08.10.2019 Views

İmran Qasımov, Həsən Seyidbəyli. “Uzaq sahillərdə”(roman)

Yazıçı İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” romanı Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin – “Mixaylo"nun mübarizəsinə, çətin sınaqlardan keçərək hitlerçilərin arxasında göstərdiyi xariqüladə qəhrəmanlıqlarına həsr edilib. Oxucu bu kitabda mərd azərbaycanlı oğlunun igidliklərlə dolu həyatı ilə tanış olacaq.

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Birinci fəsil

Yanvar ayının bazar günlərindən birində Triyest

şəhərinin küçələri ilə əlində köhnə vedrə, qoltuğunda

böyük kağız topası olan bir qoca kişi

veyllənirdi. Onun tük basmış sifətində laqeyd bir ifadə

vardı. Qoca əriyib horraya dönmüş qarı yırtıq ayaqqabıları

ilə şappıldada-şappıldada şəhərin fəhlə məhəlləsindəki

Müqəddəs Yakov küçəsinə döndü. Bir hasarın qabağında

dayandı. Vedrədən fırçanı çıxarıb, hasarın daşlarını

yapışqanladı, sonra da qoltuğundakı kağızlardan birini

ora yapışdırdı. Bu, italyan və alman dillərində yazılmış

bir elan idi. Elanda Triyestin əhalisinə xəbər verilirdi ki,

“Mixaylo” ləqəbi ilə məşhur olan partizanın tutulması

üçün yüz min marka mükafat təyin edilir.

Bir az sonra camaat elanın qarşısına toplaşmağa başladı.

Təəccüblü səslər eşidildi:

– Yüz min, paho!

– Nə az, nə azacıq!..

– Görəsən, bu “Mixaylo” onlara nə eləyib?

5

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!