11.07.2015 Views

Kitabxanaşünaslıq və informasiya - Bakı Dövlət Universiteti

Kitabxanaşünaslıq və informasiya - Bakı Dövlət Universiteti

Kitabxanaşünaslıq və informasiya - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA№ 3 2010Heydər Əliyev tərəfindən Azərbaycan kəndində aqrar islahatı həyatakeçirmək üçün imzalanmış qanunlar və fərmanlar aqrar islahatların qəbulunuəsaslandırmışdır.1999-cu ildə prezident xüsusi fərmanla “1999-2000-ci illərdəAzərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatındasahibkarlığın inkişafına kömək göstərilməsinə dair dövlət proqramınıtəsdiq etdi. Bu proqram kənddə özəlləşdirmənin həyata keçirilməsinə böyüktəkan verdi. Nəticədə kəndlilər əldə etdikləri torpaqdan daha səmərəli istifadəetmək üçün öz məqsədlərinə uyğun istifadə etməyə başladılar. İstifadəsizqalan ənənəvi təsərrüfat formalarına (üzümlük, zəfəran, zeytun bağları)isə investisiya qoyuluşu vacib xarakter aldı. Çünki bu kənd təsərrüfatını təminedən və ölkəyə xarici kapitalın axınına zəmin yaradan amildir. Bu məqsədləxarici ölkələrdən gətirilmiş yeni üzüm sortlarının yetişdirilməsi məqsədiləinvestisiya yatırılmış, müəyyən nailiyyətlər əldə edilmişdir. Bu da öz növbəsindəölkədə üzümçülüyün inkişafına, bu sahə üzrə tədqiqatın güclənməsinəvə bunıın nəticəsi olaraq yeni nəşrlərin meydana gəlməsinə, kitabxanada busahə üzrə ədəbiyyatın və xidmətin təkmilləşdirilməsinə səbəb olmuşdur.Ümummilli lider Heydər Əliyevin kənd təsərrüfatı sahəsində atdığıuğurlu addımları davamı hazırda İlham Əliyevin siyasətində öz əksini tapır.Bunun bariz nümunəsi kimi 23 oktyabr 2004-cu il tarixli “Aqrar bölmədəlizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 yanvar2007-ci ildə” kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyihaqqında” sərəncamları müsbət qiymətləndirilməlidir. Sonuncu sərəncamdövlət büdcəsində kənd təsərrüfatına subsidiyaların verilməsi ilə bağlı mühümmərhələnin başlanğıcı olmuşdur .Dövlətin bu sahədə yürütdüyü uğurlu siyasətin nəticəsidir ki, kənd təsərrüfatısahəsi üzrə yeni proqramlar, layihələr həyata keçirilir. 2004-cu ilin sentyabrındaAzərbaycan hökuməti və Dünya Bankı tərəfindən imzalanmış Kəndİnvestisiya lahiyəsi Sosial infrastrukturu yaxşılaşdırmaq məqsədilə həyatakeçirilir. Əsas vəzifə rayonların iqtisadi potensialından səmərəli istifadəetmək, yerlərdə sahibkarlığı gücləndirmək, iqtisadiyyatın dinamik inkişafınanail olmaqdır. Əldə olunan uğurların başlıca səbəbi Kənd Təsərrüfatı Nazirliyininyerli təşkilatları ilə sıx iş birliyinin yaradılması, layihənin icrası zamanıkənd təsərrüfatı mütəxəsislərinin məsləhətlərinə düzgün əməl edilməsidir.Səmərəli dövlət tənzimləmələri və kənd təsərrüfatının çoxfunksiyalılığıkənd təsərrüfatında inqilabi dəyişmələrin əsasıdır. Kənd təsərrüfatına güclüdövlət müdaxiləsi və geniş miqyaslı tənzimləmələri zəruri edən amillər bunlardır:xarici ticarətlə əlaqədar olan amillər, ekologiya və təbiətin mühafizəsiilə əlaqədar olan amillər və s.Çoxfunksiyalılıq adı altında isə kənd təsərrüfatının funksiyaları aşağıdakışəkildə sıralanır: Ərzaq təhlükəsizliyi, kənd bölgələrinin inkişaf etdirilməsi,sosial inkişaf və bioloji funksiya. Məlumat üçün qeyd edək ki, Azər-68

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!