdi: “Yaşı 50-70 arası sadəcə kişi axtarıram.Rozitta.”152


DÜZGÜN OLMAYAN HƏQİQƏTMüharibə qurbanlarına ithaf edirəm.Kənddə xalama “qarımış qız” deyirdilər. Camaatdanışırdı ki, min doqquz yüz qırx birin noyabr ayındansonra onun başına hava gəlib. Hərdən dükan-bazaraçıxan, yaxud məni bağçaya aparıb-gətirən xalamındalınca xısın-xısın pıçıldaşanlar da olurdu. BəziləriXanım xalanın həddən artıq sakit, qaradinməz, daimfikirli və kədərli olmasını qeyri-adi əlamət kimi qələməversə də buna qətiyyən inanmaq istəmirdim. Səbəbinifərli-başlı anlamırdım; hər halda, xalam haqqındagəzən bu söz-söhbətlər məni açmırdı; ona “qarımışqız” deyən adamlardan da zəhləm gedirdi.Xalam bizimlə bir həyətdə, anam və nənəmləbirgə yaşayırdı; onun səliqə-sahmanlı, zəhmətsevər vəqıvraq olması məni heyran edirdi. Heç vaxt onudanışıb-gülən görməmişdim. Hərdən mənə elə gəlirdiki, o, elə anadangəlmə lal doğulub. Bir gün anamdanbütün bunların səbəbini soruşdum; ümumiyyətlə, nəüçün evimizdə daim hüznlü bir sükutun yaşanmasısəbəbi ilə də maraqlandım. Yaxşı, deyək ki, atammüharibədən qayıtmayıb, buna görə anam iztirab çəkir;ərini cavan yaşında itirməyindən, dul qalmağından,üzünü görmədiyim atamın yeganə yadigarını - məniatasız böyütməyindən ağrılı-əzablı günlər yaşayır. Bəsxalam? Axı nə üçün ona “qarımış qız” desinlər, hə?Anam kədərli gözlərini mənə zilləyib dedi:– Sən hələ uşaqsan, danışsam, qəlbin paralanar....Çox keçmədi ki, nənəm bəzi mətləbləri mənəanlatdı: bayaq dediyim kimi, hələ müharibə vaxtıXanım xalanın nişanlısından qara kağız gəlibmiş və oda üz-gözünü cırmaqlaya-cırmaqlaya kəndinmərkəzindəki poçtxanadan payi-piyada ayaqyalın153


izim evə tərəf qaça-qaça deyirmiş:– Ay bacı, ay bacı (yəni mənim anamıçağırırmış), Heybət gəlir, Heybət gəlir, toyumuzolacaq! (Heybət mənim əmim, onun isə nişanlısıymış!)Nənəm danışırdı ki, atamla anam müharibədənüç ay qabaq evlənmişdilər; bundan sonra əmimgilxalama nişan gətiriblər, onların da toyları olmalıymış;rəhmətlik babam deyib ki, qoy qalsın payıza; sonra bulənətə gəlmiş dava başlayıb, kəndin əli silah tutanbütün cavanları kimi atamla əmim də gediblər döyüşə;beş aydan sonra Heybətdən qara kağız gəlib, atamın isəitkin düşdüyünü yazıblar. Nənəm deyirdi ki, xalamınqara xəbərdən sonra hərəkətlərini seyr edənlər başlarınıkədərli-kədərli yellədərək bir-birlərinə deyirmişlər:“Yazıq Xanım, nişanlısının ölüm xəbərini gör necəqarşılayır... Deyəsən havalanıb.”O vaxtdan Xanım xala yaddaşlarda beləcəqalmışdı; dindirməsən dinməz, soruşmasan cavabverməzdi. Kənddə ən qaradinməz qadın kimitanınmışdı və müharibədən neçə illər keçsə də hələ dəərə getməmişdi, nişanlısını gözləyirdi; sən demə ərəgetməyən qızlara “qarımış qız” deyirmişlər.Xanım xalanın başından qırmızı-qara güllü şaləskik olmazdı. Yayda da qırmızı-qara güllü şalı başınaelə möhkəm bağlayardı ki, bircə gözləri görünərdi;mən hələ də o hüznlü gözləri unuda bilmirəm. Məhəlləuşaqları ondan çəkinirdilər. Daha doğrusu, ona bir sözdeməyə qorxurdular, çünki bir balaca xətrinə dəyəcəksöz deyilsəydi, tutub adamı əzişdirə bilərdi. Beləvaxtlarda mən də ondan qorxurdum. O, əsəbləşənzaman gərək gözünə görünməyəydin. Xalam haqqındabu qədər bilirdim və düzü onun kədərli taleyi mənimdə qəlbimi sızladırdı.Bir dəfə şəhərdə yaşayan Abbas dayım bizə154


gəlmişdi. Nənəm onun ən çox sevdiyi yeməklərdənbişirmişdi; səbzi plov, turş kabab və dovğa. Həyətdəocağın üstündə yekə bir qazanda buğlanan dovğanınqoxusu ətrafa yayılırdı; dayım deyirdi ki, bu qoxu üçünburnumun ucu göynəyir; ümumiyyətlə, nənəmindovğası həmişə ləzzətli olurdu; dovğaya təzə-tərpərpətöyün, giləmərzə, nanə və adını bilmədiyim digərgöyərtilər qatır, bunlar onu daha ətirli və dadlı edirdi.Nənəm dovğadan iri piyalələrə töküb məni çağırdı vəhəmişəki kimi yeddi qapıya göndərdi (hər dəfə baxbeləcə, ya turşulu aş, ya da dovğa bişirəndən sonradeyərdi ki, həyətdən iy gəlir, şuğluzumba olarıq, aparqonşuların payını ver).Günorta naharımızı yeyəndən sonra adətənnənəm məni yanına çağırar, eyvanda bardaş qurubsöykənərdi qırmızı-qara gülləri olan sandığına; mənədə deyərdi ki, gəl başını qoy dizimin üstə, yıxıl yat.Uşaq nə qədər çox yatsa sağlam böyüyər. O gün dəbeləcə dadlı-ləzzətli nahardan sonra anam və xalamhəyətə düşüb köhnə kilimləri yumaqla məşğul oldular;nənəmlə dayım isə üzbəüz oturub pürrəngi çayqabaqlarında söhbətləşirdilər. Mən başımı nənəmindizləri üstünə qoyub şellənir, onun qıvrım saçlarımdagəzən cod barmaqlarının sığalından xumarlanırdım.Elə təzəcə gözlərimi yummuşdum ki, nənəm dayımadedi:– Hə, nənə qurban, səni onnan ötrü çağırmışamki, bir məsləhət eliyək. Axı neyləmişdik ki, başımızakül töküldü? Bacılarının ikisi də bədbəxt oldu: birininnişanlısı Heybətdən ölüm xəbəri gələndən bəri havalıolub, o birinin də əri Əkrəmdən xəbər-ətər yoxdu. Nəölüsündən, nə də dirisindən. Yazıq balam, indiyədəkdeyir ki, gələcək. Ay gəldi ha! (Bunu mənim atamüçün deyirdi). Nemes köpəyoğlunun əlindən qaçmaq155


olar? Bu tifil də qalıb atasız... (Əli ilə məni göstərib ahvayetdi). Bəlkə bunu sən aparasan şəhərə, Məsmə dəyazıqdı, istəyəni var, verək ərə, hə?Dayımın rəngi qapqara qaraldı, qalın qara qaşlarıçatıldı, dinmədi. Qabağında buğlanan çay bəlkə dəçoxdan soyumuşdu; gözücu gördüm ki, kədərli-kədərlidağlara sarı baxdı, sonra üzünü həyətimizdəki quyudansu çəkən anama döndərib soruşdu:– Özü nə deyir, razıdı?– Nənə qurban, razı olmasa da razı salarıq...– Yox, bir özündən soruş, sora.... Ammaehtiyatla...– Yaxşı, nənə sənə qurban... Axı mən onlarınikisini də belə görəndə ürəyim kabab olur. Az qalıramözümü öldürəm... Səni çağırmağımın məqsədi dəbuydu...Qəhər məni boğdu; birdən məndən elə birhönkürtü qopdu ki, nənəm diksindi; anam həyətdəneyvana cumdu, dayım başımı sığallayıb mənitoxtamağa çalışdı. Amma məni ovundura bilmirdilər.Qaçıb evimizin günbatan tərəfdəki pəncərələri yaşıldağlara açılan otağında üzümü balışa sıxıb o ki varağladım. Hönkür-hönkür ağladım. Sonra anamınmehriban, nəvazişli baxışları və nəfəsini lap yaxındanduyanda onun boynunu qucaqladım, hıçqıra-hıçqırasoruşdum:– Sən mə-ni a-tıb... ərə ge-dəcək-sən?Anam qəhərləndi və bir qədər qeyzlə soruşdu:– Onu kim deyir, mənim balam?– Nənəm...– Yox, mama qurban, nənə zarafat eləyir! Heçelə şey olar?Bu vaxt dayım və nənəm də otağa girdilər.Nənəm amiranə səslə:156


– Ədə, yekə kişisən, kişi də ağlayar? - deyəmənim kürəyimdən yüngülcə bir şillə vurdu. Anamnənəmə açıqlandı:– Uşağın yanında ağzına gələni danışma da! Nəərə getmək salmısan? Onu kim dedi? Yığışdır busöhbətləri birdəfəlik! - deyə məni bağrına basıb o biriotağa apardı.O gecə səhərədək anamla birgə qaldım və anammənə atamdan xeyli danışdı, dedi ki, o inanır ki, atamölməyib, gələcək.Mən bu şirin xəyalla yuxuya getdim.Səhəri gün Abbas dayım bizimlə sağollaşıbşəhərə getdi; o, anamın ərə getməmək qərarınıbəyənmişdi və xudahafizləşəndə mənə mehribanlıqlabaxıb dedi:– Dərslərini oxu, məktəbi qurtar, kişi kimi! Gəlinstituta, nə qədər ki, dayın var, əziyyətçəkməyəcəksən! Çörəyə çatarsan inşallah!Aylar ötür, illər biri-birini əvəz elədikcə mən dəyaşa dolurdum. Anamın saçlarına düşən ağ dənlərartdıqca mənim atamı və əmimi görmək ümidlərim dəpuça çıxırdı. Nənəm lap heydən düşmüşdü, xalaməvvəlki kimi yatanda da güllü şalını başından açmırdı.Mən məktəbi bitirdim, anam məni Bakıya yolasalanda qürur və nəm dolu gözlərini əlinin arxasıylasilə-silə dedi:- Sən mənim yeganə ümidim vəpənahımsan, oğlum! Bütün ömrüm boyu Əkrəmin iyinisəndən almışam, odur ki, səni gözləyəcəyəm. Sənburda daha çox lazımsan...Mən anamın arzusunu yerinə yetirdim. Bakıdauniversiteti bitirib kəndə qayıtdım, işə düzəldim.Evləndim, uşaqlarım oldu. Nənəm dünyadanköçmüşdü, amma indi anam nənə olmuşdu və o,157


əxtəvər-bəxtəvər nəvələrənə gah atamdan danışır, gahda mənimlə bağlı uşaqlıq əhvalatlarını söyləyirdi.Müharibədən təxminən otuz ilə yaxın bir zamanötsə də anam hələ də atamı gözləyirdi; ona həmişə eləgəlirdi ki, atam sağdır, o ölməyib. Anam atamla bağlıuydurduğu əhvalatları hər dəfə danışarkən gahkövrəlir, gah da vüqarla məni göstərib nəvələrinəərinin mənim kimi cüssəli, boy-buxunlu, nemeslərindərisinə saman təpən bir igid olduğunu söyləyirdi.Min doqquz yüz altmış doqquzuncu ilin yazı idi.Bir gün işlə əlaqədar şəhərə getmişdim. Elə oldu ki,dayımgildə gecələməli oldum. Abbas dayım Bakıdatanınmış alim, professor idi. Müharibədən sonrakıillərdə tez-tez kəndə gələr, bizə əl tutar, hərdənbir dəmənə zarafatla tənə vurardı ki, niyə ananı qocaltmısan.Dayımla birgə onların bulvara baxan mənzilindəsəhər yeməyini təzəcə bitirmişdik ki, daydostumLətafət xala onu bir qadının telefona çağırdığını dedi.Abbas dayım bir qədər duruxdu. “Səhər-səhər nəməsələdir görəsən?”. Tələsik telefonun dəstəyinigötürdü. Lətafət xala dedi ki, yəqin bu gün kiminsəmüdafiəsidir, ya dekanlıqdan, ya da kafedradan olar.Dəstəyin o tayından qadın səsi gəldi:– Professor Quliyev?– Bəli... –deyə dayım tanış olmayan səsi eşidibaz qala təəccüblə cavab verdi.– Danışan xalq artisti Zibeydə xanımdır...– Zibeydə xanım?– Bəli, bəli... Gecə özüm narahat etmədim,Abbas müəllim... Gözlədim səhər olsun, xoş xəbərimvar sizə.– Buyurun Zibeydə xanım, nə xəbərdi elə?– Professor, məsələ bundadır ki, dünənqastroldan gəlmişəm... Münhendən... Sizin bir uşaqlıq158


dostunuz var Əkrəm....– Əkrəm???...– Bəli, bəli... Əkrəm... Şahinoğlu... Həəə...– Ola bilməz! - dayımı soyuq tər basdı. Hamımız– Lətafət xala, mən və uşaqlar matdım-matdım onunrəngi ağarmış üzünə baxıb anlamağa çalışırdıq ki, buxoş xəbərdi, yoxsa pis xəbər. Mən heç bir şeyanlamırdım, beləcə evdə hamımız ayaq üstəcədonmuşduq.– Bəli, o sağdı... Mənə məktub verib, sizəçatdırmalıyam...– Ola bilməz!!! Zibeydə xanım, Əkrəm 41-dəgedəndi...Necə???– Vallah, mən nə deyə bilərəm... Münhendəkonsertdən sonra mənə çalsaçlı ucaboy bir cənabyaxınlaşdı, özünü Əkrəm Şahinoğlu kimi təqdim etdi,dedi ki, bu məktubu da mənim uşaqlıq dostum vəqaynım Abbas müəllimə verərsiniz.... Mən də gələnkimi öyrəndim ki, siz respuiblikada tanınmışadamsınız. Bu, mütləq siz ola bilərsiniz.. Bəlkə səhvdüşmüşəm, bağışlayın...– Yox, yox... Zibeydə xanım... Düzdü...Dayım cibindən dəsmal çıxarıb alnından süzüləntər damcılarını silə-silə astadan pıçıldadı:– Yaxşı, Zibeydə xanım... Gəlirəm...Bu xəbərə inanmağım gəlməsə də, o gün dünyanıtamam ayrı cür gördüm; mənim atam sağ-salamat idi.Bircə bunu düşündüm ki, görəsən anama necə çatdıraqbu xəbəri və görəsən o, bu xəbəri eşidəndə nə edəcək?Zibeydə xanım bizi mehribanlıqla qarşıladı. O,dayıma uzunsov, lakin kifayət qədər qalın məktubuzadanda mənim canım gizildədi, düşündüm:”Görəsənbu, doğrudan da atamın məktubudu?”- Abbas müəllim, - deyə Zibeydə xanım nara-159


hatlıq ifadə edən zərif səsiylə dilləndi. - Bilirsiz də...mən böyük risk etdim.... Bunu xaricdən bu tərəfəkeçirtmək... Bütün məsuliyyəti öz üzərimə götürdüm...Axı məni yoxlamırlar? Həm də bir ailəyə bu şad xəbəriçatdırmaq... Ehhh... O qədər ağlamışam... o qədər...Təsəvvür edin... O Əkrəm qardaş elə göz yaşı tökür...elə yalvarırdı ki... Taleyin işinə bax... Deyirdi... arvadıvar... müharibəyə gedəndə hamilə olub.... Mən buməktubu gətirməyə bilməzdim...Dayımın gözləri dolmuşdu; qalın, uzunsovməktubu aça-aça əlləri əsirdi. Məktubun birincicümləsini oxuyan kimi hönkürtü ilə ağladı, Zibeydəxanım da ona qoşuldu.– Bu, odur! Əkrəm!- dayım ucadan dedi, sonraməni Zibeydə xanıma göstərib əlavə etdi. - Bu daonun oğludur, Yaşar, heç Yaşarın doğulmasındanxəbəri yoxdur!– Allah, allah! Faciədi, nədi bu? -Zibeydə xanımgöz yaşlarını silə-silə mənə baxdı. –Oğlum, Yaşar,anan dururmu?– Bəli... Anam indi də onun yolunu gözləyir...– Vay səni, dünya! Niyə dağılmırsan?-bu dəfəZibeydə xanım əlini-əlinə çırpdı....O gecə səhərədək yatmadıq. Bilmirdik sevinəkya sevinməyək, bilmirdik kədərlənək, yakədərlənməyək; Abbas dayı məktubu elə hey oxuyur,göz yaşlarını saxlaya bilmirdi; aradabir Lətafət xalaondan məktubu alıb dalısını oxuyurdu. Mənim üçüntamam təptəzə dünya yaranmışdı; qəribə hisslərbürümüşdü canımı. Atama olan xiffət, sevgi, həsrət,isti münasibət, uzun illərin ayrılığından doğananlaşılmaz soyuqluq... bütün bu duyğular biri-birinəelə qarışmışdı ki, bilmirdim ağlayım, yoxsa gülüm...Məktubda kədərli, hamıdan daha çox anam üçün160


dəhşətli ola biləcək xəbərlər vardı: müharibəninyeddinci ayı atam əsir düşüb, onu Almaniyayaaparıblar; əsir düşərgəsində düz 3 il 23 gün olmazınişgəncələrə məruz qalıb, sonra da müharibəninqurtarmağına az qalmış bir alman qadını onadüşərgədən qaçmaqda kömək edib və həmin qadınlabirgə İsveçrəyə gediblər. Müharibə qurtarandan sonraisə Sovet İttifaqına qayıda bilməyib; orada deyirmişlərki, Stalin qayıdanların hamısını Vətən xaini adı altındagüllələtdirir. Atam bu ad altında ölməkdənsə naməlumqalmağı daha şərəfli bilib. Sonralar atam həmin almanqadını ilə evlənib, üç uşağı var - iki oğlan, bir qız.Deməli, mənim bacım və qardaşlarım da varmış!Aman Allah! Bu yuxudurmu? Bütün bunlar bir yana,bu xəbəri anama necə çatdıraçağıq? Bu barədə xeylidüşünüb-daşındıq, Abbas dayım qərara aldı ki, kəndəbirlikdə gedək.Kəndə az qalmış ürəyim guppultu ilə döyünməyəbaşladı. Günəş dağların arxasında gizlənsə də havahələ tutulmamışdı. Dağların başı ağappağ çənəbürünmüşdü. O anlarda mənə elə gəlirdi ki, dağlarkədərlidir; onlar da bizim Qum kəndinin adamlarınabənzəyir; gah düşüncəli, gah qayğılı, gah kədərli, gahda parlaq günəş şüalarından işıq saçır, sanki bununlakənddəki toy-bayram əhval-ruhiyyəsini nümayişetdirirlər. Bu dəfə isə elə bil ətəklərindəki yaşıllıqlar vəmeşəliklərın üstünə nəhəng bir kölgə qonmuşdu;həmişə başını dik və məğrur, qarlı və təmiz saxlayanbizim dağların başı görünməz olmuşdu.Kəndə girəndə evimizin qabağındakı məscidinminbərindən əzan səsi gəldi. Məşədi Şıxəlinin yanıqlıvə həzin səsi bütün kəndi başına götürmüşdü. Şıxəliəmi uzun illər idi ki, demək olar ki, hər gün üç dəfəminbərə çıxıb azan verirdi. Kənddə danışırdılar ki,161


minbərə çıxmağa ixtiyarı olan yeganə molla Şıxəliəmidir; ona ilahidən elə bir avaz, elə bir səs verilmişdiki, bu avazı eşidəndə (istər sübh tezdən, istər günortanamazında, istərsə də axşam namazı vaxtı) adamıntükləri biz-biz qalxır, istər-istəməz onu dinləmək, onaqulaq asmaq istəyirsən. Mən isə hələ uşaqlıqdan busəsin sehrinə düşmüşdüm: Şıxəli əminin azan səsimənim içimi tərpədirdi; elə bilirdim ki, kənddə nəsə birhüznlü hadisə baş verir. Bu dəfə də bu hisslər mənitərk etmədi. Onun azan səsinin həzin sədaları altındadayımla mən həyətə girdik. Həmin axşam bütünqohum-əqrabanın bircə göz qırpımında bizə yığışması,onların maraq və sonsuz müəmma dolu baxışlarıaltında dayımın anama həyəcan dolu titrək səsləmüraciət etməsi yadıma düşdükcə ondan sonrakısəhnələri danışa bilmirəm. Bircə onu deyə bilərəm ki,xalam otuz il əvvəl poctxanadan qara kağız alandakəndin mərkəzindən ayaqyalın, başaçıq qaça-qaça necəgəlmişdisə, indi də beləcə həyətin tən ortasında o tərəfbutərəfə vurnuxur, hönkürtü vuran anama deyirdi:– Ay Məsmə, gördün, demədimmi mənimHeybətim də sağdı, ölməyib? O gələcək, baxarsan?Əkrəm onu harda olsa tapıb gətirəcək! Bəs axı əmanətaparmışdı onu!?...Atamın o məşum məktubundan iki ay sonraanam qəflətən vəfat etdi. O, bu dərdi özüylə qəbirəapardı. Abbas dayım Bakıda “KQB”də işləyən birgeneral dostuna bu məktub barədə məlumat vermişdi.Ondan xahiş etmişdi ki, atama vətənə, öz oğlu, qohuməqrabasıilə görüşmək üçün Sovet İttifaqına gəlməkdəkömək göstərsin. Dayım danışırdı ki, KQB generalı buəhvalatı ürək ağrısıyla qarşılamış, dayıma söz vermişdiki, Moskva ilə danışıb bu məsələdə əlindən gələnköməyi göstərəcək.162


Günlərin bir günü dayım kəndə gəldi; o qədərsevinirdi ki, gəl görəsən. Bizə dedi ki, tədarük görün,Əkrəm gəlir. Dəqiq vaxtını da dedi. Onu da əlavə etdiki, atamı o, özü qarşılayacaq, sonra öz maşınındakəndə gətirəcək.Kənddə həmin gün, demək olar ki, balacadantutmuş böyüyədək hamı mərkəzi meydana toplaşmışdı.Dayımın qəhvəyi “Pobeda”sı klubun qabağındadayanan kimi camaat maşını dövrəyə aldı; əvvəlcəatam, sonra dayım gülərüzlə maşından düşdülər; kəndağsaqqalları, qohumlar ucaboylu, çalsaçlı atamla qolboyunqucaqlaşır, ağlayan ağlayır, sevinən sevinir, birbirlərinəgözaydınlığı verənlər əllərini məscidinminbərinə uzadıb: “O minbərin sahibi səni qorusun!” -deyirdilər. Atam məni tanımadı; dayım işarə ilə mənigöstərəndən sonra atam qollarını açıb məni bağrınabasdı. Camaat ağlayırıdı, sonra atam dizləri üstə yerəyıxılıb torpağı qucaqladı; göz yaşları içində soruşdu:- Məsmə hanı?Heç kəs ürək eləyib anamın ölüm xəbərini onademək istəmirdi. Elə bu vaxt lap uzaqdan xalamqırmızı-qara güllü şalını əlində yellədə-yellədəadamları yara-yara, tövşüyə-tövşüyə, hıçqıra-hıçqıraözünü atamın ayaqları altına atdı.– Əkrəm, başına dönüm, bəs mənim Heybətimhanı?Camaatdan elə bir uğultu qopdu ki, deyirdin bəs, budəqiqə yer titrəyib aralanacaq. Arvadların oxşamasıalqışlara qarışmışdı, Xanım xala otuz il bundanqabaqkı kimi əlindəki qırmızı-qara güllü şalını yellədəyellədəoynamağa başladı. Atam bircə anın içindəbüküldü; mənə elə gəldi ki, o, inildədi, Abbas dayımıngöz yaşlarını görüb astaca:163


- Qəbiristanlıq bu yandadı? –deyə əli ilə üzü qiblənigöstərdi. Abbas dayım göz yaşlarını silə-silə başınıtərpətdi. Aman Allah, nə dəhşətli səhnə baş verdi!Atam qəflətən dizi üstə yerə çökdü; hamı elə bildi ki,o, müvazinətini itirdi. Amma yox, o, üzü qibləyəqəbiristanlığadoğru inildəyə-inilədyə iməkləməyəbaşladı. Dayım və mən nə qədər çalışdıqsa onudurquza bilmədik. Camaat da bizim dalımızcadüşmüşdü; ağlaşma, hönkürtü, uğultudan başqaqulağım heç nə eşitmirdi. Atam düz anamın qəbrinəkimi beləcə iməklədi. O səhnəni Allah heç birbəndəsinə göstərməsin. Amin, Ya Rəbbil Aləmin!2005.164


165

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!