08.10.2019 Views

İmran Qasımov, Həsən Seyidbəyli. “Uzaq sahillərdə”(roman)

Yazıçı İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” romanı Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin – “Mixaylo"nun mübarizəsinə, çətin sınaqlardan keçərək hitlerçilərin arxasında göstərdiyi xariqüladə qəhrəmanlıqlarına həsr edilib. Oxucu bu kitabda mərd azərbaycanlı oğlunun igidliklərlə dolu həyatı ilə tanış olacaq.

Yazıçı İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” romanı Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin – “Mixaylo"nun mübarizəsinə, çətin sınaqlardan keçərək hitlerçilərin arxasında göstərdiyi xariqüladə qəhrəmanlıqlarına həsr edilib. Oxucu bu kitabda mərd azərbaycanlı oğlunun igidliklərlə dolu həyatı ilə tanış olacaq.

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Mərmər sütun ober-leytenantın da şəklini ayna kimi

əks etdirirdi.

O, 25 yaşlarında, ortaboylu, enlikürək bir oğlan idi.

Bir qədər ətli göz qapaqlarının altından görünən məxmər

kimi qara gözləri, düz burnu və çənəsində balaca bir

çuxur vardı, bir sözlə, onun xarici görkəmi elanda göstərilmiş

əlamətlərə uyğun gəlirdi: əgər o öz sifətinə soyuq

və təkəbbürlü bir ifadə verməsəydi, yəqin ki, yoldan

keçənlərin çoxu ondan şübhələnərdi.

Ober-leytenant əsnəyib, ətrafına göz gəzdirdi.

Onun durduğu yerdən qranit daşlarla döşənmiş sahil

görünürdü. Gəmilər burunlarını sahilə dirəyib yan-yana

düzülmüşdü. Hərbi nəqliyyat gəmilərindəki top və pulemyotların

lülələri göyə dikəlmişdi.

Səma aydın idi. Sahildə cərgələnmiş binaların arasında

“Ekzaltsyor” mehmanxanası və qubernatorun evi

diqqəti cəlb edirdi.

Yanvar ayları üçün nadir olan xoş və ilıq bir hava vardı.

Yeni şəhərin asfaltlı hamar küçələri, köhnə şəhərin isə

əyri-üyrü döngələri, uçuq daxmaları, Opçina adlı şəhər

kənarını mərkəzlə birləşdirmiş funikulyor, müxtəlif dövrlərin

memarlıq üslubunun insanı heyrətə gətirən qotik

qüllələrlə yanaşı Roma kapitelyaları, ən müasir modern

üslubun kubik formaları ilə yan-yana durmuş Bizans tağları

və qədim xristian bazilikasının qarışığından yaranmış

yaşayış binaları, saraylar, kilsələr, muzeylər, mehmanxanalar,

şəhər kənarındakı maşınqayırma və taxta zavodları,

toxuculuq fabriklərinin korpus və sexləri günəşin nuruna

qərq olmuşdu.

Ober-leytenant saatına baxdı və görünür, vaxtını keçirməyə

bir iş tapmadığı üçün ağır addımlarla meydanın

o biri tərəfinə yönəldi. Yanından esesçilərin keşikçi

dəstəsi ötdü, iki italyan əsgərinin nəzarəti altında yorğun

fəhlələrlə dolu bir yük maşını keçdi. Sonra əynində

8

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!