19.01.2015 Views

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

Y e d d i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

YEKUN NİTQİ

Bu gün biz həqiqətən çox tarixi bir addım atırıq. Azərbaycanda köklü surətdə torpaq islahatı aparmaq

üçün indiyədək gördüyümüz işləri yekunlaşdırırıq və qanun layihəsinin son variantını müzakirə edib, onun Milli

Məclisdə qəbul olunmasından ötrü qərar çıxarırıq.

Bu, tarixi hadisədir. Çünki son illərdə Sovet İttifaqı dağılandan sonra onun yerində yaranmış müstəqil

dövlətlər müxtəlif yollarla iqtisadi islahatlar aparırlar. Əlbəttə, bu islahatlar həyatın zərurətindən irəli gəlir, ona

görə ki, indi bütün ölkələr, daha doğrusu, keçmiş sovet respublikaları, o cümlədən də Azərbaycan sosialist

iqtisadi quruluşundan, sosialist sistemindən yeni iqtisadi-siyasi sistemə keçir və bu keçid də əsla asan deyildir.

Ona görə də bu illər axtarış illəridir və ayrı-ayrı ölkələrdə, ayrı-ayrı respublikalarda müxtəlif yollarla islahatlar

aparılır.

Hesab edirəm ki, islahatların ən mürəkkəb sahəsi aqrar sektordur. Bəllidir ki, Sovet İttifaqının dağılması

nəticəsində dövlətlər müstəqillik əldə etdikdən sonra beş ildir aqrar sektorda islahatlar aparılması yolunda

axtarışlar gedir, təcrübə toplanır, müəyyən tədbirlər görülür. Ancaq hələlik ki, köklü tədbirlər heç də hər yerdə

görülmür.

Bilirsiniz ki, biz bu məsələyə 1993-cü ilin axırlarından başlamışıq. Azərbaycan dövlət müstəqilliyini

əldə etdikdən sonra ölkədə bu sahədə lazımi işlər görülməmişdi. 93-cü ilin sonundan biz bu işlərlə bilavasitə

məşğul olmağa başladıq. Lakin 94-cü ili yadınıza salsanız görərsiniz ki, həmin il həm [85-86] Azərbaycanın

müdafiəsi ilə, Ermənistanın təcavüzünün qarşısının alınması ilə çox məşğul idik, həm də respublikanın daxilində

vəziyyət sabit və normal deyildi. 93-cü ilin may və iyun aylarında başlamış vətəndaş müharibəsi, daxili

toqquşma və çəkişmələr hələ dayandırılmamışdı. 94-cü ildə bunların hamısı cürbəcür şəkildə özünü büruzə

verirdi. Şübhəsiz ki, bunlar da iqtisadiyyat sahəsində lazımi tədbirlər görülməsinə maneçilik törədirdi.

Digər tərəfdən, cəmiyyətimizdə də, dövlət orqanlarında da bu barədə yekdil fikir yox idi. Bəzi qüvvələr,

hesab edirdilər ki, islahatlar aparılmamalıdır. Bəziləri də Azərbaycan torpaqlarının işğal olunması problemini öz

məqsədləri naminə ortaya ataraq fikirlərini əsaslandırmağa çalışırdılar ki, guya belə bir vəziyyətdə islahatlar

aparmaq olmaz, torpaq islahatı aparmaq olmaz, respublika əhalisinin bir qismi öz yerindən-yurdundan olubdur,

qaçqındır və onların da halını nəzərə almaq lazımdır. Şübhəsiz ki, onların da vəziyyətini nəzərə almalıyıq.

Ancaq həmin fikirləri söyləyən adamlar heç də nə qaçqınlar haqqında düşünürdülər, nə də işğal olunmuş

torpaqlar haqqında. Onların hər biri öz şəxsi mənafelərini, öz şəxsi məqsədlərini güdərək respublikanın bu

vəziyyətdən çıxmasına mane olurdu.

Ona görə də 94-cü ildə biz bu sahədə çox cəhdlər göstərdik. Amma bu islahatların güclü surətdə

aparılmasına bütün şəraiti yarada bilmədik. Bir tərəfdən də həm daxildə fikir müxtəlifliyi, həm də başqa

ölkələrin, xüsusən keçmiş Sovet İttifaqına mənsub olmuş indiki müstəqil ölkələrin təcrübəsini öyrənmək

zərurəti – bütün bunlar bu məsələlərlə əlaqədar ciddi addımlar atmağı və onlara çox həssas, ehtiyatlı yanaşmağı

tələb edirdi. Bu, təbiidir. Çünki əgər tarixə nəzər salsaq görərik ki, yer üzündə insanlar yarandıqları vaxtdan

torpaqla məşğul olublar və torpaq da onlara mənsub olubdur. Bunun cürbəcür formaları məlumdur. Lakin torpaq

şəxsi mülkiyyət olubdur.

Bizim ərazimizdə, yəni Azərbaycan yerləşən ərazidə, keçmiş Sovet İttifaqının olduğu ərazidə 1917-ci il

Oktyabr inqilabından sonra gedən proseslər 1930-cu ildə kollektivləşmə proqramının həyata keçirilməsinə

gətirib çıxardı. O vaxtlar, yəni Oktyabr inqilabından sonra bizə məlum olan prinsip belə idi ki, bütün torpaqlar

milliləşdirilməli, öz sahiblərinin əlindən alınmalıdır. Oktyabr inqilabının bəyan etdiyi şüarlardan biri bu idi ki,

torpaq kəndliyə verilməlidir, kəndli torpağın sahibi [86-87] olmalıdır. Lakin həmin şüarın həyata keçirilməsi

ona gətirib çıxardı ki, torpaq onun sahiblərinin, mülkədarların əlindən alındı. Eyni zamanda torpaq

kollektivləşdirildi, özü də nəinki torpaq, hətta bütün kənd təsərrüfatı vasitələri, istehsal müəssisələri

kollektivləşdirildi.

1917-18-ci illərdə başlanmış olan bu proses 1930-cu ildə kollektivləşmə proqramının geniş surətdə

həyata keçirilməsi ilə nəticələndi. Mən bununla onu demək istəyirəm ki, bu məsələnin çox mürəkkəb olduğu

bunda da görünür. Çünki həmin Oktyabr inqilabının, sosialist inqilabının proqramını bir ilə, iki-üç ilə həyata

keçirmək mümkün olmadı. Bundan ötrü illərlə vaxt lazım idi. Odur ki, illərlə iş aparıldıqdan sonra 1930-cu ildə

kollektivləşmə proqramı irəli sürüldü və geniş tətbiq edilməyə başlandı. Bildiyiniz kimi, ondan sonra

kollektivləşmə də bir neçə ildə həyata keçirildi və nəhayət, 1936-cı ildə, yəni ilk konstitusiya qəbul edilən

zaman bəyan olundu ki, sosializm qalib gəlmiş, torpaqlar kollektivləşdirilmiş və kollektiv təsərrüfatlar

yaradılmışdır. Gördüyünüz kimi, buna nə qədər vaxt sərf edilib.

Bütün bu tədbirlər asanlıqla həyata keçirilmədi. Repressiyalar aparıldı, torpaqları əldən verməyən

adamlar həbs olundu, yurd-yuvalarından sürgün edildi. Bizim Azərbaycanda nə qədər adam məhz

kollektivləşmə prosesinə müqavimət göstərdiyinə görə azadlıqdan məhrum edildi, həbsxanalara salındı,

yerlərindən sürgün olundu. Məsələn, indi biz Orta Asiya ölkələrində olarkən, yaxud oradakı soydaşlarımız

buraya gələrkən maraqlanırıq, – necə oldu ki, azərbaycanlılar Qazaxıstanda da, Özbəkistanda da, Qırğızıstanda

da, Türkmənistanda da yaşayırlar Onların böyük əksəriyyəti hələ o dövrdə repressiyalar nəticəsində və xüsusən

48

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!