13.07.2015 Views

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

SHOW MORE
SHOW LESS
  • No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Yadıma atamın dumanlı siması düşəndəiçimdəki o anlaşılmaz duyğular gah ölmək, gahoyanmaq, gah dirilmək istəyirdi; içimi bürüyən, heçkəsə bəlli olmayan qatışıq hisslərim isə alovlanır,atamı görmək həsrəti məni hər səhər bax beləcə qeyriixtiyariolaraq gətirirdi bu uşaq evinin pəncərəsi önünə.Mənim gözləmə məntəqəm buraydı; mənim ümidim,pənahım bu pəncərəydi. Mən bu pəncərəni çoxsevirdim. Bu pəncərə mənim həm isti, həm soyuq, həmdə təsəlliverici yerim idi. Yenə deyirəm, bu pəncərədənhəyətə baxırdım, həyətdəki yaşıl-yaşıl şam ağaclarınabaxırdım, quşların necə civildəşmələrini eşidirdim,görürdüm, sonra küçəyə, küçədən şütüyən maşınlara,nəhayət, atama bənzər əminin qəzet köşkünə tamaşaedirdim; cürbəcür adamlar, cürbəcür maşınlar,cürbəcür analar, atalar... Mən onları bu pəncərədəngördüyüm üçün sevinirdim. Haçansa onların arasında,atamla birgə olmaq arzusu keçirdi ürəyimdən.Bütün bunlar heyif ki arxada qaldı, mənimarzularım və istəklərim mənimlə birlikdə öldü. Düzdü,mən ölən günümü bilmirdim, bilə də bilməzdim.Pəncərə qabağındakı çarpayımda halsız uzanmışdım.Hərdən Bahar xala gəlib əlini alnıma qoyur, ölüvaygözlərimə baxıb nəsə pıçıldayıb gedirdi. O yadımadüşür ki, mənə ildə iki dəfə iynə vurur, damarıma qanköçürürdülər. Axır vaxtlar mənə daha çox iynə vurur,dava-dərman içirdirdilər. Hər dəfə ağ xalatlı həkimlərigörəndə ürəyim gubbultu ilə döyünürdü. Görəsən buhəkimlər mənə nə vaxta kimi iynə vuracaqlar? Axımənim bütün damarlarım ağrıdan və dava-dərmandantamam süst olub gedib...Hələ ölməyimə səkkiz saat vardı. Bu qiyamətsəhər sübh, saat beşdə baş verəcəkdi. Axşamçağı Baharxala bir dəstə ağ xalatlı əmi və xala ilə birgə mənə baş45

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!