25.04.2017 Views

Sağlamlıq və Rifah həyatınızı dəyişdirə biləcək sirlər

Sağlamlıq və Rifah həyatınızı dəyişdirə biləcək sirlər

Sağlamlıq və Rifah həyatınızı dəyişdirə biləcək sirlər

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sağlamlıq

və

Rifah,

həyatınızı

dəyişdirə

biləcək

sirlər

Mark Finli və Peter Ləndlesin redaktorluğu ilə

Əməkdaşlar və məsləhətçilər: Albert Ris (həkim), Əlan Həndisayds (həkim),

Bencamin Karson (neyrocərrah), Klifford Qoldsteyn (yazıçı),

Delbert Beyker (ilahiyyatçı), Dveyn MkBrayd (sosioloq), Fred Hardinq (həkim),

Katya Raynart (tibb bacısı), Mark Finli (ilahiyyatçı), Qəri Freyzer (tədqiqatçı),

Qəri Hopkins (tədqiqatçı), Peter Ləndles (həkim), Neyl Nedli (həkim).

Sağlamlıq və Rifah, həyatınızı dəyişdirə biləcək sirlər

Mark Finli və Peter Ləndlesin redaktorluğu ilə.

Bakı: Qanun Nəşriyyatı, 2014, 128 səh., t.5000

Tərcümə etdi: Ağayeva Kəmalə

Redaktor: Əhmədova Gülnarə

İlahiyyətçi ekspert: Cabbarov Elşən

Korrektor: Cabbarov İlqar

Əlaqə saxlamaq üçün:

Bakı, Yaşar Hüseynov küç. 23

Tel.: 5646514

www.adventist.az

www.bible.az

www.fb.com/bible.az

ISBN 978-9952-36-020-2

Müəlliflik hüququ © 2014

Review and Herald ® Nəşriyyat Birliyi

© Qanun Nəşriyyatı, 2015

Mündəricat

Ön söz. Nə üçün bu kitab sizə lazımdır....................................... 5

Fəsil 1. Daha yaxşı bir şey üçün nəzərdə tutulmuşdur ............... 15

Fəsil 2. Ömürlük qidalanma rejimi ............................................. 24

Fəsil 3. Siz risk qarşısındasınız?................................................... 34

Fəsil 4. Həyat üçün yararlı........................................................... 45

Fəsil 5. Sağlam münasibətlər...................................................... 55

Fəsil 6. Siz nəyi fikirləşirsinizsə, osunuz...................................... 63

Fəsil 7. Depressiyadan da keçən ümid........................................ 74

Fəsil 8. Azad olmaq..................................................................... 84

Fəsil 9. Geriyə tullanmaq............................................................ 96

Fəsil 10. İstirahətsizliyimiz üçün istirahət.................................. 102

Fəsil 11. İnamın şəfaverici gücü................................................ 111

Yekun. Maksimum sağlamlıq................................................ 121

3

Ön söz

Nə üçün bu kitab sizə lazımdır

Sağlam seçimlər sağlam həyata aparır:

yaşamağı seçin!

Müasir dövrdə 100 təsdiqlənmiş ən yaşlı insanların yaşı

113-dən 122-yə qədərdir. 1 2014-cü ilin əvvəlində bu

uzunömürlülərdən yalnız altısı sağ idi, lakin yaxın gələcəkdə

bir çox başqaları da üzə çıxa bilər. Təbabət qarşıdan gələn

on illiklər ərzində insan ömrünün uzunluğunu əhəmiyyətli

dərəcədə artırmaq vədi verir. Ona qədər siz daha uzun və daha

yaxşı yaşamaq üçün öz öhdəmizə düşəni edə bilərsiniz. Əkizlər

üzərində aparılmış tədqiqatlar insanın ömrünün uzunluğunun

20-30 faizə qədər genlərdən asılı olduğunu qeyd etsə də, bir

çox başqa tədqiqatlar göstərmişdir ki, uzun ömürlülük daha çox

həyat tərzindən asılıdır. 2

Müasir təbabət insanın sağlamlığını yaxşılaşdırmaq üçün

inkişaf etmiş texnika yaratmışdır. Lakin göstəriciləri bilən heç

kəs deyə bilməz ki, döyüş udulmuşdur. Sağlamlığa can atmaq

hər bir hökumət və hər bir insan üçün gündəlik problemdir.

Rəqəmləri xoşlayırsınızsa, bir neçə fakta nəzər salın:

5

Sağlamlıq və Rifah

6

• 2015-ci il üçün təxmin edilən qlobal səhiyyə xidməti

bazarı 3 trilyon dollar idi ki, bu da sağlamlıq xidməti

müəssisələrini dünya iqtisadiyyatında ən geniş

bölmələrdən biri edir. Daha çox inkişaf edən ölkələrdə

sağlamlıq xidməti ümumi daxili məhsulun 10 faizdən

çoxunu tutur.

Qlobal əczaçılıq bazarı ildə 300 milyard dollardan artıqdır.

On ən geniş dərman şirkətləri (altısı Birləşmiş Ştatlarda,

dördü Avropada) il ərzində 10 milyarddan çox dərman satır

və mənfəəti təxminən 30 faizdir. Digər tərəfdən yeni dərman

hazırlamağın dəyəri 1.3 milyardı keçə bilər. 3

• Ümumdünya Səhiyyə Təşkilatına görə bütün dünyada

2006-cı ildə 59 milyondan çox tibb işçisi var idi, bura 9.2

milyon həkim, 19.4 milyon tibb bacısı və mamaça, 1.9

milyon stomatoloq və stomatologiya sahəsində işləyən

işçilər, 2.6 milyon əczaçı və bu sahədə digər işçilər və

1.3 milyondan artıq icma səhiyyə işçiləri daxildir. Bu

rəqəmlər bu gün daha böyük olmuş olar. Lakin bununla

belə, 4 milyondan çox həkim, tibb bacısı, mamaça və

digərlərinə ehtiyac var idi. 4

• Lazımsız yerə əziyyət çəkmək hələ də dünyada böyük

problemdir, çünki hazırda ağrıkəsicilər də daxil olmaqla,

palliativ (yüngülləşdirici) köməyə ehtiyacı olan hər on

nəfərdən yalnız biri bu köməyi alır. 5

• Tək Birləşmiş Ştatların özündə Corctaun Universitetinin

təhsil və İşçi Qüvvəsi Mərkəzinin tədqiqatına görə,

təxmin edilmişdir ki, 2020-ci ilə kimi artan ehtiyacı ödəmək

üçün səhiyyə sahəsində 5.6 milyon yeni iş yerləri

yaradılmalıdır. 6

• Bu günün böyük çətinliklərindən biri cəmiyyətin yaşlaşmasıdır.

Qlobal əhali qocalır. Proqnozlaşdırmalara görə,

2050-ci ilə qədər 60 yaşından yuxarı olan əhalinin nisbəti

Nə üçün bu kitab sizə lazımdır

inkişaf etmiş ölkələrdə bugünkü 21 faizdən 32 faizə qalxacaq,

az inkişaf edən ölkələrdə isə bu nisbət 8 faizdən

20 faizə qalxacaq. 7

Sağlamlıq həm varlıların, həm də kasıbların arzusudur.

Məşhur sinir cərrahı Dr. Ben Karson belə yazır: “Mən Con

Hopkinsdə internada olan zaman palatalarda olan xəstələrin

kalibrinə heyran qalırdım. Orada bir çox dövlət başçıları, zadəgan

ailələrindən olanlar və bir çox böyük təşkilat başçıları var idi.

Onların əksəriyyəti dəhşətli xəstəliklərdən ölürdülər və böyük

məmnuniyyətlə sağlamlıqları üçün bütün titullarını, axırıncı

qəpiklərini verərdilər. Bu, doğrudan da, həyatda həqiqətən

nəyin vacib olduğunu göstərir”.

Əslində, sağlamlıq olmadan bir çox başqa şeylər heç vacib

deyil. Bu səbəbdən, sağlamlığımızın qorunmasına böyük diqqət

verməliyik, yalnız nə isə bir təhlükə olan zaman narahat

olmalı deyilik. Biz sağlamlıq haqqında danışanda yalnız fiziki

göstəricilər haqqında deyil, əqli və ruhlu cəhətlər haqqında da

düşünməliyik. Bizim vəzifəmiz öz həyatımızda və dünyada hər

bir kəsin həyatında bu üç cəhətin hər birini optimallaşdırmaqdır.

“Bir həkim kimi mən fiziki və emosional sağlamlığın bərpa

olunması ilə əlaqədar sevincin çox şahidi olmuşam”, Dr. Karson

qeyd edir, “lakin bu, ruhlu sağlamlıqla bağlı olan əbədi sevinclə

müqayisədə çox kiçikdir”.

Dünya elə mürəkkəb, təhlükəli və xəstə bir yerə çevrilib

ki, yaxşı seçimlər etmək həmişə olduğundan daha vacibdir.

Problemləri azaltmaq və ya qarşısını almaq daha təhlükəsiz və

daha dolğun həyata malik olmağın ən yaxşı yoludur. Burada bu

kitabın verdiyi dərs yerinə düşür, hansı ki, kitabın məqsədi insanlara

öz həyat keyfiyyətlərini yaxşılaşdırmaqda kömək etməkdir.

Çox güman ki, daha uzun, daha sağlam və daha xoşbəxt həyat

arzusunda olduğunuz üçün bu kitabı oxumağa başlamısız. Bu,

nəcib bir məqsəddir, çünki siz əbədi yaşamaq üçün yaranmısız.

7

Sağlamlıq və Rifah

Burada verilən prinsip və məsləhətlərə əməl etsəniz, bu arzunuza

çata bilərsiniz. Siz yaxşı yaşamağa və xoşbəxt olmağa layiqsiniz.

Bundan əlavə biz ilk baxışdan görünə biləcəyindən daha

dəyərliyik. Məsələn, insan bədəninə baxaq. Tədqiqatçılar bədən

üzvlərimizin kimyəvi dəyərini toplayanda belə qərara gələ

bilərlər ki, dəyərimiz elə də çox deyil. Buna baxmayaraq, Simli

(Wired) jurnalı təxmin edir ki, əgər ürək, ağ ciyər, böyrək, DNT

və sümük iliyimizin dəyərini nəzərə alsaq, hərəmiz 45 milyon

dollar dəyərində olarıq.

Şüurlu, düşüncəli, yaşayan və sevmək və həyatın ən böyük

sevinclərindən həzz almaq kimi böyük qabiliyyətlərə malik olan

insan varlığı kimi, siz 45 milyon dollardan daha dəyərlisiniz və

bu kitab da elə bunun haqqındadır. Siz həyatın dəyişdirmək

potensialı olan tapıntılar yoluna qədəm basırsınız. Hər fəsildə

tapa biləcəyiniz daha yaxşı yaşamaq prinsipləri və praktik həyat

tərzi məsləhətləri həyatınızın keyfiyyətində əsl dəyişiklik edə

bilər. Həyatınızı dolğun yaşaya və maksimum dərəcədə sevinc

aşkar edə bilərsiniz.

Bu səhifələri oxuduqca və öz şəxsi sağlamlığınızı nəzərə

aldıqca görəcəksiniz ki, həyatda ən böyük xoşbəxtliyi əldə

etmək üçün yəqin ki, bəzi müsbət addımları atmalısınız. Lakin

özünüzü bir neçə dəyişikliklərlə yormaqdansa, əvvəldə bir neçə

kiçik addımlar atmağı seçin. Məsələn, idmanı artırmaqda və

qida rejiminizdə şəkərin və rafinə olunmuş qidaların miqdarını

azaltmaqda və ya daha çox istirahət etməkdə uğur qazandıqca,

daha qətiyyətli olacaqsız və sağlam seçim etmək qabiliyyətiniz

daha güclü olacaq.

Yaxşı sağlamlıq hamımızın arzusudur, lakin təəssüf ki, bir çox

insanlar yalnız onu itirdikdən sonra onun dəyərini və qiymətini

anlayır! Burada tez yaddan çıxan, tələsik yazılmız bir neçə qərar

deyil, sağlamlığınızı və həyat tərzinizi diqqətlə qiymətləndirmək

8

Nə üçün bu kitab sizə lazımdır

imkanınız var. Həyatdan hər tərəfli ən yaxşı şeyləri aldığınızı hiss

edirsinizmi? Bu yaxınlarda ümumi sağlamlığınızı, fiziki, əqli, sosial

və ruhlu cəhətləri də nəzərə almaqla yoxlamısınızmı?

Elə fikirləşə bilərsiniz ki, gündəlik yemək, işləmək və yatmaq

rejiminə düzgün əməl edirsiz. Lakin əsl keyfiyyətli həyat

yaşayırsınızmı? Heç nə vaxtsa fikirləşmisinizmi ki, həyatda

hazırda yaşadığınızdan daha yaxşı şeylər var?

Tibdə proqres

İyirminci əsrdə fiziologiya və xəstəlik proseslərini daha

yaxşı başa düşdükcə, tibb elmi sağlamlığın yaxşılaşdırılması

istiqamətində böyük addımlar atdı. Sanitariyanın yaxşılaşması,

tullantıların atılması və icmalara təmiz suyun çəkilməsi kimi ictimai

səhiyyə ölçüləri milyonlarla insanların həyatının keyfiyyətini

və uzunluğuna müsbət mənada təsir etmişdir. Peyvənd və

immunizasiyanın inkişafı – İnfeksion xəstəliklərin qarşısının

alınmasında ən səmərəli yollardan biri – İyirminci əsrin axırlarına

yaxın çiçək xəstəliyini tamamilə aradan götürdü və poliomielit

və difteriya xəstəliklərin sayını çox azaltdı. Peyvəndlər sayəsində

qızılca, parotit, məxmərək, tetanus və difteriya xəstəlikləri 90

faiz azalmışdır.

İnfeksion və yoluxucu xəstəliklər – bakteriya, virus, göbələk

və parazitlər (məsələn, vərəm, malyariya və hepatit) – bütün

dünyada əhəmiyyətli dərəcədə problemlər törətməkdədir.

Yalnız 2011-ci ildə İİV və QİÇS səbəbindən 1.7 milyon insan

dünyasını dəyişib. Bununla belə, yenə də səhiyyədəki böyük

irəliləyişləri qiymətləndirməyə bilmərik.

Təəssüf ki, təbabətdə bu cür irəliləyişlərin digər tərəfi də var.

Dünya hökumətləri və ictimai səhiyyə üzrə mütəxəssislər infeksion

(və ya yoluxucu) xəstəliklərin müalicəsi, idarə olunması

və aradan çıxarılması üzərində diqqətlərini cəmlədikləri vaxt

9

Sağlamlıq və Rifah

qeyri – yoluxucu və ya həyat tərzi ilə əlaqədar olan xəstəliklər

artmışdır. Bu gün bu cür qeyri-yoluxucu xəstəliklər bütün dünya

cəmiyyətlərində – inkişaf etmiş və ya inkişaf etməkdə olan,

zəngin və ya kasıb – kök salmışdır. Onlar əsasən həyat tərzi ilə

əlaqəlidirlər və bizim sağlamlığımıza, xoşbəxtliyimizə və uzun

ömürlülüyümüzə böyük təhlükə yaradırlar. Çox güman ki, sizə

yaxın olan kimsə xərçəng, ürək xəstəlikləri, beynə qan sızma,

şəkər xəstəliyi və ya tənəffüs yollarının xroniki xəstəlikləri

səbəbindən dünyasını dəyişmişdir.

10

Sİzİn sağlamlıq probleminiz nədir?

Ola bilər ki, indiyə kimi özünüzü yaxşı hiss edəsiniz, çünki

siqaret çəkmirsiz və spirtli içkilərdən istifadə etmirsiz, bəs qidalanma

rejiminiz və duz qəbulunuz necə? Yemək üçün seçdiyimiz

qidalar çox vaxt qeyri-yoluxucu xəstəliklərə səbəb olurlar.

Bu cür xəstəliklərdən olan ölümün ən azı 40 faizi doymuş və

trans yağlar, duz və şəkər (və rafinə olunmuş karbohidratlar) ilə

zəngin qidaların qəbulu səbəbindən olur. Qidalarınızı büdcəniz

daxilində ağılla və diqqətlə, rəngarəngliyi və yaxşı qida dəyərini

nəzərə almaqla seçirsinizmi? Duzun miqdarının azaldılması,

yemək paylarının ölçüsünün azaldılması və daha çox meyvətərəvəz

qəbul edilməsi sizin səhhətinizdə böyük dəyişikliklər

edə bilər. Əgər qeyri-sağlam qidalar qəbul edirsinizsə, yemək

vaxtlarınız müntəzəm deyilsə, həddən artıq duz, çoxlu miqdarda

yağ, çox rafinə olunmuş məhsullardan çox istifadə edirsinizsə və

yemək payınız böyükdürsə, o zaman bilin ki, həyat daha yaxşı

ola bilər və ona görə də bu kitab sizin üçündür.

Əlbəttə, mümkün qədər ən yaxşı sağlamlığa malik olmaq

üçün gündəlik idman ilə məşğul olmalısınız. Deyə bilərsiniz ki,

televizorda hər dəfə reklam olan vaxt divandan qalxıram ki,

yeməyə bir şey götürüm və maşını saxladığım ən yaxın yerdən

Nə üçün bu kitab sizə lazımdır

mağazaya qədər 300 metr yolu piyada gedirəm. Bəs sizin

müntəzəm planlaşdırılmış, sistemli idman proqramınız varmı?

Tibb mütəxəssisləri gündəlik 10 000 addım atmağı məsləhət

görürlər! Biz bədənimizin ən yaxşı funksiya göstərə bilməsi üçün

gündə ən azı 30 dəqiqə aktiv olmalıyıq. Əgər idman etmək üçün

çox məşğul olduğunuzdan şikayətlənirsizsə, lakin həqiqətən də

praktik, davamlı idman proqramı başlamaq istəyirsinizsə, oxumaqda

davam edin.

Şəxsi münasibətləriniz necə? Qayğısına qaldığınız dostlarınız,

öyrətdiyiniz sizdən daha cavan insanlar, kömək etdiyiniz ehtiyacda

olan şəxslər varmı? Sosial dəstək və Allaha və başqalarına

bağlılıq da sağlamlıq verir! Ola bilsin ki, həyatınızda bəzi

münasibətləri qırmısınız ki, indi bərpa olunmasına ehtiyac var.

Oxumaqda davam edin. Allahın sizin üçün planı var ki, sizin

təsəvvür edə biləcəyinizdən daha yaxşıdır.

Xoşbəxtsiniz? Oyanarkən gümrah addımlarla addımlamaq

məqsədi ilə və üzünüzdə təbəssüm oyanırsınızmı? Yoxsa həyat

çox çətinləşib? Narahat və ruhdan düşmüşsünüz? Gələcək qaran

lıq görünür? Mənasızlıq, uğursuzluq, məğlubiyyət kimi

qaranlıq fikirlərdən əziyyət çəkirsinizmi? Elmi dəlilləri araşdırdıqca

və Müqəddəs Kitabdakı hər şeyə tətbiq edilə bilən həyat

dəyişdirici prinsipləri kəşf etdikcə görəcəksiniz ki, xoşbəxt olmağın

mümkünlüyü realdır.

Məyusluğun, ürək ağrısının və sınamaların həyatımıza bəzi

vaxtlar təsir edəcəyinə demək olar ki, zəmanət verə bilərik,

çünki biz günahla dolu dünyada yaşayırıq. Lakin Allah bizim

sınamalardan böyük, çətinliklərimizdən daha qüdrətli və

problemlərimizdən daha genişdir. Biz zəif ola bilərik, lakin O güclüdür.

Qeyri-müəyyənliklə üzləşəndə Allah bizim əminliyimizdir.

Günah hissi bizi yoranda, O bizim sakitliyimiz ola bilər. Özümüzü

çaşqın hiss edəndə, O bizim müdrikliyimizdir. Sınmaz görünən

vərdişlərin zəncirləri ilə dustaq olduğumuz zaman O bizi azad

11

Sağlamlıq və Rifah

etmək üçün fövqəltəbii gücünü təklif etməyə hazır durur. Biz

özümüzü tənha hiss edərkən, O əbədi yanımızdadır.

Beləliklə, nə vaxt iflicedici narahatlıq və üzücü qorxu ilə

üzləşsək, Allahın sözləri yenə də ürəyimizə danışır: “Ey bütün

yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin,

Mən sizə rahatlıq verərəm” (Matta 11:28). Həyatın qayğıları

dözülməz gələndə O bizi çağırır ki, “Bütün qayğı yükünüzü Ona

ötürün, çünki O sizin qayğınıza qalır” (1 Peter 5:7). Gələcək

qeyri-müəyyən görünəndə O bizə xatırladır: “Qorxma, çünki

Mən səninləyəm, Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni

qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə

Sənə dayaq olacağam” (Yeşaya 41:10).

Biz Allahda rahatlıq və gələcəyə ümid tapacağıq. Bizim

məhəbbətli, səmavi Atamız indi və bundan sonra, hətta əbədiyyətdə

də sağlamlıq və rifahın instruksiyası və yol xəritəsini

verib! Biz bir neçə on illiyi əziyyətlə başa vurub ölməkdən daha

böyük şeylər üçün yaranmışıq. Allah bizim bu gün, sabah və

əbədi olaraq zəngin həyat yaşamağımızı nəzərdə tutmuşdu.

Rəbbin sizin həyatınız üçün heyran edicidən də artıq planı

var. O, sizin həyatı bütünlüyü ilə yaşamağınızı istəyir. O istəyir

ki, siz ölçülməz dərəcədə sevinc yaşayasız. Əslində İsa demişdir:

“Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun” (Yəhya

10:10). Göyün sizin üçün planı fiziki, əqli, emosional və ruhlu

vəhdət həyatıdır.

Bu kitabdakı hər fəsil əsl həyata sərgüzəştdir. Onlarda olan

prinsipləri həyata keçirtsəniz, həyatınızda müsbət dəyişikliklər

görəcəksiniz. Sağlam seçimlərinizin bəzisinin faydası demək

olar ki, dərhal görünəcək, lakin onların əksəriyyəti yavaş-yavaş

gələcək. Həvəsdən və ya ruhdan düşməyin. Müsbət həyat tərzi

seçimləri etməkdə davam edin və bir müddət sonra həyatınızda

baş verənlərə heyran qalacaqsınız.

12

Nə üçün bu kitab sizə lazımdır

Məhəbbətli Allah bizi seçim hüququ ilə yaratdı. Bizim

iradəmiz, necə fikirləşməyi, fiziki vərdişləri formalaşdırmağı və

ruhlu qərarları qəbul etməyi seçməkdə kömək edən, daxildən

gələn idarəedici qüvvə, həyat tərzinin dəyişilməsində güclü bir

qüvvədir. Hazırkı tibbi tədqiqat daha çox bu fikrə meyillənir ki,

genetikanın bizim rifah və ümumi sağlamlığımızda rolu olsa

da, seçim daha güclü və vacib faktordur. Bizim sağlamlığımız,

sadəcə, qismət deyil. Bizim gündəlik qərarlarımızın ona çox

böyük təsiri var.

Biz müsbət seçimlər edən zaman Müqəddəs Ruh bu qərarları

həyata keçirtməkdə bizim köməyimizə çatır. Göyün bütün gücü

bizim üçün əlçatan olur. Ola bilsin, pis seçimlər nəticəsində

iradəniz zəifləmiş olsun, lakin sağlam seçimlər etmək üçün

heç vaxt gec deyil. Siz öz həyatınızı və sağlamlığınızı öz əlinizə

ala bilərsiniz. Dəyişiklik həmişə seçimlə başlayır və təsadüfün

qurbanları olmadığımızı, öz sağlamlığımız və xoşbəxtliyimiz

üçün məsuliyyəti üzərimizə götürmək azadlığımız olduğunu

anlayan zaman baş verir. Burada verilən təkliflərə əməl etmək

qərarına gələnlər şübhəsiz həyatın daha keyfiyyətli olduğunu

görəcək, daha çox həzz alacaqlar.

Əlbəttə, öz-özünə yaxşılaşmağın da məhdudiyyətləri var.

Bioloji reallıqlarımız bizə bəzi aşılmaz baryerləri xatırladır və insan

nailiyyətinin həddini müəyyən edir. Lakin bu kitabın gözəlliyi

və dəyəri ondadır ki, insanın əldə edə biləcəyindən daha çox şey

verir. Oxuduqca görəcəksiniz ki, siz ali bir qüvvəyə arxayın ola

bilərsiniz. Sevən Allahla münasibətdən doğan ruhluluq təcrübəsi

həyatınızda böyük dəyişiklik edə bilər.

Biz tükənən olduğumuz halda Allah və Onun mərhəməti

sonsuzdur. Mərhəmət hər şeyi bacaranın bacarmayana bütöv

olmaq qabiliyyəti vermək gücüdür – bütün bunlar münasibət

qurmaqla əldə edilir. Diqqətimizi bütöv insanda – fiziki, əqli və

ruhlu – cəmləyərkən Allah bizə sağlamlıq və rifahla dolu həyat

13

Sağlamlıq və Rifah

təklif edir. O bizim keçə bilmədiyimiz uçurumu keçərək, göydən

üzərimizə mərhəmət yağdırır. Müqayisəyə gəlməz məhəbbətlə

layiq olmayana verilən mərhəmət dolğun və bol həyat

təcrübəsini yalnız burada və indi deyil, həmçinin əbədiyyətdə

də mümkün edir.

Dünyəvi həyatımızda sağlamlıq prinsiplərinə nə qədər əməl

etsək və çalışsaq da, ölümün kölgəsindən qaça bilmərik. Lakin

insan bizimlə Allah arasında olan boşluqdan Allaha əl uzadanda

ümid doğulur! Məhəbbət ölüm zindanlarının çərçivəsini

silkələyir. Əgər sağlamlığınızı yaxşılaşdırmaq istəyirsinizsə, elm

sizə kömək edə bilər. Lakin əgər əbədi yaşamaq istəyirsinizsə,

ölməz həyatın mənbəyini axtarın.

1

Baxın: http://en.wikipedia.org/wiki/List_of_supercentenarians; www.

grg.org/Adams/B3.HTM.

2

Uzun ömürlü qruplar haqqında maraqlı araşdırma: Dan Buettner, The

Blue Zones: Lessons for Living Longer From the People Who’ve Lived the Longest

(Washington, D. C.: National Geographic Society, 2008).

3

Ümumdünya Səhiyyə Təşkilatının məlumatı, burada görə bilərsiniz:

www.who.int/trade/glossary/story073/en/. Digər göstəricilər üçün baxın:

Beynəlxalq Əczaçılıq İstehsalçıları və Assosiasiyaları Federasiyası, “The Pharmaceutical

Industry and Global Health: Facts and Figures 2012”, bu saytda

görə bilərsiniz: www.ifpma.org/fileadmin/content/Publication/2013/IFPMA-_

Facts_And_Figures_2012_LowResSinglePage.pdf.

4

Ümumdünya Səhiyyə Təşkilatı, “Working Together for Health,” bu saytda

oxuya bilərsiniz: www.who.int/whr/2006/whr06_en.pdf?ua=1.

5

Ümumdünya Səhiyyə Təşkilatı, www.who.int/mediacentre/news/releases/2014/palliative-care-20140128/en/.

Xəritəni buradan tapa bilərsiniz:

www.thewpca.org/resources/global-atlas-of-palliative-care/.

6

A.P.Karnveyl və digərləri, “Healthcare,” səh. 8, burada oxuya bilərsiniz:

www9.georgetown.edu/grad/gpp:/hp:/cew/pdfs/Healthcare.FullReport.090712.pdf.

7

Dünya İqtisadi Forumu: “The Future of Pensions and Healthcare in a Rapidly

Ageing World: Scenarios to 2030”, burada baxa bilərsiniz: www3.weforum.

org/docs/WEF_Scenario_PensionsAndHealth2030_Report_2010.pdf.

14

Fəsil 1

Daha yaxşı bir şey üçün

nəzərdə tutulmuşdur

Bütünlük Yaradıcının hədiyyəsidir:

bunu davam etdirin!

A

merikalı müəllif Ənni Dillard yaşlı bir qadının sözlərini yazmışdı:

“Elə görünür ki, biz, sadəcə, bura qoyulmuşuq” və

“heç kəs bilmir ki, niyə”. 1 Heç kəs bilmir niyə? Onun sözlərində

çoxillik suallar qalxır: Biz kimik? Bura necə çatmışıq? Necə yaşamalıyıq?

Məqsədimiz nədir? Bunlar vacib sözlərdir, çünki biz varlığımızın

mənşəyini və məqsədini bilmədən, iPad-in mətbəxdə

üzərində turp və soğan kəsmək üçün taxta olduğunu fikirləşən

insanın ondan tam istifadə edə bilməsindən daha çox dolğun və

sağlam həyat yaşaya bilmərik. 2

Bəşəriyyət bizim mənşəyimizi izah etmək üçün müxtəlif

nəzəriyyə və hekayələr irəli sürmüşdür. Ən qədimlərdən birində

deyilir ki, bir allah digər bir allahı vurub əzdi (onun bədəni yerə

çevrildi) və hər dəfə qalib allah məğlub olan allahın düzənə

çevrilmiş cəsədinə tüpürəndə insan meydana çıxdı. Digər

15

Sağlamlıq və Rifah

tərəfdən ən yenilərdən birində deyilir ki, biz heç mövcud deyilik,

həddindən artıq ağıllı olan yadplanetlinin yaratdığı kompüter

modelləriyik.

Bu iki baxış öz aralarında digərlərini tarazlayır, ateist Aleks

Rozenberqin bizim mənasız maddi aləmdə mənasız maddi varlıqlar

olmağımız fikri də daxil olmaqla. “Kainatın məqsədi nədir?

Heç nə. Həyatın mənası nədir? Eynilə heç nə.” 3 Lakin əgər tam

material kainatın mənasız olması sizi depressiyaya salırsa, narahat

olmayın, çünki Rozenberqə görə sizin depressiyanız heç

nə deyil, sadəcə, neyron və kimyəvi maddələrin spesifik düzülüşüdür

ki, bunu da sonra dərmanlarla nizamlaya bilərsiniz.

Yer üzərində necə mövcud olmağımız haqqında müxtəlif nəzəriyyə

və hekayələrdən fərqli olaraq, Müqəddəs Kitabdakı variant

hətta bu gün də (ona qarşı sonsuz hücumlara baxmayaraq)

insanın varlığının mənşəyi və məqsədinin ən ağlaba tan, ümidverici

və praktiki izahı olaraq qalır. Materialist perspektivi qarışdırsa

və hətta bunu qeyd etsə də, Müqəddəs Kitabdakı baxış yalnız

bununla məhdudlaşmır, çünki belə olması yenə də "iPadın"

ancaq kəsmək üçün taxta kimi istifadə edilməsinə bənzəyərdi.

16

Niyyətlər

Müasir elmin dünyanın canlı varlıqlarının bir təsadüf nəticəsində

meydana gəldiyini deyən daha çox üstünlük təşkil edən

nəzəriyyələrindən (əslində bu nəzəriyyələr elmə deyil, fəlsəfəyə

əsaslanmışdır) fərqli olaraq, Yazılar həyatın formalaşmasını

Ya ra dı cının birbaşa hərəkəti kimi dəyərləndirir. Yaradılış kitabında

hər şeyin mənası var – heç nə təsadüfdən baş vermir.

Biz, sadəcə, necə gəldi bir-birilə birləşən kimyəvi maddələrdən

ibarət təsadüfi maddə deyilik. “Allah dedi qoy ...olsun və belə də

oldu” formulu Yaradılış kitabının 1-ci fəslində Yaranma haqqın-

17

Sağlamlıq və Rifah

dakı məlumatda dəfələrlə təkrarlanır və birbaşa və məqsədyönlü

niyyətin olmasını açır. Hər bir sətir hər şeyin, sadəcə, təsadüf olması

ideyasını inkar edir.

Bu cür məqsədyönlü olmaq xüsusən də insanlara gələndə

daha əhəmiyyətli olur. Dünyadakı digər canlı varlıqları yaratdığı

kimi, sadəcə, sözlə bizi yaradıb həyata gətirməkdənsə, Allah

Adəmi torpaqdan yaratdı, sonra isə ona həyat nəfəsi üfürdü.

“Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna

həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu” (Yaradılış

2:7). Bu, yaxınlıq aktıdır ki, başqa şeylərlə yanaşı insanı “Allahın

cildində” yaradılmış yeganə varlıq etmişdir (Yaradılış 1:27).

Yaranma insan varlığı ilə öz zirvəsinə çatır, sanki bizdən qabaq

beş gün ərzində yarananlar hamısı bizim üçün idi. Altıncı

gün insanı yaradandan sonra Allah yeddinci gün istirahət etdi

(Yaradılış 2:2), çünki işini bitirmişdi: “Göylər və yer, oradakı hər

şey beləcə tamamlandı” (1-ci ayə).

Məsihçi müəllif Yelena Uayt yazırdı ki, “Yer öz heyvan və bitki

aləmi ilə birlikdə yaradılandan sonra Yaradıcının tac işi olan

və gözəl yer üzünün onun üçün yaradıldığı insan səhnəyə gəldi.

Gözü görən hər şey üzərində hakimiyyət ona verildi”. 4 Bizim

təsadüfən burda olmağımızı deyən müasir dövrdə yayılmış

fəlsəfi düşüncə məktəbinin əksinə olaraq, bizim burda olmağımız

məqsədyönlü olub.

18

Dillərin köklənməsi

Baxmayaraq ki, Yaradılış kitabı Allahın yeri xüsusilə bizim

üçün yaratdığını öyrədir, bu yaxınlarda olan elmi kəşflər bunu

bizim planetimizdən kənara da aid edib, hətta kosmosun özünə

də. Onlar çoxlu sayda dəqiq köklənmiş dəyişilməz göstəricilər

Daha yaxşı bir şey üçün nəzərdə tutulmuşdur

aşkar edib ki, bizim varlığımızı qeyri-mümkün etmədən onlarda

hər hansı bir dəyişiklik olsun.

Məsələn, elektromaqnit qüvvələri ilə cazibə qüvvəsi arasındakı

nisbət 1:1040 qədər dəyişilsə, insanlar burada ola bilməzlər.

Bəs 1:1040 nə deməkdir? Riyazıyyatçı Con Lennoks belə izah

edir: “Amerikanı aya qədər çatan (380 000 km məsafə) qəpik

sütunları ilə ört, sonra bunu eyni ölçüdə digər milyard qitələrlə

də et. Qəpiklərdən birini qırmızı rənglə və bunu milyardlarla

topaladan birinin içinə qoy. Sonra dostunun gözünü bağla və

həmin qəpiyi tapmasını tapşır. Onun bu qəpiyi tapması ehtimalı

1040-da birdir”. 5

Yerin günəşdən məsafəsi, yerin fırlanma sürəti, karbon

atomlarının enerji səviyyəsi və kainatın genişlənmə sürəti kimi

çoxlu sayda dəqiq köklənmiş faktorlar hamısı düz olmalı idi, yoxsa

bəşəriyyət yarana bilməzdi. Alimlər bu heyrətamiz nisbətləri

“antropik təsadüf” adlandırmışlar – “antropik” Yunan sözü antropos-dan

gəlir (insan) və “təsadüf,” çünki bu cür ağlasığmaz

nisbətlərə baxmayaraq, əgər Yaradıcını nəzərə almasaq, o zaman

onlar başqa nə ola bilər ki?

Buna baxmayaraq, bu cür adlandırılmış “təsadüflər” Yaradılış

kitabının öyrətdiyini təsdiq etməyə imkan verir: Biz bizi

gözləyən yaradılmışların içərisindəyik. Bu nəzər nöqtəsi vacibdir,

çünki bizim sağlamlığımız və ümumi xoşbəxtliyimiz üçün

əsas olan məna kəsb etmək, məqsədi olmaq hissidir. Xolokastdan

sağ çıxanlardan biri olan və psixiatr Viktor Frankl deyirdi ki,

biz insanlar kökümüzdə varlığımızın mənasını tapmalıyıq, yoxsa

ümidsiz yaşayacağıq və insanın rifahı üçün ümid vacibdir.

Qısası, Yaradılış kitabı bizə deyir ki, yerin səthində, sadəcə,

“kimyəvi köpük” 6 olmaqdansa (Stivin Hokinq), biz Allahın surətində

yaradılmış varlıqlarıq və Onun xarakterini əks etdirməli,

Allahın gücü və yaxşılığına heyran olduqca və onlarda böyüyüb

kamilləşdikcə, bu güc və kamilliyi açmalıyıq. Səbəbli yerə yaradı-

19

Sağlamlıq və Rifah

laraq, Allahın bizim üçün niyyətini və arzularını axtarıb, onların

ardınca gedərək, biz sağlamlıq və rifah daxil olmaqla, məna və

məqsədi tapırıq.

20

Vahid bütövlük

Bizim olmalı olduğumuzu öyrətməkdən əlavə, Yaradılış kitabı

həmçinin bizim nə olduğumuzu açır. Bədəni ruhdan ayıran

(bədən pis və ruh yaxşıdır) qədim kafir anlayışlarının əksinə olaraq,

Yazılar bəzilərinin dediyi kimi “vahid bütövlüyü” öyrədir,

yəni insan varlığının bütün aspektləri – fiziki, əqli və ruhlu – vahid

bir birlik təşkil edir və biri digəri olmadan mövcud olmur.

Allah həyat nəfəsini Adəmə üfürəndə Müqəddəs Kitab demir ki,

Adəm sanki ondan ayrı bir şey imiş kimi can aldı, lakin deyir ki,

o, “yaşayan can” oldu (nefeş hayah). Yaşayan can onun nə aldığı

deyil, nə olduğudur. Maraqlıdır ki, Müqəddəs Kitab eyni ifadəni

heyvanlar haqqında da işlədir: “Allah nəhəng su əjdahalarını və

suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları (nefeş

hayah), həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah

gördü ki, bu, yaxşıdır” (Yaradılış 1:21, həmçinin 24-cü ayəyə

baxın). Təbii ki, balina və tısbağalardan çox şeydə fərqlənən

Adəm onlar kimi canlı varlıq, nefeş hayah idi.

Bu cür başa düşmək bizi iki həddən artıq kənara çıxmadan

qoruya bilər. Birincisi, iti dualizm, ruhu cismin üzərində üstün

tutur, hətta o dərəcədə ki, cismi şər adlandırır. Lakin Yazıların

tamamlanmış dünyanı “çox yaxşı” (Yaradılış 1:31) adlandırdığı

Yaradılış kitabından bu yana Yazılar fiziki dünyanı Onun yaradıcı

gücünün məhsulu kimi qiymətləndirir. Hətta bədənlərimiz də,

günahkar olsaq da, Allahın yaratdığıdır və buna uyğun da hörmət

olunmalıdır: “Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız,

sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus

deyilsiniz” (1-ci Korinflilərə 6:19). Bədəndə tələdəki kimi qalmış

Daha yaxşı bir şey üçün nəzərdə tutulmuşdur

və buraxılmağını gözləyən təmiz və əbədi can və bunun əksinə

olaraq bədənimizin pis olması ideyası bütpərəstlərin fikridir ki,

bu da nəinki insan təbiətində əsassız bölünmə yaradır, həmçinin

insanlığımızın əsas və fundamental aspektinin vacibliyini inkar

edir.

İkinci ifrata varmaq isə bunun əksinə olaraq, ruhu tamamilə

inkar edir (Aleks Rozenberqde gordüyümüz kimi) və bəşəriyyətin

bütün aspektləri də daxil olmaqla, bütün reallığı hərəkətdə olan

molekullar kimi məhdudlaşdırır. Bu da müasir elmin çoxunun

əsaslandığı fəlsəfi fikir və ya ehtimaldır.

Bizim insanlığımızın fiziki, ruhlu və əqli elementlərinin vacibliyini

və reallığını qeyd edən Müqəddəs Kitab baxışı sağlamlıq,

şəfa və xoşbəxtlik axtarışında xüsusilə vacib olur. Bizim şüurumuz

və bədənimiz varlığımızın ayrılmaz hissəsidir və bizə ən yaxşı

həyatı gətirmək istəyən istənilən proqram heyrətamiz dərəcədə

mürəkkəb olan insanlığımızın bütün aspektlərini nəzə rə

almalıdır. Sağlamlığa varlığımızın hər tərəfi aiddir. Yaxşı sağlam

olmaq əqli cəhətdən gümrah, emosional cəhətdən yaxşı uyğunlaşmış,

fiziki cəhətdən sağlam və ruhlu cəhətdən bizi Yaradanla

ahəngdarlıqda olmaq deməkdir. Tək xəstəliyin olmamasından

daha çoxdur və bura şüurumuz, emosiyalarımız, bədənimiz və

ruhlu təbiətimiz aiddir.

Həyat möcüzəsi

Ümumiyyətlə, varlığımızın mürəkkəbliyi məzmurçunu belə

yazmağa sövq etmişdir: “Sən məni ecazkar, əsrarəngiz yolla

yaratmısan, Ona görə şükür edirəm. Nə qədər xariqəli işlər

görmüsən! Bunu ürəkdən yaxşı dərk edirəm” (Məzmur 139:14).

Padşah Davud (fizioloq da yox, padşah) onun “ecazkar” yolla yaradıldığını

haradan bilə bilərdi? O, 3000 ildən də çox bundan qabaq,

mikroskopların və rentgen aparatların, kompüter tomoqra-

21

Sağlamlıq və Rifah

fiya və MRT aparatlarının yaranmasından çox-çox illər bundan

qabaq yazmışdı. Davud heç bilmirdi hüceyrə nədir, onun saysız-hesabsız

və fantastik dərəcədə mürəkkəb hissələri haqda isə

heç yuxusuna belə girməzdi. O, hüceyrənin bölünməsi və zülal

sintezi haqda nə bilirdi? O, heç zülalın nə olduğunu bilməzdi.

Davud heç vaxt DNT haqda eşitməmişdi və onun şüuru necə

bir insan bədənində 20 trilyon metr DNT olduğunu və bizim tam

gen dəstimizin (genom) 3,5 milyard hərf uzunluğunda olduğunu

başa düşə bilməzdi (heç bizimki də başa düşmür əslində). O, ağ

qan hüceyrələrinin yad cisimlərə qarşı mübarizə apardığı və ya

qan laxtalanmasına aparan ferment kaskadındakı bir çox addımlar

haqqında nə bilirdi ki?

Buna baxmayaraq, o bizim mövcud olmağımızın necə

möcüzə olduğunu başa düşmək və bunları yaradan Allaha şükür

– şöhrət vermək üçün kifayət qədər bilirdi.

22

Sındırılmış Dünyada Bütövlük

Lakin nə qədər heyrətamiz yaradılsaq da, biz yenə də günahkar

dünyada günahkar varlıqlarıq (Yaradılış 3) və bu qədər

də xəstəlik, ağrı və ölümə həssasıq. Sonda yalnız İkinci Gəliş zamanı

zirvəsinə çatan Məsihdə azadlıq bizə tam bərpa və şəfa

gətirəcək. O zamana qədər “bizim Allaha və bir-birimizə olan

borcumuz öz-özümüzü inkişaf etdirməkdir. Yaradıcının bizə bəxş

etdiyi hər bir ənam yüksək dərəcədə kamilliyə qədər inkişaf

etdirilməlidir ki, biz bacardığımız qədər çox yaxşı işlər görək.

Beləliklə də bu vaxt fiziki və əqli sağlamlığın qazanılması və saxlanması

üçün yaxşı istifadə edilmiş olur”. 7

Sorğu – sualsız Ənni Dillardla söhbət edən yaşlı qadın düz demişdi:

biz “bura qoyulmuşuq”. Lakin onun “heç kim bilmir niyə”

ifadəsi tamamilə hədəfdən kənara çıxıb. Biz niyəsini bilirik. Biz

“bura qoyulmuşuq”, çünki Müqəddəs Kitabın dediyi kimi, Allah

Daha yaxşı bir şey üçün nəzərdə tutulmuşdur

“bizi yaradıb, biz özümüzü yox” (Məzmur 100:3). Bəli Allah bizi

yaratmışdır, Adəmi “yerin tozundan” düzəldərək, ona həyat və

şüur nəfəsi üfürdü və o, “yaşayan can” oldu. Allah bizi məqsədlə

yaratmışdır: bütün dolğunluğu və zənginliyilə həyatdan zövq

almaq və Allahın məhəbbətini bütün gözəlliyi ilə tanımaq. Hər

bir ürəkdə ağrıyan bir boşluq var ki, onu ancaq Allah doldura

bilər. O, həmin boşluğu içəridən dolduranda yaşamağın əsl

məqsədinə çevrilir və bizim sevincimiz tam olur.

Bizim varlığımız möcüzədir və həyatımız qiymətli hədiyyədir

(bunu itirməkdə olan birindən soruşun). Bütün qiymətli

hədiyyələrlə olduğu kimi, biz bunu dəyərləndirməli və qayğısına

qalmalıyıq ki, bura da Allahın surətində yaradılmış insanın fiziki,

əqli və ruhlu komponentlərini inkişaf etdirmək üçün əlimizdən

gələni etmək daxildir. Biz həyat ənamının nəzarətçiləriyik. Yaradıcımızı

şöhrətləndirmək, başqalarına xidmət etmək və həyatı

dolğuncasına yaşamaqdan daha qiymətli hədiyyə və daha vacib

tapşırıq yoxdur.

1

Annie Dillard, The Annie Dillard Reader (New York: HarperCollins, 1994), p. 281.

2

iPad kompüter növüdür ki, laptopdan balacadır və klaviatura ilə deyil, ekranına

toxunmaqla idarə edilir. Apple adlı şirkət onu hazırlayıb.

3

Aleks Rozenberq, The Atheist’s Guide to Reality: Enjoying Life Without Illusions

(Nyu York: V. V. Norton, 2011), səh. 2.

4

Yelena Uayt, Ağsaqqallar və Peyğəmbərlər (Mountin Vyu, Kaliforniya: Pacific

Press Pub. Assn., 1890), səh. 44.

5

Con Lennoks, God’s Undertaker: Has Science Buried God? (Kindle variantı),

səh. 71.

6

Stivn Hokinq, burada ondan sitat gətirilmişdir: Davud Doyç, The Fabric of Reality:

The Science of Parallel Universes-and It’s Implications (Nyu York: Penguin,

1997), səh. 177-178.

7

Yelena Uayt, Sağlamlıq haqqında məsləhətlər (Mountin Vyu, Kaliforniya: Pacific

Press Pub. Assn., 1923), səh. 107.

23

24

Fəsil 2

Həyat boyu üçün olan

qidalanma rejimi

Faydalı qidalar sağlam bədənləri gücləndirir:

nuş olsun!

T

əsəvvür edin ki, yuxularınızın maşınını almısınız: Porsche Panamera,

Mercedes-Benz S-Class, və ya Audi A8. Heç ən aşağı dərəcəli yanacaqdan

istifadə etməyi, yağ dəyişməməyi və istehsalçının məsləhət

gördüyü yoxlamalara etinasız yanaşmağı ağlınıza belə gətirərsinizmi?

Əlbəttə yox! Əgər bahalı maşın üçün 90 000 dollardan çox pul vermisinizsə,

onu ən yaxşı vəziyyətdə saxlamaq üçün əlinizdən gələni

edəcəksiniz.

İnsan bədəni dünyada olan istənilən maşından daha çox gözəl,

mürəkkəbdir və daha incəliklə köklənmişdir. Bədənlərimiz sonsuz

mühəndislik ağlının möcüzəsidir. Sadə hüceyrənin möcüzələri, beynin

mürəkkəbliyi, ürəyin mürəkkəbliyi və ya ilahi doğuş möcüzəsi haqda

fikirləşin. Diqqətlə hazırlanmış insan bədəninin quruluşuna heyrətlə

baxırıq. Məhəbbətli Yaradıcı sonsuz səylə bizi yaratdı və bahalı maşınlar

kimi bizim bədənimizin də həyatımıza güc vermək üçün ən yaxşı yanacağa

ehtiyacı var və həmin yanacaq yediyimiz qidalardan gəlir. Yaxşı ya-

Həyat boyu üçün olan qidalanma rejimi

nacaq olmasa bahalı maşının yürüşü azalır, gücü itir və mühərriki rəvan

getmir. Eləcə də, düzgün qidasız bizim bədənimiz də yaxşı işləmir.

Ən yaxşı qidalardan seçilmiş balanslı qidalanma rejimi böyümə,

bədənimizin qayğısına qalma və enerji üçün lazım olan qidalı maddələri

verəcək. Aşağı keyfiyyətli qidaları seçəndə və ya ən yaxşı qidaları

da lazım olan qədər yeməyəndə bədənimizin mexanizmi ziyan

çəkir. Əgər çox rafinə olunmuş qidalar yesək, asanlıqla kökələ və lazımlı

vitaminlərin çatışmazlığına məruz qala bilərik. Bizi Yaradan bizim

qayğımıza qalır, eləcə də biz öz qayğımıza qalmalıyıq. Həvvari Yəhya

dua edəndə Rəbbin ürəyinin arzusunu təkrar edirdi: “Çünki həqiqət

daxilimizdə qalır və əbədi olaraq bizimlə olacaq” (3-cü Yəhya, 2).

Bədənimizin qayğısına qalmaq Məsihçi olmaqdan əlavə etdiyimiz

bir şey deyil. Bu, Allahın bizim həyatımız üçün olan planının qəlbindədir.

Səhv başa düşməyin. Biz göyə düzgün yemək yeməklə gedə bilmərik.

Biz mərhəmət və yalnız mərhəmət vasitəsilə xilas olmuşuq (Efeslilərə

2:8). Lakin Allahın bizim həyatımız üçün olan məqsədinə çatmaqda

uğursuzluğa düçar ola bilərik, çünki pis yemək vərdişlərimiz vaxtından

qabaq və qarşısı alına biləcək xəstəlik və ölüm gətirir. Bu haqda səhvə

yol verməyin: Nə yediyimiz vacibdir.

Yaxşı qidalanmanı başa düşmək

Biz yemək üçün seçdiyimiz qidalardan bədənimizə yanacaq veririk.

Onlar sağlam və məhsuldar həyat üçün lazım olan qidalı maddələri verir.

Həzm qidanı hissələrə bölən mürəkkəb bir prosesdir ki, bədən onları

sovurub həyat üçün istifadə edə bilsin. Bu proses ağızda başlayıb,

mədəyə, oradan da nazik bağırsağa və nəhayət, yoğun bağırsağa keçir.

Bədənimizin ehtiyacı olan qidalı maddələri bu vacib kateqoriyalara

bölə bilərik:

• Karbohidratlar: “Ən yaxşı yanacaq” qidalanma rejimində karbohidratların

böyük hissəsi zəngin, rafinə olunmamış mənbələrdən

25

Sağlamlıq və Rifah

gəlməlidir, məsələn, bütöv dənəli bitkilər, paxlalılar, meyvə və

tərəvəzlər.

• Zülal: Bədəndəki hər bir hüceyrədə zülal vardır. Toxumaların

bərpası və böyümənin onlara ehtiyacı var. Bütün qidalarda bir

qədər zülal olsa da, süd, yumurta kimi heyvan mənşəli qidalar da

yaxşı zülal mənbəyidir, lakin tək onlar yox. Paxlalılar (lobya) da

zülalla zəngindir.

• Yağlar: Bunlar qatı enerji mənbəyidir. Çox vaxt biz həddən artıq

yağ qəbul edirik, çünki onun yeməklərə verdiyi dadı xoşlayırıq.

Çox adam qaynadılmış kartofdansa qızardılmış kartofu daha

həvəslə yeyəcək. Müvafiq miqdarda ləpə əla keyfiyyətli yağlarla

təmin edir. Bədənin yağda həll olan vitaminlərin sovurulması

üçün belə yağlara ehtiyacı var.

• Vitaminlər: Qidanın əsas üzvi tərkib hissəsidir və normal böyümə

və fəaliyyət üçün az miqdarda tələb olunur. Çoxu müxtəlif qidalarda

təbii olur. Bəziləri yağda həll olandır, digərləri isə suda həll

olan və lazımi ehtiyatı olmadıqda çatışmazlıq yaranır.

• Minerallar: Bu qeyri-üzvi elementlər insanın sağlamlığı üçün vacibdir

və həm heyvani, həm də bitki mənşəli qidalardan asanlıqla

əldə edilir. Onlar da az miqdarda olanda çatışmazlığa səbəb olur.

• Antioksidantlar və fitokimyəvi maddələr: İndi alimlər minlərlə

belə maddələr tanıyırlar ki, onlar bədəni xəstəliklərdən və qocalmanın

bəzi təsirlərindən qoruyur. Onlar əsasən bütöv dənli

bitkilərdə, meyvə, tərəvəz və ləpələrdə olur.

Yaxşı sağlamlığa malik olmaq üçün bütün bu kateqoriyalardan olan

yeməklərə ehtiyacınız var. Sirr isə onların birləşdirilməsindədir.

26

Həyat boyu üçün olan qidalanma rejimi

Sadə Qida Planından Bol Qidalanma

Optimal sağlamlıq üçün ən yaxşı qidalanma rejimi hansıdır? Allahın

bizim ilk valideynlərimizə Ədən bağında verdiyi ilk qidalanma rejimi

haqda fikirləşin. Müqəddəs Kitabın ilk kitabı olan Yaradılışda Allah Özü

yaxşı sağlamlıq üçün bizə menyu təklif edir. “Allah dedi: «Budur, yer

üzündə toxum verən bütün ot-ələfi və meyvələrində toxumu olan bütün

ağacların bəhərini sizə verirəm ki, qidalanasınız” (Yaradılış 1:29).

Yaradıcının ilk qidalanma rejimi bitki əsasında idi. Adəm və Həvva

bağı tərk edəndə Rəbb “tarlanın ot-ələfini” (Yaradılış 3:18) və ya kök

tərəvəzlərini də onların gündəlik qidasına əlavə etdi. Qida rejimimizi

Allahın menyusundan aşağıdakı kateqoriyalarda olan qidalardan ağılla

seçməklə, asanlıqla optimal qidalı maddələrə olan ehtiyacımızı ödəyə

bilərik:

• Taxıl bitkiləri və dənli bitkilər: Bunlar bizim qidamızın əsasını

təşkil etməlidir; onlara qara çörək, makaron, düyü və qarğıdalı

aiddir. Rafinə olunmamış (ağ olmayan) mənbələrdən seçilərsə,

hər biri dietik lif, mürəkkəb karbohidratlar və bir çox vitamin və

minerallarla zəngindir.

• Meyvə və tərəvəzlər: Bu qidalar geniş rəng, dad və quruluş

çeşidində olur və qoruyucu fitokimyəvi maddələrin, antioksidantların,

vitamin və mineralların ən zəngin mənbəyidir. Çox insanlar

meyvəni tərəvəzdən üstün tuturlar, lakin bizə ikisinin balansı lazımdır.

Bu qrupda olan qidaların içərisində rəngi ən dərin olanlarda

çox vaxt fitokimyəvi maddələr və antioksidantlar daha çox

olur.

• Paxlalılar, ləpə və tumlar: Lobya, noxud və mərcimək kimi paxlalılar

minerallar, vitaminlər və digər qoruyucu elementlərlə yanaşı,

yaxşı zülalın əla mənbəyidir. Ləpə və tumlar əsas yağlarla

təmin edir, lakin onlarda kalori qatılaşmış olduğu üçün onları gün

27

Формулы здоровья

28

Həyat boyu üçün olan qidalanma rejimi

ərzində bir və ya iki paydan artıq olmayaraq məhdudlaşdırmalıyıq.

Vegeterian olmayanlar bu qrupa balıq, quş və qırmızı əti də əlavə

edir, lakin bunlar əgər qəbul edilməli olsalar da, az miqdarda olmalıdır.

Bəziləri qidalarına süd məhsulları və yumurta da daxil

edirlər. Bunu bilmək vacibdir ki, bütün heyvan mənşəli qidalar

xolesterinlə zəngindirlər və buna görə də ürək xəstəliklərinə

səbəb ola bilərlər. Heyvan mənşəli qidalar kalsium və B12 vitamini

də daxil olmaqla bir çox qidalı maddələrlə təmin etsələr də,

onların sağlamlığa bəzi ziyanları var. B12 vitamini yalnız heyvan

mənşəli qidalarda olur və bədxassəli anemiya və nevroloji pozğunluqların

qarşısını alır, həmçinin hormal hüceyrə bölünməsinə

kömək edir. Heç bir heyvani mənşəli qida qəbul etməmək qərarına

gələnlərin qida rasionlarına lazımi qədər B12 vitamini ilə

zənginləşdirilmiş qidaları daxil etməsi və ya müntəzəm olaraq

bunu əlavə kimi qəbul etməsi həyati vacibdir.

• Piylər, yağlar, şəkər və duz: Bu cür qidalar bədənə ancaq az

miqdarda lazımdır. Əsas yağlar və duz bədənin optimal sağlamlığı

üçün vacib lazım olsa da, onların həddən artıq olması ciddi

sağlamlıq problemlərinə səbəb ola bilər. Yod yodlaşdırılmış duzdan

asanlıqla əldə edilən mineraldır, lakin dəniz duzundan, dəniz

yosunundan və ya yod əlavələrindən əldə edilə bilər. Yaxşı sağlamlıq

üçün rafinə olunmuş şəkərə ehtiyacımız yoxdur, lakin kiçik

miqdarda qidalarımıza tam verir.

Qidalanma üzrə alimlər bu gün qəbul edirlər ki, yaxşı sağlamlığı qoruyub

saxlamaq və xəstəlik riskini azaltmaq üçün bitki mənşəli qidalar

sağlam qidalanmanın əsasını təşkil etməlidir. Balanslı bitki mənşəli qida

rasionunun ən vacib açarlarından biri rəngi, quruluşu və dadı qidamıza

maraq qatacaq müxtəlif qidalar seçməkdir. Bu cür qidaları təbii formasında

qəbul etmək ən yaxşısıdır: rafinə olunmuş və ya parçalanmış formada

yox. Bizim məqsədimiz sağlam qidalar olmalıdır.

29

Sağlamlıq və Rifah

Bu gün tibb elmi vegeterian qidalanma rejiminin üstünlüklərini

qəbul edir.

Bitki əsaslı vegeterian qidalanma rejimində:

• yağlar azdır, xüsusən də doymuş yağlar

• rafinə olunmuş şəkərlər azdır

• xolesterin yoxdur (tam vegeterian qidalanma rejimində)

• dietik lif (sellüloza) çoxdur

• qoruyucu fitokimyəvi maddələr, antioksidantlar və s. çoxdur

• vitamin və minerallar zəngindir

Müəyyən qida qruplarının, xüsusən də vegeterian qidalarının yeyilməsinin

üstünlüklərini qeyd etdikdən sonra indi diqqətimizi qidaları

seçərkən nəyi nəzərə almaq lazım olduğu üzərində cəmləyəcəyik.

Sağlam Qida Seçimi Prinsipləri

Sağlam qidalanma rejimində yaxşı qida seçimi olmalıdır. Aşağıdakı

sadə prinsipləri yadda saxlayın:

30

• Çeşid: Yaxşı yeməyin ən vacib prinsipi müxtəlif çeşidli qidalar

seçməkdir. Bu, bədənin sağlamlığı üçün müxtəlif qidalı maddələr

qəbul etməyə kömək edir, həmçinin müxtəlif quruluş, dad və

rəng yeməyimizi xoşagəlimli edir.

• Keyfiyyət: Yeməyinizin əksər hissəsini rafinə olunmuş qidalardan

deyil, sağlam qidalardan seçin. Bu cür qidalarda kalori, qidalı

maddələr çox olur.

• Mötədillik: Sağlam qida rasionunun bəzi tərkib hissələrini yalnız

az miqdarda qəbul etməliyik. Bədənimizə müvafiq miqdarda əsas

yağlar, həmçinin elektrolit balansını saxlamaq üçün az miqdarda

Həyat boyu üçün olan qidalanma rejimi

duz lazımdır. Lakin bütün dünyada piylənmə artan problemə çevrilib.

Hətta yaxşı qidanı da həddən artıq yemək mümkündür! Əgər

sağlam çəkiyə malik olmaq istəyirsinizsə, qəbul etdiyimiz enerji

ilə fiziki aktivlik zamanı sərf etdiyimiz enerjini tarazlamalıyıq.

• Uzaq durmaq: Çox vaxt qidalı elementlərinin əksəriyyəti xaric

edilmiş rafinə edilmiş qidalardan qaçmaq lazımdır, eləcə də qida

dəyəri olmayan qida və içkilər (məsələn, spirtli içkilər, kofe və

qazlı içkilər).

Bəzi adamlar elə yeyirlər ki, sanki nə yediklərinin onlara nə isə bir

təsir edib-etməməsinə inanmırlar. Amma təsir edir. Görkəmli kardioloq

və tədqiqatçı alim Doktor Qeri Freyzer qida seçimlərimizin bizim

uzun ömürlü olmağımıza və həyatımızın keyfiyyətinə necə təsir etdiyini

izah edir: “Alim və həkim kimi karyeramın əvvəlində artıq formalaşmış

xəstəliyi müalicə etməkdənsə, profilaktikanın böyük üstünlükləri

aydın oldu. Müasir təbabətin böyük irəliləyişlərinə baxmayaraq, tibbi

müalicənin xərci, bəzən narahatçılığı və sağalmaya əminliyin olmaması

onu xəstəliklərin idarə olunmasından daha zəif yanaşma edir... Mən

kolleqalarımla birlikdə məlumat toplamaq imkanına malik olmuşam ki,

bu da ciddi elmi yolla vegeterian qidalanma rejiminin dəyərini araşdırmağa

imkan verib. Bizim (və digər qrupların) tərəfindən bir çox illər

aparılan araşdırmadan sonra dəlillər indi aydındır. Bitki mənşəli qidalanma

rejimi Birləşmiş Ştatlarda qonşularımız tərəfindən, eləcə də dünyanın

bir çox hissələrində çox istifadə olunduğu kimi, tərkibində çox ət

olan qidalanma rejimindən daha çox üstünlüklərə malikdir.

“Biz indi bilirik” – o davam edir – “və tibbi jurnallarda dəlilləri də

çap etdirmişik ki, Amerikadakı vegeterian adventistlərdə qeyri-vegeterian

adventistlərə nisbətən hipertenziya (yüksək qan təzyiqi) azdır, ASX

(Aşağı Sıxlıqlı Xolesterin və ya pis xolesterin) səviyyəsi azdır, ac qarına

şəkərin və insulinin səviyyəsi daha azdır, C-reaktiv zülalın (iltihab ilə

əlaqədar olan kimyəvi maddə) səviyyəsi azdır, şəkər xəstəliyi daha az

31

Sağlamlıq və Rifah

və artıq çəki və piylənmə problemi daha azdır. Əlavə olaraq, Adventist

vegeterianlar arasında ölüm hallarının qeyri-vegeterianlara nisbətən az

olması haqqında da aydın dəlillər vardır. Bu, xüsusən də ürək-damar

xəstəlikləri və diabet/ böyrək xəstəliklərinin səbəbindən olur. Eləcə də

bəzi xərçəng formaları vegeterianlar arasında daha az rast gəlinir”.

Doktor Freyzerə görə, 1980-ci və 1990-cı illərdə 34 000 Kaliforniya

Adventistləri üzərində aparılmış tədqiqatlar göstərdi ki, bir qrup kimi

Adventist kişilər öz Adventist olmayan qonşularına nisbətən yeddi

ildən artıq, qadınlar isə dörd ildən artıq çox yaşayırlar ki, bu da onları

indiyə kimi qeydə alınmış ən uzunömürlü əhali qrupundan biri edir.

Milli Coğrafiya (The National Geographic) jurnalı Loma Lindanı (Kaliforniya)

qeyri-adi uzunömürlülərin yaşadığı yeri bildirmək üçün istifadə

edilən Amerikanın “göy zonası” adlandırmışdır. Doktor Freyzer deyir:

“Digər mühüm bir amil də vardır, biz bütün ölkə üzrə göstərmişik ki,

ömrün hər onilliyində Adventistlər onların Adventist olmayan yaşıdlarına

nisbətən fiziki və əqli cəhətdən daha yaxşı keyfiyyətli həyat sürürlər.

Beləliklə də, ömrə əlavə olunan illər də, ümumiyyətlə, yaxşı keyfiyyətli

illərdir”.

Doktor Freyzerin müşahidəsi hər birimizin ürəyindən xəbər verir.

Hamımız “yaxşı keyfiyyətli ömür istəyirik”. Biz yalnız ömrümüzə illər

deyil, illərimizə həyat əlavə etmək istəyirik. Əgər tamamilə əziyyət

içərisində olsaydı, əlavə bir neçə il necə olardı? Ona görə də İsa Məsih

bizə öyrədib ki, “insan tək çörəklə deyil, Allahın ağzından çıxan hər sözlə

yaşayacaq” (Matta 4:4). Allahın sözləri həyatın ən çətin problemlərilə

üzləşmək üçün bizə ümid və cəsarət verir. Onlar bizə yeni sülh və yaşamaq

üçün məqsəd verir.

Əhdi Ətiq peyğəmbəri Yeremya nida edir: “Sözlərini tapıb yedim,

Sözlərin mənə sevinc və ürəyimə şadlıq gətirdi. Çünki Sənə məxsusam,

Ey Ordular Allahı Rəbb!” (Yeremya 15:16). Necə ki, yaxşı yemək

bədənimizi qidalandırır, eləcə də Allahın Sözü qəlbimizi qidalandırır.

32

Həyat boyu üçün olan qidalanma rejimi

Hər birimizin ürəyinin dərinliyində həyatın mənasını və məqsədi

haqqında həqiqəti bilməyə ac olan bir qəlb var. Artıq gördüyümüz kimi,

Müqəddəs Kitab haradan gəldiyimizi, nə üçün burada olduğumuzu

və haraya getdiyimizi açır. O bizə deyir ki, biz qayğımıza təsəvvür edə

biləcəyimizdən də artıq qalan məhəbbətli Allah tərəfindən yaradılmışıq.

O, heç vaxt bizi tərk etməyən və tək qoymayan, bizim özümüzdən

də çox göydə olmağımızı istəyən Allahdır. Müqəddəs Kitab Allahı bir

gün tezliklə əbədiyyətdə bizə əbədi ziyafət hazırlayan böyük ümid

Allahı kimi qələmə verir. O vaxta qədər Allah bizi dəvət edir ki, yeni

düzəldilmiş yerdə Onunla yaşamağı ümidlə gözləyərək, bədənlərimizin

qayğısına qalaq. Ona görə də, bədəninizi Allaha həsr edin və yediyiniz

və içdiyiniz hər şeydə Onu izzətləndirməyi seçin. Siz səbirsizliklə bir gün

taxtın ətrafında oturub Allahın padşahlığında şahanə ziyafətdə Onunla

birlikdə yemək yeyəcəyiniz günü gözləyə bilərsiniz.

33

Fəsil 3

Siz riskdəsiniz?

Bir neçə xəstəliklərə səbəb olan piylənmə

məhvedici olmalı deyil:

bunu başa düşün!

C

o yorğun və təngnəfəs idi. Hətta evin ətrafında gəzmək və ya maşının

yanına getmək kimi ən sadə fiziki işlər də onu təngnəfəs edirdi.

O, həvəssiz və narahat halda həkimin otağında oturmuşdu. O, həkimə

iki ay bundan qabaqkı gəlişindən sonra heç çəki itirməmişdi. Hələ bu

azmış kimi, o, hələ də siqaret çəkirdi və qanda şəkərin səviyyəsi normadan

çox yuxarı idi. Lakin o, yenə də hər səhər yediyi, üstündən də

şirin kofe və ya kola içdiyi şirin donatlardan əl çəkə bilmirdi. İkinci növ

şəkərli diabet, siqaret, piylənmə və çox oturaq həyat tərzinin nəticəsi

olaraq, Co iki il bundan əvvəl, 35 yaşında ikən ilk dəfə infarkt keçirmişdi.

Bu, çox böyük idi və onun ürəyində iri çapıq və ürək çatışmazlığı qaldı.

Bir qədər utanaraq, Co əsəbi halda onu narahat edən məsələlər

barədə həkimi ilə danışdı: “Həkim, mən bilirdim ki, çəki itirmədiyim

üçün, hələ də az siqaret çəkdiyim üçün siz mənə acıqlı olacaqdız, amma

onu deyim ki, siqareti nəfəsimə çəkmirəm! Üzr istəyirəm, həkim; mən

sizi məyus etmək istəmirəm”.

34

Siz riskdəsiniz?

Həkim mehribanlıqla onu həvəsləndirdi ki, çalışmaqda davam etsin

və qeyd etdi ki, ürəyin vurma qabiliyyətinə infarktın vurduğu ziyanla,

nəzarətdə saxlanmayan diabet, siqaret çəkmək və artıq çəki ilə, əgər

qəti bir dəyişiklik etməsə, o, gənc yaşda ölə bilər.

Co-nun cavabı diqqətəlayiq idi: “Bəs ürək köçürülməsi necə, həkim?

Onun haqqında eşitmişəm. Mən yeni ürək ala bilərəmmi?”

“Kaş ki, bu qədər asan və sadə olaydı” – həkimi dedi. “Donor

ürəkləri kasaddır və sonra da köçürülmədən sonra illərlə dərman

istifadəsi. Bu, kömək edə biləcək axırıncı ümid yeridir, lakin çox azdır.

Sən həyat tərzini dəyişdirməlisən və dərhal”. Nəhayət, Co vəziyyətinin

ciddiliyini başa düşdü və yaşayış tərzini dəyişdirməyə başladı.

Bütün dünyada milyonlarla kişi və qadın Co kimi qeyri-yoluxucu

xəstəliklərdən əziyyət çəkir: ürək xəstəlikləri, xərçəng, tənəffüs yolları

xəstəlikləri və diabet. Onların dörd əsas risk faktorları var: tütündən

istifadə, fiziki qeyri-aktivlik, spirtli içkilər və sağlam olmayan qidalanma

rejimi. Siz özünüz də bunu bilmədən riskdə ola bilərsiniz.

Piylənmə pandemiyası

Artıq çəki və piylənmə problemi elə geniş yayılıb ki, səhiyyə

mütəxəssisləri bunu pandemiya adlandırmağa başlayıblar. Hər hansı

bir xəstəlik bir icmada və ya coğrafi ərazidə yüksək səviyyədə yayılanda

tibb elmi bunu epidemiya adlandırır, lakin bu, eyni zamanda dünyanın

bir çox yerlərində yayılanda pandemiya adlanır.

Ümumdünya Səhiyyə Təşkilatına görə, il ərzində bütün dünyada 2,8

milyon adam çəkinin artıq olması və ya piylənmənin birbaşa nəticəsi

olaraq ölür. Bu, varlı və kasıb ölkələrdə eynidir. Piylənmə artıq yüksək

gəlirli cəmiyyətlərin xüsusiyyəti deyil.

Siz, bədənin kütlə əmsalını (BKƏ) tapmaqla, adətən “sağlamlığa ziyan

vura biləcək normadan artıq piy yığılması” adlanan artıq çəkini və

ya piylənməni hesablaya bilərsiniz. Hesablamanı aparmaq üçün funtla

35

Формулы здоровья

36

Siz riskdəsiniz?

çəkinizi boyunuzun qarışla hündürlüyünün kvadratına bölə və alınan

cavabı 703-ə vura bilərsiniz. Əgər sizin BKƏ 25 və ya daha çoxdursa,

siz artıq çəkilisiniz, əgər BKƏ 30 və ya daha çoxdursa, o zaman sizdə

piylənmə var. Hər iki halda həyat tərzini dəyişdirmək proqramı başlamaq

yaxşı olardı.

Metrik ölçülərdə formul belədir: BKƏ=(çəki kiloqramla)/(hündürlük

metrlə X hündürlük metrlə). Məsələn, əgər sizin çəkiniz 60 kq və boyunuz

1,70 metrdirsə, o zaman BKƏ belə olacaq:

BKƏ = 60 / (1.7 x 1.7) = 20.8 (siz normal kateqoriyadasınız).

BKƏ təsnifatı

Çəkinin az olması 18,5

Normal 18,5 – 24,9

Çəkinin artıq olması ≥25,0

Piylənmə öncəsi 25,0 – 29,9

Piylənmə 30,0

Piylənmə I 30,0 – 34,9

Piylənmə II 35,0 – 39,9

Piylənmə III ≥40,0

37

Sağlamlıq və Rifah

Əgər hesablamalarla özünüzə əziyyət vermək istəmirsinizsə, internetdə

BKƏ hesablamalarını tapın. Həm ingilis, həm də metrik ölçülərlə

də çox tapa bilərsiniz. 1

Sizin BKƏ nə deyir? Siz riskdəsiniz? Çəkiniz artıqdır? Qan təzyiqiniz

normaldır? Çoxlu miqdarda yağlı, yüksək kalorili, rafinə olunmuş,

emal edilmiş qidalar qəbul edirsiniz? Qidanız əsasən ayaqüstü qəlyanaltılardan

gəlir? Əgər belədirsə, onda problemlə üzləşəcəksinz,

ya xud da artıq sağlamlığınızla bağlı problemləriniz var, lakin bundan

xəbəriniz yoxdur.

İnformasiya vasitələri arıqlamaq üçün çoxlu “sehrli” planlar reklam

etdirirlər, lakin ən yaxşısı və ən təhlükəsizi bu kitabda göstərildiyi kimi

həyat tərzində radikal dəyişiklik etməkdir.

38

Piylənmə + Diabet = “Diabesity”

Ürək xəstəlikləri riskinin artması, yüksək qan təzyiqi və bəzi xərçəng

növləri də daxil olmaqla, sağlamlıqla bağlı olan bəzi problemlər

piylənmədən irəli gəlir. Lakin ən çox yayılmış olanlardan biri diabetdir

ki, burada diqqəti onun üzərində cəmləyəcəyik. Milyard insanın

üçdəbirindən çox diabet var – təxminən hər 20 adamdan birində! 2030-

cu ildə yəqin ki, Çin, Hindistan və Birləşmiş Ştatlarda diabetli xəstələrin

sayı daha çox artmış olacaq. Onlar bir çox başqalarını, həm varlı, həm

də kasıbları idarə edirlər. 2 İnsanın boyuna görə normal çəkisinin 20 faizə

qədər və ya daha çox artıq çəkiyə malik olması kimi qiymətləndirilən

piylənmə 2-ci növ diabet xəstəliyinin əmələ gəlməsində bir nömrəli risk

faktorudur. İkinci növ diabet xəstələrinin 80 faizdən çoxunda piylənmə

vardır. Diabet və piylənmə kimi iki xəstəlik elə yaxından əlaqəlidir ki, bir

çox səhiyyə mütəxəssisləri onlara bir xəstəlik kimi baxır və onu diabesity

adlandırırlar.

Son illərdə ümumi əhalidə diabetin səviyyəsi dramatik olaraq artıb,

eləcə də diabetin bir nömrəli risk faktoru olan piylənmə halları da.

Siz riskdəsiniz?

Təxmin edildiyinə görə, il ərzində dünyada 3,4 milyon insan diabetin

ağırlaşmasından ölür. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki,

2030-cu ildə diabet ölümün yeddinci əsas səbəbi olacaq. 3 Əgər diabet

belə ölüm gətirən düşməndirsə, ona necə qalib gəlməyi bilmək

vacibdir.

Diabet nədir?

Bədənimizdə mürəkkəb qan damarları sistemi vardır ki, biz bunu

2,5 sm ölçüsündən hər dəfə bir qırmızı qan hüceyrəsinin keçə bildiyi

0,0005 sm ölçüsünə kimi müxtəlif ölçülü borular kimi təsəvvür

edə bilərik. Qan bədəninizdə olan bütün hüceyrələrin düzgün funksiyasını

yerinə yetirə bilməsi üçün lazım olan qidalı maddələri daşıyır.

Hüceyrələr üçün enerji mənbəyi qlükoza adlanan şəkərin sadə formasıdır.

Həddən artıq qlükoza (şəkər) hüceyrələri zədələyə bilər. Buna görə

də bədənin qanda olan şəkəri tənzimləmək üçün valehedici bir yolu

vardır. Bunu da mədəaltı vəzdəki hüceyrələrdə hasil olunan insulin adlı

maddə ilə edir.

Diabet xroniki xəstəlikdir ki, bu zaman qanda olan şəkərin miqdarı

normada olduğu kimi tənzimlənmir. Ya bədən normal olaraq insulin

hasil etmir (1-ci növ diabet) və ya insulinə davamlılıq yaranır, bu da o

deməkdir ki, şəkər effektiv olaraq idarə edilmir (2-ci növ diabet).

Üçüncü növ diabet əvvəllər diabeti olmayan hamilə qadınlarda inkişaf

edə bilər. Bu, çox vaxt hamiləliyin üçüncü ayından sonra baş verir.

Hamiləlik zamanı piylənmə uşaqlıq piylənməsinin risk faktorudur.

Bu, həmçinin hamiləlik zamanı yüksək qan təzyiqi, eləcə də hamiləliyin

digər kəskin ağırlaşmaları riskini artırır. Piylənməsi olan analardan doğulan

uşaqlarda doğuş qüsurları və ürək problemləri daha çox rast

gəlinir. 4

Hamiləlik zamanı diabesity (diabet və piylənmə) həm ana, həm də

uşaq üçün əhəmiyyətli ağırlaşmalar verə bilər. Ananın qanında yüksək

39

Sağlamlıq və Rifah

olan qlükoza uşağın hüceyrələrinin incə funksiyasını pozur ki, bu da

hüceyrələrin ölməsinə və uşaqda anormallığın artmasına səbəb olur.

Şəkərli diabeti olan insanlar sidiyə getmənin artmasından çox

şikayət edirlər. Qanda yüksək səviyyədə olan şəkər sidiyə keçir. Sidiklə

mayenin (və şəkərin) çoxlu miqdarda itirilməsi susuzluq mexanizmini

stimulə edir və bunu kompensasiya etmək üçün çox su içməyə vadar

edir. Bədənin çəkisi azala bilər, həmçinin sinirlərə və qan damarlarında

(bu da infarkt, beynə qan sızma və böyrək çatışmazlığına gətirə bilər)

uzun müddətli zədələnmə ilə nəticələnə bilər. Baxımsız qan damarlarının

zədələnməsi ətrafların qanqreninə səbəb ola bilər.

40

Diabetin profilaktikası, geriyə qaytarılması və nəzarət

Qanda şəkərin miqdarının ehtiyatla idarə edilməsi diabesity-nin

(diabetlə piylənmənin) mənfi nəticələrinin qarşısını almağa kömək

edir və hamiləliyin nəticələrini yaxşılaşdırır, lakin bunu əldə etmək

çətindir. Rafinə olunmuş karbohidratlar və doymuş yağların az olduğu

qidalanma rejimi mötədil idmanla birlikdə ananın və uşağın sağlamlığını

yaxşılaşdıra bilər, çünki bu cür həyat tərzi dəyişiklikləri hamiləlik

vaxtı çəkini nəzarətdə saxlamağa kömək edir. Çox piylənməsi olan və

hamilə qalmaq istəyən qadınlarda çəkini nəzarətdə saxlamaq və diabetin

kəskinləşməsinin qarşısını almaq və ya geri qaytarmaq üçün cərrahi

müdaxilə pəhriz və idmanın faydalı alternativi ola bilər. Ciddi monitorinq

və sağlamlıq planlarına ciddi əməl etməklə, diabetin və onun ağırlaşmalarının

qarşısını almaq mümkündür.

Diabeti olan xəstələr qanda şəkərin səviyyəsini diqqətlə nəzarətdə

saxlamalıdırlar və bəzən insulinə (inyeksiya) ehtiyacları ola bilər –

əsasən 1-ci növ diabetdə . Bəzi 2-ci növ diabeti olan xəstələrin şəkərin

səviyyəsini aşağı salan dərmanlara ehtiyacı olur, lakin müalicənin əsası

təzə meyvə, tərəvəz və ləpə ilə zəngin olan və rafinə olunmuş karbohidratlar

və doymuş yağların az olduğu bitki əsaslı qidalanma rejiminə

Siz riskdəsiniz?

dəyişilir. İdman və arıqlamaq kimi həyat tərzi dəyişiklikləri 2-ci növ diabetin

qarşısını ala və ya başlanmasını gecikdirə bilər.

Amerika Diabet Assosiasiyası bitki əsaslı qidalanma rejiminin

dəyərini müzakirə edib bu qənaətə gəlib: “Vegeterian qidalanma rejimi

hətta sizdə diabet varsa belə sağlam seçimdir. Tədqiqatlar dəstəkləyir

ki, bu cür qidalanma rejiminə əməl etmək diabetin qarşısını almaqda

və ya idarə etməkdə kömək edə bilər. ... Veqan qidalanma rejimində

(tamamilə bitki əsaslı qidalanma rejimi) amerikalıların ənənəvi qidalanma

rejimi ilə müqayisədə təbii olaraq bitki lifi (sellüloza) çox, doymuş

yağlar çox azdır və xolesterin yoxdur. ... Bu qidalanma rejimində olan

yüksək miqdarda sellüloza yemək yedikdən sonra uzun müddət tox olmağa

kömək edə bilər və zaman keçdikcə az yeməkdə sizə kömək edə

bilər. ... Bu cür qidalanma rejimi həm də daha ucuz başa gəlir. Ət, quş

əti və balıq adətən yediyimiz ən bahalı yeməklərdir”. 5

Bu cür həyat tərzi ölçüləri çox faydalıdır və çox baha deyil. Onlar

öhdəlik və vaxt tələb etsələr də, qanda şəkərin səviyyəsini normala

yaxın saxlamaqda kömək edir və gözlərə, böyrəklərə və qan damarlarına,

xüsusilə də aşağı ətraflara ziyanın qarşısını alırlar. Britaniyalı

həkim və tədqiqatçı Denis Burkit haqlı olaraq belə deyirdi: “Əgər insanlar

həmişə qayadan yıxılırlarsa, ya qayanın aşağısına təcili tibbi yardım

maşınları qoya bilərsən, ya da qayanın yuxarısında hasar tikə bilərsən.

Biz qayanın aşağısına lap çox təcili tibbi yardım maşınları qoyuruq”.

Çox insan mahiyyətcə belə deyir: “Həkim, qoy mən necə istəyirəm

elə də yaşayım, istədiyimi yeyim, istədiyimi içim və çəkim, sonra isə

sehrli dərman ver ki, məni yaxşı saxlasın”. Lakin sağlamlıq qanunlarına

etinasız yanaşaraq, ümidsiz yerdə sağlam qalmağa ümid bəsləməkdən

daha yaxşı yol vardır. Bunun əvəzinə, biz sağlam təbii qidalar yeməklə,

müntəzəm olaraq idmanla məşğul olmaqla, kifayət qədər istirahət

etməklə, bol su içməklə, müsbət münasibətlər qurmaqla və həqiqətən

də bizim qayğımıza qalan Allaha inamla özümüzü və övladlarımızı vaxtından

qabaq xəstəlik və ölümdən qorumaq üçün hasar tikə bilərik.

41

Sağlamlıq və Rifah

Qarşımızda böyük çətinlik, eyni zamanda böyük imkan var. Profilaktika

təcili tibbi yardım maşınından daha yaxşıdır. Bu, yalnız müalicədən yaxşı

deyil, elə müalicənin özüdür. Böyük olaraq bizim uşaqlarımızı tüğyan

edən pandemiyadan qoruya biləcək sağlam davranışların modelini onlara

göstərmək imtiyazımız vardır.

Eyni zamanda bizim öz sağlamlığımız bundan faydalanacaq. Biz fiziki

aktiv olmalıyıq və övladlarımızı da idman etməyə həvəsləndirməliyik.

Biz büdcəmiz daxilində ən sağlam qida seçimləri ilə təmin etməklə, onların

seçimlərinin məsuliyyətli memarı olmalıyıq. Bu, xüsusən də həm

övladının seçimlərini formalaşdıran, həm də öz gələcək sağlam və ya

qeyri-sağlamlıqlarını formalaşdıran hamilə qadınlara da aiddir.

Müqəddəs Kitabda həm övladlarımızın, həm də özümüzün sağlamlıq

və ümumi davranış haqqında qərarlarımızı idarə etmək üçün yaxşı

məsləhət və həvəsləndirmə var: “Uşağa tərbiyə ver ki, layiqli yol tutsun.

O qocalanda da bu yoldan dönməz” (Məsəllər 22:6). Biz öyrətmədə

təkrarın vacibliyini görürük və bu, Allahın qanun və göstərişlərinə aid

aşağıdakı məsləhətdə yaxşı təsvir edilmişdir: “Bu gün sənə əmr etdiyim

bu sözlər ürəyində kök salsın. Bunları övladlarının şüuruna yaxşı-yaxşı

yerit. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə

danış” (Qanunun təkrarı 6:6, 7). Bir valideyn kimi biz uşağın mayalanmasından

valideyn qayğısından asılı olmadığı günə qədər vaxtımızı,

məhəbbət, nümunə və dözümlülük göstərməliyik.

Yazılar bizə xatırladır ki, biz “Sən məni ecazkar, əsrarəngiz yolla” yaradılmışıq

(Zəbur 139:14). Buna görə də bizim şükür və minnətdarlıq

cavabımız hər şeydə Bizim Yaradıcımızı izzətləndirmək olmalıdır:

“Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın

izzəti üçün edin” (1 Korinflilərə 10:31). O, yemək payının ölçüsündən

və ehtiyacımıza ən uyğun gələn yeməklərdən tutmuş idman və müvafiq

istirahətə qədər bizim qərar və seçimlərimizi idarə etməyə kömək

etməkdə sədaqətlidir. Bədənimizi sağlam saxlamaq üçün ən böyük

həvəsləndiricilərdən biri bizi yaradan Allahı izlətləndirməkdir. Nə qədər

42

Siz riskdəsiniz?

vacib olsa da, sadəcə, sağlam olmaq xatirinə və ya yer üzündə daha

çox yaşamaq arzusu ilə sağlam olmaqdan daha vacib olan bir şey vardır.

Səylə sağlamlıq qanunlarına riayət etsək də, Rəbb ondan qabaq

gəlməsə bizim hamımız bir gün öləcəyik. Bədənlərimiz əyləncə otağı

deyil. Onlar Müqəddəs Ruhun məbədidirlər və bütün fərq də bundadır.

Bir neçə il bundan əvvəl Merilənd Universitetində Tibb Məktəbinin

dekanı Dr. Albert Ris on illərlə siqaret çəkmiş olan qadına siqareti

atmaqda kömək edirdi. O, hər cür vasitəyə əl atdı, lakin qadın

tərgidə bilmirdi. O, bir neçə gün siqaret çəkmirdi, sonra yenidən

çəkməyə başlayırdı. Bir gün Məsihçi olan Dr. Ris bu faktı onunla bölüşdü

ki, onun bədəni Müqəddəs Ruhun məbədidir və İsa Müqəddəs

Ruh vasitəsilə onun bədənində yaşamağı səbirsizliklə gözləyirdi. O,

izah etdi ki, bədəninin qayğısına qalmaqda etdiyi seçimlər haradasa

onun əbədiyyətə hazır olub-olmamasını təyin edəcək. Təxminən

bir həftə sonra onu həvəsləndirmək üçün baş çəkməyə gedəndə qadın

dedi: “Mən tərgitmişəm. Keçən dəfəki görüşümüzdən bəri siqaret

çəkməmişəm. Hər dəfə çəkmək istəyəndə Müqəddəs Ruhu boğulurmuş

kimi təsəvvür edirdim. Bir daha bədən məbədimi tütünlə

kirləndirmək istəmirəm. İsa qayıdıb gələndə bədənimi Ona ən yaxşı

vəziyyətdə təqdim etmək istəyirəm”.

Bədəninizi canlı qurban kimi İsa Məsihin Müqəddəs Ruh vasitəsilə

yaşaması üçün Ona təqdim etmək istərdinizmi? Nə üçün Onu elə indicə

dəvət etmirsiz ki, sağlam yaşamaq əzm və öhdəliyinizi gücləndirsin?

O, dərhal sizin köməyinizə gələcək. Əgər Böyük Həkim tərəfindən

ürəyinizin dəyişdirilməsini istəyirsinizsə, Allah bunu edə bilər, necə ki,

Müqəddəs Kitab Yezekel 36:26-da deyir: “Mən sizə yeni ürək verəcək,

daxilinizə yeni ruh qoyacağam. ... Elə edəcəyəm ki, siz qaydalarıma görə

rəftar edəsiniz, hökmlərimə diqqətlə riayət edəsiniz”. Hamımızın davranışımızda

dəyişiklik etmək üçün köməyə ehtiyacımız var. Özünüzdən

kənarda kömək axtarın – Allahdan kömək axtarın. Siz bunu Onsuz edə

bilməzsiz, lakin O da bunu sizin seçiminiz və əməkdaşlığınız olmadan

43

Sağlamlıq və Rifah

etməyəcək. Yaxın dostunuz və ya ailə üzvünüzdən xahiş edin sizinlə

birlikdə əməkdaşlıq etsin, cavabdehliyə həvəsləndirsin və birlikdə dua

etsin. Müsbət nəticəsini gördükcə və dolğun həyat yaşadıqca, bunu

etdiyinizə sevinəcəksiz!

1

Məsələn, www.nhlbi.nih.gov/guidelines/obesity/BMI/bmicalc.htm.

2

S.Wild, G.Roglic, A.Green, R.Sicree, H.King, “Global Prevalence of Diabetes: Estimates

for the Year 2000 and Projections for 2030”, “Diabetes care” 27 (2004):1047-1053.

3

Ümumdünya Səhiyyə Təşkilatı, “Fact Sheet No. 312”, bu saytda var: www.who.int/

mediacentre/factsheets/fs312/en/.

4

K.J.Stothard və digərləri, “Maternal Overweight and Obesity and the Risk of Congenital

Anomalies: A Systematic Review and Meta-analysis,” JAMA 301 (2009): 636-650.

5

Bu saytda var: www.diabetes.org/food-and-fitness/food/planning-meals-planning–for-vegetarians/.

44

Fəsil 4

Yaşamaq üçün uyğun

İdman seçimdir:

bunu həyata keçirin!

H

əyəcan hər tərəfi bürümüşdü. Rocer Bannister İngiltərədə, oksfordun

İffli Trak yolu ilə qaçarkən həyəcanlı camaat dəlicəsinə alqışlayırdı.

Bannister bu qaçışa əzmlə hazırlaşmışdı. Hər mili dörd dəqiqəyə

qaçmaq məqsədində tamamilə diqqətini cəmləyərək, o, həddən artıq

intizamlı treyninq rejiminə əməl etmişdi. Hazırlıq çox gərgin idi, hətta

bura ciddi şəkildə dağa çıxmaq da aid idi. Bannister, aydın idi ki, bu çətin

rekordu qırmaq istəyirdi, eyni zamanda bütün dünyada eyni məqsədi

olan başqaları da var idi.

1954-cü il mayın 6-sı gəldi və Rocer Bannister bilirdi ki, bu gün

üçün emosional, ruhlu, intellektual və fiziki cəhətdən hazırlaşıb. Mayın

5-də xəstəxanada sürüşüb yıxılaraq bütün günü axsamışdı. Qaçışa az

qalarkən beynini şübhə, suallar, əzmkarlıq və həyəcanlı gözləmə doldurmuşdu.

Sonra iki həmkarı Kris Braşer və Kris Çəteveylə qaçaraq,

Bannister bir mili 3 dəqiqə 59,4 saniyəyə qaçdı! O, hədəfə çatdı və

mükafatı aldı – hamının marağında olduğu bir mili dörd dəqiqədən az

45

Sağlamlıq və Rifah

müddətə qaçan ilk insan rekordu! Məqsədinə çatmaq Rocerdən intizam

tələb edirdi.

Dəyəri olan çox şey səy tələb edir, bizim sağlamlığımıza gələndə,

bu, xüsusilə doğrudur. Yaxşı sağlamlıq kiminsə bəxti gətirib olmur.

Bu, şansdan asılı deyil. Hər birimizin müxtəlif genetik quruluşu və

xəstəliklərə meyilliyi olsa da, Yaradıcının bədənimizin bütün sinir və

toxumalarında yazdığı sağlamlıq prinsiplərinə əməl etmək bizim ümumi

rifahımıza kömək edir. Bütün günü işləyib həddən artıq yorulmusunuzsa,

idman etmək əsl intizam tələb edir. Yaxud yorğunsunuzsa və

divanda oturub yerfındığı yeyərək televizorda sevimli verilişinizə baxmağa

üstünlük verərdinizsə, divandan durub idman etmək əzmli seçim

tələb edir. Səhv başa düşməyin. Biz sizi “saniyə Rocer Bannisteri” olmağa

həvəsləndirmirik. Məqsədiniz sabah bir mili dörd dəqiqəyə qaçmağa

çalışmaq deyil. Məqsədiniz harada olduğunuzu qiymətləndirmək, tibb

işçisi ilə məsləhətləşərək, yaşınıza və bacarığınıza uyğun müntəzəm,

sistematik idmana başlamaqdır. Bəzi gənclər üçün bir qədər yaşlı olan

bizlərdən daha güclü ola bilər.

Sizi müntəzəm idman proqramını başlayıb davam etdirməyə nə

həvəsləndirə bilər? Əgər hazırda idman edirsinizsə, davam etməyə nə

lazımdır?

46

İdman üçün zəruri olanlar

İdman bədəninizin yaxşı sağlamlığa doğru hərəkətini başlamaq

üçün bir yoldur. Təbabətin atası olan Hippokrat bir dəfə demişdi: “Əgər

hər kəsi düzgün miqdarda, nə çox, nə də az, qida və idman ilə təmin

etsək, sağlamlığa ən təhlükəsiz yolu tapmış olarıq”. Bu 21-ci əsrdə bizim

də çətinliyimizdir. Bir çoxumuz gündə səkkiz saata qədər bir ekrandan

qurtarıb o birinə baxmağa başlayırıq – smartfonlar, iPad, e-reader və

kompüter. Əgər buna televizora baxmağı da əlavə etsək, o zaman yatmaqdan

daha çox ekran qarşısında vaxt keçirmiş oluruq! Davamlı ola-

47

Sağlamlıq və Rifah

raq mexanikləşdirmə sayəsində hətta əl işi tələb edən sahələr də daha

az fiziki aktivlik tələb edir. Güclü sağlamlıq aktivlik, hərəkət və idman

tələb edir. Yaxşı sağlamlıq yalnız xəstə olmamaq deyil – bu, xoşbəxt

olmaq, fiziki, əqli, sosial və ruhlu nöqteyi-nəzərdən özünü bütöv hiss

etməkdir. İdman və aktivlik bu nəticələrinin reallaşmasına kömək edir.

Bundan da əlavə, idman bütöv sağlamlıq paketinin hissəsidir. İlham

almış səhiyyə təlimçisi Yelena Uayt zamanın və elmin imtahanından

çıxmış olan və sağlam yaşamaq üçün balanslı, çoxcəhətli yanaşmanı

yazmışdı: “Təmiz hava, günəş işığı, istirahət, idman, düzgün qidalanma,

su istifadəsi və ilahi qüvvəyə inam – bunlar əsl müalicədir. Hər kəs

təbiətin şəfaverici agentləri və onlardan necə istifadə edilməsi haqqında

biliyə malik olmalıdır”. 1

İdmanın məqsədi bütövlükdə fiziki durumumuzu və ümumi sağlamlığımızı

saxlamaq və gücləndirməkdir. İnsanlar əzələləri gücləndirmək,

ürək-damar sistemini optimallaşdırmaq, bədən çəkisini nəzərdə saxlamaq,

atletik bacarıqları inkişaf etdirmək, fiziki görünüşü yaxşılaşdırmaq,

ümumi rifaha və şüurun aydınlığına təkan vermək, həmçinin

söhbət etmək, əylənmək üçün idman edirlər. Bu, uzunömürlülük üçün

edə biləcəyimiz yeganə ən vacib bir şeydir.

Yelena Uayt başqa bir faydalı baxış da təklif edir. “Bədən yeganə

mühitdir ki, onun vasitəsilə şüurumuz və qəlbimiz xarakterimizin formalaşması

üçün inkişaf edir”. 2 Yaxşı kürsü binanın əsası olduğu kimi,

yaxşı işləyən bədən də insanın əqli qabiliyyətlərinin və beləliklə də xarakterinin

formalaşmasına kömək edir.

İdmanın faydaları

Həddən artıq və ya səhv idman etməsəz, fiziki hərəkət həmişə

faydalıdır. Başlamaq heç vaxt gec deyil və bir az idman etmək heç

etməməkdən daha yaxşıdır.

48

Yaşamaq üçün uyğun

İdman bədən çəkisinin itirilməsini davamlı edir və qaməti və görünüşü

yaxşılaşdırır. Bu, həmçinin ürək xəstəlikləri, diabet, xərçəng və

Alsheymer xəstəliklərinin riskini azaldır və inkişafını ləngidir, həmçinin

vaxtından qabaq ölüm riskini azaldır. Nə zamansa bədəninizin

bərkiməsini hiss etmisiz və daha elastik olmasını arzulamısız? İdman

bədənin elastikliyini artırır, sümük və oynaqları gücləndirir, sınıqlardan

qoruyur və sağlam əzələ qurur. İdmanın faydalarına aşağıdakılar da

daxildir: qan təzyiqi aşağı düşür, nəbz aşağı düşür, həm piylənmə, həm

də diabet riski aşağı olur. Əgər idman etmək üçün özünüzü çox yorğun

hiss edirsinizsə, yadda saxlayın ki, idman sizə enerji, həyat qabiliyyəti,

sürət və güc verir. Formada olmaq yaralanma və xəstəliklərdən sağalmanı

sürətləndirir.

İdmanın fiziki faydalarına baxdıq, bəs əqli faydaları necə? Sağlamlıq

üçün nə zamansa sirli bir formul olmuş olsaydı, o, idman olardı. Parkda

yaxşı gəzinti və ya evin ətrafında qaçış öyrənməni, yadda saxlamanı və

ümumi əqli funksiyanı yaxşılaşdırır. Bu, əla stresdən qurtulma yoludur

və ümumi psixoloji sağlamlığı yaxşılaşdırır. İdman edənlərdə stres azalır

və özünə inam artır. Heç fikir vermisinizmi ki, idman edərkən həmin

gecəni yaxşı yatırsız?

İdman həmçinin bəzi təəccüblü sosial faydalar da gətirir. O, emosional

ağlı və münaqişələrin həllini asanlaşdırır, yaxınlıq və cinsi həyatı

gücləndirir və xoşbəxtlik hissi gətirir. İdman beynə daşınan oksigenin

miqdarını artırdığı üçün, bu, həmçinin Müqəddəs Kitabı öyrənmək, bunun

üzərində düşünmək və dua etmək qabiliyyətimizi artırır. Sistemli

idman bizim ruhlu şeyləri qiymətləndirmək qabiliyyətimizi artırır. İdmandan

olan yenilənmiş enerji ilə bizdə başqalarına xidmət etmək arzusu

daha çox olacaq.

49

Sağlamlıq və Rifah

Plan və göstəricilər

İdman fiziologiyasında dünyanın ən aparıcı professional təşkilatlarından

biri olan Amerika İdman Təbabəti Kolleci sağlam miqdarda idman

üçün proqram hazırlayıb. Hər birimizin həftədə ən azı 150 dəqiqə

mötədil idmana ehtiyacımız var. Çox adam üçün bu, əldə edilə bilən

məqsəddir. Lazım olan səki, meşədə cığır, idman avadanlığıdır və idmana

həftədə üç saatdan az olmaqla, və ya gündə 30 dəqiqə vaxt sərf

etmək. Təəccüblü olsa da, kifayət qədər idman etmək üçün dünyaca

məşhur qaçış ustası və ya ağırlıq qaldıran olmaq lazım deyil. Həftədə

beş dəfə ən azı 30 dəqiqə cəld gəzinti kifayət edər. Bu yaxınlarda aparılmış

tədqiqat göstərir ki, idmanın hamısını bir vaxtda etmək lazım deyil.

Üç dəfə 10 dəqiqəlik idman 30 dəqiqəlik idmanın verdiyi faydaları

verəcək.

Əlbəttə, sadəcə, idman haqqında oxumaq və danışmaq kifayət

deyil – siz bunu həyata keçirməlisiniz! Kimsə belə demişdir: “Gəzmək

haqqındakı bütün danışıqlar yaxşı gəzintinin yerini verməyəcək”. Keçmiş

vərdişlərinizə baxın, indi onları qiymətləndirin və onların gələcəkdə

necə olmasını istədiyinizi qərara alın. Müvəffəqiyyətli olub-olmayacağınız

haqda narahat olmayın. Sadəcə bu nöqtədən başlayaraq əlinizdən

gələni edəcəyinizi qərara alın. Sonra başlayın.

1. Plan: Bir çox idman proqramları olsa da, aşağıdakı dörd prinsipi

yadda saxlayın: idman proqramınızın tezliyi və intensivliyi, həmçinin

idman rejiminin növü və vaxt. Lakin həmişə başlamazdan əvvəl

həkiminizlə məsləhətləşin. Gəlin yaxşı idman proqramının dörd tərkib

hissəsindən hər birinə ayrı-ayrılıqda baxaq.

50

▪ Tezlik nə qədər tezliklə idman etməyiniz deməkdir. Ürək hərəkətləri

üçün əksər idman mütəxəssisləri sağlamlığınızı yaxşılaşdırmaq

üçün həftədə beş gün mötədil idman və ya həftədə üç dəfə inten-

Yaşamaq üçün uyğun

siv idman hərəkətləri məsləhət görür. Arıqlamaq üçün həftədə altı

dəfə və ya daha çox idman etmək lazım ola bilər. Güclənmək üçün

məsləhət görülən tezlik həftədə ardıcıl olmayaraq iki və ya üç gün

idman etmək və ən azı bir və ya iki gün fasilə verməkdir.

▪ İntensivlik necə güclü idman etməyiniz deməkdir. Ürək idmanı

üçün ümumi qayda budur ki, hədəf nəbz zonasında işləyəsiniz

və müxtəlif enerji sistemlərini stimullaşdırmaq üçün müxtəlif

intensivliyə diqqətinizi cəmləyəsiniz. Güc təlimi üçün etdiyiniz

idmanlar, qaldırdığınız ağırlıq və hansı dəst və təkrarlamalarınız

idman proqramınızın intensivliyini müəyyənləşdirir.

▪ Vaxt nə qədər idman etməli olduğunuzu göstərir. İdman üzrə

qaydalarda göstərilir ki, məqsədiniz hər dəfə 30-60 dəqiqə idman

etmək olmalıdır. Bu o demək deyil ki, siz bir saat idman etməkdən

başlayacaqsınız. Ürək idmanında o səviyyəyə çatmaq üçün

müəyyən vaxt keçə bilər. Yavaş-yavaş başlayın. Bir müddət idman

etməmisinizsə, on ilin əvəzini bir gündə çıxa bilmərsiniz. İdmanın

intensivliyi və sizin formada olmağınız idmanın müddətini təyin

edəcək. Nə qədər ağır işləsəniz bir o qədər də vaxt qısa olacaq.

▪ Ürək idmanı üçün nəbzi artıran istənilən növ fəaliyyətlə məşğul

ola bilərsiniz: qaçmaq, gəzmək, velosiped sürmək, üzgüçülük,

müxtəlif idmanlar və sair. Güc məşqlərinə əsasən əzələlərinizi

məşq etdirmək üçün müqavimət göstərdiyiniz istənilən idman

hərəkətləri (lent, qantel, aparatlar və s.) aiddir.

Bu dörd prinsipi yadda saxlayın:

1. Tezlik: müntəzəm idman edin.

2. İntensivlik: səylə idman edin.

3. Vaxt: ən azı gündə 30 dəqiqə idman edin.

4. Növ: məşq proqramınıza həm aerobik, həm də güclənmək üçün

olan idman növlərini daxil edin.

51

Sağlamlıq və Rifah

Bu əsas idman proqramına əməl etdikcə sizə darıxmağın, həddən

artıq istifadə nəticəsində olan zədələnmələrin və çəki itirilməsi

prosesində olan dayanıqlığın qarşısını almaq üçün məşqlərinizi uyğunlaşdırmağa

kömək edəcək.

Müvafiq aerobik idmanı ölçməyin ən sadə yolu pedometr (addımları

sayan) almaq və hər gün məsləhət görülən 10000 addımı atmaqdır!

Bu, əsas şəxsi formada olmağınızı təmin edəcək.

2. Göstəricilər: İstər yeni başlayan olun, istərsə də işinizi yaxşı bilən,

proqramınızın yaxşı işləməsi üçün bir neçə faydalı göstəricilərə baxaq.

52

▪ Hərəkət et. Hərəkətə başlamasanız heç nə baş verməyəcək. İşə

başlayın!

▪ Üç addımlı dəyişiklik modelindən istifadə edin. Birinci, hazırda

harada olduğunuzu bilin; ikinci, harada olmaq istədiyinizi qərara

alın; üçüncü isə ora çatmaq üçün plan qurun.

▪ İdman haqqında daha çox öyrənin. Xüsusi marağınız olan sahə

ilə əlaqədar mövzuları araşdırmağa başlayın. Sağlam həyat

tərzi sürməyin müsbət tərəflərini vurğulayın – bunun haqqında

fikirləşin, buna inanın, haqqında danışın. Müvəffəqiyyətli olacağınıza

inamla başlayın və yenidən başlayın.

▪ İşin icrasını qiymətləndirin. Bəzi insanlar idman etməyə başlayanda

jurnal tutmağı faydalı hesab edirlər, sonra inkişaflarını qeyd

edirlər (İnternetdə sizə kömək etmək üçün çox sayda yaxşı idman

jurnalları tapa bilərsiniz).

▪ Hərəkətə davam edin. Bu gün başlayın və dayanmayın. Davamlı

olmaq əsasdır. Yadda saxlayın ki, idmanı dayandıran üç əsas şey

bunlardır: 1) lənglik, 2) inadkarlığın olmaması və 3) öz-özünü

məğlub etmək xasiyyəti. Ola bilər ki, bütün məqsədlərinizə çat-

Yaşamaq üçün uyğun

mayasınız, lakin ruhdan düşməyin. İdman proqramınızdan heç

vaxt əl çəkməyin.

Yadda saxlayın ki, bədəniniz üçün etdiyiniz bütün yaxşılıqlar sizin

ruhlu və əqli məqsədlərinizi yalnız tamamlayacaq və dəstək verəcək.

İdman edin və onun gətirdiyi müsbət hisslərdən zövq alın. Proqresinizi

qiymətləndirin və həvəsdən düşməyin.

Əlavə güc

Yaxşı din yaxşı sağlamlıq vərdişləri ilə tamamlanır ki, bura da idman

daxildir. Bədən və qəlb bir-birilə bağlıdır və onların hər ikisinin Allahın

izzəti üçün uğur qazanması haqda dua etmək düzgün olardı. “Ey sevimli,

dua edirəm ki, canın uğurlu olduğu kimi özün də hər cəhətdən

uğurlu və sağlam olasan” (3 Yəhya 1:2). İdman da daxil olmaqla Allahın

iradəsini yerinə yetirərkən nə zaman problem, maneə və çətinliklərlə

qarşılaşsaq, Ondan əzmimizi möhkəmlətməkdə kömək istəmək imtiyazımız

var. Müsbət, sağlam həyat prinsiplərilə ahəngdarlıqda yaşamağı

seçərkən, O, düzgün olanı etmək üçün bizə güc verəcək. Biz

bu döyüşdə tək deyilik. Sizi gücləndirən Məsih vasitəsilə hər şey edə

bilərsiniz (Filipililərə 4:13).

Bədəniniz Allahın məbədidir ki, bunun vasitəsilə O, əlaqə saxlayır.

İdman o məbədi yaxşı vəziyyətdə saxlayır ki, Allahın nə etməyinizi

istədiyinizi başa düşə və onu edə biləsiz. Bir çox insanlar həddən artıq

yeyir, pis vərdişləri var və idman etmirlər. Sonra isə Allahdan istəyirlər

ki, onlara şəfa versin. Bilərəkdən sağlamlıq qanunlarını pozaraq, sonra

isə Allahdan yaxşı sağlamlıq istəyə biləcəyimizi fikirləşmək özündən

razılıq deyilmi? İdman yaxşı sağlamlığa zəmanət verməsə də, idman

etməmək yaxşı sağlam olmayacağımıza zəmanət verə bilər.

53

Sağlamlıq və Rifah

Hər gün idmana bir vaxt sərf etməyi planlaşdırın. Bu vaxtdan dua

etmək və Yaradıcınızla söhbət etmək üçün istifadə edin. Bu, şüurunuzu,

bədəninizi və ruhunuzu canlandıracaq. İdman və sağlamlığa gəldikdə,

bəhanə və ləngliyin heç yeri yoxdur. Sağlamlıq və rifahımızın qayğısına

qalmaq üçün bunu etməliyik. Heç kim bunu sizin əvəzinizə edə bilməz.

Bu, sizdən asılıdır!

1

Yelena Uayt, Counsels on Health (Mountain View, Calif.: Pacific Press Pub. Assn.,

1923), səh. 90.

2

Yelena Uayt, My Life Today (Washington, D.C.: Review and Herald Pub. Assn.,

1952), səh. 78.

54

Fəsil 5

Sağlam münasibətlər

Məhəbbətin yeri var:

buna sərmayə qoyun!

E

ster stula yayılaraq məsləhət otağında oturmuşdu. Ancaq 24 yaşı

olmasına baxmayaraq, kədər gözlərini bürümüşdü. Nə isə və ya

kimsə onun sevincini oğurlamışdı. O, könülsüz olaraq başa düşürdü ki,

sağlamlığı ilə əlaqədar bir çox problemləri var, lakin heç vaxt həkimə

getməmişdi. O, 3 yaşından başlayaraq çarpayısını islatmağına görə

hər iki valideyninin onu necə döydüyünü təsvir edirdi. Böyüdükcə

özünü saxlaya bilməmək epizodları davam etdi, eləcə də döyülmək.

Özündən asılı olmayan bir şeyə görə incidilmək qorxusu gücləndi. Ester

böyüdükdən sonra da sidik kisəsini idarə edə bilməkdə problemləri

var idi, o, həmçinin xoşagəlməz yuxular görür və özünə güvənci çox az

idi. “Mən utanırdım və fikirləşirdim ki, heç kim mənimlə ailə qurmaq

istəməyəcək” o deyir. “Allaha minnətdaram ki, mən ailə qurdum”.

Ester valideynlərinin evini tərk edib qayğıkeş və mehriban həyat

yoldaşının evinə köçəndən sonra özünü saxlaya bilməməsi get-gedə

azaldı, baxmayaraq ki, gecə pis yuxu görmələri və baş ağrıları qaldı. Tez-

55

Sağlamlıq və Rifah

tez o, gecə yuxuda yerini islatdığını görüb oyanır. Həmçinin onda qəfləti

həyəcan tutmaları olur ki, bu da nəbzinin çox sürətli olmasına və nəfəs

çatışmazlığına səbəb olur. Ester başa düşülməyəcəyindən qorxaraq heç

vaxt yoldaşına başına gələn fiziki zorakılıqlar haqda heç nə deməmişdi.

Utana-utana o, kömək istəyirdi.

Onun simptomları post-travmatik stres pozğunluğunda baş verən

haldır ki, travmaya məruz qalan insanlarda olur. Onun kimi bir çox

insanlar bəlkə də çox erkən yaşlarından başlamış zorakılığın nəticəsi

olaraq pis səhhətdən sakit-sakit əziyyət çəkirlər. Evimizin bağlı qapısı

arxasında olan ən dərin və çox vaxt ən mənalı münasibətlərimiz həyat

boyu sağlamlığımıza və rifahımıza güclü təsir edə bilər.

Fiziki sağlamlıq təsiri

Tədqiqatlar göstərir ki, qayğıkeş münasibətlər immun sistemini

gücləndirir və bizim xəstəliklərə qarşı mübarizə aparmaq qabiliyyətimizi

artırır. Belə tədqiqatlardan birində göstərilir ki, qohumlar və yaxın

dostların həftədə üç dəfə onlara baş çəkməsi yaşlıların immun funksiyasını

yaxşılaşdırır. 1 Qəpiyin o biri üzü də düzdür. Elmi araşdırmalar

göstərmişdir ki, zorakılıqla dolu münasibətlər bizim sağlamlığımıza

ziyan vura bilər. Fiziki, cinsi və ya emosional zorakılığa məruz qalmaq

və ya zorakılıqla əlaqədar daimi stres bir çox sağlamlıq problemləri ilə

bağlıdır. Pis uşaqlıq təcrübələri böyüyəndən sonra bir neçə fiziki sağlamlıq

problemlərinə səbəb olur. Uşaqlıq zamanı travmatik hadisələrə

“şifahi, fiziki və ya cinsi zorakılıq”, həmçinin böyüklər arasında məişət

zorakılığının şahidi olmaq kimi “ailə disfunksiyası” aiddir. 2 Çox təəssüf

ki, çox vaxt insana ən yaxın olanlar – insanın öz ailəsi – bu cür zorakılıq

edə bilər. Yerdə kiçik səma, istilik və məhəbbətlə dolu təhlükəsiz sığınacaq

olmalı ev bağlı qapılar arxasında zərər, təhlükə və qorxu yerinə

çevrilə bilər.

56

57

Sağlamlıq və Rifah

Bu cür qeyri-sağlam mühit xroniki stres mənbəyinə çevrilir ki, bu

da xəstəliyə, hətta ölümə də səbəb ola bilər. Uşaq olarkən zorakılığa

məruz qalmış insanlarda diabet riski 60 faiz daha çox olur. 3 Uşaqlıq

dövründə baxımsızlığın araşdırılması da diabet riskinin yüksək olduğunu

göstərmişdir. 4 Diabetin hazırkı pandemiyası bu cür faktları həm

təəccüblü, həm də narahatlıq doğuran edir. Kim fikirləşərdi ki, diabetin

evdə nə cür münasibətlərimiz olması ilə hər hansı əlaqəsi ola bilər?

Lakin bu cür mənfi fiziki sağlamlıq təsirləri diabet və immun sistemdən

daha uzağa gedir. Uşaqlıq zamanı travmatik təcrübələr xərçəng, ürək

– damar xəstəlikləri, piylənmə və çəkinin artıqlığı və erkən ölümdə

də rolu var. 5 Dəlillər bunu göstərir ki, əgər həddən artıq stres uşaqlıqda

immun sistemini zəiflədir və zorakılıq şüurun incə mexanizmlərini

zədələyisə, çoxsaylı fiziki, əqli və emosional problemlər həyatda sonralar

üzə çıxa bilər.

58

Əqli və ictimai səhiyyə təsirləri

Evdə qeyri-sağlam münasibətlər əslində beynimizdə dəyişikliklərə

səbəb olur. Beynin xüsusilə təsirə məruz qalan hissələri uzun və qısa

müddətli yaddaşda vacib rol oynayan hissələrdir. 6 Əlavə olaraq, ailə zorakılığının

həm uşaq, həm də böyük qurbanlarında qorxu, utancaqlıq,

günahkarlıq hissi və damğalı kimi hisslər olur. Bu cür mənfi emosiyaların

həm kişilərdə, həm də qadınlarda depressiya, bipolyar pozğunluq

və post-travmatik stres pozğunluğu da daxil olmaqla əqli və emosional

problemlərdə rolu vardır. 7

Uşaqlıqda pis münasibətə, təhqirə məruz qalmaq və çox erkən

yaşlarda kasıblıq bizim immun sistemimizi zədələyir. Bu cür həyatı olan

insanların bədəni böyüyərkən immun sisteminin qüsurlu olmasından

dolayı iltihaba reaksiyası qeyri-normal olur. Onlarda həmçinin diabet

riski çox olur! İmmun sistemin bu cür disfunksiyası yalnız uşaqlıq

dövründəki zorakılıqda deyil, ər-arvad arasında xüsusən də bir müddət

davam edən münaqişələr zamanı da olur.

Sağlam münasibətlər

İctimai səhiyyə təsiri

Tədqiqatlar bütün formalarda zorakılığı yalnız xəstəliyin artması ilə

deyil, həmçinin bütün icmaya mənfi təsirlə də əlaqələndirmişdir. Bütün

dünyada zorakılıq böyük problemə çevrilmişdir.

Aşağıdakı statistik məlumat zorakılığın sağlamlığa təsirini açıq

göstərir: Dünyada hər üç qadın ölümü içərisində birdən çoxu yaxını

tərəfdən, çox vaxt həyat yoldaşı və ya birgə yaşadığı şəxs tərəfindən

törədilir. 8 Bu cür zorakılıq adətən uzun müddət davam edən zorakı

münasibətlərin son nəticəsi olur. Birləşmiş Ştatlarda ictimai səhiyyə

rəsmiləri Amerika vətəndaşlarının sağlamlığına təsir edən səkkiz əsas

prioritetlər arasında zorakılığı da göstərir.

Qoruyucu faktorlar

Xoşbəxtlikdən, məişət zorakılığından qurtulanlar içərisində sağlamlıqla

bağlı bir çox mənfi nəticələrə baxmayaraq, yenə də ümid

var! Zorakılığa məruz qalanların hamısı bu cür sağlamlıq problemləri

ilə üzləşmir. Bir çox şəxslər effektiv mübarizə metodlarından istifadə

edərək ayağa qalxmağı bacarır, bunu möhkəmlik də adlandırırlar.

Məişət zorakılığı ilə üzləşən hər kəs üçün yaxşı xəbər odur ki, bu

cür müsbət mübarizə faktorları insanlara sağalmaqda kömək edə

bilər. Onlara aşağıdakılar daxildir: yaxşı emosiyaları bəsləmək; elastik

olmağı öyrənmək; başqalarının rifahı üçün özünü düşünməmək;

sosial dəstəyə malik olmaq; inam, din və ya ruhluluq. 9 Faktiki olaraq,

tədqiqatlar göstərir ki, minnətdarlıq və xüsusən bağışlama 10 travma və

zorakılıq qarşısında psixoloji müqavimətə kömək edə bilər.

Bağışlama və ya minnətdarlıq şəfaverici məlhəm və qoruyucu faktor

ola bilər ki, bu da bizə zorakı münasibətlərin nəticəsi olan xəstəliklərlə

mübarizə aparmaq imkanı verir. Kimsə sizi dərindən incidibsə və siz onları

bağışlaya bilmirsinizsə, onlara sizi ikinci dəfə yaralamaq imkanı ve-

59

Sağlamlıq və Rifah

rirsiniz. Bağışlamayan ruh bizim sağlamlığımızı məhv edir və bizi acılığın

dustağı edir. O, Allahın bizdə görmək istədiyi sevinci əlimizdən alır. Necə

ki, İsa Onu çarmıxa çəkənləri layiq olmadıqları halda bağışladı, eləcə biz

də bizi yaralayanları buna yer qoymasalar da, bağışlaya bilərik. Başqasını

bağışlamaq o demək deyil ki, biz onların əməlləri ilə razılaşırıq və ya

bizə etdiklərinə bəraət qazandırırıq. Daha doğrusu, bağışlama başqası

layiq olmadığı halda onu bizim mühakiməmizdən azad etməkdir, çünki

Məsih layiq olmadığımız halda bizi Öz mühakiməsindən azad etdi. Necə

ki, həvvari Paul aydın deyir: “Amma bir-birinizə qarşı xeyirxah, rəhmli

olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın”

(Efeslilərə 4:32).

İnsanlar zorakı münasibətlərin ürək ağrıdıcı travmasını yaşayarkən

suallarından biri belə olur ki, bəs bütün bunlarda Allah haradadır? Ağrı

və ədalətsizlik dünyanı basıb. Bəzən həyat, sadəcə, ədalətsizdir. Biz xeyir

və şər, sevinc və kədər, məhəbbət və nifrət, sağlamlıq və xəstəlik

dünyasında yaşayırıq. Bəzən biz öz pis seçimlərimiz vasitəsilə özözümüzə

ürək ağrısı gətiririk, lakin bir çox dəfələr də tamamilə heç bir

səhv etmədiyimiz halda kədər bizdən əl çəkmir. Travma baş verir. Göz

yaşları axır. Faciə bizi sındırır. Lakin həyatın bütün ədalətsizliklərinə baxmayaraq,

Allah hələ də yanımızdadır. O, heç vaxt bizi tərk etməyəcək

və ya unutmayacaq (İbranilərə 13:5). Əksinə, biz Ona imkan versək, bizi

gücləndirəcək və ürəkləndirəcək. O, hələ də sınıq ürəklərə şəfa verir,

əsirləri azadlığa çıxardır və məzlumlara yardım edir (Luka 4:18).

Müqəddəs Kitabdakı bu əbədi həqiqət həyat dəyişdirəndir: Allah

məhəbbətdir (1 Yəhya 4:8). Onun bizə qarşı etdikləri həmişə və yalnız

məhəbbətdən irəli gəlir. O, heç vaxt bizə ziyan gətirən bir şey etmir.

Keçmişdə, uşaq vaxtı hər hansı ağrılı, travmatik işlər başınıza gəlibsə

də Allah onların səbəbi deyil və sözsüz ki, siz də onlara görə cavabdeh

deyilsiniz. Onlar başqası tərəfindən edilən ziyanlı, dağıdıcı seçimlərin

nəticəsi idi. Tamamilə sizin iradənizdən asılı olmayan bir şey üçün özünüzü

günahkar hesab edirsinizmi və ya buna görə Allahı günahlandı-

60

Sağlam münasibətlər

rırsınızmı? Əgər ürəyinizdə uşaqlıq acıları, emosional xəyanət və ya

fiziki, yaxud əqli zorakılıq səbəbindən ağrılı bir boşluq varsa, İsa başa

düşür. Onun Özünə xəyanət edilmiş və döyülmüşdü, məsxərəyə qoyulmuş

və imtina edilmişdi. İnsanlar Onun haqqında yalan danışaraq,

Ona gülürdülər. Düşmənləri Onu söydülər və çarmıxa çəkdilər. Bu cür

dəhşətli ədalətsizliklərə baxmayaraq, O, heç vaxt Atasının məhəbbət və

qayğısına inamı itirmədi. Başınıza gələnləri başa düşərək, O, qəlbinizə

şəfa vermək və sizə yaşamağa yeni ümid vermək üçün yanınızdadır.

Nə vaxtsa bütün insan münasibətlərinin məqsədi haqqında düşünmüsünüz?

Nə üçün Allah bizə ata, ana, qardaş, bacı, ər, arvad, oğul,

qız və dostlar verir? Hər bir insan münasibəti Allahın Öz məhəbbətinin

müxtəlif cəhətlərini aşmaq planının bir hissəsidir. Bütün Yazılar

boyu Onun güclü və qayğıkeş ata, ürəyiyumşaq ana, sevən ər, mehriban

arvad, qoruyan böyük qardaş, dinləyən bacı və sədaqətli dost

xüsusiyyətlərinə malik kimi təsvir edildiyini görürük. Allah Öz məhəbbətini

insan münasibətləri prizmasından açır.

Bəs bu münasibətlərdən biri bizim günahımız olmadan qırılsa

necə? Allahın xasiyyət keyfiyyətlərini açmaqdansa, günahın qırıqlığını

və özünü sevmənin məhvedici təsirini əks etdirsə necə? Biz Ona

etibar etməyi öyrənəndə Allah münasibətlərdən dolayı yolla keçərək

bizim ürəklərimizi ata, ana, bacı, qardaş, ər, arvad və ya dostdan ala

biləcəyimiz məhəbbətlə doldurur. Aşağıdakı Müqəddəs Kitabdan sözləri

oxuyun və sevinin ki, O, ürəyinizin ən dərin ehtiyaclarını da ödəyə

bilir:

“Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə

rəhm edir” (Zəbur 103:13).

“Öz müqəddəs məskənində olan Allah Yetimlərin atası, Dul qadınların

müdafiəçisidir” (Zəbur 68:5).

“Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən

çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni

əsla unutmaram” (Yeşaya 49:15).

61

Sağlamlıq və Rifah

“Çünki sənin ərin səni Yaradandır, Onun adı Ordular Rəbbidir. Səni

Satınalan İsrailin Müqəddəsidir, O, bütün dünyanın Allahı adlanır” (Yeşaya

54:5).

“Dost çoxaldan öz-özünü yıxar, Amma qardaşdan daha yaxın dost

da var” (Məsəllər 18:24).

Bunlar, sadəcə, Ata, Oğul və Müqəddəs Ruhun bizimlə necə yaxın

münasibətdə olmaq istədiyini göstərən Müqəddəs Kitab səhifələrindən

seçmələrdir. Bağlı qapılar arxasında həyatımız parçalanarkən, Allahda

yeni ümid tapa bilərik və O, həyatlarımızı yenidən qura və ürəyimizdə

çatışmayanları verə bilər. Əbədi Allahın ürəyindən gələn məhəbbət

məlhəm məhəbbətdir. Onda həyat təzədir. Onun vasitəsilə biz yenidən

ümid edə bilərik və Ona görə gələcəyi yeni sevinclə qarşılaya bilərik.

1

C. K. Kikolt-Qleyzer və digərləri, “Psychosocial Enhancement of Immunocompetence

in a Geriatric Population”, Health Psychology 4 (1985): 25-41.

2

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi, “Adverse Childhood Experiences

Reported by Adults”, bu saytda baxa bilərsiniz: www.cdc.gov/mmwr/preview/

mmwrhtml/mm5949a1.htm.

3

V.C.Felitti və digərləri, “Relationship of Childhood Abuse and Household Dysfunction

to Many of the Leading Causes of Death in Adults”, Amerika Profilaktik Təbabət

Jurnalı 14 (1998): 245-258.

4

R.D.Qudvin and M.B.Stein, “Association between Childhood Trauma and Physical Disorders

Among Adults in the United States”, Psychological Medicine 34 (2004): 509 -520.

5

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi, “Adverse Childhood Experiences Reported

by Adults”.

6

A.Dənis və B.S.McEwen, “Adverse Childhood Experiences, Allostasis, Allostatic

Load, and Age-related Disease”, Physiology & Behavior 106 (2012): 29-39.

7

J.McCauley və digərləri, “Clinical Characteristics of Women With a History of Childhood

Abuse: Unhealed Wounds”, JAMA 277 (1997): 1362-1368.

8

H.Stöckl və digərləri, “The Global Prevalence of Intimate Partner Homicide: A Systematic

Review,” The Lancet 382 (2013): 859-865.

9

K.Tusi və C.Dyer, “Resilience: A Historical Review of the Construct,” Holistic Nursing

Practice 18 (2004): 3-8.

10

A.J.Miller və digərləri, “Gender and Forgiveness: A Meta-Analytic Review and Research

Agenda”, Journal of Social and Clinical Psychology 27 (2008): 843-876.

62

Fəsil 6

Siz fikirləşdiyinizsiniz

Müsbət yanaşma həyatvericidir:

onun qayğısına qalın!

N

ə zamansa soruşmusunuzmu ki, nə üçün bəzən mənfi fikirlər beyninizi

doldurur? Nə zamansa bu cür mənfi fikirləri nə cür müsbət

fikirlərə çevirmək haqqında düşünmüsünüzmü? Necə fikirləşməyinizin

vacib mənəvi seçim və ya etik məsələ qarşısında qalanda nə etməyinizə

təsirini heç hiss etmisinizmi?

Bir qrup könüllü iki yuxusuz gecəyə başlayanda ordu tədqiqatçıları

gördülər ki, yuxusuzluq iştirakçıların emosional mənəvi dilemma qarşısında

qalanda qərar qəbul etmə qabiliyyətinə mane olurdu. 1 Lakin daha

əhəmiyyətlisi yəqin ki, o idi ki, yuxusuzluq nəticəsində bəzi könüllülər

mənəvi cəhətdən nəyin qəbul edilən olması haqqında fikirlərini

dəyişdirdilərsə də, bu, hər yerdə belə deyildi. Araşdırmanın əvvəlində

“emosional ağlı” yüksək qiymətləndirilənlər mənəvi cəhətdən nəyin

düzgün olması haqqında fikirlərini dəyişdirmirdilər.

Bu tədqiqat, eləcə də bir çox digər tədqiqatlar Məsəllər 23:7-

dəki əbədi həqiqəti sübut etməyə kömək edir ki, insan “ürəyində nə

fikirləşirsə, elə odur”. Necə fikirləşdiyimiz bizim həyata cavabımızı for-

63

Sağlamlıq və Rifah

malaşdırır. Düşüncələrimiz bizim nə etdiyimizi idarə edir. Çox vaxt davranışımız

fikrimizdə olanı təkrar edir. Biz vicdanımızın ekranında olan

şəkilləri canlandırırıq. Aydındır ki, hamımız həyatda heç olmasa bəzən

emosiyalarla dolu mənəvi dilemma qarşısında qalmağı gözləməliyik.

Bu baş verən zaman necə reaksiya verəcəyik? Belə zamanlarda emosional

zəka üstünlük ola bilər.

64

Emosional zəka nədir?

Adətən biz zəkanı insanın əqli və ya idrak qabiliyyəti kimi başa düşürük

və bunu ölçmək üçün İQ (intelligence quotient – zəka əmsalı)

testindən istifadə olunur. Lakin 1983-cü ildə inkişaf psixoloqu Havard

Qardner özünün Ağlın Çərçivələri kitabında çoxsaylı zəka nəzəriyyəsini

irəli sürmüşdü. Zəkanı sadə məntiqi qabiliyyət kimi təyin etmək əvəzinə

biz bunu səkkiz (o, sonradan birini də əlavə etmişdi) qabiliyyət qrupu

kimi görməliyik: naturalist zəka (“təbiət ağlı”), musiqi zəkası (“musiqi

ağlı”), məntiqi-riyazi zəka (“rəqəmlərdə, düşünməkdə olan ağıl”),

şəxslərarası zəka (“insanlarla ağıllı”), bədən-kinestetik zəka (“bədəndə

ağıllı”), linqvistik zəka (“söz ağıllısı”), şəxsiyyət daxili zəka (“öz-özünə

ağıllı”), məkan zəkası (“şəkil ağıllısı”) və vücud zəkası (“mənəviyyat

ağlı”). 2

Sonra 1995-ci ildə psixoloq və elmi jurnalist Daniel Qolmən Emosional

Zəka adlı bütün dünyada ən yaxşı satılan kitabını nəşr etdirdi və

bu kitab da adətən beynin sentimental qabiliyyəti və ya emosiyaları

başa düşmək, qiymətləndirmək və idarə etmək qabiliyyəti adlanan bu

cür zəkanı məşhurlaşdırdı. Qolmənə görə emosional zəkanın beş ayrıca

cəhəti var: 3

(1) emosiyalarımızı bilmək

(2) emosiyalarımızı idarə etmək

(3) başqalarının emosiyalarını başa düşmək

(4) başqaları ilə münasibətləri idarə etmək

(5) özümüzü məqsədimizə çatmağa həvəsləndirmək

65

Sağlamlıq və Rifah

Bunların hamısı vacibdir, çünki biz həmişə emosiyaları oxumalı və

idarə etməliyik.

66

Emosional zəkanın rolu

Emosional zəka (EQ və ya Eİ) yalnız qərar qəbul etməyə aid deyil.

Tədqiqatlar göstərir ki, insanın ali məktəbi bitirəndən sonra tapdığı iş

onların zəka əmsalını (İQ) göstərsə də, bu işdə nə qədər irəliləməsinin

bununla az əlaqəsi var. 4 Bu, heç onların oxuyan zaman qiymətləri ilə də

bağlı deyil. Əksinə, bu, onların emosional zəkası (EQ) ilə bağlıdır. Bizim

həyatda müvəffəqiyyətimiz və xoşbəxtliyimiz zəkanın hər bir formasından

daha çox emosional zəkadan asılıdır.

Müxtəlif elmi tədqiqatlar göstərmişdir ki, insanın emosional zə kasını

artırmaq depressiya, fobiya, obsessiv-kompulsiv pozğunluq, posttravmatik

stres pozğunluğu, anoreksiya (iştahanın itirilməsi), bulimiya

(iştahanın çox olması) və alkoqolizm kimi asılılıqların qarşısını ala və

ya onları müalicə edə bilər. 5 Məsələn, 12 addım Anonim Alkoqoliklər

proqramı qiymətli müvəffəqiyyət əldə etmişdir, lakin emosional zəkanı

artıran proqramla birləşdirilərsə daha uğurlu olur.

Bəs hər hansı asılılığı və ya xəstəliyi olmayan insanlar necə?

Emosional zəkanı artırmaq bu adamlara daha aydın düşünməyə və

daha effektiv ünsiyyət yaratmağa kömək edəcək. Bu, qruplarda birlik

yaradır, polyarlaşdırıcı sözləri azaldır və daha xoşbəxt həyat təşviq edir.

Emosional Zəkaya Təsirlər

Keçən on illikdə tədqiqatçılar emosional zəkaya nəyi təsir edə

biləcəyini öyrənmək üçün çox araşdırmalar aparıblar. Bizim genetik quruluşumuz,

uşaqlıq təcrübələri və hazırkı vaxtda olan emosional dəstək

hamısı rol oynayır. Həmçinin bizim nə yediyimiz.

Bonni Bizhold göstərmişdir ki, bitki əsaslı qidalanma rejimi həm

kişilərdə, həm də qadınlarda daha sağlam əhvali-ruhiyyə ilə əlaqəlidir. 6

Siz fikirləşdiyinizsiniz

Vegeterian qidalanma rejiminə keçmək stres, həyəcan və depressiyanı

azaldır, çünki bitki əsaslı qidalarda araxidon turşusu, əsasən ət və balıqda

olan iltihab piyi yoxdur.

Bizim fəaliyyətimizin həm İQ, həm də EQ-yə təsiri vardır.

Nə qədər əyləncə verilişlərinə çox baxılarsa, insanın yaradıcılığı

və qiymətləri də bir o qədər aşağı olur. 7 Əlavə olaraq, emosional

idarəetmənin olmaması – zorakılıq və cinsi cinayətlərin artması da

daxil olmaqla – bunun nəticəsidir. 8 Əyləncəli İnternet, videolar və video

oyunları da mənfi təsirə malikdir. Həvari Paul dediyi kimi: “Biz hamımız

niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətində

dəyişilirik” (2 Korinflilərə 3:18).

Lakin EQ-yə ən vacib təsir bizim nəyə inanmağımızdır. Bizim inandıqlarımız

– hadisələri qiymətləndirməyimiz, problemlər haqqında

necə fikirləşməyiniz, bizim sakit (bəzən isə heç də sakit olmayan) özözümüzə

danışmaqlarımız – əsasən bizim emosiyalarımızı formalaşdırır.

Buna görə də, həyatımızda əslində nə baş verdiyindən daha çox

bizim inandığımız özümüzü necə hiss etməyimizə təsir edir.

Gəlin Müqəddəs Kitabdan nümunə götürək. Yerli rəhbərlər ədalətli

məhkəmə olmadan Sila və Paulu zindana saldılar və amansızcasına

döydülər. Sonra onları bərk torpaq döşəməyə ataraq ayaqlarını kündəyə

saldılar (Həvarilərin işləri 16:22-24). Lakin onlar Allaha minnətdarlıq

nəğmələri oxuyurdular. Nə üçün? Çünki onların düşündükləri əslində

həyatlarına baş verənlərdən daha güclü idi. Biz də bir neçə prinsipi

qəbul edərək, emosional zəkanı öyrənə və inkişaf etdirə bilərik. Gəlin

Müqəddəs Kitab nümunələri vasitəsilə onlardan üçünü təsvir edək.

Şaulun Misalı

Padşah Şaul hündür, yaraşıqlı (1 Səmuel 9:1,2) və varlı idi. Lakin

bunların emosional zəka ilə çox əlaqəsi yoxdur.

Onun beynində qeyri-rasional, dəyişilmiş fikirləri göstərən mənfi

fikirlər inkişaf etməyə başladı. Biz ondakı ruhi iğtişaşların ən azı üç

67

Sağlamlıq və Rifah

səbəbini bilirik. Birincisi əqli böyütmə və kiçiltmə təhrifi – başqa sözlə,

vacib olmayan şeylərin böyüdülməsi və həqiqətən əhəmiyyətli olan

şeylərin kiçildilməsi.

Şaul necə kiçildirdi? Öz təqsiri ilə üzləşəndə o, başqalarını günahlandırdı

və özünü təmizə çıxartdı (1 Şəmuel 15:20, 21). “Nə üçün sən

ancaq düz etdiyim işlər haqqında danışmırsan?” o, onunla üzləşən

Şəmuel peyğəmbərə şikayət etdi. “Sən diqqətini mənim düz etmədiyim

şeylər üzərində cəmləyirsən, onlar isə o qədər də böyük problem deyil”.

O, öz səhvlərindən öyrənmədi.

Şaul həmçinin həyatının ədalətsizliyi haqqında da çox düşünürdü.

Günahının nəticəsi kimi, o, cəza aldı və Şaul fikirləşirdi ki, cəza etdiyi

cinayətdən çox böyük idi. Lakin bu belə idimi? Cəzanı ki Allah vermişdi.

Etiraf etməliyik ki, heç də hamıya qarşı həmişə ədalətli davranılmır, lakin

bu cür pis vəziyyətlərdə də ədalətsizlik haqqında fikirləşə – fikirləşə

qalmaq əhəmiyyətli emosional problemlərə səbəb olacaq.

Şaulun təhrif olunmuş fikirlərinin böyütmə ilə əlaqədar olan üçüncü

cəhəti hədsiz özünə güvənməyi (16-19-cu ayələr) idi. Biz bunu

həmçinin asanlıqla yaralanan şişmiş qürur da adlandıra bilərik – bu

halda bunu insanların, xüsusilə də qadınların aşkarcasına başqa liderə

üstünlük verməsi halında görürük (1 Şəmuel 18:6-9).

Əgər daimi alqışlardan qürrələnmiriksə, sadəyiksə və özümüzü

təhrif edilmiş dərəcədə böyütmürüksə, onda məyusluğa düçar olmaqdan

ciddi depressiyaya düşmək şansımız azdır. Bu o demək deyil ki,

özümüzü aşağı dəyərləndirməliyik. Məsihçi başa düşür ki, Məsih bizim

birimiz üçün də ölümə gedərdi, bu da hər birimizi hədsiz dəyərli edir.

Lakin fikirləşəndə ki, biz yanımızda oturan və onun da uğrunda Məsihin

ölümə getdiyi insandan daha vacibik, onda qürur və lovğalıq sərhədini

keçmiş oluruq.

Əla potensiala malik bir insan olsa da, Şaul qürurlu həyat yaşadı,

heç vaxt tamamilə Allaha etibar edib Ona itaət etmədi və öz qürurundan

bir neçə gündən artıq əl çəkmədi. Nəhayət, böyük stress altında və

düşmənləri yaxınlaşdıqca, o öz həyatına qəsd etməklə bitirdi.

68

Siz fikirləşdiyinizsiniz

Süleymanın misalı

İkinci əqli təhrif emosional fikirləşmədir ki, bu da özünü belə büruzə

verir: mən məğlub hiss edirəm özümü, ona görə də məğlubam. Mən

özümü yorğun və köməksiz hiss edirəm, buna görə də mənim problemimi

həll etmək qeyri-mümkündür. Mən özümü dünyanın bağında hiss

edirəm, ona görə də yenilməzəm. Mən sənə hirsliyəm və bu da sübut

edir ki, sən mənə qarşı qəddar və qeyri-həssas olmusan. Bu cür emosional

düşünmə çox vaxt asılılıq dövranı ilə nəticələnir.

Müqəddəs Kitabdakı Vaiz kitabında Süleyman yazır: “Mən ürəyimdə

dedim: “Gəl indi də şadlıq etməyi sınaqdan keçir və kefə bax”. Amma

gördüm ki, bu da puçdur... Gözlərimin istədiyi hər şeyi özümdən

əsirgəmədim, Ürəyimi heç bir həzdən məhrum etmədim” (Vaiz 2:1-10).

Kimsə əylənirsə, Süleyman dedi, mən də onlar edəni etmək istəyirəm.

Maraqlı burasıdır ki, bu gün əvvəllər olduğundan daha çox

“əyləncəli şeylər” varsa da, depressiya cəmiyyətimizdə epidemiyadır.

Beləliklə, əgər xoş, əyləncəli şeylər depressiyanın qarşısını ala bilsəydi

və ya müalicə edə bilsəydi, onda bu gün depressiyanın səviyyəsi ən aşağı

olardı. Lakin bu belə deyil.

Cəmiyyətimizdə insanların iştirak etdiyi “əyləncəli şeylərin” əksəriyyəti

beynimizdə dopaminin səviyyəsini artırır ki, bu da zövq hissi yaradır,

lakin sonradan onlar həmçinin dopaminin səviyyəsini normadan

çox aşağı salır. Get-gedə bunları nə qədər çox etsək, bir o qədər az təsir

edir. Tezliklə, asılı olduğumuz seçimi edərkən, bu, bizi neytrala gətirir.

Aradakı vaxtda isə biz dərin, həddən artıq kədər hissi keçirdirik.

Süleyman həm də yazmışdı: “Beləcə həyata nifrət etdim... Hər şey

puçdur, Külək dalınca qaçmağa bənzər... Ona görə də səma altında

çəkdiyim bütün zəhmətlərdən əlimi üzdüm” (17-20-ci ayələr). Onun

pulu hamıdan çox idi, ən yaxşı evlər və bağlar və ən gözəl qadınlar

onda idi. Müasirləri fikirləşirdilər ki, o, ən xoşbəxt insan idi. Lakin eqoist

zövqü ona xoşbəxtlik gətirmədi. “Öz acı təcrübəsi ilə Süleyman dünyəvi

şeylərdə ən yaxşısı axtaran həyatın boşluğunu öyrəndi”. 9

69

Sağlamlıq və Rifah

Nəhayət, Süleyman öz həyatını dəyişdirdi. Əgər onun yolunu azmış

həyatı istiqamətini dəyişdirə bilərdisə, bizim hər birimiz üçün ümid var.

Conatan Martenson emosional fikirləşməyin həllini göstərir. “Hisslər

daha çox dalğalara bənzəyir” – o qeyd edir. “Biz onları gəlməkdən saxlaya

bilmərik, lakin hansının üzərinə getməyimizi özümüz seçə bilərik”.

Onları hansının doğru olması və Allahın bizim həyatımız üçün olan

iradəsi ilə ahəngdar olması əsasında seçə bilərik.

70

İlyasın misalı

İlyas “özü çöldə bir günlük yol getdi. Gəlib bir süpürgə ağacının altında

oturdu və canına ölüm diləyib dedi: «Bəsdir, ya Rəbb, indi mənim

canımı al, çünki mən atalarımdan yaxşı deyiləm» (1 Padşahlar 19:4).

Əhdi Ətiq peyğəmbəri yalandan qürrələnən deyildi və öz istəklərinə

görə də yaşamırdı. O, sadə həyat yaşayırdı. Lakin ciddi depressiyadan

əziyyət çəkirdi.

Həmişə Allahın iradəsinə tabe olan bir insan olan İlyas Karmel dağında

Allahın möcüzəli müdaxiləsini yaşadı. Lakin bir gündən sonra

kimsə ona məlumat verdi ki, həyatını itirmək üzrədir və o, təşvişə düşdü.

İlyasın İzeveldən qorxmağa səbəbi var idimi? Bəli, çünki o, Allahın

bütün peyğəmbərlərini öldürmüşdü. Lakin Allahın mühafizəsinə sığınmaqdansa,

o dönüb qaçdı. Qırx gündən sonra o elə depressiyada idi ki,

ölmək istəyirdi.

Allah İlyası depressiyadan bərpa proqramına qoymalı oldu. Bir

çox depressiyada olan insanlar kimi peyğəmbər də qaranlıqda olmaq

istəyirdi – mağarada. Allah onu mağaradan çölə işığa çıxarmaq üçün

zəlzələ və qasırğa göndərməli oldu. Lakin bunlardan sonra Allah İlyasın

bərpası üçün nə lazım idisə ona döndü. O, peyğəmbərin təhrif olunmuş

fikirlərini düzəltmək üçün əqli – davranış terapiyası verdi.

İlyasın təhrifi həddən artıq ümumiləşdirmə idi. “Mən Baala baş

əyməyən yeganə insanam” – o dedi. Allah birinci dəfə güzəştə getdi.

Lakin sonra peyğəmbər bunu yenə də təkrar etdi və Allah bu dəfə ona

Siz fikirləşdiyinizsiniz

özünü məhv edən həddən artıq ümumiləşdirmə ilə davam etməyə imkan

verə bilmədi. “İlyas” – Rəbb dedi, “Baala baş əyməyən 7000 başqası

da var”.

İlyasa depressiyanın öhdəsindən gəlməkdə kömək etmək üçün Allah

ona xüsusi tapşırıqlar verdi (15, 16-cı ayələr). Peyğəmbər Rəbbin

dediklərini yerinə yetirdi və o, nəinki depressiyadan sağaldı, hətta Allah

onu ölüm görmədən göyə apardı (2 Padşahlar 2:11).

Azad olmaq

Əgər düşüncələr səhvdirsə, hisslər də səhv olacaq və fikirlər və

hisslər birlikdə şəxsi xarakteri formalaşdırır. Lakin yaxşı xəbər odur

ki, fikirlərimizi dəyişdirmək bizi dəyişdirəcək. Müqəddəs Kitab deyir:

“Düşüncənizin təzələnməsi ilə dəyişin” (Romalılara 12:2). Biz yalnız

təhrif edilmiş fikirləri tanımalı deyilik, həm də onları düzəltməli və

mənbəyi Allahda olan həqiqi və düzgün fikirlərlə əvəz etməliyik.

O zaman emosional zəkamızı necə qoruyub yaxşılaşdıra bilərik?

Sağlam qidalar yeməklə; kifayət qədər yuxu yatmaqla; İnternetdə,

televizorda və kinolarda pis əyləncələrdən uzaq durmaqla; və əqli

təhriflərdən: özünü böyütmə, emosiyalar əsasında fikirləşmə, həddən

artıq ümumiləşdirmə və sair, imtina etməklə. 10 Biz beynimizi həqiqi və

düzgün fikirlərlə doldurmalıyıq, hansılar ki, Allahın bizim həyatı üçün

olan planlarını başa düşməkdən gəlir. Onda Məsih deyir: “Siz həqiqəti

biləcəksiniz və həqiqət sizi azad edəcək” (Yəhya 8:32).

Mənfi fikirlərdən can qurtarmağın yolu onları müsbətləri ilə əvəz

etməkdir. Özümüzü məğlub edən, depressiyaya salan ağlımıza gələcək.

Lakin belə zamanlarda həvari Paulun məsləhəti həddən artıq kömək

edir: “Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün. Çünki siz ölmüsünüz

və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb. Həyatınız olan

Məsih zühur edəndə siz də Onunla birgə izzətlə zühur edəcəksiniz”

(Kolosselilər 3:2-4). Bu ilahi göstərişə diqqətlə baxın. Birinci bizə

məsləhət verir ki, “ucalardakı şeyləri düşünək” Cümlənin formasını

71

Sağlamlıq və Rifah

belə dəyişdirə bilərik: “Beyninizi ilahi həqiqətin reallığı ilə doldurmağı

seçin. Şeytanın gətirdiyi təhriflərin fikirlərinizi formalaşdırmasına imkan

verməyin”.

“Ucalarda olanı düşünmək” iki mühüm səbəbdən bizim fikirləşmə

prosesimizdə böyük dəyişiklik edir. Birincisi, biz yenidən hiss edirik

ki, “həyatımız Məsihlə Allahda gizlənmişdir”. Biz Onda təsdiqlənir

və qəbul edilirik. Həmçinin Onda salamat və təhlükəsizik. O bizim

pənahımız və qüvvəmizdir. Məsih çarmıxda şərin bütün qüvvələri

üzərində qələbə qazandı. Onun qələbəsi bizimdir (Kolesselilərə 2:15).

Heç nə bizi Onun əllərindən ala bilməz (Yəhya 10:27, 28). Heç nə bizi

Onun məhəbbətindən ayıra bilməz (Romalılara 8:35-39). Əgər gündəlik

inamla əsl həyatımızın İsa və Allahın mühafizəsində olduğu həqiqətini

qəbul ediriksə, heç nə bizim daxili sülh və sevincimizi əlimizdən ala

bilməz.

İkincisi, “ucalarda olanı düşünmək” güclü həyat dəyişdiricidir, çünki

“həyatımız olan Məsih” İkinci Gəliş zamanı zühur edəndə biz izzətdə

Ona qoşulacağıq. Bu, bizi narahat və təqib edə bilən hər şeydən daha

güclü ümid və ilhamdır. İsa yenidən bizi evə götürmək üçün gəlir. Bir

gün qüssə, əzab, xəstəlik və depressiyaya son qoyulacaq. Zülm və

ədalətsizlik əbədi keçmişə qovuşacaq. Məsihdə, Məsih vasitəsilə və

Məsihə görə biz bu gün və bütün əbədiyyət boyu müsbət, ümidverici

və sevincli fikirlər fikirləşə bilərik.

1

V.D.S. Kilqor və digərləri “The Effects of 53 Hours of Sleep Deprivation on Moral

Judgment” Sleep 30 (2007): 345-352.

2

Havard Qardner, Ağlın Çərçivələri: Çoxsaylı Zəka Nəzəriyyəsi (Nyu York: Əsas Kitablar,

2003).

3

Daniel Qolmən, Emosional Zəka: Nə üçün İQ-dən daha çox məna kəsb edir (Nyu

York: Bantam Kitabları, 1995).

4

M.D.Aydin və digərləri “The Impact of IQ and EQ on Pre-eminent Achievement in

Organizations: Implications for the Hiring Decisions of HRM Specialists”, International

Journal of Human Resource Management 16 (2005): 701-719.

72

Siz fikirləşdiyinizsiniz

5

L.M.Ito və digərləri “Cognitive-behavioral therapy in social phobia,” Revista Brasileira

de Psiquiatria 30 (2008): S96-101; T.D.Borkoveç və E.Kostello, “Efficacy of Applied

Relaxation and Cognitive-Behavioral Therapy in the Treatment of Generalized Anxiety

Disorder”, Məsləhət və Kliniki Psixologiya Jurnalı 61 (1993): 611-619; G.A.Fava və

digərləri “Six-year Outcome of Cognitive Behavior Therapy for Prevention of Recurrent

Depression”, American Journal of Psychiatry 161 (2004): 1872-1876.

6

B.L.Bizhold, C.S.Johnston, and D.R.Daigle, “Vegetarian Diets Are Associated With

Healthy Mood States: A Cross-sectional Study in Seventh Day Adventist Adults”, Nutrition

Journal 9 (2010), bu saytda var www.nutritionj.com/content/pdf/1475-2891-9-26.pdf.

7

İ.Şərif və J.D.Sargent, “Association Between Television, Movie, and Video Game

Exposure and School Performance”, Pediatrics 118 (2006): e1061-70.

8

L.R.Huesmən və digərləri “Longitudinal Relations Between Children's Exposure

to TV Violence and Their Aggressive and Violent Behavior in Young Adulthood: 1977-

1992”, Developmental Psychology 39 (2003): 201-221; B.J.Buşmən və C.A.Anderson,

“Media Violence and the American Public: Scientific Facts versus Media Misinformation,”

American Psychologist 56 (2001): 477-489.

9

Yelena Uayt, Peyğəmbərlər və Padşahlar (Mountain View, Calif.: Pacific Press Pub.

Assn., 1917), p. 76.

10

Neil Nedli, The Lost Art of Thinking: How to Improve Emotional Intelligence and

Achieve Peak Mental Performance (Ardmore, Ok.: Nedley Pub., 2011).

73

74

Fəsil 7

Depressiyadan o yana ümid

Daha yaxşı gün gəlir: bunu gözləyin!

D

epressiya hər yerdə, hər kəsə təsir edə bilən qlobal problemdir.

Statistika göstərir ki, bütün yaşlar üzrə 350 milyondan çox insan

depressiyadan əziyyət çəkir. Bütün dünyada əlilliyin əsas səbəblərindən

biri olaraq, qlobal xəstəlik yükünün böyük bir hissəsidir. Xəstəliyi

öy rənənlər deyirlər ki, bu rəqəmlərin gələcəkdə yalnız artmasını

gözləmək olar.

Ümumdünya Səhiyyə Təşkilatı depressiyanı kədər, marağın və ya

ləzzətin itməsi, günahkarlıq hissi və ya özünü aşağı dəyərləndirmə hissi,

yuxunun və iştahanın pozulması, yorğunluq hissi və pis diqqət ilə

xarakterizə olunan “ümumi əqli pozğunluq” kimi təsvir edir. 1 Ən pis

halda depressiya intihara gətirib çıxara bilər. Hər il təxminən 1 milyon

insan depressiya ilə əlaqədar səbəblərdən ölür. Bir neçə müsbət prinsipin

və effektiv müalicənin depressiya ilə mübarizə aparan insanlarda

böyük dəyişiklik edə biləcəyini nəzərə alanda, bu daha çox narahat edir.

Hətta daha yaxşı yaşamaq standartları da xoşbəxtliyə təminat deyil.

“89000-dən çox insanla sorğunun nəticələri əsasında araşdırma

nəticələri göstərdi ki, aşağı – orta gəlirli ölkələrdə 11 faizlə müqayisədə

Depressiyadan o yana ümid

yuxarı gəlirli ölkələrdə əhalinin 15 faizi ömrü boyu depressiyaya məruz

qalır, 5,5 faiz isə keçən ildə depressiyaya düşmüşdülər”. 2 Gördüyümüz

kimi pul ümidsizlik, həvəsdən düşmək və əlacsızlığa həll deyil.

Eyni araşdırma göstərir ki, qadınlar “kişilərdən iki dəfə çox depressiyaya

düçar olurlar və burda həyat yoldaşının itirilməsi, istər ölüm,

boşanma və ya ayrılma səbəbindən olsun, əsas amildir”. 3 Depressiyanın

səbəbi hamı üçün eyni deyil. Bəziləri üçün bu, beyində kimyəvi

maddələrin (neyrikeçiricilər) balansına təsir edən genetik problemdir.

Başqaları üçün həyatda streslə dolu hadisələr, məsələn, sevdiyi birinin

ölümü, iş itirmək, boşanma və ya digər eyni dərəcədə əziyyətli həyat

hadisəsi buna səbəb ola bilər. Bir çox hallarda depressiya həm kimyəvi

maddələr balansının pozulması, həm də onu başladan bir səbəbin

kombinasiyasının nəticəsi kimi baş verir. İstər beyində kimyəvi pozğunluq,

istərsə də hər hansı böyük bir hadisənin ürək ağrısı olsun, hər hansı

səbəbdən olsa da depressiya insanın həyatına ziyan vura bilər və effektiv

həlli yolu olmalıdır.

Ciddi vəziyyət

Depressiya insanı əlil vəziyyətinə sala bilər. Milyonlarla insan kədər,

qüssə və ümidsizliyin qaranlıq kölgəsində yaşayır və çox vaxt çatışmazlıq

və dəyərsizlik hissindən əziyyət çəkirlər. Düzdür, depressiyanın

dərəcələri var və biz hamımız az dərəcədə bundan əziyyət çəkirik, lakin

hər yüz qadından 22-də bütün həyat boyu bir və ya daha çox böyük

depressiya epizodları olur. Bu, demək olar ki, belə halın kişilərdə olması

şansından iki dəfə çoxdur. Hər 100 kişidən təxminən 13-ü həyatı

boyunca hər hansı formada depressiya ilə üzləşə bilər. 10 yaşına qədər

uşaqlarda da depressiya ola bilər, baxmayaraq ki, cinslər arasındakı

fərq yetkinlik dövrü və ondan sonra reproduktiv illərə kimi hiss edilmir.

Menopauza dövrünü keçdikdən sonra isə qadınlar depressiyaya daha

az meyilli olurlar.

75

Sağlamlıq və Rifah

Bir neçə amil qadınları kişilərə nisbətən streslə əlaqədar depressiyaya

daha həssas edir. Onlar həmçinin mövsümi xarakterli depressiyaya

kişilərə nisbətən dörd dəfə çox meyillidirlər. Bu, qışda gündüz

– işıqlı vaxtın çox qısa olduğu yerlərdə baş verən depressiya formasıdır.

İnsanlar qaranlıqda oyanıb işə gedir və evə qaranlıqda qayıdırlar. Depressiyanın

üzə çıxmasına təsir edən digər amil isə reproduktiv illərdə

hormonların dəyişməsidir. Onlar beyində sinir keçiricilərə təsir edərək

depressiyaya həssaslığı artırır.

Bir çox mədəniyyətlərdə qadınların kişilərlə bərabər hüququ yoxdur

ki, bunun da depressiyada rolu ola bilər. Dünyaya uşaq gətirməkdə

və ya ailənin ölçüsünü tənzimləməkdə qadınların üzərinə düşən

yük o deməkdir ki, onlar çox vaxt reproduktiv funksiya üçün qeyrimütənasib

məsuliyyət və cavabdehlik daşıyırlar. Sonsuzluq və ya uşaq

düşməsi onların rolunu yerinə yetirə bilməməsi kimi görülə bilər. Oral

kontraseptivlər həssas qadınlarda depressiya olma potensialını artıra

bilər. Hormonal amillər dövri (hər ay baş verən) və ya uşaq doğuşundan

sonra postpartum dövrdə rol oynaya bilər. Səbəb nə olsa da depressiyada

olan qadına ciddi və şəfqətli qayğı lazımdır və onlar buna layiqdirlər.

Depressiyanın simptomları insandan insana fərqli ola bilər. Bundan

əziyyət çəkənlər arasında davamlı yorğunluq və enerji itirilməsi

çox yayılmış şikayətlərdəndir. Depressiyada olanlar diqqəti cəmləyə

bilməməkdən əziyyət çəkə və qətiyyətsiz ola bilər. Günahkarlıq dəyərinin

aşağı olması hissi həftələrlə, bəzən isə hətta aylarla davam edə bilər.

Bəziləri yuxulamaqda çətinlik çəkə bilər və ya əksinə, normadan daha

çox yata bilər. Çoxları səhər tez oyanır. Depressiyadan əziyyət çəkən

şəxslərdə gündəlik fəaliyyətlərə maraq itir. Onlar təkrarlanan ölüm və

intihar haqqında fikirlərdən əziyyət çəkə bilər. Yemək rejimində olan

dəyişiklik arıqlamağa və ya kökəlməyə (bir ayda bədən çəkisinin 5

faizindən çoxu qədər dəyişiklik) səbəb ola bilər. Kəskin hallarda depressiyası

olan şəxslər yeməyə marağını itirir və artıq sosial münasibətlər

də daxil olmaqla heç bir fəaliyyətdən zövq almırlar.

76

77

Sağlamlıq və Rifah

Cəmiyyət bunu qəbul etməlidir ki, böyük depressiv pozğunluqlar

diabet və ya hepatit kimi daha fiziki xəstəliklər qədər bir xəstəlikdir.

“Özünü ələ al” və ya “özünü idarə et” kimi pis məsləhətli şərhlər ya

onu deyənin bu haqda biliyinin olmamasından və ya daha kədərlisi isə,

onların cahilliyindən xəbər verir. Bu cür fikirlər daha çox ağrıya, ürək

ağrısına və depressiyanın pisləşməsinə səbəb ola bilər.

78

Depressiyanın müalicəsi

Böyük depressiv xəstəliyi olan insanın professional köməyə ehtiyacı

var. Bu vəziyyətdən əziyyət çəkən insanların həyatına hətta xoş

niyyətlə olsa da, ixtisassız və təbabətlə maraqlanan insanların qarışması

təhlükəli və pisdir.

Böyük depressiyanın müalicəsində bir neçə cür yanaşma vardır.

Depressiya simptomları olan hər kəs məlumatlı olan ixtisaslı tibb

mütəxəssisinə müraciət etməlidir. Diqqətli müayinə lazım olan dəqiq

müalicə üsulunu müəyyən etməyə kömək edəcək. Kəskin hallarda

xəstəxanada yatmaq lazım gələ bilər. Dərmanla bərabər belə proqramlar

məsləhət və əqli davranış terapiyası kimi faydalı yanaşmalar da

tətbiq edir. Xəstələr bəzən bir neçə ay müddətində dərman qəbul edə

bilər, bəzən müalicəni təkrar etmək lazım gələr.

Kişi və qadınlarda kiçik depressiya çox vaxt idman proqramına

cavab verir. Harvard Tibb Məktəbi depressiya ilə mübarizə aparmaq

haqqında bəzi sevindirici xəbərlər verir: 1981-ci ildən bəri olan

tədqiqatların yenidən araşdırılması nəticəsində bu qərara gəlinib ki,

“müntəzəm idman yüngül və orta ağırlıqlı depressiyası olan insanlarda

əhvali-ruhiyyəni yaxşılaşdıra bilər – və hətta ağır formalı depressiyanın

müalicəsində də yardımçı rolu oynaya bilər”.

Hesabatda daha sonra qeyd edilir ki, “Daxili Təbabət Arxivində nəşr

edilmiş tədqiqatda depressiyadan əziyyət çəkən 156 xəstəyə aerobik

idman proqramı, SSRİ setraline (Zoloft (antidepressant)) və ya hər ikisi-

Depressiyadan o yana ümid

ni vermişdilər. 16 həftədən sonra hər üç qrupda 60-70 faiz insanda artıq

böyük depressiya yox idi. Əslində depressiyanın iki qiymətləndirmə

şkalasında qrupların qiyməti demək olar ki, eyni idi”. “2005-ci ildə

çap edilmiş tədqiqat göstərdi ki, həftədə beş dəfə təxminən gündə 35

dəqiqə və ya həftədə üç dəfə gündə 60 dəqiqə tez-tez gəzmək yüngül

və ya orta ağırlıqlı depressiyası olan insanlarda simptomları əhəmiyyətli

dərəcədə yaxşılaşdırır”. 4

Əgər özünüzü bir qədər pis hiss edirsinizsə, çölə çıxın, gəzin və

dərindən nəfəs alın. Bunu etdikcə Allahın xeyirxahlığı haqqında düşünün

və Ondan beyninizi müsbət fikirlərlə doldurmasını istəyin.

Depressiya ilə mübarizə aparmaqda digər bir amil yediyimiz qidalardır.

Onları dəyişdirmək də vəziyyəti bir qədər asanlaşdıra bilər. Mayo

Klinikası qeyd edir ki, qidalanma rejimi də depressiyaya zəmin yarada

bilər: “Bəzi ilkin tədqiqatlar göstərir ki, pis qidalanma rejimi sizi depressiyaya

qarşı daha həssas edə bilər. Britaniyada tədqiqatçılar beş il

müddətində 3000-dən çox orta yaşlı ofis işçilərinin qidalanma rejimini

də depressiyasını yoxlamışdılar. Onlar tapıntıları göstərmişdir ki, ziyanlı

qidalar – emal edilmiş ət, şokolad, şirniyyat, qızardılmış yeməklər, emal

edilmiş dənlilər və yüksək yağlılıqlı süd məhsulları ilə zəngin qidalanma

rejimiilə qidalanan insanlarda depressiya daha çox olur”. 5

Başqa sözlə, tərəvəz yeyən zaman bədəninizlə eyni zamanda

beyniniz də faydalanır. Bizi səhv başa düşməyin – biz demirik ki, hər

gün bir kök yeməklə siz bütün günü mahnı oxuyacaqsınız. Depressiya

mürəkkəb məsələdir, lakin sağlam qidalanma rejimi problemi azaltmağa

kömək edən ümumi sağlamlıq proqramının bir hissəsidir.

Bəzi ümumi sağlamlıq vərdişləri də effektiv ola bilər:

• Düzgün balanslı bitki əsaslı sağlam qidalar qəbul edin.

• Müntəzəm yuxu və istirahət rejiminiz olsun.

• Müntəzəm olaraq çöldə idman edin.

79

Sağlamlıq və Rifah

• Ailə və dostlarınızla mənalı münasibətlər qurun.

• Məhəbbətli səmavi Atamızın gücünə və mərhəmətinə etibar

edin.

• Diqqətinizi imkanlar və müsbət şeylər üzərində cəmləməyə

çalışaraq fikirləşmə modelinizi dəyişdirin.

• Uzun müddət depressiya simptomları varsa, professional

kömək üçün müraciət edin və sonra ixtisaslaşmış tibb işçisinin yazdığı

müalicəni etdirin.

Depressiyanın ən güclü antidotlarından biri sosial dəstəkdir. İsti,

sevgi ilə dolu münasibətlər, yaxın dostluq və sıx ailə əlaqələri hər şeyi

dəyişdirir. Özünüzü pis hiss edirsinizsə, ürəyinizi dostunuza açın, etibar

etdiyiniz kimləsə dərdinizi bölüşdürün. Yükü tək daşımalı deyilsiniz.

Əslində İsa Özü bizi ən ağır yükümüzü Ona gətirmək üçün dəvət edir. O

deyir: “Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin,

Mən sizə rahatlıq verərəm” (Matta 11:28).

Depressiya ilə mübarizə aparanda stresi düzgün idarə etmək,

həmçinin Allahla balanslı ruhlu münasibətlər faydalı ola bilər. Müqəddəs

Kitab zamanında qədim peyğəmbərin təcrübəsi bu idi. Əvvəlki fəsildə

artıq onun haqqında danışmışıq, lakin gəlin onun tarixçəsinə qayıdaq

və görək o bizə başqa nə öyrədə bilər.

İlyasın günləri streslə dolu idi, necə ki, Karmel dağında bütpərəst

allahı olan Baalın peyğəmbərləri ilə üzləşəndə olduğu kimi. Üç il yarım

müddətində yağış yağmamışdı. Taxıl bitmirdi və aclıq torpağı bürümüşdü.

İlyas belə bir çağırış etdi: Əgər göylərin Allahı ali və güclüdürsə,

qoy O, yağış göndərsin. Lakin əgər Baal daha güclüdürsə, qoy o öz

peyğəmbərlərinin dualarına cavab versin və leysan yağdırsın. Ona itaət

edənlərin dediyinə görə o ki buna cavabdeh idi. Gərginlik artdı, təzyiq

böyüdü. Baalın peyğəmbərləri mənasız dualarını göyə ucaltdılar və

heç nə baş vermədi. Sonra İlyas göylərə dua etdi və yağış gəldi. Allahın

80

Depressiyadan o yana ümid

peyğəmbəri möcüzənin şahidi oldu və o, həddən artıq sevincli idi. Lakin

onun dağ başındakı təcrübəsi tezliklə ümidsizliyə çevrildi.

Padşah Axavın arvadı İzevel indi İlyası hədələyirdi. Yorğun və qorxu

içərisində Allahın peyğəmbəri çıxıb getdi. Uzağa getdikcə o daha da

çox depressiyaya düşürdü. Dilxorçuluq qara bulud kimi onun üzərinə

sərilmişdi. Çaşqın və ruhdan düşmüş vəziyyətdə onun yaşamaq arzusu

yox idi. Yazılar bu hadisəni belə təsvir edir: “özü çöldə bir günlük yol

getdi. Gəlib bir süpürgə ağacının altında oturdu və canına ölüm diləyib

dedi: «Bəsdir, ya Rəbb, indi mənim canımı al, çünki mən atalarımdan

yaxşı deyiləm” (1 Padşahlar 19:4). İlyas elə depressiyada idi ki, artıq

həyat yaşamağa dəymirdi.

Bu haqda şərh yazan bir Məsihçi yazıçısı əlavə edir: “Hər kəsin

təcrübəsində tam ümidsizlik və ruhdan düşmə vaxtları – payımıza

kədər düşən günlər olur və Allahın hələ də yer üzərindəki övladlarının

havadarı olmasına inanmaq çətin olur; elə günlər olur ki, böyük

problemlər insanı elə bezdirirsə ölüm həyatdan yaxşı görünür. Belə zamanlarda

çoxları Allahdan əlini üzür və şübhənin, inamsızlığın köləsinə

çevrilirlər. Belə zamanlarda ruhlu gözüaçıqlıqla Allahın uzaqgörənliyinin

mənasını dərk edə bilsəydik, bizi özümüzdən xilas etməyə çalışan, ayağımızı

əbədi qayalardan da möhkəm kürsüyə qoymaq istəyən mələkləri

görərdik və yeni inam, yeni həyat vücudumuza daxil olardı”. 6

İlyasın həyatında olan bu kritik vaxtda Allah peyğəmbər üçün yemək

və su yetirdi, onu istirahət etməyə çağırdı və hələ də onunla olmasına

əmin edərək onu ruhlandırdı. Nəhayət, İlyas ümidsizlik zindanını tərk

etdi və yenidən Rəbbin sevincli hüzurunun günəş işığından həzz aldı.

Bir çox cəhətdən İlyasın başına gələnlər bizim də başımıza gəlir. Hər

kəs nə vaxtsa həyatın çətin hadisələrinin nəticəsi olaraq depressiyadan

əziyyət çəkir. Belə zamanlarda biz Allahın köməyinə arxalana bilərik.

81

Sağlamlıq və Rifah

82

Yüksək not

Beləliklə gəlin fəsli yüksək not ilə bitirək. Bu kitabın müəlliflərindən

birinin iş yoldaşı Sintiya (ad dəyişdirilmişdir) uzun müddətli və dərin

depressiya yaşamışdı. Lakin bir müddət keçdikdən sonra burada

verilən məsləhətlərin bəzilərinə əməl etməklə onu əsarətdə saxlayan

ümidsizlikdən azad ola bilmişdi. O, eyni vəziyyətdə olan hər kəsə belə

məsləhət verir: “Əgər uzun müddətdir depressiyadasınızsa, kömək axtarın.

Dərmanları istisna etməyin. Dərmanlar sizi əhatə edən qaranlıq

divarı dağıda bilər və bu da sizə sağalmağınıza kömək edə biləcək həyat

tərzi dəyişiklikləri etmək üçün güc verəcək. Yaxşı məsləhət görülən

həkim tapın. Mübarizənizi kiminləsə bölüşdürün və həmin insandan

sizin üçün dua etməsini xahiş edin”.

“Əgər depressiyanız həyat mübarizəsidirsə, Allahın Sözü ilə qidalanın”,

o, məsləhət verir. “Nehemya 8:10, Zəbur 34, 40 və 66 və Filipililərə

məktub kimi “şadlıq” ayələrini oxuyub əzbərləyin. “Sevinc jurnalı”

yazmağa başlayın ki, burada hər gecə yatmağa getməzdən əvvəl beş

şey yazaraq Allaha təşəkkür edin. Beyninizi yaxşı şeylərlə doldurun.

Müqəddəs Kitabda sevinc, şadlıq, şənlik və tərənnümdən danışan

ayələri qeyd edin ki, hər gün onları Allahdan istəyə biləsiz”. Nəhayət,

o, həmişə İbrani şairinin yazdığı ifadəni sitat gətirməyi xoşlayır: “Sən

mənə kömək oldun, Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam”

(Zəbur 63:7).

Bu əbədi həqiqəti yadda saxlayın: beynimizin qanunudur ki, nəyinsə

üzərində düşünə-düşünə qalacaqsınızsa, tədricən ona uyğunlaşacaqsınız.

Beyninizi müsbət fikirlərlə doldurun. Allahın Sözü üzərində düşünün.

Onun vədlərini istəyin, elə bil ki, onlar sizindir. İnanın ki, dünyanın

işığı olan İsa sizin qaranlığınıza da işıq saçacaq. Özünüz haqqında

yalanları qəbul etməyin. Allahın qiymətli övladı olaraq, Ona nə vaxtsa

biləcəyinizdən daha çox dəyərlisiniz. Onun nəzərlərində dəyərimizi

başa düşmək və qayğısı bizə inkişaf etməyə kömək edəcək!

Depressiyadan o yana ümid

1

World Health Organization, “Depression,” Fact Sheet No. 369, available at www.

who.int/mediacentre/factsheets/fs369/en/index.html.

2

BioMed Central, “Global Depression Statistics,” available at www.sciencedaily.

com¬ /releases/2011/07/110725202240.htm.

3

Ibid.

4

Harvard Health Publications, Understanding Depression (Boston: Harvard Medical

School, 2008), available at www.hrccatalog.hrrh.onca/InmagicGenie/DocumentFolder/

understanding%20depression.pdf.

5

Mayo Clinic, “Diseases and Conditions: Can a Junk Food Diet Increase Your Risk of

Depression?” available at www.mayoclinic.org/diseases-conditions/depression/expertanswers/depression-and-diet/faq-20058241.

6

E. G. White, Prophets and Kings, p. 162

83

84

Fəsil 8

Azad olmaq

Balans uğura aparan cığırdır: bunu axtarın!

Ü

rək ağrıdan bir mənzərə idi: ağlayan uşaqlar və ümidsiz, aydın göründüyü

kimi emosional və hirsli ana. “Bu, sonuncu saman çöpüdür”,

o öz-özünə dedi. “Artıq belə davam edə bilməz!” Səm, spirtli içki

düşkünü olan ata və ər yenə də işini itirmişdi.

Xoşagəlimli, mehriban danışığı olan bu kişi adətən mehriban ata

və yaxşı ər idi – spirtli içkinin təsiri altında olmayanda. Hamının xoşuna

gələrək və şəhərdəki idman dairələrində yaxşı qarşılanaraq, o,

həmişə qolf və ya digər idman oyunundan sonra klubda və ya barda

əyləncələrə həmişə vaxt tapırdı. Spirtli içkilərdən asılılığı üzündən bir

iş dalınca o birini itirdikcə, o, yalnız maliyyə təminatını deyil, “yaxşı”

vaxtlarda bir yerdə oynadığı, içdiyi, qardaşlaşdığı dostlarının bir çoxunu

da itirdi.

Onun problemi tək spirtli içki deyildi, çünki həm də siqaret çəkirdi.

Heç qırtlağın xərçəngi diaqnozu da onu bir neçə aydan çox siqareti

tərgitməyə həvəsləndirə bilmədi. İnfarkt və xərçəng kimi həyati

təhlükəli diaqnozlar çox vaxt həyat tərzində qısamüddətli dəyişikliyə

gətirir. Ayıldıcı reallıq budur ki, artıq oturuşmuş davranışımızda mənalı

Azad olmaq

və uzun müddətli dəyişikliklərə nail olmaq üçün daha çox nə isə lazımdır.

Səmin kədərli tarixçəsi çox sayda, lakin ömrü az olan sağalma

dövrlərində öz sözləri ilə ən yaxşı təsvir edilən bu cür modelin şahididir:

“Mən tütün və spirtli içkiləri idarə edə bilərəm; onlar mənim ağam

deyillər!” Kədərli reallıq budur ki, onlar onun ağası idi və o, əslində onların

köləsi idi.

Onun spirtli içkilərlə olan romanı çoxlarına, xüsusilə də ailəsində

olanlara təsir edirdi. Dörd övladından ikisi spirtli içki düşkününə

çevrildilər. Əsl müdrik olan insan Məsəllər 23:29-32-də bu sözləri

deyəndə haqlı idi: “Kimdir yaslı? Kimdir dərdli? Kimin münaqişəsi var?

Kimin şikayəti var? Kim boş yerə yaralandı? Kimin gözləri qızarar? Şərab

içməyə oturub qalxmayan, Gedib müxtəlif şərab dadanlar! Şərabın al

rənginə, Qədəhdə parlamasına, rahat içilməsinə baxma. Axırda ilan

kimi sancar, Əfi ilan kimi zəhərlər”. Başqa sözlə, bunu başa düşsəniz də,

düşməsəniz də, spirtli içkilər öldürücü maddələrdir. Səm bu dəhşətli

həqiqəti çox gec başa düşdü.

Bəlkə siz inanırsınız ki, mötədil spirtli içki qəbulu sağlamlığınıza xeyirdir.

Lakin bilirsinizmi ki, qadınlarda süd vəzi xərçənginin, kişilərdə isə

yoğun bağırsaq xərçənginin artmasına səbəb olmayan təhlükəsiz spirtli

içki qədəri yoxdur? Həmçinin spirtli içkilərin istifadəsi ilə əlaqədar olan

vərdiş olma, qəza, məişət zorakılığı və digər sağlamlıq və cəmiyyət

problemləri var. Əgər spirtli içkilər həyat tərzinizin bir hissəsidirsə, bilin

ki, həyat onsuz daha yaxşı ola bilər.

Spirtli içki problemi nə böyüklükdədir?

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2011-ci ilin fevralında buraxılmış

“Spirtli İçkilər və Sağlamlıq üzrə Qlobal Vəziyyət Hesabatına”

görə: 1

• Hər il təxminən 2,5 milyon insan spirtli içkilərlə əlaqədar

səbəblərdən dünyasını dəyişir.

85

Sağlamlıq və Rifah

86

• Böyüklərin əlli beş faizi spirtli içki qəbul etmişdir.

• Bütün dünyada ölümlərin dörd faizi yaralanma, xərçəng,

ürək-damar xəstəlikləri və qaraciyərin sirrozu vasitəsilə spirtli

içkilərlə əlaqəlidir.

• Bütün dünyada kişilər arasında ölümün 6,2 faizi spirtli içkilərlə

əlaqəlidir.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatı həm də onu göstərdi

ki, bütün dünya üzrə 2005-ci ildə 15 yaşından böyük insanlar arasında

təmiz spirtli içki istifadəsi adambaşına 6,13 litr olmuşdur. Bu miqdar

Amerikada və Avropada, şərqi Aralıq dənizi sahillərində və qərbi Sakit

okean sahillərində stabil olmuşdur. Lakin tədqiqatçılar Afrika və cənub

– şərqi Asiyada artma müşahidə etmişdilər. Sağlamlıq riski sərxoşluqda

və ya insanlar sərxoş olmaq üçün içdikləri zaman daha da çox artır. Qısa

müddətdə həddən artıq içki içmək müxtəlif yerlərdə müxtəlif cür adlanır,

lakin Birləşmiş Ştatlarda səhiyyə mütəxəssisləri kişilərdə beşdən

çox, qadınlarda isə dörddən çox ardıcıl içməyi qısa müddətdə həddən

artıq içmək hesab edirlər. Bu cür içmək dünyanın bir çox yerlərində yayılır.

Spirtli içkilərdən istifadə hər il on minlərlə qarşısı alına biləcək

ölümə səbəb olur. “Avropa İttifaqında (Aİ) spirtli içkilər ildə təxminən

120 min erkən ölümə səbəb olur: kişilərdə 7-dən biri, qadınlarda isə

13-dən biri”, Ümumdünya Səhiyyə Təşkilatının başqa bir hesabatında

belə deyilir. 2 Bu cür narahat edici faktlar spirtli içkiləri tütünlə birlikdə

dünyada ölümün və əlilliyin qarşısı alına biləcək aparıcı səbəblərindən

biri edir. 3 Spirtli içki adi bir xammal deyil, o, çox təhlükəlidir.

Spirtli içkilərdən asılılıq

Spirtli içki qəbul edən hər 100 adamdan 13-ündə həyatı boyu nə

vaxtsa alkoqolizm yaranacaq. Spirtli içkilərdən asılılığı olan yaxın ailə

üzvü (məsələn, ata, ana, dayı, əmi, bibi xala, nənə, baba) varsa bu eh-

87

Sağlamlıq və Rifah

timal ikiqat artır. Lakin spirtlə sınaq 14 yaşından tez başlasa alkoqolizm

riski 40 faizdən çox artır! 4

Biz erkən yaşlardan uşaqları spirtli içkilərin zərəri haqqında

maarifləndirməliyik. Valideynlər və digərləri erkən yaşlardan sağlam

münasibətlər və bağlılıq formalaşdırmalıdırlar. Bu cür sosial dəstək

möhkəmlik yaradır və sağlam seçimlərə sövq edir. Həm gənclər, həm

də yaşlılar üçün əlavə qoruyucu qat Allaha həyati vacib, şəxsi inamdır.

Nə üçün asılılıqlarla mübarizə aparanda inam belə vacibdir? İki çox

əhəmiyyətli səbəbə görə. Birincisi, bədənimizin əyləncə evi deyil, yaşayan

Allahın məbədi olduğunu başa düşmək çox fərq edir. Bizi yaradan

və xilas edən Məsih Müqəddəs Ruhu vasitəsilə bizdə yaşamaq istəyir.

Həvari Paulun sözləri əsrlərin dəhlizindən əks-səda verir: “Məgər bilmirsiniz

ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun

məbədidir? Siz özünüzə məxsus deyilsiniz, çox baha qiymətə satın

alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin” (1 Korinflilərə

6:19, 20).

İnamın bizim dağıdıcı vərdişləri dəf etməkdə niyə belə çox dəyişiklik

etməsinin ikinci səbəbi odur ki, zəif, tərəddüd edən iradəmizi Allaha

vermək seçimini edəndə, O, ziyanlı həyat tərzi vərdişlərimizə qalib

gəlmək üçün bizi gücləndirir. Həvari Yəhya bunu yığcam şəkildə

qeyd edir: “Çünki Allahdan doğulan hər kəs dünyaya qalib gəlir. Bizə

dünya üzərində zəfər qazandıran öz imanımızdır” (1 Yəhya 5:4). Bizim

məhəbbətli səmavi Allahımız arzulayır ki, hər birimiz bizi ürək

xəstəlikləri və xərçəng kimi həyati təhlükəli xəstəliklərə qarşı meyillidən

şikəst edici asılılıqlardan azad olan bir həyat yaşayaq.

88

Spirtli içkilər və xərçəng

Xərçəng bütün dünyada ölümün aparıcı səbəblərindən biridir.

Xərçəngin ölümün ən çox yayılmış ikinci səbəbinə çevrildiyi (ildə 2,5

milyon xərçənglə əlaqədar ölüm) Avropa İttifaqında tədqiqatçılar

təxmin edirlər ki, spirtli içkilərin istifadəsi kişilərdə xərçəng hallarının

Azad olmaq

10 faizinə, qadınlarda isə 3 faizinə birbaşa səbəb olur. Spirtli içkilərdən

uzaq durmaq Avropa İttifaqında bütün xərçəng hallarının təxminən

30 faizinin qarşısını alardı. 5 Bütün dünyada spirtli içkilərin qadınlarda

süd vəzi xərçəngi, həm kişi, həm də qadınlarda isə yoğun bağırsaq

xərçənginə səbəb olmasına güclü dəlil vardır. Spirtli içkinin karsinogen

(xərçəng yaradan) effektinin olmadığı təhlükəsiz limit/ doza yoxdur.

Buna görə də, aydın məsələdir ki, bəzilərinin ürəyə xeyirlidir deyərək

məsləhət gördüyü kimi spirtli içkilərin istifadəsini məsləhət görmək

təhlükəlidir.

Spirtli içki və cəmiyyət

Yaxşı məlumdur ki, spirtli içkilərdən istifadə ölümlə nəticələnən

yol-nəqliyyat hadisələri kimi hər cür qəzaların, məişət zorakılığı, qətl

və digər cinayətkarlıqların arxasında dayanır. Spirtli içkilərdən istifadə

həmçinin dünyada qarşısı alına biləcək əqli qüsurun əsas səbəbidir.

O, asanlıqla cifti keçərək, hələ doğulmamış uşağın inkişafda olan beynini

zədələyir. Nəticə kimi deyə bilərik ki, hamiləlik vaxtı spirtli içki

qəbulunun təhlükəsiz limiti yoxdur.

Spirtli içkilər və ürəyin sağlamlığı

Son 30 ildə bəziləri spirtli içkiləri “ürək üçün sağlam qida”, tac damar

xəstəliklərinə qarşı qoruyucu agent kimi təbliğ edirlər. Bu mövzuya

dair məşhur və elmi nəşrlərdə çox yazılıb. Lakin müxtəlif tədqiqatlarda

olan təzadlı nəticələr müxtəlif səbəblərdən ola bilər. Görkəmli

tədqiqatçılar belə təklif edirlər ki, spirtli içkilərdən mötədil istifadənin

görünən ürəyi qoruyucu xüsusiyyətin hamısı və ya bir hissəsi digər

amillərin nəticəsində ola bilər. 6 Tədqiqat aparılan şəxslərin sağlamlıq

vəziyyətlərində, təhsil və sosial-iqtisadi vəziyyətlərində olan fərqlər

məlumatların şərh edilməsinə daha da çox qarışıqlıq əlavə etmişdi.

Məsələn, içməyənlər qrupuna daxil edilənlərin bəziləri araşdırmadan

89

Sağlamlıq və Rifah

qabaq içən olub və sonradan sağlamlıq səbəblərindən içkini tərgidənlər

idilər. 7 Get-gedə daha çox tədqiqatçı mötədil spirtli içki qəbul edənlərin

sağlamlıq göstəricilərinin daha yaxşı olmasını spirtli içki ilə deyil, onların

ümumi sağlamlıq vəziyyəti və idman, qidalanma rejimi kimi digər davranışlarda

sağlam həyat tərzi ilə əlaqələndirirlər ki, bunlar da üzərində

tədqiqat aparılan içki içməyənlərə nisbətən daha yaxşı idi. 8

Spirtli içkinin sağlamlığa olan mütləq riskini nəzərə alsaq, onun

ürəyin sağlamlığı üçün istifadəsini təbliğ etmək bir məna kəsb etmir,

xüsusən də ürək xəstəliklərinin qarşısını almaq üçün gündəlik idman

və sağlam qidalanma rejimi kimi təsdiq edilmiş və təhlükəsiz yolların

olduğu bir vaxtda.

90

Qatil tütün

Digər bir qatil tütündür. Hər gün 1 milyarddan çox insan siqaret

çəkir və ya tütün çeynəyir və gündəlik 15 min insan tütünlə əlaqəli

xəstəliklərdən ölür. 9 Əgər insanlar siqaret çəkməsəydilər, həmçinin

ikinci əl siqaret tüstüsünün qarşısını aradan götürə bilsəydik bu ölümlərdən

çoxunun qarşısını almaq olardı. Məsələnin məğzi bundan ibarətdir:

əgər siqaret çəkirsinizsə, özünüzü risk altında qoyursunuz.

Tütün müxtəlif formalarda reklam edilən öldürücü və asan əldə

edilən zəhərdir. Onu çəkirlər, çeynəyirlər, onunla nəfəs alınır, elektronik

formada, hətta suda həll olunmuş (sulu qəlyan) şəkildə istifadə edilir.

Bütün formaları ziyandır və xəstəlik və hətta ölüm riskini əhəmiyyətli

dərəcədə artırır. Tütün istifadəçilərin yarısına qədərini öldürür!

• Tütün hər il 6 milyona qədər insanın ölümünə səbəb olur. Onlardan

600 mini ikinci əl siqaret tüstüsünə məruz qalan siqaret

çəkməyənlərdir.

• Dünyanın 1 milyard siqaret çəkənlərinin 80 faizə qədəri aşağı

və orta gəlirli ölkələrdə yaşayır.

• Tütün məhsullarının istifadəsi bütün dünyada artır.

Azad olmaq

• Hər altı saniyədən bir təxminən bir nəfər tütünlə əlaqədar

səbəblərdən ölür.

• Hazırkı istifadəçilərin yarıya qədəri tütünlə əlaqədar xəstəliklərdən

öləcək.

Tütün tədricən öldürən qatildir və tütün istifadəsinə başlamaqla

istifadəçinin sağlamlığının pisləşməsi arasında illər keçir. Bu, tək istifadəçini

öldürməklə deyil, həmçinin ikinci əl siqaret tüstüsünə mə ruz

qalanların sağlamlığına mənfi təsir etməklə, hətta öldürməklə dünyanın

üzləşdiyi ən mühüm ictimai səhiyyə təhlükələrindən biridir. Tütünün

tüstüsündə 2000-dən çox kimyəvi maddə var və onlar içərisində

50-dən çoxu xərçəngə səbəb olur.

İkinci əl siqaret tüstüsü tərifinə görə restoranları, ofisləri, evləri

və siqaret, siqar, qəlyan, eşmə siqaret və sulu qəlyan çəkilən istənilən

bağlı yeri dolduran tüstüdür. Bunun təhlükəsiz limiti yoxdur və ağciyər

xərçəngi və ürəyin işemik xəstəliyi də daxil olmaqla ürək-damar və

tənəffüs yolları xəstəliklərinin səbəbi olduğu sübut edilmişdir. Körpələrdə

qəfləti uşaq ölümü sindromuna səbəb ola bilər. İkinci əl siqaret

tüstüsü ilə təmasda olan uşaqlar yuxarı və aşağı tənəffüs yolları infeksiyalarına

tez-tez tutulurlar.

Bundan əlavə, tütün sanki “dərmanların giriş qapısıdır”. 10 Bundan

istifadə edənlər özlərini marixuana, metamfetamin, kokain və heroin

kimi digər dərmanlardan da asılılıq yaranması riskinə atırlar.

Həm spirtli içkilər, həm də tütün həddən artıq təhlükəlidir. Elmi

dəlillər və ictimai səhiyyə statistikası göstərir ki, onlar bu gün dünyada

ölümün aparıcı səbəbləridir. Tütün, spirtli içki və ya digər sağlamlığa

ziyanlı maddələrdən istifadə etmək şəxsi seçimdir, lakin bizim

seçimlərimizin nəticələri də var.

Faktlar doğrudan da öz yerlərinə danışırlar. Biz öz pis qərarlarımızın

nəticəsində qarşısı alına biləcək xəstəlikləri yaşamaqdan daha yaxşısı

üçün yaradılmışıq. Yadda saxlayın ki, müsbət həyat tərzi seçimləri

etməyə başlamaq heç vaxt gec deyil və biz bunu edərkən Allah dərhal

91

Sağlamlıq və Rifah

qərarlarımızı gücləndirmək üçün bizim köməyimizə gəlir. Öz-özümüzə

heç vaxt edə bilmədiklərimizi Onun gücü vasitəsilə edə bilərik.

92

Bir nömrəli düşmən

Hələ 1971-ci ildə o vaxt prezident olan Riçard Nikson demişdi: “Amerikanın

Birləşmiş Ştatlarda bir nömrəli ictimai düşməni narkotiklərdən

sui-istifadədir. Bu düşmənlə mübarizə aparıb onu məğlub etmək üçün

yeni, var gücümüzlə hücuma keçməliyik”. 11 Əgər bu o vaxt doğru idisə,

bu gün lap doğrudur və eyni bir reallıq digər ölkələrə də aiddir.

Qeyri-leqal olduğu üçün qanunsuz dərman sektorunun ölçüsü

haqda dəqiq statistik məlumatlar əldə edə bilmirik. Ekspertlər təxmin

edirlər ki, bu, ildə 300 milyard dollar, 400 milyard dollar və hətta 1 trilyon

dollardır. 12 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Narkotik

və Cinayət Ofisi hesablamışdı ki, əvvəlki ildə yaşı 15-dən 64-ədək olan

153-300 milyon arası insan narkotik qəbul etmişdi, daha çox anaşa,

bundan sonra isə amfetamin növlü stimulyatorlar istifadə edilmişdi.

Bir qayda olaraq kişilər arasında qeyri-qanuni dərmanların istifadəsi

qadınlara nisbətən daha çoxdur, qadınlar daha çox trankvilizatorlar və

sakitləşdiricilərdən istifadə edirlər. 13

Təxmin edilmişdir ki, problemli narkotik istifadəçilərinin yalnız

20 faizi öz asılılıqlarına görə müalicə qəbul edirlər. Bu cür təhlükənin

nəticəsində olan faciələr həddən artıqdır. Narkotiklərin nəticəsində

olan ölümlərin sayı 99 min və 253 min arasındadır. Bəzi ölkələrdə

qətllərin sayının çox olması narkotiklərlə əlaqəlidir. Məsələn, Meksika

hökuməti təxmin edir ki, ölkədə qətllərin 90 faizi narkotiklərlə bağlıdır.

Düzdür, bu, ifrat bir haldır, lakin yenə də narkotiklərin zərərli potensialı

haqda bizə çox şey deyir. 14

Narkotiklərdən istifadənin insanın sağlamlığına təsiri təsvirə gəlməz

dərəcədədir. Çoxları bu haqda ancaq Filip Seymur Hofmən kimi

məşhurlar öləndə fikirləşirlər. Məhkəmə təbabəti ekspertinə görə

Oskar udmuş aktyor “zəhərli narkotik qarışığından” ölmüşdü. Lakin

Azad olmaq

hər gün çox sayda adi insanlar da narkotiklərdən istifadə nəticəsində

xəstələnir və ölür.

Narkotiklər demək olar ki, bədənin bütün orqanlarına təsir edirlər.

Onlar immun sistemi zəiflədərək infeksiyalara həssaslığı artıra bilər;

qeyri-normal nəbz, infarkt və qan damarlarının və ürək qapaqlarının

infeksiyaları da daxil olmaqla ürək-damar problemlərinə səbəb ola

bilər; ürəkbulanma, qusma və qarın ağrısına səbəb ola bilər; qaraciyəri

zədələyə bilər; beynə qan sızmanı başlada bilər; beynin kimyəvi quruluşunu

dəyişərək, narkotiklərdən asılılığa aparır; beyni həmişəlik

zədələyir; yaddaş, diqqət və qərarları qəbul etməyə təsir edir; paranoya,

aqressivlik, hallüsinasiya, depressiya və asılılıq yarada bilər; və

“hamilə qadın və onun körpəsi üçün riskli ola bilər”. 15

Xoşbəxtlikdən narkotik istifadəçiləri və onların ailələri bu problemlə

tək qalmalı deyillər. Bir çox müalicə mərkəzləri və dəstək xidmətləri

kömək edə bilər. Anonim Narkotiklər onlardan biridir. Onların baxışı

budur ki, “narkotikdən asılı olan hər bir şəxsin bizim mesajı öz dilində

və mədəniyyətində yaşamaq və yeni həyat yolu üçün imkan tapmaq

şansı var”. 16 İnsan və İlahi köməklə qələbə mümkündür.

Yaşamaqda əsl balans

Ola bilsin ki, siz spirtli içki, tütün, narkotik, taqətdən düşənə qədər

işləmək, pornoqrafiya asılılığı, informasiya vasitələrindən asılılıq və ya

qeyri-taraz həyat qandalları ilə mübarizə aparırsınız. Nəyisə tərgitməyə

çalışaraq uğursuzluğa düçar olmaq, yenidən çalışmaqda davam

etmək və yenə də uğursuzluqla qarşılaşmaqdan doğan ümidsizlik kimi

hisslər az olar. Vərdişlər asanlıqla formalaşır, lakin dəyişdirmək çətin

olur. Əslində tək cəsarət və güclü iradə köləyə çevirən vərdiş və asılılıq

üzərində qələbə çalmaq üçün kifayət deyil. Bizim köməyə ehtiyacımız var.

Böyük missioner və yazıçı, həvari Paul bizim güc mənbəyimizi

özümüzdən kənarda olan bir qüvvə kimi təsvir etmişdi. Xoşbəxtlikdən

o, həmçinin belə qüvvənin və müvəffəqiyyətin sirrini də bölüşmüşdü:

93

Sağlamlıq və Rifah

“Mənə qüvvət verən Məsihin köməyilə hər işə gücüm çatır” (Filipililərə

4:13). O, həmçinin əlavə edir: “Siz insanın qarşılaşdığı sınaqdan başqa

bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O sizi gücünüzdən artıq sınağa

çəkilməyə qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də

təmin edəcək ki, tab gətirə biləsiniz” (1 Korinflilərə 10:13). Nə çətinliklə

üzləşirsinizsə, başqaları da üzləşir. Bütün əziyyətlərinizdə tək deyilsiniz.

Qarşımıza nə çıxsa da, Allah artıq çıxış yolunu hazırlayıb. Onun gücündə

siz fiziki, əqli, emosional və ruhlu cəhətdən balanslı olan dolğun həyat

əldə edə bilərik.

Bizi yalnız yaradan deyil, həmçinin saxlamağa qadir olan və iradəmizi

və qabiliyyətimizi müdrik seçimlər etmək üçün gücləndirə bilən

mərhəmətli və güclü Allahın gücünə möhkəm arxalanmadan hətta ən

güclü iradəli insan da əsl balans əldə edə bilməz. Sonra o bizi hətta

əzgin vaxtımızda da bütünlük axtarışımızda həvəsləndirir: “Beləliklə, nə

yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün

edin” (1 Korinflilərə 10:31). Ondan sonra ziyanlı, asılılıq yaradan və dağıdıcı

vərdişlərdən və işlərdən uzaq durmaq heyrətamiz və möcüzəli

xeyir-dualara və həyat ənamına görə minnətdarlıq hissindən irəli gələn,

ruhlu cəhətdən doğan qərar olur.

Köməyin heç vaxt uzaqda olmadığını yadda saxlamaq həvəsləndirir

adamı. Bizim lütfkar, səmavi Atamız həyatda davamlı və uğurlu əsl balans

əldə etməyə kömək edən seçimlərimizi yönləndirmək üçün hazır

dayanıb. Bu, həmçinin ziyan verici vərdişlərin qarşısının alınmasına və

onlar üzərində qələbəyə də aiddir. Elə indi Allahdan kömək istəyin! Siz

nəinki sağ çıxacaqsız, hətta inkişaf da edəcəksiz!

1

Available online at www.who.int/substance_abuse/publications/global_alcohol_

report/en.

2

“Status Report on Alcohol and Health in 35 European Countries 2013,” available

online at www.euro.who.int/en/publications/abstracts/status-report-on-alcohol-andhealth-in-35-european-countries-2013.

94

Azad olmaq

3

Thomas Babor et al., Alcohol: No Ordinary Commodity, 2nd ed. (New York: Oxford

University Press, 2010), p. 70.

4

Richard K. Ries et al., Principles of Addiction Medicine, 4th ed. (Philadelphia: Lippincott

Williams and Wilkins, 2009).

5

EuroCare, European Alcohol Policy Alliance, “Alcohol and Cancer—the Forgotten

Link,” available online at www.eurocare.org/library/latest_news/alcohol_and_cancer_

the_forgotten_link.

6

Timothy S. Naimi et al., “Cardiovascular Risk Factors and Confounders Among

Nondrinking and Moderate-Drinking U.S. Adults”, American Journal of Preventive Medicine

28 (2005): 369-373.

7

Kaye Middleton Fillmore et al., “Moderate Alcohol Use and Reduced Mortality

Risk: Systematic Error in Prospective Studies”, Addiction Research and Theory 14

(2006): 101-132.

8

B. Hansel et al., “Relationship Between Alcohol Intake, Health and Social Status,

and Cardiovascular Risk Factors in the Urban Paris-lle-de-FranceCohort,” European Journal

of Clinical Nutrition 64 (2010): 561-568.

9

Robert Beaglehole et al., “Priority Actions for the Noncommunicable Disease Crisis,”

Lancet 377 (2011): 1438-1447.

10

World Health Organization, “Tobacco,” Fact Sheet No. 339; available online at

www.who.int/mediacentre/factsheets/fs339/en/index.html. See also Omar Sharey et

al., The Tobacco Atlas, 3rd ed. (Atlanta: American Cancer Society, 2009).

11

Richard Nixon, “Remarks About an Intensified Program for Drug Abuse Prevention

and Control,” June 17, 1971. Available online by John T. Woolley and Gerhard Peters,

The American Presidency Project, at www.presidency.ucsb.edu/ws/?pid=3047. For

a chronology of America’s drug war, see www.pbs.org/wgbh/pages/frontline/shows/

drugs/cron/.

12

See www.unodc.org/pdf/WDR_2005/volume_1_chap2.pdf.

13

Data available at www.unodc.org/documents/data-and-analysis/WDR2012/

WDR_2012_Chapter1.pdf.

14

Ibid.

15

Gateway Foundation, “Effects of Drug Abuse and Addiction,” available online at

http://recovergateway.org/resources/individuals/drug-addiction-effects/.

16

Visit the Web site www.na.org/.

95

Fəsil 9

Geri dönmək

Çətinlik çempion yaradır: bunu qəbul edin!

S

on bir neçə on illiklər boyu tədqiqatçılar bu sual üzərində diqqətlərini

cəmləməyə başlayıblar: Nə üçün yüksək riskli mühitdə yaşayan bəzi

gənclər təhlükəli davranışlara qoşulmurlar? Onlar belə yekun nəticəyə

gəliblər ki, hər şey dözümlülük termininə bağlıdır.

Dözümlülük şəxsi çətinliklərə, həyatdakı stresli hadisələrə və hətta

ziyanlı mühitə baxmayaraq sağlam yaşamaqda davam etmək qabiliyyətidir.

Bu cür dözümlülük geniş çeşidli sosial dəstəyin nəticəsin də

inkişaf edir. Kəskin çətinliklərə və risk faktorlarının olmasına baxmayaraq,

dözümlü şəxslərdə mübarizə qabiliyyətləri inkişaf edir ki, bu

da onlara həyatda uğur qazanmağa kömək edir. Onlarda güclü özünü

ələ alma qabiliyyəti, Allaha inam və ətrafdakı dünyaya qarşı müsbət

münasibət var. Onlar həyatları üçün dəqiq məqsəd hissi ilə idarə olunaraq,

həyatın maneələrini üstün gələ biləcəkləri problemlər kimi

görürlər. Bunlardan əlavə, dözümlülük bugünkü maneələrdən başqa

həyatın olduğuna ümid və müsbət inam deməkdir.

96

Geri dönmək

Riskin yüksək olduğu dünyada yaşamaq

Ailələr, ibadət evləri və icmalar hamısı onları qorumağa çalışsa da,

bu günün gəncləri yenə də böyük risklə dolu dünyada yaşayırlar. Sadəcə,

bir düyməni basmaqla İnternetdə onları seks haqqında çox açıq material

gözləyir və gənclərin əksəriyyətinin dediyi kimi spirtli içkilər, anaşa,

kokain və amfetaminlər hətta çoxlarının təhlükəsiz, dolğun adlandırdığı

mühitdə də nisbətən asan əldə edilir. Buna görə də yaşadıqları

təhlükəli dünyaya baxmayaraq bəzi gənclərə müvəffəqiyyətli olmaqda

kömək edən bu amilləri aydınlaşdırmaq vacibdir. Bunu biləndə biz digər

gənclərə də bu yaşam strategiyalarını işə salmaqda kömək edə bilərik.

Bu gün dözümlülük anlayışı həyati vacibdir. Əgər evi və sosial mühiti

ideal edə bilmiriksə; əgər narkotikləri küçədən və zorakılığı televizordan,

kinolardan və video oyunlarından yığışdıra bilmiriksə; İnternetdən

ziyanlı materialları çıxarda bilmiriksə, o zaman bütün bu təsirlərə

məruz qalaraq böyüyən uşaqlara sağlam qalmaqda və həyatda uğur

qazanmaqda necə kömək edə bilərik? Ayrıca fərdlər, ibadət evi və ya

bir icma kimi gənclərin dözümlü olmağına necə kömək edə bilərik?

Yadda saxlamalı birinci şey odur ki, dözümlülük dəstəkləyici

münasibətlərin nəticəsində yaranır! Əlavə olaraq, dözümlü gənclər çox

vaxt dini inamlarından istifadə edərək müsbət mənalı həyat baxışını

saxlamağı bacarırlar. 1

Münasibətlərin rolu

Dəyərli, səmimi və davamlı müsbət münasibətlər dözümlü

gənclərin inkişafında əsasdır. Valideynlər, müəllimlər, ruhanilər və ya

istənilən məsul böyük daxil olmaqla dəstək göstərən böyüklər və ya

məsləhətçilər hamısı dözümlülüyün inkişafında böyük rol oynayırlar.

Qayğı, istilik və şərtsiz məhəbbət göstərən insanlarla münasibətlər

görünür ki, gənclərə həyatın onların üzərinə atdığı hər şeyi dəf edə

biləcəyi hissi verir. Bu cür münasibətlər gənclərdə dəyər hissi aşılaya

97

Формулы здоровья

98

Geri dönmək

bilər ki, bu da çətinliklərin öhdəsindən daha uğurla gəlməyə qabil edir.

Bir araşdırmanın nəticələri göstərdi ki, “dözümlü gənclərin həyatında

ən azı bir nəfər onları şərtsiz qəbul edən insan var idi”. 2

Dözümlülük və ailə naharı

Dözümlülük yaratmaq üçün bir effektiv, eyni zamanda çox sadə

strategiya ailə kimi birlikdə oturub yemək yeməkdir. Bir neçə müasir

araşdırmalar göstərmişdir ki, ailə naharları yeniyetmə və gənclərdə

riskli və asılılıq yaradan davranışların aşağı salınmasına kömək edir.

Tədqiqatçılar ailə naharı vaxtını spirtli içki və narkotik qəbulu, siqaret,

erkən seksual fəaliyyət, qidalanma pozğunluqları və kiçik cinayət kimi

riskli davranışlara qarşı qoruyucu amillər kimi qeyd edirlər.

Ailə naharları gənclərin zorakılığın qurbanına çevrilməsi ehtimalını

azaldır. 3

Həmçinin onlar daha yaxşı sosial və əqli stabillik yaradır. Ailə naharlarında

iştirak edən və valideynləri ilə vaxt keçirən uşaqlar və

yeniyetmələr yüksək özünə güvəncliyə malik olur, daha az depressiya

keçirir və intiharın və ya intihar haqqında fikirlərin səviyyəsi aşağı olur.

Əlavə olaraq, ailə ilə birlikdə yemək daha sağlam yemək vərdişləri

və qidalanmaya kömək edir. Ən vacibi isə onlar ruhlu dəyərləri və Allaha

inamı bəsləmək üçün ideal vaxt verir. Dözümlülük mövzusunda

tədqiqat göstərdi ki, Allaha inam gələcək müvəffəqiyyətdə və çətin

həyat şəraitini dəf etməkdə böyük rol oynayır.

Birlikdə ailə kimi yemək ailənin bağlılığına görə müsbət təsirdir.

Ailənin birliyi dözümlülük yaradan ən güclü amillərdən biridir. Beləliklə,

ailə yeməkləri elə bir mühit yaradır ki, ailə bir-birilə ünsiyyətdə ola

bilər, valideynlər və uşaqlar arasında uzunmüddətli birlik yarana

bilər, problemləri və həlli yollarını müzakirə edə və stabillik hissi aşılaya

bilər. Valideynlər ailə yemək vaxtlarından uşaqlarının dostları və

evdən kənarda münasibətdə olduqları hər kəsi tanımaq, onlar haqqında

eşitmək üçün istifadə edə bilərlər. Həmçinin yemək vaxtı gələcək

99

Sağlamlıq və Rifah

tədbirləri və fəaliyyətləri planlaşdırmaq imkanı yaradır ki, bu da ailəni

daha da birləşdirir.

İş öhdəlikləri, həmçinin elektron vasitələr yemək vaxtı özünü

göstərməli olan birlik hissinə müdaxilə edir. Vacibdir ki, valideynlər

yemək zamanı televizoru söndürsünlər və o vaxt elektron vasitələrdən

istifadəyə icazə verməsinlər. Ailə naharı zamanı olan birliyə, münasibətə

heç nə müdaxilə etməməlidir. Gənclərin əslində ailə yemək vaxtlarında

qaynayıb – qarışmağı sevmələri adamı həvəsləndirir.

100

Dözümlülük və xidmət

İcma xidməti gənclər arasında dözümlülük yaradan digər fəaliyyətdir.

Bu, Yazılarda möhkəm yer tutmuş bir anlayışdır. İsa bizi başqalarına

xidmət etməyi çox öyrətmişdi. Matta 25:31-46-da O, deyir ki, Onun

adamları başqalarının ehtiyaclarını ödəməklə – acları doyuzdurmaq

və çılpaqları geyindirmək kimi – onlara xidmət edirlər. Biz Onun bütün

adamlarına qayğıkeş mərhəmət göstərməli və kömək etməliyik. Bu cür

praktik fəaliyyət övladlarımızı yüksək riskli davranışlardan qorumaq,

eyni zamanda onların inam və imanını həvəsləndirmək üçün bizə daha

bir metod verir. Beləliklə biz başqalarına yalnız pul verməklə deyil,

gənclərlə birlikdə şəxsi və təcrübi kömək göstərməklə də xidmət edirik.

Biz yerli icmamızda yaşayanların bəhrələnə biləcəyi istənilən

fəaliyyəti xidmət fəaliyyəti adlandıra bilərik. İnsanları yedizdirmək,

geydirmək və qorumaq vacibdir. Bundan başqa biz hər hansı səbəbdən

ehtiyacı olanları dəstəkləyə, onlara baş çəkə, kömək edə və ovundura

bilərik. Kimsə soruşa bilər: “Xidmətin uşaqlar və yüksək riskli

fəaliyyətlərlə nə əlaqəsi var?”

İlk növbədə bu, gənclərin həyatını dəyişdirir. Xidmət vasitəsilə

onların sağlam, sosial davranışa malik olması ehtimalı daha çoxdur.

İllərlə bundan qabaq o zaman Xidmət Öyrənilməsində Milli Komissiyanın

sədri və məşhur kosmonavt olan senator Con Qlen göstərmişdi

ki, məktəb kurrikulumunda xidmətin də yer tutduğu məktəblərin 80

Geri dönmək

faizdən çoxu hesabat vermişlər ki, iştirak edən tələbələrin əksəriyyətinin

qiymətləri yaxşılaşmışdı. 4 Maraqlı deyilmi ki, İsanın Matta 25-dəki

göstərişinə əməl edərək siz şəxsən də faydalanırsız, Xidmətə cəlb olunmaq

həmçinin yüksək riskli davranışların az olması və spirtli içkilərdən

əhəmiyyətli dərəcədə az istifadə olunması ilə də əlaqəlidir. 5

İnam əsaslı qruplar çox vaxt icma xidmətində aparıcı rol oynaya bilir.

Onlar xidmət imkanları təşkil edə bilər və məsuliyyətli rəhbər təyin

edə bilərlər. Dəyişikliyə səbəb olan da məsuliyyətli, qayğıkeş böyüyün

olmasıdır. Xidmət fəaliyyəti zamanı böyüklər həqiqətən də gənc insanın

həyatının qayğısına qaldıqlarını göstərə, özlərini nümunəvi apara və

uğurla əlaqədar olan əsas ruhlu və həyati dəyərləri bölüşdürə bilərlər.

Xidmət fəaliyyətində böyüklərin öyrətməsi çətin ev mühitinin mənfi

təsirlərinin öhdəsindən gəlməyə kömək edə bilər.

İcmaların və gənclərin dolğun həyat yaşamaları üçün hər birimiz

riskli davranışlardan azad gənclər yetişdirmək uğrunda öz payımıza

düşəni etməliyik. Qayğıkeş münasibətlər bəsləmək, ailə yeməklərinin

dəyərini paylaşmaq və icmada gəncləri iştiraka həvəsləndirən xidmət

proqramlarının həyata keçirilməsi bu məqsədə çatmağa kömək edir.

Bu, gənclərimizin həyatında dəyişiklik edəcək.

1

T. P. Hebert, “Portraits of Resilience: The Urban Life Experience of Gifted Latino

Young Men”.

Roeper Review 19 (1996): 82-90.

2

R. Brooks, “Children at Risk: Fostering Resilience and Hope”, American Journal of

Orthopsychiatry 64 (1994): 545-553.

3

D.C.McBride et al., “Family Dinners and Victimization”, presented at the American

Society of Criminology, Chicago, Illinois, November 2012.

4

John Glenn, “The Benefits of Service-Learning”, Harvard Education Letter, January/

February 2001, available online at http://hepg.org/hel/article/150.

5

G.L.Hopkins et al., “Service Learning and Community Service: An Essential Part of

True Education,” Journal of Adventist Education, May/June 2009: pp. 20-25.

101

102

Fəsil 10

Rahatsızlığımıza istirahət

İstirahət yorğunluğun dərmanıdır:

qiymətini bilin!

O

n səkkizinci və on doqquzuncu əsrlərin İngiltərəsində fabrik direktorlarının

işçilərinin vaxtını necə oğurladıqları haqda nağıllar dolaşır.

Direktorlar, sadəcə, gün başa çatmaq üzrə olanda saatın qolunu dala

çəkərək yazıq işçiləri əlavə ödənişsiz çox işləməyə məcbur edirdilər.

Digər bir hiylə isə o idi ki, nahar fasiləsi zamanı saatın böyük əqrəbini

elə dəyişirdilər ki, bir dəqiqə əvəzinə əqrəb üç dəqiqə irəli gedirdi hər

dəfə, bununla da fasiləni qısaldırdılar. Bu cür hərəkətlər işçilərdən heç

vaxt əvəzini çıxa bilmədiyimiz bir şeyi oğurlayırdı, bu da zamandır.

Biz birja bazarında və ya digər pis sərmayədə pul itirə bilərik, lakin

bəzən onu geri ala bilərik. Yaxud da əgər sağlamlığımızı itirsək, bəzən

düzgün tibbi müayinə, qidalanma rejimi və idmanla bunu bərpa edə

bilərik. Lakin itirilmiş və ya oğurlanan zaman – istər bir dəqiqə olsun,

istər bir gün, bir həftə – əbədi gedir. Zaman (2011) filmində cəmiyyət

əhalinin sayının həddən artıq artmasının qarşısını almaq üçün yaşlaşma

prosesini nəzarətdə saxlayır. Çox pula malik olan zəngin şəxslər kasıblara

nisbətən daha uzun həyat ala bilərlər. Lakin bədii ədəbiyyatda

Rahatsızlığımıza istirahət

mümkün olan şeylər real həyatda mümkün deyil. Heç kəs zamanı satın

ala bilməz.

Nə etməyimizdən asılı olmayaraq saat irəli gedir. Cibgirlər pul qabından

pulu oğurladığı kimi, hər tərəfdən müxtəlif qüvvələr bizdən

vaxtımızı alırlar. Daha sürətli telefonlar, elektron tabletlər, İnternet

və kompüterlər göründüyü kimi bizim üçün daha çox vaxtla

nəticələnməyib. Əksinə, müasir dünyanın kədərli faktlarından biri də

budur ki, başqa şeyləri nə qədər sürətli etsək, özümüzə bir o qədər

az vaxt qalır. Baxmayaraq ki, vaxtın olmaması müasir həyatın böyük

xəstəliyidir, bizim müasir dilemmamızın güclü antidotu qədimdən gəlir.

Bu, Şənbə adlanır və bu, düzgün yuxu ilə birlikdə insanın rahatsızlığı

üçün ən yaxşı istirahət tapmaq yoludur.

Sığınacaq

Dünyanın qasırğa, tornado və sunami olan hissələrində insanlar sığınacaqlar

tikirlər. Bu cür sığınacaqlar bir səbəbdən mövcuddur: insanlara

qasırğadan, xüsusilə də tornadodan sığınacaq vermək üçün. Lakin

bir problem var: biz sığınacağa çatmalıyıq. Əgər yaxında deyiliksə və

fırtına başlayarsa, biz sığınacaqsız qala bilərik. Heç bir sığınacaq özü bizi

axtarmır – biz ona doğru getməliyik.

Lakin Allah elə birini yaradıb ki, biz ona tərəf qaçmaqdansa, o bizim

yanımıza gəlir! Saatda 1609 km sürəti ilə (yerin fırlanma sürəti) Şənbə

planetin ətrafında dövr edir. Bir günəş batışında gələrək və digərində

gedərək, yeddinci gün Şənbə planeti yuyur, özü ilə birlikdə evimizə və

həyatımıza dünyanın bizə və vaxtımıza olan bitməz tələblərindən sığınacaq

gətirir. Bu sığınacaq, bu istirahət elə vacibdir ki, Allah istisnasız olaraq

həftədə bir dəfə bizə təklif edir. Bizim Şənbə istirahətimiz təsəvvür

edə biləcəyimizdən daha çox bizim qayğımıza qalan məhəbbətli Yaradıcımıza

etibarın simvoludur. Şənbə günü biz həyatın qayğılarından,

həyəcan və problemlərindən sığınacaq və mühafizə tapırıq.

103

Sağlamlıq və Rifah

Şənbə təsəvvür edə biləcəyimizdən daha çox bizi sevən Birində

istirahətimizin simvoludur. Görkəmli Yəhudi yazıçısı Abraham Heçel

Şənbəni “zamanda saray” kimi təsvir etmişdi. 1 Həftədə bir dəfə Allahın

səmavi sarayı 24 saatlıq göydən yerə enir və Yaradıcımız Öz hüzurunun

izzətini bizim üçün açır. Yerin çaşqınlıqlarından və gündəlik həyatın

narahat yükündən azad olaraq Şənbə sığınacağımızda Onunla birlikdə

içəri qapanırıq. Allah nəinki bizi Özünün Şənbə istirahətinə dəvət edir,

həmçinin bizə ibadət etməyi və işimizi dayandırmağı əmr edir. O bilir

ki, aramsız tələsmək və daimi işdə keçən həyat bizim həyat qüvvəmizi

qıracaq, immun sistemimizi zəiflədəcək və diqqətimizi elə cəlb edəcək

ki, Onun haqqında unudacağıq. Öldürmək, oğurlamaq və zinakarlıq

haqqındakı əmrlərlə birlikdə biz istirahət haqqında əmri də görürük.

Bu da istirahətin bizim ümumi rifahımız üçün nə qədər vacib olduğunu

deyir. Lakin Rəbbin haqqında danışdığı istirahət fiziki istirahətdən

daha böyükdür, baxmayaraq ki, bura yuxu da daxildir. Bu, Onun bizə

qarşı olan məhəbbət və qayğısı kontekstində şüurun, bədənin və ruhun

ümumi istirahətidir.

104

Yuxu və şənbə istirahəti

Sorğu-sualsız Şənbənin nədən ibarət olduğu və bizə gətirdiyi bütün

şeylər arasında istirahət mərkəzdə durur. Hətta İbrani dilində Şabbat

sözü də “ara vermək, istirahət etmək” felindən gəlir. Lakin Şənbə

istirahətinin nə qədər vacib olmasından asılı olmayaraq, tək bu, kifayət

deyil. Ruhlu, əqli və fiziki cəhətdən nə qədər faydalı olsa da, həftədə

bir gün istirahət etmək digər bir istirahət növü – yuxu olmadan yetərli

olmaz.

Allah Şənbə istirahətində etdiyi kimi gəlib bizə əmr vermir ki,

kifayət qədər yuxu yataq. Onun bunu etməyə ehtiyacı yoxdur, çünki

əgər dinləsək bədənimiz özü bizə bu göstərişi verir. Ona diqqət veribverməmək

bizdən asılıdır. Şənbə həmişə bizə gəldiyi kimi yuxu da gəlir.

105

Sağlamlıq və Rifah

Əlbəttə, Allahın əmrlərini pozmağın mənfi nəticələri olduğu kimi

bədənimizin dediklərinə etinasızlıq etmək də mənfi nəticələrə səbəb

olacaq. 2011-ci ildə Çinli kişi demək olar ki, yemədən və içmədən üç

gün internet klubda kompüterin qarşısında vaxt keçirdikdən sonra ölmüşdü.

İki il sonra, 2013-cü ilin dekabrında İndoneziyada “Young &

Rubicam” reklam agentliyinin gənc işçisi Mira Diran üç gün dalbadal

işləmişdi. O, oyaq qalmaq üçün enerji içkiləri içirdi. Lakin onun ekstravaqant

ithafına görə ölümlə ödədi.

Yuxusuzluqdan doğan yorğunluqdan yumulan gözlərlə dünyanın

necə də qəmgin və kədərli görünməsi qəribədir. Digər tərəfdən,

uzun və dərin gecə yuxusundan sonra dirçəliş və bərpa hissi tamamilə

təzələyir insanı. Axı Allah insanları işləmək üçün yaratmışdısa, amma

O, həmçinin onları istirahət üçün də yaratmışdı (Yaradılış 26:15). Şənbə

istirahəti, yuxu istirahəti və balanslı və məhsuldar iş arasında biz optimal

fiziki, ruhlu və əqli rifahdan ləzzət ala bilərik. Şənbə və yuxu insan

rahatsızlığı üçün əsl istirahətdir.

Elmi tədqiqat aydındır: insan varlığı kimi bizim yuxuya ehtiyacımız

var. Bu, kifayət qədər olmasa, düzgün fəaliyyət göstərə bilmərik. Desə

də deməsə də, hər kəs yuxunun necə vacib olduğunu bilir. Bununla

belə, illərlə araşdırmalara baxmayaraq, bu, hələ də sirr olaraq qalır.

Dəqiq nədir, nə edir və nə üçün bədənimizə və şüurumuza belə təsir

edir kimi suallar hələ də cavabını gözləyir. Biz bilirik ki, yuxu sağlamlıq

və rifah üçün vacibdir. Düzdür, yuxu xəstələnməyəcəyinizə təminat vermir,

lakin onun olmaması o deməkdir ki, tez və ya gec xəstələnəcəksiniz.

Nə qədər yuxu kifayətdir? Cavab müxtəlifdir, çünki insanlar, onların

sağlamlığı, iş vərdişləri, yuxu və metabolizmi fərqlidir. Praktiki

məqsədlə, əksər insanların təxminən gecədə 8 saat yuxuya ehtiyacı

var (bəzi araşdırmalar bu hüdudu 7-9 saat arası qoyur). Bu, yuxunun

tam faydalarını hiss etmək üçün optimal miqdardır. Sadəcə, özümüzü

istirahət etmiş və emosional və fiziki cəhətdən daha yaxşı hiss etməyə

kömək etməkdən əlavə, yuxu infeksiyalarla mübarizə aparmağa kömək

edir, diabetin qarşısını alır və ürək xəstəlikləri, piylənmə və yüksək qan

təzyiqi riskini azaldır.

106

Rahatsızlığımıza istirahət

“Yuxu sağlamlığı xroniki diabet və artrit, böyrək xəstəlikləri, ağrı,

insanın immun çatışmazlıq virusu (İÇV), epilepsiya, Parkinson xəstəliyi

və depressiya kimi pozğunluqları olan insanlar üçün xüsusən maraqlıdır.

Yaşlılar arasında müalicə olunmamış yuxu pozğunluğunun koqnitiv

və tibbi nəticələri funksional məhdudiyyətlərə və sərbəstliyin

itirilməsinə səbəb olur və hər hansı səbəbdən ölüm riskinin artması ilə

əlaqələndirilir.” 2

Dünya ətrafında yuxusuz

Əl əməyini azaldan vasitələrin, təyyarə ilə səyahətin və yüksək

sürətli İnternetin olmasına baxmayaraq biz kifayət qədər yuxu almırıq.

Belə fikirləşmək olar ki, hər şey daha tez başa çatdığı üçün bizim rahatlanmağa

və istirahət etməyə daha çox vaxtımız qalacaq. Lakin bütün

dünyada bir çox insan tövsiyə edilən yeddi-doqquz saatdan az yatır.

Əlavə olaraq get-gedə daha çox insanda yuxu problemi var və bir çox

milyonlarla insan hər hansı bir formada xroniki yuxu pozğunluğundan

əziyyət çəkir.

Yuxu çatışmazlığı gün ərzində məhsuldarlığın aşağı düşməsinə

səbəb olur. Yuxunun bir gecə də olsa, bir saat yarım da az olması gündüz

vaxtı ayıqlığın 32 faiz aşağı düşməsinə səbəb olur. Bundan əlavə,

yuxu çatışmazlığı yaddaşı və əqli qabiliyyətləri zəiflədir. Kiminsə kifayət

qədər yatmaması üzündən əsəbi və ya kefsiz olmasına görə əlavə stress

yaşaması kimin başına gəlməyib? İşçilərdən birinin kifayət qədər yuxu

almaması hallarında iş yerində qəzalar iki dəfə çox rast gəlinir. Milli

Magistral Nəqliyyat Təhlükəsizliyi Assosiasiyası (MMNTA) təxmin edir

ki, hər il ala-yuxulu maşın sürmək tək Birləşmiş Ştatlarda ən azı 100

min maşın qəzasına, 71 min yaralanmaya və 1550 ölüm hallarına səbəb

olur. Yuxusuzluq üzündən baş verən problemlər ətrafımızda olanlara da

təsir edir, ona görə də biz kifayət qədər yuxu yatmaq və istirahət etmək

üçün məsuliyyət daşıyırıq.

107

Sağlamlıq və Rifah

Daha yaxşı yatmaq üçün məsləhətlər

Bəzi insanların ciddi yuxu problemləri və tibbi yardıma ehtiyacları

olsa da, bu bir neçə sadə məsləhətlər çoxumuza ehtiyacımız olan yaxşı

yuxu yatmaqda kömək edə bilər:

• Yuxuya ciddi yanaşın. Hər gecə kifayət qədər yuxu yatmağı və

istirahət etməyi qarşınıza məqsəd qoyun.

• Özünüzdə müntəzəm yuxu modeli formalaşdırın. Bizim

bədənimiz ritmlə işləyir, buna görə də hər gecə yuxuya eyni

saatda getməyə və hər səhər, hətta həftə sonları da eyni saatda

yuxudan durmağa çalışın.

• Müntəzəm fiziki hərəkətlər (həkiminizin sizə məsləhət gördüyü

qədər) gecə yaxşı yatmağınızda çox faydalı ola bilər. İdman

etdiyiniz vaxt bədəniniz enerji yandırır və yuxu (düzgün qidalanma

ilə birgə) bunu bərpa etməyin ən yaxşı yoludur. “Fəhlə

az da yesə, çox da yesə, yuxusu şirindir” (Vaiz 5:12).

• Mədəniz dolu olduğu halda yatmayın. Yüngül axşam yeməyi

vərdişini formalaşdırın və yatmağa getməmişdən an azı iki

saat qabaq yeməkdən qaçın.

• Kafeinli içkilərdən qaçın, çünki kafein stimulyantdır və sizi

oyaq saxlaya bilər.

• Yatmağa getməmişdən qabaq stresli vəziyyətlərdən qaçın.

Televizoru birdəfəlik yataq otağından götürün. Ailə narazılıqlarını

yatmaq vaxtı deyil, gündüz vaxtı həll edin.

• Ruhlu şeylər üzərində diqqətinizi cəmləyin və etibar və Allahda

istirahət haqqında Onun vədlərini istəyin. “Rəbbin hüzurunda

sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan

Hiyləgər insan üçün narahat olma” (Zəbur 37:7).

Çox insan hər axşam yuxuya getməzdən qabaq Zəburları oxumağı

həddən artıq faydalı hesab edir. Məzmurlar həyatımıza sakitlik və

qəlblərimizə sülh gətirir. Onlar beynimizi rahatlayır və yuxuya hazırlayır.

108

Rahatsızlığımıza istirahət

Həftəlik istirahət

Yuxu bizim ümumi istirahətə olan ehtiyacımızın yeganə tərkib hissəsi

deyil. Gördüyümüz kimi, Allah həftəlik Şənbə istirahətini buyurub, çünki

O bilirdi ki, bunu əmr verməsə, biz lazım olan istirahəti etməyəcəyik.

Qabağa getmək, daha çox pul qazanmaq, daha çox öyrənmək arzusu

ilə yaşayan insanlar özlərinə kifayət qədər fiziki istirahət vermirlərsə,

Şənbə gününü kim saxlayacaqdı? Allahın bütün əmrlərində olduğu

kimi, həftəlik Şənbə istirahəti bizim özümüz üçündür. O, İsrail övladlarına

demişdi: “Bu gün xoş güzəranın üçün sənə buyurduğum Rəbbin əmr

və qaydalarına riayət et” (Qanunun təkrarı 10:13). “Sənin güzəranın

üçün” olan o əmrlərdən biri də Şənbə günü istirahət etmək idi.

Allah Şənbəni başlanğıcda Yaradılış Həftəsinin hissəsi kimi təsis

etmişdi. Bu o deməkdir ki, hətta On Əmrdən hər hansı biri mövcud

olmazdan qabaq Şənbə istirahətinin müqəddəsliyi artıq mövcud idi:

“Göylər və yer, oradakı hər şey beləcə tamamlandı. Allah yeddinci günə

qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb

istirahət etdi. Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi,

çünki gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət etdi”

(Yaradılış 2:1-3).

Rəbb əvvəldən Şənbə xeyir – duasını bir qrup insan üçün nəzərdə

tutmamışdı. O, istirahət gününü bütün bəşəriyyət üçün yaratmışdı,

çünki bütün insanların kökü Allahdandır. “Allah gördü ki, Şənbə insan

üçün vacib idi, hətta Cənnətdə də. O, yeddi gündən birində öz maraq və

məşğuliyyətlərini bir tərəfə qoymalı idi ki, Allahın işləri üzərində daha

tam düşünsün və Onun gücü və yaxşılığı haqda fikirləşsin. Allahı daha

qabarıq şəkildə ona xatırlatmaq və minnətdarlığı oyatmaq üçün onun

Şənbəyə ehtiyacı var idi, çünki onun bütün həzz aldığı və malik olduğu

şeylər Yaradıcının verən əli ilə gəlmişdi”. 3

Əsl istirahət etmək sadəcə fiziki yatmaqdan daha çox şey tələb edir.

Rahatsız beynimiz və bədənimiz üçün istirahət tapmağa başımızı huşsuz

yuxuda balığın üstünə qoymaqdan daha artıq ne isə lazımdır. Bu, göyün

109

Sağlamlıq və Rifah

Şənbə istirahətinə daxil olmaqdır – yəni yeddinci gün olan Şənbəni Allahın

xeyir – dualadığı gün kimi bir kənara qoymaq və sonra etdiyimiz

hər şeydən uzaqlaşmaq və Onunla vaxt keçirmək və Onun bizim üçün

etdikləri haqda fikirləşməkdir. Şənbə istirahətini gözləməkdən və hər

həftə orada iştirak etməkdən doğan sülh, sakitlik və şənliyi gözləyən

hər kəs bilir ki, bu, işdən yorulub taqətdən düşmüş canlar üçün necə

də fiziki, ruhlu və əqli cəhətdən faydalı ola bilər.

İstirahəti seçin

Ehtiyatlı olmasaq, vaxtımıza olan tələblər hətta fiziki, əqli və ruhlu

sağlamlığımızı itirənə qədər bizə dominantlıq edə bilər. Allah o qəddar

vaxt dövriyyəsini qırmaq üçün bizə iki güclü yol, rahatsızlığımız üçün

iki yol verib: yuxu və Şənbə. Biz özümüz həm yuxu, həm də Şənbə

istirahətini tapmağı seçə bilərik. Lakin hər şeydən də artıq, göylər bizim

İsada tamamilə, dolğun və təhlükəsiz istirahətin sevincini tapmağımızı,

bununla da həm indi, həm də əbədiyyət boyu Onun əsl istirahətini yaşamağımızı

gözləyir.

1

Abraham Joshua Heschel, The Sabbath (New York: Farrar, Straus and Giroux, 1979).

2

HealthPeople.gov, “Sleep Health”, available at http://healthypeople.gov/2020/topicsobjectives2020/overview.aspx?topicid=38.

3

E. G. White, Patriarchs and Prophets, p. 48.

110

Fəsil 11

İnamın şəfaverici qüvvəsi

İnam böyük sağlamlıq bərpa edəndir:

onu qəbul edin!

On illiklər boyu tədqiqatçılar inam və sağlamlıq arasındakı münasibətləri

öyrənmişlər. Bu gün inamın ümumi rifahımızda fərq etdiyi

haqda çoxlu dəlillər var. Bizi sevən və bizim üçün yalnız ən yaxşısını

istəyən şəxsi Allaha inam həm fiziki, həm də emosional sağlamlığımıza

müsbət təsir edir. Allah haqqında nəyə inanırıqsa, həyatımızın bütün

cəhətlərinə təsir edir. Ruhlu inam və təcrübələrimiz ümumi rifahımızda

fərq edir. Beləliklə, bizim ruhlu həyatımız ümumi sağlamlığımızda

əvvəllər başa düşdüyümüzdən daha çox rol oynayır.

Tədqiqatlar davam etsə də biz aydın başa düşürük ki, inam vacib

rol oynayır. Budur, tədqiqatçıların ruhluluq dozasının sizin üçün nə edə

bildiyi haqda tapıntılarından nümunələr:

1. Stress: Kaliforniyanın Alameda mahalında həyata keçirilmiş hər

tərəfli tədqiqat 7000-ə yaxın kaliforniyalıların həyat tərzi vərdişlərini

öyrənirdi. Məlum oldu ki, ibadət evi tərəfindən sponsorlaşdırılan

fəaliyyətlərdə iştirak edən Qərb Körfəzi imanlıları ruhlu olmayan

111

Sağlamlıq və Rifah

şəxslərə nisbətən maliyyə, sağlamlıq və digər gündəlik problemlər

haqqında daha az stresə düşürdülər. 1

2. Qan təzyiqi: Duke Universitetinin tədqiqatında dini xidmətlərdə

iştirak edən, dua edən və ya müntəzəm olaraq Müqəddəs Kitab oxuyan

yaşlı insanlarda bütün bunları etməyənlərə nisbətən qan təzyiqi daha

aşağı idi. 2

3. Bərpa: Duke Universitetinin tədqiqatı aşkar etdi ki, böyük cərrahi

əməliyyatdan bərpa olan dindar xəstələr təxminən xəstəxanada 11 gün

keçirirdilər, dindar olmayan xəstələr isə 25 gün. 3

4. İmmun sistemi: 1700 böyük insan üzərində aparılmış tədqiqat

göstərdi ki, dini xidmətlərdə iştirak edənlərdə xroniki xəstəliyi olan insanlarda

çox olan immun maddə interleykin-6-nın miqdarının yüksəlməsi

ehtimalı daha az idi. 4

5. Həyat Tərzi: Bir neçə tədqiqatın icmalı göstərir ki, ruhluluğun

daha aşağı intihar səviyyəsi, daha az spirtli içki və narkotik istifadəsi,

daha az kriminal davranış, daha az boşanma və daha çox ailə məmnuniyyəti

ilə əlaqəsi var. 5

6. Depressiya: Kolumbiya Universitetinin araşdırmasına görə “mömin”

anası olan qadınların anası dindar olmayanlara nisbətən depressiyaya

düşmək ehtimalı 60 faiz azdır. Anası ilə eyni dini məzhəbə mənsub

olan qızlar hətta daha az (71 faiz) depressiyaya tutulurlar, oğlanların

depressiyaya tutulma ehtimalı isə 84 faiz azdır. 6

112

Qırıqlıqda bütövlük

Mükəmməl sağlamlığa malik olmaq üçün inam və ruhluluq ehtiyacımız

olan yeganə şeylər deyil. Günah gələndən biz hamımız hansısa

dərəcədə fiziki, əqli və ruhlu cəhətdən əziyyət çəkirik, Allaha nə qədər

inamımızın olmasından asılı olmayaraq.

Müqəddəs Kitabda böyük inam əri olan Yaqub dəhşətli fiziki

xəstəliklər keçirmişdi. Paul üç dəfə Allaha yalvarmışdı ki, bədəndə olan

dərdini götürsün, lakin “qırıqlığına” fiziki şəfa almaqdansa, o, xüsusi

113

Sağlamlıq və Rifah

cür bütövlük aldı: “Amma O mənə dedi: “Lütfüm sənə kifayətdir, çünki

zəiflik olanda qüvvə tam olur” (2 Korinflilərə 12:9). Təəccüblü deyil ki,

Paul belə deyə bilmişdi: “Mən zəifləyəndə qüvvətlənirəm” (ayə 10).

Bu cür həvəsləndirmə xüsusilə də inam, dua və tibbi müdaxiləyə

baxmayaraq hələ də xroniki xəstəliklərdən əziyyət çəkənlər üçün məna

kəsb edir.

114

İnam fərq yaradır, lakin suallar qalır

Tədqiqat çox inandırıcıdır: inam bizim fiziki, həmçinin ruhlu, həya

tımızda fərq edir. Lakin əhəmiyyətli suallar hələ də qalır. Kifayət

qə dər inamımız varsa, necə istədiyimiz kimi yaşayıb yenə də sağlam

ola bilərikmi? İnam bizə sağlamlıq qanunlarını pozaraq yenə də uzun

ömürlü olmağı gözləməyə lisenziya verirmi?

Kifayət qədər inamınız varsa, həyat tərzi seçiminizin az fərq edəcəyini

fikirləşmək sizi tezliklə xəstəxanaya apara biləcək səhv fərziyyədir.

İnamın tibb mütəxəssislərini lazımsız edən bir sehrli şəfa olması ideyası

böyük çaşmadır. Bəzi insanlar inanırlar ki, əgər tibbi problem

üzündən həkimə gedirsənsə, o zaman sənin inamın yoxdur. Onlar bunu

başa düşə bilmirlər ki, birbaşa şəfa verə bilən Allah çox vaxt bunu əldə

etmək üçün ixtisaslı tibb mütəxəssislərinə yol göstərir. Bütün şəfa Allahdan

gəlir. O, ən böyük Şəfa verəndir. Lakin onun necə şəfa verməsi

və kimdən istifadə etməsi Onun seçimidir.

İnam müəyyən edilir və tətbiq edilir

Gəlin əsl Müqəddəs Kitab inamını, həmçinin bunun mənbəyini

və nəticələrini araşdıraq. İnamın mənasını başa düşmək üçün İbranilə

rə 11:1-dən başlayacağıq: “İman ümid edilənlərə etibar etmək,

görünməyən şeylərə əmin olmaqdır”.

O zaman inam nədir? Bu, maddədir, substansiyadır. Latın dilində

“substance” sözü iki sözün birləşməsidir: “sub” və “stance”. “Sub” sözü

İnamın şəfaverici qüvvəsi

“altında” deməkdir. “Submarine” – sualtı qayıq, “subterranean” – yerin

altında nə isə kimi sözlər var. “Stance” sözü nəyinsə mahiyyətinə aiddir.

Substansiya həyatında hər şeyin altında dayanaraq onu dəstəkləyir,

saxlayır və möhkəmlədir. İnam bizim varlığımızın əsas bazasıdır.

Hər şeyin altında dayanaraq bizim bütün ümidlərimizi dəstəkləyir

və həyatın mürəkkəb sualları ilə vuruşduqca bizi saxlayır. Canlı olan

ruhlu həyatın əsası olaraq inam bunu parçalanmaqdan qoruyur. Habil,

Xanok, Nuh, İbrahim, Yaqub, Musa, Yusif və İbranilərə 11-in digər

qəhrəmanlarının hamısında ümumi olan bir şey var idi: inam, bütün

həyatları boyu onları saxlayan və dəstəkləyən inam.

İnam Allahla yaxşı tanınmış dost kimi münasibətdir ki, bu da bizi

Onun həyatımız üçün yalnız ən yaxşısını istədiyinə tam əminliklə dediyi

hər şeyi etməyə və verdiyi hər şeyi qəbul etməyə aparır. Bu inanır

ki, Allah bizə Onun əbədi padşahlığında son mükafatımızı alan günə

qədər hər çətinliyin üzərində qələbə qazanmaq və hər maneəni dəf

etmək gücü verəcək. Beləliklə də inam sizi sevən, nəyin sizin üçün yaxşı

olduğunu bilən və sizin xoşbəxtliyinizdə maraqlı olan biri kimi Allaha

inanmağa doğru aparır.

Bizim bütün varlığımıza enerji verərək inam ruhumuzu yüksəldir,

ürəyimizi həvəsləndirir, ümidimizi yeniləyir və baxışımızı hazırda olandan

nə ola biləcəyinə dəyişdirir. Allahın əhdlərinə inanaraq, hətta həyata

keçməmişdən qabaq Onun ənamlarını qəbul edir.

Göyün şöhrət zalı

İbranilərə 11-də Allah əsrlər boyu inam qəhrəmanlarının adını

çəkir. Onların adları göyün “Şöhrət Zalında” yüksəkdə asılmışdır. Təəccüblüdür

ki, İbranilərə 11-də Onun verdiyi ilk inam nümunəsi heç bir

möcüzəli xilas almadan ölən birinə aiddir. “İman vasitəsilə Habil Allaha

Qabildən daha yaxşı bir qurban təqdim etdi. Bunun vasitəsilə saleh olduğu

təsdiq edildi, çünki Allah onun təqdimləri barədə şəhadət etdi.

115

Sağlamlıq və Rifah

Habil ölmüş olduğu halda iman vasitəsilə hələ də danışır” (İbranilərə

11:4).

Müqəddəs Kitaba görə Habil saleh biri idi. Bəs onun inamının

nəticəsi nə idi? Bu onun öldürülməsinə səbəb oldu. Əgər inamı olmasaydı

bəlkə də yaşayardı. İnamı olmayan Qabil yaşadı, inamı olan Habil

isə öldü. İnamın varsa həmişə şəfa tapacaqsan kimi fikirlərə inanan əsl

inamı səhv başa düşənlər üçün bu, qəribə görünə bilər.

İndi gəlin Yazılarda şahanə inam növbəsində olan sonrakı şəxsi

– Xanoku nəzərə alaq: “Xanok ölümü görməsin deyə iman vasitəsilə

dünyadan götürüldü. Onu tapa bilmədilər, çünki Allah onu dünyadan

götürmüşdü. Götürülməzdən əvvəl o, şəhadət almışdı ki, Allahı razı salıb”

(ayə 5).

Əgər Xanokun inamı olmasaydı ölərdi. Lakin inamı var idi və o yaşadı.

Habilin isə eyni cür inamı var idi və o öldü. Lakin bir şey bizi çaşdırmır.

İbranilərə 11-də inam ərlərinin hər biri bizə Allaha necə etibar etməyi

öyrədir. Xanok Ona öz həyatını etibar edir və Habil ölümdə bunu edir.

İndi gəlin Nuhun misalına baxaq: “Nuh hələ gözə görünməyən

şeylər barəsində edilən xəbərdarlığa iman vasitəsilə ciddi yanaşaraq öz

ev əhlinin xilası üçün gəmi düzəltdi” (ayə 7). İnamı onu Allahın dediyini

etməyə istiqamətləndirdi, baxmayaraq ki, onun dövründəki insanların

böyük əksəriyyəti üçün bu çox gülünc görünə bilərdi. Nuh itaətgarcasına

Allahın təlimatına əməl etdi. Ona etibar edərək, o, 120 il olduğu yerdə

qaldı və yağışın olmamasına baxmayaraq gəmini tikməkdə davam etdi.

Bu, inamdır.

İbrahimin inamı bunun əksidir: “İbrahim çağırılanda iman vasitəsilə

itaətli olub irs alacağı torpağa getdi. O hara getdiyini bilməyərək yola

çıxdı” (ayə 8). Onun inamı öz evinin rahatlığını tərk edərək tanımadığı

yerə üz tutmağa istiqamətləndirdi.

Necə də təzadlarla doludur! Habil inamla öldü, Xanok inamla yaşadı.

Nuh inamla qaldı, İbrahim inama görə yola düşdü.

Sara 80 yaşında olanda inamla uşağa qaldı və illər sonra İbrahim

oğlu İshaqı Allahın əmri ilə qurban vermək üçün Mora dağına apar-

116

İnamın şəfaverici qüvvəsi

dı. Orada Rəbb İbrahimin inamını izzətləndirdi və oğlanı xilas etdi.

Valideynlərə onlara övlad verəcəyini deyəndə inanmaqlarını deyən

Allah indi də onu qurban gətirmək əmrini verəndə də inanmaqlarını

istədi. Əlbəttə Allah möcüzəli yolla İshaqı xilas etdi və bununla İsanın

qurbanını və hər birimizin günah və ölümün pəncəsindən möcüzəli yolla

xilas alacağımızı qabaqcadan göstərdi.

İbranilərə 11-dən daha bir təzad. Yusif həyatındakı çətinliklərə baxmayaraq

Allaha sadiq idi. Sadiqliyinə görə Allah onu izzətləndirdi. O, Misirin

var – dövləti və sərvəti içərisində həqiqi Allaha şahid kimi yaşadı.

Lakin Musanın təcrübəsi əskinə idi. Allah onu Misirdən çıxardıb Ondan

tam asılı olaraq səhrada yaşamağa istiqamətləndirdi. Musa “Günahdan

müvəqqəti zövq almaqdansa Allahın xalqı ilə birlikdə əzab çəkməyi

üstün tutdu. Məsih naminə çəkdiyi təhqiri Misir xəzinələrindən daha

böyük var – dövlət saydı, çünki gözünü alacağı mükafata dikmişdi” (ayə

25, 26). Yusifin inamı var idi və Misirdə qaldı, Musanın isə inamı var

idi və Allah ona Misiri tərk etməyi tapşırdı. İnam vasitəsilə Yusif var –

dövlət sahibi oldu, lakin Musa kasıblaşdı.

İnam həyatın üçün Allahın iradəsini axtarmaqdır, istər Habildə olduğu

kimi ölümdə olsun, istərsə də Xanokda olduğu kimi həyatda olsun.

İstər Nuh kimi qalmaqda olsun, istərsə də İbrahim kimi getməkdə və

ya istər Yusif kimi Misirin dəb – dəbəsində yaşamaqda olsun, istərsə

də Musa kimi səhrada evsiz səyyah kimi olmaqda, inam həmişə Allaha

etibardadır.

Bu gün hansı şəraitdəsiniz? Həyati təhlükəli xəstəliklə üz-üzə, yoxsa

yaxşı sağlamlıqdan həzz alaraq? Evinizdə tamamilə rahatsınız, yoxsa

köçməlisiniz və bundan qorxursunuz? Maliyyə cəhətdən çiçəklənirsiniz,

yoxsa ipoteka pulunu ödəyə bilmirsiniz? Gözəl ailə həyatından həzz

alırsınız, yoxsa stresli, gərgin münasibətlərdəsiniz? Özünüzü Allaha çox

yaxın hiss edirsiniz, yoxsa Ondan uzaq? Lakin inam bizim hisslərimizdən

və ya vəziyyətdən asılı deyil.

İbranilərə 11-də Allahın Şöhrət Zalında olan qəhrəmanların hər

biri həyatlarında müxtəlif hadisələr yaşamışdılar. İnam ətrafımızda baş

117

Sağlamlıq və Rifah

verənlərdən asılacağı yoxdur, lakin içimizdə baş verənlərdən asılıdır.

İbranilərə 11-dəki inam ərlərinin hər biri həyatları boyu gedən bir ümumi

ipə malik idi: onlar Allaha etibar edirdilər.

İnam bunlar üçün Allaha etibar etməkdir:

• zəifliyimizdə qüvvə

• depressiyamızda ümid

• şübhəmizdə rəhbərlik

• kədərimizdə şadlıq

• narahatlığımızda sülh

• cəhalətimizdə müdriklik

• qorxumuzda cəsarət

Məğlubiyyətin nə olduğunu bilməyərək və ya “mümkünsüzdür”

sözünü başa düşməyərək inam cəsarətlə doludur. Həyatın bütün

şəraitlərində Allaha etibar edərək, nə baş versə də inam müsbət qala

bilər, çünki məğlubiyyətin nə olduğunu bilməyənə etibar edir. İnamın o

etibar edən münasibətidir ki, beynin müsbət kimyəvi endorfinlər hasil

etməsinə səbəb olur, bu da immun sistemi möhkəmlədir və bədənimizə

sağlamlıq gətirir.

İnam mənbəyi

İnam bir cür müsbət düşünmə və ya öz-özünə yaranan isti hissdir.

Özümüzü nəyəsə inanmağa məcbur etmək bizim qabiliyyətimiz deyil.

İbranilərə 11:6 bütün inamın mənbəyini təsvir edir: “İman olmadan Allahı

razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır

ki, O var və Onu axtaranlara mükafat verir”.

Bütün inamın mənbəyi həmişə güclü, hər şeyi bilən, hamını sevən

Allahdır. Rəbblə etibar edici münasibətlər Onun bizi sevdiyi və bizim

üçün yalnız yaxşısını istədiyinə inanmaqdan başlayır.

118

İnamın şəfaverici qüvvəsi

Bizim münasibətimizin də rifahımızda, sağlamlığımızda rolu var.

Sağlamlığımızı müəyyən edən tək həyat tərzimiz deyil. İnsanın emosiyalarının

da əhəmiyyətli təsiri var. Kansas Universitetinin tədqiqatçıları

tərəfindən aparılmış araşdırmanın nəticəsi göstərdi ki, yaxşı fiziki sağlamlığı

qoruyub saxlamaq üçün müsbət emosiyalar vacibdir, xüsusən də

dərindən yorğun olanlar üçün. Başqa sözlə, sağlam olmaq istəyirsinizsə,

müsbət münasibətiniz olmalıdır, xüsusən də çətin vəziyyətdə dolaşıb

qalmısınızsa. Tədqiqat göstərmişdir ki, xoşbəxtlik və razılıq kimi müsbət

emosiyalar səhvsiz daha yaxşı sağlamlıqla əlaqələndirilir, hətta əsas vacib

olan şeylərin çatışmadığı bir halda.

Viskonsin-Mədison Universitetində psixologiya üzrə professor olan

Karol Rif qeyd etmişdir: “Hazırda meydana çıxan bir elm var ki, ona

görə müsbət davranış, sadəcə, ruhun halı deyil. Onun həm də beyində

və bədəndə nələrin baş verməsi ilə də əlaqəsi var”. Rif göstərmişdir ki,

yüksək rifahlı insanların ürək – damar xəstəlikləri riski aşağıdır, stress

hormonları aşağıdır və iltihabın səviyyəsi də aşağıdır. 7

Allah bütün müsbət emosiyaların mənbəyidir və inam o emosiyaları

taqqıldadır və bədənə şəfa verici güc buraxır. İnam Allaha həyatın bütün

şəraitlərində etibar etməkdir və heç bir digər yanaşma, münasibət

bunun kimi həyat verən, həyatı bərpa edən deyil.

İnamımızı artırmaq

İnamınız zəif olanda nə edirsiniz? Ola bilər ki, siz inamın həyat

verən olması fikri ilə razısınız, bununla belə hiss edirsiniz ki, inamınız

çox deyil. Sizin üçün yaxşı xəbərlərimiz var. Ola bilsin ki, bildiyinizdən

daha çox inamınız var. Problem heç inamınız olmamasında deyil – sizdə

olanı həyata keçirməməyinizdədir.

Romalılara 12:3-də Paul deyir: “lakin hər biriniz Allahın ona verdiyi

imanın ölçüsünə görə ağıl – kamalla düşünün”. Biz şüurlu olaraq

məhəbbətli və güclü Allaha doğru uzanıb Ona etibar etmək qərarına

gələndə O, ürəklərimizdə bir ölçüdə iman qoyur.

119

Sağlamlıq və Rifah

İnam Allahın bizə verdiyi ənamdır. O inamdan nə qədər çox istifadə

etsək, o qədər də o böyüyəcək. Həyatda üzləşdiyimiz sınamalar və

çətinliklər içərisində Ona etibar etməyi öyrəndikcə bizim inamımız artır.

Bəzən ən böyük ümidsizlik anlarımız inamda ən çox böyüdüyümüz

vaxtlardır.

Həmçinin Allahın sözü üzərində düşünərkən inamımızı genişləndirə

bilərik. Müqəddəs Kitab həqiqəti beynimizi doldurduqca inamımız

sürətlə artır. Paulun Romalılara məktubunda Yazılar bu ilahi reallığı

təsdiqləyir: “Beləliklə, iman eşitməkdən, eşitmək də Məsihin kəlamı

vasitəsilə yaranır” (Romalılara 10:17).

Beynimizi nə qədər çox Yazılarla doldursaq, inamımız bir o qədər

böyük olacaq. Onun Sözü bizim şübhələrimizi dağıdır. Bu gün qəlbinizi

Allaha açıb inam vasitəsilə Onun gücünü qəbul etmək istərdinizmi? Allahla

yeni etibar və güvənlik münasibətlərinə girmək istərdinizsə, Ondan

sizə etibar edən ürək verməsini istəyə bilərsiniz ki, yaşayan inamın

sağlamlıq faydalarını görə biləsiniz.

1

In David N. Elkins, “Spirituality”, available online at http//psychologytoday.com/

articles/199909/spirituality.

2

Ibid.

3

Ibid.

4

Ibid.

5

Ibid.

6

Ibid.

7

Quoted by Sharon Jayson, “Power of a Super Attitude,” USA Today, Oct.12, 2004,

available at http://usatoday30.usatoday.com/news/health/2004-10-12-mind-body_x.

htm.

120

Yekun

Maksimum sağlamlıq

Ümid yoldadır: Bunda şadlıq tapın!

2013

-cü ilin aprelində Floridanın Müqəddəs Avqustin şəhəri

Cavanlıq Fontanının tapılmasının 500 illik yubileyini qeyd

etdi. Cavanlıq Fontanı guya bunu içən və ya köpüklənən suyunda çimən

hər kəsin sağlamlığını və fiziki gücünü bərpa edən əfsanəvi bulaqdır.

On altıncı əsrdə şəfa verici sular haqqında hekayə İspan səyyahı Pons

de Leonun macəraları ilə bağlı idi və Müqəddəs Avqustin Cavanlıq Fontanı

Arxeoloji Parkının olduğu şəhərdir. Park əfsanələrə görə Pons de

Leonun ilk dəfə Amerikaya gəlib çatdığı yerə həsr edilib, baxmayaraq

ki, onun öz yazılarında belə bir bulaq kəşf etməsi haqda aydın sənədlər

yoxdur.

Nataniel Houtorn və digər yazıçılar öz hekayələrində Cavanlıq Fontanı

metaforundan istifadə etmişdilər. Hətta Birləşmiş Ştatlarda Uolt

Disney Şirkəti də əfsanə əsasında cizgi filmi də çəkmişdi.

Bu cür fontan haqqında dastanlar Herodotun yazılarında, Böyük

İsgəndərin hesabatlarında və on ikinci əsrdən on yeddinci əsrə kimi Avropada

məşhur olan əfsanəvi şəxs olan Prester Conun hekayələrində

görünərək, min illiklər boyunca bütün dünyada yayılmışlar. Bu cür

121

Sağlamlıq və Rifah

əfsanələr sirli Bimini adasında suların şəfa verici gücü haqqında

hekayələr danışan Karibdəki yerlilər arasında da məşhur idi.

Bu cür cavanlıq fontanında problem ondan ibarətdir ki, “möcüzəli”

suyu içən və onun sularında çimən insanlar hələ də qocalır, xəstələnir,

hələ də ölürlər. İllər boyunca Müqəddəs Avqustinin Cavanlıq Fontanına

baxmağa yüz minlərlə turistin gəlməsinə baxmayaraq onların səhhəti

çox dəyişilmir.

Dünyada milyonlarla insan öz əbədi cavanlıq “fontanlarını” izləyirlər.

İstər bitki əsaslı təbii qidalanma rejimi olsun, istər gərgin idman rejimi,

istər müsbət fikirlər və ya qırışları azaldan hər hansı möcüzəli krem,

hamımız ömrümüzü uzadan və gənclik enerjimizi əbədiləşdirən bir şey

tapmaq istəyirik. Hamımızın daxilində ilahidən gələn uzun, sağlam və

xoşbəxt yaşamaq arzusu vardır. Aydındır ki, biz mümkün olan qədər

dolğun həyat istəyirik və bu kitabda müzakirə edilən prinsiplər ömrümüzü

dolğun yaşamaqda və yəqin ki, uzatmaqda kömək edəcək, lakin

onlarla ömrümüz əbədi olmayacaq.

Həyat tərzi haqqında son tədqiqatlar dönə-dönə təsdiqlədi ki,

bəzi əsas sağlamlıq prinsiplərinə əməl etmək ömrümüzü yeddi il və ya

daha çox artıra bilər, lakin insan tarixi işığında baxanda bu, nə qədər

əhəmiyyətlidir?

Bu da bizi həyatın vacib suallarından birinə aparır: Əbədi cavanlıq

fontanı varmı ki, suları bizim daxili əbədilik həsrətimizi həqiqətən doyduracaq?

Qəlbimizin dərinliyində torpağımızı bürüyən xəstəlik, əziyyət

və kədərə dərman istəyirik. Biz xəstəlik, fəlakət və ölümə dərman

istəyirik. Gəlin bu kitabı əsl əbədi cavanlıq fontanını tapmağa doğru

maraqlı səyahətlə bitirək.

122

Əsl cavanlıq fontanı

İki min il bundan qabaq Fələstində göydən od tökülən isti bir yay

günündə İsa həyatında daha çox nəyinsə həsrətində olan, lakin bunu

etiraf etməyə qorxan qəlbi qırıq olan bir qadınla rastlaşdı. Bir neçə

Maksimum sağlamlıq

kişi ilə olan boş-boşuna münasibətləri onun onsuz da zəif olan özünü

qiymətləndirməsini daha da zəiflətdi. Bir insan kimi onun qayğısına qalacaq

birini axtararaq, o, qəlbindəki boşluğu doldurmaq üçün ümidsiz

halda ümid bəsləyirdi. Sonra o, İsa ilə rastlaşdı. İndiyə kimi qarşısına

çıxan bütün kişilərdən fərqli olaraq, O, ona hörmət göstərdi, hekayətinə

diqqətlə qulaq asdı və mehribanlıqla cavab verdi. Elə görünürdü ki, O,

qadın haqqında özü deməmişdən qabaq hər şeyi bilirdi, lakin yenə də

onu mühakiməsiz qəbul etdi.

Söhbət uzandıqca Samariyalı qadın başa düşdü ki, İsa elə Məsih idi.

Yaqubun quyusunun yanında oturduqları əlamətdar bir anda O dedi:

“Bu sudan içən hər kəs yenə susayar, amma Mənim ona verəcəyim sudan

kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində

əbədi həyat verən bir su qaynağına çevriləcək” (Yəhya 4:13,14). İlahi

Məsih qadına əsl cavanlıq fontanından su təklif etdi.

İsa qane edir. O, təmizləyir. Həm də əbədi həyatla təmin edir. Çoxlu

sayda əvəzedicilər və saxtalar mövcuddur, lakin yeganə bir əsl Məsih

var. Yalnız bir insan həqiqətən də insan qəlbinin ən dərin ehtiyaclarını

ödəyə və əbədi həyat verə bilər.

Yəhudi liderləri və dini ayinlərə qapanıb qalmış çoxsaylı insanlarla

danışarkən İsa onları dəvət etdi: “Bayramın sonuncu, təntənəli

günündə İsa qalxıb nida edərək dedi: “Kim susayıbsa, yanıma gəlib içsin.

Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən

həyat suyu axan çaylar çıxacaq” (Yəhya 7:37,38). İsanın yanına gəlməklə

biz əbədi həyat ənamı alırıq. Göylər bizim qəlbimizdə indi başlayır. Orada

yeni sülh, gündəlik yaşamaq üçün yeni qüvvə və gələcək üçün yeni

ümid yaranır.

Müqəddəs Kitaba inanan Məsihçi üçün ölüm səhəri olmayan uzun

gecə deyil. Yaxud da torpaqda qaranlıq deşik və ya sonunda işıq olmayan

tunel deyil. İsa müfəssəl deyib: “Qoy ürəyiniz təlaşa düşməsin. Allaha

iman edin, Mənə də iman edin. Atamın evində çoxlu məskən var.

Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm?

123

Sağlamlıq və Rifah

Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma

götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız” (Yəhya 14:1-3).

Rəbbimizin xəstəlik və əziyyət probleminə, həmçinin bizim qocalmağımız

haqda narahatçılığımıza əbədi cavabı var. Bir gün İsa yenidən

gələcək. Sonra O, günah və əziyyətlərlə çirklənmiş planetimizi Eden

bağı kimi olması üçün yenidən yaradacaq. O, yeni göylər və yeni yer

yaradacaq (2 Peter 3:13). Artıq xərçəng və ürək xəstəlikləri olmayacaq.

Hər bir təcili tibbi yardım otaqlarının qapısı əbədi bağlanacaq və

bütün xəstəxanalar biznesdən çıxacaqlar. Onlar müalicə etmək üçün

xəstəliklər, şəfa vermək üçün bədxassəli xəstəliklər tapmayacaqlar.

Vəhyçi Yəhya şəfa verici çayı, əsl cavanlıq fontanını təsvir edir:

“Mələk mənə həyat suyu axan çayı göstərdi. Bu çay büllur kimi parlaq

olub Allahın və Quzunun taxtından çıxır və şəhərin baş küçəsinin

ortasından axırdı. Çayın hər iki tayında on iki cür meyvə gətirən həyat

ağacı var idi. O ağac hər ay meyvə gətirir. Onun yarpaqları millətlərə

şəfa vermək üçündür. Daha lənətlənən heç bir şey olmayacaq. Allahın

və Quzunun taxtı orada olacaq və qulları Ona ibadət edəcək” (Vəhy

22:1-3). Cavanlıq fontanından danışın – budur! Vəhy kitabı Edeni bərpa

edilmiş təsvir edir. Bu, xoşbəxt, sağlam və müqəddəs varlıqlarla birgə

yeni dünyanı təsvir edir. Bu yeni dünya qəlbimizin həsrətini doyuracaq,

dərin ehtiyaclarımızı qarşılayacaq, qəlbimizin aclığını doyuracaq və

daxili susuzluğumuzu yatıracaq. Onun sevən hüzurunda yuyunaraq, biz

məhəbbət olan Allah ilə məhəbbət ab-havasında yaşayacağıq.

124

Göy real yerdir

Göy real insanlar üçün real yerdir. O, qeyri-dünyəvi, bədənsiz ruhların

qondarma dünyası deyil. İsa dedi: “Nə bəxtiyardır həlimlər! Çünki

onlar yer üzünü irs alacaq” (Matta 5:5). Peter əlavə edir: “Amma biz

Allahın vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri

gözləyirik” (2 Peter 3:13). Əsrlərə peyğəmbərlik gözü ilə baxaraq həvari

Yəhya təsdiqləyir: “Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki

Maksimum sağlamlıq

əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi” (Vəhy

21:1).

Belə bir səhnəni təsəvvür edin: yerin səthində canlı yaşıl xalılar.

Sonsuz sayda müxtəlif rəng çalarlarında güllər hər tərəfdə nöqtələr

şəklində görünür. Büllur kimi təmiz sular yaşıl tarlalardan yol tapıb

gedir. Quşlar öz şən nəğmələrini oxuyurlar. Bütün forma və ölçülərdə

heyvanlar günəş işığında oynayırlar. Sevinc və sülh torpağı doldurur. Allahın

qəlbindən həyat və məhəbbət axır və yeni Edenin bütün sakinləri

ilahi hüzur atmosferindən həzz alırlar.

Allahın hamıya çatan məhəbbət və bağışlamasının işığında qırılmış

münasibətlər indi bərpa olub. Bütün gərginlik yox olub. Ahəngdarlıq

və birlik yadlaşma və ayrılığı əvəz edib və insanlar arasında artıq sədd

yoxdur. Etibar, mənsubiyyət və qəbul etmək şübhə, münaqişə və imtinanı

qovub.

Yeşaya peyğəmbər bunu gözəl deyir: “Müqəddəs dağımın heç

bir yerində Heç kimə zərər dəyməyəcək, Heç bir kəs o birisini məhv

etməyəcək. Çünki sular dənizi bürüdüyü kimi Dünya Rəbbin biliyi ilə

dolacaq” (Yeşaya 11:9). Bütün ağrılarımız və yaralarımız bütövlüklə,

tamamilə sağalacaq. Biz fiziki, əqli, emosional və ruhlu cəhətdən bütöv

olacağıq.

Günah bizi Allahdan ayırıb. Ondan uzaqlaşaraq biz tam sağlamlıq

mənbəyindən ayrılmışıq. Nəticədə biz narahatlıq və qorxu, xəstəlik, suç

və qınaq, acılıq və hirsə məruz qalırıq. Lakin İsanın məhəbbətini, Onun

mərhəmətini qəbul etməklə, Onun gücünün əhatəsində biz yalnız indi

və burada bol-bol həyat yaşaya bilmərik, həmçinin əbədiyyətdə Onunla

yanaşı olarıq.

Allahın bədənimizin bütün sinir və toxumalarında yazdığı prinsipləri

izləməklə biz bu qırıq dünyada həyatdan ən yaxşı formada həzz ala

bilərik, lakin günahın uzun sürən nəticələri hələ də qalır. İrsi və ətraf

mühit amilləri var ki, biz onları idarə edə bilmirik. Xəstəlik hələ də

mövcuddur. Yaradıcının sağlamlıq qanunlarını sədaqətlə izləsək də,

yenə də yaşlaşırıq. Ölüm hələ də döngədədir. Lakin bütün inananları

125

Sağlamlıq və Rifah

ruhlandıran canlı ümid ondan ibarətdir ki, daha yaxşı günlər gələcək.

Titə məktubunda həvari Paul bunu “bəxtiyarlıq gətirən ümid” adlandırır

(Tit 2:13). İsanın qayıdacağına və əbədiyyətin izzətinə olan ümidimiz

ruhumuzu gümrahlaşdırır, ürəklərimizi həvəsləndirir və həyatımızı

həvəsləndirir.

Birləşmiş Ştatlarda Miçiqandan olan, geniş hörmətli və “Conson

dayı” adı ilə tanınan bir kişi 120 yaşında dünyasını dəyişmişdi. Bəlkə də

onun həyatını xarakterizə edən şad görüntünü hissəvi də olsa onun yaşı

ilə əlaqələndirmək olar. məsələn, ömrünün son illərində bir gün, o, bağında

işlədiyi yerdə Allaha izzət mahnıları oxuyurdu. Yaxınlıqdan keçən

pastor hasardan baxıb dedi: “Conson dayı, bu gün çox şən görünürsən”.

“Bəli” – qoca kişi cavab verdi. “Mən indicə fikirləşirdim.

“Nə haqda fikirləşirdin?”

“Sadəcə onu fikirləşirdim ki, əgər Ağanın stolundan bu dünyaya

tökülən sevinc qırıntıları belə yaxşıdırsa, o zaman böyük sevinc özü

necə olacaq! Deyirəm sizə, hamı üçün kifayət edəcək və bir hissəsini

də saxlamaq olacaq”.

Yaşlı kişi haqlı idi. Burada yaşadığımız sevinc Allahın gözəl şöhrətinin

işığında bizdə olacaq hesaba gəlməyən sevincin solğun əksidir. “Yeni

göylər və yeni yer” əhdi bu gün həyatın bizə atdığı və sabah qarşımıza

çıxacaq hər şeyi qarşılamağa cəsarət verir.

Həvari Paul Korinfdəki ibadətgahı bu inanılmaz sözlərlə ruhlandırdı:

“Baxın sizə bir sirr açmaq istəyirəm: hamımız vəfat etməyəcəyik,

amma son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca hamımız

dəyişiləcəyik. Çünki şeypur çalınacaq, ölülər çürüməzliklə diriləcək,

bizsə dəyişiləcəyik. Çünki bu çürüyən bədən çürüməzliyə, bu ölümə

düçar olan bədən ölməzliyə bürünməlidir” (1 Korinflilərə 15:51-53).

“Ölümlü” (mortal) sözü sadəcə parçalanmaya, köhnəlməyə, xəstəlik

və ölümə məhkum deməkdir. Lakin “ölümsüz” (immortal) əksinə, bunlara

məhkum olmayan deməkdir. Rəbbimizin Özünün əhdlərinə görə O,

qayıdacaq və bizim zəif, xəstəliyə həssas bədənlərimizi izzətli, ölümsüz

olan bədənə çevirəcək və bir daha heç vaxt xəstələnməyəcəyik.

126

Maksimum sağlamlıq

Ən cəsur arzularımızdan da o tərəfə

Müqəddəs Kitab Allahın bizim ümumi rifahımız üçün planını

yerinə yetirəcəyi haqda gözəl əhdlərlə doludur (Yeşaya 33:24; 35:5,6-

ya baxın). Sonra biz evlər tikib orada məskunlaşacağıq, üzüm bağları

salacaq, onların bəhrələrindən yeyəcəyik və uzun müddət əllərimizin

işindən zövq alacağıq (Yeşaya 65:21-23-ə baxın). Həyati qüvvə ilə dolu

və enerjisi bol olan sağlam yeni bədənlə biz başlanğıcda nə üçün yaradılmışdıqca,

elə yaşayacağıq. Allahın verdiyi yaradıcılığımızdan istifadə

etməkdən və beynimizi tam genişləndirməkdən böyük məmnunluq

əldə edəcəyik. Kainatın sirlərini öyrəndikcə, həmişə Allahın inanılmaz

xeyirxahlığına heyrətlənəcəyik.

Allah keçmişin emosional çapıqlarını əbədi siləcək. Uşaqlıq yaraları

sağalacaq. Həyatın qəfildən üstümüzə atılan üzücü zərbələri Məsihin

mərhəmət okeanında udulacaq. “Rəbbin satın alınmış adamları qayıdacaq,

Sevinclə nəğmə deyərək Siona gələcək. Üzlərində əbədi sevinc

olacaq,

Onlar fərəh və şadlıq tapacaq, Kədər və qəm-qüssə yox olacaq” (Yeşaya

35:10). Məsihin hüzurunda əbədi sevincimiz olacaq.

Heç nə sizin bunu görməyinizin qarşısında durmalı deyil. Allahın

mərhəməti və gücü ilə bu gün ən yaxşı ümumi sağlamlığı seçə bilər,

yenidən düzəldilmiş yerdə Xilaskarınızın üzünü görməyə hazırlaşa və

bütün əbədiyyət boyu bitməz xoşbəxtlik yaşaya bilərsiniz.

127

Qanun Nəşriyyatı

Bakı, АZ 1102, Tbilisi pros., 76

Tel: (+994 12) 431-16-62; 431-38-18

Mobil: (+994 55) 212 42 37

е-mail: info@qanun.az

www.qanun.az

www.fb.com/Qanunpublishing

Sağlamlıq və Rifah kitabının əlavə nüsxələrini

sifariş etmək üçün bu nömrəyə zəng vurun:

1-800-765-6955

Digər Review and Herald ® məhsulları haqqında

məlumat almaq üçün bu sayta baxın:

www.reviewandherald.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!