13.07.2015 Views

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Qəyyumlar çıxıb getdi. Hava hələ düzəlməmişdi.Günortaüstü Lidiya İvanovnanın yanına daha iki nəfərgəldi. Onlar da Lidiyanın köhnə bağ qonşuları idi.Qumbaridzelər ailəsi hələ otuzuncu illərdən Bakıyaköçmüşdülər, o vaxtdan Lidiyanı tanıyırdılar. Ammauzun illər idi ki, Lidiya İvanovna onlarla əlaqənikəsmişdi. Son günlər qarı nə fikirləşdisə, bu ər-arvadıda evinə dəvət elədi. Lidiya İvanovna onları da həminqəbiristanlığa apardı. Sonra yenə gəldilər evə. Həminəhvalatı onlara da danışdı. Eyni vəsiyyəti elədi. Ərarvadxeyli mütəəssir oldu, Lidiya İvanovnaya şəfadiləyib getdilər.Axşam tərəfi Lidiya İvanovnanın daha birqəyyumu peyda oldu. Bu, onun keçmiş iş yoldaşınınnəvəsi Lora Vartanovna idi. Və Lidiya İvanovna bugün gördüyü «işləri» səliqə ilə onunla da gördü, sonrahəmin o Vartanovnaya da bu gün gələn qəyyumlarınanəql etdiyi əhvalatı danışdı, gözləri ağlamaqdan şişmişqadını yola salanda dedi:– Bax ha, mən öləndən sonra ev avtomatik keçirsənin adına, vəsiyyətlərimi unutma!Lora da ürəyində bu qarıya dua oxudu və onaşəfa dilədi. Həmin gecə Qırmızı Xaçdan dördüncüqəyyum da gəlməliydi. Amma çox gec olduğu üçünLidiya İvanovnaya zəng vurub dedi ki, səhər gələcək...Düz bir aydan sonra Lidiya İvanovna axır ki,dünyasını dəyişdi və ən maraqlısı buydu ki, Lidiyaİvanovnanın yaşadığı evin bloku ağzına bir-birindənxəbərsiz dörd dördkünc taxta tabut gətirilmişdi vəməhəllə adamları bunları görüb təəccüb və heyrətiçində bir-birlərindən soruşurdular:– Lidiyanın öldüyünü bildik... Bə bu üç tabutkimin üçündü?100

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!