08.10.2019 Views

İmran Qasımov, Həsən Seyidbəyli. “Uzaq sahillərdə”(roman)

Yazıçı İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” romanı Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin – “Mixaylo"nun mübarizəsinə, çətin sınaqlardan keçərək hitlerçilərin arxasında göstərdiyi xariqüladə qəhrəmanlıqlarına həsr edilib. Oxucu bu kitabda mərd azərbaycanlı oğlunun igidliklərlə dolu həyatı ilə tanış olacaq.

Yazıçı İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” romanı Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin – “Mixaylo"nun mübarizəsinə, çətin sınaqlardan keçərək hitlerçilərin arxasında göstərdiyi xariqüladə qəhrəmanlıqlarına həsr edilib. Oxucu bu kitabda mərd azərbaycanlı oğlunun igidliklərlə dolu həyatı ilə tanış olacaq.

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

aşdan-başa düymələnmiş qara plaş olan, başına ağ çəpçik

qoymuş, arşın kimi düz və arıq bir rahibə göründü.

Toz-torpağa bulaşmış bir dəstə kəndli, evlərin nömrələrinə

baxa-baxa, haranısa axtarırdı. Böyük bir malikanənin

qabağında sahiblərini gözləyən güzgü kimi parlaq “Fiat”

maşınları durmuşdu...

Bir az sonra ober-leytenant şəhərin fəhlə məhəllələrinə

çatdı.

Küçələrin daş döşəməsi üzərindəki qar əriyib qaralmış,

palçıq kimi sürüşkən olmuşdu. Evlər, xırdaca meyxanalar,

bütün tikililər daşdan idi. Triyestdə taxta, az qala,

qızıl qiymətinə satılırdı.

Bazar günü olmasına baxmayaraq, şəhərin küçələrində

adam o qədər də çox deyildi. Meyxanalar isə əksinə,

səsli-küylü idi. Bu meyxanaların qapısını əvəz edən qamışdan

hörülmüş xüsusi pərdələrin arasından torpaq

döşəmələri görünürdü; ətrafına yorğun, qaşqabaqlı fəhlələrin

toplaşdığı masaların üstünə heç nə örtülməmişdi.

Nallanmış çəkmələrini döyə-döyə küçədən bir tağım

hitlerçi keçdi.

Bazara yaxınlaşdıqca küçələrdəki səs-küy çoxalır,

tünlük artırdı.

Onlarca əl ober-leytenanta tərəf uzandı: o, sənətkarlıqla

yonulmuş taxta keçilərə və fillərə maraqla baxırdı; əl

böyüklükdə tıxacların üzərində yonulmuş qırmızı burun,

kök bir kişi pivə parçını ağzına yaxınlaşdırmışdı...

Sahildən başlayaraq, ta şəhərin içərisinə qədər dar

səkilərin kənarına cərgə ilə çuqun dirəklər vurulmuşdu.

Dirəklər bir-birilə yoğun kəndirlə birləşdirilmişdi. Bu ona

görə idi ki, Triyestdə tez-tez əsən güclü şimal küləkləri

bəzən adamları süpürləyib dənizə aparırdı. Əhali yalnız

bu kəndirlərin vasitəsilə xilas ola bilirdi. Lakin triyestlilər,

hətta külək olmayan günlərdə də səki ilə gedərkən kəndirlərdən

yapışmağa adət etmişdilər.

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!