09.03.2019 Views

Kənan Hacı. Sonuncu dərviş (gerçək roman)

“Gerçək roman” kimi təqdim olunan bu əsər müəllifin “Yaddaş kartı” romanının davamı - ikinci hissəsi kimi yazılıb. Doğulduğu kənd, yaşadığı şəhər və bu kəndin, şəhərin onun taleyində izi, acı xatirələr, dərvişmisalı keçən ömür yarıbədii, yarısənədli dillə təsvir olunur. Əsər bəzən xəyalla gerçəkliyin qovuşub itdiyi, nələrin xəyal, nələrin gerçək olduğu bilinməyən məqamlar, hadisələrlə zəngindir. Bu əsərdə təsvir olunan keçmiş elə dərvişanə həyatın sonu deməkdir. Beləcə, “Sonuncu dərviş”in ömür hekayəsi ilə bütöv bir çevrə qapanır... Bu, xanənişin həyatın, bir epoxanın sonudur.

“Gerçək roman” kimi təqdim olunan bu əsər müəllifin “Yaddaş kartı” romanının
davamı - ikinci hissəsi kimi yazılıb. Doğulduğu kənd, yaşadığı
şəhər və bu kəndin, şəhərin onun taleyində izi, acı xatirələr, dərvişmisalı
keçən ömür yarıbədii, yarısənədli dillə təsvir olunur. Əsər bəzən xəyalla
gerçəkliyin qovuşub itdiyi, nələrin xəyal, nələrin gerçək olduğu bilinməyən
məqamlar, hadisələrlə zəngindir. Bu əsərdə təsvir olunan keçmiş
elə dərvişanə həyatın sonu deməkdir. Beləcə, “Sonuncu dərviş”in ömür
hekayəsi ilə bütöv bir çevrə qapanır... Bu, xanənişin həyatın, bir epoxanın
sonudur.

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

yatıb dincələn” Bakının qarışqa kimi qaynaşan insanları ilk

baxışda adamda elə təəssürat yaradır ki, şəhər özü tənbəl,

yatağan olsa da, sakinləri işgüzar, çalışqan, kəl kimi dözümlü

və sağlamdırlar.

Tofiq Quliyevin “Bakı haqqında mahnı”sını heç vaxt sonacan

dinləyə bilmirəm. Mənə elə gəlir ki, bu mahnı Bakının

yuxudan ayılıb özünə kənardan baxmasına mane olur.

Bakının dünyanın bütün ziddiyyətlərini özündə birləşdirən

bir nöqtəsi var. Bura “Zavağzalnı” deyirlər. Keçmiş

əyyamlarda erməni lotuları burada yerləşən kafedə donuz

kababı çəkərdilər. İndi o kafenin yerində “Şuşa” restoranı tikiblər,

kababçılar da özümüzünkülərdir. İldə-ayda bir Şuşa

yadlarına düşə, ya düşməyə... Biz itirdiyimiz torpaqların adlarını

Bakıda şadlıq saraylarına vermişik, içində düd deyincə

yeyib-içib köpüklü sağlıqlar demişik, “Yanıq Kərəmi”yə qol

götürüb oynamışıq və... qusub- batırmışıq oraları...

Vağzalın üstündəki “Qarabağ” mehmanxanasının da

axırına çıxdıq. Bu yer indi axşamlar vahimə doğurur və buranın

hüznlü proyeksiyası çoxlarına Qarabağın özündən daha

maraqlı görünür. Bakını göydələnlərlə fəth etmək istəyirlər.

Bir vaxtlar Bakının yaraşığı olan “Xruşşovka”lara elə bu səbəbdən

ölüm hökmü kəsildi.

Belə bir ideya təbii ki, rəhmətlik Xruşşovun öz ağlına

gələ bilməzdi. Onun xaricdə görüb bəyəndiyi panellərdən

tikilmiş kütləvi beşmərtəbə massivləri sonralar SSRİ-ni də

ağuşuna aldı. O vaxtlar bu tipli tikililər Parisin fəhlələr yaşayan

məhəllələrində kifayət qədər idi və onların istismar

müddəti də çox az idi. Elə Bakının özündə də təzə tikilən bu

binalara “vremyanka” deyirdilər. İndi bu binaların da axırı

çatıb, tarix geniş ağzını açıb onları udmağa hazırlaşır.

Biz inqilabi romantikanın gerçəkliyin qart sifətinə çırpılan

dalğalarında nələr görmədik? M.S.Ordubadinin təsvir etdiyi

gizli Bakı hələ də bizim üçün gizli olaraq qalır və yəqin

ki, bundan sonra da belə qalacaq. Biz heç bu günümüzün

gizli Bakısına, pərdə arxasındakı Bakıya rəhmətlik Ordubadi

qədər bələd deyilik.

8

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!