09.03.2019 Views

Kənan Hacı. Sonuncu dərviş (gerçək roman)

“Gerçək roman” kimi təqdim olunan bu əsər müəllifin “Yaddaş kartı” romanının davamı - ikinci hissəsi kimi yazılıb. Doğulduğu kənd, yaşadığı şəhər və bu kəndin, şəhərin onun taleyində izi, acı xatirələr, dərvişmisalı keçən ömür yarıbədii, yarısənədli dillə təsvir olunur. Əsər bəzən xəyalla gerçəkliyin qovuşub itdiyi, nələrin xəyal, nələrin gerçək olduğu bilinməyən məqamlar, hadisələrlə zəngindir. Bu əsərdə təsvir olunan keçmiş elə dərvişanə həyatın sonu deməkdir. Beləcə, “Sonuncu dərviş”in ömür hekayəsi ilə bütöv bir çevrə qapanır... Bu, xanənişin həyatın, bir epoxanın sonudur.

“Gerçək roman” kimi təqdim olunan bu əsər müəllifin “Yaddaş kartı” romanının
davamı - ikinci hissəsi kimi yazılıb. Doğulduğu kənd, yaşadığı
şəhər və bu kəndin, şəhərin onun taleyində izi, acı xatirələr, dərvişmisalı
keçən ömür yarıbədii, yarısənədli dillə təsvir olunur. Əsər bəzən xəyalla
gerçəkliyin qovuşub itdiyi, nələrin xəyal, nələrin gerçək olduğu bilinməyən
məqamlar, hadisələrlə zəngindir. Bu əsərdə təsvir olunan keçmiş
elə dərvişanə həyatın sonu deməkdir. Beləcə, “Sonuncu dərviş”in ömür
hekayəsi ilə bütöv bir çevrə qapanır... Bu, xanənişin həyatın, bir epoxanın
sonudur.

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

anda gerçəyin təhrif olunduğunu anlayırdım, amma gerçəyi

tam ifadə etmək mümkünsüzdürsə, başqa yol qalmır. Bəzən

bu hadisələrin hansının gerçək, hansının uydurma olduğunu

ayırd etməkdə çətinlik çəkirdim. Uzaq keçmişdə qalmış

hadisənin bəzi məqamlarını dəqiqləşdirmək üçün yaxın qohumlardan

biriylə söhbət etdim, qəribədir, o, həmin hadisəni

mənim yadımda qalandan tamamilə fərqli formada xatırladı

və onun dediklərinin dəqiq olduğunu əminliklə vurğuladı.

Görəsən, mənim yaddaşımda o əhvalat niyə başqa biçimdə

qalıbmış? Yoxsa zaman bizdən xəbərsiz hadisələri kollaj

edir? Çox vaxt söhbət əsnasında keçmişlə bağlı əhvalatları

xatırlayanda adları, məkanları belə qarışıq salırıq, hətta mübahisə

etməkdən belə çəkinmirik. Bəlkə, elə qarşı tərəf də

hansısa məqamda yanlışa yol verir?

Hə, yaddaş olduqca mürəkkəb mexanizmdir. Kompüter

yaddaşının tutumu olduğu kimi, insan yaddaşının da ölçüsü

var. Alimlər müəyyən edib ki, beynin sağ və sol yarısı quş

qanadına bənzəyir. Sağ hissə məlumatı həkk edir, sol hissə

isə xəyal gücü və romantik əlaqələr üçün istifadə olunur.

Demək, yaddaş qutusu insan beyninin sağ yarımkürəsində

yerləşir. Çox qəribədir ki, biz yaddaş qutusuna yığılan keçmişi

beynin sol yarımkürəsində yerləşən xəyalın gücüylə yenidən

canlandıra bilirik. Biz informasiya əsrində yaşayırıq və

yaddaşımız həddən artıq yüklənmiş vəziyyətdədir. Beynimiz

hər gün onlarla informasiya qəbul edir və sözsüz ki, yaddaş

bu informasiyaları özündə saxlaya bilmir. Deyilənə görə, Avropa

alimləri müasir texnologiyaların köməyi ilə insan yaddaşının

yaxşılaşmasına şərait yaradan yeni proqram hazırlayıblar.

Əslində, zəifləyən insan yaddaşı deyil, gün ərzində

sel kimi axıb gələn informasiyanı yaddaşa təzyiq göstərməkdədir.

Texnologiya nə qədər inkişaf etsə də, insanın təbii yaranışına

hansısa detalı əlavə edə bilməz. Texnologiya yalnız

robot yarada bilir, robotunsa yaddaşı olmur.

Bu kitab hansı zərurətdən yarandı? Söz və rəsm yaddaşı

maddiləşdirən yeganə üsullardır. Biz keçmişi yalnız sözlər

və rəsmlər, şəkillər, filmlər vasitəsilə “geri” qaytara bilirik.

4

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!