20.06.2018 Views

Edqar Allan Po. Mari Rojenin sirri (hekayələr)

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

di. Müsyö Leblan lap yaxşı başa düşürdü ki, gözəlçə Marinin

onun dükanında olması xeyli gəlir gətirə bilər. Beləliklə,

onun səxavətli vədləri qızın ağlını başından aldı, amma anası

bu məsələyə əməlli-başlı tərəddüdlə yanaşırdı.

Əttarın ümidləri doğruldu və onun dükanı gözəl qızın

cazibəsinə görə əhəmiyyətli ad-san qazandı. Mari pərəstişkarlarını

böyük çaşqınlığa salaraq dükandan yoxa çıxanda

müsyö Leblanın yanında artıq yarım ildir işləyirdi. Leblan

qızın yoxluğunu necə izah edəcəyini bilmirdi, madam Roje

isə həyəcan və tələşdan özünü itirmişdi. Məsələ qəzetlərə verildi,

polis artıq ciddi axtarışlara başlamaq istəyirdi ki, günlərin

birində azacıq kədərli, amma tamamilə sağ-salamat olan

Mari iş yerində peyda oldu. Əlbəttə, rəsmi axtarış təcili təxirə

salındı, müsyö Leblan əvvəlki kimi məsələdən xəbərsiz olduğu

üçün bütün sorğu-sualdan yayınmağa çalışdı, madam

Roje və Mari isə cavab verdi ki, qız keçən həftə kəndə bir qohumugilə

qonaq gedibmiş. Bununla da məsələ bitdi, sonrasa

yavaş-yavaş camaatın yadından çıxdı, buna qədər də qız,

görünür, zəhlətökən adamların diqqətindən yayınmaq üçün

tez-tez əttarın dükanını tərk edir və Pave-Sent-Andredə yaşayan

anasının yanına gəlirdi.

Marinin anasının yanına qayıtmasından təxminən üç il

sonra dostları qızın yenidən xəbər-ətərsiz yoxa çıxmasından

narahat olmağa başladılar. Qızı üç gün “gördüm” deyən olmadı.

Dördüncü gün onun cəsədini Sena çayının Sent-Andre

məhəlləsiylə üzbəüz sahilindən, Dürul keçid məntəqəsinin

qayalıqlarından tapdılar.

Bu dəhşətli qətl (bunun qətl olmasına heç kim şübhə etmirdi),

qurbanın gənc və gözəl olması və ən əsası, onun uzun

sürməyən məşhurluğu görməmişcəsinə hər şeylə maraqlanan

parislilər arasında sensassiyaya çevrildi. Yadıma bundan

başqa bir fakt sala bilmirəm ki, bu qədər ictimai və güclü narahatlığa

səbəb olsun. Bu mövzu bir neçə həftə ərzində, hətta

ən vacib siyasi hadisələri kölgədə qoyaraq günün xəbərinə

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!