20.06.2018 Views

Edqar Allan Po. Mari Rojenin sirri (hekayələr)

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Edqar Allan Po

Maria Rojenin sirri

Edqar Allan Po

Mari Rojenin sirri

(hekayələr)

Tərcüməçi:

Səbuhi Şahmursoy

Redaktor və naşir:

Müşfiq XAN

Texniki redaktor:

BəxtiYar

Dizayn və qrafika:

Tamerlan İsmayılzadə

© Edqar Allan Po. Mari Rojenin sirri (hekayələr)

© “XAN” nəşriyyatı. Bakı–2018. 76 səh.

ISBN: 9010408011424

ÖN SÖZ ƏVƏZİ

ari Roje” ilk dəfə qeydlərsiz çap olu-

çünki onda buna gərək yox idi.

“Mnub,

Hərçənd, bu hekayənin əsasını təşkil edən faciənin

üstündən illər keçib, ona görə də qeydlərə və məsələnin

məğzini izah edən girişə ehtiyac duyulur. Nyu-

York ətrafında Mari Sesiliya Rocers adlı gənc qız öldürülmüşdü,

qətlin səs-küy yaratmasına və uzun

müddət ictimaiyyətin diqqət mərkəzində qalmasına

baxmayaraq, əsil hekayəsinin yazılması və çap olunmasına

qədər (1842, noyabr) heç kim hadisənin sirrini

aça bilməmişdi. Müəllif bu gözəl fransız qızının taleyini

təsvir edəndə məlum olan cüzi detallarla paralellər

apararaq əslində Mari Rocersin qətlinin təfərrüatlarını

tamamilə dəqiq göstərmişdi.

ari Rojenin sirri” bu dəhşətli qətlin törə-

yerdən çox-çox uzaqlarda yazıl-

“Mdildiyi

mışdı və hadisəni araşdıran müəllif yalnız qəzetlərdəki

məlumatlara istinad edə bilərdi. Nəticədə çoxusu

ondan üz döndərdi ki, əgər hadisə yerində şəxsən olmayıbsa,

bu halda bəzi nüansları necə belə dəqiq təsvir

edə bilib. O cümlədən, hekayənin nəşrindən uzun

müddət keçəndən sonra iki şəxsin (onlardan biri əsərdə

madam Dülük olaraq verilib) bir-birindən xəbərsiz

etdiyi etiraflar nəinki ümumi nəticəni, eləcə də bunu

yaradan bütün əsas fərziyyələrin tamamilə dəqiq olduğunu

təsdiqləyirdi.

5

MaRİ Rojenİn sİrrİ

Hətta ən ağıllı insan da ən azı bir dəfə anlaşılmaz həyəcan

içində fövqəl-təbiiliyə inanmaq məcburiyyətində qalaraq,

beyninin bunun sadəcə hadisə oyunu olduğu fikrini

rədd etdiyi heyrətamiz təsadüflə qarşılaşıb. Bu cür təəssüratları

(bəhs etdiyim anlaşılmaz inanc heç vaxt bir fikrə çevrilə

bilmir) təsadüf doktrinasından (xüsusi addan istifadə edirik)

qaçmaq və ya ehtimal nəzəriyyəsindən yayınmaq kimi nadir

hallarda yatıra bilirsən. Axı bu nəzəriyyə məğzinə görə sırf

riyazidir: beləliklə də ortada paradoks yaranır – elmin bizə

verdiyi xeyli ciddi və dəqiq anlamlara zehni fərziyyələr sahəsində

yetişə bilmədiyimiz kölgə və kabuslar əlavə olunur.

İndi açıqlayacağım xronoloji ardıcıllıqla alınan bu inanılmaz

məlumatlar ilk növbədə qeyri-adi təsadüflərə uyğun

gəlir, sonra isə bütün oxucular, şübhəsiz ki, bu yaxınlarda

Nyu-Yorkda baş vermiş Mari Sesiliya Rocersin qətli barədə

öyrənəcəklər.

Bir il qabaq “Morq küçəsində qətl” adlandırılmış yazıda

dostum Ogüst Düpenin diqqətəlayiq məxsusi düşüncələrini

yazmağa cəhd eləyəndə yenidən bu mövzuya qayıdacağım

heç ağlıma da gəlməzdi. Məqsədim məhz bunu təsvir

etmək idi və bu təsvirlər Düpenin xüsusi istedadını aşkara

çıxara bilən qəribə hadisələr zənciri haqqındakı hekayədə öz

əksini tapmışdı. Mən başqa misallar da çəkə bilərdim, amma

onlar artıq sübut olunmuş faktlardan başqa heç nə göstərmir.

Hərçənd, bu yaxınlarda baş vermiş hadisələrin qəribə döngəsi

bir sıra məcburi etiraflarla üstünü örtə biləcəyimiz yeni

təfərrüatlar kəşf etməyimə səbəb oldu. Əgər bu yaxınlarda

eşitdiklərim olmasaydı, bəlkə də, əvvəllər eşidib gördüklərim

haqda hələ də susmağım qəribə görünərdi.

Madam Lyespanye və qızının faciəvi ölümünün sirlərini

aşkara çıxaran cəngavər bütün bunları başından atıb,

7

ənənəvi melanxolik düşüncələrə qərq oldu. Onun əhval-ruhiyyəsi

mənim özünəqapanmaya meyilliliyimlə tamamilə

uzlaşırdı, əvvəlki kimi, şəhərətrafı Sen-Jermendəki sakit sığınacağımıza

çəkilib gələcəyimizi taleyin ümidinə buraxmış və

ətrafımızdakı darıxdırıcı dünyadan yuxular yaradaraq özümüzü

indiki zamanın ixtiyarına vermişdik.

Amma bu yuxular zaman ötdükcə dağılırdı. Dostumun

Morq küçəsindəki dramada oynadığı rolun Paris polisinin

diqqətini çəkməsini təsəvvür etmək çətin deyil. Düpenin adı

onun agentlərinin dilinin əzbərinə çevrilmişdi. O, sirri açdığı

sadə mülahizələr zəncirini məndən başqa heç kimə (hətta

məmura da) izah etməmişdi. Ona görə də ilk təcrübyə əsaslanan

bu hadisə əsil möcüzə kimi görünürdü və cəngavərin

analitik istedadı ona xəyalpərəstlik şöhrəti gətirmişdi. Əgər

o, maraqdan irəli gələn sorğu-suala tam səmimiyyətilə cavab

versəydi, onda bu azdırıcı manevrlər tezliklə hər kəsə

bəyan olardı. Lakin onun daxili ətaləti nə olur-olsun, çoxdan

gözündən düşmüş mövzuya qayıtmağa imkan vermirdi. Elə

buna görə də polisin nəzərləri tez-tez onun üzərində dayanır,

məmurlarsa təkrar-təkrar onun xidmətindən istifadə etməyə

can atırdılar. Bu cəhdlərdən kifayət qədər gözə dəyəni Mari

Roje adlı gənc qızın qətli ilə bağlı hadisəydi.

Bu hadisə Morq küçəsindəki tükürpədici qətldən iki

il sonra baş vermişdi. Mari (onun adıyla soyadının bədbəxt

siqar satıcısının adıyla tamamilə səsləşməsi gözə girir) dul

qadın Estella Rojenin yeganə övladı idi. Hələ körpə olanda

atası vəfat etmişdi və sözügedən qətlin lap son səhərinə

kimi o, anasıyla birgə Pave-Sent-Andre küçəsində yaşayırdı:

Madam Roje ev kirayələmiş, Mari isə işlərində anasına

kömək edirdi. Marinin iyirmi iki yaşı olana qədər belə davam

etmişdi. Onda da qızın nadir gözəlliyi Pale-Royalın aşağı

mərtəbəsində dükan kirayələmiş, öz müştəriləri arasında

bu məhəllənin dolub-daşdığı asan pul qazanmaq istəyənlərin

ən yekəsi kimi qiymətləndirilən əttarın diqqətini cəlb elə-

8

di. Müsyö Leblan lap yaxşı başa düşürdü ki, gözəlçə Marinin

onun dükanında olması xeyli gəlir gətirə bilər. Beləliklə,

onun səxavətli vədləri qızın ağlını başından aldı, amma anası

bu məsələyə əməlli-başlı tərəddüdlə yanaşırdı.

Əttarın ümidləri doğruldu və onun dükanı gözəl qızın

cazibəsinə görə əhəmiyyətli ad-san qazandı. Mari pərəstişkarlarını

böyük çaşqınlığa salaraq dükandan yoxa çıxanda

müsyö Leblanın yanında artıq yarım ildir işləyirdi. Leblan

qızın yoxluğunu necə izah edəcəyini bilmirdi, madam Roje

isə həyəcan və tələşdan özünü itirmişdi. Məsələ qəzetlərə verildi,

polis artıq ciddi axtarışlara başlamaq istəyirdi ki, günlərin

birində azacıq kədərli, amma tamamilə sağ-salamat olan

Mari iş yerində peyda oldu. Əlbəttə, rəsmi axtarış təcili təxirə

salındı, müsyö Leblan əvvəlki kimi məsələdən xəbərsiz olduğu

üçün bütün sorğu-sualdan yayınmağa çalışdı, madam

Roje və Mari isə cavab verdi ki, qız keçən həftə kəndə bir qohumugilə

qonaq gedibmiş. Bununla da məsələ bitdi, sonrasa

yavaş-yavaş camaatın yadından çıxdı, buna qədər də qız,

görünür, zəhlətökən adamların diqqətindən yayınmaq üçün

tez-tez əttarın dükanını tərk edir və Pave-Sent-Andredə yaşayan

anasının yanına gəlirdi.

Marinin anasının yanına qayıtmasından təxminən üç il

sonra dostları qızın yenidən xəbər-ətərsiz yoxa çıxmasından

narahat olmağa başladılar. Qızı üç gün “gördüm” deyən olmadı.

Dördüncü gün onun cəsədini Sena çayının Sent-Andre

məhəlləsiylə üzbəüz sahilindən, Dürul keçid məntəqəsinin

qayalıqlarından tapdılar.

Bu dəhşətli qətl (bunun qətl olmasına heç kim şübhə etmirdi),

qurbanın gənc və gözəl olması və ən əsası, onun uzun

sürməyən məşhurluğu görməmişcəsinə hər şeylə maraqlanan

parislilər arasında sensassiyaya çevrildi. Yadıma bundan

başqa bir fakt sala bilmirəm ki, bu qədər ictimai və güclü narahatlığa

səbəb olsun. Bu mövzu bir neçə həftə ərzində, hətta

ən vacib siyasi hadisələri kölgədə qoyaraq günün xəbərinə

9

çevrildi. Hüquq mühafizə orqanları həmişəkindən daha artıq

gücləndirilmiş iş rejiminə keçdi. Polislərsə yorğunluqdan

daha ayaq üstdə dayana bilmirdilər.

Meyit tapılanda hamı əmindi ki, qatilin axtarışlarına

təcili başlanılması ən sürətli nəticəyə gətirəcək. Və yalnız bir

həftə keçəndən sonra qatili tapana mükafat vəd edildi, lakin

həmin məbləğ cəmi-cümlətani min frank olaraq müəyyənləşmişdi.

Onda istintaqda kifayət qədər canlanma göründü.

Çoxlu sayda müxtəlif insan nəticəsiz sorğu-suala cəlb olundu

və məsələnin çözülməsi üçün azacıq işartının belə olmaması

hadisəyə marağın günü-gündən artmasına gətirib çıxardı.

Onuncu gün vəd olunan məbləği iki dəfə artırdılar, amma

ikinci həftə ərzində də iş yerindən tərpənmədi, Parisdə aktiv

olan polisdən narazılıq isə bir neçə dəfə küçə qarşıdurmaları

ilə nəticələndi, hüquq mühafizə orqanları “qatili aşkar

edənə” və ya əgər cinayət qrup halında törədilibsə, onda “qatillərdən

birini aşkar edənə” şəxsən iyirmi min frank mükafat

təyin etdi. Bu elanda eləcə də deyilirdi ki, digər iştirakçıların

adını deyən cinayətin istənilən üzvünə tamamilə rəhm

ediləcək; eyni zamanda, yerli sakinlər şurasının bu məbləğin

üstünə on min frank əlavə edəcəyi açıqlanırdı. Beləliklə, mükafat

otuz min franka çatmışdı: qızın vəziyyətini və böyük

şəhərlərdə bu cür cinayətlərin nadir olmadığını xatırlasaq,

məbləğ kifayət qədər böyük idi.

İndi artıq heç kim şübhə eləmirdi ki, bu qətlin üstü tezliklə

açılacaq. Düzdür, iki-üç adam yenə həbs olundu, amma

onlara qarşı əsaslı dəlil tapılmadığına görə dərhal da azadlığa

buraxmağa məcbur qaldılar.

Qəribə olsa da, Düpenlə mən ictimai rəyi kifayət qədər

silkələyən bu hadisə haqda qətlin sirr pərdəsinin hələ də

aydınlanmadığı bir vaxtda – cəsədin tapılmasından üç həftə

sonra xəbər tutduq. Biz özümüzü tamamilə təcrid etmişdik:

evdən çölə çıxmır, qonaq qəbul etmir və gündəlik bizə çatdırılan

qəzetlərdəki siyasi xəbərləri oxumurduq. Mari Rojenin

10

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!