11.07.2015 Views

Kitabxanaşünaslıq və informasiya - Bakı Dövlət Universiteti

Kitabxanaşünaslıq və informasiya - Bakı Dövlət Universiteti

Kitabxanaşünaslıq və informasiya - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS
  • No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA№ 3 2010oxucuların istifadəsinə verilən əsərlərin və onların müəlliflərindən adlarını,oxucunun adını, əsərin cildini, əlyazma, yaxud çap kitabı olduğunu, əgəroxucu Şəkidən yox, başqa kənd və əyalətlərdəndirsə, həmin kəndin, yaxudəyalətin adını oxucunun adının yanında qeyd etmişdir. Oxucu istifadə üçüngötürdüyü kitabı geri, kitabxanaya qaytardıqdan sonra, Əbdülqəni Nuxəvi həminoxucunun adının üstündən xətt çəkmişdir. Əgər kitabxana dəftərində hərhansı bir oxucunun adı qaralanmayıbsa, deməli o, istifadə üçün götürdüyükitabı bir daha kitabxanaya qaytarmamışdır. Alimin yazmış olduğu kitabxanadəftərində belə hallara rast olunur.Əbdülqəni Nuxəvi kitabxanasında topladığı əlyazmaların mühafizəsinə,sistemləşdirilməsinə və təbliğinə böyük əhəmiyyət verdiyi kimi onların bərpasınada xüsusi diqqət yetirmişdir. Onun yaratdığı mənəvi sərvət xəzinəsindəolan kitabların bir qismi oxucular tərəfindən çox istifadə edildiyinə görə, digərqismi isə sabit iqlim şəraitində saxlanmadığına görə rütubətdən və təbiitəsirlərdən xarab olurdu. O, əlyazmaların bərpa edilmə üsullarını hələ gəncyaşlarından öyrənmişdir. Onun hicri 1248-ci ildə 16 yaşında ikən bərpa etdiyiəlyazma toplusu göstərir ki, o, hələ məktəbdə oxuyarkən bu sahədə müəyyəntəlim almışdır. Gənc kitabşünas bu əlyazmanın ayrı-ayrı vərəqlərini və mətnlərinisəliqə ilə bərpa edərək, vərəqlərin dağılmış hissələrini kəsib, oraya yenikağız parçaları əlavə etmiş və imkan daxilində qədim mətni saxlamağa çalışmışdır.Bərpası mümkün olmayan, həddindən artıq çox xarab olmuş vərəqələriisə yeniləri ilə əvəz edərək, mətni olduğu kimi yeni salınmış vərəqə yazmışdır.Alim bərpa zamanı əvvəlki mətnin haşıyələrində olan qeydləri kənarlarınayazmağı unutmamışdır. Onun hicri 1261-ci (1845) ildə bərpa etdiyi orta əsrAzərbaycan tərcümə ədəbiyyatının ən dəyərli nüminələrindən biri olan Məqsudinin«Möcüznamə» mənzum əsərinin əlyazması xüsusilə diqqəti cəlb edir.Tərcümə abidəsinin bu əlyazması alimə çox pis vəziyyətdə gəlib çatmışdır.Əlyazmanın cildi və vərəqlərinin bir qismi rütubətdən və mikroorqanizmlərintəsirindən, eləcə də fizioloji təsirdən tələf olmuşdur. Bir sıra vərəqlər isə tamamilədağılıb tökülmüşdür. Nisbətən salamat olan vərəqlərin haşiyələrini bərpaedərək, mətn olan hissələrinə toxunmamışdır. Hətta o, ancaq bir parçası salamatqalmış vərəqi bərpa edərkən, həmin parçanı ayırmayaraq, qədim nüsxədəsaxlamışdır. Bununla da alim qədim nüsxəni imkan daxilində mühafizə edib,olduğu kimi müasir oxuculara çatdırmağa çalışmışdır. Əlyazmanın cild qabıqlarınınxarab olmuş kənarlarını və bükülən hissələrini dəri ilə haşiyələrək,bərpa etmişdir. O, əlyazmanın cildi və kağızı ilə yanaşı onun mətnini də diqqətləbərpa etmişdir. Əlyazmanın tamam xarab olub düşmüş vərəqlərini yenisiilə əvəz edərək, mətnin həmin hissəsini yazmışdı. Alim hər hansı bir əsərincild və vərəqlərini bərpa etdikdən sonra, onun mətnini əsərin digər nüsxələriilə müqayisəli surətdə bərpa etmişdir. O, əsərin mətnini tam şəkildə öyrənərək,orada olan katib xətalarını izah etmiş və ancaq bundan sonra əsərin bərpa61

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!