19.01.2015 Views

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ALMANİYANIN FEDERAL PREZİDENTİ

ROMAN HERSOQUN ADINDAN

AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ

VERİLMİŞ RƏSMİ ZİYAFƏTDƏ ÇIXIŞ

2 iyul 1996-cı il

Bonn

Hörmətli cənab prezident, hörmətli xanımlar və cənablar! Mən sizi Azərbaycan xalqı adından,

müstəqil Azərbaycan dövləti adından səmimi qəlbdən salamlayıram.

Azərbaycan gənc müstəqil dövlətdir və dövlət müstəqilliyinin beşinci ilini yaşayır. Məhz bu mərhələdə

Azərbaycan ilə Almaniya arasında yaranmış əməkdaşlıq əlaqələri həm bizim üçün, həm də sizin üçün çox

əhəmiyyətlidir. Bu əməkdaşlıq əlaqələrinin nəticəsi olaraq ilk dəfədir ki, Azərbaycan Respublikasının dövlət

başçısı Almaniyaya rəsmi səfərə gəlibdir. Dünən alman torpağına qədəm qoyduğumuz vaxtdan bizi böyük

qonaqpərvərliklə qarşılayıblar və dünəndən bəri Almaniyada, Bonn şəhərində görüşlərimiz dostluq və

mehribanlıq şəraitində keçibdir. Bu dostluq və mehribanlıq münasibətinə, qonaqpərvərliyə görə mən bütün

Azərbaycan nümayəndə heyəti adından Almaniya dövlətinə, Almaniya hökumətinə, Almaniyanın prezidenti

cənab Roman Hersoqa, Almaniyanın federal kansleri cənab Helmut Kola təşəkkür və minnətdarlığımı

bildirirəm.

Bu gün səhərdən Almaniyanın prezidenti cənab Roman Hersoq, Almaniyanın federal kansleri cənab Helmut

Kol və ölkənin digər rəsmi şəxsləri ilə çox səmərəli, məzmunlu və bizim üçün çox əhəmiyyətli danışıqlarımız və

görüşlərimiz olubdur. Bu görüşlər və danışıqlar zamanı Almaniya-Azərbaycan əlaqələri çox ətraflı təhlil olundu

və bizim indiyədək etdiyimiz əməkdaşlığı hər iki tərəf yüksək qiymətləndirdi. Biz [32-33] Almaniya ilə

Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da genişlənməsi və inkişaf etməsi üçün tədbirlər

haqqında öz fikirlərimizi söylədik və müəyyən qərara gəldik. Bu görüşləri və danışıqları, əldə olunan

razılaşmaları mən yüksək qiymətləndirirəm və əmin olduğumu bildirmək istəyirəm ki, onların əsasında

Almaniya-Azərbaycan əlaqələri bundan sonra sürətlə inkişaf edəcəkdir.

Almaniya ilə Azərbaycan arasında, alman xalqı ilə Azərbaycan xalqı arasında əlaqələrin böyük tarixi var.

Hörmətli prezident məndən öncə çıxış edərkən bu barədə çox dəyərli sözlər dedi. Keçən əsrin əvvəllərində

almanlar Azərbaycana ilk dəfə gəliblər. Mən bu gün məmnuniyyət hissi ilə deyə bilərəm ki, Azərbaycana

yaşamağa gəlmiş almanları Azərbaycan xalqı öz torpağında, öz vətənində çox mehribanlıqla qəbul edibdir və

sonrakı dövrdə Azərbaycanla, azərbaycanlılarla almanlar birgə yaşayıb-yaratmışlar.

İkinci dünya müharibəsi illərində almanların Azərbaycandan uzaqlaşdırılmasına baxmayaraq, onların

ölkəmizdə yaşadıqları dövrdə qoyduqları iz və onlardan sonra gələn nəsillərin nümayəndələrinin Azərbaycanda

gördükləri işlər Azərbaycan üçün çox qiymətlidir. Keçən əsrin axırlarında və cari əsrin əvvəllərində alman iş

badamları, alman kapitalı Azərbaycana gələrək, bir çox işlər görüblər. Onların da gördükləri işlərin izləri

indiyədək qalmaqdadır. Almaniyanın "Simens" firması bu son vaxtlarda Azərbaycanda müəyyən araşdırmalar

apararkən Bakı şəhərində "Simens"in 1905-ci ildə çəkdirdiyi elektrik xəttinin bir hissəsini tapıb, bir muzey

eksponatı kimi Almaniyaya gətiribdir.

Bunlar Almaniya-Azərbaycan əlaqələrinin böyük tarixi olduğunu nümayiş etdirir, xalqlarımız arasında

dostluq, əməkdaşlıq əlaqələrinin həm alman xalqına, həm də Azərbaycan xalqına çox fayda gətirdiyini göstərir.

Alman xalqının böyük və zəngin tarixi Azərbaycanda daim maraq və rəğbət hissi oyadıbdır. Alman xalqı

bəşər tarixinə, bəşər sivilizasiyasına böyük töhfələr veribdir. Dünyanın hər yerində bunlar yüksək

qiymətləndirilir. Azərbaycan xalqı da [33-34] alman xalqının dünyaya, bəşər tarixinə verdiyi töhfələri yaxşı bilir

və onları yüksək qiymətləndirir. Alman xalqının dahiləri, alman ədəbiyyatını yüksək zirvələrə qaldırmış

Heynenin, Götenin, Şillerin və başqa yazıçıların, ədəbiyyatçıların əsərləri Azərbaycan dilinə tərcümə olunubdur

və azərbaycanlılar onları öz dilində sevə-sevə oxuyurlar.

Dünyada öz sənəti ilə məşhur olan alman bəstəkarları Bethovenin, Vaqnerin, Ştrausun və başqalarının

əsərləri Azərbaycanda geniş yayılıbdır, azərbaycanlılar onları çox sevir və onların musiqisinin təsiri altında

Azərbaycanda klassik musiqinin inkişafı sahəsində nailiyyətlər qazanılıbdır.

Bunlar Almaniyanın və alman xalqının böyük tarixidir. Ancaq bizim yaşadığımız əsrdə, son illərdə alman

xalqının əldə etdiyi nailiyyətlər də çox yüksək qiymətə layiqdir. İkinci dünya müharibəsindən sonra alman xalqı

böyük və çətin bir tarix yaşayıbdır. Alman xalqı öz istedadı, fədakarlığı, zəkası ilə böyük nailiyyətlər əldə edib

və Almaniyanı dünyanın iqtisadi və mədəni cəhətdən ən inkişaf etmiş dövlətlərindən birinə çeviribdir. Alman

xalqının ən böyük nailiyyəti beş il bundan öncə Almaniyanın birləşməsidir. Mən bildirmək istəyirəm ki,

Almaniyanın birləşməsi Azərbaycanda böyük ruh yüksəkliyi ilə qarşılandı və ədalətin bərpa olunması, alman

22

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!