08.10.2019 Views

İmran Qasımov, Həsən Seyidbəyli. “Uzaq sahillərdə”(roman)

Yazıçı İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” romanı Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin – “Mixaylo"nun mübarizəsinə, çətin sınaqlardan keçərək hitlerçilərin arxasında göstərdiyi xariqüladə qəhrəmanlıqlarına həsr edilib. Oxucu bu kitabda mərd azərbaycanlı oğlunun igidliklərlə dolu həyatı ilə tanış olacaq.

Yazıçı İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” romanı Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin – “Mixaylo"nun mübarizəsinə, çətin sınaqlardan keçərək hitlerçilərin arxasında göstərdiyi xariqüladə qəhrəmanlıqlarına həsr edilib. Oxucu bu kitabda mərd azərbaycanlı oğlunun igidliklərlə dolu həyatı ilə tanış olacaq.

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

– Keçən həftə “Suzana” qəsəbəsində alman kinoteatrını

partladıblar. Deyirlər, səkkiz saat yalnız meyit daşıyıblar...

Kişi istəyirəm ki, bu xəbərə inanmasın.

– Bu, “Mixaylo”nun işidir, – deyə arıq kişi qorxuqarışıq

sevinclə pıçıldayıb, yenə də nəzərlərini elana zillədi.

– Eh, heç burada göstərilən nişanələrlə onu tapmaq olar?!

– Yoxsa siz onu tapmaq fikrinə düşmüsünüz? – deyə

qoca soruşdu. Onun səsində gizli hədə duyuldu.

Qonşusu gülümsündü və pıçıltı ilə dedi:

– Eh, kaş tapaydım...

Qoca daha da şəkləndi:

– Tapsaydın, neylərdin?

– Heç nə. Onun əlini möhkəmcə sıxardım.

Səliqə ilə geyinmiş bir alman zabiti, həmin elanlardan

birinə yanaşdı. O, şinelinin yaxasını açıb, yan cibindən

dəri cildli qeyd dəftərçəsini çıxardı və partizanın əlamətlərini

tələsmədən köçürməyə başladı.

– Deyəsən, yüz min qazanmaq istəyirsiniz, cənab

ober-leytenant, – deyə arxa tərəfdən yaxınlaşan, leylək

kimi uzun və arıq bir zabit gülümsündü.

Ober-leytenant başını döndərmədən cavab verdi:

– Niyə də qazanmayım, cənab leytenant? – O, dəftəri

büküb cibinə qoyduqdan sonra geri çəkildi.

Leytenantın təəccübdən nitqi tutulmuşdu. O, dilini

güclə tərpədərək soruşdu:

– Q...qəribədir, sizin ki arxada gözünüz yoxdur, mənim

leytenant olduğumu nədən bildiniz?

– Belə yerdə arxadan da görməyi bacarmaq lazımdır.

– Ober-leytenant, leytenantın çiynindəki poqonların əksini

elan yapışdırılan qara mərmər sütunun üzərində görmüşdüsə

də, üzə vurmayıb, ciddi bir tövrlə əlavə etdi, –

Bunu unutmayın.

Leytenant küt bir hərəkətlə qaşlarını dartdı və “Hayl

Hitler!” – deyib uzaqlaşdı.

7

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!