19.01.2015 Views

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

XXVI YAY OLİMPİADASINDA

(ATLANTA, ABŞ) İŞTİRAK EDƏCƏK

AZƏRBAYCAN İDMANÇILARI İLƏ

GÖRÜŞDƏ ÇIXIŞ

Zuğulba, "Gənclik" beynəlxalq kompleksi

29 iyun 1996-cı il

Əziz gənclər, idmançılar, XXVI olimpiya oyunlarında Azərbaycan Respublikasını təmsil edəcək

komandanın üzvləri!

Dünyanın ən böyük, ən mötəbər idman mərasimi olan XXVI olimpiya oyunlarında Azərbaycanı təmsil

etmək üçün sizə göstərilən etimada və əldə etdiyiniz nailiyyətə görə sizi ürəkdən təbrik edir və qarşınızda duran

vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıram. Siz idman növləri sahəsində Azərbaycan gənclərinin ən

seçilmiş və ən yüksək nailiyyətlər əldə etmiş, ən yüksək səviyyələrə çatmış nümayəndələrisiniz. Sayca az da

olsanız, ilk dəfə Azərbaycan xalqını, respublikamızı olimpiya oyunlarında təmsil edərək bütün Azərbaycanı

dünyaya tanıtdıracaqsınız.

İdman sahəsində hər birinizin fəaliyyəti, gördüyünüz işlər və əldə etdiyiniz nailiyyətlər Azərbaycan

idmanının adını, şanını-şöhrətini yüksəldir. Qədim dövrlərdən indiyə qədər idman insanları həm fiziki, həm də

mənəvi cəhətdən yüksəldən bir vasitədir. İdmanla məşğul olan hər bir şəxs həm özünün fiziki sağlamlığını

təmin edir, həm də ki, cəmiyyətdə idmanın, bədən tərbiyəsinin insan üçün nə qədər lazım olduğunu sübut edir.

Biz respublikamızda əhalimizin, millətimizin sağlamlığı haqqında – fiziki, mənəvi sağlamlığı haqqında

düşünürük. Bu gün də düşünürük, xalqımızın gələcəyi üçün də düşünməliyik. Bu, bizim vəzifələrimizin

içərisində ən böyük, ən əhəmiyyətli vəzifədir. [5-6]

Azərbaycan xalqı milli azadlığına nail olubdur, dövlət müstəqilliyini əldə edibdir. Azərbaycan xalqı bu

gün üçün də, gələcək üçün də müsbət nümunələr göstərməlidir. Müsbət nümunələri isə biz birinci növbədə hər

bir insanın və ümumiyyətlə, xalqımızın, millətimizin fiziki və mənəvi sağlamlığında görürük. Bu, dövlətimiz,

ölkəmiz üçün, xalqımız, hər bir vətəndaşımız üçün ən vacib məsələdir. Ona görə də biz idmana, fiziki hazırlığa,

bədən tərbiyəsinə xüsusi fikir veririk və bu sahə bundan sonra da Azərbaycan dövlətinin daim diqqət

mərkəzində olacaqdır. Gənclərə, gələcək nəsillərə idmanın, bədən tərbiyəsinin nə qədər lazımlı olduğunu

göstərmək, sübut etmək üçün sizin kimi görkəmli idman ustalarının, idman sahəsində yüksək nailiyyət əldə

etmiş şəxslərin nümunəsi çox gərəklidir.

XXVI olimpiya oyunları dünyanın bütün ölkələrini maraqlandırır, burada cəmləşdirir. Hər bir ölkə

çalışır ki, olimpiya oyunlarında təmsil olunsun. Keçmiş dövrlərdə də Azərbaycanın ayrı-ayrı nümayəndələri

Ümumdünya olimpiya oyunlarında təmsil olunmuşdur. Bəziləri yüksək nailiyyətlər də əldə etmişlər. Ancaq

onlar keçmiş Sovetlər İttifaqını təmsil etmişlər. Eyni zamanda Azərbaycan tam müstəqil olmadığına görə

keçmişdə Sovetlər İttifaqının ümumi komandasında Azərbaycanın idman ustalan istənilən qədər, istənilən

miqdarda heç vaxt təmsil olunmamışdı.

Müstəqil Azərbaycan dövləti gəncdir. Biz müstəqilliyimizin beşinci ilini yaşayırıq. Amma baxın, XXVI

olimpiya oyunlarına bizim 21 nəfər nümayəndəmiz gedir və onlar orada təmsil olunmaq, iştirak etmək hüququ

alıblar. Bu, sadəcə bir nümayəndə heyəti deyil ki, neçə nəfər istəyirsən təyin et, müəyyən et, göndər. Dünyada

yeganə haldır ki, bu toplantıya, dünya səviyyəli görüşə gedən nümayəndə heyəti nə dövlət, nə də xalq tərəfindən

təyin oluna bilməz. Olimpiya oyunlarında iştirak etmək hüququ almaq üçün lazımi göstəricilər əldə etmək

gərəkdir. Əgər bunlar olmasa, Azərbaycan dövləti, Azərbaycan prezidenti də nə qədər çalışsa, o nailiyyəti əldə

etməyən adam yığma komandanın tərkibinə düşə bilməz. Ona görə də 21 nəfərdən ibarət olan bu nümayəndə

heyəti Azərbaycan [6-7] Respublikasının idman sahəsində imkanlarını nümayiş etdirir. Keçmiş, dövrdə

olimpiya oyunlarında Sovetlər İttifaqının yığma komandasında heç vaxt Azərbaycandan 21 nəfərdən ibarət

komanda iştirak etməmişdir. Nə üçün Əgər həmin Azərbaycan xalqıdırsa, gəncləridirsə, 15-20-30 il bundan

qabaq da bu qədər ola bilərdi. Bu, onu göstərir ki, müstəqillik bütün başqa sahələrlə yanaşı, Azərbaycan

xalqının, gənclərimizin idman, fiziki hazırlıq sahəsində də imkanlarını açır, geniş nümayiş etdirir.

İlk dəfədir ki, dünya olimpiya oyunlarında müstəqil Azərbaycanın yığma komandası iştirak edir. Mən

heç şübhə etmirəm ki, gələn olimpiya oyunlarında Azərbaycanın yığma komandası sayca bundan da çox,

keyfiyyətcə daha yüksək, olacaqdır. Çünki xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən

sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər

Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir. Amma bu xüsusiyyət həmişə bizim daxilimizdə qalıbdır.

Keçmiş dövrlərdə də, əsrlərdən-əsrlərə pəhləvanlarımız da, güləşçilərimiz də, oxatanlarımız da, fiziki

imkanlarını cürbəcür oyunlarda nümayiş etdirənlərimiz də olubdur. Ancaq məlum olan səbəblərə görə bunlar

yalnız öz ölkəmizin çərçivəsində qalıb, dünya miqyasına çıxmayıbdır. İndi isə xalqımızın, millətimizin bu

10

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!