13.07.2015 Views

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

Скачать книгу - Kitabxana

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

– Hə? Lidiya İvanovna, mən salam verdim axı?hazırsız? Bu gün gedəcəyikmi?– Hə, əlbəttə. Mən mütləq o yeri sizə göstərməliyəm.Allahın işini bilmək olmaz. Bir də gördün,iş işdən keçdi. Sonra siz məəttəl qalmayasız...Oğlanın fikri Lidiya İvanovnanın yanında deyildi;indi o, düşünürdü ki, bu qadın tezliklə öləcək, o daqadının antikvar əşyalarını çox baha qiymətə xaricilərəsatacaq, bu otağı da ürəyi istədiyi kimi təmir edəcək.Tamilla çay gətirdi, Lidiya İvanovna artıq duruboturmuşdu və deyəsən özünə gəlmişdi. Qarı ürəyindəöz qəyyumlarına qarşı dəhşətli bir qısqanclıq duydu,hətta başına yenə min cür pis fikir gəlməyə başladı.Çay içməkdən imtina elədi. Sonra nə düşündüdüşünmədi,birdən-birəcə əmr etdi:– Mən hazır, gedək!– Ana, mən maşında sizi gözləyirəm, -deyəAtaxan maşının açarlarını əlində oynada-oynadamənzildən çıxdı, altıncı mərtəbədən pilləkənləri üç-üç,beş-beş hoppana-hoppana düşüb blokun ağzındasaxladığı qırmızı Jiquliyə oturdu.Bakıda bəlkə də son on ildə belə xəzri əsməmişdi,külək az qala Ataxanı oturduğu maşın qarışıq götürübqaldıracaqdı göyə, ordan da təpəsi üstə tullayacaqdıyerə, sonra Allah bilir, diyirlədib, diyirlədib,çırpacaqdı elektrik dirəklərinə, ya da o tərəfdəki təzətikilən restoranın beton divarlarına. Yaxşı ki beləolmadı və yaxşı ki, anası ilə Lidiya İvanovna altımərtəbəni düşənəcən külək bir balaca səngidi.On beş dəqiqədən sonra onlar artıq yəhudiqəbiristanlığında idilər. Maşın qəbirlərin arasıncauzanan əyri-üyrü cığırları burula-burula yavaşcaşütüyür, Lidiya İvaanovna gah sağa, gah sola dönməyi,gah da düz getməyi əmr edirdi. Bəli, bəli, əmr edirdi.93

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!