13.07.2015 Views

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Qəflətən işıqlar yandı. Hamı bir anlıq karıxdı. VəZahimə çılpaq sinəsini qabağa verib Dəmir Adamındüz gözlərinin içinə baxdı, dedi:– Bu da mən! Bunu istəyirdin? Öldürmə onu!Dəmir Adamı elə bil tok vurdu. O, sağ ayağınıhuşsuz və üzüqoylu halda yerə sərələnmiş İlyasınboynunun ardına dirəmişdi, baltanı qaldırmışdı ki,təpəsindən endirsin. Əlini havada yellədib vurmaqistəyəndə işıqlar yandı və qadının çılpaq sinəsinigördü. Ürəyinə sanki iynə batırdılar. Bir anlıqZahiməni tanımadı, elə bildi ünvanı səhv salıb. Ammaqarşısındakı Zahimə idi; on beş il əvvəl gördüyüZahimə deyildi. Qurdla qiyamətə qalan qadına bənzəyirdi.Onun yalnız səsi dəyişməmişdi. Və o, yalnızbu səsə görə əlini saxladı.Qadının sümükləri çıxmış yalın çiyinləri, heç birifadəsi olmayan çuxura düşmüş gözləri, gözlərininətrafındakı çoxsaylı qırışıqlar, sifətinə tökülmüşsəliqəsiz saçlarındakı ağ dənəciklər qəfildən yananişıqda ildırım sürətiylə onun bütün vücudunu dəlmədeşikelədi; döşəməyə sərilən palazın od tutubyanmasını və alovun uşaqlara tərəf yeriməsini görənZahimə bir anlıq hər şeyi unudub çığırışan uşaqlarınıevdən bayıra çıxarmağa çalışdı. Gücü çatmadı, alov accanavar kimi bu darısqal otaqda bir qədər əvvəldünyanın işlərindən xəbərsiz yatan, sonra gubbultudanoyanıb gördükləri dəhşətli səhnədən az qala tir-tir əsənuşaqları udacaqdı. Ərinin huşsuz və uşaqlarınınköməksiz durumunu görən Zahimənin başı gicəlləndivə o, evin ortasındaca müvazinətini itirib yerə yıxıldı.Dəmir Adam birdən-birə elə bil mum kimi əridi,qolları boşaldı. Zahimənin dən düşmüş saçlarısümükləri çıxmış çiyinlərinə tökülmüşdü. Alnındakıqırışlar, üz-gözündəki qəm-qüssə, solğunluq onun bu108

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!