13.07.2015 Views

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

SHOW MORE
SHOW LESS
  • No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

- Anam bilsə, nə deyəcək?- Bu bizim problemdi… Kimə nə dəxli var axı?- Mən belə şeyləri başa düşmürəm, Sendi…- Burda başa düşməyə bir şey yoxdu, Roma…İndi hansı əsrdi? Dünya hara gedir, bilirsən? Hər şeyəçarə tapıblar… Təki bizim işimiz və pulumuz olsun…Hələ nə yaşımız var ki? Camaat qırx, əlli yaşındadoğur… Görürsən bunları, -deyə əli ilə oturanqadınları göstərdi. Bunu elə ucadan dedi ki, qadınlardönüb onlara tərəf boylandılar. Ramizin yanaqlarıistiləndi, pıçıltıyla:- Bir az yavaş danışa bilmirsən? - dedi.Sona elə bil indi anladı ki, o, tək deyil; bəlkə dəondan yüz dəfələrlə çox təcrübəli qadınlar onun beləşıltaq canfəşanlığına ağız büzə bilərlər, amma özünü oyerə qoymadı, «nə baxırsız, siz abort eləməmisizbəyəm?» - deyə ürəyində qadınlara acıqlandı.Bu vaxt yenə o hündür, meşin qapı azca aralandı,həmin kök, buxaqları şişmiş tibb bacısı qışqırdı:- Yeddinci kimdi?Sonanın ürəyi əsdi, yavaşdan «mənəm» dedi.- Keç içəri…Tibb bacısı qızı başdan ayağa süzüb əvvəlkipasiyentlərə verdiyi sualı eynilə Sonaya da verdi:- Neçəncidi?- Nə?- Abort…- Birinci…- Az… başuva hava gəlib? Yazıq döyülsən?Cavan, göyçək gəlinsən? Bə anan nə adla səni buragöndərib?- Özüm gəlmişəm… Nişanlımla… İstəmirik…- Hımm? Di davay, düş, on şirvan…Sona çantasından yüz min manat çıxarıb tibb57

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!