09.03.2019 Views

Kənan Hacı. Sonuncu dərviş (gerçək roman)

“Gerçək roman” kimi təqdim olunan bu əsər müəllifin “Yaddaş kartı” romanının davamı - ikinci hissəsi kimi yazılıb. Doğulduğu kənd, yaşadığı şəhər və bu kəndin, şəhərin onun taleyində izi, acı xatirələr, dərvişmisalı keçən ömür yarıbədii, yarısənədli dillə təsvir olunur. Əsər bəzən xəyalla gerçəkliyin qovuşub itdiyi, nələrin xəyal, nələrin gerçək olduğu bilinməyən məqamlar, hadisələrlə zəngindir. Bu əsərdə təsvir olunan keçmiş elə dərvişanə həyatın sonu deməkdir. Beləcə, “Sonuncu dərviş”in ömür hekayəsi ilə bütöv bir çevrə qapanır... Bu, xanənişin həyatın, bir epoxanın sonudur.

“Gerçək roman” kimi təqdim olunan bu əsər müəllifin “Yaddaş kartı” romanının
davamı - ikinci hissəsi kimi yazılıb. Doğulduğu kənd, yaşadığı
şəhər və bu kəndin, şəhərin onun taleyində izi, acı xatirələr, dərvişmisalı
keçən ömür yarıbədii, yarısənədli dillə təsvir olunur. Əsər bəzən xəyalla
gerçəkliyin qovuşub itdiyi, nələrin xəyal, nələrin gerçək olduğu bilinməyən
məqamlar, hadisələrlə zəngindir. Bu əsərdə təsvir olunan keçmiş
elə dərvişanə həyatın sonu deməkdir. Beləcə, “Sonuncu dərviş”in ömür
hekayəsi ilə bütöv bir çevrə qapanır... Bu, xanənişin həyatın, bir epoxanın
sonudur.

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

leyimdə iz buraxmış insanlar, başıma gələn qəzavü-qədərin

inanılmaz oyunları bu kitabda öz əksini tapıb. Həm yaşadıqlarımı,

həm də yaşamaq istədiklərimi yazmışam. Bu kitab taleyimin

kitabıdır.

Tut ağacının altından görünən Bakı

Sovet dövründə Bakı çoxmillətli şəhər olub, müxtəlif

millətlərin nümayəndələri bu şəhərdə əmniyyət içində yaşayıblar

və şəhərin ruhuna ekzotik elementlər əlavə ediblər.

İndi Bakı meqapolis şəhərə çevrilib, amma mən köhnə Bakı

üçün çox darıxıram və bu nostalji son dərəcə təbiidir. Çünki

mənim uşaqlığım Bakı kəndində keçib, o kəndin dənizi, çay

daşından hörülmüş alçaq hasarları, həsir oturacaqları, yelləncəkləri,

qumsallıq, əncir, üzüm bağları üçün burnumun

ucu göynəyir. Ən çox da məhləmizdəki qollu-budaqlı, iri tut

ağacı tez-tez yuxularıma gəlir. Hər dəfə Aygün Bəylərin ifasında

“Tut ağacı” mahnısı səslənəndə uşaqlığım kino lenti

kimi gözümün önündən keçir. Xatırladım ki, o mahnının klipi

bizim kənddə, Buzovnada çəkilib.

Yadıma gəlir, sübhün alatoranında yuxudan oyanıb tut

ağacının başına çıxırdım, acqarına doyunca tut yeyib aşağı

enirdim. İndinin özündə də o ağacın gövdəsindəki ayaq

yerlərini xatırlayıram, o yerlərə ayağını qoyub çox rahatlıqla

ağacın kəlləsinə çıxmaq olurdu. Tut ağacı mənim üçün bizim

kəndin simvoludur, bu ağac haqqında ayrıca bir hekayə də

yazmışam, “Fironun dəftəri” romanında onunla bağlı geniş

təsvirlər var. Yay gecələrində məhəllə camaatı o ağacın altına

yığılırdı, samovar qaynadırdılar, nərd atırdılar, söhbət gecədən

keçənə qədər uzanırdı. Bu ağacın altında o qədər maraqlı

əhvalatlar baş verirdi ki, hər biri bir hekayənin mövzusudur.

O tut ağacının altı mənim üçün dünyanın ən işıqlı parçası

olaraq qalır, harda olsam da o ağacın işığı mənim içimdədir.

O retrospektiv məkanda namaz qılan qocalara bənzəyən

6

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!