13.07.2015 Views

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

SHOW MORE
SHOW LESS
  • No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

GÜLƏ BİLMƏYƏN ADAMUnudulmaz müəllimlərimə ithaf edirəm.Rüstəm müəllimin qaradinməzliyi, qaşqabağıaxır zamanlar evdəkiləri də yormuşdu. Ümumiyyətlə,o, ta uşaqlıqdan bu xasiyyətdəydi; az danışardı, heçvaxt gülməzdi. Elə bil anadangəlmə bağrına daşbasmışdılar. Hətta televizorda gülməli, yaxud məzəlibir tamaşa görəndə Rüstəm müəllim laqeyd-laqeydbaxardı və onu güldürmək hələm-hələm asan məsələdeyildi. Arvadı Mələkxanımın sözü olmasın «onunsuyu belə tökülmüşdü». Bir dəfə Rüstəm müəlliminqayınanası da qızını bunun üstündə qınamışdı.– Gör bir kimə getmisən? Gülə bilməyənadama... Bu adam səni qocaldacaq...Mələkxanım qocalmamışdı, maşallah, topkimiydi və düz otuz il idi ki, Rüstəmlə bir yastığa başqoyurdu, amma onun nə zarafatını, nə də bir hərzəhərzəgülməyini görməmişdi. Əslində ilk vaxtlar bu,onun xoşuna gəlmişdi və düşünürdü ki, kişi gərək beləolsun; az danışsın, zəhmli olsun, hamı ondan çəkinsin.Amma yenə deyirəm, son vaxtlar Rüstəmin bu təbiətionu da, uşaqları da lap cana yığmışdı. Və əslindəRüstəm müəllim özü də qol-qanaddan düşmüşdü; hərşeydən yorulmuşdu Rüstəm müəllim; baxıb görməkdən,eşidib ağzına su almaqdan, evdən-eşikdən... Bəzənheç məktəbə də getmək istəmirdi. Yox, dərs dediyibirinci, ikinci, üçüncü, dördüncülər onu yormamışdılar.Əksinə, o, hər dəfə bu siniflərə girəndə dincəlir, rahatlanır,xalqın balalarını əlifbadan tutmuş ta sərbəstoxuyub-yazmağa qədər, düşünməyə qədər öyrətdiyiüçün həzz alırdı. Və xalqın balaları da Rüstəm müəl-112

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!