13.07.2015 Views

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

SHOW MORE
SHOW LESS
  • No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

limin dərsindən həzz alırdılar; arada bir şuluq salsalarda, çığırışıb qarmaqarışıqlıq yaratsalar da, Rüstəmmüəllimin sözünü iki eləməzdilər.Rüstəm müəllimin sözünü iki eləyənlər onunevindəkilər idi. Onun evində sən deyən vəziyyətürəkaçan deyildi; məsələn, böyük oğluna «dərsini oxu,veyil-veyil gəzmə» deməkdən dili qabar olmuşdu.Atanın sözü düz girirdi böyük oğlunun bir qulağına vəelə həmin andaca çıxırdı o biri qulağından. Qızınadeyirdi ki, «dizdən yuxarı geymə», amma o dapıqqıldayıb girirdi öz otağına, qapını daldan bərk-bərkbağlayıb başlayırdı rəfiqəsiylə telefonda danışmağa.Telefon danışığı təxminən belə başlayırdı.– Ayka, sənsən? Hə... Azz, ürəyim partdayır...Vallah, dəlixanadı... Çıxaq bir havamızı dəyişək...Papam nastreniyamı yenə korladı... Elə bil keçənəsrdən gəlib... Onu geymə, bunu geymə, evə tez gəl,hara getdin yerini de...Rüstəm müəllim doğurdan da ötən əsrdəngəlmişdi və ötən əsrin düz ortasından anası onu buişıqlı dünya üzünə gətirmişdi. Və o, ordan bu yanaxeyli yol gəlmişdi, xeyli kitab oxumuşdu, xeyli adamgörmüşdü, xeyli adama oxşayan görmüşdü və... xeyliqız görmüşdü. Və o xeyli qızların içindən birini seçibevlənmişdi. Əslində onun seçiminə səbəb arvadınınadıydı: Mələkxanım.Lap dünyanın düz vaxtlarında ona elə gəlirdi ki,Mələkxanım adında olan bütün qızlar elə mələk kimibir şeydilər: gözəl, tərbiyəli, mərifətli, aza qane olan,şükr edən, müəllimləri sevən və sairə və ilaxır. Elə düzfikirləşmişdi Rüstəm müəllim. Amma bir şeydəyanılmışdı: arvadı Mələkxanım şükr etməzdi heç vaxt,elə ötən əsrdən bəri gün-güzərandan şikayət edərdi.Bəzən Rüstəmi istəkləri və nəfsi ilə az qala divara113

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!