13.07.2015 Views

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

nimi... Bax elə qazarsınız ki, düz onların üstünəqoyarsız tabutu... Mənim arzumu yerinə yetirin...Yoxsa, halal eləmərəm...– Yaxşı, yaxşı...Tamilla gördü ki, arvadın gözləri doldu, sonraözü də dəsmal çıxartdı.Ataxan bu cansıxıcı ölü sükunət evindən mümkünqədər tez çıxmaq istəyirdi; amma neyləmək olardı,qarının nazıyla oynamalıydı. Bu «nazlı» qarı düz bir ayidi ki, onun içindəki səbir şirəsini acgöz ilan kimisorurdu. O, qəbirlərdən bir az aralandı və ətrafa diqqətləgöz gəzdirməyə başladı; bu yeri yadında saxlamaqistəyirdi. Və o, əmin idi ki, Lidiya İvanovna üçüntezliklə dördkünc taxta tabut sifariş verəcək, sonra daqarını geyindirib qoyacaqlar həmin o taxta tabutuniçinə, gətirəcəklər buraya; qapağını mıxlayandan sonraqarının vəsiyyətinə yüz faiz də olmasa, əməl edəcəklər.Qarı onsuz da son günlərini yaşayır və yəqin ki, onundəfniylə bağlı xərclər bir elə çox olmayacaq. Birotaqlıev qalacaq Ataxana. Və oğlan düşünürdü ki, lap birinci,dəmir qapı qoyacaq, sonra mətbəxi böyüdəcək, balkonuenlədəcək... Daha nələri, nələri edəcək... Sonra nədənsəürəyində qarını söydü: «Bu kaftar elə evi necə alıbsa,eləcə də yaşayıb və bu əlli ildə heç nəyi dəyişdirməyib...İt qızı it! Elə it kimi də yaşayıb...»Hə, bax belə... Qəbiristanlıqda çox qalmadılar,Lidiya İvanovnanı gətirdilər birotaqlı mənzilinə.Lidiya İvanovna içəri girən kimi döşlüyündən on minmanat çıxarıb cavan oğlana uzatdı:– Eto na benzin, pajaluysta, vozmi, sınok, - deyəaz qala yalvarışla dilləndi. Ataxan pulu götürmədi vəəlbəttə ki, bu, onun xətrinə dəydi. Sonra qəzəblibaxışlarla arvadı süzdü, heç sağollaşmadan qapıdançıxdı.95

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!