20.06.2018 Views

Edqar Allan Po. Mari Rojenin sirri (hekayələr)

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

MaRİ Rojenİn sİrrİ

Hətta ən ağıllı insan da ən azı bir dəfə anlaşılmaz həyəcan

içində fövqəl-təbiiliyə inanmaq məcburiyyətində qalaraq,

beyninin bunun sadəcə hadisə oyunu olduğu fikrini

rədd etdiyi heyrətamiz təsadüflə qarşılaşıb. Bu cür təəssüratları

(bəhs etdiyim anlaşılmaz inanc heç vaxt bir fikrə çevrilə

bilmir) təsadüf doktrinasından (xüsusi addan istifadə edirik)

qaçmaq və ya ehtimal nəzəriyyəsindən yayınmaq kimi nadir

hallarda yatıra bilirsən. Axı bu nəzəriyyə məğzinə görə sırf

riyazidir: beləliklə də ortada paradoks yaranır – elmin bizə

verdiyi xeyli ciddi və dəqiq anlamlara zehni fərziyyələr sahəsində

yetişə bilmədiyimiz kölgə və kabuslar əlavə olunur.

İndi açıqlayacağım xronoloji ardıcıllıqla alınan bu inanılmaz

məlumatlar ilk növbədə qeyri-adi təsadüflərə uyğun

gəlir, sonra isə bütün oxucular, şübhəsiz ki, bu yaxınlarda

Nyu-Yorkda baş vermiş Mari Sesiliya Rocersin qətli barədə

öyrənəcəklər.

Bir il qabaq “Morq küçəsində qətl” adlandırılmış yazıda

dostum Ogüst Düpenin diqqətəlayiq məxsusi düşüncələrini

yazmağa cəhd eləyəndə yenidən bu mövzuya qayıdacağım

heç ağlıma da gəlməzdi. Məqsədim məhz bunu təsvir

etmək idi və bu təsvirlər Düpenin xüsusi istedadını aşkara

çıxara bilən qəribə hadisələr zənciri haqqındakı hekayədə öz

əksini tapmışdı. Mən başqa misallar da çəkə bilərdim, amma

onlar artıq sübut olunmuş faktlardan başqa heç nə göstərmir.

Hərçənd, bu yaxınlarda baş vermiş hadisələrin qəribə döngəsi

bir sıra məcburi etiraflarla üstünü örtə biləcəyimiz yeni

təfərrüatlar kəşf etməyimə səbəb oldu. Əgər bu yaxınlarda

eşitdiklərim olmasaydı, bəlkə də, əvvəllər eşidib gördüklərim

haqda hələ də susmağım qəribə görünərdi.

Madam Lyespanye və qızının faciəvi ölümünün sirlərini

aşkara çıxaran cəngavər bütün bunları başından atıb,

7

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!