08.10.2019 Views

İmran Qasımov, Həsən Seyidbəyli. “Uzaq sahillərdə”(roman)

Yazıçı İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” romanı Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin – “Mixaylo"nun mübarizəsinə, çətin sınaqlardan keçərək hitlerçilərin arxasında göstərdiyi xariqüladə qəhrəmanlıqlarına həsr edilib. Oxucu bu kitabda mərd azərbaycanlı oğlunun igidliklərlə dolu həyatı ilə tanış olacaq.

Yazıçı İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” romanı Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin – “Mixaylo"nun mübarizəsinə, çətin sınaqlardan keçərək hitlerçilərin arxasında göstərdiyi xariqüladə qəhrəmanlıqlarına həsr edilib. Oxucu bu kitabda mərd azərbaycanlı oğlunun igidliklərlə dolu həyatı ilə tanış olacaq.

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

– Yüz min küçəyə tökülməyib ha!.. Görünür, ovqatlarına

yaman soğan doğrayıb!

– Gör, kisələrinin ağzını necə açıblar!

Elan yapışdıran qoca, adamları laqeyd nəzərlərlə süzüb

yoluna davam etdi. Bir azdan bu elanlara hər yerdə

rast gəlmək olardı. Onlar hasarlara, ağacların gövdəsinə,

evlərin divarlarına, bağların çəpərlərinə, mağazaların boş

vitrinlərinə, tramvayların şüşələrinə, liman tikililərinə,

hətta qədim Roma amfiteatrını xatırladan xarabalıqlara

belə yapışdırılmışdı.

Triyest əhalisi elanların qarşısında toplaşaraq, bu

naməlum adamı – “Mixaylo”nu təsəvvürlərində canlandırmağa

çalışırdı. Görəsən, kimdir? Haradandır? Necə

adamdır?.. “Mixaylo”nun elanda göstərilmiş nişanələri

təxmini idi: “Ortaboylu, qarabuğdayı, enlikürək, qaragözlü,

göz qapaqları bir qədər ətli, çənəsi çuxurlu...”

Elanlar bəzi yerdə almanların hərbi məlumatları ilə

yanaşı yapışdırılmışdı. Bu məlumatlarda bildirilirdi ki,

hitlerçilər şərq cəbhəsində hücumu davam etdirir, yeni-yeni

şəhərlər fəth edirlər. “Mixaylo” haqqındakı elan

isə bu xəbərin saxtalığını sübut edirdi.

– Bir halda ki, faşistlər... hm... şərq cəbhəsində belə

“müvəffəqiyətlə” hücuma keçiblər, görəsən, nə üçün

bir ovuc partizandan qorxub əl-ayağa düşüblər? Elə bu

“Mixaylo”nu götürün, – deyə arıq bir qoca kinayə ilə gülümsəyərək,

gözlərindən yorğunluq yağan bəstəboy bir

kişidən soruşdu (görünür, onlar tanış idilər).

– Düzdür, – deyə qonşusu onunla razılaşdı. – Adam

bilmir, nəyə inansın. Onların məlumatlarınamı, yoxsa elana.

Öz aramızdır, mən radioda qulağımla eşitmişəm ki,

ruslar almanları yaman sıxışdırıblar...

Qoca qorxu və ehtiyatla yan-yörəsinə baxdı, tanışına

tərəf əlavə etdi:

6

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!